Press "Enter" to skip to content

Euronews”: “Azərbaycan mühüm turizm ilinə hazırlaşır” – FOTO/VİDEO

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ”Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

Azərbaycanda qış turizmi mövsümünə start verilib

Dekabrın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.

Agentlikdən Day.Az-a verilən məlumata görə, mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ”Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.

“Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən Mərkəz direktoru Rüstəm Nəcəfov media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

“Euronews”: “Azərbaycan mühüm turizm ilinə hazırlaşır” – FOTO/VİDEO

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, “Euronews.com”da Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük səyahət yarmarkalarından biri olan ITB sərgisi ilə bağlı məqalədə qeyd olunub.

Məqalədə vurğulanır ki, Avropaya yeni hava yollarının açılması, viza rejiminin sadələşdirilməsi milyonlarla səyahətçiyə bu ölkənin füsunkar mənzərələrindən zövq almağa imkan verəcək. İndi Azərbaycana gəlmək daha asandır.

Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin sənayesini dinamik və aktiv xarakterizə edib. “Ölkəmizin biomüxtəlifliyi ilə çox fəxr edirik”, – o vurğulayıb: “Burda o qədər müxtəlif landşaftlar, o qədər iqlim qurşaqları var! Son illər bir çox layihələrə start vermişik, zəngin təcrübə qazanmışıq, yeni otellər açmışıq”.

Peşəkarlar iqtisadiyyat, səhiyyə və geosiyasət sahəsində xəbərləri yaxından izləməyə davam etməklə 2023-cü ilin Azərbaycanda məhsuldar və dinamik olacağına ümid edirlər.

Qeyd edək ki, Berlində keçirilən ITB sərgisi dünyanın ən böyük səyahət yarmarkalarından biridir. Dünyanın hər yerindən peşəkarlar öz təyinatlarını tanıtmaq və təcrübə mübadiləsi aparmaq üçün buraya gəlirlər.

Похожие статьи

  • Azerbaycand mocvut turimi

    Azerbaycand mocvut turimi – Xarici və Ölkə Daxili Turlara aid olan mümkün qədər çox keyfiyyətli şəkillər yükləyin. Экскурсии в Баку Azterra Travel…

  • Azərbaycanda turizm

    Azərbaycanda turizm Ölkəmizin dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Müstəqil Azərbaycanın neft strategiyasının əsasını…

  • Azərbaycanda turizimin inkişafı

    Azərbaycanda turizimin inkişafı Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin…

Comments are closed, but trackbacks and pingbacks are open.