Press "Enter" to skip to content

Azerbaycanin əhalisi

Əhalinin sayı (ilin əvvəlinə, min nəfər)

Azerbaycanin əhalisi

Əhali haqqında məlumatların əldə edilməsi üçün ilk mənbə əhalinin siyahıyaalınmalarıdır.
Əhalinin sayının cari hesablanması 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılmış və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilmiş, ölənlərin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılmışdır. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekunları hazır olduqdan sonra isə əvvəlki siyahıyaalmadan ötən dövrlər üzrə əhalinin sayı və tərkibinə dair müvafiq dəqiqləşdirmələr aparılacaqdır.
Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri sayılır.
Təhlilin məqsədindən asılı olaraq müxtəlif yaş qruplarından istifadə olunur..
Əhalinin orta illik sayı – müvafiq ilin əvvəlinə və sonuna olan əhalinin sayının riyazi yolla hesablanmış orta sayıdır.
Yaş – həyatda tamam olmuş yaşların, bir yaşdan kiçik uşaqlar üçün ayların, 1 aylığa qədər uşaqlar üçün isə günlərin sayıdır. Yaş tərkibi haqqında məlumatlar siyahıyaalmalar zamanı sorğu yolu ilə əldə edilir. Bu məlumatlar ayrı-ayrı yaşlar üzrə X yaşdan X+1 yaşadək əhalinin sayının hərəkəti metoduna uyğun cari hesablamalar yolu ilə müəyyən edilir. Demoqrafik hadisələrin cari qeydiyyatına dair məlumatlar hesablamalar zamanı nəzərə alınır.
Doğulanlar və ölənlər haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən doğum və ölüm haqqında aktlarda olan məlumatların statistik cəhətdən hər ay təhlil edilməsi əsasında əldə edilir. Doğulanların sayına yalnız diri doğulanlar daxil edilir.
Əhalinin təbii artımı – təqvim ilində diri doğulanların sayı ilə ölənlərin sayının fərqinə bərabərdir.
Doğumun ümumi əmsalı – uşaq doğumunun intensivliyini müəyyən edən göstəricidir, müəyyən bir müddətdə diri doğulanların sayının əhalinin orta illik sayına nisbəti ilə ölçülür. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Ölümün ümumi əmsalı – əhali arasında ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində, müvafiq olaraq ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Təbii artımın əmsalı – əhalinin təbii artımı nisbi göstəricilərlə də səciyyələndirilə bilər. Əhalinin təbii artımının əhalinin orta illik sayına bölünməsi ilə və ya doğumun və ölümün ümumi əmsallarının fərqi ilə əhalinin hər 1000 nəfərinə hesablanır.
Ümumi nəsilvermə (fertillik) əmsalı – ümumi nəsilvermə əmsalı reproduktiv dövr ərzində 15-49 yaşda bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir.
Bu əmsal doğumun yaş əmsallarının hər yaş intervalının uzunluğuna vurulub toplanmaq yolu ilə hesablanır (bir illik əmsallar üçün vuruq birə, beş illik əmsallar üçün beşə və s. bərabərdir). Nəticədə cəm 1000-ə bölünür, yəni bu göstərici orta hesabla bir qadın üçün hesablanır.
Brutto-təkrar istehsal əmsalı – reproduktivlik dövründə bir qadının orta hesabla doğduğu qız uşaqlarının sayını və doğulan uşaqların müəyyən vaxtdan sonra yeni valideyn nəsli ilə əvəz edilməsini göstərir. Bu göstəricinin hesablanma-sında ölüm amili nəzərə alınmır, yəni reproduktiv dövrün sonuna qədər anaların və doğulan qız uşaqlarının sağ qalma ehtimalı qəbul edilir.
Əhalinin təkrar istehsalının brutto-əmsalı doğumun nəsilvermə əmsalı kimi hesablanır, lakin ondan fərqli olaraq hesablamada yalnız qızlar nəzərə alınır. Adətən doğulan qızların xüsusi çəkisi qadınların bütün yaşlarında təqribən 0,488-ə bərabər götürülür.
Netto-təkrar istehsal əmsalı – brutto-təkrar istehsal əmsalından fərqli olaraq, netto təkrar istehsal əmsalının hesablanmasında ölüm amili nəzərə alınır (həyat cədvəllərindən istifadə olunur). Netto təkrar istehsal əmsalı ana nəslinin qızların analıq yaşına çataraq yeni nəsil ilə əvəz olunmasını xarakterizə edir. Adətən əmsal orta hesabla bir qadın üçün hesablanır. Bu göstərici 1000 qadın üçün də hesablana bilər.
Əgər bu əmsal 1,0-a bərabərdirsə, onda doğum və ölüm nisbətləri əhalinin sadə təkrar istehsalını təmin edir. Əgər netto-təkrar istehsal əmsalı 1,0-dan az və ya çoxdursa, bu o deməkdir ki, əhalinin təkrar istehsalı daralmış (yəni uşaq nəslinin sayı valideyn nəslinə nisbətən azlıq təşkil edir) və ya geniş (sayca uşaq nəsli valideyn nəslinə nisbətən çoxluq təşkil edir) təkrar istehsaldır.
Körpə ölümünün əmsalı – bir yaşadək (0 yaşda) körpələrin ölümünü səciyyələndirir. Körpə ölümünün səviyyəsi ölümün ümumi əmsalından fərqli olaraq bir yaşadək körpələrin ölüm hallarının onların orta illik sayına nisbəti kimi deyil, diri doğulanların ümumi sayına nisbəti ilə hesablanır.
Belə hesablama, həmçinin 5 yaşadək (0-4 yaş qrupu) ölən uşaqlara da şamil olunur və uşaq ölümünün səviyyəsini müəyyən edir.
Ölümün səbəbləri haqqında informasiya mənbəyi ölümə səbəb olmuş xəstəlik, bədbəxt hadisə, qətl, özünəqəsd və digər xarici təsirlərlə əlaqədar olaraq həkim (və ya feldşer) tərəfindən tərtib olunan ölüm haqqında şəhadətnamələrdəki qeydlərdən ibarətdir.
Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X Baxılış Beynəlxalq Təsnifatına uyğun aparılır.
Ölümün səbəblərinə görə ölüm əmsalları – göstərilən ölüm səbəblərindən il ərzində ölənlərin sayının bu yaşda əhalinin orta illik sayına bölünməsi yolu ilə təyin edilir. Ölümün ümumi və yaş əmsallarından fərqli olaraq, əhalinin 100 min nəfərinə, 1 yaşadək körpələr üçün isə 10 min nəfər diri doğulana görə hesablanır. Əhalinin yaş tərkibində müxtəlifliyin təsirini aradan qaldırmaq üçün ölümün standartlaşdırılmış əmsalları hesablanır.
Doğulanda gözlənilən ömür uzunluğu (0 yaş üçün) – doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Burada, doğulanların bütün ömrü boyu ölümün səviyyəsinin hər yaş qrupu üzrə göstəricinin hesablandığı ildəki səviyyədə dəyişməz qalacağı şərti qəbul edilir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.
Nikah – kişi və qadının bir-birinə və uşaqlara qarşı hüquq və vəzifələrini müəyyənləşdirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir.
Əhalinin təbii hərəkətinin cari statistikası yalnız hüquqi cəhətdən qeyd olunmuş nikahları nəzərə alır. Əhalinin siyahıyaalınmasında isə rəsmi qeydə alınıb-alınmamasından asılı olmayaraq, faktiki nikahda olanlar hesaba alınır.
Nikahın ümumi əmsalı – qeydə alınmış nikahların sayının əhalinin orta illik sayına olan nisbətidir, əhalinin hər 1000 nəfərinə hesablanır.
Boşanma (nikahın pozulması) – birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur.
Boşanmanın ümumi əmsalı – gösətərilən dövr ərzində boşanma saylarının həmin dövr ərzində əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Azərbaycan Respublikası ilə MDB dövlətləri və digər xarici dövlətlər arasında miqrasiya haqqında məlumatlar əhalinin daimi yaşayış yerinə görə qeydiyyatı zamanı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat İdarəsi tərəfindən tərtib olunan gəlmə (getmə) miqrantların statistik qeydiyyat vərəqəsinə qoşulan kəsmə talonlarda və Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunan “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” 1-№-li (Miqrasiya) rüblük (illik) rəsmi statistika hesabatı formasında olan məlumatların statistik işlənməsi nəticəsində əldə edilir.
Gələnlər – daimi yaşayış üçün ölkəyə giriş icazəsi almış şəxslərin sayı, gedənlər isə – daimi yaşamaq üçün ölkədən getmək icazəsi almış şəxslərin (Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil edilməklə) sayı deməkdir.
«Gələnlər» və «gedənlər» anlayışları miqrasiyanı xarakterizə edir, çünki eyni şəxs daimi yaşayış yerini il ərzində bir neçə dəfə dəyişə bilər.
Miqrasiya artımı (azalması) – təqvim ilində gələnlərlə gedənlərin sayı arasındakı fərqdən ibarətdir.

Elektron xəritə
Demoqrafik və sosial statistika
İqtisadi statistika
Ətraf mühit və digər sahələr
Statistik məlumatlar sizi qane edirmi?

Bəli
Qismən
Xeyr

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Ünvan: AZ 1136 Azərbaycan Respublikası, Bakı, İnşaatçılar prospekti, 81

Tel: (+994 12) 377 10 70
Faks: (+994 12) 538 24 42
E-poçt: sc@stat.gov.az
Qaynar xətt:
(+994 12) 377 10 70, 33-00
Mətbuat xidməti:
(+994 12) 377 10 70, 22-66
Vətəndaşların müraciətləri ilə bağlı əlaqə:
(+994 12) 377 10 70, 22-38
Saytdakı məlumatlardan istifadə edərkən
istinad etmək zəruridir.
İstifadə sayğacı

© 2002-2023. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.

Azerbaycanin əhalisi

Əhalinin sayı (ilin əvvəlinə)

İllər Əhalinin sayı – cəmi,
min nəfər
o cümlədən: Əhalinin ümumi sayına nisbətən, faizlə
Şəhər yerləri üzrə Kənd yerləri üzrə Şəhər yerləri üzrə Kənd yerləri üzrə
2000 8032.8 4107.3 3925.5 51.1 48.9
2001 8114.3 4149.1 3965.2 51.1 48.9
2002 8191.4 4192.6 3998.8 51.2 48.8
2003 8269.2 4237.6 4031.6 51.2 48.8
2004 8349.1 4358.4 3990.7 52.2 47.8
2005 8447.4 4423.4 4024.0 52.4 47.6
2006 8553.1 4502.4 4050.7 52.6 47.4
2007 8666.1 4564.2 4101.9 52.7 47.3
2008 8779.9 4652.2 4127.7 53.0 47.0
2009 8897.0 4727.8 4169.2 53.1 46.9
2010 8997.6 4774.9 4222.7 53.1 46.9
2011 9111.1 4829.5 4281.6 53.0 47.0
2012 9235.1 4888.7 4346.4 52.9 47.1
2013 9356.5 4966.2 4390.3 53.1 46.9
2014 9477.1 5045.4 4431.7 53.2 46.8
2015 9593.0 5098.3 4494.7 53.1 46.9
2016 9705.6 5152.4 4553.2 53.1 46.9
2017 9810.0 5199.0 4611.0 53.0 47.0
2018 9898.1 5237.8 4660.3 52.9 47.1
2019 9981.5 5273.9 4707.6 52.8 47.2
2020 10067.1 5312.0 4755.1 52.8 47.2
2021 10119.1 5358.5 4760.6 53.0 47.0
2022 10156.4 5368.5 4787.9 52.9 47.1

Əhalinin sayı (ilin əvvəlinə, min nəfər)

Əhalinin sayı (ilin əvvəlinə, min nəfər)

Doğum, ölüm və təbii artım

İllər Nəfərlə Əhalinin hər 1000 nəfərinə
Doğulanların sayı Ölənlərin sayı Təbii artım Doğulanların sayı Ölənlərin sayı Təbii artım
2000 116994 46701 70293 14.7 5.9 8.8
2001 110356 45284 65072 13.7 5.6 8.1
2002 110715 46522 64193 13.7 5.7 8.0
2003 113467 49001 64466 13.9 6.0 7.9
2004 131609 49568 82041 15.9 6.0 9.9
2005 141901 51962 89939 16.9 6.2 10.7
2006 148946 52248 96698 17.5 6.2 11.3
2007 151963 53655 98308 17.7 6.2 11.5
2008 152086 52710 99376 17.4 6.0 11.4
2009 152139 52514 99625 17.2 5.9 11.3
2010 165643 53580 112063 18.5 6.0 12.5
2011 176072 53762 122310 19.4 5.9 13.5
2012 174469 55017 119452 19.0 6.0 13.0
2013 172671 54383 118288 18.6 5.8 12.8
2014 170503 55648 114855 18.1 5.9 12.2
2015 166210 54697 111513 17.4 5.7 11.7
2016 159464 56648 102816 16.5 5.9 10.6
2017 144041 57109 86932 14.8 5.9 8.9
2018 138982 57250 81732 14.2 5.8 8.4
2019 141179 55916 85263 14.3 5.6 8.7
2020 126571 75647 50924 12.7 7.6 5.1
2021 112284 76878 35406 11.2 7.7 3.5

Əhalinin yaş qrupları üzrə bölgüsü (ilin əvvəlinə)

Yaş qrupları Min nəfərlə Yekuna görə, faizlə
2018 2019 2020 2021 2022 2018 2019 2020 2021 2022
Cəmi əhali 9898.1 9981.5 10067.1 10119.1 10156.4 100.0 100.0 100.0 100.0 100.0
O cümlədən yaşda:
0-4 805.1 771.8 742.9 703.8 657.4 8.1 7.7 7.4 6.9 6.5
5-9 809.2 829.7 847.8 848.8 832.4 8.2 8.3 8.4 8.4 8.2
10-14 619.9 637.6 666.0 708.2 760.8 6.3 6.4 6.6 7.0 7.5
15-19 652.9 646.8 633.4 624.5 621.2 6.6 6.5 6.3 6.2 6.1
20-24 799.9 760.6 723.0 690.4 661.0 8.1 7.6 7.2 6.8 6.5
25-29 934.2 916.8 899.4 869.5 838.3 9.4 9.2 8.9 8.6 8.3
30-34 895.2 919.8 932.9 939.4 937.2 9.0 9.2 9.3 9.3 9.2
35-39 763.7 787.8 812.9 835.9 865.1 7.7 7.9 8.1 8.3 8.5
40-44 629.0 651.3 676.0 704.2 727.4 6.3 6.5 6.7 7.0 7.2
45-49 639.6 622.6 613.4 606.6 614.3 6.5 6.2 6.1 6.0 6.1
50-54 649.3 648.6 645.0 643.2 632.9 6.6 6.5 6.4 6.4 6.2
55-59 632.4 643.7 646.0 638.9 634.5 6.4 6.5 6.4 6.3 6.2
60-64 419.5 466.1 508.5 549.3 574.0 4.2 4.7 5.0 5.4 5.7
65-69 262.3 277.3 299.3 318.7 347.8 2.7 2.8 3.0 3.1 3.4
70 və yuxarı 385.9 401.0 420.6 437.7 452.1 3.9 4.0 4.2 4.3 4.4

2022-ci ilin əvvəlinə Azərbaycan Respublikası əhalisinin cins və yaş üzrə tərkibi (min nəfər)

Nikah və boşanmalar

İllər Nikahların sayı Boşanmaların sayı Əhalinin hər 1000 nəfərinə
Nikahların sayı Boşanmaların sayı
2000 39611 5478 5.0 0.7
2001 41861 5382 5.2 0.7
2002 41661 5738 5.1 0.7
2003 56091 6671 6.8 0.8
2004 62177 6914 7.5 0.8
2005 71643 8895 8.5 1.1
2006 79443 7817 9.4 0.9
2007 81758 8340 9.5 1.0
2008 79964 7933 9.2 0.9
2009 78072 7784 8.8 0.9
2010 79172 9061 8.9 1.0
2011 88145 10747 9.7 1.2
2012 79065 11087 8.6 1.2
2013 86852 11730 9.3 1.3
2014 84912 12088 9.0 1.3
2015 68773 12764 7.2 1.3
2016 66771 13114 6.9 1.4
2017 62923 14514 6.5 1.5
2018 62484 14857 6.4 1.5
2019 63869 17148 6.4 1.7
2020 35348 14628 3.5 1.5
2021 56314 17191 5.6 1.7

© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.

  • FAQ
  • Sayt haqqında
  • 2007-2010-cu illərin materialları

Похожие статьи

  • Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar

    Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar Koronavirus Azerbaycanin daxil oldugu beynelxalq teskilatlar Kateqoriyalar Özəl Layihələr Seçki 2020…

  • Azerbaycanin beynelxalq elaqeleri

    Azərbaycan və Avropa Komissiyası beynəlxalq maliyyə qurumları ilə əlaqələri müzakirə edib Müştəri ilə şirkət əlaqələrinin qurulması Şirkətə müştəri ilə…

  • Azerbaycanin turizm statistikasi

    Azərbaycana gələn turistlərin STATİSTİKASI Koronavirus Azərbaycanda turizm statistikası sistemi inkişaf etdiriləcək Bu gün Bakıda “Milli statistika…

  • Azerbaycanin iqtisadi sosial cografiyasi

    Azerbaycanin iqtisadi sosial cografiyasi Avropa və Asiya ölkələrinə göndərilən yüklərin xeyli hissəsi Bakı-Türkmənbaşı gəmi-bərə xətti ilə daşınır. Xəzər…

  • Azerbaycanin iqtisadi ve sosial cografiyasi bdu

    Postsovet məkanı ölkələrinin iqtisadi və sosial coğrafiyası fənni tədris ediləcək 1947-ci il sentyabrın 6-da Kürdəmuirdə anadan olub. 1954-1965-ci ildə…

Comments are closed, but trackbacks and pingbacks are open.