Press "Enter" to skip to content

Dəmir yolu nəqliyyatı

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan dəmir yolu infrastrukturuna daxil olan mühüm obyektlərin böyük əksəriyyəti məhz həmin illərdə yaradılmışdır. Ulu Öndərin qayğısının nəticəsi olaraq dəmir yolunda baş verən yenilikləri sadalamaqla qurtarmaz. Məhz bu illərdə 14300 yeni texniki metod tətbiq edilmiş və bu, dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Ulu Öndərin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunmuşdur. Həmin illərdə Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu orden və medallarla təltif edilmişdir ki, bu da Ümummilli Lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürlərindən biridir. Digər sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan şəxslərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1970-1987-ci illərdə xaricdə təhsil almış mütəxəssislərdir.

“Azərbaycan Dəmir Yolları”na rəhbərlik qurumun sədr müavininə həvalə edilib

“Azərbaycan Dəmir Yolları”na rəhbərlik qurumun sədr müavininə həvalə edilib “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) rəhbərlik müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehova həvalə edilib.

26 May , 2022 16:25

https://static.report.az/photo/95cdfb78-b19f-331e-9749-e555eac43018.jpg

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) rəhbərlik müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehova həvalə edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qərar ötən gün səhmdar cəmiyyətində keçirilmiş iclasda qəbul olunub. İclas ADY-nin Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub. H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib, texniki elmlər namizədidir. O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyində, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsində, Yol Fondu İdarəsində, “Elm-İstehsalat Mərkəzi”ndə və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb, 2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini, 2015-2016-cı illərdə ADY sədrinin müşaviri işləyib, 2016-cı ildən sədr müavini təyin edilib. Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyevin sərəcamı ilə ADY-nin sədri Cavid Qurbanov vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Dəmir yolu nəqliyyatı

Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) 1880-ci ilin 20 yanvar tarixində yaradılmışdır.Azərbaycanda ilk dəmir yolunun uzunluğu 20 km-ə bərabər olmuş, Bakı-Sabunçu arasında neft daşınması həyata keçirilmişdir.1883-cü ilin may ayının 8-də uzunluğu 550 km olan Bakı-Tiflis, 1900-cü ildə isə uzunluğu 231 km olan Dərbənd-Biləcəri dəmir yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) keçmiş Sovetlər İttifaqının ən qocaman polad maqistrallarından biri olmuş, İkinci dünya müharibəsi illərində Azərbaycan dəmiryolçuları çox çətin sınaqlardan müvəffəqiyyətlə çıxmış, Qızıl Ordunu yanacaq və neft məhsulları ilə təmin etmiş cəbhəyə 1 milyon 300 min o, cümlədən 600 min sistern yanacaq dolu vaqon yola salmışlar.
Hazırda Azərbaycan Respublikasında dəmir yollarının uzunluğu 2944, km. istismar uzunluğu isə 2122 km təşkil edir. Dəmir yolu xəttinin daha intensiv sahələri, yəni 1277,1 km-i elektrikləşdirilmişdir ki, bu da ümumi uzunluğunun 60%-nı təşkil edir. 2005-cü ildə Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) tərəfindən 26201,0 min ton yük, 5509,7 min nəfər sərnişin daşınmış, yük dövriyəsi 9524 mln ton km., sərnişin dövriyysi isə 881,1 mln sərnişin km. təşkil etmişdir. Avropa-Qafqaz-Asiya (TRACECA) dəhlizi üzrə tranzit yük daşınmasının həcmi 7327,6 min tona bərabər olmuşdur.
Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) tərkibində Daşıma Prosesləri İdarəetmə Birliyi, Sərnişin Daşıma İstehsalat Birliyi, “Lokomotiv İstehsalat” Birliyi, “Vaqon Servis” İstehsalat Birliyi, Yol istehsalat birliyi, Elektrik Təçhizatı İstehsalat Birliyi, İşarəvermə və Rabitə İstehsalat Birliyi, Hərbiləşdirilmiş Mühafizə Təsərrüfatı, Naxçıvan hissəsi və s. müəssisəsələr fəaliyyət göstərir.
Hal-hazırda Bakı sərnişin stansiyasından Rusiya (Bakı-Moskva, Bakı-Sankt-Peterburq, Bakı-Rostov, Bakı-Tümen, Bakı-Mahaçqala), Ukrayna (Bakı-Kiyev, Bakı-Xarkov), Gürcüstan (Bakı-Tiflis) istiqamətində uzaq təyinatlı, Bakı-Köçərli-Balakən, Bakı-Astara-Horadiz, Bakı-Qazax-Böyük-Kəsik, Bakı-Ağstafa, Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Astara istiqamətində yerli təyinatlı sürət və firma qatarları hərəkət edir.

Azərbaycanın dəmir yolu öz inkişaf tarixinin yeni mərhələsini yaşayır

Bakı, 12 oktyabr (AZƏRTAC). Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan dəmiryolçularının peşə bayramı günü təsis olunmuşdur. Artıq 9 ildir ki, hər il oktyabrın 13-də ölkəmizin dəmiryolçuları öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramı ərəfəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov AZƏRTAC-ın suallarını cavablandırmışdır.

– Arif müəllim, Azərbaycan dəmir yolunun tarixi haqqında qısaca məlumat verməyinizi xahiş edirik.

– Azərbaycanda dəmir yolunun yaranması XIX əsrin sonlarına təsadüf edir. Ölkəmizdə dəmir yolunun təməli 1878-ci ildə qoyulmuşdur. 1880-ci ilin yanvar ayında uzunluğu 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolu istifadəyə verilmişdir.

Həmin vaxtdan başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbata uyğun inkişaf etmiş və təkmilləşmişdir. Hazırda baş yolların ümumi uzunluğu 2898,9 kilometr, istismar uzunluğu 2068,1 kilometrdir ki, onların da 802,3 kilometri qoşayolludur. Dəmir yollarının 1229,5 kilometri və ya 68,2 faizi elektrikləşdirilmiş, 1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilmişdir.

Azərbaycanın polad magistralı fəaliyyəti dövründə bir neçə dəfə Zaqafqaziya Dəmir Yolunun tərkibinə daxil olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1955-ci il 13 oktyabr tarixli qərarı ilə Azərbaycan Dəmir Yolu müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev dəmir yolu işçiləri gününü təsis edərkən məhz bu tarixi əsas götürmüşdür.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan dəmir yolu infrastrukturuna daxil olan mühüm obyektlərin böyük əksəriyyəti məhz həmin illərdə yaradılmışdır. Ulu Öndərin qayğısının nəticəsi olaraq dəmir yolunda baş verən yenilikləri sadalamaqla qurtarmaz. Məhz bu illərdə 14300 yeni texniki metod tətbiq edilmiş və bu, dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Ulu Öndərin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunmuşdur. Həmin illərdə Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu orden və medallarla təltif edilmişdir ki, bu da Ümummilli Lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürlərindən biridir. Digər sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan şəxslərin böyük əksəriyyəti məhz böyük siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1970-1987-ci illərdə xaricdə təhsil almış mütəxəssislərdir.

Bunlar sadəcə xronologiya və adi faktlar deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, Ümummilli Liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasına yönəlmişdir.

– Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramın icrası istiqamətində hansı işlər görülür?

– Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri həyata keçirilir. İndiyədək 282 kilometr yol əsaslı təmir olunmuş və 227 kilometr yol uzunölçülü relslərlə əvəzlənmişdir. Elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində intensiv iş aparılır. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması da gündəmdədir.

“Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi” layihəsi çərçivəsində 450 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanmışdır. Sentyabr ayında ilkin kreditə əlavə olaraq 220 milyon ABŞ dolları məbləğində daha bir saziş bağlanmışdır. Əlavə maliyyələşdirmə vəsaitləri əsasən Bakıdan Gürcüstan sərhədinə qədər yolun sabit cərəyandan dəyişən cərəyana keçidinə və işarəvermə sisteminin yenidən qurulmasına yönəldiləcəkdir.

Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində ikinci körpünun və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508-ci kilometrliyində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98-ci kilometrliyində Araz çayı üzərindəki metal körpünün rekonstruksiyası da görülən işlər sırasındadır.

Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik sahəsində dəyişən cərəyanlı elektrik sisteminə keçid və bu sistemlə işləyən 50 yeni lokomotivin alınması istiqamətində işlər davam etdirilir.

Avstriyadan alınmış GSM 09-32, RM-80 və USP-2000 markalı müasir yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridə tikilən anqarda işlər başa çatmaq üzrədir. Ötən il fevralın 22-də Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına start verilmiş, iyulun 4-də Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunker işə salınmışdır.

Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlər görülür. Keçən il martın 1-dən Bakı sərnişin stansiyasında biletlərin pulunun bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödəniş sistemi tətbiq edilmişdir.

– QSC-nin vaqon parkının yenilənməsi istiqamətində hansı işlər görülür?

– “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında bütün sahələrin, o cümlədən vaqon təsərrüfatının inkişafı üçün bütün məqamlar nəzərə alınmışdır. “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 60 sərnişin vaqonu Ukraynaya təmirə göndərilmişdir. İndiyədək 46 vaqon təmir olunaraq geri qaytarılmışdır. Eyni zamanda, təmir üçün Rusiya Federasiyasının Voronej şəhərinə göndərilmiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilmişdir. Hazırda Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov və Bakı-Balakən sərnişin qatarları bu vaqonlardan tərtib olunmuşdur.

Neft və neft məhsullarının daşınması üçün 300 yeni çən vaqonlarının, quru yüklərin daşınması üçün vaqonların, yük vaqonlarının əsaslı təmiri üçün avadanlıq və ehtiyat hissələrinin alınması, Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması da gündəmdə olan məsələlərdəndir.

– Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Bakı-Tbilisi-Qars dəmir yolu çox önəmli beynəlxalq layihədir. Bu layihənin reallaşması Azərbaycan, Gürcüstan, Türkiyə hökumətləri və dəmir yolları rəhbərlərinin diqqət mərkəzindədir. Bu, hər üç ölkənin, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin də sıx nəqliyyat əlaqələri qurmasına böyük imkanlar açacaqdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun birinci və ikinci mərhələsi tamamlanmışdır və hazırda üçüncü mərhələ həyata keçirilir. Eyni zamanda, Gürcüstan və Türkiyə arasında 4,3 kilometr uzunluğunda tunelin tikintisi davam etdirilir. Yolun Türkiyə hissəsində 2,2 kilometr məsafədə işlər başa çatdırılmışdır. Gürcüstan sərhədindəki Kartsaxi stansiyasında 18 kilometr yeni yol və stansiyada manevr aparmaq üçün 7 yol çəkilmişdir.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Dəmiryolservis” MMC podratçı təşkilat kimi iştirak edir. Layihə tam olaraq 2014-cü ildə istismara veriləcəkdir.

– Dəmir yolunun xüsusi mühafizə zolağındakı qeyri-qanuni tikililərin taleyi necə olacaqdır?

– Bu məsələ “Nəqliyyat haqqında“ qanunun, Torpaq Məcəlləsinin və “Nəqliyyat Nazirliyi haqqında əsasnamə“nin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli qərarı ilə tənzimlənir. Sənəddə qeyd edilir ki, xüsusi mühafizə zonasının hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Burada müəyyən obyektin yerləşdirilməsi yalnız Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə əsasında həyata keçirilə bilər.

Bütövlükdə respublika üzrə dəmir yolunun mühafizə zolağında 2840 qeyri-qanuni tikili vardır. Onlardan 538-i qeyri-yaşayış, 2302-i isə yaşayış sahəsidir. Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab etmişdir və bununla bağlı son qərar Nazirlər Kabineti tərəfindən veriləcəkdir.

– Dəmir yolu işçiləri özlərinin peşə bayramlarını hansı əhval-ruhiyyə ilə qeyd edirlər? Azərbaycan dəmir yolunun sabahını necə görürsünüz?

– Azərbaycan dəmiryolçularını və bütün həmkarlarımı peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm. Dəmir yolu ölkə üçün həyati əhəmiyyətə malik bir sahədir. Ötən 9 ayda Azərbaycanın dəmir yolu ilə 17 milyon ton yük, 1,9 milyon nəfər sərnişin daşınmışdır. Dəmiryolçularımız bu göstəricilərlə və əldə olunan nailiyyətlərlə kifayətlənmirlər. Kollektivimiz üzərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlarından səmərəli istifadə etmək, yüksək etimadı əməli işlərlə doğrultmaq əzmindədir. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” dəmir yolunun inkişafı üçün geniş imkanlar açır, böyük perspektivlər vəd edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası “Azərbaycan Dəmir Yolları” QSC-ni dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında layiqli yerə çıxaracaqdır.

Похожие статьи

  • Azərbaycan dəmir yolları

    Азербайджанские железные дороги Bank: Azərbaycan Beynəlxalq Bankı “Nəqliyyat” filialı Azərbaycan dəMİr yollari LOT 1 – DƏFTƏRXANA MALLARI, LOT 2 -…

  • Azərbaycan çekistləri.

    Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…

  • Azərbaycan respublikasının müasir inkişaf strategiyası

    TƏHSİLİN İNKİŞAF STRATEGİYASI: nailiyyətlər və əsas hədəflər – Nazir yazdı Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası…

  • Azərbaycan respublikasında təhsilin inkişafı üzrə

    YENİ AZƏRBAYCAN PARTİYASI – Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi,…

  • Azərbaycan teatr tarixi

    Azərbaycan teatr tarixi Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan…

Comments are closed, but trackbacks and pingbacks are open.