Azərbaycan müəllimlər i nstitutunun qazax filialı hökm
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycan müəllimlər i nstitutunun qazax filialı hökm
Respublikanın bir sıra rayonlarının təhsil müəssisələrində müəllimlərin saxta diplomlarla işə qəbul edilməsi və digər qanunsuzluqlara yol verilməsi barədə Təhsil Nazirliyindən daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Prokurorluğun mətbat xidmətindən Modern.az-a verilən məlumata görə, ilkin istintaq zamanı institutun Qazax filialının sabiq direktoru İsa Veysovun vəzifə səlahiyyətlərinə görə elmi-pedaqoji kadrların hazırlanmasına, onların ixtisaslarının artırılmasına nəzarət etməli və qanunvericiliklə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirməli olduğu halda qulluq mövqeyindən istifadə edib saxta sənədlər əsasında filiala müsabiqədən kənar 36 şəxsin qəbul edilməsi, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsi, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılması, yekunda saxta diplomların verilməsi və digər qanunsuz xidmətlər müqabilində ümumilikdə 239 min 970 manat məbləğində pul almaqla təhsil sistemini nüfuzdan salan hərəkətləri etməsində və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təhsil müəssisəsində saxta diplomların verilməsi və sadalanan digər cinayət faktları ilə əlaqəsi olan vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Modern.az
Xankəndi
Bu barədə AzVision.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Təhsil Nazirliyinin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilib.
Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilib və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb.
Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılıb.
Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilmiş və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
Azərbaycan müəllimlər i nstitutunun qazax filialı hökm
Çər. axşamı 19 iyun 2018 14:26:34
Muxtar Babayevin İŞ METODU – “Gücü çatan restoranlara tas qoydular. “
Təhsildən şikayətçiyə Kürdəmirsayağı reaksiya – Şikayətçinin müəllimə bacısına təzyiq göstərirlər.
Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə şagirdlərdən məcburi qayda 6 manat pul yığılır – Nazirlik buna son qoyacaq?
Əlahiddə Ümumqoşun Ordusu iş adamının texnikalarına əl qoyub? – ŞOK İDDİALAR
“Azərlotereya” Naxçıvanda 4 yeni qumar məntəqəsi açmağı böyük “uğur” sayır? – VİDEO
Göyçayda ayrılan DÖVLƏT PULUNU KİM YEYİB? – VİDEOGİLEY
Şəmkirdə daldalanacaq KÖLGƏ QALMADI, CƏNABLAR. – NARAZILIQ VAR! VİDEO
Müəllimlər İnstitutunun Qazax filialı da bağlanmalıdır
8-05-2015, 16:39
Məlum olduğu kimi Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialına rəhbərlik artıq 3 ildən artıq müddətdir ki, Afaq Qasımovaya tapşırılıb. Afaq xanımın bu vəzifəyə təyinatı filialın keçmiş direktoru tərəfindən çoxsaylı korrupsiya hallarına yol verilməsi və məhz bu səbəbdən həbsə düşməsindən sonra baş tutsa da, bu hadisələrin yeni direktor üçün bir ibrət olduğunu söyləmək qətiyyən mümkün deyil. Yeni təyinatdan bir müddət sonra yerli mənbələrin təqdim etdikləri məlumatlarda isə AMİ-nin Qazax filialında müəyyən dəyişiklikləri yalnız binanın görünüşündə müşahidə etməyin mümkün olduğu bildirilirdi. Bu xüsusda redaksiyamıxa daxil olan şikayət məktublarında bu ali təhsil müəssisəsində yer almış neqativ hallar, filialın direktoru Afaq Qasımovanın işindəki ciddi nöqsanlar barədə məlumatlar indi də öz əksini tapmaqdadır. Həmin məlumatlarda filial direktorunun yol verdiyi özbaşınalıq və qanun pozuntularının son həddə çatması xüsusi qeyd olunur. Bildirilir ki, bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası ilə bağlı ali məktəbdə növbəti dəfə gərginlik yaşanmışdı. Səbəb isə bu olmuşdu ki, hər bir imtahana görə hər tələbədən 50 manat rüşvət alınması barədə göstəriş verən direktor müəllimləri də olduqca pis vəziyyətdə qoyub. Belə ki, bir çox müəllimlər imtahanlara məsuliyyətlə yanaşaraq hazırlıqlı gələn və biliklərinə güvənən tələbələrdən pul istəyə bilmirlər. Lakin Afaq Qasımova bu amili qətiyyən hesaba almır. Onun sərt tələblərinə əsasən pul hamıdan yığılmalıdır. AMİ-nin Qazax filialında təhsil alan tələbələrin təqdim etdikləri məlumatlarda isə bu yığımların hansı fəsadlara yol aça biləcəyinə dair ehtimallar öz əksini tapmaqdadır. Artıq ötən saylarımızdan birində dərc etdiyimiz materialda da bildirmişdik ki, özünü Gülnar Məmmədli kimi təqdim etmiş bir xanım bu filialda baş verənlərə dair ilginc faktlar təqdim etmişdi. Oxucunun verdiyi açıqlamalarda deyilir: “Bu institutda anormallıq bas alib gedir. İmtahan vaxtı tələbələrin fəryadı göyə qalxır. İmtahan biletində olan beş sualın beşini də cavablandırmış tələbəni də “kəsirlər” ki, Afaq xanım qiymət yazmağa icazə vermir, yoxsa bizə (müəllimlərə) tohmet veriləcək. Hər imtahana görə 50 manatdan 1 qəpik də yenmirlər, açıq bazardı. Hətta müəllim tələbəyə obyektiv qiymət yazsa da, dekanlıq imkan verməyəcək. Hər sessiya öncəsi pul vermək istəməyən tələbələrə öz dilləri ilə deyirlər ki, imtahanda “sürünəcəksiniz”. Allah eləsin, bu filial bağlansın, amma tələbələr başqa təhsil müəssisəsinə köçürülsün. ” Daha sonra redaksiyamıza daxil olan məlumatlarda Afaq Qasımovanın qeyri-qanuni gəlirlərinə dair maraqlı açıqlamalar da təqdim olunmuşdu. Bu xüsusda mənbə bildirirdi ki, Afaq xanım işə gəlmək üçün hər gün özünün şəxsi “Mersedes – GL” markalı avtomobilində Gəncədən Qazaxa qədər olan məsafəni qət etməli olur. Təbii ki, eyni yol da hər axşam evə qayıtmaq üçün gedilir. Avtomobilin markası nəzərə alınsa, təkcə yanacağa sərf olunan pulun gündəlik 50 manat civarında olduğunu müəyyən etmək olar. Amma bu da var ki, bahalı avtomobillər müvafiq olaraq bahalı texniki xidmət də tələb edirlər. Bundan başqa da Afaq xanım öz avtomobilini şəxsən özü idarə etmir. Bunun üçün filial direktorunun personal sürücüsü də var. Deməli, sürücünün də əmək haqqı nəzərə alınmaqla Afaq xanım hər ay təkcə avtomobilinin saxlanmasına 2000 manatdan artıq vəsait xərcləməlidir. Həm də bu xərclər filial direktorunun aldığı aylıq 400 manat məbləğində məvacibindən ödənilməlidir. Təbii ki, bütün bu hallar ölkənin təhsil sahəsində həyata keşirilən proqressiv islahatlara və ilk növbədə Azərbaycan Müəllimlər İnstitutunun bütünlükdə fəaliyyətinə kölgə salır. Lakin Azərbaycan Müəllimlər İnstitutunun və Təhsil Nazirliyinin rəhbərliyi hələ də Qazax filialında baş verənlərə münasibət bildirməyə tələsmirlər.
Похожие статьи
-
Azərbaycan müəllimlər institutu xəbərlər 4 2014
Son xəbərlər 0 şeirində «Ədirnə tarixinin lirik–romantik üslubda bədii obrazını yaratmışdı» Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası…
-
Azərbaycan müəllimlər institutu xəbərlər 4 2011
Azərbaycan Müəllimlər Institutu Quba istiqamətlərdə böyük nailiyyətlər əldə etmişlər. Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası…
-
Azərbaycan respublikasinin konstitusiya 2017
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi 11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan…
-
Azərbaycan fəlsəfəsi tarixi Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov…
-
Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu – TƏHLİL “QARADAĞ GÜNƏŞ ELEKTRİK STANSİYASININ TƏMƏLİNİN QOYULMASI ÇOX ÖNƏMLİ…
Comments are closed, but trackbacks and pingbacks are open.