Azərbaycan xanlıqları oğlanbazlıq
Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.
Xalq üsyanları
Xilafətə qarşı ilk kütləfi çıxışlar tarixdə Xürrəmilər hərəkatı adı ilə məlumdur. Bu hərəkatlar üç dəfə – 778-ci ildə, 808-ci ildə və 816-cı ildə baş verib. Babəyin başçılığı ilə baş vermiş üçüncü mərhələ 30 ildən çox davam edib. Onun başçılıq etdiyi bu hərəkat Xilafətin dağılmasında önəmli rol oynayıb.
Xarəzmşah Cəlaləddinə qarşı Bəndərin başçılığı ilə Gəncədə 1231–ci ildə xalq üsyanı baş verib. Şəhərdəki Xarəzm qarnizonu məhv edilib. Cəlaləddin üsyanı çətinliklə yatıra bilib. Üsyan başçılarından 30 nəfər edam olunub. Bəndər isə tikə-tikə doğranıb.
1231-ci ildə Azərbaycanın Təbriz, Xoy, Mərənd, Naxçıvan və digər şəhərlərində Cəlaləddinə qarşı xalq azadlıq hərəkatı geniş vüsət alıb.
XIV əsrin sonlarında Azərbaycanda Teymurilər hökmranlığına qarşı yönəlmiş dini-siyasi hərəkat olan hürufilik yayılmağa başlayıb. Hürufilik məzdəkilik, xürrəmilik və əxilik hərəkatı ilə üzvi surətdə bağlı olub.
1484-cü ilin yazında Maku şəhərinin cənub-şərqində yerləşən Sofi kəndində Ağqoyunlu hökmranlığına qarşı üsyan baş verib. Genişlənərək Muxur, Qarazalı, Arpalıq, İncilər, Qarabulaq, Kosalar, Məlikli, Danabulaq kəndlərini də əhatə edən hərəkata qaraqoyunlu Topal Əhməd başçılıq edib. Hətta səfəvi şeyxləri bu hərəkatdan ağqoyunlulara qarşı mübarizə aparmaq üçün istifadə etməyə çalışıblar. Tərəflərin apardığı danışıqlar nəticəsiz qalıb. Bundan xəbər tutan ağqoyunlu Yaqub üsyanı yatırmaq üçün Maku ərazisinə böyük hərbi qüvvə yeridib. 1484-cü ilin aprelində Qarabulaq kəndi yaxınlığında qanlı döyüşlər baş verib. Üsyançılar məğlub edilib. Topal Əhməd öldürülüb.
Şirvan əyanlarına arxalanan Əlqas Mirzə 1547-ci ildə Səfəvilərin hakimiyyətinə qarşı qiyam qaldırdı. Krım xanının köməyinə baxmayaraq, Əlqas Mirzə məğlub olaraq İstambula qaçıb.
Burhan Mirzənin, sonra isə Mehrabın başçılığı ilə 1547-1549-cu illərdə səfəvilərə qarşı üsyan baş verib. Üsyan Şirvanşahlar dövlətini bərpa etməyə göstərilən cəhd olub və amansızlıqla yatırılıb.
Feodal istismarına qarşı 1571-ci ildə Təbrizdə əhalinin kütləvi üsyanı olub. Şəhər iki il üsyançıların əlində qalıb. 1573-cü ildə I Təhmasibin qoşunu bu çıxışı çətinliklə yatırıb. Üsyan iştirakçılarının 160-dan çox fəalları şəhər meydanında edam edilib.
XVI əsrin 90-cı illərində Şərqi Anadoluda Cəlairilər hərəkatı geniş vüsət alıb. XVII əsrin əvvəllərində bu hərəkat Azərbaycana və qonşu ölkələrə yayılıb. Cəlairilər dəstəsi azərbaycanlı kəndlilərdən, Türkiyə və İran qaçqınlarından ibarət olub. Şah I Abbas osmanlılara qarşı mübarizədə cəlairili dəstələrini ilk vaxtlar himayə edib. Şahın xidmətində olan sıravi cəlairilər ondan gözlədiyi imtiyazları ala bilmədiyi üçün 1610-cu ildə onların əksəriyyəti Səfəvi dövlətini tərk edib.
Şirvanda “Dəli Məlik” adı ilə məşhur olan Məlik Pirinin başçılığı ilə 1615-1616-cı illərdə Səfəvilərə qarşı üsyan baş verib. Üsyançılar tezliklə Gəncə yaxınlığındakı Dəngi vilayətinin camaatı ilə birləşərək Gəncə hakimi Məhəmməd xan Ziyadoğlu Qacarı öldürüb, gürcü üsyançıları ilə əlaqə yaradıblar. Üsyanın geniş vüsət aldığını eşidən şah I Abbas onlara qarşı böyük qüvvə göndərib. Şah Dəli Məliyi əsir almağa çalışsa da, o, Dağıstanda gizlənib.
1625-ci ildə Qarabağda, İrəvanda və Osmanlı ərazisində Mıxlı baba hərəkatı geniş vüsət alıb. Qarabağ hakimi Davu xanın hamiliyindən istifadə edən Mıxlı baba əhalini feodal istismarına və ruhanilərə qarşı mübarizəyə səsləmişdir.
XVIII əsrin əvvəllərində Şimali Azərbaycanın müxtəlif yerlərində – 1707-ci ildə Car və Balakəndə, 1709-1711-ci illərdə Carda, 1709 və 1711-ci illərdə Təbrizdə, 1709-1715-ci illərdə Soucubulağı və Muğanda yerli əhali Səfəvilər əleyhinə üsyana qalxmışdır. Bu üsyanların ən böyüyü 1720-1721-ci illərdə Hacı Davudun başçılığı ilə baş vermiş üsyan olmuşdur. Üsyan Şimal Azərbayanı və Dağıstanı əhatə etmişdir.
1734-cü ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi Səfəvilərə qarşı üsyana qalxmışdır. Üsyançılara qonşu Cənik və Tala kəndlərinin sakinləri də qoşulmuşdur. Kəndli dəstələri Səfəvi məmurları və keşikçi dəstələrinin üzərinə hücum etmişlər. 1735-ci ilin fevralında Nadir xan oraya böyük cəza dəstəsi göndərmişdir. Nəticədə Car və Tala sakinlərindən 160 nəfər girov götürülmüşdür.
1738-ci ildə Nadir şaha qarşı Carda üsyan baş vermişdir. Onun qardaşı İbrahim xan böyük qüvvə ilə oraya tələssə də, üsyançılar bu dəstəni darmadağın etmişlər, İbrahim xan isə öldürülmüşdür. Üsyan 1741-ci ildə yatırılmışdır.
1743-cü ildə yalançı Səfəvi şahzadələri adından Şirvanda I və II Sam Mirzələr Əfşar dövlətinə qarşı üsyan qaldırmişlar. Bu üsyanlar müvəffəqiyyət qazansa da, Nadir şahın göndərdiyi cəza dəstəsi tərəfindən yatırılmışdır.
1743-cü ildə Hacı Çələbinin başçılığı ilə Şəkidə üsyan baş vermişdir. “Gələsən-Görəsən” qalasına sığınan üsyançılar 3 il Nadir şaha qarşı mübarizə aparmışlar. Üsyanın yatırılmasına böyük əhəmiyyət verən Nadir şah hətta özü Şəkiyə qoşun yeritmişdir. Döyüşlərin birində şahın öldürülməsi təhlükəsi yaranmışdı. Ərzaq ehtiyatı qurtardığından Hacı Çələbi şaha təslim olmaq məcburiyyətində qalmışdır.
1826-cı ildə Gəncədə çarizmin müstəmləkə zülmünə qarşı üsyan baş vermişdir. Lakin çar hakim dairələri onu amansızcasına yatırmışdır.
1830-cu ildə Car-Balakən camaatı müstəmləkə zülmünə qarşı üsyan etmişdir. Üsyançılarla çarizmin qoşunları arasında dəfələrlə şiddətli toqquşmalar olsa da, bu üsyan da qan içində yatırılmışdır.
1837-ci ildə Qubada Hacı Məhəmməd və Yarəlinin başçılıq etdiyi üsyan baş vermişdir. Hərəkatda 12 mindən çox üsyançı iştirak etmişdir. Çarizm hərəkatı yatırtmaq üçün topla silahlanmış cəza dəstələri göndərmişdir. Nəticədə Quba üsyanı yatırılmışdır. Hacı Məhəmməd edam olunmuş, Yarəli isə qaça bilmişdir.
1838-ci ildə Şəkidə xanlığı bərpa etmək məqsədilə üsyan baş vermişdir. Üsyana Səlim xanın oğlu Məşədi Məhəmməd başçılıq etmişdir. Üsyançılar dağıstanlıların köməyi ilə şəhəri tutmuşdur. Lakin rus hərbiçiləri əlavə qoşun çağırıb Şəki üsyanını yatıra bilmişlər.
1848-1852-ci illərdə Cənubi Azərbaycanda şah hökumətinə qarşı babilər hərəkatı başlamıdır. Zəncanda başlayan bu hərəkatda 15 mindən çox babi tərəfdarı iştirak etmişdir. Şah bu hərəkatı böyük çətinliklə yatıra bilmişdir.
XIX əsrin son rübündə Şimali Azərbaycanda hökumət əleyhinə mübarizənin ən çox yayılmış forması qaçaq hərəkatı idi. Bu hərəkat bütün Şimali Azərbaycanın bürümüşdü. Əhali intiqamını çar məmurlarından alan qaçaqları həmişə müdafiə edir, onların əlinə keçməsinə mane olurdu. Şimali Azərbaycanda Qaçaq Kərəm, Qaçaq Nəbi, Tanrıverdi Allahqulu oğlu, Dəli Əli, Qənbər, Süleyman, Murtuza və digərləri dillər əzbəri olmuşdu.
1904-cü il dekabrın 13-də Bakı fəhlələri tətil elan etmişlər. Onların tələbi iqtisadi vəziyyətlərinin yaxşılaşması idi. Hökumət dekabrın 30-da “Mazut Konstitusiyası” adlanan Müştərək müqavilə imzalamışdır. Dekabrın 31-də tətil qalibiyyətlə başa çatmışdır.
1920-ci il mayın 25-dən 26-na keçən gecə Gəncədə bolşevik hakimiyyətinə qarşı üsyan baş vermişdir. Üsyanda iştirak edənlərin sayı 10 minə çatmışdır. XI Ordu hissələri mayın 31-də üsyanı amansızlıqla yatırmışdır. Cəza tədbirləri nəticəsində 13 mindən çox adam qətlə yetirilmişdir.
1920-ci ilin yayında Qarabağda 6 minə yaxın əsgərdən ibarət Azərbaycan ordusunun əsas hissəsi bolşevik hakimiyyətinə qarşı üsyan qaldırmışdır. İyunun 10-da XI Ordunun iki diviziyası onlara qarşı əməliyyata başlamışdır. “Qırmızı” ordu iyunun 10-da Ağdamı, 14-ündə isə Xankəndini və Şuşanı tuta bilmişdir. Azərbaycan Ordusu Cəbrail istiqamətində geri çəkilərək vətəni tərk etmişdir.
1920-ci il iyunun 5-də Zaqatalada üsyan baş vermişdir. Üsyana Qars Demokratik Respublikasının görkəmli xadimi, hərbiçi Əhmədiyev Hafiz Əfəndi başçılıq etmişdir.
Tezliklə üsyan Qaxı da əhatə etmişdir. Hərəkat iyunun 18-də Qızıl Ordu qüvvələri tərəfindən yatırılmışdır.
Azərbaycan xanlıqları oğlanbazlıq
Azərbaycanın XVIII əsrin ikinci yarısındakı tarixi əslində müstəqil və yarımasılı dövlət qurumlarının-xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Onların bəziləri Nadir şah dövlətinin süqutundan sonra meydana gəlmişdisə, digərləri hələ Nadir şahın hökmranlığı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmışdı.
Şəki xanlığı
Şəki xanlığının əsasını Hacı Çələbi xan qoymuşdu (1743-1755). XVIII əsrin 40-cı illərinin sonlarına doğru güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşın sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi. 1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Şəki şəhəri xanlığın mədəni mərkəzi idi.
Qarabağ xanlığı
Qarabağ xanlığının əsasını Cavanşirlər tayfasından olan Pənahəli xan (1748-1763) qoymuşdur. Xanlıq İran hökmranlığı ilə mübarizədə yaranmış və möhkəmlənmişdir. Nadir şahın varisləri arasındakı çəkişmələrdən istifadə edən Pənahəli xan öz hakimiyyət və nüfuzunu Ərdəbilə qədər yaya bildi. Gəncənin də işlərinə müdaxilə edən Pənahəli xan burada hakimiyyətə öz adamını-Ziyadoğlu nəslinin nümayəndələrindən birini gətirə bilmişdi. Pənahəli xan öz mülklərini genişləndirərək Tatev, Sisian, Qafan, Meğri mahallarını özünə tabe etdi. Pənahəli xan uca sıldırımlı qayanın kənarında möhtəşəm Pənahabad qalasını inşa etdirdi və 1755-1756-cı illərdə paytaxtını bura köçürdü. Qala sonralar yaxınlıqdakı Şuşakəndin adı ilə Şuşa adını aldı. Pənahəli xandan sonra hakimiyyətə gəlmiş oğlu İbrahimxəlil xan Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. İbrahimxəlil xan müəyyən dövrlərdə öz nüfuzunu Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına yaya bilmişdi.
Quba xanlığı
Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə rus hakimiyyət orqanları tərəfindən bu vəzifəyə təqdim olunmuş, rus çarı onu Quba xanı təyin etmişdi. Onun dövründə Salyan və Rudbar Quba xanlığına tabe edildi. Quba xanlığının yüksəlişi Fətəli xanın hakimiyyətə gəlməsi ilə bağlıdır. Fətəli xan 1757-ci ildə Salyan, 1759-cu ildə Dərbənd, 1766-cı ildə Bakı, 1768-ci ildə Şamaxı və Cavad xanlıqlarını Quba xanlığına birləşdirməyə nail oldu. XVIII əsrin 60-cı illərində Quba xanlığı iqtisadi, hərbi-siyasi baxımdan Azərbaycanın bir çox xanlıqlarından üstün idi və ölkənin siyasi həyatında mühüm rol oynayırdı.
Lənkəran (Talış) xanlığı
Müstəqilliyi yerli iri feodallardan biri olan Seyid Abbas bəy tərəfindən elan edilmiş bu xanlığın siyasi və iqtisadi mərkəzi qala divarları ilə əhatələnmiş Lənkəran şəhəri idi. Seyid Abbas xanın ölümündən sonra tarixdə talışlı Qara xan kimi tanınan Cəmaləddin Mirzə bəy taxta çıxdı. Onun dövründə xanlığın siyasi sabitliyinə və iqtisadi inkişafına yönəldilmiş xətt aydın hiss olunurdu.
Bakı xanlığı
1747-c ildə Nadir şah Əfşarın ölümündən sonra yerli feodallardan Mirzə Məhəmməd ağa şahın Bakıdakı əlaltısı Səlimi qovdu və özünü müstəqil xan elan etdi (1747-1786). Digər xanlıqlarla müqayisədə Bakı xanlığı hərbi-siyasi cəhətdən fərqlənmirdi. Onun ərazisi kişik olub, eni 60, uzunluğu 90 verst idi. Bütün Abşeron yarımadası ilə birlikdə Bakı şəhəri və 39 kənd onun tərkibinə daxil idi. Mirzə Məhəmməd xanın varisləri dövründə Bakı xanlığı qubalı Fətəli xandan vassal asılılığına düşdü. Fətəli xan 1766-cı ildə öz bacısı Xədicə Bikəni bakılı Məlik Məhəmməd xana ərə verdi və bununla Bakı xanlığının Quba xanlığından asılılığını təmin etdi.
Gəncə xanlığı
Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəyilik irsi olaraq kiçik fasilələrlə XVII əsrdən 1804-cü ilə qədər Qacarlar tayfasının Ziyadlı oymağına məxsus Ziyadoğlular nəsli tərəfindən idarə olunmuşdur. Xanlığın banisi Şahverdi xan Ziyadoğlu idi. Gəncə həm hərbi-siyasi, həm də iqtisadi-təsərrüfat baxımından mühüm əhəmiyyət kəsb edirdi. Yarandığı vaxtdan bu xanlıq qonşu feodal hakimlərin hücum obyektinə çevrilmişdi. Gəncə xanları düşmənlə mübarizədə gah bu, gah da digər güclü düşmən arasında hiylə işlətməli olurdular.
Dərbənd xanlığı
Dərbənd xanlığının banisi Məhəmmədhüseyn xan özünün amansız daxili siyasəti ilə istər zəhmətkeş kütlələrin, istərsə də feodal təbəqənin bir çox nümayəndələrinin nifrətini qazanmışdı. 1759-cu ildə dərbəndlilərin xahişi ilə qubalı Fətəli xan Dərbəndə hərbi yürüş etdi. Dərbəndlilərin köməyi ilə şəhər Fətəli xanın əlinə keçdi. Bu hadisədən sonra, demək olar ki, Azərbaycanın şimal xanlıqlarının Rusiyaya birləşdirilməsinədək Dərbənd və Quba xanlıqları vahid bir dövlət oldular.
Şamaxı xanlığı
Şamaxı xanlığı yerli feodalların və şəhər əyanlarının xarici və ölkə daxilindəki düşmənlərə qarşı apardıqları inadlı mübarizənin gedişində yarandı. Bir neçə əsr Şirvanşahlar dövlətinin paytaxtı, sonralar isə Şirvan bəylərbəyliyinin mərkəzi olmuş Şamaxı şəhəri, XVIII əsrin sonlarınadək həm iqtisadi, həm də ticarət baxımından öz üstünlüyünü saxlamışdı. Nadir şah dövlətinin süqutundan sonra Şamaxının siyasi həyatında köklü dəyişikliklər baş verdi. Nisbətən kiçik ərazidə iki xanlıq yarandı: mərkəzi Ağsu olmaqla, Yeni Şamaxı və mərkəzi Şamaxı olmaqla, köhnə Şamaxı. Şamaxıda mövcud olan ikihakimiyyətlilik uzun müddət davam edə bilməzdi. 1763-cü ildə Köhnə Şamaxıda möhkəmlənən Məhəmməd Səid xan Yeni Şamaxını alıb, Köhnə Şamaxıya birləşdirdi. Köhnə Şamaxı isə yeni xanlığın mərkəzi oldu. Lakin hadisələrin gedişi göstərdi ki, Şamaxı qonşu feodalların hücumu üçün açıqdır. Tez-tez baş verən basqınlar onun iqtisadi inkişafına ziyan vurdu və 1768-ci ildə qubalı Fətəli xan tərəfindən işğal edildi.
Naxçıvan xanlığı
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdur. Xanlığı gücləndirmək və təcavüzlərdən qorumaq məqsədilə Heydərqulu xan (1747-1763/64) hakimiyyətinin ilk dövrlərində daha güclü olan Qarabağ xanlığına arxalanırdı. Heydərqulu xanın ölümündən sonar 1787-ci ilə qədər hakimiyyət uğrunda mübarizə nəticəsində Naxçıvan xanlığı zəifləyir, Xoy, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxeti çarlığı və İran arasında ardı-arası kəsilməyən mübarizənin obyektinə çevrilir.
İrəvan xanlığı
Çuxursəd bəylərbəyliyi əsasında təşəkkül tapmışdı. Nadir şah qətlə yetirildikdən sonra, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu. Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazilərini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. Xanlığın mərkəzi İrəvan şəhəri idi.
Qaradağ xanlığı
Azərbaycanın cənubunda yerləşən zəif xanlıqlardan biri idi. Onun əsasını qoyan köçəri tayfalardan birinin müdrik başçısı olan Kazım xan (1748-1752) qonşu feodal hakimlərə münasibətdə ehtiyatlı siyasət yeridir, ölkənin daxili işlərini qaydaya salaraq, abadlıq işləri ilə məşğul olur, xanlığın mərkəzi olan Əhərdə müxtəlif ictimai binalar tikdirirdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən işğal edildi. Bundan sonra Qaradağ xanlığı, demək olar ki, öz müstəqilliyini itirdi.
Təbriz xanlığı
Banisi Dünbüli tayfasının görkəmli nümayəndəsi Nəcəfqulu xan (1745-1780) olmuşdur. O, Təbrizdə urmiyalı Fətəli xan Əfşarın fəal yardımı ilə möhkəmlənmişdi. Buna görə də müəyyən vaxt ərzində Təbriz xanlığı Urmiya xanlığından asılı vəziyyətdə olmuşdu. 1763-cü ildə Fətəli xan Əfşar Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra Təbriz xanlığı tam müstəqillik qazandı.
Marağa xanlığı
Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm (1747-1750) qoymuşdur. Elə bir əhəmiyyət kəsb etməyən bu xanlıq Ağa Məhəmməd şah Qacar hakimiyyətə gələnə qədər müstəqil idi.
Ərdəbil xanlığı
Ərdəbil xanlığının banisi Şahsevən tayfasının başçısı Nəzərəli xan (1747-1783) olmuşdur. Onun hakimiyyəti dövründə xanlıq inkişaf etmişdi. Nəzərəli xan nikah diplomatiyası vasitəsi ilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmışdı və Lənkəran xanlığı ilə mehriban qonşuluq münasibətində idi.
Urmiya xanlığı
Urmiya xanlığının başçısı Əfşarlar tayfasından olan Fətəli xan Əfşar (1747-1763) idi. Öz sərhədlərini genişləndirmək məqsədi güdən Fətəli xan müəyyən vaxt ərzində Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi. 1763-cü ildə Kərim xan Zənd tərəfindən məğlub edildikdən sonra, Urmiya xanlığı özünün əvvəlki əhəmiyyətini itirdi.
Xoy xanlığı
Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şah dövründə Xoy vilayətinin hakimi təyin edilmişdi. Nadir şahın ölümündən sonra isə özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. Mülayim siyasət yeridən Şahbaz xan Fətəli xan Əfşarla dostluq münasibətləri saxlayırdı.
Maku xanlığı
Maku xanlığının banisi Bayat tayfasının başçısı, Nadir şahın sərkərdələrindən biri Əhməd Sultan (1747-1778) idi. Şahın ölümündən sonra vətənə qayıdan Əhməd Sultan Makunu müstəqil xanlıq, özünü isə xanlığın hakimi elan etmişdi. Xanlığın paytaxtı iki tərəfdən dağlarla əhatə olunmuş Maku şəhəri idi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.
Sərab xanlığı
Sərab xanlığının əsasını Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) qoymuşdur. Nadir şahın ölümündən sonrakı qarışıqlıqdan istifadə edərək Əli xan özünü həmtayfaları arasında xan elan etmişdi. Adları çəkilən xanlıqlardan başqa, Kür ilə Araz çaylarının qovuşuğunda Cavad xanlığı və Kür çayının mənsəbində daha bir kiçik xanlıq-Salyan xanlığı mövcud idi. Rusiya və İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Azərbaycan iki imperiya arasında bölündü: Azərbaycanın şimal hissəsi Rusiyanın, cənub hissəsi isə İranın tərkibinə daxil edildi.
Azərbaycan 18-ci əsrdə. Azərbaycan xanlıqları
XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi və həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi xarakterli hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, İran, Türkiyə və Rusiyada cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda İran-Türkiyə qarşıdurması yenidən gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də Rusiyanın bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Rusiya özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı vilayətlərə yiyələnməyə can atırdı və digər dövlətlərin, ilk növbədə Türkiyənin həmin ərazilərdəki nüfuzunun artmasına hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq 3 dövlətin — İran, Türkiyə və Rusiyanın mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi mütəmadi olaraq bu dövlətlərin arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt olunmuşdu. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. Nəticədə, 1724-cü ildə Rusiya ilə Türkiyə arasında bağlanan müqaviləyə görə, Cənubi Qafqaz ərazisi iki dövlətin arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Türkiyə və İran arasında gedən yeni mübarizələrin obyektinə çevrildi. 1732-ci ildə Rəşt şəhərində bağlanmış Rusiya-İran müqaviləsinə əsasən Rusiya, Osmanlı imperiyası ilə müharibə təhlükəsi meydana çıxdığından, 1723-cü ildə öz tərkibinə aldığı Gilan, Mazandaran və Astarabad əyalətlərini İrana qaytardı. 1735-ci il Gəncə müqaviləsinin — traktatının şərtlərinə görə Türkiyə ilə müharibəyə hazırlaşan Rusiya Kür çayından şimalda yerləşən Azərbaycan torpaqlarından da İranın xeyrinə əl çəkdi. Bu müqavilələr Azərbaycan ərazisinin müxtəlif hissələrə bölünməsinə zəmin yaradırdı.
Nadirin hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini — Vərənd, Çilaberd,Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra isə səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək, əslindən Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadirin qardaşı İbrahim oldu. Həmin tədbirlər ölkənin tarixi-siyasi coğrafiyası baxımından müsbət qiymətləndirilməlidir. Lakin onun dövründə baş vermiş sonrakı hadisələr Azərbaycanın parçalanmasına gətirib çıxardı. Nadirin hakimiyyətinin ortalarında Azərbaycanın müəyyən hissəsi Gürcüstana verildi. Kaxetiya hakimi Teymuraz 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından, Nadir bunun əvəzi olaraq Teymurazı Kaxetiya çarı təyin etdi və üstəlik ona Kartli ərazisindən Araqv mahalını və əvvəllər Gəncə bəylərbəyliyinin tərkibində olan Borçalı və Qazax mahallarını verdi. Bilindiyi kimi, XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yaranır, Borçalı isə indiyə kimi Kaxetiyanın tərkibində qalmaqda davam edir. Digər tərəfdən, Nadirin öldürül-məsindən sonra (1747) onun dövləti süquta uğradı və bundan əlavə, ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçlanma baş verdi.
Ümumiyyətlə götürüldükdə, XVIII əsrin I yarısında Azərbaycanın siyasi həyatı çox rəngarəng olmuş və bu dövr tarixi-siyasi coğrafiya baxımından aşağıdakı səciyyəvi cəhətlərə ma-likdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyliklərə (4 bəylərbəyliyə) bölünmüşdü;
2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə İran əsarətindən azad olub müstəqilliyə nail olsa da, osmanlı Türkiyəsinin nominal asılılığında qalırdı.
3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil olmuşdu (1722-1735);
4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Türkiyə ilə Rusiya arasında bölünmüşdü;
5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər Rusiyanın nüfuz dairəsindən İranın nüfuz dairəsinə keçmişdi;
6. 1736-cı ildə səfəvilər dövründəki bəylərbəylik sistemi ləğv edilmiş və 4 bəylərbəylik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;
7. Qarabağ məliklikləri Gəncə ərazisinə tabe edilmişdi;
8. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən Kaxetiya çarı Teymuraza verilmişdir;
9. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş və Azərbaycan 30 hissəyə ayrılmışdır.
XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən onun heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri — xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapır; Azərbaycan öz daxili birliyini, vahidliyini itirir, feodal çəkişmələrinin, ara müharibələrinin meydanına çevrilir. Son nəticə isə çox acınacaqlı olur: daxili feodal çəkişmələrindən istifadə edən İran və Rusiya Azərbaycanı iki hissəyə parçalamağa nail olurlar və hərəsi bir hissəyə sahib duraraq hökmranlığa başlayır.
Azərbaycanın XVIII əsrin II yarısındakı ərazisi səfəvilər dövründəki ərazisindən çox da fərqlənmir. Yeganə fərq şimali-qərb istiqamətdə Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxmini hesablamalara görə 380.000 kv.km. idi. Bilindiyi kimi, səfəvilər dövrü Azərbaycanı daha çox ərazini (təx. 400.00 kv. km) əhatə etmişdir. Xanlıqlar dövrü kimi tanınan həmin dövrdə, daha doğrusu XVIII əsrin 40-cı illəri — XIX əsrin I rübündə Azərbaycan ərazisində 20 xanlıq, 5 sultanlıq və 5 məliklik fəaliyyət göstərmişdir. Onların çox az bir qismi əvvəllər mövcud idisə, əksəriyyəti əsrin ortalarında təşəkkül tapmış, bəzisi uzun müddət (hətta 1922-ci ilədək), bəzisi isə qısa müddətdə (30 ildən artıq) fəaliyyət göstərmişdir. Sonralar tarixi ədəbiyatda Azərbaycanın Cənub və Şimal xanlıqları kimi tanınan həmin feodal dövlətləri barədə qısa məlumatın şərhi onların ərazisini, hüdudlarını, inzibati-ərazi bölgüsünü müəyyənləşdirməyə imkan verir. Bununla bərabər tarixi ədəbiyyatda Azərbaycan xanlıqlarının ərazisi barədə müxtəlif, həm də bir-birindən fərqli məlumatlar mövcuddur. Çoxcildlik «Azərbaycan tarixi»ndəki (III cild) məlumatın və xəritənin daha elmi olduğunu nəzərə alaraq xanlıqların ərazisinin və hüdudlarının həmin məlumata uyğun müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunmuşdur.
Azərbaycanın cənub xanlıqları
- Təbriz xanlığı(XVIII əsrin ortaları — 1780) Xoy, Ərdəbil, Qaradağ, Sarab və Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Mərkəzi Təbriz şəhəri idi. İlk vaxtlarda Xalxal və Ərdəbil əyalətləri də Təbriz xanlığına tabe olmuşdur. Təbriz xanlığı digərlərinə nisbətən zəif idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu və onun ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
- Ərdəbil xanlığı(1747-1820) Talış, Qaradağ, Təbriz, Marağa xanlıqları və Gilan vilayəti ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri olan bu xanlığın ərazisinə inzibati baxımdan Ərdəbil, Aşağı Mişkin, Yuxarı Mişkin, Arşaq (Ərşə), bəzi vaxtlarda isə Vilgic, Astara və Ucarrud (Ucarlu) mahalları daxil idi. Əsası şahsevən tayfa başçısı Bədir xan tərəfindən qoyulmuşdur. Xanlıq bir müddət Quba xanlığının, sonra Qarabağ xanlığının vassalına çevrilir. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılırlar və Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayırlar. Xanlığın fəaliyyətinə 1820-ci ildə son qoyulmuşdur.
- Marağa xanlığı(1747-1826) cənubda Saqqız mahalı, şimalda Təbriz, qərbdən Urmiya, şərqdə Ərdəbil xanlıqları ilə sərhədlənirdi. Mərkəzi Marağa şəhəri olan bu xanlığın tərkibinə Marağa, Təkab, Sayınqala, Əcəbşir, Qaraağac, Binab və Miyandab mahalları daxil idi. Xanlığı Qarabağın Cavanşir elinin bir qolu olan Müqəddəm tayfasının nümayəndələri idarə edirdi. 1826-cı ildə İran qoşunu hücum edərək xanlığın fəaliyyətinə son qoydu və ərazisini öz tərkibinə qatdı.
- Maku xanlığı(1747-1922) Xoy, Naxçıvan, İrəvan xanlıqları, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd idi. Mərkəzi Maku şəhəri olan bu xanlıq 30 kəndi birləşdirirdi. Əsası Əhməd sultan (1747-1778) tərəfindən qoyulmuşdur. Maku əyaləti Çuxur-Səəd bəylərbəyliyinə tabe olan yarımmüstəqil sultanlıqlardan ibarət idi və bayat tayfasından olan hakimlər tərəfindən idarə olunurdu. Maku xanlığı ən uzun fəaliyyət göstərmiş xanlıqdır. Onun fəaliyyətinə 1922-ci ildə İran qoşunu tərəfindən son qoyuldu.
- Qaradağ xanlığı(1748-1813) Kazım xan tərəfindən təsis edilmişdir. Ərazisi Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Əhər şə-həri olmuşdur. Tərkibinə 18 mahal daxil idi (Unqut, Kərmədüz, Çələbiyan, Keyvan, Arazbar, Dizmar, Üzüm-dil, Həsənob, Kələybər, Hüseyneyli, Yaft, Qara curru, Do-dangə, Çardangə, Diklə, Bədbostan, Horat). Qaradağ xanlığı bir müddət Qarabağ xanlığının təsirinə düşür, sonra Kərim xan Zəndə (1761) və Ağa Məhəmmədşah Qacara (1791) tabe olur. 1813-cü il müqaviləsinə görə İranın tərkibinə qatılır və xanlığın fəaliyyətinə son qoyulur.
- Sarab xanlığı(1747-1828) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. Xanlığın ərazisi əvvəlcə Qacarlar dövlətinin tərkibinə qatıldı və 1828-ci ildə xanlıq ləvğ olundu.
- Xoy xanlığı(1747-1828) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Türkiyə ilə sərhədlənmişdi. Tərkibində Xoy, Salmas, Avacıq, Qotur, Ələnd, Çaldıran, Çors, Qaraqoyunlu, Sökmənabad, Dərgah mahallarını birləşdirirdi. Mərkəzi Xoy şəhəri idi. Əsasını dümbülü tayfa başçıları qoymuşlar. Xoy xanlığı Türkmənçay müqaviləsinə (1828) görə İranın tərkibində qaldı və fəaliyyətinə qacarlar son qoydular.
- Urmiya xanlığı(1747- 1797) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Kürdüstan və Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. İnzibati baxımdan Mərgəvər, Tərkəvər, Bərdəsur, Bəradost, Sumay, Ənzəl, Dəşt, Uşnu, Sulduz, Döl, Nazlı, Bəykişili, Rözə və Urmiya mahallarına bölünmüşdü. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. 1797-ci ildə xanlıq İran taxtına çıxan Fətəli şahın tabeliyinə düşmüş və onun fəaliyyətinə son qoyulmuşdur.
Azərbaycanın şimal xanlıqları
- Qarabağ xanlığı(1748-1822) Kür və Araz çayları arasında mövcud olmuşdur. Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Şuşa şəhəri idi. İnzibati baxımdan 21 mahala bölünmüşdü (Çalbayır, Kəbirli, Cavanşir, Zəngəzur, Mehri, Bərgüşad, Qafan, Qaraçarlı və s.). Pənahəli xan Cavanşir tərəfindən təsis olunmuşdur. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmiş,Şuşa (Pənahabad) şəhərinin əsası qoyulmuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın himayəsinə keçmiş və 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir. Qarabağ xanlığı Azərbaycan xanlıqlarının ən qüdrətlilərindən olmuşdur.
- Şəki xanlığı(1743-1819) Azərbaycanın şimal-qərbində yerləşirdi. Gürcüstan, Dağıstan, İlisu sultanlığı, Quba, Qarabağ, Gəncə və Şamaxı xanlıqları ilə həmsərhəd olmuşdur. Mərkəzi Şəki idi. Təsisçisi Hacı Çələbi xan olmuşdur. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş və onun ərazisi 8 mahala — Şəki, Ərəş, Ağdaş, Alpaut, Padar, Qutqaşen, Xaçmaz və Bum mahallarına bölünmüşdür. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Şəki xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsinə görə rəsmən Rusiyaya birləşdirilmişdi və 1819-ildə çar fərmanına əsasən ləğv olunaraq ərazisi Rusiyanın əyalətinə çevrildi.
- Quba xanlığı(1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti Rusiyanın tərkibinə daxil edilmişdi və Hüseynəli xan onun hakimi təyin olunmuşdu. Əyalətin paytaxtı əvvəl Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşur. Hüseynəli xan əsrin ortalarında Quba əyalətini müstəqil xanlıq elan etdi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Xınalıq, Bərmək və s. mahallar vardı. Gülhan, Altıpara, Doqquzpara, Şabran və s. torpaqlar Quba xanlığının mülkləri idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdur. Quba xanlığı 1806-cı ildə Rusiyaya ilhaq olundu və Quba əyalətinə çevrildi.
- Bakı xanlığı(1747-1806) Abşeron yarımadasında mövcud idi və onun tərkibinə 39 kənd daxil idi. Ərazisi çox kiçik (eni 30-40, uzunluğu 75 verst) olmuşdur. Şamaxı və Quba xanlıqları ilə sərhədə malik idi. Paytaxtı Bakı şəhəri olmuşdur. Onun əsasını 1 Mirzə Məhəmməd qoymuşdur. 1806-cı ilin oktyabrın 3-də Rusiyaya birləşdirilmiş və sonra ləğv edilmişdir.
- Dərbənd xanlığı(XVIII əsrin ortaları — 1806) Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdir. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə sərhədlənirdi. Paytaxtı Dərbənd şəhəri olmuşdur. Xanlığın əsasını Məhəmməd Hüseyn xan qoymuşdur. Xanlığın ərazisi, xüsusilə Dərbənd şəhəri əlverişli coğrafi-strateji mövqedə yerləşirdi. Xanlıq 40 il Quba xanlığından asılı olmuşdur. Onun fəaliyyətinə 1806-cı ildə son qoyulmuş və Rusiyanın əyalətinə çevrilmişdir.
- Gəncə xanlığı(XVIII əsrin ortaları — 3.01.1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdur. İnzibati baxımdan Gəncə, Samux, Kürəkbasan, Şəmkür və Ayrım mahallarına bölünmüşdü. Banisi ziyadoğlular nəslindən II Şahverdi xan idi. Görkəmli xanlarından olan Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi Rusiyaya ilhaq olundu.
- Irəvan xanlığı(XVIII əsrin ortaları — 1828) Ararat düzənliyini, Göycə gölünün cənub və şərq tərəflərini, Araz çayının qərbini əhatə edirdi. Gəncə, Qarabağ, Naxçıvan, Maku xanlıqları, Qazax sultanlığı, Osmanlı imperiyası və Gürcüstanla həmsərhəd olmuşdur. Mərkəzi İrəvan şəhəri idi. İnzibati baxımdan 15 mahala bölünmüşdü: Qırxbulaq, Zəngibasar, Qarnibasar, Vedibasar, Şərur, Suran, Dərək, Saatlı, Tala, Seyidli-Axaclı, Sərdarabad, Gərni, Abaran, Dərəçiçək və Göycə. Təsisçisi Həsənəli xan olmuşdur. Bir müddət Kartli-Kaxeti çarlığının təsirinə düşmüş, sonra Qacarın, Gülüstan müqaviləsinə görə İranın, Türkmənçay müqaviləsinə əsasən Rusiyanın tərkibinə qatılır və onun əyalətinə çevrilir.
- Lənkəran (Talış) xanlığı(XVIII əsrin ortaları — 1826) Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları, Xəzər dənizi və Gilan vilayəti ilə hüdudlanmışdı. Mərkəzi əvvəl Astara, sonra Lən-kəran şəhərləri olmuşdur. Tərkibində 11 mahal — Asalim, Gərqənrud, Astara, Vilgic, Zuvand, Çayiçi Lənkəran, Driğ, Uluf, Dəştvənd (Ərkivan), Ucarud və Səfidəşt mahalları vardı. Lənkəran, Astara, Qızılağac kimi ticarət mərkəzlərinə malik idi. Xanlığın əsasını səfəvi nəslindən olan ərdəbilli Seyid Abbas qoymuşdur. Xanlıq 1800-cü ildə Rusiyanın nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdir.
- Naxçıvan xanlığı(1747-1828) Zəngəzur sıra dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq Qarabağ, Qaradağ, Xoy, Maku və İrəvan xanlıqları ilə həmsərhəd olmuşdur. Tərkibində Naxçıvan, Əlincəçay, Mavazıxatın, Dərələyər və s. mahallar vardı. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdir.Xanlığın ərazisi Gülüstan müqaviləsinə görə (1813) İranın tərkibində qalsa da, Türkmənçay müqaviləsinə (1828) əsasən Rusiyaya birləşdirildi və onun əyalətinə çevrildi.
- Salyan xanlığıson vaxtlara qədər «Salyan sultanlığı» kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı və cənubda Talış xanlığı ilə sərhədlənirdi.
- Cavad xanlığı(XVIII əsrin ortaları — 1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdur. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Cavad şəhəri (iki çayın birləşdiyi yerdə) olmuşdur. Xanlığın əsasını şahsevən tayfasından Həsən xan qoymuşdur. Quba xanlığından asılı olmuş (1768) və onun tərkibində Rusiyaya birləşdirilmişdir.
- Şamaxı xanlığı(1748-1820) Bakı, Quba, Şəki, Qarabağ,Cavad və Salyan xanlıqları ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı) və sonra Şamaxı şəhəri olmuşdur. Əsasını Hacı Məhəmməd xan qoymuşdur. Xanlıq 1805-ci ildə Rusiyanın nüfuzuna düşmüş və 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdir. Şamaxı xanlığı həm də Şirvan xanlığı kimi tanınır. Bir müddət Şamaxı xanlığı ərazisində 2 xanlıq — mərkəzi Ağsu olan Yeni Şamaxı və mərkəzi Şamaxı olan Köhnə Şamaxı fəaliyyət göstərmişdir.
- Qazax sultanlığıAzərbaycanın şimal-qərbində mövcud olmuş və səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibində idi. Qazax sultanlığında qazax (qazaxlar) tayfası yaşayırdı. Onlar bu ərazidə irsi hakimiyyətə malik idilər. Qazax sultanlığı Nadir şah tərəfindən Kartli çarı Teymuraza verilmiş, sonralar bir müddət Şəki xanlığının tərkibində olsa da (1752) əsrin sonlarında gürcü çarı II İraklinin vassallığına keçdi və 1801-ci ildə Gürcüstanın tərkibində Rusiyaya birləşdirildi. Sultanlıq 1819-cu ildə ləğv edildi və ərazisində Qazax məntəqəsi yaradıldı.
- Şəmşəddil sultanlığıZəyəm mahalı və ondan qərbdəki ərazilərdə — sonralar Şəmşəddil mahalı adlanan ərazidə mövcud olmuşdur. Həmin ərazi I Şah İsmayılın dövründən Zülqədər tayfasının bir qolu olan Şəmşəddil (Şəmsəddin) tayfasının irsi vilayəti hesab olunurdu. 1743-cü ildə sultanlıq Qazax və Borçalı əraziləri ilə birlikdə Qarabağ bəylərbəyliyindən alınıb Kartli çarı Teymuraza verildi. Sonralar onun ərazisi Qazax ilə birləşdirildi və Qazax-Şəmşəddil sultanlığı adlandı və bu tərkibdə Rusiyaya ilhaq edildi (1801, Gürcüstanın tərkibində). 1819-cu ildə ləğv olundu və Şəmşəddil məntəqəsinə çevrildi.
- Ərəş sultanlığıtəqribən indiki Yevlax və Ağdaş rayonlarının bir hissəsini, Mingəçevir şəhərinin ərazisini əhatə edirdi. XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrilmiş və 1795-ci ildə Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığına qatılmışdır.
- Qəbələ sultanlığıAzərbaycanın şimalında mövcud olmuş, onun ərazisi şimaldan Böyük Qafqazın cənub yamacı, şərqdə Göyçay, qərbdə Əlican çayı ilə əhatə olunurdu. Şəki xanlığına daxil idi. XVIII əsrin sonlarından Qəbələ mahalı adlanırdı və mahal Şəki xanlığının naibləri tərəfindən idarə olunmuşdur.
- Ilisu sultanlığıXVI əsrin II yarısından — XIX əsrin ortalarına kimi (təx. 300 il) fəaliyyət göstərmişdir. Mərkəzi İlisu (Qax rayonunda) idi. Sultanlıq şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənubi-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. Əhalisi azərbaycanlılar, saxurlar, avarlar, muğallar, yengiloylar və s. ibarət idi. 1807-ci ildə Rusiyaya birləşdirildi və 1830-cu ildə Car-Balakən inzibati dairəsinə qatıldı. Daha sonralar (1840-cı illərdə) İlisu sultanlığının ərazisi Gürcüstan-İmeretiya quberniyasına daxil edildi və nəhayət, 1844-cü ildə sultanlıq ləğv olundu.
- Car-Balakən camaatlığı —Azərbaycanın şimali-qərbində ata xətti ilə qohum nəsillərdən -toxumlardan olanların ittifaqından ibarət idi. Tərkibinə Car, Balakən, Katex, Tala, Muxax və Cənik camaatlıqlarında birləşən kəndlər daxil idi. Camaatlıq 1803-cü ildə Rusiyaya birləşdirildi və ərazisində Car-Balakən vilayəti təşkil olundu.
- Dizaq məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində kiçik feodal hakimliyi olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin ortalarından Qarabağ xanlığının vassalı idi. 1813-cü ildə Qarabağın tərkibində Rusiyanın nüfuzuna keçirilmişdir.
- Vərəndə məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmışdı və səfəvilər dövründə Qarabağ bəylərbəyliyinə daxil idi. XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir.
- Xaçın məlikliyihələ XII əsrdə Qarabağın dağlıq hissəsində yaranmışdı və yerli alban hakimləri tərəfindən idarə olunurdu. Səfəvilər dövründə Qarabağ (Gəncə) bəylərbəyliyinə daxil olan Xaçın məlikliyi XVIII əsrin ortalarında Qarabağ xanlığının vassalına çevrilir və 1813-cü ildə həmin xanlığın tərkibində Rusiyaya birləşdirilir.
- Gülüstan məlikliyiXVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. Sə-fəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonra isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya ilhaq olundu.
- Crabert (Carabert, Cerabert, Çilləbürt) məlikliyiorta əsrlərdə Qarabağın dağlıq hissəsində yaranmış kiçik feodal hakimliyi idi. Mərkəzi Crabert qalası olmuşdur. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, XVIII əsrin II yarısında Qarabağ xanlığının vassalına çevrilmişdir və sonuncunun tərkibində Rusiyaya ilhaq edilmişdir (1813).
Похожие статьи
-
Azərbaycan tarixi xanlıqları yüklə
Azərbaycan xanlıqları XVII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən…
-
Azərbaycan xanlıqları: Quba xanlığı Fətəli xan Əfşar 1759-cu ildə Qarabağ xanlığını asılı vəziyyətə saldıqdan sonra Azərbaycanın daxili işləri ilə məşğul…
-
Azərbaycan xanlıqları hərəm Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının…
-
Azərbaycan xanlıqları oğlanlar
Tən ay Azərbaycanda uşaqlara ən çox bu adlar verilib – SİYAHI PLA N I.Azərbaycanda xanlıqların meydana gəlməsinin səbəbləri və xüsusiyyətləri….
-
Azərbaycan xanlıqları 1725-ci ildə I Pyotrun ölümündən sonra Rusiyanın Xəzəryanı əyalətlərə marağı zəiflədi. 1747-ci ildə Nadir ali hakimiyyəti zəbt…
Comments are closed, but trackbacks and pingbacks are open.