Press "Enter" to skip to content

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

Azərbaycan tarixi testləri

Hər bir millət milli kimliyini dərk etmək, köklərini tanımaq və sadiq qalmaq üçün keçmişini, nələr yaşadığını bilməli, tarixini araşdırmalı, oxumalı, oxuduqca təhlil etməli və öyrənməlidir. Bu baxımdan tarix öyrənmək zəruridir. Seçəcəyimiz sahədən asılı olmayaraq hər bir kəs tarixini öyrənməyin vətəndaşlıq borcu olduğunu düşünməlidir.

Tədrisdə də tarixin vacibliyi aktual məsələlərdən biridir. Bu nəzərə alındığı üçün ibtidai təhsili başa vuran şagirdlərə məzun olanadək Azərbaycan tarixi dərsi tədris olunur. Həmçinin ixtisas qruplarından ikisində – 2-ci və 3-cü qruplarda Azərbaycan tarixi fənni var və həmin qrupu seçən abituriyentlər bu fəndən imtahan verməldirlər. Ali təhsil pilləsində isə ixtisasından asılı olmayaraq bütün tələbələrə müəyyən müddət Azərbaycan tarixi fənni tədris olunur.

Azərbaycan tarixinin bu qədər önəmli olduğunu nəzərə alaraq biz – oxuyan.az komandası olaraq Azərbaycan tarixi dərslərinin önəmi və bu fənni öyrənərkən testlərin rolu haqqında yazımızı sizlərlə bölüşmək qərarına gəldik.

Azərbaycan tarixini niyə yaxşı öyrənmək lazımdır?

“Tarixi bilək, amma keçmişin kinini saxlamaqdan daha çox gələcəyi daha yaxşı qura bilmək üçün”. (İlbər Ortaylı)

  • Keçmişi dəyişə bilmərik, amma keçmişdən dərs çıxararaq indini dəyişə və gələcəyi istədiyimiz kimi qura bilərik. Bu baxımdan tarixi bilmək bizim çox vaxt əlimizdən tutur. Tarix dəyişmir, təkrarlanr. Adlar və zaman dəyişir, proseslər eyni qalır. Biz əzəldən olanları araşdıraraq indi eyni situasiyalarda hadisələrə necə təsir edə biləcəyimizi öyrənə bilərik.
  • Tarixi bilmək milli kimliyimizi dərk etdirir. Tarix səhifələrində düşmənlər də, dostlar da bəllidir. Xalqımızın illər boyu yaşadıqlarını bilmək, onları öyrənmək və bizdən sonra gələn nəsillərə ötürmək gərəkdir. Bu xalq tarixi olan bir xalqdır. Əgər tariximizi bilməsək, yalançı tarix yazanlar qalib gələcəkdir, hətta o qədər professional yalan danışacaqlar ki, nəinki dünya, bizi belə öz yalanlarına inandıracaqlar.
  • Tarixi öyrəndikcə analiz etmə və qərar vermə bacarığımız inkişaf edir. Çünki tarixdə səbəblər də, nəticələr də var və dərs çıxarmaq olur.

Azərbaycan tarixini necə daha yaxşı öyrənmək olar?

Azərbaycan tarixi yaddaş tələb edən bir fəndir. Yadda saxlamağın da çoxlu sayda üsulları mövcuddur. Hər insanda qavrama fərqli olduğu üçün üsullar da dəyişir. Bir şagird üçün effektli olan bir üsul digər şagird üçün effektli olmaya bilər. Biz bir neçə üsul bölüşəcəyik, siz özünüzü daha yaxşı bildiyiniz üçün ən effektli olduğunu düşündüyünüz üsulu seçə bilərsiniz:

  1. Çox diqqətlə oxuyun, önəmli məqamları rəngli və fərqli karandaşlarla işarələyin və mütləq qeyd tutun. Qeyd tutanda beyin oxuduğunuz hissəni təkrar düşündüyü üçün daha uzun müddət yadda saxlayır. Rəngli qələmlər isə göz yaddaşı ilə yadda saxlamağa kömək edəcəkdir. Bir dəfə oxumaqla kifayətlənməyin, bir neçə dəfə oxuyun. İlk dəfə gözdən qaçırdığınız bir çox məqamı növbəti dəfə oxuyanda görəcəksiniz.
  2. Mütəmadi olaraq oxuduqlarınızı təkrar edin. Bu gün mükəmməl bildiyiniz bir mövzunu bir neçə həftə sonra unuda bilərsiniz. Ona görə hər yeni bölməyə başlayanda əvvəlki bölmələri təkrar etmək üçün müəyyən qədər vaxt ayırın.
  3. Vizuallaşdırma və hekayələşdirmə. Beyin duyğuları işə qatdıqda daha yaxşı öyrənir. Oxuduğunuz vaxtı hadisələri gözünüzdə canlandırmağa çalışın, o mövzu ilə bağlı video və şəkillərdən istifadə edin. Və yaxud oxuduğunuz hissələri özünüzəməxsus hekayələşdirin və başqasına danışın. Bu zaman daha yaxşı yaddaşınıza həkk olunacaqdır.
  4. Çoxlu testlər işləyin. Əvvəlcə bir test vəsaiti əldə edin. Hər mövzunu oxuduqca testləri də işləyin. Testləri gördükcə suallarda hansı məqamlara daha çox diqqət etməli olduğunuzu biləcəksiniz.

Azərbaycan tarixi 2-ci və 3-cü qrup şagirdlərinin öyrənməkdə çətinlik çəkdiyi fənlərdən biridir. Bunu nəzərə alaraq Azərbaycan tarixi testləri haqqında daha geniş məlumat vermək istəyirik.

Azərbaycan tarixi testləri

Azərbaycan dili testləri və sınaq imtahanları Oxuyan.az saytında

Azərbaycan tarixini kitablardan öyrənmə ilə bərabər testlər vasitəsilə bildiklərinizi tətbiq etməli, əlaqələndirməni öyrənməli və bilikləri imtahanda qısa müddət ərzində avtomatik tapmaq üçün Azərbaycan tarixinə aid çoxlu testlər işləməlisiniz.

Qeyd edək ki, bütün Azərbaycan tarixi sınaq imtahanları hazırlanarkən eyni proqrama əsaslanılır və hansını seçməyinizin fərqi yoxdur. Proqramı əhatə edən bir test bankını bitirdikdən sonra təkrar üçün digər test banklarını da istifadə edə bilərsiniz.

Azərbaycan tarixi terstlərini işləyərkən diqqətli olmaq və cavabları məntiqlə düşünmək lazımdır. Çünki testdə cümlələr kitabdakı variantla eyni olmur. Cümlələr müəyyən qədər dəyişdirilir. Variantları seçərkən daha geniş mənada və məntiqlə düşünmək lazımdır.

Bəzi test nümunələr müqayisə tipli verilir. Hər hansı iki dövlətin, iki müqavilənin, iki hökmdarın ortaq və ya fərqli xüsusiyyətləri soruluşulur. Bunun üçün mövzunu öyrənərkən müqayisəli şəkildə öyrənmək gərəkdir. Eyni hadisə tarixdə dəfələrlə təkrarlana bilər və testlərdə o hadisələr ümumiləşdirilib bir sual olaraq soruşula bilər. Ona görə mövzunu yadda saxlamaqla paralel olaraq eyni məqamları hansı mövzularda öyrəndiyinizi düşünüb konspektləşdirməyi unutmayın.

Xronoloji ardıcıllıq testləri də Azərbaycan tarixi testlərində şagirdlərin çətinlik çəkdiyi test nümunələrindəndir. Azərbaycan tarixini ümumi tarixdən ayrı yox, eyni zamanda və mütləq müqayisəli şəkildə öyrənin. Xronoloji ardıcıllıq testlərində suallar eyni mövzudan olmur, müxtəlif mövzulara aid illərin ardıcıllığını bilməlisiniz.

Hər ili öyrənəndə həmin ildə başqa hansı hadisələrin baş verdiyini xatırlamağa çalışın. Bu bir neçə hadisəni eyni zamanda yadda saxlamağınıza kömək edəcəkdir.

Xronoloji ardıcıllıq testlərində bəzən bütün hadisələr eyni ildə baş verir, aylara görə fərqləndirməlisiniz. Bunu nəzərə alaraq oxuyarkən nəinki ay, hətta günlərə də diqqət edin.

Azərbaycan tarixi testlərində xəritə ilə bağlı testlərlə də qarşılaşa bilərsiniz. Buna görə ancaq kitabla kifayətlənməməli, Azərbaycan və dünya xəritəsini də öyrənmək lazımdır. Unutmayın, tarix kitab və dərsdən ibarət deyil, yaşananlar və dünyanın özüdür.

Azərbaycan tarixinin böyük bir hissəsi Qarabağ tarixi olduğu üçün ümumtəhsil məktəblərində Qarabağ tarixi fənni tədris olunur və Azərbaycan tarixi testlərində bu mövzudan suallar düşür. Bu şərəfli tarix yaxın tarix olduğu üçün və canlı tarixi gördüyünüz üçün bu tipli sualları daha rahat yaza biləcəyinizə ümid edirik.

Azərbaycan tarixi testləri necə öyrənmək olar?

Testlər nəyi yaxşı, nəyi zəif bildiyimizi üzə çıxarmağa kömək edir. Siz hər test işləyəndə nəinki bilik səviyyənizi ölçmək, həm də yeni bilgilər əldə edirsiniz. Nə qədər çox test işləsəniz o qədər çox test nümunəsi ilə tanış olursunuz və testlər o qədər rahat gəlir. Azərbaycan tarixi testlərini də nə qədər çox işləsəniz, o qədər daha yaxşı öyrənəcəksiniz, öyrəndiyiniz üçün motivasiyanız artacaq və sevimli fənninizə çevriləcək.

Testlərlə bildiklərimizi daha yaxşı tətbiq edirik, biliklər möhkəmlənir və daha qısa müddətdə daha çox test işləmək mümkün olur. İmtahan 3 saat olur, siz imtahana hazırlıq prosesində nə qədər test işləsəniz, test işləmə sürətiniz artır və vaxta qənaət edirsiniz.

Testlərdən əlavə mütəmadi olaraq imtahanlarda iştirak edin və bildiklərinizdə olan boşluqları tapın, vaxt idarə etməyi öyrənin.

Azərbaycan tarixi testləri və imtahanlarında özünüzü yoxlamaq üçün oxuyan.az platforması yenə sizi düşünüb və sizə onlayn test, imtahanlar xidməti yaradıb. Keçid edib indidən özünüzü yoxlamağa nə deyirsiniz?

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinə dək) Ali məktəblər üçün dərslik. M.Q.Abdullayevin redaktəsi ilə.

Bakı, 2014. (cədvəldə bu dərsliyin səhifələri göstərilmişdir)

2. Azərbaycan tarixi, I cild (Ən qədim zamanlardan XX əsrədək)

Z. Bünyadovun və Y. Yusifovun redaktəsilə. Bakı, 1994, 2005.

3. İsmayıl Məmmədov. Azərbaycan tarixi. Bakı, 2005

4. Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci illərə qədər)

Red. Prof. Süleyman Əliyarlı. Bakı, 1996.

5. XX əsr Azərbaycan tarixi, II cild, Red. Y.B. Yusifov və T.T. Vəliyev. Bakı, 2004.

Əlavə dərsliklər, vəsaitlər və elmi monoqrafiyalar:

6. Azərbaycan tarixi. Red. İqrar Əliyev. Bakı, 1993.

7. Qaradağ Raif Neft fırtınası. Bakı, 2009

8. Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2001. VII cild. Bakı, 2003.

9. Qafqazda Sovet totalitarizmi (1920-30-cu illərdə). Elmi Konfrans. Xəzər Universitəsi, 1998.

10. M.Ə.Rəsulzadə və ictimai-siyasi ideallar. Bakı, Xəzər Universitəsi, 2005.

11. Araz Aslanlı. Qarabağ problemi, (tarixi, mahiyyəti, həll prosesi). Bakı, 2009.

12. Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, Azərbaycan, 2005.

13. Natiq Əliyev.Neft sənayesinin intibah dövrü. Bakı, 2013.

14. Свентоховский Т. Становление национальной идентичности в Азербайджане// Азербайджан и Россия: общества и государства. Москва, 2001

15. Səmədov Elsevər. Azərbaycanda din-dövlət münasibətləri və dini təhsilin formalaşması. Bakı, 2009

16. Qasımlı Musa. Heydər Əliyev – İstiqlala gedən yol ((1969-1987-ci illər). Bakı, Bakı Universitenin nəşriyyatı, 2006.

17. Hüseynova Leyla. Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (müstəqillik dövrü). Bakı Təhsil, 2012

18. Arif Yunusov. İslam azərbaycanda. Баку.2004

www.aztarix.azeriblog.com;

– mövzu ətrafında müzakirələr

– xəritələr, video( mövzu ilə əlaqədar bir parça sənədli və ya bədii filmdən nümunə) və digər əyani materiallardan istifadə

– müəyyən mövzularla əlaqədar olaraq muzey və qoruqlara ekskursiyaların təşkil edilməsi (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, İncəsənət muzeyi və s.)

(fevral və mart aylarında keçirilən dərslər əsasında imtahan verilir).

– Azərbaycan tarixi haqqında daha dolğun, daha müfəssəl və tam obyektiv təsəvvürün formalaşmasına səbəb olacaqdır ;

– Azərbaycanın bir ölkə kimi qədim dünya sivilizasiyasının ilk ocaqlarından biri və Şərq dünyasının ayrılmaz hissəsi olması ilə bağlı bilgi və məlumatları daha da genişləndirəcəkdir ;

– Azərbaycanın Türk Dünyasının ayrılmaz bir parçası olması ilə bağlı daha obyektiv məlumatlar əldə edəcəkdir ;

– Azərbaycan etnosunun təkraredilməz və avtoxton olmasına dair daha geniş təsəvvürlərin əldə edilməsinə imkan yaranacaqdır ;

– Vətənimizin tarixinə, mədəniyyətinə və ölkəmizin mənəvi dəyərlərinə hörmət və rəğbətin daha da artmasına və vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq, vətənimiz, tariximiz qarşısında məsuliyyət hissini daha da artıracaqdır.

– Tarixi hadisələrə tənqidi və obyektiv yanaşma ;

– Tarixin müxtəlif dövrlərində Azərbaycanın mədəni-tarixi inkişaf mərhələlərinin araşdırılması ;

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.

Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 15 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılsa da, ona qaıb işarəsi yazılır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.

Sənədlə təsdiq edilən üzrlü səbəbə görə yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.

Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.

Tələbələrin davranış qaydaları

Giriş. Tələbələri Azərbaycan tarixi fənninin iş proqramı və onların qarşısında duran vəzifələr ilə tanış etmək. Azərbaycan tarixi nədən bəhs edir; onun analizi, öyrənilməsi, başlıca dövrləri, tarixi qaynaqlar.

Azərbaycanda ibtidai-icma dövrü. Azərbaycanın etnosiyasi xəritəsi. Azərbaycan ərazisində erkən cəmiyyət, ilk dövlətlərin, qurumların yaranması (Aratta, Lullubi, Kuti). Manna dövləti.

Atropatena və Alban dövlətləri ( siyasi tarix, təsərrüfat, mədəniyyət). Azərbaycan erkən orta çağda, yeni ictimai münasibətlər. Alban dövləti III-VII əsrlərdə. Sasani işğalı və hökmranlığı. Siyasi tarix. Mədəniyyət. [fəsil 1, s.19-29];

Azərbaycanda xilafət ağalığı və ona qarşı mübarizə. Xürrəmilər hərəkatı.

Etnogenez problemi. Azərbaycan xalqının formalaşması.

Azərbaycan Səlcuq imperatorluğunun tərkibində. Şirvanşahlar dövləti Kəsranilər sülaləsi dövründə. Eldənizlər dövləti. X-XII yüzilliklərdə Azərbaycan mədəniyyəti. Azərbaycan Monqol ağalığı dövründə. [fəsil 3,

Qaraqoyunlu dövləti. Ağqoyunlu dövləti. Sosial- iqtisadi vəziyyət, xarici siyasət.

Azərbaycan XVI yüzillikdə. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması. Daxili və xarici siyasət. Azərbaycan XVI yüzilliyin sonu – XVII yüzilliyin əvvələrində. Şah Abbas hakimiyyəti. Mədəniyyət.

Azərbaycan Səfəvi dövlətinin zəifləməsi və Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi (XVII yüzilliyin sonu – XVIII yüzilliyin 20-30-cu illəri).

Azərbaycan beynəlxalq münasibətlərdə (XVIII əsrin sonu – XIX əsrin əvvəli). Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi. Gülüstan və Türkmənçay müqavilələri.

XIX-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda ictimai – siyasi həyat. İqtisadi durum. Müstəmləkə zülmünə qarşı üsyanlar. Cənubi Azərbaycan.

Azərbaycan Birinci dünya müharibəsi illərində. Azərbaycan Rus inqilabı illərində (fevral – oktyabr 1917-ci il).

s.268-298];
[ fəsil 12,

Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində.

Güney Azərbaycan İkinci Dünya müharibəsi illərində.

Milli azadlıq hərəkatı – 21 Azər.

s.315–330];
[fəsil 14,

Azərbaycan SSR müharibədən sonrakı illərdə (1946-1980-ci illərin ortaları). Sosial-iqtisadi vəziyyət. Totalitar rejimin möhkəmlənməsi. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası. M.C.Bağırov hakimiyyətinin devrilməsi.

İ.Mustafayev. V.Axundov. Azərbaycan SSR rəhbərliyində dəyişikliklər. H.Əliyev. Respublika “yenidənqurma” yolunda.

[fəsil 14, s.331-348];

[fəsil 14,s.331-

Azərbaycanıların Ermənistandan deportasiyası. Daxili vəziyyətin kəskinləşməsi. 1990-cı il 20 Yanvar faciəsi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi. Müstəqil Azərbaycan Respublikasının inkişaf problemləri. Daxili və xarici vəziyyət.

[fəsil 14,s.348-349]

[ fəsil 14,

Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi; 1993-cü il prezident seçkiləri. Heydər Əliyevin yeni siyasi kursu. Siyasi sabitliyə doğru. Azərbaycan – Ermənistan münasibətləri. Atəşkəs. Neft siyasəti. Əsrin müqaviləsi. Heydər Əliyevin 5 illik prezidentlik fəaliyyətinin yekunları.

s. 358-361; ]
[ fəsil 14,

İlham Əliyevin prezident seçilməsi ( 2003-cü il, 15 oktyabr ). 2008-ci il dövlət idarəçiliyinin təkmilləşdirilməsi. 2013-cü il, növbəti dəfə prezident seçilməsi. Ümumilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi.

s. 361-373; ]

s. 361-373; ]

Tədris proqramları necə hazırlanmalı?

Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar ola­­raq tədris proqramlarının müxtəlif variantları (alternativ variant­la­rı) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin ma­raq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proq­ram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan is­ti­fadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yarat­maq haqqında qərarı məktəb şuraları verir.

Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elm­lər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əla­­qələr də tədris proqramında nəzərdə tutulur.

Deməli, tədris planına əsasən fənnin hissələrini və ya böl­mə­­lərini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat və­­rəqinə malik olan sənədə tədris proqramı deyilir.

Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə baş­­qa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün öl­kə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris pla­nı və tədris proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər.

Похожие статьи

  • Azərbaycan tarixi.vii cilddə vii cild

    Azarbaycan tarihi: 7 cildda. VII cild: 1941-2002-ci illar respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün TarġXĠ…

  • Azərbaycan tarixi 2014

    Azərbaycan tarixi 2014 “Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”. Bu sözləri Qafqaz geologiyasının…

  • Azərbaycan tarixi ziya bunyadov

    Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…

  • Azərbaycan tarixi 7 cilddə 5-ci cild

    TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….

  • Azərbaycan tarixi üzrə qaynaqları

    Kollektiv. Azərbaycan tarixi üzrə qaynaqlar (1989) Kökləri miladdan qabaq III-II minilliklərdən gələn Dədə Qorqud boylarında türkçülük, azərbaycançılıq…

Comments are closed, but trackbacks and pingbacks are open.