AZƏrbaycan tariXİ» FƏNNİNDƏN (kredit sistemi) proqram
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
II Bölmə. Azərbaycan XIII əsr – XV əsrin əvvəllərində
IV fəsil. Azərbaycan monqollar hakimiyyəti dövründə
§11. Monqolların Azərbaycana birinci yürüşü. Hissə 1.
Test ID – 58802
Müəllif: Qonaq__299314 (Əlavə edilib: 12.10.2013)
Monqol yürüşləri ərəfəsində Azərbaycanda mövcud olan dövlətlər?
Eldənizlər və Şirvanşahlar |
Rəvvadilər və Şəddadilər |
Sacilər və Salarilər |
Şirvanşahlar və Elxanilər |
Eldənizlər və Elxanilər |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.
Kimin dövründə Azərbaycan vahid dövlətdə birləşdi?
Şah İsmayıl Xətai
Sultan Süleyman Qanuni
Şah I Təhmasib
Uzun Həsən
XI əsrin ortalarından başlayaraq, Azərbaycanın iqtisadi həyatında rolu daha da artmış şəhərlərdən biri deyil:
Səlcuqlar Azərbaycanın işğalını başa çatdırdılar:
Rəvvadilərin tabe edilməsi ilə
Şirvanın tabe edilməsi ilə
Şəddadilərin tabe edilməsi ilə
Sacilərin tabe edilməsi ilə
Yerli feodalların öz malikanələrini idarə etmək üçün monqol xaqanından aldıqları icazə sənədi adlanır:
İltizam hüququ
İbn Sinanın tələbəsi olmuş görkəmli Azərbaycan filosofu:
Bəhmənyar ibn Mərzban
Fələki Şirvani
Fazil Fəriddin Şirvani
Eynəlqüzzat Miyanəçi
Uzun Həsəndən sonra Ağqoyunlu taxtına kim çıxdı?
Gödək Əhməd
Rüstəm Mirzə
Yaqub Mirzə
Şirvanda dərbəndilərin hakimiyyətə gəlməsindən neçə il sonra Şeyx Cüneyd Şirvana və Dağıstana yürüş etdi?
78 il sonra,
80 il sonra,
82 il sonra,
112 il sonra,
Azərbaycan ərazisində mövcud olmuş ən qısa ömürlü feodal dövlət hansıdır?
Şirvanşahlar
Qaraqoyunlu
XII əsrdə Atabəylər sarayında yaşayıb yaratmış şairimiz kimdir?
Kisveri Təbrizi
Ebdulqadir Maragai
Ehvedi Maragai
Mucireddin Beyləqanı
Hesenoglu şeyx Izzeddin
Daha əvvəl baş vermişdir:
Qarabağ xanlığının yaranması
Hülakülər dövlətinin yaranması
Eldənizlər dövlətinin yaranması
Şirvanşahlar dövlətinin yaranması
Şirvanşahlar dövlətinin paytaxtının Şamaxıdan Bakıya köçürülməsi
Dərbəndilər sülaləsinin ilk nümayəndəsi
İlk dəfə Səfəvi şahları tərəfindən paylanmışdı:
Eldənizlər dövlətinin əsası neçənci ildə qoyulmuşdur?
Şirvanın Səfəvi dövlətinə birləşdirilməsi Şirvanşahlar dövlətinin yaranmasından neçə il sonra baş verdi?
450 il sonra,
500 il sonra,
677 il sonra,
607 il sonra,
Neçənci ildə ağqoyunlularla Qaraqoyunlular arasında Muş döyüşü baş verib?
Tamarın Şirvanı Gürcüstana birləşdirmək planının pozulmasında mühüm rol oynadı
İraq Səlcuq sultanlığı
Tiflis müsəlman əmirliyi
Eldənizlər dövləti
Şəddadilər dövləti
Ağsunqurilər dövləti
1190-cı il Həmədan vuruşmasında
III Toğrul oğlu Məlikşahla birlikdə əsir düşdü, Qızıl Arslan parlaq qələbə çaldı
Qızıl Arslan məğlub oldu
Qutluq İnancla və Əmir Əmiran Ömər Qızıl Arslanı məğlub etdilər
III Toğrul müttəfiqləri məğlub etdi
Qazan xanın hansı islahatı 2 müddətində həyata keçirilib?
1473-cu il avqustun 1-i baş vermişdir:
Otluqbeli döyüşü
Malatya döyüşü
Merv döyüşü
Çaldıran döyüşü
Qazan xanın islahatlarının keçirilməsində böyük rol oynayıb:
Nəsirəddin Tusinin
Tacəddin Əlişahın
Həmdullah Qəzvinin
Məhəmməd Naxçıvaninin
Fəzullah Rəşidəddinin
Marağa rəsədxanası hansı ölkə tərəfindən tikilmişdi?
Ağqoyunlular
Eldənizlər
1160 – ci ilə aiddir:
Şəmsəddin Eldənizin köməyilə I Axsitanın taxta çıxması
Eldənizlər dövlətinin süqutu
Tamarın hakimiyyətə gəlməsi
Eldənizlər dövlətinin yaranması
Gürcülərin Buğurd qalasını işğal etməsi
Orta əsrlərdə şərq hökmdarlarının baş vəziri adlanırdı:
Əmir – əl – Üməra
1258 – ci ildə Bağdadı tutdu:
Məhəmməd Olcaytu
Hülakü xan
Şahzadə Yuşmut
Uzun Həsən 1468-ildə müqavimətsiz tutdu:
Qarabağı və Şəkini
Şəkini və Şirvanı
Qarabağı və Azərbaycanın cənubunu
Şirvanı və Azərbaycanın cənubunu
Şəkini və Azərbaycanın cənubunu
Uyğunluğu müəyyən edin :
1. Bakı
2. Şamaxı
3. Ağsu çayı
a. Buğurd
b. Qız qalası
c. Gülüstan
Səfəvi-Osmanlı müharibələri nə vaxt başa çatdı?
Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi başladı:
Uyğunluq gözlənilib:
Hərat sülhünü bağlamışdır:- Bayram Xoca
Hərbi islahat keçirmişdir:- Qara Məhəmməd
Teymuriləri Azərbaycandan qovmuşdur:-Əbu Səid
Salmas döyüşlərində məğlub olmuşdur: Qara İsgəndər
Qaraqoyunlu sülaləsinin əsasını qoymuşdur: Qara Məhəmməd
1587-ci ildə hansı Səfəvii şahı taxta çıxdı?
Şah 1 Təhmasib
1 Şah Abbas
2 Şah İsmayıl
Məhəmməd Xudabendə
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
«AZƏrbaycan tariXİ» FƏNNİNDƏN (kredit sistemi) proqram
Fənnin tədrisi zəngin və dərin köklərə malik Azərbaycan tarixinin ictimai – siyasi, sosial – iqtisadi və mədəni həyatını gənclərimizə – tələbələrimizə obyektiv və olduğu kimi öyrədilməsini nəzərdə tutur. Azərbaycan təhsilində Bolonya prosesinin tətbiqi ilə əlaqədar fənnin tədrisində başlıca məqsəd dərsləri müasir tələblər səviy-yəsində qurmaq üçün interaktiv metodlardan, innovasiyalardan istifadə edərək mövzunun tələbələr tərəfindən mənimsənilməsinə nail olmaqdan, tələbələrdə Azər-baycanın ərazisi, əhalisi və indiki vəziyyəti haqqında geniş və hərtərəfli təsəvvür yaratmaqdan, onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdən, eyni zamanda geniş dünyagörüşünü, tarixi hadisələri analitik təhlil etmək, siyasi proseslərədən düzgün nəticə çıxarmaq qabiliyyətinidə formalaşdırmaqdan ibarətdir.
Orta ixtisas təhsilli mütəxəssis hazırlamaq üşün tələbələrə doğma Vətən tarixinin (Azərbaycan tarixi) öyrənilməsi bütün tarixi məqamlarda, xüsusilə ölkəmizin indiki müstəqillik dövründə olduqca vacibdir. Bunun üçün də tələbələrə Azərbaycan ərazisində qədim dövrlərdən bu günə qədər mövcud olmuş tayfalar, tayfa birlikləri və dövlətlər haqqında məlumat vermək zəruridir. Arxeoloji qazıntılar və elmi təd-qiqatlar nəticəsində Azərbaycan ərazisinin dünyanın qədim insan məskənlərindən biri olması artıq dəfələrlə sübut edilmişdir. Ən qədim daş dövründən burada insanların yaşadığını göstərən Azıx mağarasından tapılmış maddi mədəniyyət nümunələri buna sübutdur. Fənnin tədrisi gedişində tarixin sonrakı dövrlərində Aratta, Turikki, Kuti (Kutium), Lullubi (Lullubum) kimi dövlət qurumları Manna, Midiya, Kimmer-iskit-sak padşahlığı, Atropatena. Albaniya, Qaraqoyunlu, Ağ-qoyunlu, Səfəvilər və s. kimi dövlətlər və imperatorluqlar haqqında tələbələrə geniş məlumat verilir, tariximizin qaranlıq səhifələri işıqlandırılır.
Bu gün Azərbaycan tarixinin ən şərəfli dövrünü yaşadığımız bir vaxtda xalqı-mızın, xüsusilə gənc nəslin tarixi yaddaşının möhkəmlənməsində, onun vətən-pərvərlik və azərbaycançılıq ruhunda tərbiyə edilməsində «Azərbaycan tarixi»nin öyrənilməsi misilsiz əhəmiyyətə malikdir. Xalqımızın Ümümmilli lideri Heydər Əliyev müxtəlif rəsmi və qeyri-rəsmi dövlət tədbirlərində, alimlərlə, xüsusilə tarixçi alimlərlə görüşlərində «Azərbaycan tarixi» nin yeni milli təfəkkür baxımından obyektiv və hərtərəfli öyrənilməsini, tarixi həqiqətlərin aşılanmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Belə ki, uzun müddət mənəvi təhqirlərə, fiziki təzyiqlərə məruz qalmış Azərbaycan xalqı 70 illik totalitar sovet rejimi şəraitində öz soy-kökündən, ənənəvi tarixi əlaqələrindən ayrı salınmağa yönəldilmiş bədnam, zərərli konsepsiyalardan uzaqlaşmalı, keçmişimiz və bu günümüz elmi şəkildə öyrə-nilməlidir.
Fənnin tədrisi nəticəsində əldə olunan kompetensiyalar:
Kompetensiya – fənnin mənimsənilməsi nəticəsində əldə olunan bilik, bacarıq və vərdişlərin praktiki tətbiqidir. Ümumi kompetensiyalar bilik üzərində əsaslan-mış müasir cəmiyyətdə peşəkar və şəxsi sahədə özünü uğurla reallaşdırmaq üçün lazım olan şəxsi, metodiki və sosial kompetensiyalardır. Fənn kompetensiyaları fənn bacarıqlarının mənimsənilməsini təmin edən nəzəri, praktiki və ya eksperi-mental biliklər və bacarıqlar deməkdir.
«Azərbaycan tarixi» fənninin tədrisi prosesində tələbələr aşağıdakı bilik, bacarıq və vərdişləri əldə edir:
• Azərbaycan tarixinin xronoloji ardıcıllıqla sistemləşdirilərək ölkəmizin ərazi-sində tarixən mövcud olmuş müstəqil dövlətlərin torpaqlarının müxtəlif böyük im-peratorluq və işğalçı dövlətlər tərəfindən zəbt edilməsi, əsarət, yaxud asılılıq döv-rünün əzab, əziyyət və məşəqqətlərini, ermənilərin xalqımıza qarşı mütəmadi olaraq törətdikləri qanlı – qadalı soyqırımları haqqında məlumatların tələbələrə çatdırılması yolu ilə onlarda biliklər əldə edilməsinə nail olmaq.
• Tələbələrdə Azərbaycan ərazisində əsrlər boyu baş verən etnik və demoqrafik proseslər, ictimai və siyasi dəyişikliklər haqqında təsəvvür yaratmaq.
* Tariximizin tədrisi gedişində tələbələrin mənəvi-əxlaqi tərbiyəsi ilə əlaqədar iş-lərlə də məşğul olmaq və onların müstəqil Azərbaycan respublikasının hüquqi demokratik, və dünyəvi dövlət kimi formalaşmasında fəal iştirak etməsinə çalış-maq.
Mənbələrlə işləmək bacarığı aşılamaq; *Öyrəniləcək mövzuya marağı artırmaq; * Müasir informasiya vasitələrindən istifadə etməklə;
* Mövzu ilə bağlı qoyulmuş problemlərin həllinə dair tələbələrdə öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı aşılamaq. tələbələrdə bacarığın test, kompüter, referat, müstəqil iş formasını inkişaf etdirmək.
Tədris prosesi zamanı aşağıdakı tədris metodlarından istifadə edilir:
– dialoq forması (nəzəri izahatlar və praktik nümunələrlə);
– müzakirə forması (fərdi çıxışlarla bağlı disputların aparılması, məruzələrin, esselərin və referatların müzakirəsi);
– tələbələrin müstəqil işi (tövsiyə olunan ədəbiyyatın tədqiqi, referat yazmaq, seminar məşğələlərinə məruzələr hazırlamaq).
Bunlardan əlavə kursun tam və hərtərəfli öyrənilib mənimsənilməsi üçün fənnin tədrisi zamanı kredit sistemi əsasında müasir təlim metodları olan interaktiv, kommunikativ, kooperativ, ənənəvi və müəllim tərəfindən əlavə olaraq şərh; tən-qid; müqayisə; analiz; ümümiləşdirmə; emprik yanaşma; prezentasiyaların təşkili metodlardan da istifadə edilir. Kursun müasir tələblər səviyyəsində mənimsənil-məsinə nail olmaq üçün tələbələrə verilən mövzular üzrə nəzəri biliklər aşılanır. Tələbə dərs prosesində nizam-intizamlı olmalı; Göstərilən mövzularla bağlı verilən və tövsiyə olunan ədəbiyyatla müstəqil işləməyi bacarmalı; Əlavə ədəbiyyatdan istifadə etməli; Müzakirələrdə fəal iştirak etməli, mövzular üzrə analitik təhlil aparmağı bacarmalı: Tədrisə 90; 60 saat ayrılır. Bu saatlar da 1 semesterdə həftə ərzində 90 saat 6 qoşa saat, 60 saatda 2 qoşa saat olmaqla yerinə yetirilir .
NÜMUNƏVİ MÖVZU PLANI
AZƏRBAYCAN TARİXİ – 90 SAAT
AZƏRBAYCAN TARİXİ – 60 SAAT
FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI
FƏNNİN MƏZMUNU
MÖVZULAR
1-Cİ MÖVZU: TARİX FƏNNİNƏ GİRİŞ. AZƏRBAYCAN İBTİDAİ İCMA QURULUŞU DÖVRÜNDƏ.
Azərbaycan tarixi ümumdünya tarixinin tərkib hissəsi kimi. “Azərbaycan tarix”i kursunun mövzusu, məqsədi, vəzifələri. “Azərbaycan tarixi” ni öyrənmək üçün mənbələr – arxeoloji abi-dələr və maddi-mədəniyyət nümunələri, III- I minilliklərin qədim – Şumer- Akkad, Assur və Urartu, orta əsr Ərəb, fars və türkdilli yazılı qaynaqları. “Azərbaycan” anlayışı, “azərbaycanlıların” etnik təhlili.
Azərbaycan ərazisində insanın məskən salmasına təsir edən aminllər, insan düşərgələri. İbtidai- icma quruluşu və onun dövrləri. Daş dövrün mərhələləri. “Bacarıqlı”, “Neandertal”, “Ağıl-lı” insanın yaranması. Mənimsəmədən istehsal təsərrüfatına keçıd. Tunc dövrü və onun mər-hələləri. I və II ictimai əmək bölgüsü, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılığın yaranması. Dəmir dövrü. III ictimai əmək bölgüsü. Əmək və ictimai bərabərsizliyin dərinləşməsi.
İbtidai icma quruluşunun dağılması, siniflərin və sinifi cəmiyyətin meydana gəlməsi.
2-Cİ MÖVZU : AZƏRBAYCAN ƏRAZİSİNDƏQULDARLIQ QURULUŞU. ƏN QƏDİM VƏ QƏDİM DÖVLƏTLƏR.
Azərbaycanda ilk tayfa və tayfa ittifaqları: III minillikdə Ur-miya gölü (Lullubi, Kuti, Su (Sub), Turukki), Mil Qarabağ (Naxçı, Gərgər) ərazilərində tayfa birlikləri. Azərbaycanın şimal və cənub bölgələrində inkişafın fərqli cəhətləri. İlk dövlət qurumları: Aratta, Lullubi və Kutı. Erkən Azərbaycan dövlət qurumlarının parçalanması. Quldarlıq quruluşunun xüsusiyyətləri. Qədim Azərbaycan dövlətləri (Manna, Atropatena və Qafqaz Albaniyası). Manna dövlətinin yaranması, yüksəlişi və süqutu. Azərbaycanda Skif (İskit) padşahlığının yaranması.
Azərbaycan Midiya və Əhəməni imperiyasının tərkibində. Atropatena dövlətinin yaranması, qonşu dövlətlərlə münasibətləri, Qafqaz Albaniyasının yaranması və qonşu dövlətlərlə münasibətləri. Yadellilərə qarşı mübarizə.
3-CÜ MÖVZU: AZƏRBAYCAN ƏRAZİSİNDƏ ERKƏN FEODALİZİM DÖVRÜ.AZƏR-BAYCAN XALQININ VƏ DİLİNİN TƏŞƏKKÜL TAPMASI (III-VII ƏSR)
III-IV əsrlərdə Azərbaycanda feodal münasibətlərinin yaranması və onun xüsusiyyətləri. Atropatena və Albaniyada feodal münasibətlərin inkişafı. Əhalinin sinifi və sosial tərkibi. Feodal mülkiyyət formaları. Vergilər və mükəlləfiyyətlər.
Azərbaycan Sasani imperiyası tərkibində. Atropatenanın süqutu. Maniçilik, Məzdəkilər hə-rəkatı. Zərdüştlük. Azərbaycanda Sasani əsarətinə qarşı üsyanlar. Albaniyanın siyasi müstəqil-liyinin güclənməsi.
VI-VII əsrin əvvəllərində Sasani – Bizans müharibələri və Azərbaycan. Xəzər – Azərbaycan münasibətləri.Mehranilər sülaləsinin yüksəlişi. Girdiman (Aqvan) knyazlığı. Cavanşirin daxili və xarici siyasəti.
Azərbaycan əhalisinin etnik tərkibi. Türk etnosunun təşəkkülü, dilin yaranması. Azərbaycan xalqının formalaşmasının başa çatması (VII-VIII əsrlər).
4-CÜ MÖVZU: AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİNİN HÖKÜMRANLIĞI DÖVRÜNDƏ (VII-IX ƏSR).
Ərəb yürüşləri ərəfəsində Azərbaycanda siyasi və sosial- iqtisadi vəziyyət. Ərəb işğalinin başlanmasi və onun nəticəsi. Azərbaycanın Ərəblər tərəfindən işğal edilməsinin başa catması. Azərbaycan Xilafətin tərkibində. Sosial- iqtisadi və siyasi vəziyyət. Ərəb əsarətinə qarşı xalq azad-lıq hərəkatının başlanması.
Babəkin başçılığı altında Azərbaycanda azadlıq müharibəsi. Xilafət dövründə Azərbaycanın təsərrüfat həyatı və mədəniyyəti.
5-Cİ MÖVZU: IX – XII ƏSRLƏRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ.
Ərəb Xilafətinin zəifləməsi və Azərbaycanda müstəqil dövlətlərin yaranması. Şirvanşahlar, Sallarilər, Rəvvadilər, Şəddadilər dövlətləri. Slavyanların Azərbaycana basqınları. IX əsrin ikinci ya-rısı – XI əsrin ortalarında Azərbaycanda iqtisadi tərəqqi. Səlcuqların Azərbaycana yürüşü. Azərbaycanın işğalının başa catması. Azərbaycan türklərinin Cənubi Qafqazda əsas etnik qüvvəyə çevrilməsi. Səlcuq yürüşlərinin yekunu. Böyük Səlcuq imperiya-sının parçalanmasının nəticələri.
XII – XIII yüzilliyin başlanğıcında Azərbaycan feodal dövlətlərinin yenidən bərpası. Atabəylər (Eldənizlər) dövlətinin yaranması. Sosial-iqtisadi və siyasi vəziyyət. Mədəniyyət.
6-CI MÖVZU: MONQOLLARIN AZƏRBAYCANA YÜRÜŞÜ. AZƏRBAYCAN HÜLA-KÜLƏR (ELXANİLƏR) DÖVRÜNDƏ (XIII-XIV ƏSRLƏR).
Azərbaycan monqol yürüşləri ərəfəsində. Monqolların ilk yürüşü. İstilacılara qarşı xalq müqaviməti. Xarəzimşah Cəlaləddinin Azərbaycanda möhkəmlənməsi. Monqolların ikinci yürüşü və nəticələri. Monqolların Azərbaycana üçüncü yürüşü. Azərbaycanın istila edilməsi. Azərbaycan Hülakülar dövlətinin mərkəzi kimi. İdarəetmə sistemi. Torpaq və vergi siyasəti. Monqol ışğallarının viranedici nəticələri. Hülakülar dövlətinin süqutu. Azərbaycan Cəlarilərin hakimiyyəti altında. Teymur və Toxtamışın hücumları. Azərbaycan xalqının istilaçılara qarşı mübarizəsi. Azərbaycanda dövlət quruluşu və idarə sistemi.
7-Cİ MÖVZU: XV ƏSR AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ.
XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti. Qaraqoyunlu dövlətinin yaranması və genişlənməsi. Şirvanşah I İbrahimin birləşdirici siyasəti. Ağqoyunlu dövlətinin yaranması. Xarici siyasət. Teymurilər və Osmanlı dövləti ilə mübarizə. Səfəvi – Qizilbaş hərəkatı. Səfəvilərin Ərdəbil hakimiyyəti. Azərbaycan Rusiya münasibətləri. Avropa ilə əlaqələr. Sosial-iqtisadi həyat. Torpaq mülkiyyət formaları. Mədəniyyət.
8-Cİ MÖVZU: AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN YARANMASI VƏ FƏALİY-YƏTİ (XVI –XVII ƏSRDƏ).
XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti. Azərbaycan Səfəvilər dövlətinin yaranması. I Şah İsmayılın daxili və xarici siyasəti. I Şah Təhmasibin dövründə mər-kəzləşmiş vahid Azərbaycan dövlətinin yaranması prosesinin başa çatması. Səfəvilər dövlətinin Avropa ölkələri ilə əlaqələri. Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi. Osmanlı impe-riyasının Azərbaycanı zəbt etməsi. Siyasi quruluş, idarə sistemi. XVI əsrdə Azərbaycanın ictima-iqtisadi həyatı. Azərbaycanın Səfəvi dövlətinin əyalətlərindən birinə çevrilməsinin başlanğıcı. Qızılbaş əyanlarının hüquqlarının məhdudlaşdırılması. XVII əsrin birinci yarısında Osmanlı – Səfəvi müharibəsinin I mərhələsi. XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti. XVII əsrin ikinci yarısında Osmanlı – Səfəvi müharibələrinin II mərhələsi. İctimai – iqtisadi münasibətlər. XVIII əsrin əvvəllərində Səfəvi dövlətinin zəifləməsi və zəifləmənin səbəbləri. Xalq azadlıq hərəkatının qüvvətlənməsi. Mədəniyyət.
9-CU MÖVZU: AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTLƏRİ SÜQUTU. XVIII ƏSRİN Bİ-RİNCİ YARISINDA AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ, SİYA-Sİ VƏZİYYƏTİ.
XVIII əsrin birinci yarısında Azərbaycanın sosial-iqtisadi şəraiti. Xəzəryanı əyalətlərin Rusiya tərəfindən (1722-1735) işğal olunması. Azərbaycanın qərb və cənub-qərb ərazisinin Osmanlı Türkiyəsi təfindən işğal edilməsi. Azərbaycan torpaqları Osmanlı hakimiyyəti (1723-1735) dövründə. Azərbaycan ərazisində İran –Osmanlı müharibələrinin yeni mərhələsi. XVIII əsrin 30-40-cı illərində Azərbaycanda siyasi vəziyyət. Səfəvi dövlətinin tənəzzülü. Feodalların Muğan qurultayı. Nadirin şah elan edilməsi. Səfəvillər sülaləsinin sonu. Azərbaycan Nadir Şahın imperiyası tərkibində. Sosial-iqtisadi quruluş. İran hakimiyyətin süqutu.
10-Cİ MÖVZU: AZƏRBAYCAN XANLIQLARI (XVIII ƏSRİN II YARISI – XIX ƏSRİN ƏVVƏLLƏRİ).
XVIII əsrin ikinci yarısında Azərbaycanın ictimai- iqtisadi vəziyyəti. Azərbaycan ərazisində xanlıqların yaranması. Xanlıqlar XVIII əsrin son rübündə. Cənub xanlıqları, Şimal xanlıqları. Azərbaycanın şimal – qərb camaatı, sultannları, məliklikləri. Xanlıqların qarşılıqlı münasibətləri və Azərbaycan torpaqların birləşdirilməsi təşşəbüsü. Sosial-iqtisadi həyat. Azərbaycan torpaqlarının işğalı. Azərbaycanın cənub torpaqları İran tabeliyində. Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimal torpaqlarına yürüşü. XVIII əsrin sonu- XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti. Rusiya tərəfindən Azərbaycanın şimal torpaqlarının işğalının başlanması.
11-Cİ MÖVZU: AZƏRBAYCANIN RUSIYA VƏ İRAN ARASINDABÖLÜŞDÜRÜLMƏSİ (1801-1828).
Birinci Rusiya – İran müharibəsinin başlanması. Qarabağ, Şəki, Şirvan, Bakı və Quba xanlıqların işğal edilməsi. Rusiya – İran və Rusiya – Osmanlı müharibələrin son mərhələsi. Gülüstan sülh müqaviləsi. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsinin başa çatması. Rusiyanın işğalçı rejimi.
Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin ikinci mərhələsi. İkinci Rusiya – İran müharibəsi. Şəmkir və Gəncə döyüşləri. Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən iş-ğalı. Türkmənçay sülh müqaviləsi. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinin başa çatması.
12-CÜ MÖVZU: AZƏRBAYCAN XIX ƏSRİN 30-50-CI İLLƏRİNDƏ İNZİBATİ İDARƏ SİSTEMİ VƏ TƏSƏRRÜFAT HƏYATI.
Rusiya imeriyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti. Milli dövlətçilik ənənələrinin məhvi, hərbi müstəmləkə sisteminin tətbiqi. Xanlıqların ləğvi. Komendant idarə üsulunun yaranması və onun mahiyyəti. İnzibati idarə və ərazi bölğüsü. Əhalinin köçürülməsi və sosial tərkibdə dəyişiklik. Ermənilərin Şimali Azərbaycanda kütləvi şəkildə yerləşdirilməsi, rus və alman məskənlərinin salınması. Köçürülmə prosesinin nəticələri. Çarizmin Şimali Azərbaycanda iqtisadi siyasəti. İqtisadiyyatın müstəmləkə siyasətinin tələblərinə üyğunlaşdırılması. Çarizmin müstəmləkə zülmünün güclənməsi. Müstəmləkə və feodal zülmünə qarşı çıxışlar. Müstəmləkə əleyhinə Car-Balakən (1830), Lənkəran (1831), Quba (1837), Şəki (1838) üsyanları. 30- cu illər üsyanla-rının nəticələri.
XIX əsrin 40- cı illər inzibati-məhkəmə, aqrar islahatların müstəmləkə xarakteri. Müs-təmləkəçilik siyasətinin tərkib hissəsi kimi islahatların hazırlanması və həyata keçiriməsi. İslahatların uğursuzluğu. Cənubi Azərbaycanın XIX əsrin 30-50- ci illərində sosial-iqtisadi vəziy-yəti.Sosial-siyasi quruluşu.Cənubi Azərbaycan İran dövlətinin daxili və xarici siyasətində. Şah rejiminin güclənməsi və müstəmləkəçi zülmü. Azərbaycan Babilər hərəkatının mərkəzi kimi.
13-CÜ MÖVZU: AZƏRBAYCANDA KAPİTALİST MÜNASİBƏTLƏRİNİN YARAN-MASI VƏ İNKİŞAFI. MİLLƏTİNİN FORMALAŞMASI (XIX ƏSRİN II YARISI).
Sosial- iqtisadi vəziyyət. Sənayedə kapitalist münasibətlərinin yaranması. Kənddə feodal – asılı münasibətlərinin sarsıtmaq cəhdi. Kəndli cəmiyyətinin yaranması. Burjua islahatları. İs-lahatın yarımçıq və müstəmləkə xarakteri. XIX əsrin 70-90-cı illərində kənd təssərüfatı və sənaye. Sənayenin başqa sahələri. Nəqliyyat və rabitə. Şəhərlər. Sənətkarlıq. Ticarət. Kəndli və fəhlə hərəkatı. Cənubi Azərbaycanın sosial-iqtisadi həyat. Şəhərlər. Sənətkarlıq. Ticarət. Kəsbkarlıq. Əhalinin çıxışları.
Azərbaycanda kapitalizm münasibətlərinin meydana gəlməsi və inkişafı. İqtisadi irəlləyiş. Millətin formalaşması. Formalaşmaya təsir edən amillər: ümumi bazarların yaranması, iqtisadi və mədəni mərkəzlərin meydana gəlməsi, cəmiyyətin strukturunun dəyişməsi, burjuaziya və fəh-lələrin əsas sinfə çevrilməsi. Azərbaycan millətin təşəkkülünün şərtləri: kapitalizmin inkişafı, ərazi bırliyi, dil birliyi, mənəvi birlik. Millətin təşəkkülündə milli burjaziyanın qabaqcıl nümayən-dələrinin və milli-demokratik mətbuatın rolu.
14-CI MÖVZU: ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ. İNQİLABİ VƏ MİLLİ DEMOKRATİK HƏRƏKAT (1901-1918).
Şimali Azərbaycanda sosial-iqtisadi inkişaf. Şəhərlər. Ticarət. Rusiya imperiyasının köçürmə siyasəti. Yeni aqrar qanunlar və onların mahiyyəti (1900-1913). Sosial vəziyyət. Ça-rizmin müstəmləkəçilik siyasətinin xüsusiyyətləri. Mövcud quruluşa qarşı çıxışlar. Bakı tətilləri.
Azərbaycanda 1905-1907-ci illər rus inqilabının səciyyəvi xüsusiyyətləri, çarizmin milli qırğın siyasəti. Milli-demokratik hərəkat. Milli şüurun oyanması. Milli partiyaların yaranması. Rusiyanın Dövlət Dumaları və Azərbaycanlı deputatlar.
Birinci Dünya müharibəsi və Azərbaycan. Fevral inqilabı və ondan sonrakı dövrdə Şimali Azərbaycan.
15-Cİ MÖVZU: CƏNUBİ AZƏRBAYCANDA MİLLİ-AZADLIQ HƏRƏKATININ I MƏRHƏLƏSİ (1905-1911).
Cənubi Azərbaycan İran inqilabı (1905-1911) ərəfəsində. İnqilabın başlanması. Məşrutə (konstitusiya) hərəkatı. Təbrizdə silahlı üsyan.
Səttarxan və Bağırxanın başçılığı altında milli- azadlıq hərəkatının geniş vüsat alması. İrticanın Cənubi Azərbaycana yeni hücumları. Tehranda əksinqilabi çevriliş.
Cənubi Azərbaycan İran inqilabının mərkəzi kimi. İranın digər yerlərində inqilabi hərəkatın canlanması. Xarici müdaxilə. İnqilabın yatırılması. Demokratik və milli-azadlıq hərəkatının tarixi əhəmiyyəti.
16-Cİ MÖVZU: ŞİMALİ AZƏRBAYCAN İSTİQLAL ƏRƏFƏSİNDƏ. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN YARANMASI, FƏALİYYƏTİ, SÜQUTU.
Rusiyada Oktyabr çevrilişi. İctimai-siyasi vəziyyət: Zaqafqaziya (Cənubi Qafqaz) Komis-sarlığı. Zaqafqaziya Seymin. Bolşeviklərin Bakıda möhkəmlənməsi. İkihakimiyyətlik. Azərbaycanlıların 1918-cı il mart soyqırımı. Bakıda bolşevik – daşnak rejiminin yaradılması və onun anti-azərbaycan siyasəti. Zaqafqaziya Federativ Respublikasının süqutu. Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması. Gəncə dövrü. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə. BXKS-nin zəifləməsi, “Sentrokaspi diktaturası”. Bakının azad olunması. Xalq Cumhuriyyəti hakimiyyətinin bütün Azərbaycan ərazisində bərqərar edilməsi.
Dövlət quruculuğu. Azərbaycan Xalq Cumhuriyyətinin dövlət idarəçiliyində parlamentin fəaliyyəti. Sosial-iqtisadi və mədəni tədbirlər. Erməni təcavüzünə qarşı mübarizə. Erməni nüma-yəndələrinin İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi üçün Azərbaycan hökumətinə müraciəti. Zəngəzurun, Şərur – Dərələyəzin, Naxçıvanın, Qarabağın Dağlıq hissəsinin iddialı ərazilərə cevrilməsi. Araz- Türk Respublikası. Beynəlxalq şərait və xarici siyasət. Qonşu döv-lətlərlə münasibətlər. Beynəlxalq aləmdə tanınmaq uğrunda mübarizə. İstila ərəfəsində ölkənin sosial-siyasi vəziyyəti. Aprel istilası. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu.
17-Cİ MÖVZU: CƏNUBİ AZƏRBAYCANDA MİLLİ AZADLIQ HƏRƏKATININ II MƏRHƏLƏSİ (1917-1920).
Cənubi Azərbaycanda ictimai-siyasi və sosial iqtisadi vəziyyət. Azadliq hərəkatının baş-lanması və yüksəlişi. İrticaçı qüvvələrə qarşı mübarizə. Təbrizdə silahlı üsyan. Üsyanın gedişi. Ş.M.Xiyabani. Hərəkatın genişlənməsi. “İctimai İdarə Heyəti”nin yaradılması. Milli hökumətin təşkili və fəaliyyəti. Milli hökumətin süqutu. Milli – demokratik inqilabın məğlubiyyətin səbəbləri, tarixi əhəmiyyəti.
18-Cİ MÖVZU: ŞİMALİ AZƏRBAYCAN SOVET REJİMİ ŞƏRAİTİNDƏ (XX ƏSRIN 20-30- CU İLLƏRİNDƏ).
Azərbaycan SSR-in yaradılması və onun ilk tədbirləri. Siyasi böhran. Bolşevik terroruna baş-lanması. Sovet rejiminə qarşı müqavimət hərəkatı. Gəncə, Qarabağ və Zaqatala üsyanları. Azərbaycan ərazi bütövlüyünə yeni qəstlər. Azərbaycan torpağlarına yiyələnmək uğrunda Rusiya – erməni sövdələşməsi. Moskva və Qars müqavilələri. Azərbaycanda sovet milli siyasəti. Formal müstəqilliyin ləğv olunması. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR), Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) təşkili. Azərbaycan SSR Yeni İqtisadi siyasət şəra-itində. DQMV-nin təşkili və Naxçıvan MSSR-ın yaradılması. Sosialistcəsinə yenidənqurma və onun nəticələri: birtərəfli sənayeləşdirmə, zorla kollektivləşdirmə, mədəni quruculuq. Totalitar sosializim cəmiyyətinin qurulmasi. Kütləvi repressiyalar.
19-Cİ MÖVZU: AZƏRBAYCAN SSR İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVRÜNDƏ.
Sovet Azərbaycanı müharibə edən dövlətlərin planında. İkinci Dünya müharibəsinin baş-lanması. Azərbaycan döyüşcüləri ön cəbhədə. Antifaşist müqavimət və partizan hərəkətı. Milli diviziyaların (402-ci, 223-cü, 416-cı, 271-ci, 77-ci) yaradılması. Azərbaycan SSR-in iqtisadiyyatı müharibənin xidmətində. Azərbaycan mühacirətinin fəaliyyəti. Milli legionlar. Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin faşist işğalından azad edilməsində Azərbaycanlı döyüşçülərin fəal iş-tirakı. Faşizm üzərində qələbədə Azərbaycanın rolu və yeri. Müharibənin Azərbycan xalqı üçün maddi və mənəvi nəticələri. Azərbaycan mədəniyyəti İkinci Dünya müharibəsi illərində. Azər-baycan ziyalı, mədəniyyət və elm xadimləri müharibə dövründə.
Demokratiya və milli- azadlıq uğrunda mübarizənin səbəbləri. Güney Azərbaycanı İkinci Dünya müharibəsi illərində. Demokratik hərəkatın birinci mərhələsi (1941-1945), hərəkatın ikinci mərhələsi (1945-1946). Azərbaycan Demokratik Firqəsinin yaranması. “21 Azər hərəkatı”. Azərbaycan Milli hökumətinin yaradılması, fəaliyyəti. S.C.Pişəvəri. Xarici müdaxilə. “21 Azər hərəkatın” na son qoyulması. Cənubi Azərbaycan mədəniyyəti.
20-CÜ MÖVZU: AZƏRBAYCAN SSR İKİNCİ DÜNYA MÜHARİBƏDƏN SONRAKI DÖVRDƏ (1945-1991).
Siyasi həyat və respublikada totalitar rejimin daha da gücləndirilməsi. Ermənilərin Azər-baycana qarşı yeni ərazi iddiaları. Azərbaycanlıların öz tarixi ərazilərindən departasiyası. 50-ci illərin ortalarında totalitar rejimin yumuşaldılması. Azərbaycanda milli dirçəliş meyllərinə qarşı mübarizə. 60-cı illərdə siyasi sistemin təkminləşdirilməsi cəhdləri. İqtisadi və sosial həyat. 50-60–cı illərin islahatları və onun uğursuzluğunun səbəbləri, cəmiyyətdəki dəyişikliklər. Respublikanın idarəciliyində yeni mərhələ. H.Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi.
İqtisadi və sosial yüksəliş, inkişaf. İqtisadiyyatın planlaşdırılmasında yeni üsullar və tə-sərrüfat rəhbərliyində yeni forma və metodların müəyyənləşdirilməsi. Mövcud olan uğursuzluq-ların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər. Respublikanın milli gəlirinin və sənaye istehsalının artması. Kənd təssərüfatının inkişafına dair tədbirlərin həyata keçirilməsi. 80-ci illərin ortalarında sovet cəmiyyətində ümumi böhran vəziyyəti. İmperiyanın qorunub saxlanması cəhdləri. “Yenidənqurma”. Erməni sepapatçılığının və terrorizmin başlanması. Azərbay-canlıların Ermənistandan qovulması prosesinin başa çatması. Milli- azadlıq hərəkatının başlanması. 20 yan-var façiyəsi.
21-CI MÖVZU: CƏNUBİ AZƏRBAYCAN İRAN İSLAM İNQİLABİ VƏ ONDAN SON-RAKI DÖVRÜNDƏ.
Cənubi Azərbayanda ictimai-siyasi və sosial-iqtisadi vəziyyət. Təbriz üsyanı 1978-1979-cu illər İran inqilabının müjdəcisi kimi. Şah rejiminin devrilməsi. İran İslam Respublikasının elan olunması. İnqilabın qələbəsində Cənubi Azərbaycanın rolu. İran inqilabından sonrakı dövrdə Cənubi Azərbaycanın sosial – siyasi vəziyyəti. Azərbaycan türklərinə qarşı fars şovinizminin təzahürləri. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi – siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi ilə mədəni – mənəvi yaxınlaşma meylinin artması.
22-Cİ MÖVZU: MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTCİLİYİNİN BƏRPASI, QURUL-MASI, MÖHKƏMLƏNDİRİLMƏSİ VƏ İNKİŞAFI.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasına mane olmaq cəhdləri. Dövlət müstəqilliyin bərpa edilməsi. Azərbaycan Kommunist partiyasının buraxılması (14 sentyabr 1991-ci ıl). “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” nın qəbul edilməsi (18 oktyabr 1991). Parlamentinin Milli Şurasının yaradılması. Azərbaycan Respublikasının Dövlət himi və Dövlət gerbinin qəbul edilməsi. Qarabağ müharibəsinin başlanması. Siyasi böhranın dərinləşməsi. Azərbaycan torpaqlarının rus hərbi qüvvələrinin köməyi ilə erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi. Xocalı soyqırımı, Şuşanın və Laçının işğalı. Respublikada hərc-mərcliyin, özbaşnalığın artmasış Dövlət çevrilişinə cəhd. AXC – Musavat cütlüyünün hakimiyyəti ələ keçirməsi. Hakimiyyət böhranı. Gəncə qiyamı. Müstəqilliyin möhkəmləndirilməsinə maneələr. Milli qurtuluş. Dövlətçiliyə yönələn qəsdin iflası.
Müstəqil Azərbaycanın ilk konstitusiyasinin qəbul edilməsi. Demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilnəsi. Hüquqi dövlət quruculuğu. 1995-ci il noyabrın 12–də demokratik seçkilərin keçirilməsi. Demokratik parlamentin yaradılması. Siyasi, iqtisadi, hüquqi sahələrdə islahatların keçirilməsi. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulması. Respublikada ölüm cəzasının ləğv edilməsi. Cəmiyyətdə sabitlik əmin-amanlığın yaradılması. Dünya Azərbaycanlilar arasında əlaqələrin geniş-lənməsi. Yeni Azərbaycan Partiyasının ümummilli partiyaya çevrilməsi.
Bazar münasibətlərinin formalaşdırılması. İqtisadi dircəlişin başlanması. Respublika iqtisadiyyatının inkişafında sahibkarlığın fəaliyyətinə diqqət yetirilməsi. Dövlət müəssisələrinin özəlləşdirilməsi, sahibkarlıq fəaliyyəti haqqında hüquqi bazanın yaradılması. Aqrar islahatlar. Beynəlxalq iqtisadi əlaqələr. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqların dinc yolla azad edilməsi sahəsində Azərbaycan dövlətinin fəaliyyəti. ATƏT-in Minsk qrupu cər-civəsində Qarabağ məsələsinin həlli. H.Əliyevin rəhbərliyi altında respublikanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi uğrunda mübarizəsi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi sahəsində aparılan danışıqlar. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə iştirakı. Mədəni dircəliş. Milli ideologiyanın formalaşması.
30-CU MÖVZU: MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI III MİNİLLİKDƏ.
Hüquq islahatları. İnsan hüquq və azadlıqların müdafiəsi tədbirləri. Yeni liderlə – İ.Əliyevlə üçünçü minilliyə doğru. Müstəqilliyimizdən keçən iyirmi il. Prezident İ.Əliyevin sahibkarlığın inkişaf etdirilməsi yolunda, eləcədə regonal iqtisadi tarazlığın təmin olunması sahəsində verdiyi fərmanlar. Dünya Azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçiril-məsinə açılan imkanlar. Konstitusiyaya edilmiş dəyişikliklər. Neft strategiyasının uğurları. De-mokratik dünyaya doğru daha bir addım. Azərbaycanın iqtisadi cəhətdəın güclü dövlətə çev-rilməsi. Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş ərazilərimizin azad edilməsi uğ-runda mübarizə. Geostrateji mövqelərin möhkəmləndirilməsi.
Ə D Ə B İ Y Y A T
- Azərbaycan tarixi / Ən qədim zamanlardan XX əsrədək, I cild. Baki,1994
- Azərbaycan tarixi, 7 cildə. Bakı,1998-2003
- Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989
- Azərbaycan etnoqrafiyası, I cild. Bakı,1988
- Azərbaycam tarixi sənədlər və nəşrlər üzrə. Bakı,1990
- Azərbaycan tarixi üzrə qaynaqların öyrənilməsi problemləri. Bakı,1987
- Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanun). Bakı,2009
- Azərbaycanda siyasi mübarizə. Bakı,1995
- Bakıxanov A . Gülüstani-İrəm. Bakı,1951
- Bünyadov Z. Azərbaycan Atabəylər dövləti. Bakı,1985
- Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı,1989
- Cənubi Azərbaycan tarixi məsələləri. Bakı,1991
- Dəlili H. Azərbaycanın Cənub xanlıqları. Bakı,1979
- Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı,1993
- Əhmədova E. Qarabağin siyasi tarixi və tarixi coğrafiyası (XVI-XVIII əsrlər). Bakı,2009
- Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü və bey-nəlxalq təşkilatlar. Bakı,1998
- Əliyev R. XIX əsrin 30-50-ci illərində Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafı. Bakı,1989
- Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı,1988
- Həsənov Ə. Azərbaycanın xarici siyasəti. Avropa dövlətləri və ABŞ 1991-1996. Baki,1998
- Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı,2006
- Həsənov H. Ə. Türkiyənin Azərbaycanın müstəqilliyinin ta-nınması tarixindən. Bakı,2005
- Gülmalıyev M. XVIII əsrin son rübü – XIX əsrin birinci yarısında Azərbaycan kəndində sosial-iqtisadi struktur. Bakı,1989
- İbrahimov C. Azərbaycanin XV əsr tarixinə dair oçerklər. Bakı,1958
- Историческая география Азербайджана. Баку,1987
- Исмаилов М. Соцално-экономическая структура Азербайджана в эпохи империализма. Баку,1982
- Mahmudov Y.Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı, 2002
- Mahmudov Y. Azərbaycan tarixində H.Əliyev şəxsiyyəti. Bakı,2002
- Мамедова Ф. Политическая история и историческая география Кавказкой Албании. Баку,1986
- Mustafazadə T. XVIII yüzillik– XIX yüziliyin əvvəllərində Osmanlı- Azərbaycan münasibətləri. Baskı,2001
- Orucov H. Heydər Əliyev və Azərbaycanda milli siyasət. Bakı,2001
- Sayadov S. XX əsr: Azərbaycan və dünya. Baki,2006
- Səmədzadə Z.Dağliq Qarabağ naməlum həqiqətlər. Bakı, 1995
- Süleymanova M. Milli qəhrəmanlar. Bakı,1994
- Süleymanova S. Azərbaycanda ictimai-siyasi hərəkat / XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəlləri. Bakı,1999
- Süleymanov M. Milli qəhrəmanlar. Bakı,1994
- Süleymanov M. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı,1999
- Siyasi tarix / I-II hissələr. Bakı,1999
- Şükurov K. Azərbaycan tarixi / Ən qədim zamanlardan bizim dövrədək. Üç hissədə // Dövrlər, hadisələr, sinxronlaşdırılmış cədvəllər. Bakı,1998
- Vəkilov R. Azərbaycan Respublikasının tarixi. Bakı,1998
- Vəkilov C. Azərbaycan Respublikası və İran 40- cı illərdə. Bakı,1991
- Vəkilov Azərbaycan Respublikasının tarixi. Bakı,1998
- Yaqublu N. Xocalı qırğını. Bakı,1992
- Zeynalov Ə.Sınaq illəri. Bakı,2005
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Azərbaycan xalqının tarixi və ya”tərcümeyi- hal”ı [2-ci hissə]
(əvvəli ötən sayımızda)
Mənbələr ondan artıq etnosun adını çəkir, ancaq bu adlar, demək olar ki, heç nə demir.
Eramızın ilk əsrlərində Azərbaycana gələn türklər Altaylardan Qərbi Avropaya doğru yürüş edən hunlardan idilər. Onlar Qafqaz dağlarını aşıb Şimaldan Cənuba doğru böyük kütlələr halında hərəkət edərək ölkədə məskunlaşırdılar. Bu proses yüzillər boyu davam etmişdir… Həmin hərəkətin (əslində, hərəkatın!) nə qədər ardıcıl (və güclü!) olduğunu təsəvvür etmək üçün yalnız onu xatırlamaq kifayətdir ki, əvvəl İran, sonra isə ərəb hökmdarları türklərin Şimaldan Cənuba axınlarının qarşısını almaq üçün müxtəlif səddlər, o cümlədən Dərbənd səddini qurmağa məcbur olmuş, ancaq bu təbii- tarixi (passionar) axının qarşısını ala bilməmişlər. Qafqaz dağlarını aşıb keçən hun (get- gedə daha çox qıpçaq) türkləri nə qədər Cənuba ensələr də, onların məskunlaşdıqları əsas coğrafiya Azərbaycanın Şimalı (Albaniya) idi.
Çox keçmədi ki, tanrıçı hun- qıpçaqlar həmin regionda yerli əhaliyə çevrildilər. Ancaq onlar Şərqi Avropadakı – Dəşti- Qıpçaqdakı “əcdadlar”ı ilə əlaqəni üzməmişdilər. Yeni axınlar baş verirdi… Dəşti- Qıpçaqdakı kimi Azərbaycanda da qıpçaqlar tanrıçılığı qorumaqla yanaşı xristianlığı da qəbul etməyə başladılar.
Və bir faktı xüsusi olaraq qeyd etmək lazımdır (bunu dövrün erməni və gürcü mənbələri də göstərir) ki, eramızın I minilliyi ərzində Qafqazın Cənubunda qıpçaq türklərinə qarşı dura biləcək bir ictimai- siyasi qüvvə yox idi. Onların (qıpçaq türklərinin) yaratdıqları birliklər o qədər davamlı olmasa da, regionun bütün əhalisini özlərinin təsiri altına almışdılar. Birincisi ona görə ki, həm sayca çox idilər, həm də Şimaldan gələn axınlar hesabına sayları get- gedə daha da artırdı. İkincisi isə, böyük döyüş təcrübəsinə, möhtəşəm hərbi qüdrətə malik idilər. Nəinki yerli Qafqaz, eləcə də gəlmə İran mənşəli etnoslar, hətta Cənubi Qafqazı zəbt edən sasanilər, ərəblər belə onlarla hesablaşmalı olmuşdular.
Hunların tərkibi də müxtəlif idi, türk dilinin müxtəlif dialektlərində danışırdılar. Mənbələr suvar (sabir), xəzər (kaspi), onoqur, haylandur, kəngər, bulqar və b. tayfaların, yaxud tayfa birliklərinin adını çəkir. Bununla belə aparıcı mövqeydə məhz qıpçaq türkləri dayanırdılar. Onlar mənbələrdə adı çəkilən müxtəlif türk tayfalarını, yaxud tayfa birliklərini (əslində onların qalıqlarını) öz idarəçilikləri altında birləşdirərək VI- VII əsrlərdə Cənubi Qafqazda tam hakim oldular.
Eramızın ilk əsrlərində Qafqazın Cənubunda məskunlaşan türklərin əsas rəqiblərindən biri, bəlkə də, birincisi yunanlar idi. Anadolunu bütünlüklə zəbt etmiş yunanlar Qafqazı da nəzarət altında saxlamağa cəhd edirdilər. Xüsusilə xristianlığın yayılmasından sonra yunanların Qafqaz- Kiçik Asiyadakı mövqeləri güclənmişdi. Bununla belə əvvəl sasanilərin, sonra isə ərəblərin Cənubi Qafqaza hərbi- siyasi müdaxilələri yunanlara- Bizansa Anadoludan Şərqə doğru genişlənməyə qəti şəkildə mane oldu. Bu müdaxilə- hücumların bir mühüm təsiri də ondan ibarət idi ki, əvvəl Qafqaz, sonra isə İran etnosları yaşayış üçün o qədər də münasib olmayan dağlara, dənizsahili yarımsəhralara sıxışdırıldılar. Qıpçaq türkləri isə ümumtürk yaşam texnologiyalarına uyğun olaraq dağətəyi yerlərdə, yaxud çöllərdə məskunlaşırdılar. Bunu müasir Azərbaycanın etnik mənzərəsi də göstərir.
Azərbaycanın Şimalında (Cənubi Qafqazda) daha çox məskunlaşan hun türklərinin xüsusilə ilk orta əsrlərdə böyük kütlələrlə Azərbaycanın Cənubuna (tarixi Azərbaycana) köçürülməsi faktını mənbələr təsdiq edir.
Beləliklə, hun- qıpçaq türklərinin Qafqaza (oradan da daha cənuba) axını ilə Azərbaycanın türkləşməsinin (və Azərbaycan xalqının təşəkkülünün!) əsası qoyulur.
Oğuz- səlcuqlar. Və Azərbaycan.
Eramızın ilk əsrlərindən başlayaraq Azərbaycanda məskunlaşan türklərin (qıpçaqların) etnocoğrafi mövqeyini IX- XI əsrlərdə tədricən intensivləşən oğuz- səlcuq yürüşləri möhkəmləndirir. Mərkəzi Asiyadan başlayıb Xəzərin Cənubundan keçməklə Anadoluya doğru istiqamətlənən (və orta əsrlərin sonlarına qədər mərhələlərlə davam edən ) bu yürüşlər, hun- qıpçaq axınlarından fərqli olaraq, daha çox hərbi- siyasi xarakter daşıyırdı.
Qıpçaqların mədəniyyəti daha çox şifahi yaradıcılığa, köçəri həyat tərzinə əsaslandığı halda oğuzların mədəniyyətində yazı, oturaqlıq, şəhər həyatı daha üstün olmuşdur.
Və bir fərq də ondan ibarət idi ki, oğuz- səlcuqlar artıq islam dinini qəbul etmiş, yaxşı təşkilatlanmışdılar. Onların saraylarında türk dili ilə yanaşı fars, ərəb dilləri də böyük nüfuza malik idi. Çünki oğuz- səlcuq əsilzadələri özlərini yalnız türk kimi deyil, həm ərəb, həm fars, həm də bir türk kimi hiss edir, yəni bütövlükdə müsəlman dünyasının övlad- varisləri sayırdılar.
Azərbaycanda Atabəylər dövlətini yaradan oğuz- səlcuqlar tədricən Anadoluya- Bizansa öz passionar güclərini göstərməyə başladılar. Və XI- XIII əsrlərdə böyük bir ərazini zəbt edərək dövlətlərini qurdular. Anadolunun (nəticə etibarilə, İstanbulun) fəthi XIII əsrdən sonra- osmanlılar dövründə də davam etdi.
Azərbaycanda (eləcə də Şərqi Anadoluda) oğuz- səlcuqların tarixi missiyasını əks etdirən ən mühüm tarixi- ədəbi mənbə “Dədə Qorqud” eposudur. Epos Azərbaycanın (və Şərqi Anadolunun) türkləşməsinin ikinci dövrünü olduqca aydın detal və təfərrüatlarla təqdim edir. Maraqlıdır ki, regiona yürüş edən oğuzların qarşısında artıq yerli əhaliyə çevrilmiş qeyri- müsəlman (kafir) qıpçaq türklərini, daha uzaqlarda (Qərbdə) isə yunanları görürük ki, bu da regionun etnik tərkibi barədə obyektiv təsəvvür yaradır.
Odur ki, erməni, eləcə də gürcü mənbələrinin IX- XI əsrlərdə – I minilliyin sonu II minilliyin əvvəllərində erməni və ya gürcülərin Qafqazın Cənubunda hansısa ciddi etnik- siyasi hadisə olmaları barədəki məlumatları böyük şübhə doğurur. Və xristian missionerliyinin gələcəyə- təbliğata hesablanmış xəyalpərəst iddialarından başqa bir şey deyildir.
Oğuz- səlcuq türklərinin Azərbaycanın həm Cənubunda, həm də Şimalında yayılması əhəmiyyətli bir maneə ilə qarşılaşmır. Artıq qeyd etdiyimiz kimi, yalnız Şimalda qıpçaq türklərinin o qədər də davamlı olmayan müqavimətindən danışmaq olar… Bununla belə nəzərə almaq lazımdır ki, oğuz- səlcuq yürüşlərinin əsas istiqaməti Qərbə- Anadolunun içərilərinə doğru olduğundan nə Cənub- Qərb, nə də Şimal Qərb istiqamətləri strateji əhəmiyyət kəsb etmirdi.
Azərbaycanda məskunlaşan (və Azərbaycan xalqının formalaşmasını təmin edən!) oğuz- səlcuqlar arxasınca regiona əsasən oğuzların, müəyyən qədər isə digər türk etnoslarının axınları XVI əsrə qədər davam etdi. Monqol- tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların yürüşləri formalaşmaqda olan Azərbaycan xalqının etnik tərkibini (potensialını!) gücləndirdi. Və eramızın ilk əsrlərindən başlayan proses orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər kəsilmədən davam etdi.
Oğuz- səlcuq yürüşləri XIII əsrdən başlayaraq Anadoluda – Kiçik Asiya yarımadasında (sonralar isə Balkanlarda) digər bir oğuz- türk xalqının – Osmanlıların (nəticə etibarilə, Türkiyə türklərinin) əsasını qoydu.
Biri digərinə çox yaxın olan türkmənlər, Azərbaycan və Türkiyə türklərinin etnik- coğrafi əsasları müxtəlif dövrlərdə qoyulsa da, onların müstəqil bir xalq kimi formalaşması, demək olar ki, eyni dövrə – XVI- XVII əsrlərə təsadüf edir. Əsasları eyni “etnik material”dan olan müasir türkmən, Azərbaycan və türk xalqlarının orta əsrlərin sonlarına doğru müstəqil xalqlar kimi meydana çıxmalarının etnik- coğrafi, siyasi, dini və s. səbəbləri vardır ki, bunlar bir kompleks halında oğuz türklərinin həmin xalqlara bölünməsini şərtləndirmişdir.
Azərbaycan xalqının təşəkkül- formalaşma prosesinin başa çatması Qaraqoyunlu, Ağqoyunlu və xüsusilə Səfəvilər dövlətlərinin qurulması ilə eyni dövrə düşür. Bu, təsadüfi deyil. O mənada ki, bunlar biri digərini şərtləndirən hadisələrdir… Xalqın təşəkkül- formalaşması milli dövlətin qurulması ehtiyacını doğurur, milli dövlətin qurulması isə xalqın formalaşmasını ( mütəşəkkilliyini!) təmin edir.
XVI əsrin ilk illərində meydana çıxan Səfəvilər dövləti türk dövlətçilik ənənələrinə əsaslanırdı. Və Qaraqoyunlularla Ağqoyunluların birbaşa davamı idi… I Şah İsmayılın qurduğu bu möhtəşəm dövlət Azərbaycanın (və Azərbaycan xalqının) sərhədlərini müəyyənləşdirdi. Səfəvilərin Azərbaycan xalqının “tərcümeyi- halı”ındakı yerini təsəvvür etmək üçün yalnız o faktı xatırlatmaq kifayətdir ki, nə Səfəvilərə qədər, nə də Səfəvilərdən sonra Azərbaycanı (və Azərbaycan xalqını) bu qədər genişliyi (və bütövlüyü, tamlığı. ) ilə özündə birləşdirən bir dövlət olmamışdır.
Mərkəzi Təbriz olan Azərbaycan Səfəvilər dövləti, çox təəssüf ki, xalqın tarixinin ən həssas dövründə – XVII əsrin əvvəllərində öz milli xarakterini itirib iranlaşdı… XVIII əsrdə Nadir şahın Azərbaycan dövlətinin təbii- tarixi hüdudlarını “yenidən müəyyənləşdirmək” cəhdi də nəticə etibarilə, uğursuz oldu.
Azərbaycan xalqının təxminən min beş yüz illik təşəkkül- formalaşma tarixini biri digərinin bilavasitə davamı olan aşağıdakı dövrlərə bölmək mümkündür:
1) hun- qıpçaq türklərinin məskunlaşması dövrü (eramızın ilk əsrlərindən I minilliyin sonu II minilliyin əvvəllərinə qədər);
2) oğuz- səlcuq türklərinin məskunlaşması dövrü (I minilliyin sonu II minilliyin əvvəllərindən orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər).
Bununla belə nəzərə almaq lazımdır ki, birinci dövr Azərbaycanın türkləşməsinin başlanğıcı olsa da, Azərbaycan xalqının təşəkkül- formalaşma prosesində əsas rolu ikinci dövr oynayır. Yəni yerli hun- qıpçaqlarla (və bir sıra qeyri- türk mənşəli yerli, eləcə də gəlmə etnoslarla) qaynayıb qarışan oğuz- səlcuqlar yeni bir “super- etnos” yaradırlar.
Beləliklə, Azərbaycan xalqının eramızın ilk əsrlərindən başlayan təşəkkül- formalaşma tarixi orta əsrlərin sonu yeni dövrün əvvəllərində – XVI- XVII əsrlərdə başa çatır. Və min beş yüz illik bu uzun dövrdə Azərbaycan xalqı öz etnik coğrafiyasını müəyyənləşdirir, milli dövlətlərini qurur və ya milli dövlətçilik mədəniyyətini (modelini!) yaradır, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Bakı kimi onlarla dünyaca məşhur şəhərlərini salıb düşmənlərdən müdafiə edir, Xətib Təbrizi, Bəhmənyar, Nizami Gəncəvi, Nəsrəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi böyük mütəfəkkirlərini yetişdirir. Ən mühüm yaradıcılıq hadisəsi isə odur ki, xalq özünün şah əsərini – “Dədə Qorqud” eposunu yaradaraq dilinin, ruhunun, coğrafiyasının, etnik tarixinin mənzərəsini, bütövlükdə özünü (kimliyini!) təqdim edir.
II. Azərbaycan xalqının milli azadlıq (müstəqillik) uğrunda mübarizəsi.
Azərbaycan xalqının tarixində milli azadlıq (müstəqillik) uğrunda mübarizəni şərtləndirən birinci cəhət, heç şübhəsiz, onun (xalqın!) mükəmməl bir təşəkkül- formalaşma prosesindən keçib gəlməsi olmuşdur. Kifayət qədər geniş (və hər cəhətdən məhsuldar) coğrafiyanı əhatə edən, müasir (və proqressiv!) mənəvi- mədəni (və dini!) dünyagörüşə sahib, qədim dövlət quruculuğu ənənəsinə malik bir xalqın müstəqil (bütöv!) dövlətinin olmaması faciəvi bir paradoks idi.
Bunun ən azı üç səbəbi vardı:
1) türk dövlətləri arasında rəqabət mövcud idi;
2) müsəlman birliyinin mərkəzləşdirici təsiri özünü göstərirdi;
3) və regionda etnosiyasi münaqişələr dayanmırdı.
Azərbaycan Səfəvilər dövləti Azərbaycan xalqının təşəkkül- formalaşma dövrünün hadisəsi idi. Və xalqın milli dövlət quruculuğu istedadının təzahürü kimi meydana çıxmışdı… Ancaq çox keçmədi ki, milli məzmununu itirib farslaşdı. Azərbaycan ərazisində biri digərindən az və ya çox dərəcədə asılı olan, bununla belə hər biri müstəqilliyə can atan kiçik dövlətlər – xanlıqlar əmələ gəldi ki, onları mərkəzləşdirəcək bir milli siyasi gücün olmaması ölkəni həmişə xarici müdaxilələr qarşısında, demək olar ki, müdafiəsiz qoyurdu.
Beləliklə, yenicə təşəkkül tapmış- formalaşmış, böyük bir milli mənəvi enerji ilə tarix meydanına çıxmış xalqın mərkəzi hakimiyyəti olmadığından onun ərazisi İran və Osmanlı dövlətləri arasında müharibə meydanına çevrilmiş, əhalinin taleyi isə müdaxiləçilərin ümidinə buraxılmışdı.
Похожие статьи
-
Azərbaycan ərəb xilafətinin tərkibində
Azərbaycan ərəb xilafətinin tərkibində fəlsəfə üzrə fəlsəfə doktoru Haqqinda.az Azərbaycan Ərəb Xilafətinin tərkibində → Azərbaycan Ərəb Xilafətinin…
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
-
Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…
-
Azərbaycan multikulturalizmi Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan…
-
Azərbaycan respublikasının mədəniyyət siyasəti.bakı-2000
Azərbaycan respublikasının mədəniyyət siyasəti.bakı-2000 Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda…
Comments are closed, but trackbacks and pingbacks are open.