Azərbaycan iqtisadiyyatı
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Başdan ayağa” aksiyası birbaşa olaraq abonent məmnunluğunun təmin olunmasına xidmət edir. xəbər verir ki, bu dəfə də Birliyin müvafiq rəhbər şəxsləri abonent müraciətinin icrasını şəxsən özləri icra ediblər
İqtisadiyyat xəbərləri
Hazırda bir çoxlarımız müxtəlif taksi xidmətlərindən istifadə edirik. Bizi ən çox maraqlandıran məqam isə qiymətdir. Ancaq diqqət yetirməli olduğumuz başqa nüanslar da var. Son vaxtlar paytaxt sakinlərinin taksi xidmətləri ilə bağlı şikayətləri artıb. Xüsusilə sürücülərin sərnişinlərə davranışı, müəyyənləşdirilə
“Azəriqaz” daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftə daha 1 şəhər və 3 rayonda “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü saat 11:00-dan 12:00-dək Leri
Ətin bahalaşmasının səbəbi bilindi – VİDEO
Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil. İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir. Onun sözlərinə görə, artı
Baderşnayder: “Azərbaycan alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir”
“Azərbaycan yaşıl enerji habı kimi alternativ enerji mənbələrinin inkişafında böyük potensiala malikdir”. AZƏRTAC xəbər verir ki, bunu Köləliyin müasir formalarının aradan qaldırılması üçün Qlobal Fondun İdarə Heyətinin sədri, “Exxon Mobile” şirkətinin keçmiş vitse-prezidenti, Nizam
Boris Tadiç: “Azərbaycan olmadan Avropada enerji sabitliyi mümkün deyil”
“Bu il Azərbaycan qlobal arenada, xüsusilə də enerji təhlükəsizliyi, geostrateji baxımdan çox vacib rol oynayır”. AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın sabiq Prezidenti Boris Tadiç X Qlobal Bakı Forumu ilə əlaqədar martın 8-də keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, ötən illə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları, yaxud 1,78% azalaraq 86,47 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minima
Bakıda xanım sərnişin sifariş etdiyi taksidən qovuldu – VİDEO
Bakı sakini Nəcibə Muradlı sifariş etdiyi taksidən qovulub. Bu barədə “Xəzər Xəbər”ə onun özü məlumat verib. Üzünün efirdə görünməyini istəməyən xanım iddia edir ki, ünvana gələn sürücü onu taksi çağırmağına peşman edib. Buna səbəb ödənişin kartla edilməsi olub. Nəcibə Muradlı takis şirkətini
Su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq? – ŞƏRH
Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır
Azərbaycanda qızıl bahalaşacaq – Ekspertdən PROQNOZ
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir unsiyasının qiyməti 0,77 faiz artaraq, 1 854,6 ABŞ dollarına bərabər olub. Keçirilən hərrac nəticəsində gümüşün bir unsiyasının qiyməti isə 1,61 faiz artaraq, 21,24 dollar təşkil edib. Qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına necə təsi
“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir
Növbəti həftə (06-07.03.2023 və 10.03.2022) daha 2 rayon və 1 şəhərdə “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 12:00-dan 13:00-dək Şirvan şəhərində (İstiqlaliyyət prospekti 10, İcra Hakimiyyətinin yanı), 2-ci günü saa
Ət bu səbəbdən bahalaşır – AÇIQLAMA
Bildiyimiz kimi, ötən ay ətin qiyməti yenidən dəyişərək artıb. Bakıda dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Əvvəllər isə 1 kiloqram mal əti alıcılara 10-15 manata təklif olunub. Qeyd edək ki, son günlər ölkədə ət və ət məhsullarının qiymətinin yenidən artırılacağ
Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentin TƏFƏRRÜATI – VİDEO
Bir neçə gün öncə Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə – direktorla müəllim arasındakı mübahisənin təfərrüatı məlum olub. Məktəbin direktor əvəzi Üzeyir Eyvazovun sözlərinə görə, mübahisəyə səbəb riyaziyyat müəllimi Rasim Əmirovun dərs vaxtı sinif otağın
Dollar ilin ikinci yarısında ciddi şəkildə ucuzlaşa bilər
Dollar 2023-cü ilin ikinci yarısında kəskin şəkildə zəifləməyə başlayacaq və onun enişi artan inflyasiyanın öhdəsindən gəlməyə kömək edəcəyi üçün qlobal iqtisadiyyata fayda verəcək. Dünyanın aparıcı investorlarından bəziləri daha zəif ABŞ dollarına ümid edirlər. Onların fikrincə, ABŞ valyutasında rall
“Azəriqaz” bu kənddə qaz xətlərini yeniləyir – VİDEO
Abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR “Azəriqaz İstehsalat Birliyi tərəfindən daim işlər görülür. Yevlax rayonunun Qoyunbinəsi kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur. 26 km uzunluğunda qaz xəttini
Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM
Bu il Ramazan ayının martın 23-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 22-də görünəcəyi proqnozlaşdırılır. verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytındakı təqvimdə qeyd edilib. Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 9, 11, 1
Ət bahalaşdı – VİDEO
Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14- 15 manata qalxıb. -ın məlumatına görə, Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1 – 2 manat artım olub. Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır. Tovuzda isə yalnı
Baş nazirdən əmək pensiyaları ilə bağlı – Qərar
Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi qaydasına dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişikli
Bakıda daha bir “Bolt” sürücüsündən qadına qarşı qeyri-etik hərəkət – VİDEO
Bakıda “Bolt” sürücüsü qadın sərnişinə qarşı qeyri-etik davranış sərgiləyib. Bu barədə şikayət -in “qaynar xətti”nə daxil olub. Bildirilir ki, sürücü, xanımı ünvana çatdırdıqdan sonra onun əlaqə nömrəsinə yazıb. Şikayətçi narahatlığını ifadə etsədə “Bolt” sürücüsü buna məhə
Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? – ARAŞDIRMA
Banklarda yerləşdirdiyimiz əmanətlərdən əldə etdiyimiz gəlir 7 il idi ki, vergidən azad idi. Bu müddət bitdi və fevralın 1-dən artıq əmanətlərdən əldə etdiyimiz gəlirin 10 faizi vergi olaraq bizdən tutulacaq. Güzəşt müddətinin bitməsi xəbəri yayılandan, narahatlıq dolu suallar da yaranmağa başladı. “Ham
Azərbaycanda bu məhsulun QİYMƏTİ BAHALAŞDI – VİDEO
Marketlərdə kərə yağın qiyməti xeyli bahalaşıb. -a istinadənxəbər verir ki, satıcılar etiraf edirlər ki, 3-4 ay bundan əvvəllə müqayisədə qiymətlər 2 manata kimi artıb. Onlar qeyd edirlər ki, qiymət məhsulu istehsal və ixrac edən şirkətdən asılıdır. Həmin şirkətlərin müəyyən etdiyi qiymətlərə əlavələ
“Azəriqaz”ın “Başdan ayağa” aksiyası – VİDEO
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Başdan ayağa” aksiyası birbaşa olaraq abonent məmnunluğunun təmin olunmasına xidmət edir. xəbər verir ki, bu dəfə də Birliyin müvafiq rəhbər şəxsləri abonent müraciətinin icrasını şəxsən özləri icra ediblər
“Azəriqaz”ın “Açıq mikrofon” aksiyaları davam edir
Növbəti həftə (06-08.02.2023 və 10.02.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü saat 11:00-dan 12:00-dək Tərtə
“Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür” – Baş nazirin müavini
Moldova Azərbaycanı qaza olan tələbatını ödəmək üçün prioritet mənbələrdən biri hesab edir. Bu barədə Trend-ə müsahibəsində Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu deyib. “Moldova ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir. Bu
Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”
Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır. Bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib. Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır. Nazir müavinini
Pensiyalarla bağlı ŞAD XƏBƏR – Yenə artacaq
“Sosial sığorta haqqında” qanuna dəyişiklik edilərək Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiya kimi istifadə edilməsi vətəndaşlar üçün faydalı olacaq. Qanuna dəyişikliyi şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Trend”
Azərbaycanda yeni cərimələr müəyyənləşdi – RƏSMİ
Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə yeni cərimələr müəyyənləşib. Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Sertifikatlaşdırılmamış telekommunikasiy
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub
Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsinə görə yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Sertifikatlaşdırılmamış telekommunikasiy
Toyuq əti və yumurta yenə bahalaşacaq
Yaxın vaxtlarda Azərbaycanda toyuq əti və yumurtanın qiymətində bahalaşma ola bilər. xəbər verir ki, bu barədə Bizim.media-ya açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib. Onun sözlərinə görə, əgər quş yemi üçü
Əli Əsədovdan soğanla bağlı YENİ QƏRAR
Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olara
Dollarla bağlı MÜHÜM QƏRAR
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb. “report”a istinadən xəbər verir ki, bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb. “Komitə (Açıq bazar üzrə əməliyyatlar) uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir
Iqtisadiyyat xeberleri ölkə və dünya iqtisadiyyatında baş verən ən son xəbərlər daxildir. ən son maliyyə və iqtisadi xəbərlər, valyuta mezennesi, maaşlar və iqtisadi yeniliklər barədə xeberler oxuya bilersiz
İqtisadiyyat bölməsində biz Azərbaycanda və dünya dünya ölkələrində baş verən iqtisadi yenilikləri oxuculara çatdırırıq. Valyuta, birja, ölkə gündəmindəki iqtisadi digər xəbərləri oxuculara çatdırırıq.Bundan başqa, iqtisadi mövzulardan bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Sonxəbər.az siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Saytın “qaynar-xətt”i fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları yaranır.
Son xəbərlər
Sonxeber.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri, son xeberler təqdim edən ictimai-sosial saytdır. xeberler bu gun 2022
Email: info [ @ ] sonxeber.az
Azərbaycan iqtisadiyyatı
Azərbaycan uzun müddət Rusiyanın müstəmləkəsində olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin ölkənin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı.
Lakin 1918-1920-ci illərdə də Azərbaycan iqtisadiyyatında neft sektoru aparıcı mövqeyə sahib olub. Azərbaycan Demokratik Respublikasının (ADR) fəaliyyətdə olduğu 23 aylıq dövrə aid olan geniş araşdırma mövzuları arasında təəssüf ki, bu cümhuriyyətin iqtisadi tarixi, xarici-ticarət əlaqələri, büdcə siyasəti haqqında yığcam, dərin araşdırılmış materiallara rast gəlmək olmur. Bununla belə, respublikanın sahib olduğu iqtisadi imkanlar, fəaliyyəti ilə bağlı bəzi materiallar toplamaq mümkündür. Həmin materiallar ADR-in iqtisadi fəaliyyəti ilə bağlı az da olsa təsəvvür yaratmağa imkan verir.
ADR hökumətinin Azərbaycanda həyata keçirdiyi iqtisadi fəaliyyət əsasən 1919-cu ildə daha əhəmiyyətli olmuşdur. Həm bu ilin bütünlüklə cümhuriyyət dövrünə daxil olması, həm də hökumətin strukturlarının tam formalaşdırılması bir sıra islahatların həyata keçirilməsinə imkan yaratmışdır. 1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manata bərabər olmuşdur. Bunun böyük hissəsi neft satışından əldə edilən gəlirlərdən və tutulan mənfəət vergisindən daxil olmalar təşkil etmişdir. Büdcəni formalaşdırmaq üçün əsas mənbə gəlir vergisi idi. 1919-cu ildə ölkədə mənfəət vergisinin dərəcəsi 30 faizə bərabər olmuşdur. Büdcə daxilolmalarında ikinci mühüm mənbə şərab, tütün və xüsusən neft məhsullarından alınan aksiz vergisindən ibarət idi. Bunlarla bərabər, büdcənin 100 milyon manatlıq hissəsini gömrükdən, 15 milyon manatını isə azad ticarət, yük, sərnişin daşınmasından toplanan rüsum təşkil edib. Məhdud imkanları olan büdcənin çox hissəsi əmək haqlarının verilməsinə yönəldilirdi. Hökumət az da olsa büdcədən təhsil üçün 30 milyon, hərbi xərclər üçün 80 milyon manat vəsait ayıra bilmişdi. ADR qurulana qədər baş verən münaqişələr səbəbindən çoxlu yaşayış məntəqələri dağıdılmışdı. Büdcədən təxminən 130 milyon manat məhz bu çatışmazlıqların aradan qaldırılması üçün istifadə edildi. Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə Azərbaycan daha çox aqrar ölkə olub. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, dəvələrin sayı 12 min baş, qoyunların və keçilərin sayı 1,5 milyon başa çatıb.
Hər bir dövlətin əsas iqtisadi atributlarından biri təbii ki, onun milli valyutasıdır. Azərbaycanın milli valyutası olan manat məhz 1919-cu ilin əvvəllərində tədavülə buraxılıb. İlk əskinazlar 25, 50, 100 və 250 manatlıq olmuşdur. Bir qədər sonra manatın daha böyük 500-lük əskinası emissiya edilib. Azərbaycan birjalarında pulların məzənnələrinə diqqət yetirdikdə görünür ki, manatın kursu aparıcı valyutalara nisbətən çox aşağı olub. Məsələn, 1919-cu ildə 100 rublluq “Romanovlar” 350 manat, 1 ingilis funt-sterlinqi 315 manat, 1 Amerika dolları 280 manat, Fransa frankı 10 manat, İtaliya lirəsi 7 manat, İran tüməni 125-230 manat, rus onluq qızıl valyutası 420 rubl manat və s. təşkil edib.
Maliyyə-pul siyasətini daha da gücləndirmək üçün 1919-cu ilin sentyabr ayının 30-da Bakıda Azərbaycan Dövlət Bankı təsis olunub. 1919-cu ilin oktyabrın 25-də kredit bankları və şəhərlərdə əmanət kassaları fəaliyyətə başlamışdır.
Azərbaycan həmin illərdə aqrar ölkə olsa da, strateji məhsulların çox hissəsini idxal hesabına təmin edib. Taxıla olan ehtiyacını qarşılamaq üçün xaricdən 7 milyon pud (112 min ton) buğda alıb. Təxminən 16 min ton şəkər idxal edib.
ADR xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrində barter üsulundan geniş istifadə edirdi, alınan malların və təbii sərvətlərin müqabilində daha çox neft verilirdi.
Azərbaycan Amerikadan, Fransadan, İtaliyadan və digər xarici ölkələrdən gətirdiyi hərbi sursatın, telefon aparatlarının, minik avtomobillərinin, yüz ədəd paravozun, iki min sisternin, beş yüz bağlı vaqonun, ərzaq məhsullarının dəyərini əsasən neftlə, pambıqla, yunla, ipəklə, gön və dəri ilə ödəyirdi.
Azərbaycanda həmin illərdə iqtisadi əlaqələri qaydaya salmaq üçün gömrük xidməti də yaradıldı, Bakı-Batum neft kəməri bərpa edildi, Kür çayı üzərində körpü tikildi, Bakı-Ceyhan dəmir yolu inşa edildi, Xəzər dəniz gəmiçiliyi yenidən quruldu.
Cümhuriyyət illərində Azərbaycanda 1918-ci ildə 3287 quyudan 185, 6 milyon pud (2,96 milyon ton), 1919-cu ildə 2066 quyu 225,1 milyon pud (3,6 milyon ton), 1920-ci ildə 2037 quyudan 175,1 pud (2,8 milyon ton) neft çıxarılıb.
Azərbaycan neftinin əsas alıcısı ilk vaxtlar Rusiya, daha sonra isə görülən tədbərlər nəticəsində Avropa ölkələri olub. Rusiyada inqilabla əlaqədar Azərbaycandan neftin ixracı 1919-cu ildə ciddi dərəcədə azaldı. Bu amil Azərbaycan iqtisadiyyatında ciddi böhranın yaranmasına səbəb olmuşdur. Şimal bazarının bağlanması nəticəsində 1919-cu ildə respublikada hasil olunan 3,6 milyon ton neftin yalnız 600 min tonu ixrac edilmişdir.
Avropaya neft ixracı 1919-cu ilin mart ayında uzunluğu 500 km, nəql etmək gücü 3 milyon ton olan Bakı-Batumi neft kəməri bərpa edildikdən sonra mümkün oldu. Neft ixracının güclənməsi ölkəmizin bütün istehsal sahələrinin inkişafına təkan verdi.
Həmin dövrdə elektrik stansiyalarının gücü 63,7 min kVt-a çatdı ki, bunun da 56 min kVt-ı “Ağ şəhər” və “Bibiheybət” stansiyalarının payına düşürdü.
Nəhayət, həmin illərdə qısa müddətdə Azərbaycan iqtisadiyyatını idarə edən strukturlar tam formalaşdırıldı.
23 ay ərzində hökumətdə bu şəxslər təmsil olunub: iqtisadiyyat nazirləri arasında Nəsib bəy Yusifbəyli, R.Kaplanov, Əbdüləli bəy Əmircanov, İ.Protasov, Ə.Həsənov (maliyyə və xalq maarifi naziri), Məmməd Yusif Cəfərov, A.Əminov (ticarət və sənaye naziri), Əkbər ağa Şeyxulislamov, Xosrov bəy Sultanov, A.Qardaşov, Əhmədbəy Pepinov (əkinçilik, əmlak və əmək naziri), Xudadat bəy Məlikaslanov, Cəmobəy Hacinski (yollar, poçt və teleqraf naziri), Cəmo bəy Hacınski, Məmməd Həsən Hacınski, Nərimanbəy Nərimanbəyli, Heybətqulu bəy Məmmədbəyov (dövlət müfəttişi), A.Aşurov, Mirzə Əsədullayev (ticarət və sənaye naziri), (maliyyə naziri), G.Lizqarın (ərzaq naziri).
1918-1920-ci illərdə ADR höküməti tərəfindən iqtisadiyyatın bərpası üçün xeyli iş görülüb. Ölkənin inzibati-ərazi quruluşunda dəyişikliklər edilmiş, maliyyə işi qaydaya salınmışdır. Bunlardan başqa Baki-Batum neft kəməri bərpa olunur, Bakı-Culfa dəmiryolunun çəkilişi işi sürətləndirilir.
Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət torpaq islahatı haqqında qanun layihəsi hazırlanaraq 1920-ci il fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olunmuşdur. Həmin qanun layihəsinə görə torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla torpaqları onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq kəndlilərə paylanmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları almaq üçün güzəştli şərtlərlə kredit verilməsi nəzərdə tutulurdu. Lakin məlum səbəblərə görə, bu qanunun qəbul edilməsinə vaxt çatmadı.
1920-1939-cu illərdə Azərbaycanda iqtisadi şəbəkənin formalaşması prosesi ləng də olsa davam etdirilirdi. Bu dövrü xarakterizə edən ən böyük kompaniya kənd təsərrüfatının kollektivləşdirilməsi idi.
İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə iqtisadiyyatın başqa sahələri kimi sənaye də dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırıldı və tədricən inkişaf etməyə başladı. 1948-ci ildə respublika sənayesi müharibədən əvvəlki səviyyəni üstələyən məhsul buraxılışına nail olmuş, Azərbaycan sənayesi müharibədən sonrakı beş il yeddi ay ərzində tamamilə dinc quruculuq dövrünün tələblərinə uyğunlaşdırılmış və xeyli irəliləyib inkişaf etdirilmişdi. 1950-ci ildə Azərbaycanın sənaye məhsulu 1940-cı ilə nisbətən 39% artmışdı.
XX əsrin 50-60-cı illərində Azərbaycan sənayesinin inkişafı, sahə və ərazi quruluşunun təkmilləşməsi sahəsində mühüm irəliləyişlər baş vermişdi. Respublika sənayesində məhsul buraxılışı 1940-cı ilə nisbətən 5,5 dəfə artmış, 1941 – 1970-ci illərdə isə 146 və ya bütün 1920 – 1970-ci illərdə tikilmiş sənaye obyektlərinin 60%-i qədər iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. Azərbaycan sənayesinin inkişafında mühüm rol oynayan Sumqayıt boruyayma, alüminium və sintez-kauçuk zavodları, Gəncə Alüminium Zavodu, Daşkəsən Filiz Saflaşdırma kombinatı, Mingəçevir su-elektrik stansiyası və sairə iri müəssisələr tikilib istifadəyə verilmişdi. Bununla da həmin illərdə ağır sənayenin energetika, kimya və neft-kimya, neft emalı, qara və əlvan metallurgiya, cihazqayırma və elektrotexnika kimi sahələrinin geniş inkişafının əsası qoyuldu.
Həmin illərdə sənaye sahələri və obyektlərinin respublika daxilində nisbətən daha səmərəli yerləşdirilməsi, keçmişdə inkişaf səviyyəsi aşağı olan rayonların daha da sürətlə inkişafı, xırda və orta şəhərlərin əmək ehtiyatlarından istifadə səviyyəsinin yüksəldilməsi sahəsində də nəzərə çarpacaq işlər görülmüşdü. Sumqayıt, Mingəçevir, Əli-Bayramlı (indiki Şirvan), Daşkəsən kimi yeni sənaye şəhərləri yaranmış, Naxçıvan, Xankəndi, Quba, Qazax, Salyan, Neftçala və başqa şəhərlərdə sənayenin gələcək daha güclü inkişafı üçün təməl qoyulmuşdu. Nəticədə məhsuldar qüvvələrin respublika ərazisində yerləşməsi xeyli təkmilləşmişdi. Ümumi sənaye məhsulu istehsalında Bakı şəhərinin xüsusi çəkisi 1913-cü ildəki 91,4%-dən 72,8%-ə düşmüşdü. 1960-cı illərin axırına qədər Azərbaycan iqtisadiyyatında bir sıra çatışmazlıqlar və mənfi meyllər də təzahür etmişdi. Belə ki, 1950-ci illərin ortalarına qədər Azərbaycan Sovet İttifaqının karbohidrogen xammalı istehsal edən əsas regionu olaraq qalırdı və o özünün bu mövqeyini Qərbi Sibirin zəngin neft sərvətlərinin 50-ci illərin axırlarında geniş miqyasda mənimsənilməsinə başlanması dövrünə kimi saxlamışdı. Bütün ölkənin böyük tələbatını ödəmək vəzifəsinə uyğun olaraq, Azərbaycanda neft sənayesinin inkişafı uzun müddət onun iqtisadi durumunun təşəkkül istiqamətləri və xarakterlərinə öz təsirini göstərmişdi. Neft sənayesi bir tərəfdən istər çıxarılan xammalın ildən-ilə artımı, istərsə onun emalının genişlənməsi (neftayırma, neft-kimya, kimya) və istərsə də sahənin inkişafına bilavasitə xidmət edən əlaqəli müxtəlif istehsal növlərinin (neft maşınqayırması, cihaz və alətqayırma, qara metallurgiya, ilk növbədə neftçıxarma üçün borular istehsalı), elektroenergetika və s. yaranması əsasında respublikada çox güclü sənaye kompleksinin meydana gəlməsini təmin etdi. Azərbaycan iqtisadiyyatında uzun müddət aparıcı sahə olan neft-qaz sənayesinin onun ümumi inkişaf səviyyəsinin inkişafına təsiri bir qədər fərqli olmuşdu. 50-60-cı illərdə Sovet İttifaqının başqa regionlarında zəngin neft ehtiyatlarının aşkara çıxarılması və istifadəsi ilə əlaqədar olaraq, Azərbaycan neftinə maraq xeyli azaldı. Respublikada neft sənayesinə və onunla əlaqədar sahələrin inkişafına göstərilən səylər də səngidi və bu sahələrin inkişafının zəifləməsi bütövlükdə iqtisadiyyatın artım sürətinə mənfi təsir göstərməyə başladı. Doğrudur, neft hasilatını artırmaq üçün 50 – 60-cı illərdə Kür-Araz ovalığındakı yeni neft yataqları istismara verildi. Lakin bütün bunlar Azərbaycanda neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdıra bilmədi. Respublikanın zəngin təbii mineral xammalı, energetika, filiz ehtiyatlarının istehsal dövriyyəsinə cəlb edilməsi, qara metallurgiya, neft kimyası, kimya, elektrotexnika və cihazqayırma kimi bir çox mühüm sənaye sahələrinin yaradılması sahəsində bir sıra tədbirlər həyata keçirildi. Lakin bu işlər də çox ləng aparılır, respublikanın kənd təsərrüfatının, əlverişli kurort və turizm imkanlarından çox az istifadə olunurdu. Qeyd etmək lazımdır ki, Azərbaycan sənayesinin tarixən formalaşmış sahə quruluşu üçün əsasən çox kapital tələb edən, lakin nisbətən az məhsul tutumlu sahələrin (misal üçün yanacaq-energetika və i.a.) inkişafı səciyyəvi idi. 1970-ci ildə Azərbaycan SSR-də sənayenin əsas istehsal fondlarının 70%-i, istehsal olunan məhsulun isə cəmi 40%-ə qədəri yanacaq, energetika, metallurgiya və kimya sənayesi sahələrinin hesabına əldə edilirdi. Sənaye məhsulunun cəmi 22%-ni verən yanacaq sənayesinin payına o zaman sənayedə qoyulan bütün kapitalın 50%-dən çoxu düşürdü. Məhsuldar qüvvələrin yerləşdirilməsində baş vermiş irəliləyişlər də kifayətləndirici deyildi, başlıcası isə bütövlükdə məhsuldar qüvvələrin yerləşdirilməsi sahəsində kobud yanlışlıqlara yol verilmişdi. İri obyekt və müəssisələrin əksəriyyəti bir qayda olaraq Bakı və Sumqayıt şəhərlərində tikilirdi, digər şəhər və rayonlarda onların tikintisi məhdudlaşdırılırdı ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta axmasına səbəb olurdu. Təsadüfi deyil ki, sovet hakimiyyətinin 70-ci illərə qədər olan dövründə şəhər əhalisinin artması sürətinə görə Bakı, keçmiş ittifaqın paytaxt şəhərləri içərisində birincilər sırasında idi. 1970-ci ildə respublikada olan 60 şəhərin dördündə (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir) bütün şəhər əhalisinin 63%-i, qalanlarında isə 37%-i yaşayırdı. Bu da Bakı şəhərində mənzil sahəsinə və digər sosial obyektlərə olan ehtiyacın ödənilməsi sahəsindəki çətinlikləri daha da ağırlaşdırırdı.
70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda həm bütövlükdə respublika iqtisadiyyatının, həm də regionların gələcək sürətli inkişafını təmin edə bilən istehsal, elmi-texniki və kadr potensialı yaranmışdı. Keçmiş SSRİ əhalisinin yalnız 2,5%-nin yaşadığı Azərbaycan bir çox əsas sənaye məhsulları istehsalına görə ittifaq sənayesində nisbətən xeyli yüksək yer tuturdu. Belə ki, 80-ci illərin ortalarında ittifaq üzrə neft mədən avadanlıqları istehsalının 70%-i, o cümlədən 1970 – 1985-ci illərdə dərinlik nasosları istehsalının hamısı, elektrik qaynaq avadanlıqlarının 10,5%-i, kauçuk sodanın 7,8%-i, şərab və şərab məhsullarının 1/3 hissəsindən çoxu, məişət kondisionerlərinin hamısı, soyuducuların 5,7%-i, pambıq ipliyinin 9,6%-i, ipək xammalının 11,7-i və i.a. Azərbaycanın payına düşürdü. 70-ci illərdə və 80-ci illərin birinci yarısında Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə, Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu. Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, ayrı-ayrı illərdə isə daha çox olmuşdu.
Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmışdı.
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil ölkənin tələblərinə cavab verən və müasir dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında qurulmuş milli iqtisadiyyatı formalaşdırmaq idi.
Zəngin karbohidrogen ehtiyatlarına və bunların hasilatı və emalı sahəsində uzunmüddətli təcrübəyə malik olması ölkədə neft hasilatı və emalı sənayesinin, habelə neft-kimya sənayesinin inkişafına, əlverişli təbii-iqlim və torpaq resurslarının mövcudluğu kənd təsərrüfatı və turizm sahələrinin inkişafına, əlverişli coğrafi mövqe isə ölkənin beynəlxalq tranzit nəqliyyat sisteminə qoşulmasına əlverişli zəmin təşkil edirdi. Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı məhz bu zəminlər üzərində dəyişməyə və formalaşmağa başladı.
1990-cı illərdə iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması məqsədilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi. Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sistemi ləğv edildi, xarici ticarət fəaliyyəti, qiymətlər tamamilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdudiyyətlər aradan qaldırıldı, sərt maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib hüquqi şərait yaradıldı. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 1995-ci ildə respublikada artıq 10 min kiçik müəssisə, 80 minə yaxın fərdi kommersiya strukturları, 100-dən çox kommersiya bankı, 3,5 min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə müəssisə fəaliyyət göstərirdi.
Bu dövrdə, ilk növbədə, xarici investorlar üçün yüksək dərəcədə cəlbedici olan ölkənin zəngin neft ehtiyatları diqqətə gətirildi: 1994-cü ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi – “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra 2000-ci ilədək olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş (hasilatın pay bölgüsü sazişləri) imzalandı. Həmin sazişlərin əhəmiyyətli bir hissəsi üzrə kəşfiyyat və qazma işləri bu gün də davam edir, bir neçə saziş üzrə neft və qaz hasilatı və ixracı həyata keçirilməkdədir. Xüsusilə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” sazişləri üzrə neft və qaz hasilatı və ixracı həcmləri ildən-ilə artmaqdadır.
Hazırda ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2010-cu ildə ölkədə 50,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2003-cü ildə (15,4 milyon ton) olduğundan 3,3 dəfə çoxdur. Neftin 8,5 milyon tonu (16,7 faizi) milli neft şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, qalanı isə neft sazişləri (əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu) çərçivəsində hasil edilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda neft və qaz hasilatı məhz neft-qaz sazişləri çərçivəsində fəaliyyət göstərən konsorsiumların hasilatı hesabına artmaqdadır. Hazırda Azərbaycan nefti 22 ölkəyə ixrac olunur. Ölkənin ixracının 86,5 faizi xam neftin, 6,0 faizi isə neft məhsullarının payına düşür. 2010-cu ildə konsorsiumlar tərəfindən çıxarılan neftin 71 faizi Azərbaycan dövlətinin payına çatmışdır.
2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, qalan 19,2 milyard kub metri isə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” konsorsiumları tərəfindən hasil edilmişdir.
Ölkədə beynəlxalq neft sazişləri çərçivəsində neft-qaz hasilatı və ixracı həcmlərinin daha da artması və neftin dünya bazar qiymətlərinin yüksəlməsi hesabına ölkənin böyük neft gəlirləri əldə etməsi Azərbaycanı 2005-2007-ci illərdə illik ÜDM-in artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə 34,5 faizlik, 2007-ci ildə isə 25,0 faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-iqtisadi böhrana rəğmən Azərbaycanda ÜDM-in kifayət qədər yüksək illik artım tempi qeydə alındı – 10,8 faizlik real artım. Həmin ildə ölkənin ÜDM-i 48,85 milyard ABŞ dolları təşkil etdi ki, bu da 2004-cü ildə olduğundan 5,6 dəfə çox idi. 2008-ci ildə adambaşına düşən ÜDM 5600 ABŞ dolları səviyyəsinə çatıb. Rəsmi məlumatlara əsasən, 2005-2008-ci illərdə ölkədə yaradılan ÜDM-nin 55-60 faizi neft-qaz sektorunun payına düşüb. 2009-2010-cu illərdə neft sektorunun payının azalması, qeyri-neft sektorunun payının isə bir qədər artması müşahidə edilmidir.
Hazırda ölkə iqtisadiyyatında 4 milyondan çox insan məşğuldur. Məşğul əhalinin 1 milyon 560 mindən bir qədər çoxu, yaxud 38,4 faizi kənd təsərrüfatı və meşə təsərrüfatında çalışır, lakin bu sahədə ölkənin illik ÜDM-nin cəmi 5 faizinə qədəri yaradılır. Ölkədə həm bitkiçilik (meyvə-tərəvəz istehsalı, üzümçülük, bostan məhsulları, texniki bitkilər və s.), həm də heyvandarlıq (südlük və ətlik-südlük iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq və s.) sahələri fəaliyyət göstərir.
Son illər ölkədə yeni yaradılan emal sənayesi müəssisələrinin sayı artdıqca burada çalışanların sayı da artmaqdadır: belə ki, əgər 2000-ci ildə bu sahənin müəssisələrində 170 minədək işçi məşğul idisə, 2009-cu ildə onların sayı 200 minə yaxınlaşıb ki, bu da bütün məşğul əhalinin 5,0 faizi qədərdir. Ölkədə tikinti işlərinin geniş vüsət alması bu sektorda çalışanların sayında da özünü göstərir: məşğul əhalinin 5,5 faizi yaxud təqribən 225 min nəfəri burada çalışır ki, bu sektorun ÜDM-də payı son illər təqribən 6-8 faiz aralığında dəyişir. Məşğul əhalinin təqribən 1,0 faizi (40,5 min nəfər) elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi işlərində çalışır. Beləliklə, ölkə iqtisadiyyatının bütün istehsal sahələrində hazırda təqribən 2,0 milyondan bir qədər çox insan (məşğul əhalinin təqribən yarısı) çalışır.
Məşğul əhalinin qalan hissəsi xidmət sektorlarında fəaliyyət göstərir. Bunlardan 660 mindən bir qədər çoxu (bütün məşğul əhalinin təqribən 16-17 faizi topdan və pərakəndə ticarətlə, habelə avtomobillərin və məişət texnikasının təmiri ilə məşğul olmaqdadır. Məşğul əhalinin 347 min nəfəri (8,5 faizi) təhsildə, 280 min nəfərə qədəri (7 faizədək) dövlət idarəetməsi və müdafiədə, habelə sosial təminatda, 210 mini (5 faizi) nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində, 180 mindən bir qədər çoxu (4,5 faizi) səhiyyə və digər sosial xidmətlər sferasında, 140 minə qədəri (3-4 faizi) daşınmaz əmlak üzrə əməliyyatlar və icarə işlərində, 135 minə qədəri (3 faizi) kommunal və şəxsi xidmətlər göstərilməsində, 18-19 min nəfəri isə maliyyə fəaliyyəti sahəsində xidmət göstərir.
2010-cu ildə ölkədə yaradılan ÜDM-in 52,6 faizi sənayedə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda, 7,5 faizi tikintidə, 7,6 faizi ticarət və pullu xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və yük daşınmasında, 1,9 faizi rabitə və informasiya xidməti sahəsində. 11,9 faizi isə sosial xidmətlər sektorunda formalaşmışdır. ÜDM-in 7,1 faizi məhsula və idxala vergilər hesabınadır.
2010-cu ildə ölkədə istehsal olunan sənaye məhsulunun 75,7 faizi mədənçıxarma (neft-qaz, və digər mineral sərvətlərin hasilatı), 19,2 faizi emal, 4,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində yaradılıb. Ölkənin sənaye sahələrində işləyənlərin sayı 165,4 min nəfər təşkil edib ki, onların 21,1 faizi mədənçıxarma, 48,2 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 13,2 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinə aid müəssisələrdə çalışıb.
2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə 9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%, pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009-cu ilin eyni dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır.
Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır.
Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.
2010-cu il üzrə orta illik inflyasiya 5,7% təşkil etmişdir.
“Yaşayış minimumu haqqında” və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ehtiyac meyarı mərhələlərlə yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial yardım 110,6 min ailə və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. 2011-ci ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 78,9%-i götürülməklə 75 manat müəyyənləşdirilmişdir ki, bu da çətin vəziyyətdə yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən konkret tədbirlərdən biridir.
2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346,3 min nəfər olmuş, onlardan 4088 min nəfərini (94,1%) iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Həyata keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin etmişdir. Belə ki, 2010-cu ildə ölkə əhalisinin nominal pul gəlirləri 13,3% artaraq 25,6 mlrd. manata çatmış, onun adambaşına həcmi 2866 manat və ya ayda orta hesabla 238,8 manat təşkil etmişdir. Hesabat dövründə işləyənlərin orta aylıq əmək haqqı orta hesabla 9,1% artaraq 325 manata çatmışdır.
Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.
Müstəqilliyi bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-də) ölkənin ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakı kimi təsnifləşdirmək olar:
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: önləyici kurs
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: önləyici kurs Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübünü major notda başa vurub: ÜDM 6,8 % artıb, qeyri-neft sektorunda 10,3 %, qeyri-neft sənayesində isə 18,1 %-lik artım qeydə alınıb.
18 Aprel , 2022 18:04
https://static.report.az/photo/2ac91507-7f38-39b2-af77-b785806390de.jpg
Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübünü major notda başa vurub: ÜDM 6,8 % artıb, qeyri-neft sektorunda 10,3 %, qeyri-neft sənayesində isə 18,1 %-lik artım qeydə alınıb. Göründüyü kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kurs öz bəhrəsini verməkdədir. Ölkədə yaradılan sənaye parkları, sahibkarlara verilən güzəştlər və subsidiyalar, investisiya təşviqi sənədləri və digər tədbirlər ölkədə biznesin inkişafına təkan verib. Məsələn, ildən-ilə sənaye parklarının iqtisadiyyatdakı rolu artır. Sənaye parklarına investisiyalar artıq qeyri-neft sektoruna qoyulan investisiyaların 23,8 %-nə çatıb. Bütün dövr ərzində onların rezidentləri 6,3 milyard manatlıq məhsul istehsal edib, 2 milyard manatlıq ixracat həyata keçiriblər. İstehsalın və ixracın artım templəri sürətlə yüksəlir. Ən parlaq nümunələrdən biri Sumqayıt Kimya Sənaye Parkıdır. Keçən il sənaye parkının rezidentləri 700 milyon ABŞ dollarından çox dəyərində məhsul ixrac ediblər – bu, onların son 10 ildəki ixrac göstəricisi ilə eynidir! Ümumilikdə isə ötən il sənaye parklarından məhsul ixracı 138 %, istehsal isə 76 % artıb. Qeyd olunmalıdır ki, bu tendensiya təkcə sənaye parklarında yaşanmır, digər sənaye məhsullarının da ixracı artır. 2022-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 60 %-dən çox, ixrac isə iki dəfə artıb. Enerji qiymətlərinin bahalaşmasının da buna təsir etməsinə baxmayaraq, qeyri-neft ixracı da yüksək artım templərini göstərir – 45 %. Önləyici tədbirlər Ötən il Azərbaycanda ÜDM artımı 3,4 % səviyyəsində proqnozlaşdırılırdı və yekunda 5,6 % təşkil etdi. Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan 6,3 % (418 milyon manat) çox olub və 7 milyard manatı ötüb. Dövlət Vergi Xidməti üzrə daxilolmalar proqnozlaşdırılandan 23,8 %, Dövlət Gömrük Komitəsi üzrə isə 23,7 % artıq olub. Faktiki iqtisadi artım göstəriciləri proqnozları qabaqlayır və bu da bir çox amil ilə bağlıdır. Məsələn, iqtisadiyyatın “ağardılması”, əlverişli biznes və investisiya mühiti. Bütün bunlar qeydiyyatdan keçmiş müəssisələrin, vergi və gömrük daxilolmalarının artmasına, investisiyaların cəlb edilməsinə şərait yaradır. Dövlət büdcəsinin gəlirləri proqnozdan artıqdır? Deməli, yeni layihələrə, ehtiyatların artırılmasına yönəldilə bilən izafilik var. Dövlət Neft Fondundan vəsaitə tələbat getdikcə azalır ki, bu da maliyyə “təhlükəsizlik yastığının” artırılmasına imkan verir, indiki gərgin şəraitdə (dünyada istehsal və təchizat zəncirlərindəki qırılmalar, yüksək inflyasiya və s.) isə qənaət edilən hər manat çox önəmlidir.
İqtisadi artım templəri gözləntiləri üstələyir? Deməli, sahibkarlar özlərini rahat hiss edirlər, hazırlanmış strategiyalar, imzalanan fərman və sərəncamlar effektivdir, kağız üzərində qalmırlar, həyata keçirilirlər. Birinci rübün yekunlarına əsasən, büdcə vəsaitlərinin 99 f%-indən istifadə edilib ki, bu da daha bir yaxşı göstəricidir. Dövlət maşını işləyir, özü də səmərəli işləyir. Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda ÜDM-in nominal həcmi rekord (ilin ilk rübləri üçün) səviyyəyə – 30 milyard manata çatıb. Bu, həm də qeyri-neft ÜDM-i üzrə rekord hesab olunur – 15 milyard manat. ÜDM-in yarıdan çoxu sənayenin payına düşür. Eyni zamanda, bu sahədə istehsalın və göstərilən xidmətlərin həcmi 20,6 milyard manat təşkil edib ki, bu da bir il əvvəlkindən 3,9 % çoxdur. Əsas artımı qeyri-neft sektoru təmin edib – il ərzində 18,1 %, neft sənayesi isə 1,1 % artıb. Sevindirici haldır ki, sənaye istehsalının və xidmətlərin böyük hissəsi (87,5 %) özəl sektorun payına düşür. Əhalinin gəlirlərinin (18,9 %) və istehlak tələbinin (4,4 %) artması fonunda ölkədə emal sənayesində məhsul istehsalı artır. Özü də Dövlət Statistika Komitəsinin məlumatına görə, içkilərin (spirtli içkilərin bəzi növləri), tekstil məmulatlarının, ayaqqabı və dəri məmulatlarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri sahələri istisna olmaqla, bütün sahələrdə artım qeydə alınıb. Fəal gündəm: Qarabağa diqqət İlin əvvəli ölkədə iqtisadi hadisələrlə zəngin olub. Əhəmiyyətli hadisələrdən İranla Zəngəzur dəhlizinə dair sazişi, “Masdar” və “ACWA Power” şirkətləri ilə günəş və külək elektrik stansiyalarının tikintisinə dair sazişi, Rusiya ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməni və s. fərqləndirmək olar. Bundan başqa, Prezident İlham Əliyev Ukrayna, Rusiya və Belçikaya səfərləri nəzərə almasaq, Gəncə, Ağdam, Tərtər və Ağcabədi rayonlarına səfər edib. Bölgələrə səfərlər zamanı onlarla obyekt açılıb. Bu baxımdan Qarabağın bərpası ilə bağlı işləri xüsusi qeyd etmək istərdim. Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb. Füzuli Beynəlxalq Hava Limanı, mehmanxanalar, yaşayış binaları və inzibati binalar, yeni yollar, bərpa edilmiş mədəniyyət və memarlıq abidələri – görülən işlərin sürəti və keyfiyyəti bütün dünyanı heyrətə gətirib. Qarabağın bərpası sürətlə gedir. Bu il üçün 2,2 milyard manat vəsait ayrılıb ki, onun da təqribən 16 %-i artıq istifadə olunub. Ötən il də bu məqsədlər üçün 2,2 milyard manat vəsait ayrılmışdı.
Ötən il Qarabağ iqtisadi rayonunda 146, bu il isə 32 müəssisə yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda bu rəqəmlər müvafiq olaraq 44 və 7 təşkil edib. Aprelin 1-nə olan vəziyyətə görə, bu iqtisadi rayonlarda 5 704 müəssisə, 80 574 fərdi sahibkar fəaliyyət göstərir. Hazırda bu iki iqtisadi rayonun payına ölkədə qeydiyyatdan keçmiş bütün müəssisələrin təxminən 2-3 %-i (fərdi sahibkarlar baxımından isə 6 %-i) düşür. Elə də yüksək rəqəm deyil, amma yeni müəssisələrin açılmasının artım tempinin bəzi rayonların göstəricilərini üstələdiyini nəzərə alsaq, vəziyyətin tezliklə dəyişəcəyini ehtimal etmək olar. Qarabağın inkişafında bərpa olunan enerji mənbələri sferası xüsusi yer tutur. Ölkədə alternativ enerji mənbələrinin potensialı 26 min MVt-dan artıqdır və bu həcmin 9 min MVt-dan çoxu Qarabağın payına düşür. Yəni ölkədə bərpa olunan enerji mənbələrinin potensialının üçdə birindən bir qədər çoxu işğaldan azad edilmiş ərazilərdə yerləşir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına dair müşavirədə çıxışı zamanı bu sahəyə istər xarici, istərsə də yerli özəl kapitalın cəlb edilməsinin vacibliyini qeyd edib. Bu gün mövcud qlobal problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək sabitlik və xarici dəyişikliklərə çevik uyğunlaşmaq qabiliyyəti nümayiş etdirir. Yüksək artım göstəriciləri və qabaqlayıcı templər buna bariz nümunədir. Azad Həsənli, analitik
Похожие статьи
-
Azerbaycan iqtisadiyyati fenni
Sabah” MƏRKƏZİ “AZƏrbaycan iQTİsadiyyati” FƏNNİ Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar….
-
Azerbaycan tarixi mədəniyyəti 2 ci cild
Imali Azərbaycan Haqqinda Melumat – Vikipedia İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri 4 oktyabrda Cəbrayıl [97] [98] , 17 oktyabrda…
-
Musiqi tarixi 2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında “Qafqaza səyahət” baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun “Xeyir və şər”…
-
Azerbaycan iqtisdiyyati Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin…
-
Azerbaycan Tarixi – Wikipedia Təxminən e.ə. I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq e.ə. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi…
Comments are closed, but trackbacks and pingbacks are open.