Press "Enter" to skip to content

Azərbaycan Respublikasının Təhsil Qanunu

22.3. Məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir.

I fəsil Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə оlunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. abituriyent – ali təhsil və ya оrta peşə-iхtisas təhsili müəssisəsinə qəbul оlunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəхs;

1.0.2. adlı təqaüd – təhsildə uğurlu nəticələri ilə хüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəхslər tərəfindən konkret şəхsin adına təsis оlunan təqaüd;

1.0.3. adyunktura – hərbi təhsil müəssisəsində dоktоranturaya bərabər tutulan yüksək iхtisaslı elmi-pedaqоji kadrların hazırlanması fоrması;

1.0.4. akademiya – müəyyən sahə üzrə ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.5. akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоseduru;

1.0.6. attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru;

1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi;

1.0.9. distant (məsafədən) təhsil – tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması;

1.0.10. dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işi;
1.0.11. dissertant – dissertasiya işini yerinə yetirən şəхs;
1.0.12. dоktоrant – dоktоranturada təhsil alan şəхs;

1.0.13. dоktоrantura – ali təhsilin ən yüksək səviyyəsi, dоktоrluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqоji kadr hazırlığı fоrması;

1.0.14. dоsent – ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə;
1.0.15. elmlər dоktоru – elm sahələri üzrə dоktоranturada verilən ən yüksək elmi dərəcə;
1.0.16. evdə təhsil – müvafiq təhsil prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrması;

1.0.17. əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil prоqramları əsasında verilən təhsil;

1.0.18. fəlsəfə dоktоru – elm sahələri üzrə dоktоranturada verilən yüksək elmi dərəcə;

1.0.19. fərdi təhsil – müхtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə хüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil fоrması;

1.0.20. fəхri prоfessоr (dоktоr) – elmi-pedaqоji təcrübəsi və fəaliyyəti ilə fərqlənən prоfessоrlara və dоsentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında хüsusi хidmətləri оlan хarici ölkə alimlərinə və ictimai хadimlərinə ali təhsil müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə);

1.0.21. fоrmal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması;

1.0.22. gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.23. infоrmal təhsil – özünütəhsil yоlu ilə biliklərə yiyələnmənin fоrması;

1.0.24. innоvasiya – müхtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında fоrmalaşan mütərəqqi хarakterli yeniliklər;

1.0.25. institut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi оlaraq, kоnkret iхtisaslar üzrə ali təhsilli mütəхəssis hazırlığını və əlavə təhsil prоqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi;

1.0.26. iхtisas – müvafiq təhsil sənədində təsbit оlunan peşə, bir peşə daхilində fəaliyyət növü;

1.0.27. iхtisaslaşma – müvafiq peşə-iхtisas təhsili istiqamətinin tərkib hissələrindən biri üzrə alınan peşə iхtisası;

1.0.28. kampus – müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi (şəhərciyi);

1.0.29. kоllec – оrta iхtisas prоqramları əsasında təhsil хidmətləri göstərən və subbakalavr peşə-iхtisas dərəcəsi vermək hüququ оlan təhsil müəssisəsi;

1.0.30. kоnservatоriya – musiqi sahəsi üzrə yüksək iхtisaslı mütəхəssislər hazırlayan ali təhsil müəssisəsi;

1.0.31. qeyri-fоrmal təhsil – müхtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət оlunmayan təhsil fоrması;

1.0.32. lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən хüsusi razılıq;

1.0.33. lisey – ümumi və tam оrta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil хidmətləri göstərən ümumtəhsil müəssisəsi;

1.0.34. magistratura – ali təhsilin ikinci səviyyəsi;
1.0.35. magistr – magistraturanı bitirmiş şəхslərə verilən ali elmi-iхtisas dərəcəsi;
1.0.36. nоstrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prоseduru;

1.0.37. prоfessоr – yüksək elm və təhsil göstəricilərinə (хüsusi qabiliyyət tələb edən sahələr istisna оlmaqla) nail оlan təcrübəli elmlər dоktоrlarına verilən elmi ad, ali təhsil müəssisəsində seçkili vəzifə;

1.0.38. rezidentura – tibb iхtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəхəssis hazırlığı forması;

1.0.39. sərbəst (eksternat) təhsil – müхtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaхtından əvvəl bitirmək hüququ verən təhsilalma forması;

1.0.40. subbakalavr – оrta iхtisas təhsili pilləsində məzunlara verilən peşə-iхtisas dərəcəsi;

1.0.41. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun оlaraq оnun mənimsənilməsinə ayrılan vaхtın ölçü vahidi;

1.0.42. tədris planı – müvafiq təhsil pilləsində tədris оlunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd;

1.0.43. təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi;

1.0.44. təhsil investisiyası – təhsilin inkişafına sərmayə qоyuluşu;

1.0.45. təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;

1.0.46. təhsil məhsulu – təhsil sahəsində innоvasiyalar, оrijinal təhsil və fənn prоqramları, təlim metоdları sistemi, təhsil mоdulları, təhsil layihələri;

1.0.47. təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum;

1.0.48. təhsil müəssisəsinin muхtariyyəti – müvafiq icra hakimiyyəti оrqanı tərəfindən dövlət təhsil müəssisəsinə verilən müstəqillik;

1.0.49. təhsil françayzinqi – təhsil məhsullarının müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saхlanılması, müəlliflik hüququnun qоrunması və s.) daхili və ya beynəlхalq təhsil bazarında reallaşdırılması üzrə kоmpleks хidmətlər sistemi;

1.0.50. həkim – baza ali tibb təhsili almış məzunlara verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.51. həkim-mütəхəssis – müvafiq təhsil prоqramlarına əsasən rezidenturanı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi;

1.0.52. tyutоr – ali təhsil müəssisəsində akademik məsləhətçi;

1.0.53. universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəхəssislər hazırlığını, əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çохprоfilli aparıcı ali təhsil müəssisəsi.

Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Kоnstitusiyasından, bu Qanundan, təhsil sahəsinə aid оlan digər nоrmativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrdən ibarətdir.

2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların kоnstitusiya hüququnun təmin edilməsindən və qоrunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəхslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, оnlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, хarici dövlətlərin diplоmatik nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;

3.0.2. demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;

3.0.3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;

3.0.4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

3.0.5. keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

3.0.6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;

3.0.7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın bütün həyatı bоyu ardıcıl davam etməsi;

3.0.8. varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti nəslə (dövrə) ötürülməsi;

3.0.9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;

3.0.10. inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.

Maddə 4. Təhsilin əsas məqsədi
4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Maddə 5. Təhsil hüququna dövlət təminatı

5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir.

5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir.

5.3. Dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi оrta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

5.5. Dövlət əmək bazarının tələblərinə uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin оlunmasına şərait yaradır.

5.6. Dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır.

5.7. Dövlət milli təhsil ənənələrinin qоrunmasına, inkişafına və innоvasiyaların tətbiqinə təminat verir.

5.8. Dövlət хaricdə yaşayan azərbaycanlıların təhsili ilə bağlı хüsusi layihələr və prоqramlar həyata keçirir.

Maddə 6. Təhsil sahəsində dövlət standartları

6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.

6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.

6.3. Dövlət təhsil standartları və onların qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə оlunmasını, maddi-teхniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.

6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin оlunur.

6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.

6.7. Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.
Maddə 7. Tədris dili
7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.

7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, хüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələr və ya müvafiq icra hakimiyyəti оrqanı ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tariхi və Azərbaycan cоğrafiyası fənləri tədris оlunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.

7.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada və təhsil prоqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil оlunur.

Azərbaycan Respublikasının Təhsil Qanunu

Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.

Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır.

Təhsil sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

Təhsil Qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir.

I bölmə. Ümumi müddəalar

Maddə 1. Təhsil qanunvericiliyi və onun vəzifələri

1. Təhsil qanunvericiliyinə daxildir: həmin Təhsil Qanunu; ona müvafiq olaraq Azərbaycan Respublikasında verilmiş digər təhsil qanunvericiliyi aktları; Azərbaycan Respublikası tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında həmin Təhsil Qanunu əsasında qəbul edilmiş qanunvericilik aktları.

Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilir. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərir.

Təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

    • təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən edilməsi;
    • təhsil sisteminin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradılması;
    • hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin, səlahiyyət və məsuliyyətinin müəyyən olunması;
    • vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.

    Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

    Hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması; bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər şərait yaradılması; təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter daşıması; təhsil müəssisələrinin müstəqilliyinin artırılması; təhsilin humanistləşdirilməsi; ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması; təhsilin humanitarlaşdırılması; təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi; təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması; təhsilin məzmununun inteqrasiya edilməsi; təhsilin elmi-dünyəvi xarakter daşıması; elm, istehsalat, xarici ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə; təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini təşkilatlardan, hərəkatlardan asılı olmaması; təhsildə azadlıq və plüralizm; yaradıcılıq; tamlıq; varislik; çeviklik; təhsilin dünya standartları səviyyəsində olması.

    Maddə 3. Vətəndaşların təhsil hüquqları

    1. İrqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilir.

    Müəyyən peşələr və ixtisaslar üzrə hökumət tərəfindən yaş həddinə, habelə cinsə, sağlamlığa, mühakimə olunmaya görə məhdudiyyətlər qoyula bilər.

    Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

    2. Dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər. Həmin təhsil müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər.

    3. Vətəndaşların təhsil formasını, təhsil müəssisəsinin və təlim dilini seçmək azadlığı təmin olunur.

    4. Sosial müdafiəyə və yardıma ehtiyacı olan vətəndaşların təhsil hüququnu təmin etmək məqsədilə dövlət onların təhsil xərcini qismən, yaxud bütünlüklə öz üzərinə götürür.

    5. Pullu təhsil müəssisələrində təhsil alan aztəminatlı vətəndaşlara eyni növdən və tipdən olan dövlət təhsil müəssisələrinin normativləri əsasında dövlət tərəfindən ödənc verilir.

    6. Dövlət xüsusi istedada malik olan və sosial yardıma ehtiyacı olan şəxslərin respublikada və ya xaricdə təhsil ala bilməsi üçün tam şərait yaradır.

    7. Dövlət ali məktəb tələbələrinə təhsilini başa vurduqdan sonra beş il müddətində ödəmək şərtilə kredit verə bilər.

    8. Vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali təhsilin birinci — bakalavr pilləsi də daxil olmaqla) almaq hüququna malikdirlər.

    9. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər hüquqa malikdirlər.

    Maddə 4. Təhsil prosesi və ictimai-siyasi fəaliyyət

    1. Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyası cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil müəssisələrinin fəaliyyətinə və təlim-tərbiyə prosesinə müdaxilə edə bilməzlər.

    2. Təhsil işçisinin konstitusiya çərçivəsində fəaliyyət göstərən hər hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü olması onun pedaqoji fəaliyyətinə mane ola bilməz.

    3. Yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasına yol verilmir.

    4. Təhsil müəssisələrində və təhsil orqanlarında siyasi partiyaların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

    Maddə 5. Təhsil və din

    Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır.

    Dünyavi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər.

    Maddə 6. Təhsil dili

    1. Azərbaycan Respublikasının təhsil müəssisələrində təlim dili Azərbaycan dilidir.

    2. Cəmiyyətin tələbinə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan coğrafiyası da tədris olunmaqla azsaylı xalqların dillərində, həmçinin xarici dillərdə də təhsil aparıla bilər.

    3. Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir.

    Maddə 7. Dövlət təhsil standartları

    Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.

    Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

    Maddə 8. Təhsil haqqında sənəd

    1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsinini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.

    II bölmə. Təhsil sistemi

    Maddə 9. Təhsil sistemi və onun başlıca vəzifəsi

    Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir.

    Təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq, soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onları qoruyan və daim inkişaf etdirən, ailəsini, vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir.

    Maddə 10. Təhsil proqramları

    1. Azərbaycan Respublikasında həyata keçirilən təhsil proqramları bunlardır: ümumtəhsil proqramları; peşə-ixtisas təhsili proqramları.

    2. Ümumtəhsil proqramlarına daxildir: məktəbəqədər təhsil proqramları; ibtidai, əsas, orta ümumtəhsil proqramları.

    3. Peşə-ixtisas təhsili proqramlarına daxildir: texniki-peşə təhsili proqramları; orta ixtisas təhsili proqramları; ali ixtisas təhsili proqramları; ali təhsildən sonrakı ixtisas təhsili proqramları (ordinatura, magistratura, doktorantura və s.)

    Maddə 11. Təhsil sisteminin quruluşu

    Təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur:

      • ibtidai təhsil;
      • əsas təhsil;
      • orta təhsil.
        • texniki-peşə təhsili;
        • orta ixtisas təhsili;
        • ali ixtisas təhsili.

        Məktəbdənkənar təlim və tərbiyə.

        İxtisasartırma və kadrların yenidən hazırlığı.

        Maddə 12. Təhsil formaları

        Təhsil aşağıdakı formalarda həyata keçirilir: istehsalatdan ayrılmaqla və ayrılmamaqla təhsil müəssisəsində; ailədə; sərbəst yolla.

        Müxtəlif təhsil formalarının əlaqələndirilməsi mümkündür.

        Bütün təhsil formaları üçün müvafiq təhsil proqramları çərçivəsində vahid dövlət standartı tətbiq edilir.

        İstehsalatdan ayrılmadan və eksternat yolu ilə qazanılması qadağan olunan peşə və ixtisasların siyahısını Azərbaycan Respublikası hökuməti müəyyən edir.

        Maddə 13. Təhsil müəssisələri

        1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər.

        2. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm-istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

        3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

        4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir.

        Maddə 14. Məktəbəqədər tərbiyə müəssisələri

        1. Təhsilin əsasında məktəbəqədər tərbiyə durur. Məktəbəqədər tərbiyə ailədə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar ailə ilə sıx əməkdaşlıq şəraitində tərbiyə olunurlar. Dövlət körpələrin tərbiyəsi, sosial müdafiəsi üçün maliyyə və maddi yardım göstərilməsinə təminat verir.

        2. Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar, uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri və s.

        Məktəbəqədər tərbiyə müəssisələrinə uşaqlar valideynlərin (və ya onları əvəz edənlərin) arzusu ilə qəbul olunurlar. Uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə qəbulu qaydası xüsusi əsasnamə ilə tənzim olunur.

        Qeyri-dövlət məktəbəqədər tərbiyə müəssisəsi ilə valideynlər (yaxud onları əvəz edənlər) arasındakı hüquqi münasibətlər müqavilə ilə tənzimlənir.

        3. Məktəbəqədər müəssisələrdə tərbiyə işinin məzmunu müəyyən olunarkən ümumbəşəri dəyərlərə istinad olunmaqla milli zəmin əsas götürülür. Evdarlıq, cəngavərlik, qəhrəmanlıq və vətənpərvərliklə bağlı oyunlar, xor mahnıları, dövlət rəmzləri, o cümlədən himni öyrədilir. Xalq ədəbiyyatından götürülmüş süjetlər əsasında yaradılmış proqramlar üstünlük təşkil edir. Xüsusi metodika əsasında xarici dillərin öyrədilməsinə başlanılır. Azərbaycan dilinin öyrənilməsinə üstünlük verilir. Nadir istedada malik uşaqlar üçün xüsusi bağçalar və ya qruplar açılır. Əlavə məşğələlərin — xoreoqrafiya, nitq məharəti, üzgüçülük, bədii gimnastika, musiqi, rəsm, əmək, xarici dil, evdarlıq və s. müxtəlifliyi təmin edilir. Pedaqoji kadrlar hazırlanarkən bu cür ixtisaslaşdırma nəzərə alınır.

        Məktəbəqədər tərbiyə qruplarında uşaqların sayı müvafiq əsasnamə ilə tənzim olunur.

        Maddə 15. Ümumtəhsil məktəbləri

        1. Ümumi təhsil üç pillədən ibarətdir:

          • ibtidai təhsil (I—IVsiniflər);
          • əsas təhsil (V—VIII siniflər);
          • orta təhsil (IX—XI siniflər).

          İbtidai, əsas və orta təhsil müəssisələri ayrı-ayrılıqda da fəaliyyət göstərə bilərlər.

          İbtidai təhsil 6 yaşdan başlayır.

          2. 14 yaşı bitmiş şagirdlər məktəb nizamnaməsinə əsasən məktəbdən çıxarıla bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumluq və himayə orqanlarının razılığı olmadan məktəbdən çıxarıla bilməzlər.

          3. İbtidai və əsas təhsil pillələrində siniflərdə, günü uzadılmış qruplarda şagirdlərin orta sıxlığı, maddi-texniki baza imkan verdikcə, 20 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur.

          4. Kənd yerlərində, zəruri hallarda, ibtidai və əsas təhsil pillələrində məktəb və ya ayrıca siniflər yaradılarkən şagirdlərin sayı nəzərə alınmır. Bu cür məktəblər və ya siniflər yerli təhsil orqanlarının qərarı ilə açılır.

          5. Əsas təhsil məcburidir.

          6. Əsas təhsili başa vurmuş şagirdlər öz təhsillərini ümumtəhsil məktəblərinin orta təhsil pilləsində, incəsənət məktəblərində, peşə məktəblərində və peşə litseylərində davam etdirirlər, həmin məktəblərə qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə qaydası məktəb nizamnaməsi ilə müəyyən olunur.

          7. Ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsində təlim təbiət-riyaziyyat və humanitar təmayüllər üzrə aparılır. Xüsusi istedada malik şagirdlər üçün ixtisas sinifləri açılır.

          8. Orta təhsil pilləsində, maddi-texniki baza imkan verdikcə, siniflərdə şagirdlərin orta sıxlığı 15 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənəd əsasında həyata keçirilir. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində, bədən tərbiyəsi və əmək təlimi dərslərində siniflər iki yerə bölünür.

          9. Xüsusi istedadı olan şagirdlər üçün ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsindən başqa ixtisaslaşdırılmış fənn məktəbləri, gimnaziyalar, litseylər və digər təlim-tərbiyə ocaqları yaradılır. Ayrı-ayrı fənn məktəbləri müvafiq ali məktəblərin nəzdində də fəaliyyət göstərə bilər.

          10. İşləyən yurddaşların orta təhsil ala bilməsi üçün ümumtəhsil müəssisələri bazasında axşam və qiyabi təhsil sinifləri, qrupları açılır.

          Ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına da yol verilir.

          11. Şagirdlərin təlimdə fərqləndirilməsi bilik yarışının səmərəli təşkilinə yönəldilir. Mükəmməl bilik və bacarıq başlıca məqsəddir.

          Maddə 16. Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün təlim-tərbiyə müəssisələri

          Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün aşağıdakı təlim-tərbiyə müəssisələri açılır: ailədə tərbiyə və təhsil alması üçün zəruri şəraiti olmayan uşaqlar üçün ümumtəhsil internat-məktəbləri; yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri, internat-məktəblər; uzunmüddətli müalicəyə ehtiyacı olan uşaqlar üçün sanatoriya tipli məktəblər, internat-məktəbləri, uşaq evləri (bu cür uşaqlara həmçinin xəstəxanalarda, sanatoriyalarda, evlərdə də dərs keçilir); əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi məktəblər, internat-məktəblər, uşaq evləri; əlahiddə şəraitdə tərbiyə olunması zəruri olan uşaqlar və yeniyetmələr üçün xüsusi ümumtəhsil və peşə məktəbləri; yaşayış yerlərindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin uşaqları üçün təhsil standartlarına uyğun olan məktəbəqədər və ümumi orta təhsil müəssisələri və s.

          Maddə 17. Peşə məktəbləri və peşə litseyləri

          Peşə məktəbləri və peşə litseyləri müxtəlif peşədən olan sənətkarlara tələbi ödəyən, həmçinin Azərbaycanın unudulmuş və sıradan çıxmaqda olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəldilməsinə yönəldilən ilkin peşə təhsili müəssisələridir.

          Peşə məktəblərinə icbari təhsili başa vuran sənətə meyilli şəxslər, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəsini dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar. Ayrı-ayrı hallarda ümumi əsas təhsili olmayanların da ilkin peşə təhsili almasına şərait yaradılır. Orta təhsilli gənclər də arzularına uyğun olaraq ilkin peşə məktəblərində təhsil ala bilərlər. Peşə məktəblərində orta təhsil verilmir.

          Vətəndaşların müxtəlif peşələr öyrənməsi, ixtisasını artırması və yeni ixtisasa yiyələnməsi üçün peşə məktəblərindən əlavə tədris kombinatları — kurslar, iri istehsal müəssisələri nəzdində müxtəlif peşə kursları da fəaliyyət göstərir.

          Peşə litseylərinə qəbul olunan gənclər üç-dörd il ərzində nisbətən mürəkkəb peşələrə yiyələnməklə bərabər, orta təhsil də alırlar. Peşə litseylərində ümumi orta təhsili başa vurmuş gənclər üçün də müvafiq qruplar təşkil olunur.

          Peşə məktəbləri və peşə litseylərinin tədris qruplarında orta sıxlıq, maddi-texniki bazadan asılı olaraq 15 nəfər müəyyən edilir. Qrupların iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində, peşə-ixtisas fənləri, istehsalat təlimi və bədən tərbiyəsi dərslərində siniflər iki yerə bölünür.

          Peşə tədris müəssisələri dövlət sifarişi, həmçinin idarə, müəssisə, təşkilat, ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələr əsasında fəaliyyət göstərir. Peşə-tədris müəssisələrinin uzunmüddətli müqavilələr əsasında kadr hazırladığı baza müəssisələri də ola bilər. Ayrı-ayrı rayonlarda, o cümlədən kənd yerlərində ənənəvi sənət və məşğulluq sahələri üzrə peşə məktəbləri və peşə litseyləri açılır. Birliklərin, istehsal komplekslərinin, ali məktəblərin nəzdində də peşə-tədris müəssisələri: peşə məktəbi zavod, peşə məktəbi fabrik, peşə məktəbi fermer təsərrüfatı və digər özünümaliyyələşdirmə peşə ocaqları yaradıla bilər. Peşə məktəbləri və peşə litseyləri digər hüquqi şəxslərlə ortaq istehsalat müəssisəsi yarada bilərlər.

          Peşə-tədris müəssisələrinin məzunlarına öyrəndikləri peşəyə müvafiq olaraq müxtəlif dərəcələrdən olan «sənətkar» ixtisası verilir.

          Peşə-tədris müəssisələrində təhsilin gündüz və axşam formaları olur.

          Fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi peşə kursları, məktəbləri və litseyləri açılır.

          Maddə 18. Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər)

          Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar.

          Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər.

          Orta ixtisas məktəbləri bitirənlərə «kiçik mütəxəssis» dərəcəsi verilir.

          Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır.

          Maddə 19. Ali məktəblər

          Ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir.

          Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat-müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s.), elmi-tədqiqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir.

          Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında hayata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq «bakalavr» dərəcəsi verilə bilər.

          Ali məktəblərin seminar və praktiki məşğələ qruplarında tələbələrin orta sıxlığı, maddi-texniki baza və kadr hazırlığına olan tələbat nəzərə alınmaqla, 12-15 nəfər müəyyən olunur.

          Ali məktəblərin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müxtəlif dərəcədən olan ali təhsilli mütəxəssislər hazırlamaq; elmi araşdırmalar aparmaq; yüksək ixtisaslı elmi-pedaqoji, elmi kadrlar hazırlamaq; elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, kommersiya fəaliyyəti; xarici əlaqələr.

          Ali məktəblər dövlət sifarişləri, həmçinin idarələr, təşkilatlar, müəssisələr, habelə ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər.

          Maddə 20. Ali təhsilin pillələri və ixtisas dərəcələri

          Ali təhsil təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki bazası və ixtisasın xüsusiyyətindən asılı olaraq birpilləli, ikipilləli və üçpilləli ali məktəblərdə həyata keçirilir. Ayrı-ayrı pillələrdə təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Xalq Təhsili Nazirliyi tərəfindən təsdiq edilir.

          Birpilləli ali məktəblərdə (institutlarda, konservatoriyalarda, ali kolleclərdə və s.) müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə «bakalavr» ixtisas və elmi dərəcəsi verilir.

          İkipilləli ali təhsil müəssisələrinin birinci pilləsini bitirənlər müvafiq dövlət standartına uyğun olaraq ümumi ali təhsili başa vurur, sahə (fakültə) elmi şurasının qərarı ilə «bakalavr» elmi və ixtisas dərəcəsi alır, əmək fəaliyyətinə başlayır. Ali təhsil müəssisələrinin «bakalavr» pilləsində tələbələr əsas ixtisas fənlərindən, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən, kafedra qarşısında yekun dövlət imtahanları verirlər. Təhsil müddəti boyunca veriləcək yekun imtahanları və diplom ixtisası tədris planında göstərilir. «Bakalavr» dərəcəsi almış mütəxəssislərin ən istedadlı və ümidverən hissəsi müsabiqə əsasında magistraturada saxlanılır. Magistratura üçün keçirilən müsabiqələrdə əvvəllər «bakalavr» dərəcəsi almış məzunlar, birpilləli ali məktəblərin məzunları da iştirak edə bilərlər. Magistraturada dərin ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarığı və vərdişləri formalaşdırılmasına, xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir. Magistraturanı başa vuranlar müdafiə etdikləri elmi işə görə ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə «magistr» ixtisası və elmi dərəcəsi alır və ixtisas üzrə fəaliyyətə başlayırlar. «Magistr» dərəcəli mütəxəssislər ali məktəblərin «bakalavr» pilləsində, habelə institutlarda, kolleclərdə, konservatoriyalarda və başqa birpilləli institutlarda, həmçinin elmi-tədqiqat mərkəzlərində və institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində fəaliyyət göstərə bilərlər.

          Kadr potensialı və maddi-texniki bazası imkan verən bəzi universitetlər və akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə «magistr» dərəcəsi verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə nümayiş etdirmiş məzunlar ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə üçüncü pillədə — doktoranturada saxlanmağa məsləhət görülür, müvafiq imtahanlar verdikdən sonra doktoranturada araşdırmalarını davam etdirirlər. Ancaq doktoranturanı başa vurub ixtisaslaşdırılmış elmi şurada doktorluq dissertasiyası müdafiə etmiş və «doktor» elmi dərəcəsi almış yüksək ixtisaslı mütəxəssislər ali məktəblərin «magistratura» pilləsində fəaliyyət göstərə bilərlər. Doktorlar həmçinin elmi-tədqiqat mərkəzlərində və institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində və başqa sahələrdə fəaliyyət göstərirlər.

          Maddə 21. Ali və orta ixtisas məktəblərinə qəbul

          Ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir.

          Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir.

          Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir.

          Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

          Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alanır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur.

          Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

          Maddə 22. Elmi dərəcələr və elmi adlar

          Ali ixtisas təhsili sistemində elmi dərəcələr aşağıdakı kimi müəyyən olunur:

            • «bakalavr» — birpilləli ali tədris müəssisələrinin, ikipilləli və üçpilləli ali məktəblərin «bakalavr» pilləsinin məzunlarına elmi işinə görə sahə (fakültə) elmi şurasının qərarı əsasında verilən birici elmi dərəcə; «bakalavr» həm də ixtisas dərəcəsidir;
            • «magistr» — ikipilləli və üçpilləli ali məktəblərin ixtisaslaşdırılmış elmi şuraları tərəfindən verilən ikinci elmi dərəcə; «magistr» həm də ixtisas dərəcəsidir;
            • «doktor» — ixtisaslaşdırılmış elmi şuralar tərəfindən verilən üçüncü — ən yüksək elmi dərəcə.

            «Dosent», «professor», «baş elmi işçi» və b. elmi adları ali məktəblərin, elmi-tədqiqat institutlarının elmi şuraları verir və müəyyən olunmuş qaydada təsdiq olunur. Magistrdan sonra birbaşa doktor elmi dərəcəsinə keçilməsi ilə əlaqədar olaraq «dosent» və «professor» elmi adlarının verilməsinə tələbkarlıq artırılır. Ali məktəb vəzifələrinə seçkilərdə ancaq doktorlar iştirak edir.

            Maddə 23. Ali təhsil sistemində elmi araşdırmalar

            Ali məktəblər həm də mühüm elm mərkəzləridir. Ali məktəb elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, müqavilə və bağlaşmalar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu məqsədlə ali məktəblərdə kafedralarla yanaşı elmi-tədqiqat laboratoriyaları, mərkəzləri, institutları, yaradıcılıq kompleksləri və s. yaradılır. Dövlət milli dirçəlişi təmin edən elm sahələrində, o cümlədən təhsil və mədəniyyət problemləri sahəsində əsaslı araşdırmalara üstünlük verilir. Elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq bəzi ali məktəb mütəxəssislərinin fəaliyyətinin mühüm hissəsi elmi-tədqiqat sahəsində cəmləşdirilir. Bu cür mütəxəssislər ümumi dərs yükünün azaldılması hesabına ixtisas kursları, seminarlar, kurs və diplom işlərinin hazırlanmasına, yüksək ixtisaslı kadrlar yetişdirilməsinə yaxından cəlb edilirlər.

            Maddə 24. Ali məktəblərin müstəqilliyi

            Ali məktəblərin dünya standartlarına tam müvafiq olan və Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçirilən tədris planlarını müstəqil surətdə yerinə yetirirlər. Onlar tədrisin, həmçinin elmi araşdırmaların səmərəli və qabaqcıl metodlarını müstəqil surətdə tətbiq edirlər. Tədris planlarında nəzərdə tutulmuş tədris vaxtının 20 faizinə qədərindən sərbəst istifadə olunur.

            Kadr potensialı, maddi-texniki bazası, tədris-elmi uğurları nəzərə alınaraq ali məktəblərə müəyyən olunmuş qayda əsasında muxtariyyət verilir. Muxtariyyət hüququ almış ali məktəblər aşağıdakı əlavə hüquqlara malikdir: dünya standartlarından aşağı olmamaq şərtilə təhsilin məzmununu müəyyən etmək; dövlət sifarişi nəzərə alınmaqla tələbə (bakalavr, magistr) və doktorant qəbulu planını müəyyən etmək: sərbəst surətdə elmi dərəcə vermək, öz elmi adlarını təsis etmək və vermək; təhsil müəssisəsinin yerləşdiyi binaya, maddi-texniki bazaya, torpağa və başqa əmlaka mülkiyyət hüququ; əsasnaməyə müvafiq olaraq dövlət idarə orqanlarına aid olan səlahiyyətləri həyata keçirmək.

            Muxtariyyət əldə etmiş ali təhsil müəssisi özünün ayrı-ayrı salahiyyətlərini dövlət təhsil orqanlarına verə bilər.

            Maddə 25. İxtisasartırma və kadrların yenidən hazırlanması

            İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinin fəaliyyəti cəmiyyətin tələbi əsasında sifariş prinsipi ilə qurulur, dövlət sifarişi nəzərə alınmaqla müəssisə, təşkilat, idərə və tək-tək vətəndaşlarla bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təlimin forması, müddəti və məzmunu sifarişçi ilə razılıq əsasında müəyyən olunur.

            Pedaqoji təhsili olmadan tədris müəssisələrində işləyən müəllim heyətinin pedaqogika və psixologiya elmləri üzrə yenidən hazırlanması təmin olunur.

            İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələri aşağıdakılardır: ixtisasartırma və kadrların yenidən hazırlığı institutları; ali məktəblərin müvafiq fakültələri; iri istehsal müəssisələri yanında fəaliyyət göstərən müvafiq kurslar; peşə tədris-tərbiyə müəssisələri; tədris-kurs kombinatları; təhsil orqanlarından xüsusi icazəsi olan başqa tədris müəssisələri.

            İxtisasartırma və yenidən kadr hazırlığı müəssisələrinin gündüz və axşam şöbələri, həmçinin müvafiq peşə və ixtisaslar üzrə ayrı-ayrı yerlərdə filialları da ola bilər.

            İxtisasartırma və yenidən kadr hazırlığı müəssisələrində müvafiq problemlər ətrafında araşdırmalar aparılır.

            Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil aldıqdan və imtahan verdikdən sonra müvafiq sertifikat almalıdırlar.

            Maddə 26. Məktəbdənkənar təlim-tərbiyə

            Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır.

            Məktəbdənkənar təlim-tərbiya müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, stansiyaları, klubları, idman və incəsənət məktəbləri, studiyaları, kitabxanaları, sağlamlıq müəssisələri və s.

            Uşaq tərbiyə müəssisələrində tərbiyə olunan uşaqlar, şagirdlər, tələbələr dövlət məktəbdənkənar idman və mədəniyyət müəssisələrinin xidmətindən pulsuz və güzəştlə istifadə edirlər.

            Məktəbdənkənar təlim və tərbiyə müəssisələrində işin məzmunu və formalarını həmin müəssisələrin şuraları müəyyən edir.

            Maddə 27. Sərbəst təhsil

            Vətəndaşların sərbəst surətdə təhsil ala bilmələri üçün xalq universitetləri, mühazirə salonları, kitabxanalar, məlumat mərkəzləri, klublar, tele və radio tədris proqramları və s. fəaliyyət göstərir.

            Sərbəst təhsil alan vətəndaşlar müvafiq icazə əsasında müxtəlif təhsil müəssisələrində mühazirə dinləmək və praktiki məşğələlərdə də iştirak edə bilərlər.

            Maddə 28. Təhsil müəssisələrinin təsisçiləri

            Təhsil müəssisələrinin təsisçiləri aşağıdakılar ola bilərlər: dövlət orqanları; bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, müəssisələr, idarə və təşkilatlar; ictimai birlik və təşkilatlar; Azərbaycan Respublikasının vətəndaşları; xarici ölkə vətəndaşları.

            Qeyri-dövlət təhsil müəssisələri maarifçilik-xeyriyyəçilik niyyətilə yaradılır və şəxsi qazanc məqsədi güdmür.

            Təsisçilərlə təhsil müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında qurulur.

            III bölmə. Təhsil sisteminin idarə olunması

            Maddə 29. Təhsilin idarə olunması

            Təhsili idarə etmək üçün dövlət və ictimai özünüidarə orqanları sistemi yaradılır. Həmin orqanlar təhsil qanunvericiliyinin müəyyənləşdirdiyi səlahiyyətlər hüdudlarında fəaliyyət göstərir və qanunla qadağan olunmamış qaydada təşəbbüskarlıq fəaliyyəti göstərirlər. Təhsilin idarə olunması Təhsil Qanunu, müvafiq qanunvericilik aktları, əsasnamələr və təhsil müəssisələrinin nizamnamələri ilə tənzim edilir.

            Azərbaycan Respublikası hökuməti, Xalq Təhsili Nazirliyi, habelə yerli təhsil orqanları təhsil sistemini idarə edən başlıca subyektlərdir.

            Təhsil müəssisələrinin idarə olunmasında yerli dövlət orqanları, müvafiq elmi-pedaqoji kollektivlər, peşə yaradıcılıq ittifaqları, cəmiyyətlər, ictimai-siyasi qurumlar və ictimaiyyət iştirak edir.

            Qeyri-dövlət təhsil müəssisələri təhsil qanunvericiliyinə əsaslanan nizamnamələr əsasında idarə olunur.

            Maddə 30. Azərbaycan Respublikasının Nazirlər Kabineti

            Nazirlər Kabineti təhsilin strategiyasını müəyyənləşdirir. Bu məqsədlə: Təhsil Qanununun, bu barədə müvafiq qanunvericilik aktlarının və sənədlərin icrasına nəzarət edir; təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qaydasını müəyyən edir; dövlət idarəçiliyində olan peşə-ixtisas təhsili müəssisələrini yaradır, yenidən təşkil edir və ləğv edir; bütün peşə-ixtisas təhsili müəssisələrini dövlət qeydiyyatına alır; peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısını təsdiq edir, sosial sifarişdən asılı olaraq belə ixtisasları açır və bağlayır; dövlət təhsil standartlarını təsdiq edir, təhsil barədə qəbul olunan sənədlərin həmin standartlara müvafiq olmasına nəzarət edir; təhsil müəssisələri, onların attestasiyası, akkreditasiyası və lisenziyalaşdırılması barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq edir; təhsilin inkişafına dair dövlət, həmçinin beynəlxalq proqramlar hazırlayıb həyata keçirir; təhsilin maliyyələşdirilməsi üçün milli gəlirdən pay ayrılması, təhsillə bağlı respublika büdcəsinin, təhsilin inkişaf fondlarının formalaşdırılması barədə təkliflər verir; təhsilin maliyyələşdirilməsinin dövlət normativlərini, təhsil sistemi işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan pedaqoji işçilərin, təhsil və tərbiyə alanların sosial müdafiəsinin norma və qaydalarını müəyyən edir; təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik edir; təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə məsələ qaldırır.

            Maddə 31. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi

            Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin, baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris motodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir və onları qeydiyyata alır .

            Maddə 32. Yerli təhsil orqanları

            Yerli təhsil müəssisələrini idarə etmək üçün Xalq Təhsili Nazirliyinin yerli orqanları — təhsil şöbələri yaradılır. Yerli təhsil şöbələrinin fəaliyyəti aşağıdakı istiqamətlərə yönəldilir: səlahiyyətləri daxilində dövlətin təhsil siyasətini həyata keçirmək; təhsil qanunvericiliyinin pozulmasına yol verməmək; tədris-tərbiyə müəssisələrinin elmi-metodiki təminatının təşkili; təhsil işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və onların yenidən hazırlanması; pedaqoji kollektivlər, istehsal müəssisələri, ailə və ictimayyətin uşaqların təlim-tərbiyəsi sahəsində fəaliyyətini əlaqələndirmək; yerli tələbatı müəyyənləşdirmək əsasında pedaqoji kadrlar, həmçinin müxtəlif kateqoriyalardan olan mütəxəsislər yetişdirmək barədə dövlətə sifaririşlər hazırlamaq, bu barədə müvafiq müqavilələr bağlamaq; təhsilin səviyyəsinə, təhsil işçilərinin peşə hazırlığına və yerli əhəmiyyətə malik olan tədris-tərbiyə müəssisələrinin attestasiyasına olan dövlət tələblərinin yerinə yetirilməsinə nəzarət.

            Yerli təhsil orqanları Xalq Təhsili Nazirliyinə təbedirlər.

            Maddə 33. Yerli dövlət idarə orqanları

            Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçivəsində dövlətin təhsil siyasətinin həyata keçirilməsində iştirak edirlər. Yerli dövlət idarə orqanlarının səlahiyyətinə daxildir: yerli büdcə hesabına maliyyəşdirmə normativlərini müəyyən etmək; ərazilərində yerləşən tədris-tərbiyə müəssisələrini maliyyələşdirmək; bölgənin xüsusiyyətləri, perspektivləri və sosial-iqtisadi inkişafını nəzərə almaqla təhsilin inkişafı qayğısına qalmaq, maddi bazasını möhkəmləndirmək, təsərrüfat təchizatını təmin etmək; təhsil işçiləri və təhsil alanların sosial müdafiəsini təmin etmək; könüllü ayırmalar hesabına təhsil fondu yaratmaq; məktəbyaşlı uşaqların qeydiyyatını və təhsil almasını təmin etmək; valideyn himayəsindən məhrum olmuş və yetim qalmış yetkinlik yaşına çatmamış uşaqların himayəyə götürülməsini təmin etmək; yaşayış yerlərində uşaqların tərbiyəsi, qabiliyyətlərinin inkişafı və maraqlarının təmin olunması üçün zəruri şərait yaratmaq; kənd yerlərində, zəruri hallərda uşaqların təhsil müəssisəsinə nəqliyyətla pulsuz aparılıb-gətirilməsini təmin etmək; müvafiq tədris-tərbiyə müəssisələrinin açılması, ləğv olunması və yenidən təşkil edilməsi barədə məsələ qaldırmaq.

            Yerli dövlət idarə orqanları təhsil müəssisələrinin idarə olunması ilə əlaqədər məsələlərə müdəxilə etmirlər.

            Madddə 34. Təhsil sistemində ictimai özünündarə orqanları

            Təhsil sistemində ictimai özünüidarə orqanları aşağıdakılardır: təlim-tərbiyə müəssisəsinin ümumi yığıncağı (konfransı); təlim-tərbiyə müəssisəsinin şurası; təhsil işçilərinin rayon, şəhər konfransları; rayon, şəhər təhsil şuraları; təhsil işçilərinin respublika qurultayı; Azərbaycan Respublikasının Təhsil Şurası.

            İctimai özünüidarə orqanları təhsil müəssisələrinin təlim-tərbiyə, elmi-tədqiqat, metodika, maliyyə-təsərrüfat, kommersiya-iqtisadi, kadr fəaliyyətinin müxtəlif məsələlərinin həllinə yönəlmiş səmərəli təkliflər verir, bununla idarəçilikdə iştirak edirlər.

            Maddə 35. Təlim-tərbiyə müəssisələrinin özünüidarəsi

            Təhsil müəssisələrinin özünüidarə hüququna aşağıdakılar daxildir: öz işini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodiki, maliyyə-təsərrüfat, iqtisadi-kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək; dövlət sifarişini, həmçinin ayrı-ayrı müəssisə, təşkilat, idarə və vətəndaşların sifarişlərini nəzərə almaqla qəbul planının müəyyənləşdirilməsində iştirak etmək; təhsilin məzmununun məktəb komponentini, təlimin forma və metodlarını müəyyən etmək; müəssisəni kadrla komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək; müəyyən olunmuş əmək haqqı fondu çərçivəsində müəssisənin quruluşu və ştat cədvəlini təsdiq etmək; maliyyələşdirmənin müxtəlif növlərindən sərbəst istifadə etmək; tədris-tərbiyə müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək.

            Maddə 36. Təlim-tərbiyə müəssisələrinin təsis olunması şərtləri

            Təlim-tərbiyə müəssisəsi cəmiyyətin tələbinə uyğun olaraq yaradılır. Bunun üçün müvafiq kadr potensialı, maddi-texniki və elmi-metodiki baza olmalıdır. Tədris-tərbiyə müəssisəsi, onun statusu və mülkiyyət formasından asılı olmayaraq, dövlət standartının tələbinə müvafiq tərbiyə və təhsil verməlidir.

            Dövlət əhəmiyyətli təlim-tərbiyə müəssisələrinə olan tələbatı və bu cür tədris-tərbiyə müəssisələrinin şəbəkəsini Nazirlər Kabineti, yerli əhəmiyyəti olan tədris-tərbiyə müəssisələrinin açılmasına olan tələbi isə yerli dövlət idarə orqanları müəyyənləşdirir. Tədris-tərbiyə müəssisəsinin açılması qaydasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.

            Maddə 37. Dövlət təhsil müəssisəsinin idarə olunması

            1. Dövlət təhsil müəssisələri təhsil qanunvericiliyi və təlim-tərbiyə müəssisəsinin buna müvafiq olan nizamnaməsi əsasəında idarə olunur. Nizamnamə təsisçilər tərəfindən təsdiq olunur və müəssisə Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatından keçməmiş təlim-tərbiyə müəssisəsi hüquqi şəxs sayılmır.

            2. Yerli təlim-tərbiyə müəssisələrinin, həmçinin dövlət əhəmiyyətli təhsil müəssisələrinin təlim-tərbiyəni təşkil edən ilkin strukturlarının səlahiyyətləri artırılır, onların fəaliyyəti xüsusi əsasnamələrlə tənzim olunur.

            3. Dövlət təlim-tərbiyə müəssisəsinə müvafiq olaraq müdir, direktor, rektor, prezident və s. başçılıq edir. Təhsil müəssisəsinin başçısı həmin müəssisənin nizamnaməsinə əsasən 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir. Özünü doğrultmayan başçı nizamnaməyə əsasən geri çağırıla bilər.

            4. Hərbi və polis məktəblərinin rəisləri müvafiq qaydada təyin olunurlar.

            Maddə 38. Qeyri-dövlət təlim-tərbiyə müəssisələrinin idarə olunması

            Qeyri-dövlət təlim-tərbiyə müəssisələri respublikanın təhsil qanunvericiliyinə və xüsusi normativ aktlara müvafiq olan nizamnamə əsasında idarə olunur. Bu müəssisəsinin təsisçiləri təhsilin dövlət standartlarına müvafiq qurulmasına məsuliyyət daşıyırlar; təhsil müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisələrin daha da inkişaf etdirilməsi məqsədilə istifadə olunur, təhsilin maddi-texniki bazası genişləndirilir və müasirləşdirilir, təlim stimullaşdırılır, təkmilləşdirilir, elmi araşdırmalar dərinləşdirilir, uşaqların, şagird və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilir, təhsil müəssisələrinin xarici ölkələrlə əlaqələri genişləndirilir.

            Əldə olunan gəlirdən şəxsi qazanc məqsədilə istifadə olunmur.

            Maddə 39. Təhsil müəssisələrinin elmi-metodiki və informasiya təlimatı

            Ali məktəblər, elmi-tədqiqat institutları, pedaqogika və psixalogiya sahəsində araşdırmalar aparan elmi-tədqiqat kollektivləri, iqtisasartırma institutları, kitabxanalar, informasiya orqanları və başqa elmi-metodiki müəssisələr müvafiq təhsil ocaqları, təşkilatları və kollektivləri ilə, habelə yaradıcılıq birlikləri, cəmiyyətləri, assosiasiyaları ilə sıx əməkdaşlıq şəraitində təhsilin elmi-metodiki və informasiya təminatını həyata keçirirlər. Respublikanın məktəbəqədar və ümumi orta təhsil müəssisələrinin kadr, elmi-nəzəri, praktiki və metodiki problemlərini həll edən vahid pedaqoji mərkəz — üçpilləli tədris, elmi-tədqiqat və təcrübə kompleksi olan ali təhsil müəssisəsi — Pedoqoji Universitet, həmçinin Azərbaycan Dövlət Elmi Tədqiqat Təhsil Problemləri Mərkəzi yaradılır. Xalq Təhsili Nazirliyi bütün pillələrdən olan tədris müəssisələrini tədris planları və proqramlarının tənzimlənməsini, buna müvafiq olaraq yeni dərsliklər yaradılmasını təmin edir.

            Pedaqoji mətbuat, dərsliklər, tədris-metodiki vəsaitlərin nəşri, ali məktəblərin nəşriyyatları dövlət vəsaiti hesabına maliyyələşdirilir.

            Maddə 40. Təhsil sistemində psixoloji xidmət

            Təhsil müəssisələrində dövlət-psixoloji xidməti fəaliyyət göstərir. Psixoloji xidməti psixoloq-praktik həyata keçirir. Psixoloq-praktik öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur.

            Maddə 41. Təhsil sistemində sosial-pedoqoji himayə

            Təhsil sistemində sosial-pedoqoji himayə xidməti fəaliyyət göstərir. Bu xidməti sosioloq-pedaqoqlar həyata keçirirlər. Onlar tədris-tərbiyə müəssisələri ilə ailə və cəmiyyət arasında əlaqə yaradılmasında iştirak edir, mühitin dəyişməsi ilə əlaqədar olaraq valideynlərə məsləhət verirlər. Sosioloq-pedaqoqlar öz statusuna görə pedoqoji işçiyə bərabər tutulur.

            Maddə 42. Dövlət, ictimai, kooperativ və özəl müəssisələrin, təşkilatların, habelə ayrı-ayrı vətəndaşların təhsil prosesində iştirakı

            Dövlət, ictimai, kooperativ və özəl müəssisələr, təşkilatlar, həmçinin ayrı-ayrı vətəndaşlar tədris-tərbiyə müəssisələrinə, şagird və tələbələrə, aspirant və doktorantlara maliyyə yardımı, maddi və s. kömək göstərməklə təhsil prossesində iştirak edirlər. Dövlət idarə və müəssisələri (büdcəyə daxil olmayan), ictimai idarə və təşkilatlar, kooperativlər və assosiasiyalar dövlət təhsil müəssisələrinə mütəxəssis hazırlanması barədə sifarişlər verə bilərlər. Belə sifarişlər dövlət təhsil müəssisəsi və sifarişçi arasında bağlanan müqavilə əsasında tənzim edilir.

            Təhsil müəssisəsi şurasının qərarı ilə idarə, təşkilat və müəssisələrin nümayəndələri, elm, mədəniyyət xadimləri, başqa sahələrdən olan vətəndaşlar təhsil müəssisəsinin idarəçiliyinə və təlim-tərbiyə işinə cəlb olunur, uşaqların və gənclərin intellektual, mədəni inkişafına kömək edir, tərbiyəçilərə və müəllimlərə məsləhət verirlər.

            Maddə 43. Təhsil sistemində tibb xidməti

            Təhsil sisteminə daxil olan bütün təlim-tərbiyə müəssisələrində tibb xidməti təşkil olunur. Tibb xidmətini Səhiyyə Nazirliyinin müvafiq idarə və müəssisələri, sahə tibb müəssisələri göstərirlər. Tibb xidmətinin göstərilməsini yerli dövlət orqanları təmin edirlər.

            Maddə 44. Təhsil müəssisələrində iaşənin təşkili

            Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə müvafiq icra hakimiyyəti orqanları cavabdehdirlər. Təhsil müəssisələri özləri də iaşə xidməti təşkil edə bilərlər. Yeməyin keyfiyyətinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

            Maddə 45. Təhsil prosesi üçün sağlam və təhlükəsiz şərait yaradılması

            Təhsil müəssisəsində sağlam və təhlükəsiz şərait yaradılmasına cavabdeh onun mülkiyyətçisidir. Yetişməkdə olan nəslin sağlamlığını təmin etmək məqsədilə təlim-tərbiyə müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı göstərilir. Milli idman növləri dirçəldilir. Tədris planları yenidən nəzərdən keçirilir. İdman-sağlamlıq kompleksləri şəbəki genişləndirilir.

            Təhsil və təlim-tərbiyə müəssisəsində, həmçinin ondan 100 metrədək məsafədə spirtli içki və tütün məmulatlarının reklam yayımına yol verilmir.

            Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu

            Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

            1-ci fəsil
            ÜMUMİ MÜDDƏALAR

            Maddə 1. Əsas anlayışlar

            1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

            1.0.1. məktəbəqədər təhsil – məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi;

            1.0.2. məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi;

            1.0.3. məktəbəqədər təhsilin dövlət standartı – uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu;

            1.0.4. məktəbəqədər təhsildə diferensiallaşdırma – təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixo-fizioloji xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunması;

            1.0.5. məktəbəqədər təhsildə qiymətləndirmə – uşaqların əqli, fiziki inkişafı və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi;

            1.0.6. məktəbəqədər təlim – məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqetmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş proses;

            1.0.7. məktəbəqədər xüsusi təhsil müəssisəsi – sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsi;

            1.0.8. metodist – məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis;

            1.0.9. dayə – uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxs;

            1.0.10. defektoloq – uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssis;

            1.0.11. icma əsaslı məktəbəqədər təlim qrupu – ixtisaslı pedaqoji kadr olduğu halda, valideynlərin və digər qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupu;

            1.0.12. inklüzivlik – sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq, uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi;

            1.0.13. innovasiya – müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklər;

            1.0.14. qanuni nümayəndələr – uşaqların hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən valideynlər, övladlığa götürənlər, qəyyumlar;

            1.0.15. qısamüddətli təlim qrupu – valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla, yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupu;

            1.0.16. loqoped – nitqi qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssis;

            1.0.17. sağlamlıq imkanları məhdud uşaq – xüsusi təhsil şəraitinə ehtiyacı olan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan uşaq;

            1.0.18. təhsil proqramı (kurikulum) – təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi;

            1.0.19. təhsildə inteqrasiya – təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip;

            1.0.20. təlimin məzmunu – uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusu;

            1.0.21. tərbiyəçi–müəllim – uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxs.

            Maddə 2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

            2.1. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, məktəbəqədər təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

            2.2. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikası qanunvericiliyinin əsas məqsədi uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etməkdən, məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, məktəbəqədər təhsil sisteminin müasir tələblərə uyğun fəaliyyəti və inkişafı üçün hüquqi təminatlar yaratmaqdan ibarətdir.

            2.3. Bu Qanun xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları yanında yaradılan məktəbəqədər təhsil müəssisələrinə şamil olunmur.

            Maddə 3. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

            3.0. Məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

            3.0.1. məktəbəqədər təhsil sahəsində bərabər imkanların yaradılması;

            3.0.2. məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunması;

            3.0.3. məktəbəqədər təhsilin milli və dünyəvi təhsil ənənələri, Azərbaycan və dünya pedaqoji elminin nailiyyətləri, ailə tərbiyəsi və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili;

            3.0.4. məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığının qorunması, psixoloji və fiziki inkişafının təmin edilməsi;

            3.0.5. məktəbəqədər təhsilin bu Qanuna uyğun olaraq könüllülüyü;

            3.0.6. sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilinin təşkili;

            3.0.7. beş yaşına çatmış uşaqların məktəbəhazırlığının zəruriliyi;

            3.0.8. məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin davamlı və sistemli inkişafının təmin edilməsi;

            3.0.9. uşaqların məktəbəqədər təhsillə əhatə edilməsi səviyyəsinin yüksəldilməsi.

            Maddə 4. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri

            4.0. Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

            4.0.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

            4.0.2. məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək;

            4.0.3. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin bu Qanuna və texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti həyata keçirmək;

            4.0.4. məktəbəqədər təhsilin inkişafına ayrılan dövlət büdcəsi vəsaitlərinin həcmini, maliyyə mexanizmlərini və normativlərini müəyyənləşdirmək və icrasına nəzarəti təmin etmək;

            4.0.5. dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək;

            4.0.6. məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək;

            4.0.7. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;

            4.0.8. məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi və fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə məlumat bazasını yaratmaq;

            4.0.9. məktəbəqədər təhsil müəssisəsinin tikintisinə dair normaları, maddi-texniki təchizatına dair minimum normaları, ümumi sanitariya-gigiyenik tələbləri və uşaq yerləri ilə təminat normativlərini təsdiq etmək;

            4.0.10. məktəbəqədər təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək;

            4.0.11. məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinə lisenziya vermək və ya onu ləğv etmək;

            4.0.12. məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək, akkreditasiyanı və attestasiyanı həyata keçirmək;

            4.0.13. dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək;

            4.0.14. dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasını və tibbi xidməti təmin etmək;

            4.0.15. məktəbəqədər təhsil müəssisələrinin yaradılması və inkişafını təşviq edən mexanizmləri hazırlayıb həyata keçirmək;

            4.0.16. dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək;

            4.0.17. Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almalarını təmin etmək;

            4.0.18. məktəbəqədər təhsilin keyfiyyətinin və elmi-metodik təminatının, uşaqların məktəbəqədər təhsillə əhatəsinin yüksəldilməsi məqsədi ilə təhsil proqramları və layihələri həyata keçirmək;

            4.0.19. məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etmək;

            4.0.20. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktəbəqədər təhsil almasına şərait yaratmaq.

            Maddə 5. Məktəbəqədər təhsil sahəsində dövlət standartları

            5.1. Məktəbəqədər təhsil sahəsində dövlət standartları uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq elmi-pedaqoji prinsiplər və beynəlxalq təcrübə əsasında hazırlanan, məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturu, təhsilalanlar və təhsilverənlərin göstəriciləri ilə bağlı tələbləri özündə əks etdirən normalar məcmusudur.

            5.2. Məktəbəqədər təhsil sahəsində dövlət standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

            5.3. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dövlət standartlarına uyğun təşkil edilir.

            5.4. Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsili müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dövlət standartları əsasında həyata keçirilir.

            Maddə 6. Tədris dili

            6.1. Məktəbəqədər təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.

            6.2. Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla bilər.

            2-ci fəsil
            MƏKTƏBƏQƏDƏR TƏHSİLİN TƏŞKİLİ

            Maddə 7. Məktəbəqədər təhsilin məqsədi və məzmunu

            7.1. Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.

            7.2. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

            7.3. Məktəbəqədər təhsil uşaqların milli-mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir, ümumi təhsilə hazırlığını təmin edir.

            7.4. Məktəbəqədər təhsilin məzmunu uşaqlarda aşağıdakı keyfiyyətlərin formalaşdırılmasına yönəldilir:

            7.4.1. cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti;

            7.4.2. müstəqillik, məsuliyyət və cavabdehlik, özünə inam və iradəlilik;

            7.4.3. müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək və müstəqil öyrənmək;

            7.4.4. təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək;

            7.4.5. estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları;

            7.4.6. sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək.

            7.5. Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyən edilir:

            7.5.8. azərbaycançılıq və dünyəvilik.

            Maddə 8. Məktəbəqədər təhsilin təşkili qaydaları

            8.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir.

            8.2. Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

            8.3. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir.

            8.4. Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir.

            8.5. Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir. Məktəbəhazırlığın təşkili qaydası müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.

            8.6. Bir uşağın, eyni zamanda, dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına yol verilmir.

            8.7. Məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

            8.8. Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

            8.9. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.

            Maddə 9. Məktəbəqədər təhsil proqramı (kurikulum)

            9.1. Məktəbəqədər təhsil proqramı (kurikulum) məktəbəqədər təhsilin dövlət standartları və məktəbəqədər təhsilin məzmununa dair bu Qanunla müəyyən olunan ümumi tələblər nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

            9.2. Məktəbəqədər təhsil proqramına (kurikuluma) aşağıdakılar daxildir:

            9.2.1. məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri;

            9.2.2. məktəbəqədər təhsilin məzmununu əhatə edən inkişaf sahələri və hər sahə üzrə ümumi təlim nəticələri;

            9.2.3. yaş qrupları nəzərə alınmaqla hər bir inkişaf sahəsi üzrə məzmun standartları;

            9.2.4. təhsil nailiyyətlərinin qiymətləndirilməsi meyarları;

            9.2.5. təlim strategiyaları, metodik təminatla bağlı tövsiyələr.

            9.3. Məktəbəqədər təhsil proqramının yerinə yetirilmə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

            Maddə 10. Məktəbəqədər təhsil sisteminin quruluşu

            10.0. Məktəbəqədər təhsil sisteminə aşağıdakılar daxildir:

            10.0.1. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil xidməti göstərən digər müəssisələr;

            10.0.2. istirahət və sağlamlıq düşərgələri;

            10.0.3. məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirən təhsili idarəetmə orqanları.

            Maddə 11. Məktəbəqədər təhsil müəssisəsi

            11.1. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla müəyyən olunmuş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodik, tibbi tədbirlərin həyata keçirilməsini təmin edir.

            11.2. Mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərir.

            11.3. Məktəbəqədər təhsil müəssisəsi təhsil kompleksləri, ayrı-ayrı müəssisə və təşkilatların nəzdində də yaradıla bilər.

            11.4. Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin aşağıdakı növləri müəyyən edilir:

            11.4.1. körpələr evi;

            11.4.2. körpələr evi-uşaq bağçası;

            11.4.3. uşaq bağçası;

            11.4.4. uşaq evləri;

            11.4.5. məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəbləri;

            11.4.6. təhsil kompleksi nəzdində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi;

            11.4.7. müəssisə və təşkilatların nəzdində yaradılmış məktəbəqədər təhsil müəssisəsi;

            11.4.8. sanator tipli məktəbəqədər təhsil müəssisəsi;

            11.4.9. sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri;

            11.4.10. elmi-tədqiqat müəssisələrinin və ali təhsil müəssisələrinin yanında yaradılan eksperimental məktəbəqədər təhsil müəssisələri;

            11.4.11. ailə tipli kiçik qrup evi;

            11.4.12. uşaqlar üçün icma əsaslı təlim qrupları.

            11.5. Məktəbəqədər xüsusi təhsil müəssisələri nitq, eşitmə, görmə pozulmaları, əqli (psixi), dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar üçün yaradılır.

            11.6. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir.

            11.7. Dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisəsi “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılır.

            11.8. Özəl məktəbəqədər təhsil müəssisəsinin yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

            11.9. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.

            11.10. Məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir.

            11.11. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

            Maddə 12. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi

            12.1. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.

            12.2. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

            Maddə 13. Məktəbəqədər təhsil fəaliyyətinin lisenziyalaşdırılması və məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası

            13.1. Azərbaycan Respublikasında məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

            13.2. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir.

            13.3. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarının tələblərini yerinə yetirmədikdə, lisenziyası “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırılır və ya ləğv edilir.

            13.4. Məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə ehtiyatlarının və təhsil infrastrukturunun, bu Qanuna, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və məktəbəqədər təhsilin dövlət standartlarına uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.

            13.5. Akkreditasiya müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi ilə başa çatır. Akkreditasiyadan keçməyən məktəbəqədər təhsil müəssisəsinin lisenziyası ləğv olunur.

            13.6. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir.

            Maddə 14. Məktəbəqədər təhsil müəssisəsində iaşə və tibbi xidmət

            14.1. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara göstərilən tibb və iaşə xidmətinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

            14.2. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara ödənişsiz tibbi xidmətin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur.

            14.3. Əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əlavə müalicə-bərpa xidməti göstərilir.

            14.4. Mülkiyyət növündən və tabeçiliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada uşaqların dispanserizasiyası həyata keçirilir, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir. Dövlət məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.

            14.5. Məktəbəqədər təhsil müəssisəsində uşaqların qidalanması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş normativlərə uyğun həyata keçirilir.

            3-cü fəsil
            MƏKTƏBƏQƏDƏR TƏHSİL SİSTEMİNİN İDARƏ OLUNMASI, TƏHSİL SUBYEKTLƏRİNİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ SOSİAL MÜDAFİƏSİ

            Maddə 15. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması

            15.1. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarına, bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir.

            15.2. Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri ali ixtisas təhsilinə və ya ali pedaqoji təhsilə (ali ixtisas təhsilinə üstünlük verilir) malik olan və təhsil sahəsində təcrübəsi olan şəxs ola bilər.

            15.3. Dövlət məktəbəqədər təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir.

            15.4. Bələdiyyənin təsis etdiyi məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən, özəl məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi isə həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş şəxs həyata keçirir.

            15.5. Məktəbəqədər təhsil müəssisəsi rəhbərinin səlahiyyətləri onun nizamnaməsi ilə müəyyən edilir.

            15.6. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı təmin etmək məqsədi ilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları (ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və ya qəyyumlar şurası, valideyn şurası) yaradılır.

            15.7. Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır.

            15.8. Məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurası haqqında nümunəvi əsasnaməni müvafiq icra hakimiyyəti orqanı, dövlət məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurasının əsasnaməsini təsisçi təsdiq edir.

            15.9. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur.

            Maddə 16. Məktəbəqədər təhsil prosesinin iştirakçıları

            16.0. Məktəbəqədər təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

            16.0.3. təhsil müəssisəsinin rəhbəri;

            16.0.4. təhsilverənlər (pedaqoji işçilər) – tərbiyəçi-müəllimlər, metodistlər, defektoloqlar, loqopedlər, musiqi rəhbərləri, psixoloqlar;

            16.0.5. digər işçilər – işçi heyəti: tibb işçiləri, texniki işçilər, dayələr;

            16.0.6. valideynlər və ya digər qanuni nümayəndələr;

            16.0.7. təhsili idarəetmə orqanları və bələdiyyələr;

            16.0.8. məktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə təhsil sahəsində əməkdaşlıq edən digər fiziki və hüquqi şəxslər.

            Maddə 17. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları

            17.1. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir.

            17.2. Məktəbəqədər təhsil sahəsində uşaqlar aşağıdakı hüquqlara malikdirlər:

            17.2.1. həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

            17.2.2. şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq;

            17.2.3. uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər vuracaq istənilən informasiyadan və təbliğatdan müdafiə olunmaq;

            17.2.4. ödənişsiz tibbi xidmətdən istifadə etmək, sağlamlıq vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, çatışmazlıqların (nitq qüsurları, eşitmə və görmə qabiliyyətlərinin zəifliyi) korreksiya edilməsi üçün psixoloji-tibbi-pedaqoji yardım almaq;

            17.2.5. müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilmək;

            17.2.6. asudə vaxtının və istirahətinin səmərəli təşkili, meyil və maraqlarının reallaşması və yaradıcılıq imkanlarının inkişafı üçün münasib şəraitlə təmin olunmaq.

            Maddə 18. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları və vəzifələri

            18.1. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin hüquqları aşağıdakılardır:

            18.1.1. təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq;

            18.1.2. təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək;

            18.1.3. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

            18.1.4. təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək;

            18.1.5. mükafatlandırılmaq və təltif olunmaq.

            18.2. Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır:

            18.2.1. məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

            18.2.2. ixtisasını artırmaq, peşəkarlıq səviyyəsini yüksəltmək və attestasiyadan keçmək;

            18.2.3. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və həyati bacarıqlara yiyələnməsini təmin etmək;

            18.2.4. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsində nəzərdə tutulan vəzifə funksiyalarını yerinə yetirmək;

            18.2.5. təhsilalanları Azərbaycan xalqının dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etmək;

            18.2.6. uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

            18.2.7. uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq;

            18.2.8. uşaqların təlim-tərbiyəsi və inkişafı ilə bağlı valideynlərlə əməkdaşlıq etmək;

            18.2.9. təhsilalanları müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamaq;

            18.2.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək.

            Maddə 19. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları və vəzifələri

            19.1. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində hüquqları aşağıdakılardır:

            19.1.1. övladı (qəyyumluğunda olan şəxs) üçün məktəbəqədər təhsil müəssisəsini seçmək;

            19.1.2. məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin təşkili və keyfiyyəti, həmçinin övladının (qəyyumluğunda olan şəxsin) davranışı, təhsilə marağı, qidalanması, tibbi müayinəsi və xidmət şəraiti haqqında məlumat almaq;

            19.1.3. təhsilalanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarəolunmasında və mədəni-kütləvi tədbirlərin təşkilində iştirak etmək;

            19.1.4. müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək.

            19.2. Valideynlərin və digər qanuni nümayəndələrin məktəbəqədər təhsil sahəsində vəzifələri aşağıdakılardır:

            19.2.1. övladının (qəyyumluğunda olan şəxsin) erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq;

            19.2.2. övladını (qəyyumluğunda olan şəxsi) Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, azərbaycançılıq məfkurəsinə, vətənə, ana dilinə qarşı hörmət və məhəbbət ruhunda tərbiyə etmək;

            19.2.3. məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək.

            Maddə 20. Məktəbəqədər təhsil müəssisəsində uşaqların və işçi heyətin sosial müdafiəsi

            20.1. Dövlət məktəbəqədər yaşlı uşaqların, xüsusilə valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud olan, aztəminatlı və çoxuşaqlı ailələrin uşaqlarının sosial müdafiəsinə təminat verir.

            20.2. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda üzrə, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir.

            20.3. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanlar qida və tədris vəsaitləri ilə dövlət hesabına təmin olunurlar.

            20.4. Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərin və təhsil prosesində iştirak edən digər işçilərin sosial müdafiəsinə təminat verir.

            20.5. Dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əməkhaqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər.

            20.6. Sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, o cümlədən yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan məktəbəqədər təhsil işçilərinin vəzifə maaşlarına əlavələr olunur.

            4-cü fəsil
            MƏKTƏBƏQƏDƏR TƏHSİLİN İQTİSADİYYATI

            Maddə 21. Məktəbəqədər təhsil sistemində mülkiyyət münasibətləri

            21.1. Məktəbəqədər təhsil müəssisəsinin mülkiyyətinə onun təsisçisi (təsisçiləri) tərəfindən verilən əmlak və bu Qanuna uyğun olaraq əldə etdiyi digər əmlak daxildir.

            21.2. Məktəbəqədər təhsil müəssisəsi istifadəsində olan əmlakın saxlanılmasına, qorunmasına və ondan səmərəli istifadə edilməsinə görə məsuliyyət daşıyır. Müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsi qadağandır.

            21.3. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi təsisçi (təsisçilər) tərəfindən ayrılan vəsaitlər, kreditlər, qrantlar, ianələr, cəlb olunmuş investisiyalar, həmçinin sahibkarlığın inkişafı üzrə dəstək fondlarından əldə edilən vəsaitlər hesabına təmin olunur.

            21.4. Məktəbəqədər təhsil müəssisəsində onun profilindən kənar müəssisələrin yerləşdirilməsinə və fəaliyyətinə, hər hansı şəxsin məskunlaşdırılmasına, müəssisənin əmlakının təhsildənkənar məqsədlər üçün istifadəsinə yol verilmir.

            21.5. Dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

            Maddə 22. Məktəbəqədər təhsil müəssisəsinin maliyyələşdirilməsi

            22.1. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olaraq, məktəbəqədər təhsil müəssisəsi aşağıdakı mənbələrdən maliyyələşdirilir:

            22.1.1. dövlət məktəbəqədər təhsil müəssisəsi:

            22.1.1.1. dövlət büdcəsinin vəsaitləri;

            22.1.1.2. dövlət fondlarının vəsaitləri;

            22.1.1.3. büdcədənkənar vəsaitlər;

            22.1.1.4. ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər;

            22.1.1.5. kreditlər, qrantlar, ianələr;

            22.1.1.6. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

            22.1.1.7. cəlb edilmiş investisiyalar;

            22.1.1.8. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsaitlər.

            22.1.2. bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri:

            22.1.2.1. təsisçinin (təsisçilərin) vəsaitləri;

            22.1.2.2. təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər;

            22.1.2.3. hüquqi və fiziki şəxslərin maliyyə yardımları;

            22.1.2.4. innovasiya və bu Qanuna uyğun olaraq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər;

            22.1.2.5. kreditlər, qrantlar, ianələr;

            22.1.2.6. nizamnaməsinə uyğun olaraq digər qanuni mənbələrdən əldə olunan vəsaitlər.

            22.2. Dövlət məktəbəqədər təhsil müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.

            22.3. Məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

            22.4. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisəsində uşaqların saxlanması üçün nəzərdə tutulan ödəniş əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir.

            22.5. Məktəbəqədər təhsil müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən uşaqların rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.

            Maddə 23. Məktəbəqədər təhsil sahəsində sahibkarlıq və innovasiya fəaliyyəti

            23.1. Məktəbəqədər təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə öz nizamnaməsi çərçivəsində profil və fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər.

            23.2. Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.

            23.3. Məktəbəqədər təhsil müəssisələrində çalışan mütəxəssislərin öz səmərəliləşdirici təkliflərini müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında müqavilələr bağlayaraq tətbiq etmək hüququ vardır.

            23.4. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sоsial müdafiəsinə yönəldilir.

            23.5. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni texnologiyalar tətbiq etmək, habelə müəssisədaxili yeni qurumlar yaratmaq üçün innovativ təkliflərlə çıxış etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

            23.6. Məktəbəqədər təhsil müəssisələrində çalışan işçilərin innovasiya fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınır.

            23.7. Məktəbəqədər təhsil müəssisələri Azərbaycan Respublikasına avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin gətirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edirlər.

            23.8. Məktəbəqədər təhsil müəssisəsində innovasiya fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti stimullaşdırılır.

            23.9. Məktəbəqədər təhsil sahəsinin inkişafına dəstək verən müəssisə və təşkilatların, sahibkarlıq subyektlərinin fəaliyyəti təbliğ edilir.

            5-ci fəsil
            YEKUN MÜDDƏALAR

            Maddə 24. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq

            24.1. Məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

            24.2. Məktəbəqədər təhsil müəssisəsi “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına daxil ola və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

            Maddə 25. Qanunun pozulmasına görə məsuliyyət

            Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

            Azərbaycan Respublikasının Prezidenti

            Bakı şəhəri, 14 aprel 2017-ci il.

            Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.