Press "Enter" to skip to content

Gələn ilin Ay və Günəş tutulmalarının vaxtı məlum olub

İlk Ay tutulması 1050-ci ilə məxsusdur. Bu hadisə Çində müşahidə edilib.

Günəş və Ay tutulmaları haqqında maraqlı faktlar

İlk Ay tutulması 1050-ci ilə məxsusdur. Bu hadisə Çində müşahidə edilib.

Keçən əsrin ən uzunmüddətli Ay tutulması Filippində baş verilib. 20 iyun 1955-ci ildə müşahidə edilən tutulma, 7 dəqiqə 8 saniyə davam edib.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, 21-ci əsrdə ən uzun Ay tutulması, 2010-cu ilin yanvar ayında müşahidə edilib. Tutulmanın müddəti, 11 dəqiqə davam edib. Bu tutulma Cənubi Asiyada və tropik Afrikada müşahidə edilib. Növbəti ən uzun Ay tutulması isə, 3043-cü ildə gözlənilir.

Ay və Günəş tutulması daha tez-tez baş verir. Lakin tutulmanın güclülüyü və bütün Yer kürəsinə təsiri çox nadir hallarda müşahidə edilməkdədir. Buna görə də, bu günə qədər yalnızca bir dəfə, dünyanın hər yerində tam Günəş tutulması baş verib.
Ay, Yer kürəsindən 400 dəfə diametrik Ay məsafəsində və Günəş uzaqlığı şəkilində tutulmaqdadır. Tutulmanın nə vaxt və hansı müddət ərzində baş verdiyi isə, riyazi hesablamalar vasitəsilə müasir dövrdə dəqiqliklə hesablanmaqdadır.
Günəş tutulması heyvanlara ciddi təsir göstərir. İtlər, Günəş tutulması zamnı qulaqbatırıcı şəkildə hürməyə, pişiklər miyoldamağa başlayır. Bəzən isə, pişiklər tənha yerlər axtarmağa və gizlənməyə üstünlük verirlər.

İnsanlar, xüsusilə meteo-həssas insanlar, Günəş və Ay tutulmaları zamanı özlərini çox narahat hiss edirlər. Bəzilərinin qan və beyin təzyiqləri yüksəlməyə və hətta beyində qanaxmaya səbəb olur.
Dünyanın hər bir yerindən, Günəş tutulmasını izləmək üçün turistik səfərlərə belə çıxaraq, Günəş və ya Ay tutulmasını izləməyə gedirlər. Günəş və Ay tutulmasını ən yaxşı vəziyyətdə rentgen şüaları ilə, izləyirlər.

Hətta tam Ay tutulması zamanı belə, Yer kürəsi narıncı-qırmızı rəngdə olur. Yəni, Yer kürəsi tam zülmət qaranlığa qərq olmur. Bunun əsas səbəbi isə, atmosferin şüa sındırıcı şüalarının işığı sındıraraq, belə bir rəngin alınmasını təmin etməsindədir.
Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Gələn ilin Ay və Günəş tutulmalarının vaxtı məlum olub

BAKU.WS xəbər verir ki, bu barədə “report”un sorğusuna cavab olaraq AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

İlin ilk Günəş tutulması 30 aprel tarixində baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 30 aprel saat 22:45-də başlayacaq və 1 may saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

İkinci Günəş tutulması isə 25 oktyabrda baş verəcək. Bu tutulma 2022-ci ilin ikinci qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi saat 12:58-də başlayacaq və saat 17:02-də sona çatacaq. Tutulmanın maksimumu 15:00-da olacaq. Tutulma hadisəsi 4 saat 4 dəqiqə davam edəcək. Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə olunacaq.

Növbəti təqvim ilinin ilk Ay tutulması may ayının 16-da baş verəcək. Bu tutulma hadisəsi tam Ay tutulması olacaq. Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu tam Ay tutulması hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

İkinci Ay tutulması 2022-ci ilin 8 noyabrında baş verəcək. Bu tutulma da tam Ay tutulması olacaq. Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissələrindən müşahidə etmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi (tam tutulma) Azərbaycanda müşahidə olunmayacaq. Yalnız tutulmanın yarımkölgəli fazasının son 25 dəqiqəsi müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaqdır.

Xankəndi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov trend-ə bildirib ki, gələn il ilk Ay tutulması aprelin 15-də olacaq. Ay tutulması Bakı vaxtı ilə saat 10:58-də başlayacaq, 14:33-də başa çatacaq. Tutulma 3 saat 35 dəqiqə davam edəcək. Bu hadisə Avstraliya, Sakit Okeanda və Amerikada müşahidə ediləcək.

Gələn il ikinci Ay tutulması oktyabrın 8-də olacaq, Bakı vaxtı ilə saat 14:15-də başlayacaq, 17:34-də başa çatacaq. Həmin gün Ay tutulmasının davam etmə müddəti 3 saat 19 dəqiqə olacaq. Bu hadisə Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə ediləcək.

Gələn il 29 apreldə ilk Günəş tutulması baş verəcək. Günəş tutulması Bakı vaxtı ilə 8:54-də başlayacaq, 13:14-də başa çatacaq. Baş verəcək hadisə halqavari Günəş tutulması adlanacaq. Bu Günəş tutulması Avstraliya, Hind Okeanı və Antaraktikada müşahidə ediləcək.
Gələn il ikinci Günəş tutulması qismən tutulma olacaq. Bu Günəş tutulması oktyabrın 24-də Bakı vaxtı ilə 00:40 da müşahidə olunmağa başlayacaq və 04:52-də başa çatacaq.

Həmin hadisə Şimali Amerika və Rusiyanın ona yaxın ərazilərində müşahidə ediləcək.

Gələn il baş verəcək Günəş və Ay tutulmalarının heç biri Azərbaycanda müşahidə edilməyəcək.

Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı!

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.