Leyla Bayramova
5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.
Azərbaycan tarixi kurikulumla
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2 may 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika e.
Milli Teatr Günü- “Azərbaycan türk teatrının müxtəsər tarixçəsi”
“Əgər Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə, 1873-cü ildə, milli teatr yaratmış və dünya mədəniyyətinə, Avropa mədəniyyətinə qovuşmuşsa, bu xalqın nə qədər böyük mənəviyyatı var. O nə qədər böyük mədəniyyətə, nə qədər yüksək intellektə malikdir.
Muzeyin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Türkiyənin Konya şəhərində Səlcuq Universiteti və IKSAD İnstitutu tərəfindən təşkil olunmuş Beynəlxalq Maliyyə və Vergi Konfransında muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dos. Əli Fərhadov “Pəhləvilər dövr.
Muzey əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” adlı beynəlxalq elmi konfr.
Leyla Bayramova
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
13 Ağustos 2017 Pazar
Azərbaycan tarixi kurikulumu
Paylaşıldı on 00:12 by Leyla Bayramova
1.4. Fəaliyyət xətləri
Məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:
məlumat mənbələrindən istifadə;
məlumatın toplanması və sistemləşdirilməsi;
məlumatın interpretasiyası;
məlumatın təhlili və tətbiqi;
məlumatın təqdim edilməsi;
məlumatın dəyərləndirilməsi;
problemin həlli;
proqnozlaşdırma.
1.5. Məzmun standartları
V sinif
V sinfin sonunda şagird:
tarixi zaman anlayışlarını fərqləndirir;
maddi və yazılı mənbələr əsasında sadə tədqiqatlar aparır;
insanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir;
insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir;
Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir və xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir;
Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;
Azərbaycanın maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.
1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.
1.1.2. Sadə xronoloji məsələləri həll edir.
1.2. Tarixi mənbələri tanıdığını nümayiş etdirir.
1.2.1. Maddi və yazılı mənbələri fərqləndirir.
1.2.2. İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.
3.1.2. Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.
3.1.3. Kiçikhəcmli tarixi hekayə qurur.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara Xatın, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) müəyyən edir.
4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyət abidələrinin əhəmiyyətini izah edir.
5.1.2. Milli-mənəvi dəyərləri fərqləndirir.
5.1.3. Azərbaycan mədəniyyəti ilə bağlı sadə təqdimatlar hazırlayır
VI sinif
VI sinfin sonunda şagird:
mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman oxunda təsvir edir;
maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar aparır;
insanların birgə yaşayış formalarını fərqləndirir;
qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii- coğrafi şəraiti ilə əlaqələndirir və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;
Azərbaycanda qədim dövlətlərin yaranmasını, daxili və xarici siyasətini izah edir;
qədim dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;
Azərbaycan mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələrini izah edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.
1.1.2. Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.
1.2.2. İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların birgə yaşayışının müxtəlif formalarını fərqləndirir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Qədim insanların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətlərin yerini müəyyənləşdirir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi münasibətləri təsvir edir.
3.1.2. Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.
3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdimat hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomiris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Sivilizasiyayaqədərki və sivilizasiya dövrünün mədəniyyətlərini izah edir.
5.1.2. Azərbaycan mədəniyyətinin müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqələrini izah edir.
5.1.3. Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.
VII sinif
VII sinfin sonunda şagird:
mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir, sxem və cədvəllər hazırlayır;
Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrə aid yazılı və maddi mənbələr əsasında müəyyən edir;
Azərbaycanda təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafını onun təbii-coğrafi şəraiti ilə əlaqələndirir;
Azərbaycanda feodal dövlətlərinin yaranması, müstəqilliyini itirməsi və bərpası səbəblərini şərh edir, dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir;
tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini qiymətləndirir;
mədəniyyətin inkişaf mərhələlərini və milli-mənəvi dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.
1.1.2. Tarixi zaman və hadisələr arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid yazılı və maddi mənbələri əlaqələndirir.
1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələr üzərində işləyir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətlərində baş vermiş dəyişiklikləri müəyyənləşdirir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri izah edir.
2.1.2. Dövrə aid xəritə və xəritə sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Azərbaycan feodal dövlətlərinin inkişafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini şərh edir.
3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.
3.1.3.Azərbaycan feodal dövlətləri ilə bağlı cədvəllər hazırlayır.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi şəxsiyyətləri (Cavanşir, Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, I İbrahim Xəlilullah, Qara Yusif, Uzun Həsən və b.) oxşar və fərqli cəhətlərinə görə təhlil edir.
4.1.2. Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişaf mərhələlərini dəyərləndirir.
5.1.2. Milli-mədəni dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.
5.1.3. Mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatlar hazırlayır.
VIII sinif
VIII sinfin sonunda şagird:
Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürləri əlaqələndirir və tematik sinxron cədvəllər hazırlayır;
Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişikliklərin səbəblərini mənbələr əsasında araşdırır, nəticələri təqdim edir;
Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini ölkənin ictimai, iqtisadi və siyasi vəziyyəti ilə əlaqələndirir;
mərkəzləşmiş dövlətin inkişaf xüsusiyyətlərini, dövlətlərarası münasibətdə Azərbaycanın mövqeyini dəyərləndirir;
Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir;
yeni ictimai-iqtisadi münasibətlər şəraitində Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir, mədəni nailiyyətləri dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir.
1.1.2. Hadisə və proseslərin zamana görə əlqələndirilməsinə dair tematik-sinxron cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri verilmiş yazılı mənbələrlə əlaqələndirir.
1.2.2 . Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini təqdim edir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətlərin-də baş vermiş dəyişiklikləri izləyir və onların səbəblərini izah edir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini təsərrüfatın, ictimai
münasibətlərin inkişafı və ölkənin siyasi vəziyyəti ilə əlaqələndirir.
2.1.2. Xəritələrdəki məlumatlara əsasən sxem və cədvəllər tərtib edir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin xüsusiyyətlərini şərh edir.
3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.
3.1.3. Dövrlə bağlı mənbələrdən əldə etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur.
4.Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi və b.) fəaliyyətini dəyərləndirir.
4.1.2. Tarixi şəxsiyyətlər haqqında müqayisəli sxem və cədvəllər hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1 Yeni ictimai-iqtisadi münasibətlərin mədəniyyətə təsirini dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir.
5.1.3 Azərbaycanın mədəni nailiyyətlərini əks etdirən cədvəllər hazırlayır.
IX sinif
IX sinfin sonunda şagird:
tarixi inkişafı zaman baxımından qiymətləndirir və xronoloji cədvəllər hazırlayır;
yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, təqdimatlar hazırlayır;
Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişiklikləri dövr və sivilizasiyalarla əlaqələndirir;
Azərbaycanın ictimai- iqtisadi, siyasi inkişafı ilə onun coğrafi mövqeyi və təbii şəraiti arasındakı əlaqələri dəyərləndirir;
müstəmləkə rejimi və müstəqillik şəraitində Azərbaycanın daxili və xarici siyasətini dəyərləndirir;
dövlətçiliyin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dövr baxımından dəyərləndirir;
Azərbaycan və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisə edir, təqdimatlar hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.
4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.
X sinif
X sinfin sonunda şagird:
mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, xronoloji cədvəllər hazırlayır;
yazılı mənbənin aid olduğu dövrü və müəllifin mövqeyini müəyyənləşdirir;
insanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir;
müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir, qrafik və diaqramlar tərtib edir;
dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir, dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir;
görkəmli tarixi şəxsiyyətlər haqqında referat və təqdimatlar hazırlayır;
Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, təqdimatlar hazırlayır.
1.1.2. Mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrünə dair xronoloji cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Tarixi hadisəyə aid yazılı mənbənin müəllifinin mövqeyini müəyyənləş-dirir.
1.2.2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Müxtəlif tarix dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir.
2.1.2. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyinə dair qrafik və diaqramlar tərtib edir.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir.
3.1.2. Müxtəlif dövrlərdə dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir.
3.1.3.Azərbaycanın sosial-iqtisadi inkişafına dair qrafik və diaqramlar tərtib edir.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (I Axsitan, Qara Yusif, Uzun Həsən, Şah I İsmayıl, Şah I Abbas,Nadir şah, Cavad xan, Ağa Məhəmməd şah Qacar və b.) dünyanın görkəmli tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.
4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən referatlar və təqdimatlar hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətin inkişafını tarixi şərait və sosial iqtisadi vəziyyət baxımdan dəyərləndirir.
5.1.2. Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirir.
5.1.3. Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin inkişafına dair araşdırmalar aparır, referatlar və təqdimatlar hazırlayır.
XI sinif
XI sinfin sonunda şagird:
mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır;
tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir, müxtəlif baxışları dəyərləndirir;
Azərbaycan xalqının formalaşmasını tarixi dövrlərlə əlaqələndirir;
Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir, təqdimatlar hazırlayır;
Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir və proqnozlar verir;
qlobal problemlərin həllində Azərbaycanın mövqeyini dəyərləndirir;
tarixi inkişafda şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir və layihələr hazırlayır;
dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir;
Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Tarixi zaman
Şagird:
1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
1.1.1. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır.
1.1.2. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişi və müasir dövrlərinə aid müqayisəli sinxron cədvəllər hazırlayır.
1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
1.2.1. Mənbələrdəki eyni tarixi hadisə, proses və təzahürlər barədə müxtəlif baxışları dəyərləndirir.
1.2.2. Tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir.
1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
1.3.1. Azərbaycan xalqının formalaşmasının xüsusiyyətlərini tarixi dövrlərlə əlaqələndirir.
2. Tarixi məkan
Şagird:
2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.
2.1.1. Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir.
2.1.2. Azərbaycanın geosiyasi mövqeyini nümayiş etdirən təqdimatlar hazırlayır.
3. Dövlət
Şagird:
3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Müxtəlif dövrlərdə Azərbaycanda yaranmış dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir.
3.1.2. Qlobal problemlərin həllində Azərbaycanın mövqeyini və apardığı siyasəti dəyərləndirir.
3.1.3. Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, proqnozlar verir.
4. Şəxsiyyət
Şagird:
4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
4.1.1. Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu və fəaliyyətini dəyərləndirir.
4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında layihələr hazırlayır.
5. Mədəniyyət
Şagird:
5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir.
5.1.2. Azərbaycanın milli-mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə töhfəsi kimi dəyərləndirir.
5.1.3. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələri təqdim edir. 31
Azərbaycan tarixi kurikulumla
Azərbaycan tarixi fənn kurikulumunun tətbiqində istifadə olunan üsullar:
1. Xəritələrlə iş
Tarixi məlumatın şagirdlərin yaddaşında möhkəmləndirilməsində mühüm vasitələrdən biri də xəritələrlə işdir. Xəritələrlə iş mühüm hadisələri məkanla (hadisə yeri ilə), həmçinin müasir dövrlə əlaqələndirməyə imkan verir.
Şagirdlərə müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar verilir:
1. Xəritədə dünyanın hansı hissəsi təsvir olunur?
2. Öyrənilən ölkənin ən şimal, cənub, şərq və qərb nöqtələrini.
müəyyənləşdirin.
3. Xəritə üzrə öyrənilən ölkənin və ya yerin təbii şəraitini təsvir edin.
4. Ərazinin təbii şəraitinə əsasən buranın yerli əhalisi üçün hansı fəaliyyət növü
daha sərfəli olardı?
5. Mühüm ticarət yollarının, hərbi yürüşlərin, dəniz ekspedisiyalarının və s.
marşrutların hansı ölkələrdən keçdiyini xəritədə müəyyən edin.
6. Problemin həlli üçün xəritələrin müqayisəli təhlilindən istifadə edin.
7. Müqayisədə öz mövqeyinizi xəritənin köməyi ilə əsaslandırın.
8. Göstərilən ərazidə hansı müasir ölkələrin yerləşdiyini müəyyənləşdirin.
Bu prosesdə fəallıq növləri: qruplarda xəritə üzrə fikir mübadiləsi, xəritə haqqında rəy, kontur xəritələrlə iş, xəritənin yaradılması (əgər proqramda xəritə yoxdursa) və s. ibarətdir.
2. «Zaman oxu» ilə iş
«Zaman oxu» ilə işin təşkili tarix fənninin şagirdlərə öyrədilməsində ən əhəmiyyətli məsələlərdən biridir. Şagirdlərə müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar verilir:
1. «Zaman oxu»nda hansı tarixlər qeyd olunub?
2. Niyə görə orada məhz bu tarixlər göstərilib?
3. Bu tarixlərdən hansı ən ilkindir (sonuncudur)?
4. Ən ilkin (son) tarixdən bu günə kimi neçə il keçib?
5. Zaman oxunda göstərilən bir hadisə ilə digəri arasında neçə il ötüb?
6. «Zaman oxu»nda bir neçə hadisədən hansı ən tez (və ya gec) baş verib.
Dərslikdə yoxdursa «Zaman oxu»nun ilk mənbələr, ədəbiyyat, xəritələr və digər sənədlərdən götürülmüş tarixlər hesabına tərtib edilməsi və onunla işin təşkili vacib məsələlərdən biridir.
«İşgüzar hay-küy» nə üçün lazımdır
Müəllimin uzunmüddətli çıxışından sonra dərsin tempini dəyişmək üçün «ümumi hay-küy» məsləhət görülür. Bu üsül şagirdlərə iki-üç nəfərlik qruplarda söhbət aparmaq imkanı verir.
3. Debat “Müzakirə” dərs modeli
İki rəqib komanda iştirak edir-dəqiq müəyyənləşdirilmiş tezis, məsələn: “Gələcəkdə Azərbaycanın çiçəklənməsi labüddür” və ya “Azərbaycan neftin çıxarılmasından zərər görmüş və gələcəkdə də yalnız zərər görəcəkdir” tezislərindən birini təsdiq edən və inkar edən tərəflər.
Hər komandadan üç spiker çıxış edir: təsdiq edən tərəfdən T1, T2, T3 spikerlərin hər biri öz tezisinin müddəalarını müdafiə və təsdiq etməlidir; inkar edən tərəfdən isə İ1, İ2, İ3 spikerləri həmin tezisi inkar etməlidi.
Debatların sonunda dəlillərin inandırıcılığı, spikerlərin mübahisə aparmaq qabiliyyətləri müzakirə edilir və nəticədə qələbə tərəflərdən birinə verilir. Debat formasında dərs üçün münsiflər heyətinin əvvəlcədən seçilməsi məqsədəuyğundur. Münsiflər heyəti komandaların iştirakçılarını qiymətləndirir və debatların nəticələrini yekunlaşdırır.
4. Mənbələrin öyrənilməsi üzrə dərslər
Mənbələrin öyrənilməsi və onlar əsasında tarixi hadisənin müəyyənləşdirilməsi olduqca vacib əhəmiyyətə malikdir. Mənbələrin öyrənilməsi üzrə dərs müxtəlif bilik mənbələri ilə işi təşkil etməyə, şagirdlərə tarixi faktların təhlili, təsnifatı və sistemləşdirilməsi üsullarını, onların ümumiləşdirilməsini və öz mövqeyinin əsaslandırılmasını öyrənməyə təkan verir. Belə dərslər şagirdlərin tədqiqat fəaliyyətini stimullaşdırır.
Bunun bir modelini – «Biz tarix dərsliyi.
Şagirdlərə müəyyən mövzu üzrə mənbələr kompleksinin öyrənilməsi əsasında müstəqil şəkildə dərsliyin bir paraqrafını və ya kiçik bir hissəsini yazmaq təklif olunur:.
1. Müəllim dərsin mövzusunu, problemi söyləyir və tapşırığı izah edir.
2. Şagirdlər kiçik təlim quruplarına bölünürlər və ilkin məlumatların tədqiqi əsasında “tarix dərsliyi” üçün material seçirlər.
Qrupların iş qaydası aşağıdakı kimi ola bilər:
a) paraqrafın başlığını və ya planını dürüst ifadə etmək, mövzunun açılması üçün hansı yarımbəndlər nəzərdən keçirilməlidir?
b) qisa müəllif mətni yazmaq;
c) xronoloji-hadisə sırasını açmaq;
d) məqsədəuyğun sayılsa, mənbələrdən parçalar götürmək;
e) xəritə, illüstrasiyalar tapmaq;
ə) «zaman oxu»nu tərtib etmək;
3) Hər bir qrup işin yekunlarını sinfə təqdim edir.
5) İllüstrasiyalarla iş
İllüstrasiyalar dərslik və ya dərs üçün yaraşıq deyil, həm də şagirdlər üçün əlavə məlumat mənbəyi olmalıdır. Buna görə də illüstrasiyalarla iş üçün suallar və tapşırıqlar təklif edilməlidir.
6) İllüstrasiyanın təsviri və ondan məlumat alınması
Müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar:
1. İllüstrasiyaya əsasən tarixi dövrü və məkanı (hadisə yerini) müəyyən et.
2. Göstərilmiş tarixi hadisələri və onların iştirakçılarını, şəraiti, mühiti təsvir et.
3. İllüstrasiyada əks olunan tarixi dövrün tipik nümayəndələrini müəyyənləşdir (geyim, davranış xüsusiyyətləri).
4. Süjet və detallara görə əsər müəllifinin əsas fikrini aydınlaşdır.
5. İlllüstrasiya materiallarınınn növünü və onun müəllifinin əsas ideyasına müvafiqliyini müəyyənləşdir.
6. Şəkilaltı mətni (əgər varsa) illüstrasiyanın məzmunu ilə tutuşdur.
7. İllüstrasiya üzrə hekayə hazırla.
İllüstrasiyalarla iş zamanı şagirdlərin fəallıq növləri:
1. İllüstrasiya üzrə ümumi söhbət.
2. İllüstrasiyaya imza toplamaq.
3. «Bərpaçının» vərəqəsinin tərtib olunması.
4. Cütlərdə «rəssamla» müsahibə.
5. Cütlərdə sualların qoyuluşu.
b) İllüstrasiyaların dərk olunması və tətbiqi.
Müxtəlif mürəkkəblik səviyyəsi olan tapşırıqlar:
1. Sizcə illüstrasiya naturadan çəkilib, yoxsa sonradan yaradılıb?
2. Əgər o sonradan yaradılıbsa, onun mənbəyi nə olub?
3. İki və daha artıq eyni planlı illüstrasiyaları müqayisə et.
4. Müxtəlif tip illüstrasiyalarda hadisələrin obrazlı əksini müqayisə et.
5. Müxtəlif illüstrasiyalarda məzmunu və dəyərləndirici əlaqələri təyin et.
6. İllüstrasiyanın dəyərlər sistemini və subyektivlik səviyyəsini müəyyən et.
7. Müxtəlif planlı illüstrativ materialları qiymətləndir və nəticə çıxar
8. Problemin həlli üçün illüstrasiya və mənbələrin müqayisəli təhlilindən istifadə et.
9 Öz mövqeyini illüstrasiyanın köməyi ilə əsaslandır.
Fəallıq növləri:
1. Qruplarda illüstrasiyalar üzrə fikir mübadiləsi aparmaq.
2. Cütlüklərdə mübahisə etmək.
3. Şəklin yaranması haqqında hekayə tərtib etmək.
4. İllüstrasiyalar haqqında rəy yazmaq.
6. «Beyin həmləsi»
Bu, kollektiv müzakirənin əhəmiyyətli üsuludur. Onu pedaqoji ədəbiyyatda bəzən «Əqli hücum», «Beyin fırtınası» üsulu da adlandırırlar. Problemin həlli bütün iştirakçıların öz rəylərini bildirməsi yolu ilə tapılır.
«Beyin həmləsi» hər hansı problemə aid ideyaların birgə axtarışıdır. Şəxsiyyətin inkişafı üçün bu üsul ən əhəmiyyətli üsullardan biridir. Bu üsuldan Azərbaycan tarixi dərslərində düzgün istifadə olunduqda, şagirdlərin yaradıcı təfəkkürünün inkişafına gətirib çıxarır.
«Beyin həmləsi»nin əsas prinsipi çox sadədir. Müəllim sinfin qarşısında məsələ qoyur və bütün iştirakçılara bu məsələ barədə öz fikirlərini bildirməyi təklif edir. Bu mərhələdə heç kimin başqasının ideya və ya fikirlərini tənqid etməyə, yaxud da onları qiymətləndirməyə hüququ yoxdur.
Təcrübə göstərir ki, «Beyin həmləsi»nin köməyi ilə bir neçə dəqiqə müddətində onlarla yeni ideyalar əldə etmək olar. İdeyaların çoxluğu bu üsul üçün əsas məqsəd deyil, lakin bu problemin ən optimal həllinin tapılması, yaxud sadəcə olaraq ən səmərəli qərarın çıxarılması üçün şərait yaradır.
Bu üsulun tətbiqi zamanı şagirdlər bəzən müəllimin ağlına belə gəlməyən orijinal ideyalar irəli sürə bilərlər. «Beyin həmləsi»nin keçirilməsi üçün bir sıra qaydalara əməl etmək lazımdır:
irəli sürülən ideyalar qiymətləndirilmir və tənqid olunmur;
məqsəd keyfiyyət deyil, kəmiyyətdir: nə qədər çox ideya olsa, o qədər yaxşıdır;
istənilən ideyanı inkişaf etdirmək olar;
ən orijinal, qeyri adi ideyalar xüsusilə dəstəklənir;
bütün ideyalar lövhədə və ya vatman kağızında müəllim tərəfindən qeyd olunur.
«Beyin həmləsi» qoyulmuş problemin çıxılmaz həllini tapmağa imkan verir. Bu üsul öz qüvvələrinə əmin olmayan şagirdlərin stimullaşdırılması üçün əhəmiyyətli vasitədir.
7. Diskussiya
Diskussiya müsahibənin spesifik forması olub kollektiv müzakirə deməkdir. Müəllim və şagirdlər üçün əlverişli olan bu üsul onların tarixi hadisə, təzahür və proseslərə münasibətlərinin necə olduğunu öyrənməyə imkan verir. Bu zaman şagirdlərin diskussiya mədəniyyəti (danışanı dinləmək, sözünü kəsməmək, çıxış etmək istədikdə icazə istəmək və s.) aşkara çıxır. Qrup formasında keçirilən diskussiyalar zamanı aşağıdakı vəzifələr həyata keçirilir: 1.diskussiya iştirakçıları tərəfəindən real şərait təhlil edilir;
2. qoyulmuş problem ətrafında bacarıqlar formalaşdırılır;
3. digər iştirakçılarla əlaqəli fəaliyyət vərdişləri inkişaf etdirilir;
4. müxtəlif problemlərin həllinə dair çoxvariantlı qərarlar qəbulu nümayiş etdirilir.
Azərbaycan tarixinin tədrisində diskussiya üsulunu müxtəlif formalarda tətbiq etmək olar:
dəyirmi masa ( mövqelər öz fikirlərini sərbəst söyləyirlər);
ekspertlər qrupu (mikroqruplarda müzakirələrdən sonra nəticələrin qrupların müzakirəsinə verilməsi);
forum (qrup auditoriya ilə fikir mübadiləsi aparır);
debat;
mühakimə-dərs;
Diskussiya zamanı şagirdlərin riayət etməli olduqları qaydalar:
– danışanı dinləmək;
– eyni zamanda bir nəfər danışa bilər;
– çıxış etmək istədikdə əlini qaldırmaq;
– danışanın sözünü kəsməmək;
– bir kəslə razılaşmadıqda fikir söyləmək deyil, fikri tənqid etmək;
– hamını diskussiyada iştiraka həvəsləndirmək.
8. Layihə hazırlığı
Layihə-şagirdlərin müxtəlif mövzularla bağlı məyyən müddət ərzində hazirladığları və sonra təqdim etdikləri müstəqil tədqiqatlarıdır. Azərbaycan tarixinin tədrisində layihələr çox faydalıdır, çünki:
– ayrı-ayrı tarixi faktlar və hadisələrin digər məktəb fənləri və ətraf aləmlə əlaqəsini göstərməkdə şagirdlərə yardımçı olur;
– hər hansı bir fəaliyyətin həyata keçirilməsində, vaxtların və işlərinin qrafik üzrə müəyyənləşdirilməsi şagirdlərin daxilən təşkilatlanmasına şərait yaradır; – müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə şagirdlərə imkan verir;
– şagirdlərin həm biri-biriləri, həm də başqaları ilə məktəbdənkənar qarşılıqlı fəaliyyətinə imkan yaradır;
– tarixi hadisə və təzahürlərin hər hansı bir məqamını dahada dərindən öyrənməyə şərait yaradır, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir, sosial və yaradıcı tədqiqat vərdişləri aşılayır;
– şagirdlərə geniş mənada vərdişlər qazanmağa, tədqiqatlarını və öz fikirlərinin nəticələrini müzakirə etməyə yardımçı olur ki, bu da müstəqil düşüncəli şəxs üçün mühüm keyfiyyətdir.
9. Mühazirə
Tarix dərslərində geniş istifadə olunan üsullardan biri də mühazirə dərslərdir. Mühazirə məlumatın şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması üçün istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir:
– mühazirənin məqsəd və vəzifələrinin dəqiq müəyyənləşdirməsi;
– plan tərtib edilməsi və onu şagirdlərə paylanması (və ya lövhədə yazılması);
– əyani və texniki vasitələrdən istifadə edilməsi;
– mühüm mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimlənməsi.
Sorğu vərəqləri və müsahibə
bu üsüllar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən
qrupların ictimai rəyini öyrənmək məqsədi ilə aparılır,
sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar
qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur,
müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır, bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi
məqsədəmüvafiq hesab edilir:
problemi müəyyən etmək;
işi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq);
məlumatları toplamaq (Sualların cavablarını toplamaq);
əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək.
Müəllimlər təklif olunan metodik üsullara və dərs modellərinə istinad edərək, onları tədrisdə tətbiq edə və ya tarix dərsi üzrə öz dərs modellərini hazırlaya bilərlər. Qeyd etmək lazımdır ki, müasir didaktikada digərlərinin zərərinə hər zaman və hər yerdə tətbiq edilə biləcək yeganə üsul və tədris modeli yoxdur. Buna görə də dərs aparılmasında üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsindən asılı olur. Buradan belə bir nəticə çıxır ki, verilən tövsiyyələrə bir qədər yaradıcı yanaşılmalıdır.
Похожие статьи
-
Azərbaycan tarixi bsu Bakı Sağlamlıq Mərkəzində kadavr üzərində praktiki kurs keçirilib Azərbaycan tarixi bsu Sədərək Rayon Mərkəzi Xəstəxanasında…
-
Azərbaycan Tarixi kurikulum 2019-cu il 3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi…
-
Azərbaycan tarixi 7 cildde 5 ci cild
Azərbaycan tarixi 7 cildde 5 ci cild Zərgərlik də nəzərə çarpacaq dərəcədə inkişaf etmişdi. Bəzək şeyləri metaldan, şüşədən, gildən, pastadan, müxtəlif…
-
Azərbaycan Tarixi (Yeddi cilddə) Tarix üzrə elmlər doktoru Ədalət Qasımovun «Heydər Əliyevin tərəqqi strategiyası və Naxçıvan Muxtar Respublikası (XX…
-
Azərbaycan tarixi 7 cilddə 5-ci cild
TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….
Comments are closed, but trackbacks and pingbacks are open.