Azərbaycanda multikulturalizm
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Çünki bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə yüksəlməsi ilə müşayiət olunur. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Bu mənada multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Digər tərəfdən multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.
Azərbaycanda Multikulturalizm
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2016-cı il.
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə – yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Hal-hazırda rayonumuzda on altı xalqın nümayəndəsi yaşayır .Bunların sayı 1655 nəfərdir.Daha çox türkər və ruslar təşkil edirlər. Tədqiqatçılar yazır ki, Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə Vyutenberq krallığından köçürüblər. Onların ilk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Bakıda və s. ərazilərdə məskunlaşdığını qeyd edən mütəxəssislər bildirir ki, almanlar ölkəmizdə alman mədəniyyətini, təhsilini, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdiriblər. “Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet imperiyası onları Sibirə və Qazaxıstana sürgün edib
Kitabxanalar multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənməli və təbliğ etməlidirlər. Vəsaitdə Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunması ilə bağlı kitabxanalarda müvafiq tədbirlərin keçirilməsinə kömək məqsədilə nəzərdə tutulmuşdur.
Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm (ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir) sosialmədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir.
Multikulturalizm – ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmışdir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.
Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayır. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış ümummilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq, dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar.
Təkcə Bakıda rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.
Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünə məxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün hüquqlara malikdirlər. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.
Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınmış qeyri müsəlman dini icmaların fəaliyyətini təmin edən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Komitənin əsas vəzifəsi isə ölkədə müxtəlif din və konfessiyalara bərabər imkanlar və şərait yaratmaqdan ibarətdir.
Milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir və tolerantlıq baxımından örnək bir dövlət kimi özünü təsdiqləyən Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün dinlərə etiqad edənlərin azad yaşadığı bir dövlətdir. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan konstitusiyasında (maddə 25, 44.) göstərilmişdir. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır:
• BMT-nin İnsan hüquqları Haqqında Ümumi Bəyannaməsi;
• İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası;
• BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktı;
• Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı;
• ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi;
• Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında” konvensiya.
Azərbaycanda müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verir, dövlət strukturlarında çalışırlar. Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən, rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunurlar.
2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhə miyyətini nəzərə alaraq 15 may 2014-cü ildə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır. Mərkəz Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə ardıcıl işlər görür. Azərbaycan dünyada multikulturalizm ölkəsi kimi tanıdılaraq mövcud multikultural modelləri tədqiq və təşviq edir. Mərkəz millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirir.
Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Tarixdə ilk dəfə olaraq 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdur. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir – Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında 2013- cü il may ayının 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 2015-ci il 18-19 mayda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyəti böyükdür. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir
Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan idman yarışlarının da böyük əhəmiyyəti var. İdman yarışları əslində, elə tolerantlığı, sülhü təbliğ edir. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq,dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula-1” avtoyarışları üzrə Avropa Qran Prisi, Şahmat Olimpiadası və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, “Eurovision” mahnı yarışması, idman tədbirləri bir daha sübut edir ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya nümunə olaraq göstərirlər.
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.
Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən foto –şəkillərin sərgilənməsi məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir. Fondun digər bir xidməti Azərbaycanın Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşməsidir. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər.
Hazırda görülən işlərin davamı kimi cənab İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam, sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilmişdir.
Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq.
Bütün bu deyilənlərə yekun olaraq nəticə çıxarmaq olar ki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun əsas örnəklərindən biri Azərbaycan Respublikasının tərəqqisidir ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri də harmonik inkişaf edirlər.
Multikulturalizmin təbliğində kitabxanaların rolu
Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır. Kitabxanalar həmişə milliyyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsilə təbliğ edirlər. İl ərzində kitabxanalar multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı aşağıdakı istiqamətlərdə öz işlərini qura bilərlər:
Kitabxanada Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə kütləvi tədbirin müxtəlif formalarından istifadə etmək olar
Kitab müzakirələri, dəyirmi masalar, mühazirələr, seminar-müşavirələr, konfranslar, məktəblilər arasında sual-cavab gecələri, disputlar ,sərgilər,foto-stendlər təşkil etmək olar.
“Heydər Əliyev fenomeni və multikulturalizm “,“Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir”, “Azərbaycanda multikulturalizmin tarixi”,”Azərbaycanda tolerantlıq ,“Azərbaycanda yaşayan azsaylı xalqlar”, “Azərbaycan multikulturalizmi bu gün”,“2016-cı il multikulturalizm ilidir” , “Multikulturalizm Azərbaycanın həyat tərzidir”və s başlıqlar altında kitab sərgiləri təşkil etmək olar.
“Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm”,“Azərbaycanda tolerantlıq”, “Multikulturalizm və mədəni özünüdərk”, “Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib”, “Azərbaycan – tolerantlığa nümunə ölkə”, “Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir” və s. adlarda məruzələr hazırlamaq olar.
Azərbaycanda dini tolerantlıq ənənələrinin təbliği məqsədilə “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasəti kimi”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət din münasibətləri”, “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir” və s. mövzularda mühazirələr keçirmək olar.
Kitabxanada Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda və digər mövzularda müzakirələrin aparılması tövsiyə olunur. Ərazidə yerləşən Hərbi hissələrdə, məktəblərdə birgə “Bu Vətən bizimdir”, “Multikulturalizm və vətənpərvərlik”, “Milli mənsubiyyət – qürur, Azərbaycanlı olmaq – fəxarətdir” və s. adlarda sual-cavab gecəsi təşkil etmək olar. Bu tədbirin əsasən məktəblilərlə keçirilməsi məqsədəuyğun olardı.
Kitabxanada vaxtaşırı söhbətlərin aparılması tövsiyə olunur. Söhbəti kiçik qrup ilə və ayrı-ayrı şəxslərlə (fərdi) keçirmək olar. Söhbətin əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin birgə müzakirəsidir. Söhbətə hazırlıq metodikası onun məqsədinin müəyyən edilməsindən, mövzunun seçilməsindən, planın işlənməsindən, materialın seçilib öyrənilməsindən, əyani materialların toplanmasından ibarətdir. Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşundan, kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başlamaq olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb etmək üçün oxuculara veriləcək suallar diqqətlə düşünülməlidir. Söhbəti istiqamətləndirərkən söhbət aparan şəxs mövzunun bütün məsələlərini əhatə etməli, aydın, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar göstərməli, onu hamının işi və həyatının konkret məsələləri ilə sıx bağlamalıdır.
Məktəblilər arasında multikulturalizm mövzusunda “Multikulturalizm uşaqların gözü ilə” devizi altında rəsm sərgiləri və rəsm müsabiqələri təşkil etmək olar.
Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları
/elmi red. Abdulla Kamal; tərt.: M.Nağısoylu, F.Ələkbərli, Ə.Bağırov, İ.Quliyev; rəy. T.Kərimli, N.Qasımzadə.- Bakı: BBMM, 2016.- Kitab I.- 288 s.- (Azərbaycan multikulturalizminin qaynaqları seriyası).
Azərbaycanda ənənəvi din
/A.Şirinov [və b]; red. N.Məmmədov; elmi red. A.Şirinov; ön söz müəl. M.Qurbanlı; Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi.- Bakı: Elm və təhsil, 2014.- 442 s.
Heydər Əliyev siyasəti: Tolerantlıq: çıxışlar, nitqlər, görüşlər, təbriklər /[Azərb. Resp. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi]; ön söz M.Qurbanlı; burax. məsul S.Salahlı (Aran).- Bakı: Elm və təhsil, 2015.- 502 s.
Həsənov, A. Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri: [monoqrafiya] /Anar Həsənli; elmi red. S.Hüseynov; ön söz İ.Rüstəmov.- Bakı:NurArt, 2014.- 143
Hüseynov, S. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik /S.Y.Hüseynov; elmi red. A.Əlizadə.- Bakı: Təknur, 2012.- 175, [1] s.
Mirzəzadə, R. Multikulturalizm siyasəti və şərq-qərb müxtəlifliyi: Gender, din və mənəviyyat /R.R.Mirzəzadə; elmi məsl. İ.Məmmədzadə; AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu.- Bakı: Təknur, 2012.- 159 s.
Mirzəzadə, R. Multikulturalizm siyasəti: Din və gender dialoqunda /R.R.Mirzəzadə; elmi məsl. İ.Məmmədzadə; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu.- Bakı: [Təknur], 2013.- 167 [1] s.
Nəsibov, E. İnkişaf və sülh ideyaları /E.Nəsibov; elmi red. C.Cabbaroğlu.- Bakı: [Elm və Təhsil], 2014.- K.5.- 169, [1] s.
Niftiyev, N. Azərbaycanda birgəyaşayış və multikulturalizm /N.Niftiyev; ön söz E.Nəsirov; elmi red. İ.Abbasov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi].- Bakı: [s. n.], 2015.- 407 s.
Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri M.Hüseynova
Azərbaycanda multikulturalizm
Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri aləti olan multikulturalizm adətən müxtəlif mədəniyyətlərin eyni zamanda və eyni məkanda sülh və tolerantlıq içində yaşaması deməkdir. Bütün bunlarla yanaşı, multikulturalizm müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir.
Bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb vəzifə olması ilə əlaqədar ondan imtina etməyə başlamışlar. Artıq bir sıra Avropa liderləri (Fransa, Almaniya, İngiltərə) öz ölkələrində multikulturalizm siyasətinin iflasa uğramasını hətta rəsmi olaraq bəyan ediblər. Məsələn, son 10 il ərzində Avropanın inkişaf etmiş ölkələrində baş verən sosial-siyasi gərginliklər fonunda kansler A.Merkel Almaniyada multikultural cəmiyyət qurulması cəhdlərinin tamamilə çökməsini etiraf edib. Fransanın keçmiş prezidenti N.Sarkozi 2011-ci ilin fevralında Fransaya təşrif gətirmiş miqrantların mütləq formada fransız dilini bilmələrinin vacib olduğunu vurğulayaraq, əks halda bunu etməyənlərin onun ölkəsində arzuolunmaz qonaq vəziyyətində olacaqlarını bildirmişdi. Böyük Britaniyanın sabiq baş naziri C.Kemeronun isə multikulturalizm siyasətini kəskin mühakimə etməsi müasir Avropanın mühafizəkarlaşmasını təsdiq edir.
Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Çünki bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə yüksəlməsi ilə müşayiət olunur. Bu mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsusdur. Bu mənada multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Digər tərəfdən multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə vətəndaş cəmiyyəti multikulturalizmin cəmiyyətdə yayılmasında olduqca fəal rol oynayır. Azərbaycanda multikulturalizmin dövlət siyasəti və həyat tərzinə çevrilməsi onun yüksək inkişaf mərhələsindən xəbər verir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilib, tolerantlıq və multikulturalizm ənənələri inkişaf etdirilib. Azərbaycan multikulturalizminin siyasi əsasları Konstitusiyanın bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapır.
Ölkəmizin zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanda bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Hazırda bu ideyalar Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə gündəmə gətirilmiş və demək olar ki, bütün dünyaya Azərbaycan multikulturalizmi modelini təklif etmişdir.
Son illərdə Bakıda və respublikanın digər şəhər və rayonlarında bir-birinin ardınca multikulturalizm mövzusunda beynəlxalq konfranslar, forum və seminarlar keçirilib. Azərbaycan dünya xalqlarına tutduqları ideoloji, sosial-siyasi və mədəni durumlarından asılı olmayaraq dialoqa yönəlmiş baxışlarını təqdimetmə meydanına çevrilib. 2011-ci ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir.
Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasətçilərinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.
Beləliklə, Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. Azərbaycanın çoxdinli bir ölkə kimi müxtəlif dini azlıqların birgə yaşaması və ölkədəki dözümlülüyün yüksək səviyyədə olması dünyanın aparıcı ölkələri – ABŞ, Almaniya, Fransa, İngiltərə, Rusiya və digər inkişaf etmiş ölkələr tərəfindən qəbul olunur. Xüsusilə, Azərbaycanda müxtəlif məzhəb və din nümayəndələrinin təhlükəsiz şəraitdə sərbəst ibadət etmələri təqdirəlayiq hal sayılır. Ölkəmizdə müsəlmanların xristianlarla yanaşı, yəhudi icmasının və digər dinin nümayəndələri ilə birgə əmin-amanlıq şəraitində yaşaması dünya miqyasında bir nümünə-model kimi qəbul olunur.
Azərbaycan çoxsaylı miqrant axınları qəbul edən ölkələrdən olmasa da, millətin formalaşmasının keçdiyi uzun tarixi yolda müxtəlif etnik, mədəni və dini qruplarla qarşılaşıb. Əlverişli coğrafi mühit, yerli insanların xoş davranışı bu qrupların bəzilərinin Azərbaycana üz tutmasına səbəb olub. Əhalinin ümumi sayında etnik və dini qrupların payının geniş olmasına baxmayaraq, Azərbaycan çoxsaylı etnik və dini qrupların yaşadığı multikultural ərazi hesab edilir.
Multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, xalqımızın bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır. Son iki əsrdə Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdür. Bu siyasətinin nəticəsi olaraq Ermənistan Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edib. Ermənistan monoetnik dövlətə çevrilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tarixin bütün dönəmlərində öz multikultural dəyərlərinə sadiq qalıb. Təsadüfi deyildir ki, Azərbaycanda 80-dən çox etnosun nümayəndələri azərbaycanlılarla yanaşı yaşayır, həmçinin erməni mənşəli vətəndaşlarımız da var. Bütün bunlar multikulturalizmin ən bariz nümunəsidir.
Milli azlıqlar Azərbaycan əhalisinin 9,4%-ni təşkil edir. Etnik müxtəlifliyin ölçülməsində istifadə edilən etnik fraqmentləşmə indeksinə görə, Azərbaycan Böyük Britaniya, Fransa, Hollandiya, İtaliya kimi ölkələrdə olan müxtəliflikdən zəngindir. Fearon indeksi də Azərbaycanda etnik zənginliyin bəzi Avropa ölkələrindən yüksək olduğunu təsdiq edir. Hazırda Azərbaycanda ölkə əhalisinin mütləq əksəriyyətini (90,6%) çoxluq təşkil edən azərbaycanlılarla yanaşı, bir sıra mill-etnik azlıqlar – ləzgilər (2%), ruslar (1,3%), talışlar (1,3%), avarlar (0,6%), tatlar (0,4%), gürcülər (0,2%), kürdlər (0,2%), ukraynalılar (0,4%), yəhudilər (0,2%) yaşayır.
Azərbaycanda multikultural proseslərin hazırkı vəziyyətini daha yaxşı anlamaq üçün onu digər Cənubi Qafqaz ölkələri ilə müqayisə etmək olar. Qeyd edək ki, bir-biri ilə qonşu olan hər üç dövlət – Azərbaycan, Ermənistan və Gürcüstan eyni ildə sovet işğalı altına düşüb, eyni ildə də azadlıq əldə ediblər. Hər üç dövlət, xüsusilə müstəqilliyin ilk illərində etnik problemlərlə qarşılaşıb. Gürcüstan Abxaziya və Osetiyada, Azərbaycan və Ermənistan isə Dağlıq Qarabağda etnik münaqişə ilə üzləşməli olub.
Gürcüstanda əhalinin 13,2 faizi etnik və ya milli azlıqlardan, o cümlədən azərbaycanlılar (6,3%), ermənilər (4,5%), ruslar (0,7%) və osetinlərdən (0,4%) ibarətdir. Ermənistanda isə ermənilər ölkə əhalisinin tam əksəriyyətini – 97,9 faizini, etnik və ya milli azlıqlar isə ümumi əhalinin təxminən 1,9 faizini, o cümlədən, yezidi kürdlər 1,2%, ruslar 0,4%, aysorilər 0,09%, kürdlər 0,07% təşkil edir.
“Human Rights Without Frontiers” təşkilatının Azərbaycanda milli azlıqlara dair hesabatında qeyd olunur ki, son dövrlərə qədər Azərbaycanda etnik və ya milli zəmində ciddi problem yaşanmayıb. Ölkənin tarixi, iqtisadi və mədəni xüsusiyyətləri əhalinin mədəni müxtəlifliyinə şərait yaradıb.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır”.
Azərbaycanda hər kəsin milli kimliyi onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. Hər kəs öz ana dilində danışa, yaza bilər və özünün digər vacib olan mədəni ehtiyaclarını ödəyə bilər. Konstitusiyamızın “Milli mənsubiyyət hüququ” adlı 44-cü maddəsində göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.
Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə ölkənin həm daxili potensialının öz zənginliklərini ən dərin qatlardan daha həvəslə üzə çıxarır, həm də öz beynəlxalq nüfuzuna müsbət çalar əlavə edir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli bir dövlət olaraq dünyaya bir örnəkdir. Ölkəmizdə mövcud olan multikulturalizm, tolerantlıq mühiti dünyanın ən sivil ölkələrinə belə nümunə olmaq əzmindədir. Bu gün Azərbaycan milli və dini birgəyaşayışın ən sivil formasını bütün dünyaya göstərir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müdavimi
Dövlət müşaviri: “Multikulturalizm İli”nin siyasi, ideoloji, mədəni və mənəvi bəhrələrini gördük VİDEO
Dünyada gedən proseslərin fonunda Azərbaycan 2016-cı ili uğurla yola saldı. Hər birimiz “Multikulturalizm İli”nin siyasi, ideoloji, mədəni və mənəvi bəhrələrinin şahidi olduq. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının millətlərarası .
Hafsa Mansur Hassan: Azərbaycanın dostu olmaq məsuliyyətli və şərəfli işdir
AzerTAg.az
11.01.2017 [07:35]
Prezident İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili” elan edilən 2016-cı il təqvim tarixi olaraq başa çatdı. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm .
Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində ümumilikdə 150-dən çox tədbir keçirilib
AzerTAg.az
27.12.2016 [17:48]
Dövlət Komitəsi tərəfindən “Multikulturalizm ili” çərçivəsində ümumilikdə 150-dən çox tədbir keçirilib. DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu il ərzində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda respublikanın, demək olar ki, bütün bölgələrini əhatə edən 22 regional konfrans .
Serbiyada “Multikulturalizm: Azərbaycanın təcrübəsi” mövzusunda konfrans keçirilib
AzerTAg.az
24.12.2016 [17:30]
Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən və Cənub-Şərqi Avropanın ən qədim elmi-tədqiqat ocaqlarından olan Beynəlxalq Siyasət və İqtisadiyyat İnstitutunda Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən .
Kamal Abdullayev: Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu
AzerTAg.az
23.12.2016 [16:01]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev başa çatmaqda olan “Multikulturalizm ili” ilə əlaqədar AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik .
Koreyada “Azərbaycan – multikulturalizmin yeni modeli” adlı təqdimat olub
AzerTAg.az
20.12.2016 [15:32]
Koreya Respublikasının paytaxtı Seulda fəaliyyət göstərən “Wolchon” Gənclər Mərkəzində “Azərbaycan – multikulturalizmin yeni modeli” adlı təqdimat keçirilib. Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamından .
Portuqaliyada Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb
AzerTAg.az
19.12.2016 [18:13]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyətə başladığı vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir. Bu fənnin universitetlərdə aktuallığının və uğurlu layihə kimi davamlılığının təmin edilməsi .
Azad Rəhimov: Azərbaycan gəncliyi multikultural dəyərlərimizlə fəxr edir
AzerTAg.az
16.12.2016 [17:18]
Dekabrın 16-da Bakıda Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm ili: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda dövlət qurumlarının .
Azərbaycan səfirliyi əsas yəhudi təşkilatları ilə birgə Vaşinqtonda tolerantlıq və müxtəliflik bayramı keçirib VİDEO
AzerTAg.az
15.12.2016 [11:42]
Vaşinqton şəhərində Azərbaycanın ABŞ-dakı səfirliyi və yəhudi icmasının nüfuzlu Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının birgə təşkilatçılığı ilə dini azadlıq və müxtəliflik rəmzi hesab edilən Hanukkah bayramına həsr .
Sofiyada “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” mövzusunda fotosərgi və “dəyirmi masa” təşkil olunub
AzerTAg.az
15.12.2016 [08:40]
Sofiyada Azərbaycanın Bolqarıstandakı səfirliyi, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə .
“Multikulturalizm və insan haqları” mövzusunda konfrans keçirilib
AzerTAg.az
10.12.2016 [11:30]
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Beynəlxalq Multikultural Şəbəkənin, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Multikulturalizm və insan haqları” mövzusunda respublika elmi konfransı keçirilib .
ABŞ universitetlərində təhsil alan yəhudi gənclər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
AzerTAg.az
05.12.2016 [17:21]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildəki filialının rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qutun təşəbbüsü ilə KIVUNIM təşkilatı çərçivəsində İsraildə təhsil alan Amerika yəhudi icmasının gənc liderləri – Miçiqan, Harvard .
Kamal Abdullayev: Prezident İlham Əliyev Azərbaycanda multikultural təhlükəsizliyin qarantıdır
AzerTAg.az
02.12.2016 [16:59]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) partiyanın üzvü olan gənclərlə görüşüb .
Bolqarıstan universitetində “Azərbaycanda multikulturalizm” mövzusunda mühazirə oxunub
AzerTAg.az
01.12.2016 [14:07]
Azərbaycanda “Multikulturalizm ili”nin təbliği çərçivəsində ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Milli və Dünya İqtisadiyyatı Universitetində tələbə və müəllim heyəti qarşısında “Azərbaycanda multikulturalizm” mövzusunda mühazirə ilə çıxış edib. Multikulturalizm məfhumunun tarixi haqqında məlumat verən səfir .
Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib [YENİLƏNİB] VİDEO
AzerTAg.az
01.12.2016 [13:00]
Dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam .
Dövlət müşaviri Kamal Abdullayev: Azərbaycanda multikulturalizmin çiçəklənməsi göz qabağındadır
AzerTAg.az
01.12.2016 [12:57]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Misirin məşhur “Əl-Əxbar” media holdinqinin geniş oxucu kütləsinə .
Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycan” mövzusunda tədbir keçirilib
AzerTAg.az
01.12.2016 [12:09]
Nəsimi rayonunda “Multikulturalizm ili”nə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir 14 nömrəli tam orta məktəbdə “Multikulturalizm və Azərbaycan” mövzusunda keçirilib .
Bolqarıstanın din xadimləri Azərbaycanın multikultural dəyərləri barədə məlumatlandırılıblar
AzerTAg.az
28.11.2016 [13:19]
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova multikultural dəyərlərimizin Bolqarıstanda təbliği çərçivəsində bu ölkənin aparıcı din xadimləri – Sofiya sinaqoqunun baş ravvini Yoel İfrax, İslam dini üzrə baş müfti Mustafa Hacı, Bolqarıstan Pravoslav .
Özbəkistan portalında Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edilib
AzerTAg.az
25.11.2016 [03:19]
Özbəkistanın “1news.uz” portalında “Multikulturalizm Azərbaycanda alternativsiz həyat tərzidir” adlı məqalə dərc olunub. Rus dilində yayılan məqalədə deyilir ki, Azərbaycan dünyada ancaq neft və qazı ilə deyil, həm də multikultural dəyərləri ilə məşhurdur .
Похожие статьи
-
Azərbaycanda tolerantlığın formalaşması
Məktəbəqədər uşaqlarda tolerantlığın formalaşması Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər…
-
Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…
-
Azərbaycanda turizim Yanar dağ Azərbaycanda rekreasiya Azərbaycan sizin gözlərinizlə #ExperienceAzerbaijan Hər fotonun öz tarixçəsi var. Siz də…
-
Azərbaycanda qeri ənənəvi dinlər və təriqətlər kitabı acbir isgəndərli
Azərbaycanda mövcud dinlər Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə…
-
Azərbaycanda qeri ənənəvi dinlər və təriqətlər kitabı
Azərbaycanda qeri ənənəvi dinlər və təriqətlər kitabı Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının təşəbbüsü…
Comments are closed, but trackbacks and pingbacks are open.