Mək Məcəlləsinə edilmiş dəyişikliklər barədə
– Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda;
Praktik Əmək Məcəlləsi MasterClass
Bu Təlim Əmək qanunvericiliyi üzrə bir neçə il iş stajı olan şəxslər, habelə mühasiblər və qanunvericilik üzrə 0xtaslaşmaq istəyənlər üçün nəzərdə tutlmuşdur.
Bu təlim iştirak edəcək şəxslərin müəyyən iş təcrübəsi olmalıdır. Çünkü təlimdə Əmək Məcəlləsinin tətbiqi zamanı həyatda qarşılaşdığımız mübahisəli hallar və çətinliklər praktik şəkildə izah edilir, qanundakı ikili yozumlar, boşluqlar və ziddiyətli məqamlara diqqət yetirilir, məhkəmə təcrübələrinə baxılır, iştirakçılarla birlikdə disskusiyalar aparılır. Bu mənada təlim zamanı üzücü nəzəriyyə keçirilmir, əksinə praktik çalışmalara üstünlük verilir.
Təlimdə aşağıdakı məsələlərə toxunulur:
– Əmək münasibətlərinin sosial, psixoloji, iqtisadi və hüquqi tərəfləri
– Normativ Hüquqi Aktların izahı
– Əmək sahəsində yerli və beynəlxalq qanunvericilik
– Əmək münasibətləri ilə Mülki münasibətlər arasında fərq
– Mülki hüquqi müqavilələr, podrat və tapşırıq müqaviləsi
– Kollektiv saziş və kollektiv müqavilə arasındakı fərq
– Sınaq müddəti ilə bağlı mübahisələrin izahı
– Əmək şəraiti və şərtləri
– Rotasiya və həvalə
– İntizam tənbehləri və bu zaman qanunvericilikdəki boşluqlar.
– İşdən kənarlaşdırma və əmək mübahisələrinin praktik izahı
– Növbəli iş, o cümlədən çoxnövbəli iş zamanı ziddiyyətlər
– Gecə vaxtı iş və gecə növbəsində iş arasında fərq
– İş və istirahət vaxtı. İş vaxtının uçotu. C əmlənmiş uçot
– Məzuniyyət verilməsi zamanı həssas məqamların izahı
– İşçinin işdən azad edilməsi zamanı meydana çıxan çətinliklər
QİYMƏT VƏ QEYDİYYAT
Seminar 2 saat davam edir
Sertifikat təqdim edilir.
Əlavə olaraq GOLD sertifikat (istəyə bağlı) verilə bilər.
Əlaqə üçün: 055 750 22 12
Təlimçi: İlqar İbrahimov
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan təsisçisidir.
HR menecment və keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank ASC kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə çalışmış, Nazirlər Kabinetin yanında İçərişəhər DTMQ İdarəsində hüquqşünas işləmişdir. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group Investment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, Ledy Sharm, GRBS, AZUN, OVEN, Europian Tobacco, Koroğlu dağıtım şirkəti, Baku International Tobacco (Gilan Holdinq), Improtex Industries, MSDİS Holdinq, FAB boya, POLİMERLƏR, HİLL FAN, FABKİM, BƏYAZ ALÇI, Pizza-Mizza restoranlar şəbəkəsi, Puratos Baku, Besting, Mediplanet klinikası, və s. şirkətlər üçün HRM, ISO 9001 QMS, SƏTƏM üzrə konsultant və kouç xidmətləri göstərmişdir.
Əmək Məcəlləsinə edilmiş dəyişikliklər barədə
Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarına yol verilməməsi məqsədi ilə Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir.
- Əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib (maddə 2).
- Əmək münasibətlərinin anlayışı müəyyən edilib: “Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.” (maddə 3, 4-1-ci hissə).
Tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib (maddə 7, 2.3 və 2.4-cü hissələr):
– Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda;
– Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;
– Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;
– Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;
– Tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;
– Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsi ilə müəyyən edilən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə tənzimləndikdə;
– Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;
– Müqavilədə Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.
Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.
Xatırladırıq ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən
– Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Azərbaycan Respublikası Əmək Məcəlləsini aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:
Bir cavab yazın Cavabı ləğv et
Saytda Axtarış
Bizim Xidmətlər
- Vergi uçotu
- Mühasibat üçotu
- Kadr uçotu xidmətləri
- Agent xidmətləri
- Konsaltinq xidmətləri
- Tədris xidməti
- Marketinq xidmətləri
- Hüquq xidmətləri
Outsourcing bütün dünyada ən geniş yayılmış xidmət sahələrindən biridir.
Əmək bölgüsü iş prosesinin səmərəliliyini artırmaq üçün çox önəmlidir. Şirkətinizin profilinə aid olmayan funksiyaları başqa ixtisaslaşdırılmış şirkətə ötürməklə xərclərinizi optimizasiya edin.
Daha irəli və sürətlə addımlamaq üçün konsultasiya xidmətlərindən yararlanın.
Konsultasiya – təcrübəli və professional mütəxəssislərin yardımı deməkdir. Biz Sizin təşkilatın qarşısındakı problemləri araşdırılıb, yaranmış çətin durumdan çıxış yollarını təqdim edirik.
Похожие статьи
-
Azərbaycan respublikasının ailə məcəlləsi
Ailə kəndli təsərrüfatı haqqında Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər Azərbaycan respublikasının ailə məcəlləsi…
-
Azərbaycan respublikasının mülki prosessual məcəlləsi
Azərbaycan respublikasının mülki prosessual məcəlləsi 49. XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI (469-473) Azərbaycan respublikasının…
-
Azərbaycan respublikası əmək məcəlləsi
Azərbaycan respublikası əmək məcəlləsi Artıq tükənmişəm, işləyə bilmirəm, – deyənlər MÜTLƏQ OXUSUN Azərbaycan Respublikasının Əmək Məcəlləsi İqtisadi…
-
Azərbaycan respublikasının əmək məcəlləsi 2018
İlham Əliyevdən YENİ VACİB QƏRAR MƏŞĞULLUQ SAHƏSİNDƏ SOSİAL TƏMİNATLAR VERGİLƏR 2019-cu il yanvarın 1-dən məcburi dövlət sığorta haqlarının…
-
Azərbaycan respublikasının təhsil qanunu yukle
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu – DAVAMI Cavab: Bütün tipdən olan məktəblərdə hər bir şagirdin məktəbə daxil olduğu andan onu bitirənə…
Comments are closed, but trackbacks and pingbacks are open.