Azərbaycan Tarixindən Yüz Şəxsiyyət – Səbuhi Əhmədov
mənbələrlə – şumer-akkad, Assur, Urartu mixr yazı parçaları ilə təmsil
Səbuhi Əhmədov – Azərbaycan tarixindən yüz şəxsiyyət
Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə bu kitabı da yazmaqda məqsəd vətənimizin görkəmli şəxsiyyətləri barədə danışmaq, Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından göstərməkdir.
Topluya Azərbaycanın qədim keçmişindən ən yeni tarixədək keçdiyi uzun və keşməkeşli yolda izlərini qoymuş şəxiyyətlər haqqında yığcam məlumatlar daxil edilmişdir. Elə şəxsiyyətlər haqqında ki tarixi hadisələrdə bilavasitə iştirak edib-etməmələrindən asılı olmayaraq əməlləri ilə onların gedişinə təsir göstərmişlər. Sultanlar və şahlar; üsyançılar və inqilabçılar; sərkərdələr və məmurlar; rəssamlar və ailmlər; həkimlər və şairlər; fbəstəkarlar və xeyriyyəçilər – bu insanların oxucu qarşısında canlandırılan taleləri Azərbaycanın tarixini əyani surətdə təsəvvür etməyə imkan verir.
İşə təzə başladıqda tərəfimizdən topluya adları salınacaq tarixi şəxsiyyətlərin geniş siyahısı tərtib edilmiş və bu siyahıda yüzlərcə (!) görkəmli şəxsiyyətimizin adları qeyd olunmuşdu. İş prosesində biz tez-tez unudulmaz alim, gözəl insan, professor Əkrəm Cəfərin bu sözlərini xatırlayırdıq: “İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim millət kimə deyərlər? Öz tarixini bilməyən millətlər yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilir. Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar yetirmişik, amma başqa millətlər onlara sahib olmaq istəyiblər”….
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
Azərbaycan Tarixindən Yüz Şəxsiyyət – Səbuhi Əhmədov
Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə bu kitabı da yazmaqda məqsəd vətənimizin görkəmli şəxsiyyətləri barədə danışmaq, Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından göstərməkdir.
Topluya Azərbaycanın qədim keçmişindən ən yeni tarixədək keçdiyi uzun və keşməkeşli yolda izlərini qoymuş şəxiyyətlər haqqında yığcam məlumatlar daxil edilmişdir. Elə şəxsiyyətlər haqqında ki tarixi hadisələrdə bilavasitə iştirak edib-etməmələrindən asılı olmayaraq əməlləri ilə onların gedişinə təsir göstərmişlər. Sultanlar və şahlar; üsyançılar və inqilabçılar; sərkərdələr və məmurlar; rəssamlar və ailmlər; həkimlər və şairlər; fbəstəkarlar və xeyriyyəçilər – bu insanların oxucu qarşısında canlandırılan taleləri Azərbaycanın tarixini əyani surətdə təsəvvür etməyə imkan verir.
İşə təzə başladıqda tərəfimizdən topluya adları salınacaq tarixi şəxsiyyətlərin geniş siyahısı tərtib edilmiş və bu siyahıda yüzlərcə (!) görkəmli şəxsiyyətimizin adları qeyd olunmuşdu. İş prosesində biz tez-tez unudulmaz alim, gözəl insan, professor Əkrəm Cəfərin bu sözlərini xatırlayırdıq: “İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki, millət yetim qalsın. Yetim millət kimə deyərlər? Öz tarixini bilməyən millətlər yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab edilir. Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar yetirmişik, amma başqa millətlər onlara sahib olmaq istəyiblər”….
\ Azərbaycan tarixi üzrə mənbələr
öyrənmək üçün qaynaqları şərti olaraq iki qrupa bölmək olar:
Yazıyaqədərki qaynaqlar. Yazıyaqədərki qaynaqlar əsasən arxeoloji
materiallar və qismən etnoqrafik məlumatlardan ibarətdir.
Yazıyaqədərki məxəzlərin mütləq əksəriyyətini müxtəlif dövrlərdə
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi
mənbələr təşkil edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın arxeoloji
baxımdan öyrənilməsi tarixini əsasən dörd dövrə bölmək olar:
XIX əsrin I yarısından 1920-ci ilə qədərki dövr.
1991-ci ildən sonrakı dövr.
Bu dövrlərin hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Belə ki, I dövrdə
Azərbaycanın arxeoloji tədqiq ilə əsasən əcnəbi həvəskar arxeoloqlar məşğul
olmuş və onların araşdırmaları heç də Azərbaycan tarixini öyrənmək yox “dəfinə”
axtarmaq, qarətçilik xarakteri daşımışdır. 1834-cü ildə İsveçrə səyyahı Dub ya de
Manperinin Xanlar, 1848-ci ildə rus şərqşünası Xanıkov Bərdə, Naxçıvan, 1862-ci
ildə fransız səyyahı A. Berjenin Muğan, 1879-cu ildə Polyakovun Naxçıvan,
Selosoninin Bərdə, Blekin Daşkəsən, Gədəbəy, 1880-ci ildə Jak de Morqanın
Talış, 1892-1903-cü illərdə E. Resleril Qarabağ və Gəncəçay, Rozendorfun
Gəncəçay bölgəsində apardığı arxeoloji tədqiqatlar əsasən həmin məqsədə xidmət
etmişdir. Doğrudur bu tədqiaqatlar zamanı əldə edilmiş qiymətli materiallar xarici
ölkə muzeylərinə aparılsa da Azərbaycanın arxeoloji baxımdan tədqiqi
istiqamətində ilk addımlar demək olar ki, atılmışdır.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra arxeoloji
tədqiqatların yeni bir mərhələsi başlandı. 1923-cü ildə yaradılmış Azərbaycan
arxeoloji Komitəsi respublika ərazisində olan tarixi abidələri qeydə alaraq onların
elmi tədqiqi istiqamətində fəaliyyətə başladı. Yerli mütəxəssislərin olmadığı üçün
mərkəzdən tanınmış arxeoloq Meşşaninovun dəvət olunması, böyük maddi
çətinliklərə baxamayaraq XX əsrin 20-30-cu illərində Mil düzünə, Kiçik Qafqazın
cənub-şərq ətəklərinə, Naxçıvan bölgəsinə, Azərbaycanın qərb bölgələrinə təşkil
edilən ekspedisiyalar nəticəsində zəngin tədqiqat materialları əldə edildi. Bu işdə
Meşşaninov, Miller, İesse, Passek, Latınin kimi rus arxeoloqları ilə yanaşı
Azərbaycanın gənc arxeoloji kadrlarından Ələkbərov, İ. Cəfərzadə, Şərifov,
Qazıyev, Hummelin xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Bu mərhələdə
Azərbaycanın arxeoloji rədqiqinə sistemli şəkildə başlansa da Böyük Vətən
müharibəsinin başlanması prossesin yarımçıq qalmasına səbəb oldu.
Azərbaycanın arxeoloji baxımdan tədqiq olunmasının yeni, keyfiyyətcə
mühüm mərhələsi Böyük Vətən müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu
dövrdə Azərbaycanın məşhur arxeoloqları Vahidov, İ. Cəfərzadə, Həbibullayev,
İesse, M. Hüseynov və digərlərinin rəhbərliyi ilə təşkil edilmiş arxeoloji
ekspedisiyalar nəticəsində Azərbaycanın paleolit, mezolit, neolit, eneolit və tunc
dövrlərinə aid zəngin maddi mənbələr aşkar edilmişdir. M. Hüseynovun gərgin
əməyi nəticəsində Damcılı, Daşsalahlı, Tağlar, Azıx düşərgələrində paleolit
dövrlərinə aid nadir tapıntıların aşkar edilməsi Azərbaycanın antropogen zonasına
daxil olduğunu sübut etdi. Azərbaycan arxeoloqlarının məhsuldar fəaliyyəti ilə
Qobustan, Mingəçevir, Kültəpə, Əliköməktəpə, Meynətəpə, Qaraköpəktəpə, İlanlı
təpə, Çalağan təpə, Sulutəpə, Üçtəpə, Mişarçay, Töyrətəpə, Şomutəpə, Babadərviş,
Qarğalar təpəsi, Sərkərtəpə, və s. yaşayış məskənlərindən əldə edilən tapıntılar
Azərbaycanda icma yaşayışının müxtəlif dövrlərinin dərindən öyrənilməsi üçün
əsaslı zəmin yaratmışdır. Bu dövrdə Azərbaycanın antik və erkən orta əsrlər
tarixinin öyrənilməsi üçün Yaloylutəpə, Cəfərxan, Qəbələ, Mingəçevir,
Torpaqqala, Govurqala, Beyləqan və s. arxeoloji abidələrinin araşadırılması da
zəngin faktiki material vermişdir. Sovet rejiminin tənəzzülünün başlanması
nəticəsində XX əsrin 80-ci illərinin sonundan etibarən arxeoloji tədqiqat işləri
Azərbaycanın arxeoloji baxımdan öyrənilməsinin yeni mərhələsi müstəqilliyin
əldə edilməsindən sonrakı dövr hesab olunmalıdır. Doğrudur bu mərhələdə çox
böyük sosial-iqtisadi, siyasi, erməni təcavüzü kimi problemlərlə üzləşən gənc
respublika ilk dövrlərdə arxeoloji tədqiqatlara vəsait ayıra bilməsə də, hazırda
həyata keçirilən uğurlu siyasət bu sahəyə diqqətin ayrılmasına səbəb olmuşdur.
Yazılı qaynaqlar. Arxeoloji materiallardan fərqli olaraq yazılı qaynaqlar
Azərbaycanın yalnız sosial-iqtisadi, maddi-mənəvi mədəniyyət tarixi haqqında
deyil, həm də siyasi tarixi haqqında zəngin məlumatlarla xarakterizə olunur.
Yazılı mənbələr aşağıdakı hissələrdən ibarətdir:
Salnamə tipli mənbələr (nəsrani mənbələr).
Memuar xarakterli mənbələr.
Salnamə tipli qaynaqları dil prinsipinə uyğun olaraq bir neçə qrupa bölmək
Mixi yazı parçaları
Antik tarixi-coğrafi ədəbiyyat
Erməni və gürcü dilli qaynaqlar
Orta əsr ərəb, fars və türk dilli qaynaqlar
1. Yazılı qaynaqların böyük bir qismi salnamə xarakterli qaynaqlardan
ibarətdir. Nəsrani qaynaqların xronoloji baxımdan birinci qismi hərbi-salnaməçi
mənbələrlə – şumer-akkad, Assur, Urartu mixr yazı parçaları ilə təmsil
olunmuşdur. Hərbi yürüşlər zamanı hökmdarların diktəsi ilə yazılan bu yazı
parçalarında adətən hadisələr bir tərəfli təsvir olunmuşdur. Bununla belə mixi
yazılarda Aərbaycan ərazisində erkən etnik birliklər, dövlətlər, onların qonşuları ilə
sosial-iqtisadi və siyasi münasibətləri, maddi və mənəvi dünyaları haqqında
maraqlı məlumatlar öz əksini tapmışdır. Şumer dastanlarında, Akkad çarları Böyük
Sarqonun, Naram Suenin, Assur hökmdarlarından Aşşurnasirpalın, Adadnirarinin,
Tiqlatpalasarın, Salmanasarın, Sarqonun, Aşşurbanipalın, Urartu çarlarından
Menuanın, İşpuininin, Arkiştinin, Sarduri və Rusanın mixi yazı parçalarında kuti,
lullubi, turukki tayfaları və Manna dövlətinin tarixi haqqında çox qiymətli
Nəsrani qaynaqların diqqəti cəlb edən bir qismini də antik tarixi-coğrafi
ədəbiyyat təşkil edir. Yunan-İran müharibəsinin başlanmasından sonra Şərq
ölkələrinə marağın artması nəticəsində qədim yunan və Roma müəlliflərinin
əsərlərində Azərbaycan haqqında məlumatlar yer almağa başlamışdı.
Makedoniyalı İsgəndər, Qney Pompey və Mark Antoninin yürüşləri bu
məlumatların daha da genişlənməsinə səbəb olmuşdu. Antik tarixçi və
coğrafiyaçıların əsərlərində Azərbaycan ərazisində məskunlaşmış tayfalar, qədim
şəhərlər, Atropaten və Alban dövlətləri, əhalinin adət-ənənələri, dini inancları,
təsərrüfat həyatı, Parfiya-Roma münasibətləri sistemində Azərbaycan dövlətlərinin
mövqeyi, Atropaten-Alban-Roma münasibətləri haqqında zəngin məlumatlar
verilmişdir. Bu baxımdan Miletli Hekateyin “Yerin təsviri”, Herodotun “Tarix”,
Knidli Ktesinin “Persika”, Siciliyalı Diodorun “Tarixi kitabxana”, Polibinin
“Tarix”, Tit Livinin “Roma tarixi”, Pompey Troqun “Filippin Tarixi”, Kvint Kursi
Rufun “Böyük Aleksandrın tarixi”, Pomponi Melanın “Yerin təsviri”, Böyük
Plininin “Təbiət tarixi”, Plutarxın “Müqayisəli tərcümeyi-hallar”, Korneli Tasitin
“Annallar”, “Tarixlər”, Flavi Arrianın “Anabozis” Klavdi Ptolomeyin “Coğrafiya
dərsliyi”, Strabonun “Coğrafiya”, Dion Kassinin “Roma tarixi”, Appianın
“Mitridatın müharibələri” əsərləri böyük maraq doğurur. Antik müəlliflərdən
Dionisi Perieget, Yuli Solin, İosif Flavi, Klavdi Elian, Ammian Marselin və
başqalarının əsərlərində də Alban və Atropaten dövlətləri haqqında bir sıra maraqlı
məlumatlarla rastlaşmaq mümkündür.
Nəsrani qaynaqlar içərisində qədim erməni və gürcü dillərində yazılmış tarixi
əsər və salnamələrin də özünəməxsus yerini qeyd etmək lazımdır. Erkən orta əsr
erməni salnamələri “Böyük Ermənistan” ideologiyası əsasında yazıldığı üçün
qonşu ölkələrə, xüsusilə də Albaniyaya qarşı əsassız ərazi iddiaları ilə
xarakterikdir. Bununla belə həmin salnamələrdə Albaniya tarixinin siyasi, sosial-
iqtisadi, mədəni problemləri haqqında zəngin faktiki materiallar öz əksini
tapmışdır. XI-XVII əsrlərə aid erməni mənbələrində də Azərbaycan tarixi haqqında
maraqlı məlumatlarla rastlaşmaq mümkündür. Bu mənada erməni salnamələri
içərisində Aqafangelin “Ermənisatn tarixi”, Koryunun “Moştosun həyatı”,
Yegişenin “Vardan və erməni müharibəsi”, Fovstos Buzandın “Ermənistan tarixi”,
Lazar Paranetsinin “Ermənistan tarixi”, Moisey Xorenlinin “Ermənistan tarixi”,
Sebeosun “İraklın tarixi”, Gevondun “Xəlifələr tarixi”, Ananiya Şiraklının
“Coğrafiya”, Vardanın “Ümumi tarix”, Gəncəli Kirakosun “Tarix”, Mesoplu
Fomanın “Teymurləng və onun varislərinin tarixi”, Təbrizli Arakelin “Tarixlər
kitabı”, Kənəkirli Zəkəriyyənin “Xronika” və s. əsərləri xüsusi qeyd etmək
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Похожие статьи
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan teatr tarixi Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan…
-
Azərbaycan tarixi və coğrafiyası
Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….
-
Azərbaycan tarixi – 2 adı__________________________ Azərbaycan tarixi M.Ə.Rəsulzadə dünyanın məşhur filosofları haqqında Azərbaycan tarixi 15 mart 2020,…
-
Azərbaycan mühacirət mətbuatı Dövlət qurucıluğunun bütün sahələrində uğurlu islahatlar keçirməyə və ciddi dönüş yaratmağa müvəffəq olan Azərbaycan Xalq…
Comments are closed, but trackbacks and pingbacks are open.