Press "Enter" to skip to content

Liyarlı S. S. (red. ) Azərbaycan tarixi: uzaq keçmişdən 1870–ci ilə qədər (2009)

1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir- van əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətinin işə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.

Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci ilə qədər

Heysam ibn Xalidin dövründə Məzyədilər daha damüstəqilləşdilər. O, 861 – ci ildə şirvanşşah titulunu qəbul edərək Şirvanın mmüstəqilliyini elan etdi.

Səlcuq türklərinin hakimiyyəti dövründə də Azərbaycanın dövlətçilik ənənələri aradan qalxmadı. Azərbaycanın quzeyində Şirvanşahlar dövləti yenidən dirçəlirdi. Şirvanşah I Fəriburz (1063-1096) səlcuq sultanlarına tabe olsa da, Şirvanşahların hakimiyyətinə tamamilə son qoyulmamışdı. Böyük Səlcuq hökmdarı Məlikşahın hakimiyyətinin sonuna yaxın Şirvan-şahlar yenidən qüvvətlənməyə başlamışdılar. Bu zaman I Fəriburz, daha sonra isə onun oğulları II Mənuçöhr I Afridun ölkəni müstəqil idarə edirdilər.

Səlcuq türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlaşmağa çalışırdılar. Gürcü çarı Qurucu IV David (1089-1125) bu məqsədlə qızı Tamarı Şirvanşah I Afridunun oğlu III Mənuçöhrə vermişdi (1111). Şirvanşahlarla qohumluğun digər bir səbəbi də gürcü taqavorlarının Azərbaycanın qərb torpaqlarını ələ keçirmək istəyi ilə bağlı idi. Geniş xarici siyasət planlarına malik olan gürcü çarı başqa bir qızını Bizans imperatoru Aleksey Komninin oğluna ərə vermişdi. Çar Davidin özü isə Səlcuqlara qarşı güclü müttəfiq qazanmaq məqsədilə Qıpçaq türklərinin hökmdarı Atrakın qızına evlənmişdi. O, səlcuq türklərinə qarşı qoymaq üçün Qafqazın şimalında Gürcüstana 45 min ailə və ya 225 min Qıpçaq türk döyüşçüsü köçürmüşdü. Bütün bundan başqa Bizans imperiyasının vasitəçiliyi ilə, səlcuq türklərinə qarşı Qərbi Avropa səlibçiləri ilə də əlaqə yaranmışdı. Bu olduqca məkrli bir siyasət idi: gürcü və erməni qoşunları Bizans imperiyasına, həmçinin Qərbi Avropa səlibçilərinə arxalanaraq türk-müsəlman əhalisini Qafqazdan sıxışdırıb çıxarmağa, Azərbaycan tor paqlarını öz aralarında bölüşdürməyə çalışırdılar. Bununla belə, ehtiyatlı siyasət yeridən Şirvanşahlar daha qüdrətli rəqib olan səlcuq türkləri ilə münasibətləri pozmamağı üstün tutdular. Belə olduqda öz qoşunlarını Qıp çaq – türk döyüşçüləri hesabına gücləndirmiş gürcü çarı, Şirvanşahların səlcuq türkləri əleyhinə onunla ittifaqa girmədiyini bəhanə edərək Azərbaycanın qərb torpaqlarını işğal etməyə başladı. 1117-ci ildə IV Davidin oğlu Demetre Şirvana hücum etdi. O, Şirvan qoşunlarını məğlubiyyətə uğradıb çoxlu qənimət və əsirlərlə Gürcüstana döndü. 1120-ci ildə isə IV Da vidin özü qüvvətli ordu ilə iki dəfə Şirvana basqın etdi. Şirvanşah qoşunları yenə də məğlubiyyətə uğradı. Gürcü çarı Qəbələni və ətraf yerləri talan edərək çoxlu qənimət, qızıl-gümüş ələ keçirib geri qayıtdı. IV David 1121- ci ildə Tiflis yaxınlığında Didqori vuruşmasında daha mühüm qələbə qa zandı. Gürcülər, Qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlibçilərinin birləşmiş qüvvələri səlcuq qoşunlarına qalib gəldilər. 1122-ci ildə Tiflis müsəlman əmirliyi aradan qaldırıldı. Tiflis gürcülərin əlinə keçdi.

Gürcüstanın qüvvətlənməsi Şirvanşahların mövqeyinə təsir göstərdi. Şirvanşah III Mənuçöhrün (1120-1160) zamanında Şirvan-Gürcüstan münasibət-lərində dönüş yarandı. Bu dövrdə Şirvan-Gürcüstan əlaqələrinin yaxşılaşmasında Böyük Səlcuqlu imperatorluğunun zəifləməsi ilə yanaşı III Mənuçöhrün arvadı Tamar və onun gürcü əhatəsi də mühüm rol oynamışdı. Gürcü çarı ilə birliyə bel bağlayan və onun Azərbaycanla əlaqədar siyasətinin mahiyyətini düzgün qiymətləndirməyən III Mənuçöhr Şirvanşahlar dövlətinin ənənəvi siyasətini pozaraq səlcuq türklərindən üz dön-dərdi. Nəticədə Şirvanşahlar dövləti Böyük Səlcuqlu imperatorluğuna 40.000 dinar məbləğində illik bacı verməkdən imtina etdi. Buna cavab ola raq 1123-cü ildə səlcuq sultanı Şirvana hücum etdi. Lakin Şirvanşahın, IV Davidin və Qıpçaq türklərinin birləşmiş qüvvələrinə qalib gələ bilməyən Sultan, çox keçmədən Azərbaycanı tərk etdi.

Səlcuq qoşunlarının geri çəkilməsi və Şirvanşahlarla Böyük Səlcuq imperatorluğu arasında münasibətlərin pozulması Azərbaycan üçün ağır nə ticələr verdi. Qərbi Azərbaycan və Şirvan torpaqlarını işğal etmək üçün fürsət gözləyən gürcü çarından ötrü əlverişli şərait yarandı. IV David Şir-van torpaqlarını bütünlüklə Gürcüstana qatmaq qərarına gəldi və 1123-1124-cü illərdə dəfələrlə Azərbaycana yürüş etdi. Gülüstan Buğurd qalalarını, Şamaxını ələ keçirdi. Mühüm şəhərlərdə və qalalarda güclü qarnizonlar qoyub geri döndü. Lakin gürcü qarnizonları Şirvanda beş ay-dan artıq qala bilmədilər. IV Davidin ölümündən (1125) sonra onlar Şirva nı tərk etməyə məcbur oldular. Gürcü çarının Şirvanı işğal etmək planı baş tutmadı. Şirvanşahlar taxtı yenidən III Mənuçöhrün əlinə keçdi.

III Mənuçöhr və I Demetrenin (1125-1155) hakimiyyəti illərində Şirvan- şahlarla Gürcüstan arasında hərbi münaqişə baş vermədi. XII əsrin 30 – 60- cı illərində Şirvanşahlar dövləti özünün güclənmə çağını yaşayırdı. Azərbaycan Şirvanşahlar dövləti bütün Güney Qafkazda qüdrətli siyasi amilə çevrilmişdi.

1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən mürəkkəbləşdi. Şirvanşahın oğulları arasında taxt-tac mübarizəsi başlandı. Hələ III Mənuçöhrün sağlığında saray çevrilişi etməyə cəhd göstərmiş Şir- van əyanları yenidən fəallaşdılar. Sarayda yaranmış qarışıqlıqdan istifadə edən Tamar kiçik oğlu və bir qrup əyanla birlikdə Qıpçaq türklərinə arxalanaraq Şirvanı Gürcüstana birləşdirməyə cəhd göstərdi. Lakin Azərbaycan Eldənizlər dövlətinin işə qarışması ilə bu plan pozuldu. Atabəy Şəmsəddin Eldənizin hərbi qüvvələrinin köməyi ilə III Mənuçöhrün böyük oğlu I Əhsitan (1160-1196) hakimiyyəti ələ keçirdi. Tamar özünün gürcü əhatəsi ilə birlikdə Azərbaycandan qaçdı və rahibliyə qapılaraq ömrünü monastırda başa vurdu.

I Əhsitanın hakimiyyəti illərində Şirvan dövləti daha da gücləndi. O, atası III Mənuçöhrün səhvini düzəldərək səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. I Əhsitan ömrünün sonunadək ona hakimiyyəti ələ keçirməkdə kömək etmiş Azərbaycan Eldənizlər dövləti ilə dostluq əlaqələri saxladı, ona arxalandı. Eyni zamanda Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. I Əhsitan Şirvan-Gürcüstan qohumluq ənənələrini davam etdirərək gürcü çarı III Georginin bacısı qızına evlən di. 1173-cü ildə Şirvanşahın hərbi qüvvələri Şəki ərazisindən keçərək Gür cüstana hücum etdi və mərkəzi hakimiyyətə qarşı qalxmış qiyamı yatır maqda III Georgiya köməklik göstərdi. Bundan başqa I Əhsitanın hakimiy yəti illərində Dərbənd hakimliyi yenidən Şirvanşahlardan asılı vəziyyətə salındı. Atası III Mənuçöhr kimi, I Əhsitan və onun varisləri də Şirvan döv lətinin müdafiə qüdrətini artırdılar. Ölkənin ərazisində çoxlu müdafiə qurğuları – qalalar, qüllələr, sədlər tikildi və bərpa edildi.

1175-ci ildə Şirvanşahlar dövləti yenidən xarici təcavüzə məruz qaldı: 73 gəmidən ibarət rusların donanması Azərbaycana basqın etdi. Yadellilər Kürün mənsəbinə daxil olaraq Lənbərana qədər hərəkət etdilər. Elə bu zaman quzeydən Qıpçaq türkləri Dərbəndi və Şabranı ələ keçirdilər. Şirvanşahın hərbi qüvvələri rus donanmasını məhv etdi. Şabran və Dər- bəndi qıpçaqlardan geri aldı. Hər iki qələbədə çar III Georginin başçılıq etdiyi gürcü qoşunları Şirvanşaha kömək göstərdilər. Yeri gəlmişkən, Bizans şahzadəsi Andronik Komin də Azərbaycana köməyə gələn gürcü qoşun- larının ordugahında idi.

I Əhsitanın hakimiyyətinin sonuna yaxın güclü zəlzələ (1192) nəticəsində Şamaxı dağıldı. Şəhər əhalisinin xeyli hissəsi (o sıradan şahın ailə üzv ləri) tələf oldu. Bu hadisədən sonra Şirvanşahlar dövlətinin paytaxtı Bakı-ya köçürüldü.

Şirvanşah I Əhsitan və onun varislərinin hakimiyyəti illərində Azərbay canın quzey torpaqlarında yaranmış siyasi sabitlik, Şirvanşahların Azərbay can Eldənizlər dövləti və səlcuq türkləri ilə dostluq siyasəti, Gürcüstanla qonşuluq münasibətləri, Dərbənd keçidinin möhkəmləndirilməsi iqtisadi in kişafa və mədəniyyətin tərəqqisinə müsbət təsir göstərdi.

Şirvanşah III Fəriburzun siyasəti

İbn əl-Əsirin “yaramaz davranışlı pozğun və ədalətsiz adlandırdığı Şirvanşah I Güştasp 1225-ci ildə devrildi. Taxta onun oğlu III Fəriburz (1225-1243) çıxdı. O, ilk öncə Gürcüstana qaçıb oradan üç minlik qoşunla öz torpağına savaşa gələn atası ilə qarşılaşmalı oldu. Fəriburz qoşun başçılarını yığıb söylədi: “Gürcülər bizi mühasirəyə alsalar, ola bilsin qalib gələcəklər; onda mənim atam bizl ərdən kimsəni sağ buraxmayacaq, gürcülərin isə (belə olduqda) ölkəni yarısını, bəlkə də hamısını tutub ələ keçirmələri fəlakət olardı. Yaxşı olar bir həmlə ilə onlara qarşı çıxıb vuruşaq. Biz onlara üstün gəlsək, Allaha şükür olsun, onlar üstün gəldikdə isə mühasirə onsuz da bizimlə olacaq.”

Qoşun başçıları razı oldular. Fəriburz min döyüşçüsü olan atlı alayının baş ında yağıları əzib dağıtdı. Qaynaqlarda Şirvanşah Fəriburzun bu uğurda sonra qoşun və təbəələri ilə yaxşı davranması, qanunsuz yollarla xalqın əlindən alınmış torpaqları və pulları ona qaytarması yazılmışdır.

Cəlaləddinin və Çormağun Noyonun yürüşlərinin ağır zərbələri Şirvan dövlətini sarsıtmış, fəqət yoxluğa endirə bilməmişdi. 1225-ci ildə Şirvanşahı n adından kəsilən pulların üzərində yalnız onun öz ləqəbi: “Əl-Malik əl- müəzzəm Fəriburz ibn Gerşasb”, 1226-1242-ci illərdə kəsilən pulların üzər ində isə “əl-Malik əl-müəzzəm Əla’əd-Dünya və-d-Din Fəriburz ibn Gerşasb” və Bağdad xəlifəsinin adı bildirilmişdir. Onun oğlu II Əhsitanın də ilk hakimiyyət illərini Zəkəriyyə əl-Qəzvini belə qiymətləndirir: “Şirvan müstəqil, asılı olmayan bir vilayətdir. Onun sahibi Əhsitan adlanır”.

ŞİRVANŞAH I İBRAHİM

Bu zaman – XIV yüzilliyin 80-90-cı illərində Azərbaycanın siyasi həyatında böyük dəyişikliklər baş verirdi. 80-ci illərin başlanğıcında Şirvanşah Kəsrani evi büsbütün nüfuzdan düşmüşdü. Elxanilər çağında olduğu kimi, Çobanilər və Cəlayirlər çəkişmələri illərində də bu sülalə xalqın dinc yaşa yışını təmin edə bilmir, yeni hərbi-siyasi çəkişmə oyunçularının əllərində oyuncaq olurdu. Buna görə 1382-ci ildə Şirvan dövlətini narazılıq bürüdü. Kiçik feodallar və kəndlilər üsyana qalxdılar. Şirvanşah Huşəng öldürüldü, Şirvanşahlar sülaləsinin Dərbəndi qolundan olan İbrahim Şamaxıya dəvət edilərək Şirvanşah taxtına çıxarıldı. O, Huşəngin əmisi oğlu idi, bir neçə il atası ilə Şirvanşahın təqibindən qaçıb Şəki kəndlərindən birində gizlənməli olmuşdu.

Münəccimbaşı xalq çıxışları və ara çəkişmələrindən sonra yerli əyanl ar tərəfindən I İbrahimin taxta çıxarılması barədə aşağıdakı rəvayəti söyləyir: “Onlar hökmdarlıq nişanəsi sayılan dövlət atları və elçiləri ilə İbrahi min yanına yola düşərək, onu əkin işindən sonra yorğun düşüb şumlanmış torpaq şırımı yaxınlığında bir ağac altında uyumuş gördülər. Onlar hökmdar qulluqçuları kimi davranaraq onun üzərinə çətir çəkdilər, kənarda dayanıb ayılmasını gözlədilər. Ayılarkən alqışlayıb qarşısında sədaqət andı içdilər. Onu şəhərə (Şamaxıya) gətirib taxtda oturtdular, o da ölkələr fəth edib öz təbəələri içərisində ədalətlə hökm edərək, onların ürəklərini ələ ald ı, səxavət göstərdi. 0, güclü mövqe tutaraq ad çıxarıb şöhrət qazandı”.

Tezliklə bütün Azərbaycan Teymurilər ilə Qızıl Orda arasında barışmaz çəkişmələrin meydanına çevrildi. 1386-cı ildə Teymurun yürüşünü qabaqlamaq istəyən Toxtamış xan 90 minlik ordu ilə Dərbəndi keçərək Şirvan dövlətini dağıntılara uğratdı, Təbrizə yaxınlaşıb onu mühasirəyə aldı. Səkk iz günlük mühasirədən sonra Təbriz əhalisindən 250 qızıl tümən bac aldı. Ancaq andını pozaraq açılmış şəhər qapılarından qoşunla içəri soxuldu, minlərlə adamı qılıncdan keçirdi. Marağa, Mərənd və Naxçıvanın da aqibəti belə oldu. 200 minə kimi adam əsir aparıldı. Toxtamışın tələsik ölkədən çıxması Teymurun hərbi fəallığı ilə bağlıdır. Hələ 1385-ci ildə Cəlay ir qoşunu ilə toqquşub onu əzən Teymur bir il ötdükdən sonra Azərbaycan a dönərək yenidən onları əzdi. Təbriz yeni dağıntıya uğradı. Yenə də bir çox günahsız adamlar öldürüldü, sənətkarlar, ustalar ailələri ilə birlikdə Səmərqəndin tikilib bəzədilməsi üçün əsir aparıldı.

Əlincə Qala müdafiəsi

Naxçıvan yaxınlığında, özü ilə bir ad daşıyan çay üzərindəki sıldırım dağ başında yerləşən Əlincə qalası alınmaz sayılırdı. Hülakü, Çobanı və Cəlayir basqınları sayəsində ələ keçirilən saysız xəzinələrin zaman-zaman Əlincə qalada saxlanılması bununla bağlı idi. Teymuri sərkərdəsi İlyas Xoca 1387-ci ildə Naxçıvanı tutsa da, bu qalanı həmlə ilə ala bilmədi. Ay rıca bir qoşunla qalanı mühasirəyə alıb qalan gücü ilə Ermənistan və Gür cüstana yürüdü.

Cəlayirli Sultan Əhməd Əlincə qalanın müdafiəsinə başçılıq etməyi oğlu Məlik Tahirə və sərkərdə Əmir Altuna tapşırmışdı . Çünki Cəlayir sultanlığının xəzinəsini buraya gətirtmişdi. Qalada yalnız üç yüzə yaxın qorçu var idi. Əlincə qalanın başlıca müdafiəçisi xalq özü idi. Bu müdafiə getdikcə bütün Azərbaycan üçün bir yenilməzlik rəmzinə çevrilmədə idi. Hürufi başçısı Fəzlullah Nəiminin burada öldürülməsi xalqın nifrətini daha da artırmışdı. Teymuri qoşunlarının irəliləməsinə yol verməmək üçün Əlincənin müdafiəsində hətta gürcü döyüşçüləri də iştirak edirdilər. 1397-1398-ci ilin qışında Şəki hakimi Sidi Əli Orlat gürcü qoşunu ilə birlikdə qalanın köməyinə gəldi. O biri yandan vəziyyətin kəskinləşməsi ilə bağlı Teymurun oğlu Miranşah Əlincə qala üzərinə Xorasandan yeni qoşun göndərdi. Şərəfəddin Əli Yəzdi, Əbdürrəzzaq Səmərqəndi kimi orta çağ müəlliflərinin yazdığına görə, Əlincə qala qarşısında qanlı döyüşlər oldu. Şəki hakim i Əli savaşda şəhid düşdü. Bununla belə Teymurilər qoşunu üstünlük qaz ana bilmədi, ağır itki verib geriyə çəkilməli oldu. Yalnız o biri ildə onlar müdafiəçiləri yenərək, qalaya soxula bildilər. Beləliklə, Əlincə qalanın qəhr əman müdafiəsi bəzi illər ara verməklə 1387-ci ildən 1399-cu ilədək, yəni 12 il davam etmişdir.

Şirvanşah dövləti böyük təhlükə qarşısında qalmışdı. Belə bir şəraitdə Şirvanşah I İbrahim öz qorxunc düşmənləri ilə silahlı mübarizəyə girməyi mümkün saymırdı. O, Teymur və Toxtamış arasındakı barışmaz rəqabətdən istifadə etmək siyasətinə üstünlük verirdi. O, böyük hədiyyələrlə Teymurun görüşünə gəlmiş, ona sədaqət bildirmişdir.

Bu zaman Qarabağda olan Teymur Dərbənddən keçib Qıpçaq çölünə, Qızıl Orda üzərinə yürüşə hazırlaşırdı (1386). Şeyx İbrahim ilk öncə Şamax ıda Teymurun adına xütbə oxutdu. Onun adına sikkə kəsdirdi, sonra böyük bəxşişlə hüzuruna gəldi. Moğol xanlarının adəti üzrə bağışlanan hər pay 9 dənə qul isə səkkiz idi. Səbəbi sorulduqda, “doqquzuncu mən özüməm” söyləmişdi. Bu cavabdan məmnun qalan Teymur, onu Şirvan hakimi kimi tan ıdı, bəzi yeni torpaqları ixtiyarına verib ayrıca bir fərmanla öz varislərinə Şirvanşahın övladlarını da qorumağı buyurdu. Teymurun yeddiillik (1399- 1405) savaşı zamanı Osmanlı Sultan Bayezid üzərinə Kiçik Asiya yürüşl ərində Şirvanşah İbrahimin iştirak etməsi, söz yox, Azərbaycanın dövlət mənafeyinə uyğun gəlmirdi. Ancaq bu yolla o öz məmləkətini yağma və da ğıntılardan xilas edir, başqa vassallar kimi Teymurilərə bac verməyərək, öz ölkəsini gerçəkdən idarə edən bir hökmdar durumu qazanırdı. Bunun sayə-sində Teymur ordusu Şirvan dövlətinə toxunmamış, təsərrüfata və dinc əha liyə nisbətən az xəsarət yetirmişdi. Teymurun vassalı olmaqla Şirvanşah İb rahim onun Toxtamışa qarşı sonrakı yürüşündə fəal iştirak etmişdir. 1395-ci ildə Terek çayı üzərində baş verən bu döyüşdə Teymur ordusu Toxtamış üzərində qələbə çaldı. Bu həm də Şirvanşah İbrahimin qələbəsi sayıla bilərdi, çünki bununla Azərbaycanı iki yandan məngənə kimi sıxan qorxunc yağılardan birisi o birinin gücü ilə aradan götürülmüşdü.

Savaşdan sonra Şirvanşah İbrahimin siyasi çəki və nüfuzu artdı. Teymur ilə “xüsusi” münasibətlərdən o, Şirvan dövlətinin güclənməsi üçün ustalıql a istifadə edirdi. “Arran Qarabağı”, yəni bütün düzənlik və Dağlıq Qarabağ tezliklə Şirvan dövlətinə qatıldı. Şəki əyaləti də bu dövlətə tabe idi. Şəki ha- kimi Sidi Əlinin Teymur qoşunlarına qarşı Əlincə qalasının mühasirəsində iştirak etməsinə və orada qəhrəmancasına həlak olmasına baxmayaraq, Şirvanşah İbrahimin təklifi ilə onun oğlu Sidi Əhməd Şəki əyalətinə hakim qoyuldu. Beləliklə Şəki əyalətinin Şirvanşah dövlətindən vassal asılılığı güclənmiş oldu. Şirvanşah I İbrahimin vasitəçiliyi ilə gürcü çarı VII Georgi də Əlincə qalası müdafiəsində azərbaycanlıların tərəfində iştirak etməsinə baxmayaraq Teymurun vassalı kimi tanındı. Bu, Gürcüstanda siyasi sabit ləşmə üçün çox dəyərli bir iş idi.

Sacilər dövləti ( 879 – 941 )

Azərbaycan Sacilər dövlətini türk sülaləsi olan Sacilər (879-941) yaratmışdılar. Bu sülalənin nümayəndələri bir qayda olaraq, Afşin ləqəbi daşıyırdılar. Sacoğulları kökcə Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu nəsildən çıxmışdılar. Azərbaycan Sacilər dövlətinin meydana gəlməsi real etnik-siyasi zəminə əsaslanırdı. Kiçik Asiyanın gündoğar bölgələri, İran və Güney Qafqaz Xilafətin əlinə keçdikdən sonra bu yerlərdə islam dinini qəbul etmiş türk tayfalarının mövqeyi daha da möhkəmləndi. Xilafətlə Bizans arasında uzun sürən müharibələr, ərəb xəlifələri Mehdi (775-785), Harun ər-Rəşid (786-809), Məmun (813-833), Mötəsim (833-842), xüsusilə, Mütəvəkkilin (847-861) hakimiyyəti illərində Xilafət-Bizans sərhədlərini möhkəmləndirmək məqsədilə Orta Asiyadan Azərbaycana və Şərqi Anadoluya yeni türk tayfaları köçürüldü. Türk alpları Xilafət ordusunda mühüm qüvvəyə çevrildi. Ərəb xilafətinin zəifləməsi nəticəsində fəallaşan Bizans imperiyası və onunla əlbir hərəkət edərək Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan erməni və gürcü hakimlərindən ibarət vahid xristian blokuna qarşı mübarizədə islam-türk birliyi, о cümlədən Azərbaycan türkləri mühüm rol oynadı. [5]

Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrindən biri idi. O, dəfələrlə ərəb qoşunlarının hərbi əməliyyatlarına başçılıq etmiş, Xilafətdə bir sıra mühüm vəzifələr tutmuşdu. Dövlət qarşısındakı xidmətlərinə görə Xilafətin böyük və ən zəngin əyalətlərindən biri olan Azərbaycan iqta olaraq Sacilərə verilmişdi. Azərbaycanı müstəqil idarə edən Sacilər Xilafət xəzinəsinə ildə 120 min dinar bac göndərirdilər. Əbu Sac Divdadın oğulları Məhəmməd ibn Əbu Sac və Yusuf ibn Əbu Sac da Xilafətin görkəmli sərkərdələrindən idilər.Sacoğullarının hakimiyyəti dövründə (879-941) Azərbaycanın Güney bölgələri müstəqil dövlətə çevrildi. Xilafətin tabeliyindən çıxmış Sacilərin öz pulları vardı. IX əsrin sonlarında (898, 900) Məhəmməd ibn Əbu Sacın adından pul kəsilməsinə başlanmışdı.

Məhəmməd ibn Əbu Sacın ölümündən sonra onun qardaşı Yusuf ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi. 912-ci ildən etibarən Xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusuf ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər.

Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil (Dvin) şəhərlərinə qədər uzanıb gedirdi. Yusuf ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusuf ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi о zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərir. Azərbaycan Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri idi.

IX əsrin 80-ci illərindən X əsrin 40-cı illərinədək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azərbaycan torpaqlarının Azərbaycan türk dövlətinin – Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə Azərbaycan türk xalqının etnik özülünün güclənməsinə müsbət təsir göstərdi.

Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.

Sacilər dövlətinin süqutu

Sacilər dövləti Deysəmin dövründə sürətlə zəifləməyə başladı. Bundan istifadə edən Sacilərin Deyləm vilayətinin hakimi Mərzban ibn Məhəmməd 941 – ci ildə dövlətə qarşı qiyam qaldırdı. Qiyam nəticəsində sacilər dövləti süqut etdi.

Sacilər dövlətinin yaranmasının tarixi əhəmiyyəti
ü Bütün azərbaycan torpaqları vahid şəkildə birləşdirildi;
ü Azərbaycan əyalətləri arasında iqtisadi və mədəni əlaqələr gücləndi;
ü Azərbaycan türk xalqının formalaşması prosesi gücləndi;
ü Azərbaycan ərazisində etnik fərqlər qradan qalxmağa başladı.
Salarilər dövləti ( 941 – 981 )

Yaxın və Orta Şərqdə yaranmış siyasi hərcmərclik şəraıtındə Sacilər dövləti də uzun zaman davam gətirə bilmədi. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-957) Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycän tarixində Salarilər dövləti kimi tanınır. Salarilər dövlətinin də paytaxtı Ərdəbil şəhəri idi.Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Bundan başqa Mərzban ibn Məhəmməd Ermənistan ərazisini də öz dövlətinə qatdı, Şərqi Gürcüstanı tabe etdi.

Beləliklə, Salarilər dövləti quzeydə Dərbənd keçidindən başlayaraq, güneydə Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da obyektiv olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi. Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbaycanın bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı. Müxtəlif etnik boyların Azərbaycan xalqı ilə qaynayıb-qarışması sürətləndi. Bununla belə, Mərzban ibn Mə-həmmədin ölümündən sonra (957) onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən ara savaşları mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.

Şəddadilər dövləti (971 – 1054 )

X əsrin 70-ci illərində Azərbaycanın quzeyində Şəddadilər dovləti meydana gəldi. Şəddadilər, əvvəllər Salarilər dövlətinin tərkibində olan Dəbil (Dvin) yörələrində yaşayırdılar. Salarilər dövlətinin zəifləməsindən istifadə edən Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbili ələ keçirlb müstəqil Dəbil (Dvin) əmirliyini yaratmışdı. Soykökünə görə kürd olan Мəhəmməd ibn Şəddad və onun varislərinin idarə etdiyi bu Azərbaycan əmirliyi tarixdə Şəddadllər dövləti adı ilə tanınır. Sonralar Şəddadilər Salarilər dövlətinin zəifləməsindən istifadə edib 971-ci ildə Gəncəni ələ keçirdilər və Azərbaycan Şəddadilər dövlətinin əsasını qoydular. Çox keçmədən Şəddadilər Gəncə ətrafında olan Bərdə, Şəmkir və b. torqlarda möhkəmləndilər. Ermənistanın şərq hissəsini ələ keçirdilər.

Fəzl ibn Məhəmmədin (985-1030) hakimiyyəti dövründə Şəddadilər dövləti qüvvətləndi. O , Gəncə ətrafındakı bütün xırda mülkləri aradan qaldırıb mərkəzi hakimiyyəti gücləndirdi, Şəddadilərin ata-baba mülkləri olan Dəbili də öz dövlətinə birləşdirdi. Erməni hakimi Şəddadilər dövlətinə bac verməyə məcbur oldu. Bunda n başqa Fəzl ibn Məhəmməd gürcülər və xəzərlərə qarşı uğurlu savaş apardı. Onun hakimlyyəti illərində hərbi məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027) Azərbaycanın quzey və Güney bölgələri arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadı. Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində Şəddadilərlə Şirvanşahlar arasında da sıx əlaqə yaranmışdı. Hər iki sülalə arasında qohumluq münasibətləri vardı. Şəddadilər digər Azərbaycan hakimləri ilə Güneydə hökmdarlıq edən Rəvvadilərlə və Tiflis əmiri Əbülfəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxlayırdılar. XI əsrin 30-cu illərində Arazdan quzeydəki Azərbaycan torpaqlarında yeni-yeni Oğuz boylarının məskən salması Şəddadilərin hərbi qüdrətini daha da artırdı.Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vuruldu (1037). Bizans və Gürcüstanın birləşmiş qüvvələrinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də baş tutmadı (1038). Bütün bu qovğalarda oğuz döyüşçüləri fəal iştirak etdilər.

Şəddadilər dövləti Əbu-I-Əsvar Şavurun (1049-1067) dövründə Gürcüstanla və onun müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr apardı. Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxuya düşən və bu zaman Cəfərilər sülaləsinin idarə etdiyi Tiflis əmirliyini tutmağa çalışan gürcü çarı IV Baqrat alanlarla ittifaq bağladı, 1062-ci ildə alanların Dəryal keçidini aşıb Gürcüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Bu zaman Şavur Gəncənin yadellilərə qarşı müdafiəsini möhkəmləndirdi. Bu məqsədlə onun ətrafına hasar və xəndəklər çəkdirdi, şəhərə möhkəm qala qapıları düzəltdirdi (1063). Şəddadilər bu zaman Dəbili əldən verməmək, habelə onlardan asılı olan Ani əmirliyini müdafiə etmək üçün ermənilərə və onlara kömək edən Bizans imperiyasına qarşı da uğurla mübarizə apardılar. Kiçik Asiyanın şərqində Bizansa qarşı vuruşan Şəddadi qoşunlarının vurucu qüvvəsi oğuz türkləri idi. Bu mübarizədə Şəddadilərin daha qüdrətli müttəfiqi sonralar Səlcuq türkləri oldu.

Rəvvadilər dövləti ( 981 – 1054 )

Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı salari hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd saimışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün Güney torpaqlarını öz nəzarəti altında saxlayırdı. Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar. Rəvadilərin hakimiyyəti dövründə Azərbaycanda Oğuz türklərinin mövqeyi daha da möhkəmləndi. 1028 -ci ildə Mahmud Qəznəvinin Xorasan oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi Azərbaycana köçdü və rəvvadi hökmdarı Vəhsudanın (1020-1059) icazəsi ilə burada məskən saldı. Onlar öz soydaşları olan Azərbaycan türklərinə qovuşdular. Bundan çox keçməmiş oğuz boylarının Azərbaycana yeni-yeni axınları baş verdi. Azərbaycan türklərinin mövqeyi qüvvətləndi. Rəvvadilər ölkənin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Bu , mütərəqqi bir addım idi.Təbriz bütün Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan birləşdirilməsi üçün çox əlverişli mövqedə yerləşmişdi. Müxtəlif Şərq ölkələrini Aralıq dənizi və Qara dəniz sahilləri ilə, həmçinin Dərbənd keçidi vasitəsi ilə Volqaboyu və Şərqi Avropa ilə birləşdirən beynəlxalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin hakimiyyəti illərində böyüyüb abadlaşdı.

IX-XI əsrlərdə Azərbaycanda meydana gələn feodal dövlətlərdən ŞirvanşahMəzyədilər , Sacilər ,Salarilər ,Şəddadilər və Rəvvadiləri yaradan sülalələr mənşəcə müxtəlif olsalar da, onların təşkil etdiyi dövlətlər Azərbaycan ərazisini əhatə edirdi. Bunlardan Sacilər və Salarilər ara müharibələri və daxili mübarizə nəticəsində,Rəvvadilər və Şəddadilər isə səlcuqların hücum və təzyiqləri nəticəsində fəaliyyətlərini dayandirmağa məcbur oldular .

IX-XI əsrlərdə isə gərgin mübarizə şəraitində Azərbaycanda müstəqil feodal dövlətlərin yaranması müstəsna əhəmiyyəti olan hadisə idi.Həmin dövlətləri yaradan sülalələrin mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq bu dövlətlər Azərbaycan torpağında milli zəmində təşəkkül tapırdılar.Onlar xilafətə tabe olmaqdan imtina etməklə öz istiqlaliyyət bayraqlarını qaldırırdılar.Bu dövətlərin mövcud olduğu on illər ərzində yaranmış qismən əmin-amanlıq zəminində təsərrüfatın bütün sahələri dirçəlir,əhali artır və məhsuldar qüvvələr inkişaf edirdi.

Əliyarlı S. S. (red.) Azərbaycan tarixi: uzaq keçmişdən 1870–ci ilə qədər (2009)

Azərbaycan tarixi: uzaq keçmişdən 1870–ci ilə qədər. İkinci nəşr. Redaktor: S. S. Əliyarlı; BDU. Bakı: “Çıraq” nəşriyyatı, 2009, [ X ] 861 s.

Faylın formatı : PDF
Faylın ölçüsü : 79.6 Mb

▶▶▶▶▶Pulsuz yüklə◀◀◀◀◀ ? Yandex ?

Related posts:

  • Süleymanov M. S. Səfəvilər. VIII cild: I Şah Abbas (2023)
  • Süleymanov M. S. Səfəvilər. VII cild: I Şah Abbas (2023)
  • Süleymanov M. S. Səfəvilər. VI cild: II Şah İsmayıl, Şah Məhəmməd Xudabəndə (2021)
  • Süleymanov M. S. Səfəvilər. V cild: Şah Təhmasib (2020)
  • Süleymanov M. S. Səfəvilər. IV cild: Şah Təhmasib (2020)
  • Süleymanov M. S. Səfəvilər. III cild: Şah İsmayıl Səfəvi (2021)
  • Süleymanov M. S. Səfəvilər. II cild: Şah İsmayıl Səfəvi (2021)
  • Süleymanov M. S. Səfəvilər. I cild: Şeyx Səfiəddin Ərdəbili (2019)
  • Fatma Aslışen. Şah İsmail’in Türk siyaseti ve kültürel yeri. Yüksek lisans tezi (2006)
  • Mihriban Artan. Türk-İslam düşüncesinde Mehdîlik: Osmanlı Devleti’nde Şahkulu örneği. Doktora tezi (2022)

Sefevi Osmanli Muharibesi 1623 1639 – Wikipedia

Səfəvi-Osmanlı müharibəsi (1623-1639) — 1623-1639 -cu illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 1634-1635-ci il hərbi əməliyyatları
    • 1.2 IV Muradın Bağdadı tutması və müharibənin başa çatması

    1618-ci ildə Səfəvilərlə Osmanlı arasında bağlanan sülh müqaviləsindən sonra Osmanlıda baş verən çəkişmələrdən istfadə edən Şah Abbas 1622-1623-cü illərdə Ərəb İraqına qoşun yeridib, Bağdadı, Kərbalanı, Nəcəfi tutdu. Çuxur Səd bəylərbəyi Əmirgünə xan Qacar Osmanlı tabeliyində olan Axıskanı ələ keçirdi. [1] Osmanlı sultanı IV Murad (1623-1640) itirilmiş torpaqlarla barışmayaraq Hafız Əhməd paşanı Diyarbəkirə hakim təyin etdi və zəbt olunmuş yerləri Səfəvilərdən geri almaq barədə göstəriş verdi və 1624-1626-cı illər Bağdad uğrunda Səfəvi-Osmanlı müharibəsi I Şah Abbasın qələbəsi ilə başa çatdı. Hafız paşanın Səfəvi şahı ilə danışıqları bir nəticə vermədi. Danışıqlarda Osmanlı ordusunun Bağdad mühasirəsini dayandırması əvəzinə şahın şəhəri osmanlılara verəcəyi, Kərbəla, Nəcəf və Hilləni öz əlində saxlaması barədə razılıq alındı. Lakin gözlənilmədən Hafız paşanın Anadoluya geri çəkilməsi ilə danışıqlar yarımçıq qaldı. Şah Abbas Osmanlı elçisi Mustafa Ağaya “Sərdar Bağdad üzərindən çəkildi getdi, gedən əsgərə qala vermək bizim şənimizə sığmaz” – cavabını vermişdi. [1] Şah Abbas yaranmış vəziyyətdən faydalanaraq Bağdadın tutulmasını rəsmiləşdirmək istədi. 1628-ci ilin martında şahın elçisi; Təhmasibqulu xan İstanbula gəldi və Bağdadın Səfəvilərə verilməsi şərti ilə sülh bağlanmasını sultana təklif etdi. IV Murad şahın bu təklifini qəbul etmədi. I Şah Abbas öləndə (19 yanvar 1629-cu il) bütün Azərbaycan, Axalsık daxil olmaqla Şərqi Gürcüstan və İraqi Ərəb Səfəvilərin hakimiyyəti altında idi. Şah Abbas oğlu Səfi Mirzəni öldürtmüşdü. Hakimiyyətə Səfi Mirzənin 18 yaşlı oğlu Sam Mirzə I Səfi Mirzə (1629-42) adı ilə keçdi. Türkiyə Anadoludan İran körfəzinə çıxan karvan yolu üzərindəki Bağdadın itirilməsi ilə barışa bilmirdi. Şah Abbasın vəfatından sonra Bağdadın geri qaytarılması yenə də ön plana çəkildi. 1629-cu ilin iyulunda Xosrov paşanın komandanlığı altında Osmanlı ordusunun Səfəvi torpaqlarına hücumu başlandı. Osmanlı qoşununun Bağdad istiqamətində hərəkəti eşikağasıbaşı Zeynal xan tərəfindən dayandırıldı. Azərbaycan və Çuxursəd bəylərbəyliklərinin bir çox mahallarına da osmanlı qüvvələri zərbə endirdilər. Bu vaxt Çuxursəd bəylərbəyi Əmirgünə xan Qacarın oğlu Təhmasibquluxan 10 minlik qoşunla İhlat və Adiicivaza qədər hərəkət edib çoxlu əsir, hərbi sursat ələ keçirdi. Şah Abbasın ölümü, nəvəsi Səfinin (1629-1642) hakimiyyətə keçməsindən istifadə edən IV Murad 1629-cu ildə Səfəvilərə qarşı hərbi əməliyyatlara yenidən başladı. 1629-cu ilin iyulunda Xosrov paşanın komandanlığı altında Osmanlı ordusunun Səfəvi torpaqlarına hücumu başlandı. Osmanlı qoşununun Bağdad istiqamətində hərəkəti eşikağasıbaşı Zeynal xan tərəfindən dayandırıldı. Sultanın əmri ilə Osmanlı qoşunu Zur paşanın komandanlığı altında 1630-cu il aprelin 30-da İrəvan qalasını döyüşsüz ələ keçirərək Həmədan istiqamətində yürüşü davam etdirdi. İyunun 7-də Həmədanı tutan Xosrov paşa Səfəvi ordusunun əks hücumundan çəkinərək, 6 gündən sonra şəhəri tərk etdi. Yalnız İrəvan qalasının itirilməsindən sonra I Şah Səfı divanbəyi Rüstəm xanı 4 minlik qoşunla düşmən üzərinə göndərdi. Osmanlı sultanı IV Murad Xosrov paşanı 1630-cu ilin sentyabr ayında Bağdadın fəthinə göndərdi. Osmanlı ordusu oktyabrın 6-da şəhəri mühasirəyə aldı. Qala Səfıqulu xan tərəfındən inadla müdafiə olundu. Xosrov paşa noyabrın 14 -də mühasirəni dayandıraraq geriyə çəkildi. Səfəvilər tərəfındən 1630-cu ilin sonuna kimi Kərkük, Hillə və Hələb qalaları yenidən tutuldu. Beləliklə, IV Sultan Muradın Bağdadı tutmaq cəhdi yenidən boşa çıxdı. 1631-ci il oktyabrın 2-də həlledici döyüşdə Osmanlı Zur paşa öldürüldü. Osmanlılar 6-7 min əsgər itirərək geri çəkildilər. I şah Səfı öz elçisi Kuçə bəyi İstanbula göndərdi və Osmanlı sərhədində sakitlik dövrü başlandı. Hərbi əməliyyatların kəsilməsinə baxmayaraq, sərhəddə vəziyyət mürəkkəb və gərgin olaraq qalırdı. 1632-ci ilin sonunda Ərzurum hakimi Xəlil paşanın Hilləni ələ keçirməsi şah hökumətini Rüstəm xanın rəhbərliyi altında Səfəvi qoşununu oraya göndərməyə məcbur etdi. Rüstəm xan şəhəri osmanlılardan geri aldı. Bu zaman Osmanlı sultanı IV Murad ölkə daxilindəki qiyamı yatırmaqla məşğul olduğu üçün ciddi tədbir görmədi. [2]

    1634-1635-ci il hərbi əməliyyatları

    Osmanlı sultanı IV Murad Cənubi Qafqazı işğal etmək məqsədilə 1634 -cü ildə hərbi əməliyyatlara yenidən başladı. Osmanlı hökmdarı Polşa və Rusiya ilə münasibətləri sülh yoluna qoyaraq əsas ordunu Səfəvilərə qarşı yön əltdi. O, asan qələbə çalaraq ölkəni maliyyə böhranından xilas etmək niyyətində idi. Osmanlı qoşunu 1634-cü il avqustun 10-da İrəvan qalasını mühasirəyə aldı. Səfəvi ordusunun baş komandanı Rüstəm xan Təbrizə çəkilmiş, qalanı Təhmasibqulu xan Qacara tapşırmışdı. O isə qalanı 10 gündən sonra Murada təslim etdi. Osmanlı ordusu Xoy qalasını tutdu və Təbrizə doğru irəlilədi. Sentyabrın 11-də Təbriz şəhəri IV Murad tərəfindən tutuldu. Osmanlı sultanı şah sarayını və şəhəri tamamilə dağıtmaq haqqında əmr verdi. Salnaməçi yazırdı: ” Osmanlı qoşunu uca binaları, gözəl sarayları xarabazara çevirdi“. Lakin sentyabn 15-də ərzaq və ələfin çatışmazlığı, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi onları Təbrizdən çıxmağa məcbur etdi. Bundan sonra şah hərbi şurası İrəvan qalasının geri almağı qərara aldı. Rüstəm xanın komandanlığı altında Səfəvi ordusu qalanı mühasirə etdi. Bu zaman Azərbaycan, Qarabağ və Şirvan əmirləri öz dəstələri ilə qızılbaşların köməyinə gəldilər. Şah Səfı özünün mühafizə dəstəsi ilə qala ət rafına gəldi və aprelin 2-də İrəvan qalası I Şah Səfi tərəfindən tutuldu. 1634- 1635-ci illərin hərbi əməliyyatları Səfəvilərin qələbəsi ilə başa çatdı. I Şah Səfiyə miras qalmış güclü mərkəzləşdirilmiş hakimiyyət, ölkənin hələ də saxlanılan iqtisadi gücü qələbənini əldə olunmasını təmin etdi.

    IV Muradın Bağdadı tutması və müharibənin başa çatması

    Səfəvi-Osmanlı qarşıdurmasında Bağdad məsələsi mübahisə obyekti kimi qalırdı. IV Murad şəhəri ələ keçirmək üçün özünün uğursuz cəhdindən sonra da bu niyyətindən əl çəkməmişdi. 1637-ci ilin martında Səfəvi sarayı Os manlı ordusunun Bağdada hücum hazırhğı haqqında məlumat aldı. Rüstəm xanın və Şahverdi xanın 12 minlik ordusu Osmanlı ordusunun hərəkətini dayandıra bilmədi. Səfəvi sarayındakı mürəkkəb vəziyyət, ölkəni bürüyən üsyanlar, Moğol dövləti ilə başlanan hərbi əməliyyatlar Səfəvi qüvvələrinin parçalanmasına və Osmanlı qoşununun hücumunu dəf etməyə imkan vermədi. Nəticədə IV Murad 1638-ci il noyabrın 20-də Bağdad şəhərini mühasirəyə aldı. Bəktaş xanın komandanlığı altında Səfəvi qoşunu şəhəri dekabrın 25-dək müdafiə etdi. Baş verən döyüşdə Osmanlı baş vəziri Mehmed paşa öldürüldü. IV Murad tərəfındən Bağdadın tutulması nəticəsində uzun illər davam edən Osmanlı-Səfəvi müharibəsi başa çatdı. Osmanlı sultanı Bağdadın yeni hakimi Məhəmməd Ağanı Səfəvi sarayına sülh danışıqlarına göndərdi. I Şah Səfi sülh təklifıni qəbul etdi

    Qəsri-Şirin sülhü

    1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarı xan Osmanlı Qara Mustafa paşa ilə üçgünlük danışıqlardan sonra sülh sazişi imzaladılar. Sazişə görə, Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu. İraqi Ərəb osmanlılarda, Zəncir 242 qalasından şərqdəki torpaqlar Səfəvilərdə qalırdı. Müqaviləyə görə, Səfəvilər Van və Qars qalalarına, həmçinin A xalsıka hücum etməyəcəklərinə dair təminat verirdilər. Tərəflərdən hər birinin böyük ərazi əldə etməməsi üçün təklif olundu ki, “bitərəf‖ zona yaradılsın. Məhəmməd Məsumun yazdığına görə, Azərbaycanın qərbindəki Maku, Kotur və Mağazburd qalalarının dağıdılması nəzərdə tutulurdu. I Sülh müqaviləsi 1639-cu il mayın 20-də Şah Səfı tərəfındən təsdiq edilərək Məhəmmədqulu xan vasitəsilə İstanbula göndərildi. IV Sultan Murad da müqaviləni təsdiq etdi. [3] [2]

    İstinadlar

    1. 12Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
    2. 12 Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
    3. Abdullayev, Mehman. . Bakı: Bakı universiteti nəşriyyatı. 2015.

    Похожие статьи

    • Azərbaycan ədəbiyyat tarixi ııı cild

      Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…

    • Azərbaycan tarixi 7 cilddə 5-ci cild

      TƏSDİq ediRƏM” azərbaycan tariXİ Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi….

    • Azərbaycan tarixi formatda

      Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…

    • Azərbaycan tarixi kurikulumla 6-11

      Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…

    • Azərbaycan tarixi 7 cilddə 1-ci cild

      AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU Beləliklə, böhran illərində neft məhsulları qiymətlərinin kəskin aşağı düşməsi xırda və orta sahibkarların…

Comments are closed, but trackbacks and pingbacks are open.