Press "Enter" to skip to content

Azerbaycan Konstitusiyasi – Wikipedia

1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiyadır.

12.11.2018 ~ 11.03.2023

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkənin tarixində dördüncü Konstitusiyadır.

Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.

Ötən illər boyu ölkənin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.

Azerbaycan Konstitusiyasi – Wikipedia

Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Azərbaycan SSR konstitusiyaları
    • 1.2 1995-ci il konstitusiyası
    • 2.1 2002-ci il referendumu
    • 2.2 2009-cu il referendumu
    • 2.3 2016-cı il referendumu

    Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

    Azərbaycan SSR konstitusiyaları

    Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikada baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1925, 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.

    1995-ci il konstitusiyası

    Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.

    Yeni Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi [1] :

    1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);
    2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;
    3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;
    4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;
    5. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;
    6. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;
    7. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;
    8. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır

    Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir [2] :

    • Birinci bölmə. Ümumi müddəalar;
      • I fəsil. Xalq hakimiyyəti.
      • II fəsil. Dövlətin əsasları.
      • III fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları.
      • IV fəsil. Vətəndaşların əsas vəzifələri.
      • V fəsil. Qanunvericilik hakimiyyəti.
      • VI fəsil. İcra hakimiyyəti.
      • VII fəsil. Məhkəmə hakimiyyəti.
      • VIII fəsil. Naxçıvan Muxtar Respublikası.
      • IX fəsil. Bələdiyyələr.
      • X fəsil. Qanunvericilik sistemi.
      • XI fəsil. Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər.
      • XII fəsil. Azərbaycan Respublikasının konstitusiyasına əlavələr.

      Keçirilmiş referendumlar

      2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda qüvvədə olan Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunmuşdur. [3]

      2002-ci il referendumu

      1995-ci ildə qəbul olunmuş konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ilk referendum 2002-ci ildə keçirildi. Azərbaycan Respublikası prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı fərmanına əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası referendum aktının yeni layihəsi 24 avqust 2002-ci ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, ümumxalq səsverməsinin göstərilən tarixdə keçirilməsini təmin etdi.

      2009-cu il referendumu

      Azərbaycan Respublikası konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı ikinci referendum 2009-cu ildə keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Referenduma hazırlıq və onun keçirilməsi prosesi sistemli, mütəşəkkil, Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş təqvim planı əsasında aparılmışdır. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı və onların təklifi ilə respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirmişlər.

      Referendum təyin edildikdən sonra aktiv seçki hüququna malik olan 600 mindən çox vətəndaşı əhatə edən referendum üzrə təşviqat qruplarının 9-u Mərkəzi Seçki Komissiyasında, 124-ü isə dairə seçki (referendum) komissiyalarında qeydə alınmışdır. Səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, seçki (referendum) məntəqələri kifayət qədər kabinə və səsvermə qutuları ilə təmin edilmişdir. Səsvermə seçicilərin 70,83%-nin iştirakı ilə keçmişdir [4] .

      2016-cı il referendumu

      Səsvermə bülleteni

      18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı [5] . Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.

      Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi [6] .

      Azərbaycan Respublikasının Konstitusiya günü

      1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi [7] . Azərbaycanda 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.

      Həmçinin bax

      • Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
      • Azərbaycan Respublikasının Konstitusiya günü

      İstinadlar

      1. ↑”Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri”. 2022-03-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-27 .
      2. ↑”e-qanun.az”. 2020-05-29 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-27 .
      3. ↑” ” Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı”. 2019-11-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2016-11-04 .
      4. ↑”Azərbaycan Konstitusiyası”. 2022-07-06 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-28 .
      5. ↑”Azərbaycan Respublikasının prezidentinin rəsmi internet səhifəsi”. 2021-12-14 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-28 .
      6. ↑”Arxivlənmiş surət”. 2021-04-13 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2018-08-28 .
      7. ↑”Azərbaycan Respublikasının Əmək Məcəlləsi”. 2017-08-06 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2018-08-28 .

      Xarici keçidlər

      Vikimənbədə Azərbaycan Respublikasının Konstitusiyası ilə əlaqəli məlumatlar var.

      Azərbaycan dövlətinin konstitusiya statusu

      Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında «Əsas Prinsiplər», Fransa Respublikası Konstitusiyasında «Suverenlik haqqında», Türkiyə Respublikası Konstitusiyasında «Ümumi Əsaslar» və s.
      Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə «Ümumi müddəalar» adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur.
      Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması.
      Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu – Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır.
      Geniş mənada konstitusiya quruluşu – ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.

      Konstitusiya quruluşunun əsasları – dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir.
      Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya, sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır.
      Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli «Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, «Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur» (10-cu maddənin I hissəsi); «Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır» (12 maddənin I hissəsi); «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır» (12-ci maddənin II hissə-si) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu.
      Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində aşağıdakı qaydada öz əksini tapmışdır:

      • Xalq hakimiyyəti (1 -ci maddə);
      • Xalq suverenliyi (2-ci maddə);
      • Hakimiyyət bölgüsü (7-ci maddənin III hissəsi);
      • İnsan və vətəndaşın hüquq və azadlığının üstünlüyü (12-ci maddə);
      • İqtisadi plüralizm (13 və 15-ci maddələr);
      • Dünyəvi dövlət prinsipi (7, 18 və 48-ci maddələr);
      • Konstitusiya quruluşunun zəruriliyi (Azərbaycan Respublikası Konstitusiyasının preambulasının müddəaları).

      Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə, rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir. Bazar iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur.
      Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi xarakterikdir. Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir. Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Torpaq və digər təbii ehtiyatlar, həmçinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər.
      Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama salınır.

      Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
      Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:

      • xalq hakimiyyəti;
      • hakimiyyətin bölgüsü;
      • siyasi plüralizm;
      • yerli özünüidarəetmə.

      Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi, sosial və mənəvi məişətini müəyyən etməsi olub, dövlətin suverenliyinin əsasında durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir.
      Xalq hakimiyyəti – dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir.
      Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
      Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:

      • Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir.
      • Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir.

      Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də bilavasitə demokratiya institutları sistemidir. Bilavasitə demokratiya institutları sisteminin kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı kimi təsnifləşdirir:

      • referendum;
      • ümumi seçkilər;
      • qanun layihələrinin və dövlət həyatının mühüm məsələlərinə dair ümumxalq müzakirəsi;
      • vətəndaşların yığıncaqlar, ictimai təşkilatlar, yerli özünüidarə orqanları vasitəsilə cəmiyyətin işlərinin idarə olunmasında iştirakı;
      • dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına fərdi və kollektiv müraciət (petitsiya) hüququ.

      Referendum və azad seçkilər xalq hakimiyyətinin ali, birbaşa təzahür formalarıdır.
      Azərbaycan Respublikasında seçkilərə – Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri aiddir.
      Seçki dedikdə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üçün seçki komissiyalarının, seçki dairələri və seçki məntəqələrinin təşkili, seçici siyahılarının tərtibi, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, səsvermə və ona yekun vurulması üzrə Azərbaycan Respublikası vətəndaşlarının fəaliyyəti başa düşülür. Seçkiləri başqa formada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üsulu kimi də xarakterizə etmək olar. Seçkilər cəmiyyətin siyasi barometridir.
      Seçkilərin hüquqi əsasını Respublika Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüququ aktları təşkil edir.
      Referendum və seçkilər – birbaşa demokratiya institutları kimi məqsəd və subyektlərinə görə çox oxşar, obyektlərinə və nəticələrinə görə, bir-birindən fərqlənirlər. Onların məqsədi eynidir – xalqın iradəsini ifadə etmək; subyektlərinə görə də fərqlənmirlər. Başqa sözlə, referendumda iştirak etmək hüququ olan vətəndaşlar seçkilərdə də iştirak edə bilər.
      Referendum demokratiya və dövlət quruculuğu tarixində ən maraqlı formalardan biridir. «Referendum» latın sözü olub, bildirilməsi zəruri olan, xəbər verilməli fakt mənasını verir və zəngin tarixə malikdir. Referendum keçirilməsi şərtləri və üsulu (prosedurası) müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi anlayışları sinonim anlayışlar kimi işlədilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 1.1.1-ci maddəsində göstərilir: «Referendum – Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsi»dir.
      Referendum xalq hakimiyyətinin bariz nümunəsidir
      Azərbaycan Respublikası Konstitusiyanın 3-cü maddəsinin 2-ci hissəsinə görə aşağıdakı məsələlər yalnız referendum yolu ilə həll oluna bilər:

      • Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
      • Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.

      Bu məsələlərin həlli üçün yalnız referendum keçirilməsi nəzərdə tutulub, başqa qayda yoxdur. Belə referendum məcburi referendum adlanır.
      Bundan əlavə, Konstitusiyanın 155-ci maddəsinə əsasən aşağıdakı məsələləri müəyyən edən maddələrə dəyişikliklər və ya onların ləğv edilməsi referenduma çıxarıla bilməz:
      1) maddə 1 – Hakimiyyətin mənbəyi – maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
      2) maddə 2 – Xalq suverenliyi – maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
      3) maddə 6 – Hakimiyyətin mənimsənilməsinin yolverilməzliyi – maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
      4) maddə 7 – Azərbaycan dövləti – maddəsinə
      5) maddə 8 – Azərbaycan dövlətinin başçısı – maddəsinə dəyişikliklər və ya onların ləğv edilməsi;
      6) maddə 21 – Dövlət dili;

      Bununla yanaşı Konstitusiyanın III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz (maddə 155).
      Referendumun təsnifatı müxtəlif meyarlara görə aparılır.
      I. Predmetinə görə:
      1) konstitusion referendum – Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi ilə əlaqədardır;
      2) qanunverici referendum – qanunların qəbul edilməsi ilə əlaqədardır;
      3) beynəlxalq-hüquqi;
      4) inzibati-hüquqi.
      II Məcburiliyinə görə:
      1) məcburi referendum – burada hər hansı bir məsələnin yalnız referendumla həlli nəzərdə tutulur;
      2)fakultativ referendum – müvafiq məsələlər üzrə referendum keçirilə də bilər, keçirilməyə də.Hər iki halda referendumun nəticəsi mütləq hüquqi nəticə hesab olunur.
      III. Keçirilmə müddətinə görə:
      1) parlamentə qədərki – qanun layihəsinə parlamentdə baxılana qədər keçirilən referendum (məşvərətçi referendum);
      2) parlamentdən sonrakı – qanun layihəsinə parlamentdə baxılandan sonra keçirilən referendum.

      IV. Məkana görə:
      1) ümummilli referendum;
      2) regional referendum;
      3) yerli referendum.

      Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətinə əsaslanan hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir ki, bu da dövlət hakimiyyətinin normal fəaliyyət göstərməsinin vacib ilkin şərtidir. Hakimiyyətin bu üç qolunun hər biri müstəqildir. Hakimiyyətin bölgüsü prinsipi, həmçinin hakimiyyətin səmərəli tarazlığını yaradır ki, bunun nəticəsində hakimiyyət budaqlarından heç biri digərinin səlahiyyətlərinin həyata keçirilməsinə qarışmır. Buna görə də mövcud prinsipin müntəzəm olaraq həyata keçirilməsi bütün dövlət mexanizminin səmərəli fəaliyyət göstərməsinin zəruri şərtidir. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, hakimiyyətin bölünməsi prinsipinin dövlət idarəetmə formasına müvafiq olaraq Konstitusiyada necə təsbit olunmasından asılı olmayaraq, artıq demokratiyaya doğru atılmış addım kimi qiymətləndirilməlidir
      Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən, mövcud sistem nəzərə alınmış və özünəməxsus bir bölgü işlənib hazırlanmışdır.
      Konstitusiyanın preambulasında Azərbaycan Respublikası Konstitusiyasının 1991-ci il 18 oktyabr tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanması haqqında müddəa əks olunmuşdur. Məhz bu aktda da ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyətin bölgüsü təsbit olunmuşdur.
      Yeni Konstitusiyanın II fəsli «Dövlətin əsasları» adlanır və 7-ci maddədə Azərbaycan dövləti xarakterizə edilir, habelə dövlət hakimiyyətinin təşkili əsasları göstərilir. 7-ci maddənin III hissəsinə görə, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis həyat keçirir, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirir. Bu prinsipin davamı kimi Konstitusiyanın III bölməsi «Dövlət hakimiyyəti», tamamilə hakimiyyətin bölünməsi prinsipi üzərində qurulmuşdur. V fəsildə qanunvericilik, VI fəsildə icra, VII fəsildə isə məhkəmə hakimiyyətindən bəhs edilir, onların təşkili və fəaliyyəti əsasları, hüquqi vəziyyəti, qəbul etdiyi aktların hüquqi qüvvəsi və s. kimi məsələlər müəyyən edilir. Yuxarıda qeyd edilənlərə bir qədər dəqiqliklə yanaşılsa, hər bir hakimiyyət budağının hakimiyyətin bölgüsü çərçivəsində eyni sayda orqanlarla təmsil olunmadığı, bu orqanların bölgüdə iştirak dərəcəsinin və onların öz aralarında münasibətlərinin müxtəlif olması aydın olar. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir. İcra hakimiyyətini bölgü çərçivəsində, əsasən prezident təmsil edir, bununla belə, hakimiyyət bölgüsü mexanizmində Nazirlər Kabineti də iştirak edir. İcra hakimiyyəti bütövlükdə icra hakimiyyəti sisteminə daxil olan bütün orqanlar tərəfindən həyata keçirilir. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikası məhkəmələri ədalət mühakiməsi yolu ilə həyata keçirir. Qanunverici hakimiyyət yalnız bir orqanda təşkilatlanıb, onun yerli orqanları yoxdur. İcra hakimiyyəti çoxsaylı orqanlar sistemində təşkilatlanıb, bütün səviyyələrdə müxtəlif orqanlara malikdir. Məhkəmə hakimiyyəti də daxilən hər bir üzvü (hər bir məhkəmə) geniş muxtariyyətə malik olan orqanlar sistemi tərəfindən həyata keçirilir, yəni bir məhkəmə digər məhkəmənin işinə müdaxilə edə bilməz, hər bir məhkəmə ayrılıqda məhkəmə hakimiyyətinin daşıyıcısıdır. Ölkənin ali orqanları səviyyəsində hər üç hakimiyyət budağı arasında tarazlaşdırma və çəkindirmə sistemi qarşılıqlı şəkildə realizə olunur. Həm Milli Məclis, həm də prezident, həm də Konstitusiya Məhkəməsi bir-birinə konstitusion səlahiyyətlər vasitəsilə təsir edir. Hakimiyyət budaqları daxilində ikinci səviyyədə mənzərə bir qədər fərqlidir. Bu orqanlardan sonra gələn və orqanlar iyerarxiyasında mühüm rola malik orqanlar, ancaq və ancaq icra hakimiyyətində dəqiq və təşkilatlanmış şəkildə mövcuddur. Burada söhbət mərkəzi icra hakimiyyəti orqanlarından gedir.
      Azərbaycan Respublikasının Konstitusiyasında demək olar ki, bütün hakimiyyət orqanları hakimiyyətin bölünməsi prizmasından nəzərdən keçirilir və eyni şəkildə də təsbitlənir.

      Demokratik dövlətin ayrılmaz xüsusiyyətlərindən biri də burada plüralizmin mövcudluğudur, yəni onun ideoloji və siyasi müxtəlifliyə malik olmasıdır.
      İdeoloji müxtəliflik o deməkdir ki, heç bir ideologiya, dövlət səviyyəsində məcburi ideologiya kimi müəyyən edilmir. Əlbəttə, bu o demək deyil ki, cəmiyyətdə, ümumiyyətlə, heç bir əsas ideologiya olmamalıdır. Belə ideologiyanın Azərbaycan cəmiyyətinin əksər sosial təbəqələri və qrupları tərəfindən bəyənilməsi və himayə edilməsi lazımdır. Bəzən cəmiyyətdə mövcud olan ideoloji mühit cəmiyyətin möhkəmliyinə kömək etmir, çox vaxt mənəvi, mədəni əsasları sarsıdır, hərc-mərciliyə və ideoloji nihilizmə aparıb çıxarır.
      Siyasi müxtəliflik özünü aşağıdakılarda göstərir: birincisi, çoxpartiyalılıq; ikincisi, ictimai birliklərin qanun qarşısında bərabərliyi; üçüncüsü, ictimai birliklərin sərbəst fəaliyyəti; dördüncüsü, məqsəd və fəaliyyəti Azərbaycan Respublikasının konstitusiya quruluşunun məcburi dəyişdirilməsi və onun bütövlüyünün pozulmasından, dövlətin təhlükəsizliyinin sarsıdılması, silahlı birləşmələr yaradılması, sosial, irqi, milli və dini düşmənçiliyin qızışdırılmasından ibarət olan ictimai birliklərin təşkil edilməsi və fəaliyyətinin qadağan olunması

      Hüquqi dövlət. Ölkəmizdə həyata keçirilən konstitusion islahatların məqsədi demokratik dəyərlərin təsbit olunması və gerçəkləşdirilməsi mexanizmlərinin işlənib hazırlanmasıdır.
      Konstitusiyanın preambulasında elan edilən Azərbaycan xalqının ülvi niyyətlərindən biri də qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır.
      O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir. Hələ XX əsrin əvvəllərində qeyd olunurdu ki, müasir mədəni dövlət – hüquqi dövlətdir.
      Hüquqi dövlət anlayışı özündə konstitusion demokratik dövlət anlayışında mövcud olan əlamətləri birləşdirir. Lakin hüquqi dövlətin spesifik əlamətlərinin üzərində dayansaq hüquqi dövlət haqqında daha geniş, aydın təsəvvür yaratmış olarıq.
      Bu prinsiplər əsasən, aşağıdakılardır:

      • Hüququn aliliyi prinsipi;
      • Hakimiyyətin bölgüsü prinsipi;
      • Hamının qanun qarşısında bərabərliyi;
      • Hüquq və azadlıqların üstünlüyü prinsipi;
      • İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.
      • Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyəti;
      • Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.

      Bu prinsiplərin dairəsini genişləndirmək də olar. Lakin, hüquqi dövlət quruculuğunun hüquqi əsaslarını bu prinsiplər təşkil edir. Digər prinsiplər bu prinsiplərdən törəmədir.
      Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan – «Azərbaycan hüquqi dövlətdir» formulasına belə dövlət quruculuğunun başlıca məqsədi, vəzifəsi və istiqaməti kimi baxmaq lazımdır.
      Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Başqa sözlə, ictimai həyatın bütün sferalarına aid olan əsas ictimai münasibətlər qanunqüvvəli aktlarla deyil, yalnız qanunla nizama salınmalıdır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya – dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində Konstitusiyanın əsas qanun kimi bir sıra özünəməxsus əlamətləri təsbit edilmişdir.
      «I. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
      II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
      III. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır».

      Konstitusiyanın 7-ci maddəsinin I hissəsinə görə «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır». Həmin maddənin II hissəsində isə dövlət hakimiyyətinin hədləri hüququn aliliyi prinsipinə əsaslanaraq müəyyən olunur: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır», III hissədə isə «Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir» müddəaları təsbit olunmuşdur. Yaxşı olardı ki, elə bu arada hüququn aliliyi prinsipinə yaxın digər prinsipləri qeyd edək. Çünki Konstitusiyanın digər institutlarında hüququn aliliyi prinsipinin həyata keçirilməsi üçün aşağıdakı prinsiplər hüquqi praktiki əhəmiyyət daşıyır:

      • mərkəzi qanunvericilik sisteminin mövcudluğu prinsipi;
      • sosial ədalət prinsipi;
      • dövlət orqanlarının cəmiyyətin ayrı-ayrı hissələrinə deyil, bütün cəmiyyətə xidmət etməsi;
      • bütün qanunların dərc olunmasının zəruriliyi..

      Digər mühüm prinsip hakimiyyətlərin bölünməsi prinsipidir.
      Bu prinsip öz təsbitini Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində tapmışdır: «Azərbaycan Respublikasında dövlət hakimiyyəti, hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
      – qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
      – icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
      – məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir».
      Hüquqi dövlətin növbəti prinsipləri – hər kəsin qanun qarşısında bərabərliyi və insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü konstitusion quruluşun humanist əsası kimi qəbul edilir.
      Hüquqi dövlətdə dövlət, insan və vətəndaşların təbii hüquq və azadlıqlarının Konstitusiyada təsbit edilməsi ilə yanaşı, bu hüquq və azadlıqların realizə edilməsi təminatlarını, həmçinin onların müdafiə edilməsi vəzifəsini daşıyır.
      Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri də onun sosiallığıdır, yəni sosial dövlət olmasıdır. Azərbaycan Respublikasının sosial dövlət kimi siyasətinin əsas istiqamətini insanın azad inkişafı və onun ləyaqətli həyatının təmin edilməsi şərtləri təşkil edir ki, bu da Konstitusiyanın I və II bölmələrində təsbit edilmişdir. Bu bölmələr Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətini müəyyən edir. Xüsusilə: insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum məbləğdə müəyyən edilməsi; ailələrin, analığın, atalığın və uşaqların, əlil və yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət təqaüdlərinin, yardımların və sosial müdafiənin digər təminatlarının müəyyən edilməsi və s.

      Dünyəvi dövlət. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar.
      Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması – heç bir din məcburi müəyyən edilməmişdir. İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur.
      Konstitusiyanın birinci bölməsində verilən bu ümumi müddəalar Konstitusiyanın sonrakı – insan və vətəndaşların hüquq və azadlıqları bölməsində və dini birliklər haqqında qanunda konkretləşir. Buna Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi (Bərabərlik hüququ), 47-ci maddəsi (Fikir və söz azadlığı), 48-ci maddəsi (Vicdan azad-lığı), 58-ci maddəsi (Birləşmək hüququ) və s. maddələri misal göstərmək olar.
      Azərbaycan Respublikası Konstitusiyanın 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır, habelə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
      Bununla belə, respublika qanunvericiliyi dini birliklər üçün aşağıdakıları müəyyən edir:
      – dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir;
      – dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifələrini icra etmir;
      – dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmir;
      – siyasi partiyaların və hərəkatların fəaliyyətində iştirak etmir və onlara maliyyə və digər yardım göstərmir.

      Respublika idarəetmə forması. Dövlət və hüquq nəzəriyyəsi kursundan məlum olduğu kimi, dövlətin forması anlayışı özündə üç müstəqil elementi birləşdirir: idarəetmə forması, dövlət quruluşu forması və dövlət rejimi (siyasi rejim).
      Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətimizin başlıca əlamətlərini göstərməklə yanaşı onu, idarəetmə formasına görə respublika kimi təsbit etmişdir. Respublikanın başlıca əlamətləri – dövlət başçısının seçkilər vasitəsilə bu vəzifəni əldə etməsi və Konstitusiya ilə müəyyən olunmuş müddətdə öz səlahiyyətlərini həyata keçirməsidir. Bu xüsusiyyətlər, respublikanı dövlət başçısı vəzifəsini tutmağın irsi xarakter daşıdığı monarxiyadan fərqləndirir.
      Azərbaycan Respublikası Konstitusiyası dövlətimizi respublikanın hər hansı bir növünə (parlamentli, prezidentli, qarışıq) aid olduğunu birbaşa olaraq təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin digər qolları, hər şeydən əvvəl parlamentlə qarşılıqlı fəaliyyəti ölkəmizdə prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir.
      Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, həm də icra hakimiyyətinin başçısıdır; prezident ümumi, bərabər və birbaşa seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, prezident tərəfindən təşkil olunur, prezident qarşısında məsuliyyət daşıyır və hesabat verir; hökumət parlament qarşısında deyil, prezident qarşısında istefa verir; prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur; parlamentin prezidentə impiçment tətbiq etmək səlahiyyəti var.

      Unitar dövlət quruluş forması. Hər bir dövlətdə onun dövlət quruluşunun forması əhəmiyyətli rol oynayır. Bu həmin dövlətin mahiyyəti, habelə dövlətlə onun tərkib hissələri (inzibati – ərazi vahidləri, muxtar təsisatlar, federasiya subyektləri) arasındakı münasibətlər ilə müəyyən edilir. Öz növbəsində dövlət quruluşunun forması dövlət hakimiyyətini və onun həyata keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir.
      Dövlət quruluşu bir qayda olaraq ölkənin Konstitusiyasında və onun əsasında qəbul edilmiş digər normativ hüquqi akflarda təsbit olunur.
      Azərbaycan Respublikası Konstitusiyası (7-ci maddə) dövlət quruluşuna görə respublikamızı unitar dövlət kimi xarakterizə edir.

      Dövlət rejimi. Dövlət rejimi – dövlət hakimiyyətinin həyata keçirilməsi metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür.
      Azərbaycan Respublikasının Konstitusiyası bizim ölkəmizdə dövlət rejiminin konkret növünü müəyyən etməklə dövlətimizin dünyanın demokratik dövlətlərindən biri olduğunu sübut etdi. Konstitusiyanın 7-ci maddəsində birbaşa olaraq Azərbaycan dövlətinin demokratikliyi təsbit edilir. Hakimiyyətlərin bölünməsi prinsipi; dövlət hakimiyyət orqanlarının və yerli özünüidarəetmə orqanlarının seçilməsi və vaxtaşırı olaraq dəyişilməsi; insan hüquq və azadlıqlarının ali dəyərlər kimi tanınması, onlara riayət edilməsi və təminatının dövlətin vəzifəsi hesab olunması; siyasi plüralizm; qanunvericiliyin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin müəyyən edilməsi dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur.

      • Teqlər:
      • Konstitusiya
      • , Azərbaycan Konstitusiyası

      Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.