Press "Enter" to skip to content

Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir

Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm rol oynayır.

Yeni turizm növləri inkişaf etdirilir

Milli.Az bildirir ki, bunu “Azernews”a müsahibəsində Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

“Yeni turizm növləri inkişaf etdirilir. Bunlardan ən əsası dağ turizmidir. Qusarda yerləşən Şahdağda və Qəbələdəki Tufandağda.

Sağlamlıq və Termal Turism Assossiyasiyası yaradılıb. Bu assossiyasiya Azərbaycanda turizmin inkişafı üçün çox işlər görüb. Bu, həm Naxçıvanda duz dağ, həm Naftalanda həm Qalaaltıda turizmin inkişaf etdirilməsi üçün çox işlər görmüşdür.

Azərbaycana daha çox turist cəlb etmək üçün bildiyiniz kimi ASAN visa sistemi tətbiq olunub. Əsasəndə Asiya olkələri üçün nəzərdə tutulurI Yaponiya, Singapur, Malaziya.

Turizm inkişafı üçün müxtəlif proqramlar tətbiq olunur. Bu proqramlardan biri də Böyük ipək yolu proqramıdır. Bu proqram gələcək illərdə ölkədəki turizm inkişafının təkanına imkan yaradır.

Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu açılıb. Bu da qatar turizminin inkişafı üçün böyük bir addımdır. Çünki gələcəkdə qatar turizminin inkişafında nəinki Bakı-Tbilisi-Qars eyni zamanda Bakı-Astara da mühim yol oynayacaqdır. Qatar turizminin inkişafı Azərbaycanda kütləvi turizm üçün yeni zəmin yaradır.

Həm də dövlət tərəfindəndə gözəl turizm infrastrukturtu yaradılıb. İllər əvvəl rayonlara getmək çətin idi. İndi isə rayonlarda həm elektrik enerjisi həm su kəmərləri, həm yollar. Turizmin inkişafı üçün infrastruktur mühüm rol oynayır.

Turizm qeyri-enerji sektorunun aparıcı sahəsidir və bu iqtisadiyyatın inkişafında mühüm rol oynayır.

Son illərdə Azərbaycana gəlmə turizmi inkişaf edir. Bildiyiniz kimi 90cı illərdə Azərbaycandan getmə turizmi inkişaf edirdi. 2000-ci ilin əvvələrindən isə gəlmə turizmi və daxili turizm inkişaf edir.

Qeyd edim ki gəlmə və daxili turizm iqsitasiyyatda mühüm rol oynayır. Gələnlər valyutanı azərbaycanda saxlayır. Yeni iş yerləri açılır.

Turistlərin gəlib getmək sayına təsir edən əsas amil Azərbaycanın sabit bir ölkə olmasıdır. İkinci amil Azərbaycan xalqının tolerant və çox qonaqpərvər olmasıdır – bunu bütün turstlər deyir. Digər amil ölkədə gözəl turizm insfrastrukturunun yaradılmasıdır. Dördüncü amil Azərbaycanda yeni turizm növlərinin meydana çıxmasıdır.

Dəniz turizmini də inkişaf etdirmək istəyirik. Dövlətin turizmə göstərdiyi yardım, sadələşdirilmiş vizanın tədbiq olması ölkəyə çoxlu turist cəlb edir.

Turistlər daha çox absheron yarımadası və bakı şəhərini gəzməyə üstünlük verirlər. Şimal qərb regionu – Şamaxı, Qəbələ, Şəki zonası. Şimal şərq regionu – Quba Qusar Xaçmaz, Cənub zonası – Lənkəran Masallı Lerik. Çünkü bu zonalarda gözəl turizm infrastrukturu yaradılıb, gözəl otellər fəaliyyət göstərir və bu otellər qonaqları yüksək səviyyədə qəbul etməyə hazırdılar.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir

Bakı, 24 yanvar (AZƏRTAC). Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi müasir dünyada beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilmişdir.

Ümumiyyətlə, turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət almışdır.

Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqmətində də təqdirəlayiq işlər görülmüşdür.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə turizmin inkişafına xüsusi önəm verirdi. 1999-cu ildə ulu öndərin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında qanun” və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə Azərbaycanda turizm sektorunun inkişafına təkan vermişdir.

Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlər kompleksinə malikdir. Əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağı, flora və faunasının müxtəlifliyi və zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər açır.

Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanlar ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər Birliyinin və digər təşkilatların adlarını çəkmək olar.

Eyni zamanda, Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər ölkələrlə hökumətlərarası sazişlər imzalamışdır. Hazırda digər dövlətlərlə də belə sazişlərin bağlanması ilə bağlı müzakirələr aparılır.

2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin ənənə halını alması dövlətimizin turizm inkişafna necə böyük əhəmiyyət verməsini sübut edir. Bundan əlavə, indiyədək Azərbaycanın turizm ehtiyatlarının zənginliyindən, bu sahənin imkanlarının genişliyindən bəhs edən materiallar dünyanın İstanbul, Berlin, Moskva, London, Əl-Küveyt, Kiyev, Tbilisi, Daşkənd və digər böyük şəhərlərində keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə turizmin müxtəlif növlərinin inkişafına, turizm sahəsində çalışan kadrların maarifləndirilməsinə yeni təkan verəcək “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir.

Dövlət Proqramının əsas məqsədi “Turizm haqqında” Qanunda, habelə digər müvafiq normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm sərvətlərindən səmərəli istifadə olunmasını, turizmin ölkə iqtisadiyyatının öncül istiqaməti kimi tanınması və bu sahənin səmərəliliyinin artırılmasını təmin etməkdir.

Azərbaycanda turizmin inkişafı sahəsində qarşıya qoyulan əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, prioritet turizm növü kimi mədəni turizm, ekoloji turizm və kənd yaşıl turizmi, rekreasiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət-ənənələrimizi, Azərbaycan xalqının tarixi-mədəni irsini, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi kimi istiqamətləri qeyd etmək olar.

Eyni zamanda, Azərbaycanı turizmin inkişafı üçün əlverişli şəraiti olan ölkə kimi dünyada tanıtmaq məqsədi ilə yeni Azərbaycan turizm əmtəə nişanının (loqosunun) və turizm sahəsində olan Azərbaycan brendlərinin reklam-təbliğat və məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması və inkişaf etdirilməsi və turizm inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim diqqətdə saxlayır. Buna ən bariz nümunə kimi Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasını göstərmək olar. “Turizm ili” çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təsadüfi deyildir ki, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində xüsusi işçi qrupu yaradılmışdır.

Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi, heç şübhəsiz, ölkəmizdə turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, əlverişli coğrafi mövqeyi, iqlimi, mədəni-tarixi irsi, qonaqpərvərliyi, daxili sabitliyi, gözəl təbiəti olan ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcəkdir.

Bu il Azərbaycanda turizm sahəsinin inkişafında mühüm il olacaq – Euronews

Bu il Azərbaycanda turizm sektorunun inkişafında mühüm olacaq.

Trend-in məlumatına görə, bu barədə Euronews.com xəbər portalındakı məqalədə deyilib.

“Azərbaycan Avropa ilə hava nəqliyyatını açmaqla və vizaların verilməsini asanlaşdırmaqla turizmin inkişafı üçün mühüm bir ilə hazırlaşır, belə ki, bu milyonlarla səyahətçiyə ölkənin görməli yerlərindən və nəfəs kəsən mənzərələrindən zövq almaq imkanı verəcək”, – məqalədə deyilir.

Məqalədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmiddən sitat gətirilərək Azərbaycanın turizm sənayesinin “çox aktiv və parlaq olduğu” qeyd olunur.

“Biz Azərbaycanın biomüxtəlifliyi ilə çox qürur duyuruq. Landşaft və iqlim zonalarının çoxobrazlılığı insanı valeh edir. Son illər ərzində bir çox yeni layihə işlənib hazırlanıb və inkişaf istiqamətləri müəyyən edilib: yeni hotellər açılıb, turizm infrastrukturu əhəmiyyətli dərəcədə genişlənib”, – F.Zenqstşmid deyib.

Xatırladaq ki, ötən il Azərbaycana 1,6 milyondan çox xarici vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (790 062) iki dəfə çoxdur.

Похожие статьи

  • Azərbaycanda turizimin inkişafı

    Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…

  • Azərbaycanda toxuculuğun inkişafı

    5 May Xalçaçı günü dür – Milli sərvətimiz olan xalçaçılıq sənəti muxtar respublikada yaşadılır Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini…

  • Azrbaycanda turizm inkişafı

    Azərbaycanda turizmin inkişaf istiqamətləri geniş və çoxsahəlidir 2002-ci ildən etibarən hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsinin…

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

  • Azərbaycanda kənd təsərrüfatının inkişafı

    Kənd təsərrüfatının davamlı inkişafının elmi əsasları Kənd təsərrüfatında rəqəmsal transformasiyalar – süni intellektin tətbiqi. Süni intellekt…

Comments are closed, but trackbacks and pingbacks are open.