UNEC-də “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə müstəqilliyimizin əldə olunması prosesinin həm şahidi, həm də iştirakçısı olaraq, onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin sessiyasında qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktının əhəmiyyətindən, eləcə də ölkənin iqtisadi müstəqillik konsepsiyasının mahiyyətindən danışıb. Deputat həmin dövrdən ölkənin iqtisadi potensialının sürətlə artmağa başladığını, bu gün ölkəmizin regionun ən güclü dövlətinə çevrildiyini deyib.
Azerbaycan iqtisadiyyati unec
UNEC-in rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabının təqdimatı keçirilib.
“Unikal” xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan kitabın təqdimatında millət vəkilləri, ölkənin tanınmış iqtisadçı alimləri iştirak ediblər.
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Azərbaycan iqtisadiyyatı” kitabında ölkə iqtisadiyyatının tarixi inkişaf mərhələləri, struktur dəyişiklikləri, islahatları, perspektivləri və bütövlükdə inkişafının başlıca xüsusiyyətlərini əks etdirən məlumatların infoqrafik formada oxuculara çatdırıldığını deyib. Kitabdan ölkə iqtisadiyyatı ilə maraqlanan hər kəsin, eləcə də “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisi zamanı tələbə və müəllimlərin faydalana biləcəyini vurğulayıb.
Rektor, professor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan və ölkə iqtisadiyyatının inkişaf mərhələlərindən bəhs edən kitabın ərsəyə gəlməsi zəruriyyətindən danışıb. Kitabın nəşrində informasiyanın çatdırılmasında dünyada yeni yanaşma olan infoqrafik üslubun əsas götürüldüyünü deyən rektor, burada Dövlət Statistika Komitəsinin məlumat bazası ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edildiyini diqqətə çatdırıb. 18 fəsildən ibarət olan kitabda çar Rusiyası dövründəki Azərbaycan iqtisadiyyatının, cümhuriyyət illərində milli iqtisadiyyat yolunda atılan ilk addımların, sovet Azərbaycanı dövründə sosialist iqtisadiyyatının əsas istiqamətlərinin göstərildiyini, eləcə də müstəqil Azərbaycanın bazar iqtisadiyyatının formalaşması istiqamətində həyata keçirilmiş tədbirlər və onların nəticələrinin şərh olunduğunu deyib. Bildirib ki, kitabda ölkənin iqtisadi inkişafı ilə bağlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə dair məlumatlar da əks olunub, həmçinin ölkənin iqtisadi resursları, makroiqtisadi struktur və digər məlumatlar verilib.
Dosent Elşən Bağırzadə kitabda beynəlxalq müqayisələrin aparıldığını xüsusi vurğulayaraq, oxucuların burada MDB məkanı, türk dünyası, postsosialist məkanı və inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin son 30 ildəki iqtisadi inkişaf trendini Azərbaycanla müqayisəli şəkildə görə biləcəyini deyib.
Milli Məclisin Komitə sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının inkişaf mərhələlərinin dolğun şəkildə və infoqrafik üslubda əks olunduğu kitabı oxucular üçün zəngin töhfə adlandırıb. Millət vəkili gənc nəslin daha çox təsviri informasiyalara üstünlük verdiyinə diqqət çəkərək, bu cür nəşrlərin daha tez qavranan və yaddaqalan olduğunu vurğulayıb.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov kitabın ölkə iqtisadiyyatı ilə bağlı alternativ statistik mənbə olduğunu və ölkənin iqtisadi xəritəsi rolunu oynadığını deyib. Y.Yusifov iqtisadi rayonların son bölgüsünün təhlilinin də kitabda yer almasını yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatı ilə bağlı yeni nəşrin cəmiyyətin bütün üzvləri üçün faydalı olacağını bildirib.
Təqdimatda çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, professor Akif Musayev Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrünün statistik rəqəmlərlə əks olunduğu kitabda ölkənin iqtisadi inkişaf modelinin təqdim olduğunu və belə bir nəşrin ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini deyiblər.
Çıxışlardan sonra millət vəkili Etibar Əliyev, professorlar Arif Şəkərəliyev, Əli Əlirzayev, Məhiş Əhmədov, İrşad Kərimli və digərləri çıxış edərək kitabı Azərbaycan iqtisadiyyatının tədqiqi sahəsində böyük elmi baza və iqtisadiyyat elminin populyarlaşdırılması yönümündə olduqca zəngin vəsait adlandırıblar.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın açılışında çıxış edən UNEC-in prorektoru professor Sakit Yaqubov xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən söz açıb, XX əsrdə Azərbaycan xalqının iki dəfə müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb. O, milli azadlıq hərəkatının 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndiyini bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində ölkəmizin müstəqilliyinin möhkəmləndiyini, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini deyib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə müstəqilliyimizin əldə olunması prosesinin həm şahidi, həm də iştirakçısı olaraq, onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən Ali Sovetin sessiyasında qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktının əhəmiyyətindən, eləcə də ölkənin iqtisadi müstəqillik konsepsiyasının mahiyyətindən danışıb. Deputat həmin dövrdən ölkənin iqtisadi potensialının sürətlə artmağa başladığını, bu gün ölkəmizin regionun ən güclü dövlətinə çevrildiyini deyib.
AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov müstəqilliyin əldə olunması və bərpasının tarixi barədə çıxış edib. Müstəqilliyimizin bərpasından sonra ilk illərdə ölkədə siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsinin respublikanı iflic vəziyyətinə saldığını deyən C.Bəhramov ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu bildirib.
Sonra konfrans panel bölmələrdə müstəqillik illərinin institusional islahatları, regionların inkişafı, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ərazi bütövlüyünün bərpası, iqtisadi inkişafın perspektivləri, müstəqillik illərində maliyyə uçotu, statistika və digər mövzularda çıxışlarla davam edib.
Konfransın sonunda müstəqilliyin bərpasının 30-cu ildönümü məqsədilə müəllim və tələbələrin arasında keçirilən elmi məqalə müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib.
Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.
Azerbaycan iqtisadiyyati unec
UNEC-in rektoru professor Ədalət Muradov və rektorun müşaviri dosent Elşən Bağırzadənin həmmüəllifi olduqları “Azərbaycan iqtisadiyyatı” (infoqrafik) kitabının təqdimatı keçirilib.
“Unikal” xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan kitabın təqdimatında millət vəkilləri, ölkənin tanınmış iqtisadçı alimləri iştirak ediblər.
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Azərbaycan iqtisadiyyatı” kitabında ölkə iqtisadiyyatının tarixi inkişaf mərhələləri, struktur dəyişiklikləri, islahatları, perspektivləri və bütövlükdə inkişafının başlıca xüsusiyyətlərini əks etdirən məlumatların infoqrafik formada oxuculara çatdırıldığını deyib. Kitabdan ölkə iqtisadiyyatı ilə maraqlanan hər kəsin, eləcə də “Azərbaycan iqtisadiyyatı” fənninin tədrisi zamanı tələbə və müəllimlərin faydalana biləcəyini vurğulayıb.
Rektor, professor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan və ölkə iqtisadiyyatının inkişaf mərhələlərindən bəhs edən kitabın ərsəyə gəlməsi zəruriyyətindən danışıb. Kitabın nəşrində informasiyanın çatdırılmasında dünyada yeni yanaşma olan infoqrafik üslubun əsas götürüldüyünü deyən rektor, burada Dövlət Statistika Komitəsinin məlumat bazası ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə edildiyini diqqətə çatdırıb. 18 fəsildən ibarət olan kitabda çar Rusiyası dövründəki Azərbaycan iqtisadiyyatının, cümhuriyyət illərində milli iqtisadiyyat yolunda atılan ilk addımların, sovet Azərbaycanı dövründə sosialist iqtisadiyyatının əsas istiqamətlərinin göstərildiyini, eləcə də müstəqil Azərbaycanın bazar iqtisadiyyatının formalaşması istiqamətində həyata keçirilmiş tədbirlər və onların nəticələrinin şərh olunduğunu deyib. Bildirib ki, kitabda ölkənin iqtisadi inkişafı ilə bağlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinə dair məlumatlar da əks olunub, həmçinin ölkənin iqtisadi resursları, makroiqtisadi struktur və digər məlumatlar verilib.
Dosent Elşən Bağırzadə kitabda beynəlxalq müqayisələrin aparıldığını xüsusi vurğulayaraq, oxucuların burada MDB məkanı, türk dünyası, postsosialist məkanı və inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin son 30 ildəki iqtisadi inkişaf trendini Azərbaycanla müqayisəli şəkildə görə biləcəyini deyib.
Milli Məclisin Komitə sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının inkişaf mərhələlərinin dolğun şəkildə və infoqrafik üslubda əks olunduğu kitabı oxucular üçün zəngin töhfə adlandırıb. Millət vəkili gənc nəslin daha çox təsviri informasiyalara üstünlük verdiyinə diqqət çəkərək, bu cür nəşrlərin daha tez qavranan və yaddaqalan olduğunu vurğulayıb.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov kitabın ölkə iqtisadiyyatı ilə bağlı alternativ statistik mənbə olduğunu və ölkənin iqtisadi xəritəsi rolunu oynadığını deyib. Y.Yusifov iqtisadi rayonların son bölgüsünün təhlilinin də kitabda yer almasını yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatı ilə bağlı yeni nəşrin cəmiyyətin bütün üzvləri üçün faydalı olacağını bildirib.
Təqdimatda çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü, professor Akif Musayev Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrünün statistik rəqəmlərlə əks olunduğu kitabda ölkənin iqtisadi inkişaf modelinin təqdim olduğunu və belə bir nəşrin ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini deyiblər.
Çıxışlardan sonra millət vəkili Etibar Əliyev, professorlar Arif Şəkərəliyev, Əli Əlirzayev, Məhiş Əhmədov, İrşad Kərimli və digərləri çıxış edərək kitabı Azərbaycan iqtisadiyyatının tədqiqi sahəsində böyük elmi baza və iqtisadiyyat elminin populyarlaşdırılması yönümündə olduqca zəngin vəsait adlandırıblar.
Похожие статьи
-
Azerbaycan iqtisadiyyati fenni
Sabah” MƏRKƏZİ “AZƏrbaycan iQTİsadiyyati” FƏNNİ Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar….
-
BVF: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 3,4 faiz artacaq Bakı. 11 may. REPORT.AZ/ Dünya Bankı (WB) bu il Avropa və Mərkəzi Asiya regionunda iqtisadi…
-
Azerbaycan usaq edebiyyati qara namazov
Qara müəllim vəfat etdi Ağsu rayon MKS Azerbaycan usaq edebiyyati qara namazov Ağsu rayon Mərkəzi Kitabxanası Ağsu rayon MKS Əsas səhifə Sənədlər…
-
Azərbaycan mətbəxi Azərbaycanda balıqlı xörəklərin hazırlanmasında daha çox nərə və pullu balıqlardan istifadə edilir. Balıqdan hazırlanmış ikinci…
-
Azerbaycan kitabxanalar tarixi yukle
Azerbaycan kitabxanalar tarixi yukle UNEC alimlərinin hazırladığı və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu monoqrafiyada əsası Ulu Öndər Heydər…
Comments are closed, but trackbacks and pingbacks are open.