Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub
“Azərbaycan xalçaları” elmi-bədii jurnalının beşinci sayı nəşr olunub. Modern.az xəbər verir ki, jurnalın bu sayında da Azərbaycan xalçaçılığı və onunla bağlı olan digər sənət sahələrinə dair mühüm xəbərlər, orijinal tədqiqat əsərləri və müsahibələr yer alıb. Nəfis tərtibatlı nəşrdə gözoxşayan rəng çalarları, naxışları ilə hər kəsin qəlbini fəth edən xaıçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı araşdırılıb. Oxucular jurnalın bu sayında Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanda toxunan İrəvan xalçaları, xalçalarımızdakı “Xətai” və “İslimi” kompozisiyaları haqqında geniş məlumat əldə edəcək, nadir xalça nümunələri ilə tanış olacaqlar. Tanınmış xalça eksperti Rüşdü Aslan, qobelen ustası Ədhəm Yusubovla müsahibə, dünya muzeylərində saxlanan Azərbaycan xalçalarının təqdimatı da oxucuların marağına səbəb olacaq. Nəşrdə həmçinin, Azərbaycan xalçalarındakı simvolların, elementlərin açıqlanmasına da geniş yer ayrılıb. Bu məqsədlə aparılan tədqiqatların nəticəsində milli xalçalardakı işarələr müəyyənləşdirilmiş və mənalandırılıb. Bütün bunlarla yanaşı, “Azərbaycan xalçaları” jurnalı bu sayında oxucularına yeni bir layihə də təqdim edir. Azərbaycanda ilk dəfə olaraq xalçaçılıq sahəsində tanınmış mütəxəssislərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi həyata keçirilir. Bu layihə çərçivəsində ilk olaraq alman tədqiqatçısı Kurt Erdmanın “XV əsr türk xalısı” əsəri dərc edilib.
Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaq məqsədi ilə üç dildə nəşr edilən jurnalın baş redaktoru professor Vidadi Muradovdur.
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub
“Azərbaycan xalçaları” jurnalı 22-ci sayından etibarən “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunur. Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.
Milli.Az bildirir ki, jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Publisist İlham Tumasın Füzuli filialının fəaliyyətindən bəhs edən “Dörd xalçadan başlayan həyat” reportajı, Şəmkir rayonundakı tədris-hazırlıq kurslarından, DOMOTEX xalça satış-sərgisinin gündəliyi, HALI jurnalı ilə əməkdaşlıqdan bəhs edən yazılar, yeni toxunmuş xalçaların fotoşəkilləri təqdim edilib.
T.ü.f.d, prof. Vidadi Muradovun və yazıçı-publisist Malik Məmmədovun “Qaracəmirli kəndi: tarixi və xalçaları”, akademik İsmayıl Hacıyevin (AMEA-nın Naxçıvan Bölməsi) “Naxçıvan qalalarının öyrənilməsi tariximizin mühüm mənbəyi kimi”, Ayşat Maqomedovanın (Dağıstan) “Dağıstan xalçaları”, Bəxtiyar Tuncayın (AMEA-nın Folklor İnstitutu) “Xalça və sikkələr üzərində runik işarələr”, t.ü.f.d. Səbuhi Əhmədovun (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “İslam mədəniyyəti muzeylərində orta əsr Azərbaycan silahları”, Hacı Abdullanın (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun dissertantı) “Zəngəzur bölgəsi: qədim dövrlərdən XX əsrin əvvəllərinədək”, f.ü.f.d. Şakir Albalıyevin (AMEA Folklor İnstitutu) “Azərbaycan folklorunda güləbətin motivi və onun mifik semantikası”, Gulzadə Abdulovanın (AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycanın qadın geyim bəzəkləri” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Milli.Az
“Azərbaycan xalçaları” jurnalının növbəti sayı nəşr olunub
Bakı. 23 yanvar. REPORT.AZ/ “Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub. “Report”un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalın bu sayında sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb. Cəmiyyətin Füzuli filialının açılışı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında məlumat, həmçinin əməkdar jurnalist Ləman Əliəşrəfqızının filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı təqdim edilib. E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub. Jurnalın baş redaktoru əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.
Azərbaycan xalçaları jurnalı 2019
26 Dekabr 2012, 14:29
“Azərbaycan xalçaları” elmi-bədii jurnalının beşinci sayı nəşr olunub. Modern.az xəbər verir ki, jurnalın bu sayında da Azərbaycan xalçaçılığı və onunla bağlı olan digər sənət sahələrinə dair mühüm xəbərlər, orijinal tədqiqat əsərləri və müsahibələr yer alıb. Nəfis tərtibatlı nəşrdə gözoxşayan rəng çalarları, naxışları ilə hər kəsin qəlbini fəth edən xaıçalarımızın özünəməxsus cəhətləri, fərdi xüsusiyyətləri ətraflı araşdırılıb. Oxucular jurnalın bu sayında Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanda toxunan İrəvan xalçaları, xalçalarımızdakı “Xətai” və “İslimi” kompozisiyaları haqqında geniş məlumat əldə edəcək, nadir xalça nümunələri ilə tanış olacaqlar. Tanınmış xalça eksperti Rüşdü Aslan, qobelen ustası Ədhəm Yusubovla müsahibə, dünya muzeylərində saxlanan Azərbaycan xalçalarının təqdimatı da oxucuların marağına səbəb olacaq. Nəşrdə həmçinin, Azərbaycan xalçalarındakı simvolların, elementlərin açıqlanmasına da geniş yer ayrılıb. Bu məqsədlə aparılan tədqiqatların nəticəsində milli xalçalardakı işarələr müəyyənləşdirilmiş və mənalandırılıb. Bütün bunlarla yanaşı, “Azərbaycan xalçaları” jurnalı bu sayında oxucularına yeni bir layihə də təqdim edir. Azərbaycanda ilk dəfə olaraq xalçaçılıq sahəsində tanınmış mütəxəssislərin əsərlərinin Azərbaycan dilinə tərcüməsi həyata keçirilir. Bu layihə çərçivəsində ilk olaraq alman tədqiqatçısı Kurt Erdmanın “XV əsr türk xalısı” əsəri dərc edilib.
Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixini yenidən araşdırmaq, dünya mədəniyyətindəki mövqeyini möhkəmlətməyə yardımçı olmaq məqsədi ilə üç dildə nəşr edilən jurnalın baş redaktoru professor Vidadi Muradovdur.
Modern.az
Похожие статьи
-
Azərbaycan Milli Elmlər Akademiyası – Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kodlaşdırılmalıdır; “Azərbaycan xalçaları”…
-
Azərbaycan jurnalı WhatsApp: (+994) 70-390-39-93 Azerbaycan Jurnali – Wikipedia Azərbaycan — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı. Azərbaycan…
-
Azerbaycan xalcaları jurnalı “Azər-İlmə” Xalçaçılıq Mərkəzindən Trend-ə verilən məlumata görə, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan…
-
Azərxalça-ya abunə olun Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də…
-
Azərbaycan respublikasının konstitusiyası 2019
Azərbaycan respublikasının konstitusiyası 2019 “Minatəmizləməyə dair informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan…
Comments are closed, but trackbacks and pingbacks are open.