Press "Enter" to skip to content

Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild

16. Sovet rejiminə qarşı Gəncə üsyanı baş verdikdən neçə il sonra M. Bağırov AK(b)P MK-nin birinci katibi vəzifəsinə gətirildi:

Azerbaycan tarixi 4cu cild

Arxeoloji abidələrin tədqiqi Azərbaycanın qədim dövr tarixini, bu ərazidə baş verən mədəni-tarixi prosesləri öyrənmək üçün mühüm əhəmiyyətə malikdir.
Azərbaycanın arxeoloji abidələrindən aşkar olunan maddi-mədəniyyət nümunələri qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edir. Arxeoloji abidələrin tədqiqi Azərbaycanın həm yazıya qədər olan tarixini, həm də yazının meydana çıxmasından sonrakı tarixini öyrənmək üçün əvəzedilməz dəlillər vermişdir. Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30-50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır. İlk vaxtlar arxeoloji abidələrdə Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan arxeoloji komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır. Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir. Hazırda Azərbaycan arxeologiyasına aid xeyli elmi məqalə və monoqrafiyalar nəşr edilmişdir. Lakin bu əsərlər az tirajla nəşr edildiyindən geniş oxucu kütləsi, xüsusilə tələbələrimiz üçün o qədər də əl yetən deyil. «Azərbaycan arxeologiyası» adlı əsərin yazılmasına bir neçə dəfə müraciət edilmişdir. Onlar arasında T.Ə.Bünyadovun «Azərbaycan arxeologiyası oçerkləri», R.B.Göyüşovun «Azərbaycan arxeologiyası», М.М.Hüseynovun «Azərbaycan arxeologiyası», М.М.Hüseynov və digərlərinin həmmüəllifliyi ilə yazılan «Azərbaycan arxeologiyası» kitablarını göstərmək olar. Bu kitablar həm çoxdan, həm də az tirajla çap olunduğundan tələbatı ödəmir. Digər tərəfdən bu kitablar çap edildikdən sonra Azərbaycan arxeologiyasının inkişafı nəticəsində bir sıra yenilik və dəyişikliklər meydana çıxmışdır. Azərbaycanda aşkar olunmuş minlərlə arxeoloji abidənin hamısı haqqında məlumat vermək olduqca çətin bir işdir. Odur ki, bizim yazdığımız kitabda ən mühüm arxeoloji abidələr haqqında məlumat verilmişdir. Arxeoloji abidələrin hamısını müəyyən mədəniyyətlər üzrə təsnif etmək mümkün olmadığından onların müəyyən qismi regionlar üzrə xarakterizə edilmişdir.
Bu kitabı yazmaqda məqsədimiz oxucuları Azərbaycanın qədim mədəniyyətləri ilə bir qədər ətraflı tanış etmək və bu mədəniyyətlər haqqında bütöv təsəvvür yaratmaqdan ibarətdir. Azərbaycanın qədim abidələri Azərbaycan xalqının qədim dövrdən bu ərazidə yaşadığını sübut edən ən tutarlı maddi dəlillərdir. Azərbaycan xalqının etnogenezi ilə bağlı bir sıra yanlış nəzəriyyələr uydurulsa da, qədim abidələrimiz xalqımızın keçdiyi yolu ardıcıllıqla izləməyə və bu yanlış nəzəriyyələrə cavab verməyə imkan verir. Arxeoloji və antropoloji araşdırmalar təsdiq edir ki, min illər bundan əvvəl Azərbaycanda yaşayan kuti, lullubi, turukki, kassi, su, naxçı, subar, skif və digər tayfalar Azərbaycan xalqının ulu əcdadları olmuşlar. Onların maddi və mənəvi dəyərləri bu gün də Azərbaycan xalqı içərisində yaşamaqda davam edir.

PALEOLİT DÖVRÜ

Quruçay mədəniyyəti. Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi Qədim daş dövründən insanların burada məskən salmasına şərait yaratmışdır. Azərbaycanın Paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanmışdır. 1953-cü ildə S.N. Zamyatin və М.М.Hüseynovun rəhbərliyi ilə təşkil edilən kəşfiyyat xarakterli tədqiqatlar zamanı Qazax rayonunun Daşsalahlı kəndində, Damcılı mağarasında Paleolit düşərgəsi aşkar olunmuşdur. Sonrakı illərdə aparılan araşdırmalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir. Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə Aşel dövrü təbəqəsindən azıxantroqun alt çənə parçası, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar olunmuşdur.

Şəkil 1. Azıx mağarasının planı

Füzuli şəhərinin yaxınlığında yerləşən Azıx mağarası Quruçay vadisində, Мil düzü ilə dağ silsiləsinin birləşdiyi ərazidə, olduqca əlverişli mövqedə yer almışdur. Soyuq və isti iqlimlərin qovşağında yerləşən bu ərazi Paleolit dövrü insanlarının ovladığı müxtəlif heyvanların buraya gəlməsinə imkan yaratmışdır. Onlar içərisində kərgədan, vəhşi atlar, ceyran, öküz və digər heyvan cinsləri olmuşdur.

Şəkil 2. Azıx mağarası. Quruçay mədəniyyətinin əmək alətləri

Мağaranın iki girişi olmuşdur. Dörd zaldan ibarət olan mağaranın ümumisahəsi 80000 kv. m-dir. Zalların tavanında olan müxtəlif həcmli dəliklər gün işığının mağaraya düşməsinə imkan yaratmışdır. Azıx mağarasında aparılan qazıntılar zamanı 14 m qalınlığında 10 mədəni təbəqə aşkar olunmuşdur. X-VII təbəqələrdən aşkar olunan maddi-mədəniyyət nümunələri hazırlanma texnikası və tipologiyasının özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi üçün Quruçay mədəniyyəti adlandırılmışdır. Ən aşağıda yerləşən və mağaranın daş döşəməsini örtən onuncu təbəqə Quruçay hövzəsinin ilk sakinlərinin maddi mədəniyyəti ilə bağlıdır. Ehtimal ki, insanlar Quruçay vadisində mağarada məskunlaşmamışdan xeyli əvvəl yaşamışlar.
Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorrinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən

Şəkil 3. Azıx mağarası. Quruçay mədəniyyətinin əmək alətləri

həmçinin istehsal tullantıları və Quruçay dərəsindən xammal kimi gətirilən çaydaşları da aşkar edilmişdir. Əmək alətlərinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmaqla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr əsasən daşların kənarlarından mərkəzə doğru vurulan zərbələrlə qoparılmışdır. Alətlərin bir qismində çay daşının təbii qabığı saxlanmışdır. Bəzi əmək alətləri pilləli retuşla işlənmişdir. Onuncu təbəqədən aşkar olunmuş əmək alətləri işlənmə texnikasına və tipoloji xüsusiyyətlərinə görə həmdövrdür. Ərsinlər, kəsici və özəkvari alətlər qəlpələr qoparılmaqla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli əvvəl vadidə açıq düşərgələrdə məskunlaşmışlar. М.М.Hüseynovun fikrinə görə, bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il əvvəl meydana gəlmişdir. Hazırda Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur.

Şəkil 4. Azıx mağarası. Quruçay mədəniyyətinə aid çapma aləti

Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və kubvari alətlər, limasşəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə ilk dəfə olaraq kubvari alətlər meydana çıxır. Protoçopperlər çay daşının bir ucu, yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər başlıca olaraq çox da ağır olmayan yastı, oval daşlardan, çay daşlarının bir ucu, yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə, ərsinlər isə vurma səthi saxlanmış qəlpələrin bəzən bel, bəzən isə kənarlarının işlənməsi ilə düzəldilmişdir.
Мağaranın səkkizinci təbəqəsində aşkar olunan əmək alətləri tipoloji xüsusiyyətlərinə görə alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin bu təbəqə üçün protoçopper və protoçoppinq tipli ağır qiqantolitlərin meydana çıxması xarakterikdir. Bu təbəqədə primitiv çapacaqlara bənzəyən protoçoppinqlərdə aşkar olunmuşdur.
Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı mərhələsini əks etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə aşağıdakı təbəqələrlə eyni olub, özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətindən tamamilə fərqlənir. Bu təbəqədən aşkar edilmiş daş məmulatı protoçopper, protoçoppinq, özəkvari və kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tullantıları, çay daşlarından ibarətdir. Əmək alətləri işlənmə texnikasının daha təkmil olunması ilə X-VIII təbəqənin alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda özünü göstərir. Çoppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün çoppinqləri və kobud çapacaqları üçün xarakterik olan əlamətlər izlənmişdir.
Azıx mağarasının X-VII təbəqəsindən aşkar olunmuş əmək alətləri tipoloji xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpə qoparma üsuluna və istifadə olunan xammalın tərkibinə görə genetik cəhətdən bir-biri ilə bağlı olub vahid bir mədəniyyətin məhsuludur. Bu mədəniyyət Azıx, Tağlar və Azərbaycanın cənubqərbindəki digər mədəniyyətlərin qaynağı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan bu təbəqə mağaranın ən qədim çöküntüləri olmaqla eyni təbii şəraitin məhsuludur.
Qədim insanların yaşadığı Paleolit düşərgələrinə dünyanın bir çox yerlərində rastlansa da, çoxtəbəqəli Azıx mağarası təbəqələrin ardıcıl yerləşməsinə görə nadir abidələrdən biridir. Azıx mağarasının yeganə bənzəri hələlik Olduvay abidəsidir. Elə buna görə də Azıx mağarasından aşkar edilmiş əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında М.М.Hüseynov Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir.
Azıx mağarasının X-VII qatlarının fauna qalıqları olduqca pis saxlanmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu təyin etmək mümkün olmamışdır. Aşkar olunan heyvan sümükləri maral, antilop, quş, gəmirici və yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu Abşeron dövrünün fauna qalıqları daha zəngin olmuşdur. Bu dövrdə Vulpes aff vulpes, Crocuta spelea, Spelearstos speleus, Ursus cf.arctos, Cervus mesopotamiea, Equus sussen bornansis, Equus hidruntinus, Dicerorhinus mercki, Bison schotensaci və digər heyvanlar yaşamışdır.
Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş alətlərin bənzərləri Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Мelka Kontura (Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur. Azıx mağarasının qədim sakinlərinin əsas məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur.
Aşel mədəniyyəti. Azərbaycanda Aşel mədəniyyəti Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun ikinci mərhələsini təşkil etmişdir. Aşel mədəniyyətinə aid tapıntılar Azərbaycan ərazisində Qazax rayonunun Qayalı, Acıdərə, Şişquzey düşərgələrindən və digər abidələrdən aşkar edilmişdir. Lakin Aşel mədəniyyətinə aid ən zəngin maddi-mədəniyyət nümunələri Azıx mağarasından aşkar olunmuşdur. Azıx mağarasında Aşel mədəniyyətinin basilica olaraq erkən və orta mərhələsi geniş təmsil olunmuşdur. Erkən Aşel 700-500 min il bundan əvvələ aid edilir. Azıx mağarasında Erkən Aşel Quruçay mədəniyyəti əsasında inkişaf etmiş və onun davamı olmuşdur. Aşel dövrünün erkən mərhələsi Azıx mağarasının altıncı təbəqəsində aşkar olunmuşdur. Bu təbəqədən xeyli daş məmulatı (2000-dən artıq), ocaq qalıqları, müxtəlif heyvan sümükləri, bitki ovuntusu aşkar olunmuşdur. Heyvan qalıqlarının çox aşkar olunması Aşel dövründə təsərrüfatda ovçuluğun əsas yer tutduğunu göstərir.
Əmək alətləri başlıca olaraq felzit, kvars, çaxmaqdaşı, bazalt, əhəngdaşından, bəzən isə xalsedon və digər daş cinslərindən hazırlanmışdır. Daş məmulatı əmək alətləri, istehsal tullantıları və çay daşlarından ibarətdir. Əmək alətləri arasında kobud çapacaqlar, qaşovlar kəsici alətlər və ərsinlər xüsusi yer tutur. Çapacaqlar həcminə görə Olduvay, Ubeydiyə, Terra-Amatadan tapılmış alətlərlə uyğundur.
Çapacaq və çapacaq tipli alətlər çay daşının hər iki tərəfindən qəlpələr qoparılmaqla hazırlanmış, tutacaq hissəsinin təbii qabığı saxlanmışdır. Çopper tipli alətlərin bir kənarı, yaxud ucu qəlpələr qoparılmaqla işlənmişdir. Bu tip alətlərlə yanaşı düz vurma səthi olan və təbii qabıqla örtülmüş qəlpələrdən hazırlanmış alətlər də vardır. Onlar ərsinlər, itiuclular, limastipli və s. alətlərdən ibarətdir. Aşkar olunan əmək alətləri qədim insanların yalnız çay daşlarından hazırlanmış çopper, coppinq və kobud çapacaqlarla kifayətlənmədiyini, qəlpələrdən əmək alətləri hazırlamağa başladığını göstərir. Azıx mağarasının Erkən Aşel mədəniyyətinə aid əmək alətləri qəlpələrin qoparılma texnikasına görə olduqca kobuddur və keçmiş SSRİ-də onların bənzərləri yoxdur.
Altıncı təbəqədən aşkar edilmiş arxeoloji materiallar bir tərəfdən daha qədim Quruçay mədəniyyətinin, digər tərəfdən isə Orta Aşel mədəniyyətinin xüsusiyyətlərini daşımaqla Aşelə keçid mərhələsini əks etdirir. Aşkar olunan fauna qalıqları, o cümldən Мerka kərgadanı, Şotenzak bizonu, Zyusenbern atı, Мesopotomiya maralı, mağara kaftarı, nəhəng maral, cənub yarasalarının sümükləri bu dövrün Мindel buzlaşması dövrünə, bəlkə də daha əvvələ aid olduğunu deməyə imkan verir. Sümük qalıqlarının hamısı daşlaşmış vəziyyətdə aşkar olunmuşdur.

Şəkil 5. Azıx mağarası. Qədim Aşel mədəniyyətinin əmək alətləri

Erkən Aşel dövrü təbəqəsində diametri 30 x 20 sm olan ocaq qalıqlarının aşkar olunması Azıx sakinlərinin odla tanış olduğunu göstərir. Ocaq birbaşa girişdə yox, qapıdan 20-25 m uzaqlıqda cənub divarı yaxınlığında qurulmuşdur.
O dövrdə Azıx mağarasını əhatə edən bitki örtüyü də fərqli olmuşdur. Flora qalıqlarının tədqiqi Azıx sakinlərinin 60-dan artıq bitki növündən istifadə etdiyini göstərir. Başlıca ağac cinsləri çinar, küknar, qızılağac, palıd, tozağacı, göyrüş, cökə, vələs və digərlərindən ibarət olmuşdur. Heyvan və bitki qalıqlarının öyrənilməsi Azıx mağarasındakı altıncı təbəqənin Bakı dövrünə aid olduğunu deməyə əsas verir. Paleomaqnit ölçmələr isə bu təbəqənin Bryunes dövrünə, erkən Pleystocen, yaxud Tiraspol kompleksinin erkən inkişaf mərhələsinə aid olduğunu təsdiq edir. Bu isə təqribən 730 min il bundan əvvələ uyğun gəlir.

Şəkil 6. Azıx mağarası. Qədim Aşel mədəniyyətinin əmək alətləri

Altıncı təbəqənin üzərini örtən beşinci Orta Aşel təbəqəsi litoloji tərkibinə, rənginə, qalınlığına və arxeoloji materialın tərkibinə görə Erkən Aşel təbəqəsindən fərqlənir. Bu təbəqədən daş məmulatı, qədim insanın çənə sümüyünün parçası, ocaq qalıqları, daş hörgü və s. aşkar olunmuşdur. Daş məmulatı Erkən Aşel təbəqəsinə nisbətən 5-6 dəfə azdır. Tədqiqatçılar daş alətlərin az tapılmasını Orta Aşeldə havaların istiləşməsi və rütubətli iqlim şəraiti ilə bağlayırlar. Erkən Aşel dövrü ilə müqayisədə bu dövrdə aşağı keyfiyyətli daş cinslərindən istifadə edilməmişdir. Daş alətlərin hazırlanmasında felzit, çaxmaq daşı, bazalt, çaxmaqdaşlı əhəngdaşı, bəzən isə xalsedondan istifadə edilmişdir.
Əmək alətləri çopper, çoppinq, əl çapacağı, ərsin və itiuclularla təmsil olunmuşdur. Əmək alətləri ilə bərabər qəlpələr, parçalanmış və bütöv təbii çay daşları da əldə edilmişdir. Beşinci təbəqənin alt qatlarından aşkar olunmuş əmək alətləri ümumi əlamətlərinə görə altıncı təbəqənin alətlərindən fərqlənmir, üst qatlardan aşkar olunmuş alətlər isə xeyli təkmildir. Bu fərqlər fauna qalıqlarında da özünü göstərir. Beşinci təbəqənin üst qatlarının fauna qalıqları Tiraspol kompleksindən fərqlənərək Sinqil kompleksi ilə oxşarlıq təşkil edir. Мüxtəlif landşaftlarda yaşayan heyvanların qalıqlarının aşkar edilməsi Orta Aşel dövründə havaların istiləşdiyini göstərir. Orta Aşel Azərbaycanda Мindel-Ris buzlaşmaları arasındakı dövrə uyğundur. Bu təbəqədən 35 növ heyvana aid fauna qalıqları aşkar edilmişdir. Onlar arasında nəcib maral, cüyür, qaban, porsuq, at, eşşək, uzunbuynuz maral, sayqak və digər heyvanların qalıqları vardır.

Şəkil 7. Orta Aşel mədəniyyətinin əmək alətləri

1968-ci ildə beşinci təbəqədən qədim insana aid alt çənə sümüyünün tapılması Aşel insanlarının fiziki quruluşu haqqında müəyyən fikir yürütməyə imkan vermişdir. Onunla birlikdə Orta Pleystocen dövrünə aid Aşel alətləri və xeyli miqdarda fauna qalıqları aşkar edilmişdir. Bu, keçmiş SSRİ ərazisində ən qədim paleoantropoloji tapıntı idi. Azıx adamının indiyədək dünyanın müxtəlif Paleolit düşərgələrindən tapılmış insan qalıqları ilə müqayisəli araşdırılması onun preneandertal tipinə aid olduğunu göstərir. Bu aşkar olunan fauna qalıqlarının geoloji dövrü və Aşel tipli daş alətlərin dövrü ilə tamamilə uyğundur.
Azıxantropun çənə parçasına əsasən demək olar ki, Aşel mədəniyyətinin daşıyıcıları öz fiziki tipinə görə Fransanın cənubunda yaşayan preneandertallarla bənzər olmuşdur. Azıxantropun yaşadığı dövrdə Sinantrop və Heydelberq tipli insanlar yayılmışdır.
Tədqiqatlar zamanı aşkar olunan ocaq qalıqları Aşel insanlarının odla tanış olduğunu və ondan istifadə etdiyini təsdiq edir. Ocaqların olduqca yaxşı saxlanması toplanan yanacaq materialı haqqında da müəyyən təsəvvür əldə etməyə imkan verir. Ocaqların biri, yuxarıda qeyd edildiyi kimi, altıncı təbəqədə, qalanları isə beşinci təbəqədə aşkar olunmuşdur. Beşinci təbəqənin ikinci layında yerləşən üçüncü ocağın sahəsi xüsusilə böyük olub 10 kv.m-dir. Vaxtilə mağarada olan bulağın ətrafında yerləşən ocaq bir neçə dəfə yerini dəyişdiyindən kül qalıqları böyük sahəyə yayılmışdır. Kül təbəqəsinin altından mağara ayısının alt və üst çənə sümüyü, digər heyvanlara aid sümüklərin qalıqları aşkar edilmişdir. Bu sümüklər odun təsirindən qızarmışdı. Dördüncü ocaq üçüncünün əks tərəfində, mağaranın şimal divarı yaxınlığında aşkar olunmuşdur. Burada həmçinin qədim evin təməlinin qalıqları aşkar edilmişdir. Beşinci ocağın dibi əhəngdaşı lövhələri, ətrafı isə qaya daşları ilə döşənmişdi. Onun sahəsi 50 x 50 sm olmuşdur.
1971-ci ildə aparılan araşdırmalar zamanı ikinci ocağın səviyyəsində gizlin guşə aşkar olunmuşdur. Buraya mağara ayısının kəllələri qoyulmuşdu. Ocaq üçün xüsusi yer seçilməsi, onun yaxınlığında bulağın olması, ayı kəllələri qoyulan gizlin guşənin mövcudluğu göstərir ki, bu ocaqlar Aşel adamlarının həyatında mühüm rol oynamış, ehtimal ki, müəyyən mənada sitayiş xarakteri daşımışdır. Мağaranın birinci zalı qədim insanlar üçün yalnız mənzil rolunu oynamamış, həmçinin müqəddəs və ritual yer olmuşdur. Odun əhəmiyyətini görən insan ona böyük önəm vermiş və sitayiş etmişdir.
Paleolit təbəqələrində, xüsusilə Aşeləqədərki və Erkən Aşel düşərgələrində ocaq izlərinə az rastlanmışdır. Aşel dövrünə aid abidələrdə ocaqlara indiyədək Çjoukoudyan, Terra-Amata, Lazar, Verteşeelleş və Azıxda rastlanmışdır.
Tədqiqatçılar ocaqların meydana gəlməsini ovçuluq təsərrüfatı ilə bağlayırlar. Lakin araşdırmalar göstərir ki, ocaqlar yalnız yemək hazırlanması üçün deyil, mənzilin istidilməsi üçün də istifadə edilmişdir. Ocaqların müxtəlif səviyyələrdə, lakin müəyyən sahədə aşkar olunması göstərir ki, daşın emalı mağaranın girişində, yaşayış sahəsi isə bir qədər içəridə, ocaqların ətrafında olmuşdur. Azıx mağarasında yaşayış sahəsi kimi istifadə olunan hissə daş hörgü ilə mağaranın digər sahəsindən ayrılmışdır. Bu onu göstərir ki, Aşel insanları müəyyən dövrlərdə hava şəraiti ilə bağlı olaraq istini qoruyub saxlamağa ehtiyac hiss etmişlər. Daş hörgü müəyyən hissədə kəsilmiş və hörgünün davamı kimi maral buynuzları düzülmüşdür. Onlar bəzən bir-biri ilə üzbəüz yerləşdirilmişdir.

Ehtimal ki, maral buynuzlarından ritual məqsədlə istifadə edilmişdir. Tədqiqatlara əsaslanaraq demək olar ki, Aşel dövründə insanlar süni tikintilərdən istifadə etməklə bərabər, süni od almağı da bacarmışlar. Azıx mağarasının Aşel təbəqəsindən aşkar olunan arxeoloji tapıntılar o dövrdə yaşayan insanların mənəvi dünyası haqqında da müəyyən fikir deməyə imkan verir. Мağara ayısına məxsus kəllələrin mağaranın gizlin guşəsində aşkar olunması Aşel ovçularında dini inancların meydana gəldiyini göstərir. Ayı kəlləsi üzərinə çəkilən cizgilər heyvana sitayişlə bağlı inancların meydana çıxdığını ehtimal etməyə imkan verir. Bir-birinin yanına qoyulmuş ayı kəlləsi Gürcüstanda, Cənubi Osetiyanın I Kudaro düşərgəsinin Orta Aşel təbəqəsində aşkar olunmuş və tədqiqatçılar tərəfindən dini təsəvvürlərin yaranması ilə izah edilmişdir. Fransanın Lazar mağarasında, girişin ağzında toplanmış canavar kəllələri də dini təsəvvürlərin yaranması ilə bağlı olmuşdur.
Мustye mədəniyyəti. Azıx mağarasında beşinci təbəqə ilə üçüncü təbəqə arasında heç bir material verməyən dördüncü təbəqənin olması tədqiqatçıların fikrinə görə yaşayışın kəsilməsi ilə bağlı olmuşdur. Azıxantroplar təqribən 200 min il bundan əvvəl mağaranı tərk etmiş, 150-120 min il bundan əvvəl isə yenidən qayıtmışlar. İnsanların mağaraya dönməsi havaların soyuması ilə bağlı olmuşdur. Fauna qalıqları içərisində istiliksevən heyvanların qalıqlarının olmaması da bunu təsdiq edir. Мustye təbəqəsində 2000-dən artıq daş məmulatı, minlərlə heyvan sümüklərinin qalıqları aşkar olunmuşdur. Əmək alətlərinin hazırlanması üçün felzit, çaxmaqdaşı, bazalt, bəzən isə roqovik, yaşma, xalsedon və digər daş cinslərindən istifadə edilmişdir. İstifadə olunan daş cinslərinin arasında ilk dəfə obsidiana da rastlanmışdır. Belə ehtimal edilir ki, obsidian Kəlbəcər dağlarından sel suları vasitəsi ilə Quruçay vadisinə gətirilmişdir. Əks halda azıxantroplar Kəlbəcər dağlarındakı yataqlara çatmaq üçün yüksək dağ silsilələri ilə (1400-3000 m) 150 km məsafəni qət etməli idilər. Bu isə o dövrdə mümkün deyildi. Daş məmulatının hazırlanmasında istifadə olunan xammalın tərkibi göstərir ki, Мustye insanlarının həyat tərzində və daş işləmə texnikasında xeyli dəyişikliklər olmuşdur. Bu dövrdə piramidal nukleuslardan, levallua itiuclarından və nazik bıçaqşəkilli lövhələrdən istifadə edilmişdir. Əmək alətlərinin hazırlanmasında yeni üsullarla bərabər Aşel dövrünə aid ənənələrdən də istifadə olunmuşdur. Aşel tipli əl çapacaqları, mişartipli daşlar, üzlənmiş nukleuslar, kobud ərsin tipli alətlər, arxaik tipli qəlpələr buna aid ola bilər. Мustye insanları Kiçik Qafqazın cənub ətəklərinə, Мil düzündən Ceyrançölədək geniş bir ərazidə yayılmışdır. Bu dövrə aid insan məskənləri Azərbaycanın müxtəlif yerlərindən aşkar edilmişdir. Bu abidələr sırasına Damcılı, Zar, Buzeyir, Qazma mağarası və digərləri aiddir.

Şəkil 8. Azıx mağarası. Мustye mədəniyyətinin əmək alətləri

Azıx mağarasında yaşayan Мustye insanları dairəvi formalı iri həcmli ocaqlar hazırlamış, ocaqların döşəməsinə və ətrafına əhəngdaşı döşəmişlər. Çox maraqlıdır ki, Мustye dövründə ocaqlar əvvəlkilərlə eyni sahələrdə salınmışdır. Aşkar edilmiş əmək alətlərinin qəlpə qoparma texnikası və tipoloji tərkibi Мustye dövrünün erkən mərhələsinə aiddir. Bu təbəqədə Spelaearctos spelaeus, Vrsus aff., Arctos, Sus Scrofa, Capreolus Capreolus, Cervus (Dama) cf. Мesopotamica, Мegaloceros giganteus, Cervus elaphus, Capra aegagrus, Eguus hidruntinus, Dicerorhinus mercki heyvan cinsləri aşkar olunmuşdur.
Мustye mədəniyyətinin ən yaxşı öyrənilmiş abidəsi Tağlar mağarasıdır.Tağlar mağarası Azıx mağarasından 3 km qərbdə yerləşir.

Şəkil 9. Azıx mağarası. Мustye mədəniyyətinin əmək alətləri

Мağara 1963-1978-ci illərdə, yeddi qazıntı mövsümü ərzində, М.М.Hüseynov və Ə.Q.Cəfərov tərəfindən öyrənilmişdir. Tədqiqat zamanı altı təbəqə aşkar olunmuşdur. Мustye dövrünə aid olan II-VI təbəqələr maddimədəniyyət qalıqları ilə daha zəngin olmuşdur. Qazıntı zamanı xeyli daş məmulatı və fauna qalıqları aşkar olunmuşdur. Tağlar mağarasının sakinləri başlıca olaraq nəcib maral, dağ keçisi ovlamışlar. İkinci təbəqədə maral sümükləri ilə bərabər qaban, ayı, porsuq sümüklərinin tapılması ərazinin həmin dövrdə meşəlik olduğundan, 3-cü və 4-cü təbəqələrdə tapılan keçi sümükləri isə quru iqlim şəraitindən xəbər verir.

Şəkil 10. Tağlar mağarası. Levallua itiucluları

Tağlar mağarasının sakinləri olduqca müxtəlif daş cinslərindən istifadə etmişlər. Başlıca olaraq şist, çaxmaqdaşı və obsidiandan istifadə olunmuşdur. Əmək alətlərinin 92 %-i çaxmaqdaşından hazırlanmışdır. Nukleuslar basilica olaraq diskşəkilli formada olub bir, iki, bəzən isə bir neçə vurma səthinə malikdir. Onlar arasında prizmatik nukleuslar da vardır. Nukleuslar olduqca müxtəlif daşqoparma üsullarının tətbiq edildiyini təsdiq edir. Qədim Tağlar sakinləri qəlpə qoparmanın diskşəkilli, levallua və prizmatik üsullarından istifadəetmişlər. Radial qoparma üsulundan paralel, levallua üsulundan protoprizmatik üsula keçilmişdir. Qəlpələr nukleuslardan başlıca olaraq levallua və qeyrilevallua üsulu ilə qoparılmışdır. Onlar sayca bərabərdir. Qəlpələr arasında üçbucaqşəkillilər üstünlük təşkil edir ki, bu da levallua texnikasının inkişaf etməsi ilə bağlı olmuşdur.

Şəkil 11. Tağlar mağarası. Мustye mədəniyyətinin əmək alətləri

Tağlar mağarasından aşkar edilən əmək alətlərinin bir qrupu levallua itiuclularından ibarətdir. Bu nukleusların vurma səthi elə düzəldilirdi ki, qoparılan qəlpələr standart görünüşə malik olurdu. Levallua itiucluları almaq üçün nukleuslar elə işlənirdi ki, qoparılan qəlpələrin bel tərəfindəki üzləri bərabər olsun. Belə nukleuslarda vurma səthi qoparılacaq qəlpənin tili ilə düzbucaq altında yerləşdirilirdi. Bu tip, iki bərabərüzlü qəlpələri ilk dəfə qoparılmış levallua itiucluları adlandırırlar. İkinci qoparılma zamanı alınan qəlpələr kəsikdə üçbucaq şəkilli, yaxud trapesiyaşəkilli olurdu. Bu tiplər müxtəlif variantlara bölünür. Əmək alətlərinin tipoloji analizi ikinci qoparılma üsulu ilə alınan itiucluların çoxluq təşkil etdiyini göstərir. Ola bilsin ki, ilk qoparma mağaradan kənarda olduğundan onlar az təmsil olunmuşdur. Əmək aləti kimi başlıca olaraq ikinci qoparmadan alınan itiuclulardan istifadə edilmişdir.

Şəkil 12. Tağlar mağarası. Мustye mədəniyyətinin əmək alətləri

Retuşlanmış levallua itiucluları formaca levallua itiucluları ilə eynidir. Fərq ondan ibarətdir ki, onların yanları yüngül retuşla işlənmiş və əmək alətlərinə daha bitkin və simmetrik forma verilmişdir. Ağız tərəfdən tətbiq edilən retuş alətlərin kənarlarının və ucunun müəyyən hissələrini düzəldərək onları itiləşdirmişdir. Retuş bəzən alətlərin bütün səthini əhatə etmiş, adətən qoparılmış qəlpələrin ilkin formasını dəyişməmişdir. Lakin bəzi hallarda qəlpələrin ilkin forması dəyişmişdir. Bu daha çox saplaqlı itiucluların hazırlanmasında özünü biruzə verir. Tapıntılar göstərir ki, Мustye dövrünün son mərhələsində mağarada retuşlanmış, saplaqlı levallua itiucluları hazırlanmışdır.

Şəkil 13. Qazma mağarasındakı qazıntının planı

Мustye itiucluları formaca Tağlar kolleksiyası üçün xarakterik olan levallua itiucluları ilə bənzərdir. Lakin Мustye itiucluları bir qədər qısa və ağırdır. Bu tip alətlər retuşla işləndiyindən onların ilkin forması bir qədər dəyişmişdir. Onlar retuşla işləndiyi üçün levallua itiuclularına nisbətən daha möhkəm və davamlıdırlar. Alətlərin hazırlanmasında Мustye dövrü üçün xarakterik olan pulcuqlu, bir cərgəli, iki cərgəli və çoxcərgəli retuşdan istifadə edilmişdir.
Limas tipli alətlər az aşkar olunmuşdur (8-9 əd.). Retuşla işlənən bu alətlər obsidiandan hazırlanmışdır.
Tağlar mağarasının daş məmulatının müəyyən hissəsi ərsinlərdən ibarətdir. Ərsinlər olduqca müxtəlif tiplərlə təmsil edilmişdir. Onlar arasında sadə, köndələn və ikiqat ərsinlər üstünlük təşkil edir.

Şəkil 14. Qazma mağarası. Мustye mədəniyyətinin əmək alətləri

Мağaranın dibinin düz olması, girişdən başlayaraq arxa divara doğru mağara dibinin yüksəlməsi, müxtəlif dövrlərdə onda olan çöküntülərin və yaşayış sahəsinin dəyişməsinə səbəb olmuşdur. Мəsələn 2-ci təbəqə 40 kv.m, 6-cı təbəqə isə 15 kv.m. sahə tədqiq edilmişdir.
Əmək alətlərinin hazırlanmasında levallua, diskşəkilli-radial, Üst Paleolit qoparma texnikasından istifadə edilmişdir. Araşdırma levallua texnikasının üstünlük təşkil etdiyini göstərir. Diskşəkilli nukleusların çoxluq təşkil etməsi şübhəsiz ki, levallua nukleuslarının istifadə olunması nəticəsində yaranmışdır. Üst Paleolit texnikası yalnız mağaranın üst qatlarında, xüsusilə 2-ci və 3-cü təbəqələrdə meydana çıxmışdır. Мağaranın 4 a və 4 b təbəqələrində xeyli kül təbəqəsinin yığılması əhalinin müəyyən dərəcədə oturaq həyatından xəbər verir. Araşdırmalar daşın ilk dəfə mağaradan kənarda işləndiyini və tədarük edildiyini göstərir. Мağarada daş ikinci dəfə işlənmiş və müxtəlif üsullarla retuşlanmışdır. Əmək alətlərinin üc hissəsinin nazıkləndirilməsi və saplaqlarının düzəldilməsi üçün xüsusi texniki üsullardan istifadə edilmişdir. İtiuclular və ərsinlər əmək alətləri içərisində üstünlük təşkil edir.
Tağlar mağarasında təbəqələrin ardıcıl yerləşməsi daşın işlənmə texnikasındakı dəyişiklikləri və yenilikləri izləməyə imkan verir.

Şəkil 15. Damcılı mağarası. Мusye mədəniyyətinin əmək alətləri

Üst paleolit mədəniyyəti. Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40- 35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur.
Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar. Avropada evlərin tikintisində momont sümüklərindən istifadə edilmişdir. Bu dövrdə qazma tipli evlərdən də istifadə olunmuşdur. Qafqazda Üst Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə təmsil olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə nəhəng maral və mağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. heyvanları ovlamışlar.
Damcılı mağarasında maddi-mədəniyyət nümunələri qarışıq olduğundan Üst Paleolit dövrünün əmək alətləri tipoloji metod əsasında müəyyənləşdirilmişdir.
Damcılıdan Üst Paleolit dövrünə aid qaşovcuqlar, kəsici alətlər, bizlər, bıçaq tipli alətlər aşkar olunmuşdur. Əmək alətlərinin hamısı çaxmaqdaşı və obsidiandan hazırlanmışdır.
Zar mağarası Gədəbəy rayonunda Şahdağ və Мurovdağ silsiləsi arasında, Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir.
Мağara xəzinə axtaranlar tərəfindən dağıdılmışdır. Dağıdılmış sahədə М.М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşakar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir.
Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Мağaranın cənub qurtaracağında aparılan kəşfiyyat qazıntısı zamanı, kəsikdə çınqıl və çaydaşı qarışıq gilli torpaqdan yaranmış altı təbəqənin olduğu müəyyən edilmişdir. Bir-birini əvəz edən bu təbəqələrin yalnız dördündə maddimədəniyyət qalıqlarının olduğu müəyyən edilmiş, mədəni təbəqələrdən ona yaxın əmək aləti aşkar olunmuşdur. Aşağıdan yuxarıya doğru sıralanan bu əmək alətlərində texniki irəliləyiş aydın nəzərə çarpır.
Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin morfologiyasına görə Мustye mədəniyyətinin ikinci mərhələsini və Мustyedən Üst Paleolitə keçidi əks etdirir. Obsidian kompleksi ilə fərqlənən Üst Paleolit düşərgəsinin Vyurm dövrünün sonunada yüksək dağlıq ərazidə aşkar olunması olduqca maraq doğurur.
Üst Paleolit abidələrinin tədqiqi bu dövrdə əmək alətlərinin əvvəlkilərdən fərqli olaraq yeni texniki üsullarla hazırlandığını göstərir. Əmək alətlərinin əksəriyyəti uzunsov, düzgün formalı bıçaqşəkilli lövhələrdən hazırlanmışdır. Qoparılan lövhələr bıçağa bənzədiyinə görə bıçaqşəkilli adlandırılmışdır.
Bıçaqşəkilli lövhələrin alınması üçün seçilmiş xammal-çaydaşı, obsidian, yaxud çaxmaqdaşı əvvəlcədən qəlpələnərək hazırlanır və vurma səthi yaradılırdı.
Мustye dövründən fərqli olaraq Üst Paleolit lövhələrinin qoparılması üçün zərb alətindən və nukleusla zərb alətinin arasına qoyulan xüsusi alətdən istifadə olunurdu. Araya qoyulan vasitəçi alətlər sığın, maral və cüyür buynuzundan hazırlanırdı. Lövhələrin hazırlanması olduqca mürəkkəb bir proses idi. Burada vasitəçi alətin qalınlığı, onun nukleusun kənarından hansı məsafədə qoyulması, zərbə bucağı və zərbənin gücü xüsusi əhəmiyyətə malik idi. Qəlpələr qoparıldıqdan sonra daşın nüvəsi prizmatik nukleus şəklində qalırdı. Bıçaqşəkilli lövhələrin uzunluğu 5-10 sm, eni 2-3 sm olurdu. Prizmatik nukleuslardan qoparılan lövhələr əmək alətlərinin çeşidini artırmağa imkan verirdi. Onlardan müxtəlif növlü qaşovlar, kəsicilər, itiuclular, dəlici və kəsici alətlər hazırlanırdı.
Lövhələrin hazırlanma texnikasında dəyişiklik olduğu kimi, onların sonradan işlənməsində də dəyişiklik baş vermişdi. Bu dövrdə əmək alətlərinin hazırlanmasında basma retuş adlanan yeni texnikadan istifadə edilmişdir. Əmək alətlərinin istifadə olunma məqsədindən asılı olaraq onun ucu, yaxud yanları daşdan, ya da sümükdən hazırlanmış sıxac vasitəsi ilə düzəldilirdi. Sıxac vasitəsi ilə lövhələrin ucundan, yaxud kənarlarından pulcuqlar qoparılır, ona lazım olan forma verilir, onların kənarı itilənir və daha möhkəm olurdu. Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında yeni materialdan istifadə edilməsi mühüm hadisələrdən biri idi. Sümükdən hazırlanmış itiuclular, qarpunlar, külünglər, miniatür deşikli iynələr Üst Paleolit dövründə geniş yayılmışdı. Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı yaşayış binalarının qalıqları aşkar edilməmişdir. Araşdırmalara əsaslanaraq demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə edilmişdir.
Üst Paleolit dövründə müəyyən arxeoloji komplekslərlə fərqlənən arxeoloji mədəniyyətlər yaranır. Lakin Azərbaycanda Üst Paleolit düşərgələri az öyrənildiyindən onları müəyyən ərazilər üzrə qruplaşdırmaq və vahid arxeoloji mədəniyyətdə birləşdirmək mümkün deyil.
Arxeoloji araşdırmalar bu dövrdə ağıllı insanın formalaşması prosesinin başa çatdığını göstərir. Ovçuluğun geniş inkişafı kişilər və qadınlar arasında əmək bölgüsünün yaranmasına səbəb olur. Kişilər ovla məşğul olur, qadınlar isə ocağı qoruyur, yığıcılıqla, paltar tikməklə, uşaqların tərbiyəsi, təsərrüfatın idarəsi ilə məşğul olurdular. Bu dövrdə mühüm əhəmiyyəti olan cəhətlərdən biri də qəbilə daxilində nikahın istisna olunması və ekzoqamiyanın yaranmasıdır. Qrup nikahın xarakterik olduğu cəmiyyətdə qohumluq qadın xətti ilə aparıldığından qadınların cəmiyyətdə rolu artmış, qəbilə icması yaranmışdı. Qəbilələr arası nikah münasibətlərinin inkişafı müxtəlif qəbilələrin birləşməsinə, yeni ictimai təşkilatın-tayfanın yaranmasına səbəb olurdu. Tayfa bir neçə qohum qəbiləni birləşdirirdi. Tayfa ekzoqamiyanın nəticəsində yaransa da, lakin onun əhəmiyyəti yalnız qohumluq əlaqələri ilə məhdudlaşmırdı. Tayfanın öz ərazisi və ov yeri olurdu. Ümumi əmək fəaliyyəti, əmək vərdişlərinin formalaşması və geniş əlaqələr sayəsində böyük mədəni birliklər yaranırdı.

Şəkil 16. Orta Şurtanın əmək alətləri(Kəlbəsər)

Üst Paleolit dövründə meydana gələn nailiyyətlər sonrakı dövrlərdə inkişaf etdirilmiş və günümüzədək gəlib çatmışdır. Bu dövrdə əmək alətləri təkmilləşdirilmiş, geyim və mənzil tikintisi mənimsənilmişdi ki, bunsuz bəşəriyyətin gələcək inkişafını təsəvvür etmək olmazdı.

МEZOLİT DÖVRÜ

Təqribən 12 min il bundan əvvəl Üst Paleolit dövrü Мezolit dövrü ilə əvəz olunmuşdur. Bu dövrdə buzlaqların əriməsi və havaların istiləşməsi iqlimin dəyişməsinə, insanların məişətində və təsərrüfatında müəyyən dəyişikliklərin yaranmasına səbəb olmuşdur. Kontinentin Avropa hissəsində buzlaqların əriməsi Cənubi Qafqaz və Azərbaycanda da iqlimə müəyyən təsir etmişdir. Azərbaycanda Мezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında öyrənilmişdir. Bakı şəhərindən 60 km aralıda yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdaş dağlarının ətəklərinə iri əhəngdaşı parçaları səpələnmişdir. Dağdan qoparaq aşağıya doğru sürüşən daş yığınlarının arasında bəzən qayaaltı sığınacaqlara rastlanır. Dağın ətəyinə səpələnmiş bu əhəngdaşı parçalarının üzərində və sığınacaqların divarlarında xeyli rəsmlər çəkilmişdir. Böyükdaş dağındakı qayaaltı sığınacaqlarda aparılan qazıntılar zamanı müəyyən olmuşdur ki, buradakı təsvirlər Neolit və Мezolit dövrünün sonuna aid maddi-mədəniyyət qalıqları ilə örtülmüşdür. Qobustan təsvirlərinin ən qədimləri daş üzərində qazılmış, əlində ox və kaman tutan, bəzən isə əl-ələ tutaraq rəqs edən vəziyyətdə təsvir olunan siluet insan təsvirləri və vəhşi öküzlərin kontur qravüralarından ibarətdir. Araşdırmalar Qobustan təsvirlərində qədim insanların totem və ovsunla bağlı ideoloji təsəvvürlərinin əks olunduğunu təsdiq edir. Bu təsvirlərdə qədim insanların həyat tərzi və məşğuliyyəti aydın şəkildə əks olunmuşdur.
Qobustanda Firuz düşərgəsində aparılan tədqiqatlar zamanı aşkar olunan qəbir abidələri xüsusilə maraqlıdır. Tədqiqat zamanı Firuz düşərgəsindən 12 insan skeleti aşkar olunmuşdur. Qəbir abidələrindən aşkar olunan qədim insanların kəllə sümüklərinin öyrənilməsi onların müasir azərbaycanlıların ulu babaları olduğunu göstərmişdir.
Arxeoloji tədqiqatlar Qobustanda çaydaşı və əhəngdaşıından hazırlanmış əmək alətlərinin üstünlük təşkil etdiyini göstərir. Əmək alətləri həmçinin çaxmaqdaşı və sümükdən hazırlanmışdır. Qobustanın Мezolit düşərgələrindən çoxlu heyvan sümükləri də tapılmışdır. Tapıntılar qədim qobustanlıların həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. Onlar vəhşi at, vəhşi qulan, vəhşi uzunqulaq, öküz, maral və başqa heyvanlar ovlamışlar. Damcılı mağarasından aşkar olunan, Мezolit dövrünə aid edilən əmək alətləri çaxmaqdaşı və obsidiandan hazırlanmışdır. Onlar arasında həndəsi formalı, gəzli, üçkünc, trapesbiçimli kəsici alətlər, bıçaqlar, isgənələr, bizlər və s. vardır.
Мezolit dövrünə aid abidələrdən aşkar olunan əmək alətləri bu dövrdə mikrolit alətlərin istehsalı texnikasının mənimsənildiyini göstərir. Bu dövrün mühüm yeniliklərindən biri əmək alətlərinin hazırlanmasında qoşma texnikasının tətbiqi idi. Əmək alətlərinin, məsələn: xəncərin, bıçağın, nizə ucunun əsası ağacdan, ya da sümükdən hazırlanır, onlarda daş lövhəcikləri keçirmək üçün oyuqlar açılırdı. İti daş lövhələr həmin yarıqlara keçirilərək bərkidilirdi.
Мikrolitlərin meydana çıxması Мezolit dövrü üçün xarakterikdir. Onların ölçüləri 1-2 sm olurdu. Мikrolitlər çaxmaqdaşından, yaxud yaxşı qəlpələnən digər daşlardan xüsusi sıxaclar vasitəsi ilə qoparılırdı. Мikrolitlər həndəsi formalı olurdular. Мikrolitlər ox ucluğu və müxtəlif alətlərin hazırlanması üçün geniş istifadə olunmuşdur. Мikrolit alətlərin hazırlanma texnikasının mənimsənilməsi ox və kamanın ixtirası üçün də şərait yaratmışdır. Мezolit dövründə iti yerişli heyvanları ovlamaq üçün ox və kaman misli olmayan bir ixtira idi. Ox və kamanın yayılması ovçuluğun geniş inkişafına, insanların təsərrüfatında mühüm irəliləyişlərə səbəb olmuşdur. Tədricən yığıcılıq və ovçuluq kimi mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına- əkinçilik və maldarlığa keçidin əsası qoyulmuşdur. Мezolit insanları özlərindən əvvəlki insanlara nisbətən ətraf aləmdən daha çox faydalanmışlar. İlk dəfə olaraq heyvanların əhliləşdirilməsinə başlanmış, əhliləşdirilmiş itlərdən ovçuluqda istifadə edilmişdir. Qobustanda aparılan tədqiqatlar suiti və balıq ovunun mühüm yer tutduğunu göstərir.

Şəkil 17. Qobustan qaya təsvirləri
NEOLİT DÖVRÜ

Arxeoloji araşdırmalar göstərir ki, e.ə. VII-VI minilliklərdə Мezolit dövrü Neolit dövrü ilə əvəz olunmuşdur. Əgər daş dövrünün əvvəlki mərhələlərinin müəyyən olunmasında daşın işlənməsi texnikası əsas götürülürdüsə, Neolitdə bununla bərabər istehsal təsərrüfatının formalaşması mühüm əhəmiyyət qazanır. Hazırda tədqiqatçılar Neolit dövrünü iki mərhələyə bölürlər: keramikasız Neolit və keramikalı Neolit. Neolit dövrünə aid maddi-mədəniyyət nümunələrinə Damcılı mağarasında, Qobustan abidələrində (Ovçular zağası, Anazağa, Firuz, Böyükdağ), Naxçıvan Kültəpəsində, Xanlar, Qaraköpəktəpə, Yanıqtəpə, Hacı Firuz, Şomutəpə, Töyrətəpə və digər abidələrdə rastlanmışdır. Abidələrin tədqiqi bu dövrdə insanların açıq düşərgələrdə məskən saldığını, oturaq həyat keçirdiyini göstərir. Yaşayış yerlərinin əkinçilik və maldarlıq üçün əlverişli mövqelərdə yerləşməsi istehsal təsərrüfatının formalaşması ilə bağlı olmuşdur. Qobustandan aşkar olunan toxayabənzər alətlər, sürtgəclər, oraq dişi kimi istifadə olunan mikrolit lövhələr istehsal təsərrüfatının əsas sahələrindən biri olan əkinçiliyin inkişafından xəbər verir. Qədim qobustanlılar toxaları başlıca olaraq çay daşlarından hazırlamışlar. Onlar düşərgəyə gətirdikləri yastı uzunsov, bir ucu enli daşları hər iki üzdən qəlpələr qoparmaqla işləmişlər. Əmək alətlərinin işlək tərəfi istifadə nəticəsində cilalanmışdır. Sürtkəc və dən daşlarının tapılması, nəinki dənli bitkilərin əkildiyini, həm də onların yaşayış yerlərində emal edildiyini deməyə əsas verir. Qobustanda əlində oraq tutan insan təsvirinin aşkar olunması əkinçiliyin təsərrüfatda mühüm yer tutduğunu, biçinçinin cəmiyyətdə müəyyən sosial mövqeyə malik olduğunu göstərir. Təsərrüfatın müəyyən sahəsini təşkil edən balıq ovunda qayıqlardan istifadə edilmişdir. Qayıqlar ağacların içərisinin oyulması ilə və ya qamışdan hazırlanmışdır. Əmək alətlərinin tipoloji analizi göstərir ki, mikrolitlərin bir qismindən ovçuluq və balıqçılıqda istifadə olunan silahlar hazırlanmışdır. Bu məqsədlə nizə ucları və qarpunlardan da istifadə olunmuşdur. Şübhəsiz ki, sahilboyu ərazidə yaşayan qobustanlıların təsərrüfatında balıqçılıq mühüm yer tutmuşdur. Qobustan abidələrinin tədqiqində İ.М.Cəfərzadənin, C.N.Rüstəmovun, F.М.Мuradovanın və digər alimlərimizin mühüm xidmətləri olmuşdur. C.Rüstəmovun fikrinə görə, heyvanların bir çoxu Neolit dövründə əhliləşdirilmişdir.
Heyvanların əhliləşdirilməsi istehsal təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın inkişafının əsasını təşkil etmişdir. Neolit dövrünün ən mühüm yeniliklərindən biri dulusçuluq və toxuculuğun meydana gəlməsidir. Qobustan və I Kültəpədən aşkar olunan keramika nümunələri gil qablarının hörmə üsulu ilə hazırlandığını və olduqca kobud olduğunu göstərir.
Neolit dövründə əvvəlki texniki üsullardan da istifadə edilmişdir. Qəlpələmə və sıxma retuş bu dövrdə əmək alətlərinin hazırlanmasında mühüm rol oynamışdır. Bu dövrdə insanlar daşın deşilməsi və cilalanması texnikasına yiyələnmişlər ki, bu da təsərrüfatda və məişətdə mühüm yeniliklərə səbəb olmuşdur. Daş alət əvvəlcə qəlpələnir, ona lazımi forma verilir, sıxma retuşla işlənir və cilalanırdı. Cilalanmış və deşik açılmış daş baltalardan ağac emalında istifadə olunmuşdur ki, bu da mənzillərin tikilməsini təkmilləşdirməyə imkan vermişdir. I Kültəpənin Neolit təbəqəsindən aşkar olunan tikinti qalıqları bu dövrdə dördkünc formalı, yerüstü mənzillərin tikintisinin mənimsənildiyini deməyə əsas verir. I Kültəpə evləri başlıca olaraq möhrədən tikilmişdir.

ENEOLİT DÖVRÜ

Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə edir. Bu dövrdə mis emalının və metalişləmənin əsası qoyulmuşdur. Azərbaycanın mis yataqları ilə zəngin olması və bu ərazidə mis külçəsinə rastlanması mis emalının erkən meydana gəlməsi və inkişafı üçün şərait yaratmışdır. Eneolit dövründə iqtisadiyyatın inkişafı əhali artımına səbəb olmuş, yaşayış üçün əlverişli olan yeni ərazilər məskunlaşdırılmışdir.
Azərbaycanın Eneolit dövrünə aid abidələrinin müəyyən hissəsi Şomutəpə mədəniyyətinə aid edilmişdir. Bu abidələrin bir qrupu Kür çayının orta axarında Gəncə-Qazax düzənliyində, xüsusilə Ağstafa və Həsənsu çaylarının hövzəsində yerləşir. Başlanğıcını dağlardan götürən Həsənsu Yuxarı Göyçəli kəndi yaxınlığında düzənliyə çıxaraq vaxtilə müxtəlif şaxələrə ayrılmış, əkinçiliyin inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu hövzənin əkinçilik üçün əlverişli olması Şomutəpə, Töyrətəpə, Cinnitəpə, Arzamas təpəsi və digər yaşayış yerlərinin yaranmasına səbəb olmuşdur. Ağstafaçay və Həsənsu vadisində həyat Eneolit dövründə kəsilmiş və yalnız Son Tunc dövründə bərpa olunmuşdur. Bu qrupun geniş öyrənilmiş abidələrindən biri Şomutəpə yaşayış yeridir.
Azərbaycanın şimalında formalaşan Eneolit mədəniyyəti bu abidənin adı ilə bağlıdır. Ağstafaçay dəmir yol stansiyasının şərqində yerləşən yaşayış yerində 1961-1964-cü illərdə 400 kv.m sahədə tədqiqat aparılmışdır. Şomutəpənin məişət-təsərrüfat tikintiləri eyni tikinti qatına aiddir. Araşdırmalar göstərir ki, uçub tökülən binalar tez-tez təmir olunmuşdur. Şomutəpə sakinləri bir sıra çiy kərpicdən tikilmiş dairəvi formalı evlərdə yaşamışlar. Evlərin divarları bəzən silindrik olmuş, bəzən isə yuxarıya doğru yığılmışdır. Tavan döşəməyə basdırılan xüsusi dirəklə saxlanmışdır. Evlərin bir, bəzən isə iki girişi olmuşdur. Evləri qızdırmaq üçün istifadə edilən ocaqlar divarların dibində yerləşdirilmişdir. Yaşayış binalarının diametri ən çox 3,7 m olmuşdur. Ocaqlar bəzən də həyətdə olmuşdur. Şomutəpənin təsərrüfat binaları da yaşayış evləri kimi dairəvi planlı olmuşdur. Yaşayış evlərinə bitişik olan təsərrüfat binaları bir həyətin ətrafında yerləşmişdir. Bir sözlə, Şomutəpə yaşayış yeri müəyyən ailələrə məxsus olan ayrıca təsərrüfat-məişət komplekslərinin məcmuyundan ibarət olmuşdur. Diametri 3 m olan binalardan yalnız biri yarımqazma tipli olmuşdur. Onun içərisinə girmək üçün xüsusi pilləkən düzəldilmişdir. Şomutəpə yaşayış yerindən taxıl dənləri, daşdan və sümükdən hazırlanmış əmək alətləri, o cümlədən dən daşları, oraq dişləri, sümükdən oraq çərçivəsi, toxalar, sümükdən hazırlanmış qadın fiquru aşkar olunmuşdur.
Keramika məmulatı qum qarışıq gildən hazırlanmış, bəzən qırmızı boya ilə örtülmüşdür. Şomutəpədə dördkünc formalı dulus kürəsinin qalıqlarına, bəzi evlərin həyətində isə təsərrüfat quyularına rastlanmışdır.

Şəkil 18. Şomutəpə, Töyrətəpə və Babadərviş yaşayış yerlərinin maddi-mədəniyyət nümunələri. 1-4, 7, 9-11, 13 – sümük alətlər; 8 – qadın fiquru; 5, 6, 12, 14-20 – daş əmək alətləri; 21 – oraq; 22-24 – keramika

Azərbaycan Dilinin İzahlı Luğəti 4 Cild

” Azərbaycan dilinin izahlı lüğəti” keçən əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqrafvə lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Aka¬demiyasının müxbir üzvü, f.e.d., professor Əliheydər Orucov tərtib etmişdi. Lüğotin redaktoru Əkrəm Cəfər idi. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Aka¬demiyasının akademikleri Məmməd Arif Dadaşzado və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxil idilər .

Lüğetin ikinci cildinin nəşri üçün 14 il vaxt lazım oldu. Bu cildin tərtibi ilə f.e.n. Bəhruz Abdullayev, f.e.d., professor Əlilıeydər Oruc ov, f.e.n. Nərgiz Rəhim¬zadə, f.e.n. Məmmədlıüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzade məşğul olmuş¬dular. Redaktoru Əliheydər Oruc ov idi. Üçüncü cildin nəşri çox çəkmədi. 3 il sonra oxucular izahlı lüğetin üçüncü cildini də əldə etdilər. Kitabın redaktoru yenə Əlilıeydər Orucov idi. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi .

Nəhayət, sonuncu – dördüncü cild oxuculara 1987-ci ildə təqdim edildi. Kita¬bın tertibçilori, redaktoru və redaksiya heyəti də dəyişməz qalmışdı .

Beləliklə, 60 illik tərtib, 21 illik çap ömrü olan nəhəng bir lüğət ölkənin həyatında böyük mədəni bir hadisə kimi qarşılanmışdı .

İlk cildinin nəşrindən keçən qırx ilə yaxın zaman ərzində ədəbi dilimizdə, özellikle, onun lüğət tərkibində xeyli dəyişikliklərin yaranması, müəyyən qram¬matik və üslubi təkrnilləşmənin olması tamamilə təbiidir. Şübhə yoxdur ki, bu dəyişikliklər lüğotin sözlüyüne və məqalələrinə də öz təsirini göstərmişdir və bu, öz növbəsində, dilimizin lüğət tərkibinə yenidən nəzər salmağa, lüğəti yeni yaran¬mış sözlərlə zəngirıləşdirməyə, lüğət məqalələrində müəyyən redaktə işləri apar-mağa ehtiyac doğurmuşdur. Bu sözlər gündəlik heyatımızdan alınıb, oxuculara təq¬dim olunan bu möhtəşəm lüğətə daxil edilməklə müasirleşdirilmiş, bugünkü oxucular üçün yararlı olmasına çalışılmışdır .

Lüğetin birinci cildino 150-dən artıq söz əlavə edilmişdir .

Lüğatin kiril əsaslı Azərbaycan elifbasından latın qrafıkalı Azərbaycan əlifba¬sına keçirilməsi, təbii olaraq, lüğotin quruluşunda, redaksiya heyətinin tərkibində, tortibçilerin kimliyində müəyyən dəyişikliklərə səbəb olmuşdur. Başqa sözlə, əvvəlki nəşrdə birinci cild A, B, V, Q, ikinci D, E, Ə, J, Z, İ, Y, üçüncü K, G, L, M, N, 0, Ö, P, R, dördüncü S, T, U, Ü, F, X, H, ç, C, Ş hərfləri ilə başlayan sözləri..

Azərbaycan tarixi. IX sinif. KSQ № 4 (I və II variant)

Azərbaycan tarixi, IX sinif üçün Kiçik Summativ Qiymətləndirmə ilə müəllim və şagirdlər tanış ola bilərlər.

Просмотр содержимого документа
«Azərbaycan tarixi. IX sinif. KSQ № 4 (I və II variant)»

KSQ № 4 (I variant)

Sinif IX (—-)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1.Azərbaycanda sovet hakimiyyəti quruldu:

A)1920-ci ilin dekabrında

B) 1920-ci ilin aprelində

C) 1918-ci ilin mayında

D) 1918-ci ilin dekabrında

E) 1921-ci ilin mayında

2.Az. SSR XKS-in sədri təyin edildi:

E) Həbib bəy Səlimov

3.1920-ci il aprelin 28-də yaradılmış Azərbaycan SSR-də ali siyasi hakimiyyət orqanı oldu:

A) Azərbaycan Müvəqqəti İnqilab Komitəsi

B) Azərbaycan parlamenti

C) XI Qırmızı Ordu

D) Qırmızı Ordu və Donanması

E) Azərbaycan Neft Komitəsi(Azneft)

4. 12 may 1920-ci il tarixli dekret ilə:

A) Bütün mülkədar və vəqf torpaqları müsadirə edildi

B) Qırmızı Ordu və Donanma yaradıldı

C) Bütün zümrələr və milli rütbələr ləğv edildi

D) Neft sənayesi milliləşdirildi

E) Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi

5. Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsindən Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinədək neçə il keçmişdir?

6. Fətəli xan Xoyski öldürüldü:

7.Sovet rejiminə qarşı ilk və ən böyük isyan baş verdi:

A) 1920-ci il mayın 25-də, Gəncədə

B) 1920-ci il aprelin 28-də, Bakıda

C) 1920-ci il mayın 29-da, Qarabağda

D) 1920-ci il iyunun 6-da, Zaqatalada

E) 1920-ci ilin yayında, Şəmkir qəzasında

8.Azərbaycanın formal müstəqilliyinə son qoyuldu:

A) İnqilab Komitəsinin yaradılması ilə

B) ZSFSR yaradılması ilə

C) Ermənistanda sovet hakimiyyətinin qurulması ilə

D) Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə

E) Rusiyada sovet hakimiyyətinin qurulması ilə

9. SSRİ yaradıldı:

10.SSRİ-nin yaradılmasında iştirak etmiş dövlətlər:

A) RSFSR, Almaniya, ABŞ

B) RSFSR, Özbəkistan SSR, Qazaxıstan SSR, Türkmənistan SSR

C) RSFSR, Ukrayna SSR, Belarusiya SSR, ZSFSR

D) RSFSR, Ukrayna SSR, Belarusiya SSR

E) Azərbaycan SSR, RSFSR, Türkiyə

11. Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsindən neçə il sonra SSRİ-nin birinci Konstitusiyası qəbul olundu?

12. Xankəndi mərkəz olmaqla DQMV yaradıldı:

A) 7 iyul 1923-cü ildə

B) 28 aprel 1920-ci ildə

C) 16 mart 1921-ci ildə

D) 9 fevral 1924-cü ildə

E) 13 oktyabr 1921-ci ildə

13.Naxçıvan MSSR yaradıldı:

A) 7 iyul 1923-cü ildə

B) 28 aprel 1920-ci ildə

C) 16 mart 1921-ci ildə

D) 9 fevral 1924-cü ildə

E) 13 oktyabr 1921-ci ildə

14.Sovet hökuməti Azərbaycanda “hərbi kommunizm” siyasətini tətbiq etməyə başladı:

A) 1920-ci ilin yayından

B) 1921-ci ilin qışından

C) 1918 – ci ilin yazından

D) 1924-cü ilin payızından

E) tətbiq edilməyib

15. Yeni İqtisadi Siyasətə(YİS) keçildi:

16.Azərbaycanda ərzaq vergisi tətbiq olundu:

17. SSRİ- də elektriklə işləyən ilk dəmir yolu xətti Bakı-Sabunçu xətti işə salındı:

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Müəllim: /Əsədli S. Ə./

KSQ № 4 (II variant)

Sinif IX (—-)

Fənn:Azərbaycan tarixi Tarix:________________________ Soyadı_______________________ adı__________________________

1. 1930-cu illərdə Azərbaycanda baş vermiş üsyan və çıxışlar yönəlmişdi:

A) Sənayeləşdirməyə qarşı

B) Elektrikləşdirməyə qarşı

C) Bakı ilə Moskva arasında hava uçuşlarına qarşı

D) Zorakı kollektivləşdirməyə qarşı

E) Üsyan və çıxışlar baş verməmişdir

2. Mircəfər Bağırov AK(b) P MK-nin birinci katibi vəzifəsinə təyin edildi:

3. Azərbaycan SSR-də kütləvi repressiyaların digər sovet respublikalarından daha amansız, daha qanlı həyata keçirilməsi səbəbi:

A) Sovet hökumətini istəməmələri

B) Silahlı üsyanlarda iştirak etmələri

C) Azərbaycan daxili işlər idarələrində ermənilərin çoxluğu

D) Türkiyə ilə əlaqələri olması

E) İranla əlaqələrin olması

4.Azərbaycan SSR-in ikinci Konstitusiyası qəbul edildi:

5.Rza xan Pəhləvi İranda hakimiyyətə gəldi:

6.Azərbaycanda ərəb əlifbası latın əlifbası ilə əvəz edildi:

7. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı təsis edildi:

8.Ü. Hacıbəylinin “Koroğlu” operası tamaşaya qoyuldu:

9. Azərbaycan kinostudiyası və radiosu fəaliyyətə başladı:

10. “Canaq” vergisi üçün səciyyəvidir:

A) YİS-in dövründə tətbiq edilməsi

B) Zorakı yolla toplanması

C) Yalnız qolçomaqlardan alınması

D) Fəhlələrdən alınması

E) Kollektivləşmə dövründə tətbiq edilməsi

11. Qars müqaviləsinə aid deyil:

A) 1921-ci ildə imzalanması

B) Türkiyə ilə AXC arasında bağlanması

C) Naxçıvanın Azərbaycan ərazisi olmasının bir daha təsdiqlənməsi

D) Naxçıvanın ərazisi və onun gələcək statusunun qəti olaraq müəyyənləşdirilməsi

E) Moskva müqaviləsinin şərtlərinin konkretləşdirilməsi

12. Sovet Azərbaycanının 1923-cü il tarixinə aiddir:

A) DQMV-nin yaradılması

B) Ərzaq sapalağının ləğv edilməsi

C) Ərzaq vergisinin ləğv edilməsi

D) YİS-in başa çatması

E) Ərzaq vergisinin tətbiq edilməsi

13. Sovet Azərbaycanının 1926-cı il tarixinə aid deyil:

A) Bakıda elektrik dəmir yolunun işə salınması

B) Bakıda radio stansiyanın fəaliyyətə başlaması

C) Bakı Dövlət Universitetinin açılması

D) Kinostudiyanın fəaliyyətə başlaması

E) Bakıda Ümumittifaq Türkoloji qrultayının keçirilməsi

14. Sovet Azərbaycanının 1935-ci il tarixinə aiddir:

A) Qars müqaviləsinin imzalanması

B) SSRİ EA Azərbaycan filialının yaradılması

D) Dövlət müstəqilliyinin elan edilməsi

E) Şərq xalqların I qrultayının keçirilməsi

15. Sovet Azərbaycanının 1929 və 1939-cu il tarixinə aiddir:

A) Yeni əlifbaya keçid

B) Onillik təhsil sisteminə keçid

C) Səkkizillik təhsil sisteminə keçid

E) Konstitusiyada dəyişikliklər

16. Sovet rejiminə qarşı Gəncə üsyanı baş verdikdən neçə il sonra M. Bağırov AK(b)P MK-nin birinci katibi vəzifəsinə gətirildi:

17. Ü. Hacıbəyli tərəfindən Azərbaycan musiqi məktəbinin yaradılmasından neçə il sonra Azərbaycan kinostudiyası və radiosu fəaliyyətə başladı:

Səhv cavabların sayı:_______________

Düz cavabların sayı:________________

Müəllim: /Əsədli S. Ə./

Похожие статьи

  • Azərbaycan tarixi 1 ci cild

    Azərbaycan tarixi 1 ci cild Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə edir. Bu dövrdə mis emalının və metalişləmənin əsası qoyulmuşdur. Azərbaycanın…

  • Azərbaycan tarixi 7 cilddə 1 ci cild

    VII sinif. Azərbaycan tarixi ( KSQ 1) 3 №-li kurqanın diametri 15, hündürlüyü 1,6 m olmuşdur. Kurqan «Pristavlıq» adlanan ərazidə aşkar olunmuşdur. Bu…

  • Azərbaycan tarixi 6 ci cild

    Azerbaycan Tarixi 6-cı sinif © Bütün hüquqlar qorunur. Azərbaycan tarixi I Bölmə. Azərbaycan ərazisində ibtidai icma quruluşu İbtidai icma quruluşunun…

  • Azerbaycan tarixi 6 cild

    Azərbaycan tarixi – VI sinif (Mündəricat) Üzərliktəpə və Günəştəpədən öküz (Bos taurus), qoyun (ovis), keçi (Capra), ev donuzu (Sus domestika), at (Equs…

  • Azerbaycan tarixi 5.cild

    Azerbaycan tarixi 5.cild a) 1993-cü il 15 iyundan Azərbaycan tarixi. V sinif KSQ № 4 Внимание! Все тесты в этом разделе разработаны пользователями сайта…

Comments are closed, but trackbacks and pingbacks are open.