Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
– Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verilib.
Aznews.az xəbər verir ki , bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanda dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Fərmana əsasən, Şirkətin strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra – AİH) təsdiq edəcək.
Əvvəl şirkətin Nizamnaməsi, Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilirdi.
Eyni zamanda, şirkətin strukturuna daxil olan qurumların, həmçinin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edəcək.
Şirkət tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edəcək.
Hüquqi və fiziki şəxslərlə yaradılan cəmiyyətlərdə, kooperativlərdə, hüquqi şəxslərin ittifaqlarında və digər birgə layihələrdə şirkətin bilavasitə iştirakı ilə bağlı qərarları Şirkətin Müşahidə Şurası qəbul edir. Əvvəllər bilavasitə şirkət iştirak edə bilərdi.
Həmçinin fərmanla Dövlət Neft Şirkətinin idarə olunması qaydası dəyişib.
– Şirkət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Şirkətin korporativ idarəetmə standartları AİH tərəfindən təsdiq olunur.
– Şirkətin ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır. Şirkətin idarəetmə orqanları Müşahidə Şurası və kollegial icra orqanı – İdarə Heyətidir.
– Ümumi Yığıncağın müstəsna səlahiyyətləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Sərəncamı ilə müəyyən edilir. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilməyən məsələlər barədə qərarlar nizamnaməsinə uyğun olaraq AİH tərəfindən qəbul olunur.
– Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) həyata keçirir. Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən ibarətdir. Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir.
– Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:
– Şirkətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
– Şirkətin İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək, AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin fəaliyyətini qiymətləndirmək;
– İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan Respublikasının qanunları ilə yol verilməyən hallar istisna olmaqla, Müşahidə Şurasının üzvlərinin mükafatlandırılması qaydasını müəyyən etmək;
– Şirkətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, törəmə və asılı təsərrüfat cəmiyyətlərini yaratmaq, onların nizamnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
– Şirkətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
– Şirkətin risklərin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək;
– Şirkətin mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək;
– Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək;
– Şirkətin illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək;
– Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Şirkətin investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Şirkətin inkişaf strategiyasının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;
– satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək;
– Şirkətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən çox məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
– aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
-Şirkətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarət etmək;
-Şirkətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, Şirkətin maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;
– Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
-Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
– Audit Komitəsinin, daxili audit bölməsinin və müstəqil auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görmək;
– mənfəətin və zərərin bölgüsünü, illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
– mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
– Şirkətin filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
– bu Nizamnamə ilə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə, habelə Müşahidə Şurası haqqında AİH-nin təsdiq etdiyi əsasnamə ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Müşahidə Şurası özünün səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini Şirkətin İdarə Heyətinə həvalə edə bilməz.
Şirkətin Müşahidə Şurasının üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq həyata keçirilir.
Müşahidə Şurasının sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Müşahidə Şurasının iclasını çağırır və iclaslara sədrlik edir.
Müşahidə Şurasının iclaslarının keçirilməsi təşəbbüsü ilə Şirkətin Ümumi Yığıncağı, Müşahidə Şurasının üzvü və ya İdarə Heyətinin rəhbəri – Şirkətin prezidenti çıxış edir.
Müşahidə Şurasının iclasları onun üzvlərin bilavasitə iştirakı ilə əyani formada, informasiya texnologiyalarından istifadə etməklə distant formada, üzvlərin bilavasitə iştirakı olmadan qiyabi formada, yaxud qarışıq formada keçirilə bilər.
Müşahidə Şurasının iclasının gündəliyi iclasa ən azı 2 (iki) həftə qalmış korporativ katib vasitəsilə tövsiyələrin hazırlanması üçün AİH-yə göndərilir. AİH iclasa ən azı 1 (bir) həftə qalmış gündəliyə daxil edilmiş hər bir məsələyə dair tövsiyələrini hazırlayıb Müşahidə Şurasına göndərir.
Müşahidə Şurasının üzvlərinə, AİH-yə və iclasa dəvət olunmuş Şirkətin prezidentinə və digər şəxslərə iclasın keçiriləcəyi yer və vaxt (distant formada keçirilən iclaslara münasibətdə iclasın keçiriləcəyi vaxt), habelə AİH-nin tövsiyələri ilə birlikdə gündəliyə daxil edilmiş məsələlər barədə korporativ katib iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri sənədləri əlavə etməklə yazılı məlumat verir.
Müşahidə Şurasının əyani və distant formada keçirilən iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə, qiyabi formada keçirilən iclasları isə üzvlərin yarıdan çoxu səsvermə bülletenlərini imzaladıqda səlahiyyətlidir. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarına Müşahidə Şurasının üzvü olmayan şəxslər də dəvət oluna bilərlər.
Müşahidə Şurasının iclaslarında qərarlar aşağıdakı qaydada qəbul olunur:
– Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir;
– Müşahidə Şurasının qiyabi formada keçirilən iclaslarında qərarlar üzvlər tərəfindən səsvermə bülletenlərinin imzalanması yolu ilə qəbul edilir;
– Müşahidə Şurasının qarışıq formada keçirilən iclaslarında qərarlar bu Nizamnamənin 5.14.1-ci yarımbəndinə uyğun olaraq keçirilən səsvermə və bu Nizamnamənin 5.14.2-ci yarımbəndinə uyğun olaraq səsvermə bülletenlərini imzalamış üzvlərin səsi nəzərə alınmaqla qəbul edilir;
– Müşahidə Şurasının üzvü iclasın gündəliyinə daxil edilmiş istənilən məsələ barədə Ümumi Yığıncaq tərəfindən qərar qəbul edilməsi tələbi ilə AİH-yə müraciət edə bilər. Müraciətlə bağlı AİH qərar qəbul edənədək, həmin məsələyə Müşahidə Şurası tərəfindən baxıla bilməz;
– iclasın gündəliyinə Müşahidə Şurasının üzvlərinin (sədr də daxil olmaqla) maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında AİH-yə ətraflı yazılı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir;
– gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Müşahidə Şurasının iclaslarının nəticələri Müşahidə Şurasının sədri və korporativ katib tərəfindən imzalanmaqla protokolla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur.
Müşahidə Şurası bu Nizamnaməsinəuyğun olaraq aşağıdakı komitələri yaradır:
– Təyinat və Mükafatlandırma Komitəsi;
– Strategiya və İnvestisiyalar Komitəsi.
Korporativ katib AİH-nin təqdimatına əsasən Müşahidə Şurası tərəfindən Müşahidə Şurasının üzvü olmayan şəxslər sırasından vəzifəyə təyin və vəzifədən azad edilir və Müşahidə Şurasının sədrinə hesabat verir. Korporativ katib Müşahidə Şurasının iclasında iştirak edə bilmədikdə, Müşahidə Şurasının sədri onu əvəz edəcək şəxsi təyin edir.
– Müşahidə Şurasının iclaslarını təşkil edir;
– bu Nizamnamədənəzərdə tutulmuş vəzifəni icra edir;
– Müşahidə Şurasının iclasına aid materialları bu Nizamnamədə göstərilən qaydada və müddətdə AİH-yə və Müşahidə Şurasının üzvlərinə təqdim edir;
– AİH ilə Müşahidə Şurasının üzvləri, eləcə də İdarə Heyəti arasında sənəd və məlumat mübadiləsini həyata keçirir;
– Müşahidə Şurasının qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Müşahidə Şurasının sədrinə təqdim edir
– Müşahidə Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Müşahidə Şurasının sədrinə təqdim edir.
– Müşahidə Şurasının qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
– Şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən ibarətdir.
Şirkətin İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
– Şirkətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək;
– Şirkətin mərkəzləşdirilmiş fondlarının yaradılmasına və istifadəsinə dair Müşahidə Şurasına təkliflər vermək;
– Şirkətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətlərin, məhsul, xidmət və işlərin qiymətlərini müəyyən etmək;
– Şirkətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair qərar qəbul etmək;
– Şirkətin xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin mәqsәdәuyğunluğu barədə qərar qəbul etmək;
– Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli üçün tədbirlər görmək;
– bu Nizamnamə ilə Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll etmək.
– İdarə Heyətinin rəhbəri ayda 1 (bir) dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvləri və Müşahidə Şurası çıxış edir. İdarə Heyətinin iclasında hər bir üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
– İdarə Heyətinin iclaslarına münasibətdə bu Nizamnamədənəzərdə tutulmuş müddəalar tətbiq edilir. İdarə Heyətinin iclasları bu Nizamnaməyə uyğun olaraq protokollaşdırılır.
– Şirkətin işini təşkil edir və onun cari fəaliyyətinə rəhbərlik edir;
– bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Müşahidə Şurasına təkliflər verir və sənədlər (o cümlədən Şirkətin illik və rüblük hesabatlarını, habelə strateji planlarının icrası barədə hesabatları) təqdim edir;
-Şirkətin korporativ strukturunu və ştat cədvəlini Müşahidə Şurası ilə razılaşdırmaqla təsdiq edir;
– Şirkətin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir;
-Şirkətin Baş Ofisinin və Şirkətin strukturuna daxil olan qurumların səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər görür;
– Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarlarının icrasını təmin edir;
– Şirkətin Baş Ofisinin struktur bölmələrinin əsasnamələrini təsdiq edir, bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Şirkətin Baş Ofisinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
– dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə Şirkəti təmsil edir;
-bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Şirkətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
– Şirkətin əmlakından bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə edir, Şirkətin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir;
– Şirkətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncamlar və əmrlər verir;
– Müşahidə Şurası ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, həmçinin onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
-aidiyyəti şəxslərlə Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdlərin təsdiqinə dair Müşahidə Şurasına təkliflər verir;
– Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.
-Şirkətin prezidenti müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyətinin üzvlərindən biri icra edir.
– Şirkətin İdarə Heyətinin üzvləri eyni zamanda Şirkətin strukturuna daxil olan müvafiq qurumun rəhbəri vəzifəsini tuta bilərlər.
– Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyanın ən böyük neft şirkətlərindən biridir.
Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublika Prezidenti H.Əliyevin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.
Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən “Azərneft” birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan Sovet Sosialist Respublikası (SSR) Xalq Təsərrüfatı Şurası) tabe olmuş və “Azərneftkomitə”, “Azərneftkombinat” (sonralar “Azərneft”, “Azərneftzavodlar” və “Azərneftmaşınqayırma” birliklərinə ayrılmış), “Azərneftçıxarma” Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir.
Dövlət Neft Şirkəti (DNŞ) respublikanın bütün ərazisində, o cümlədən quru və dəniz ərazilərində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının hazırlanması, emalı və nəqli, həmçinin onlardan alınan məhsulların daxili və xarici bazarlarda satışı ilə məşğul olur. O, həmçinin, böyük həcmdə elmi-tədqiqat və layihə işləri yerinə yetirir. Hazırda Azərbaycanda neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycan sektorunda, qalanı isə qurudadır. Ümumiyyətlə, Xəzər hövzəsi 30 milyard tona yaxın neft, 18-20 trilyon kub metr həcmində qaz ehtiyatına malikdir ki, bu da dünyanın karbohidrogen resurslarının 15%-ni təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid bölgəsində isə 3-5 milyard ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur.
Xarici ölkələrdəki fəaliyyəti
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bir neçə şəhərdə- İstanbul, Tehran, Astana, Buxarest, Frankfurt, Cenevrə, London, Vyana, Tbilisi, Kiyevdə öz nümayəndəliklərini açıb. Rumıniyada ARDNŞ neft-kimya emalı kompleksi tikməyi nəzərdə tutur. Bu zavodda istehsal olunan məhsullar Avropa ölkələrinə göndəriləcək. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Almaniya və Avstriyadakı nümayəndəlikləri Nabukko lahiyəsinin reallaşdırılması istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq edirlər. 2008-ci ildə İsveçrədə ARDNŞ-nin törəmə şirkəti olan SOCAR Trading SA açılmışdır. Onun əsas funksiyası Avropada Azərbaycan neftinin satışını təşkil etməkdir. Şirkətin maliyyə fondu 5 milyon İsveçrə frankıdır.
2007-ci ildə Türkiyə höküməti ölkədə ən böyük neftayırma zavodlarından biri olan Petkim zavodunu
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin sonunadək Ukraynada 17 yanacaqdoldurma mənətqəsi açmaq niyyətindədir. 2015-ci ilə gədər isə şirkət Rumıniyada 300 yanacaqdoldurma məntəqəsi işə salacaq.
SOCAR Energy Georgia MMC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) daha bir törəmə şirkəti olan “SOCAR Energy Georgia” MMC 2006-cı ildə qurulmuşdur. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. “SOCAR Energy Georgia” MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. Dövlət Neft Şirkəti (DNŞ) Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir. Şirkətin indiyə kimi Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyanın həcmi 400 milyon ABŞ dollarıdır, bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 3 il fasiləsiz (2008, 2009, 2010-cu illərdə) Gürcüstanda ən böyük həcmdə vergi ödəyən şirkət olub. Təkcə 2010-cu ildə ARDNŞ Gürcüstan büdcəsinə 100 milyon ABŞ dolları miqdarında vergi ödəyib. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi də açıb. Hal-hazırda Gürcüstanda ARDNŞ-ə məxsus yanacaqdoldurma məntəqələrinin sayı 60-a çatıb. Həmçinin 2010-cu ildə əldə edilən razılaşmaya əsasən “SOCAR Energy Georgia” şirkəti Gürcüstan Futbol Federasiyasının baş sponsoru olmuşdur. 2011-ci ilin 12 aprel tarixində ARDNŞ Gürcüstanda 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verdi.
Törəmə Şirkətlər
Umeo – Azərbaycan neftininn Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiysk limanına daşınmasını təmin edir.
Azfen BM – ARDNŞ-nin birgə müəssisəsi
SOCAR cape – ARDNŞ-nin birgə müəssisəsi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) istər dənizdə, istərsə də quruda neftin və təbii qazın daha səmərəli hasil olunması məqsədilə dünyanın bir çox şirkətləri ilə birgə layihələr həyata keçirir. Bu günə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünyanın 20-dən artıq ölkəsinin 30-dan yuxarı şirkəti ilə Azərbaycanın neft və qaz yataqlarının birgə işlənməsinə dair 26 saziş imzalamışdır. Öz mühümlüyünə, qlobal əhəmiyyətinə görə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz qaz kəməri layihələri çox böyük önəm kəsb edir. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi layihələr məhz dənizdə, Xəzərin Azərbaycan sektorunda həyata keçirilir. Sazişə əsasən, yataqların tammiqyaslı işlənməsi 3 faza (mərhələ) üzrə həyata keçirilir. Faza-1 layihəsi “Azəri” yatağının mərkəzi hissəsinin, Faza-2 layihəsi “Azəri” yatağının qərb və şərq hissələrinin, Faza-3 layihəsi isə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin tammiqyaslı işlənməsini əhatə edir.
Neft, qaz və neft kimya sənayesində Yanğın təhlükəsizliyi Qaydaları
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ
SƏNAYEDƏ İŞLƏRİN TƏHLÜKƏSİZ GÖRÜLMƏSİ VƏ DAĞ MƏDƏN NƏZARƏTİ DÖVLƏT AGENTLİYİ
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI ELMİ TƏDQİQAT İNSTİTUTU
1.1.1. Bu Qaydaların tələblərinin yerinə yetirilməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft, qaz və neft kimya sənayesinin bütün müəssisə və təşkilatları üçün məcburidir.
1.1.2. Bu Qaydaların tələblərinə Dövlət Neft Şirkətinin fəaliyyətdə olan obyektlərinin istismarında, təmirində və yenidən qurulmasında riayət olunmalıdır.
1.1.3.Meşəlik sahələrində yerləşən neft və qaz sənayesi müəssisələrində bu Qaydalardan əlavə AR DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi tərəfindən 15 aprel 2003-cü il tarixində təsdiq olunmuş “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət edilməlidir.
1.1.4. Tikinti-quraşdırma işlərinin aparılmasında “Tikinti-quraşdırma işlərində yanğın təhlükəsizliyi Qaydaları”nın tələblərinə riayət olunmalıdır.
1.1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəssisə və təşkilatlar yanğından icbari sığorta olunmalıdırlar.
1.1.6.Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar xüsusi razılıq (lisenziya) almalıdırlar.
Yükləməyə Keç [2,46 Mb] [ : 1198] –>
- Geri qayıt
- İnfo
- Tarix – 27.03.21
- Müəllif – muaddib
- Oxundu – 7 857
- Rəylər – 0
Похожие статьи
-
Azərbaycan respublikası dövlət neft şirkəti socar 2018
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR Nəzarətin olmadığı şəffaflıq və məhdud hesabatlılıq Category : SOCAR SOCAR; SOCAR; SOCAR (empresa…
-
Azərbaycan respublikası dövlət neft şirkəti socar
SOCAR haqqında SOCAR AQŞ təsis edildi Azərbaycan respublikası dövlət neft şirkəti socar Zəngin İrs, Davamlı İnkişaf Son xəbərlər SOCAR AQŞ qabaqcıl…
-
Azərbaycan respublikası təhsil haqqında qanunu
Azərbaycan Respublikasının Təhsil Qanunu 22.3. Məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri,…
-
Azərbaycan respublikasının dövlət rəmzlərinə dair qanunvericilik
Azərbaycan respublikasının dövlət rəmzlərinə dair qanunvericilik Keçən əsrin sonunda milli dövlətçiliyimiz dirçəlmiş, müstəqil Azərbaycan Respublikası…
-
Azərbaycan respublikası əmək məcəlləsi
Azərbaycan respublikası əmək məcəlləsi Artıq tükənmişəm, işləyə bilmirəm, – deyənlər MÜTLƏQ OXUSUN Azərbaycan Respublikasının Əmək Məcəlləsi İqtisadi…
Comments are closed, but trackbacks and pingbacks are open.