Press "Enter" to skip to content

Umumi fiziki-coğrafiyanın inkişafı

Bakı-Ceyhan neft kəməri marşrutlarının kompleks fiziki və iqtisadi coğrafi oyrənilməsi işləri aparılır.

Azərbaycan çayları,gölləri,suları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb. Məsələn, çay şəbəkəsinin sıxlığı 0,20 km/km 2 -dən (Abşeron-Qobustan) 0,84 km/km 2 -rə qədər (Lənkəran) dəyişir, orta sıxlıq isə 0,36 km/km2 təşkil edir.

Azərbaycanın çayları

Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır.
Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:
1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.
Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər:
1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur;
2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə – alçaq su toplayıcı sahəyə malikdirlər.
Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.
Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km 2 -dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhəddindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m 3 /s və ya 8,52 km 3 -dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m 3 /s və ya 14,04 km 2 -dir.
Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km 2 -dir, Azərbaycanda bu sahənin 18740 km 2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m 2 /s və ya 3,82 km 2 -dir.

Azərbaycanın daxili suları üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar.

Su toplayıcının sahəsinə və sululuğuna gorə Respublikanın 2 çayı (Kür və Araz) böyük çaylara, 12 çayı orta çaylara, qalan çaylar isə kiçik çaylara aiddirlər. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər.
Respublikanın əsas çaylarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 1-də verilir.

Çay

Hara tökülür (hansı sahildən)

Uzunluğu, km

Su toplayıcı sahəsi, kv.km

Umumi fiziki-coğrafiyanın inkişafı

Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə

Umumi fiziki-coğrafiyanın inkişafı

    Bu sahifa navigatsiya:
  • M.Ə.Suleymanov, İ.S.Əliyevanın
  • Ə.V.Məmmədov
  • 6.2.4 İqlimşunaslıq və hidrologiya elmi ideyaların inkişafı
  • Professor Ə.A.Mədətzadənin
  • 6.2.5 Xəzər dənizinin oyrənilməsi
  • 6.3 İqtisadi və sosial coğrafiya
  • H.B.Əliyevin
  • Təbii fəlakətlər

6.2. Umumi fiziki-coğrafiyanın inkişafı

6.2.1 Landşaftşunaslıq

Fiziki coğrafiya elminin muhum sahələrindən biri olan landşaftşunaslıq Azərbaycanda əsasən 60-cı illərdən

inkişaf tapmağa başlamışdır. Aparılan tədqiqatlar muasir landşaft ortuyunun yaranması, tipləri, novləri, amilləri,

elementləri və qarşılıqlı əlaqələri, bu prosesdə yeni tektonik hərəkətlərin rolu, zaman və məkan daxilində

diferensiasiyası və s. oyrənilmişdir.

Sonrakı illərdə M.A.Museyibovun landşaftşunaslığa aid apardığı tədqiqatlar tam yeni istiqamət aldı və landşaftın

ərazi diferensasiyasına, ufuqi və şaquli strukturuna, dinamikasına, ekologiyasına, antropogen transformasiyasına dair

yuksək elmi səviyyələrdə sayılan və monoqrafiyalarda əks olunan diqqətəlayiq nəticələrə nail olundu. Bu tədqiqatlar

Azərbaycan Respublikasının orta miqyaslı, zəngin məzmunlu landşaft xəritəsinin tərtibinə imkan verdi.

M.Ə.Suleymanov, İ.S.Əliyevanın «Landşaftşunaslığın əsasları» (Bakı, 1998) dərs vəsaitini bu elmin son

illərinin təqdirəlayiq nailiyyəti hesab etmək olar.

Monoqrafik məzmunda yazılmış bu əsərdə landşaftşunaslığın nəzəri məsələləri, strukturu, dinamikası,

təkamulu, antropogen təsirin altında dəyişməsi və s. ilk dəfə azərbaycan dilində aydın və səlist şəkildə oz əksini

Azərbaycan fiziki coğrafiyasının və landşaftlarının oyrənilməsində prof. Q.K.Gulun, prof. N.K.Kərimovun,

akad. B.Ə.Budaqovun və prof. M.A.Museyibovun boyuk xidmətləri olmuşdur.

6.2.2 Paleocoğrafiya

Olkə paleocoğraflarının qiymətli tədqiqatları nəzəri cəlb edir. Azərbaycan təbiətinin IV dovrdə dinamikası və Xəzər

dənizinin ən yeni geoloji tarixi uzrə bir sıra tədqiqatlar başa catdırılmışdır. Bu tədqiqatların nəticəsində 1978-ci ildə

capdan cıxmış Azərbaycanın dorduncu dovr cokuntuləri xəritəsi Dovlət mukafatına layiq gorulmuşdur. Bundan başqa,

Azərbaycanın IV dovr cokuntuləri, bu dovr cokuntulərinin oyrənilməsinə aid qiymətli tədqiqatlar aparılmışdır.

Dorduncu dovrun tədqiqi ilə yanaşı, Azərbaycan paleocoğrafları ibtidai insanın ekologiyası, Cənubi Qafqaz

ərazisində Pliosenin xronologiyası və təbii şəraiti kimi problemlər uzrə diqqətəlayiq elmi nəticələr əldə etmişdir.

Azıx qədim Daş dovr duşərgəsi sakinlərinin ekologiyasının tədqiqi nəticəsində ən qədim mədəni təbəqələrin mutləq

yaşı muəyyənləşdirilmiş və həmin dovrun təbii şəraiti bərpa edilmişdir.

Paleocoğrafiya sahəsində qazanılmış nailiyyətlərdən biri də Pliosen iqlim optimumu dovrundə Azərbaycan

ərazisində yaranmış təbii şəraitin bərpa edilməsidir. Gozlənilməz qlobal istiləşmənin bu və ya digər olkənin təbii

şəraitinə necə təsir gostərəcəyini qabaqcadan muəyyənləşdirməkdə bu tədqiqatların boyuk əhəmiyyəti vardır.

Azərbaycanın paleolandşaftının yaranması və son 13 mln. ildə onda baş verən dəyişiklikləri M.A.Museyibov ozunun

fundemental tədqiqatlarında ətraflı təhlil etmişdir. (M.A.Museyibov «Azərbaycanın landşaftları», Bakı, 1981, rus dilində).

Nəhayət, paleocoğrafi tədqiqatların ən gorkəmli nailiyyəti 1992-ci ildə iki cildlik «Avrasiya şelfləri Mezozoyda və

Kaynazoyda» adlı paleocoğrafi atlasın nəşr olunmasıdır. Bu atlasda 129 xəritədən 19-u bilavasitə Xəzər dənizinə həsr

olunmuş və respublikamızın paleocoğrafları tərəfindən (Ə.V.Məmmədov, İ.S.Həsənov, B.C.Ələsgərov) tərtib olunmuşdur.

Bu xəritələr Xəzər dənizinin, onun regional və lokal tektonik strukturlarının əmələ gəlməsi və inkişafı məsələlərinin

araşdırılması, Xəzərin perspektivli neft-qaz ehtiyatlarının aşkar edilməsi baxımından muhum əhəmiyyət kəsb edir.

Paleocoğrafiyacı alimlərimizin Fransa alimləri ilə birgə apardıqları «Təbii muhitin ibtidai insan cəmiyyətinin

inkişafında rolu»na, Amerika alimlərilə «Yerin iqliminin inkişaf tarixi» problemlərinə dair tədqiqat işləri

diqqətəlayiqdir və beynəlxalq miqyasda onların tanınmasını gostərir.

Azərbaycanda paleocoğrafi tədqiqatlara respublika Dovlət mukafatı laureatı, prof. Ə.V.Məmmədov rəhbərlik

edir. Onun calışdığı şobə beynəlxalq əhəmiyyətli paleocoğrafiya işlərini davam etdirir.

6.2.3 Geomorfologiya elminin inkişafı

Azərbaycan coğraflarının ən sanballı işləri arasında geomorfoloji tədqiqatlar xususilə fərqlənirlər. Azərbaycan

EA-nın Coğrafiya İnstitutunda və Bakı Dovlət Universitetində uzun illərdir ki, Azərbaycanın geomorfoloji

tədqiqatları aparılmaqdadır. Bu tədqiqatlar nəticəsində: Azərbaycan relyefinin xususiyyətləri; onun mənşəyi və geoloji quruluşla

əlaqəsi; ekzogen proseslərin və zəlzələlərin relyef əmələgətirməsində rolu; aerokosmik metodlarla Boyuk Qafqazın şərq

hissəsinin morfostrukturlarının tədqiqi; paleogeomorfoloji tədqiqatlar əsasında qovşaq zonalarında formalaşan muasir relyefin

yeni tektonik mərhələdə inkişafı; cənubi Xəzərin morfostrukturu və s. oyrənilmişdir. Son dovrlərdə geomorfologiyaya aid cıxan

fundemental əsərlərindən Turkmənistan alimləri ilə muştərək hazırlanın «Cənubi Xəzərin neftli-qazlı vilayətlərinin yeni

tektonikası və inkişaf tarixi», «Azərbaycanın relyefi» (Bakı, 1994) monoqrafiyalarını gostərmək olar. Sonuncu monoqrafiyada

relyefin genetik formaları və ərazidə paylanması qanunauyğunluqları; tektonik hərəkətlərin zaman-məkan daxilində surəti və

təzahur formalarının kəmiyyət gostəricilərinin muəyyən edilməsi və onların əsasında morfostrukturların ayrılması;

geomorfologiyanın nəzəri məsələlərinin həllində və faydalı qazıntılar axtarışında onların rolu gostərilir.

Azərbaycan EA Coğrafiya İnstitutu və Bakı Dovlət Universitetində aparılan geomorfoloji tədqiqatların

nəticəsində respublikanın geomorfoloji xəritəsi tərtib edilmişdir. Azərbaycanın ayrı-ayrı ərazilərinə aid daha dəqiq

iri miqyaslı xəritələr hazırlanır. Belə xəritələrin bilavasitə quruculuq işlərində- şəhərsalma, kənd təsərrufatı,

nəqliyyat, sənaye tikintisi, yer quruluşu və meliorasiya tədbirlərinin həyata kecirilməsində boyuk əhəmiyyəti vardır.

Azərbaycan geomorpfoloqları qonşu respublikaların alimləri ilə sıx əlaqə saxlayaraq, Qafqaz regionunun

geomorfologiyasını oyrənmiş və onun xəritəsini tərtib etmişlər.

Onlar bu sahədə apardıqları tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə dərin məzmunlu məktəb yarada

Uzun illərdən bəri apardığı geniş geomorfoloji tədqiqatlara və xəritələrin tərtibinə gorə Azərbaycan

coğraflarından akad. B.Ə.Budaqov kecmiş SSRİ Coğrafiya Cəmiyyətinin M.P.Prjevalski adına Qızıl medal ilə təltif

İlk geomorfoloji tədqiqatların başlanğıcını professor B.A.Antonov qoymuşdur. Azərbaycan EA-nın Coğrafiya

İnstitutunda uzun illərdən bəri geomorfoloji tədqiqatlar aparan respublika Dovlət mukafatı laureatı professor

N.Ş.Şirinov, BDU-da isə professor M.A.Museyibov olmuşdur. Onların layiqli ardıcılları (R.Y.Quliyev,

A.A.Mikayılov, X.K.Tanrıverdiyev, E.K. Əlizadə və b.) yetişmişdir.

6.2.4 İqlimşunaslıq və hidrologiya elmi ideyaların inkişafı

Olkədə aparılan coğrafi tədqiqatların ən muhum sahələrindən biri iqlimşunaslıq olmuşdur. N.M.Fiqurovski tərəfindən

əsası qoyulmuş Azərbaycan iqlimşunaslığı həm olkənin, həm də ona qonşu olkələrin iqliminin oyrənilməsində bir sıra

muvəffəqiyyətlər əldə etmişdir. İqlim qurşaqlarına, gunəş radiasiyasına, istilik balansına, Olkədə baş verən sinoptik

proseslərə, hava axınlarının xususiyyətlərinə, Xəzər dənizinin iqliminə və s. həsr edilmiş sanballı tədqiqat işləri

Azərbaycan Respublikasının istilik balansı atlasını tərtib edən muəlliflər olkənin Dovlət mukafatına layiq

gorulmuşlər. İqlimin təsərrufatla əlaqələrinə aid xeyli işlər aparılmışdır. Azərbaycan iqlimşunaslığına uzun muddət

Azərbaycan EA muxbir uzvu Ə.M.Şıxlinski rəhbərlik etmişdir.

Azərbaycanda aqroiqlimşunaslıq məktəbi 1960-cı ildən geniş inkişaf etməyə başlasa da, ilk sanballı əsər hələ

1932-ci ildə İ.Fiqrovski tərəfindən («Aqrometeorologiya») yazılmışdır. Sonrakı illərdə bu sahə uzrə geniş tədqiqat

işləri Ə.C.Əyyubov tərəfindən aparılmışdır.

Meteoroloqlar, iqlimşunaslar iqlim ehtiyatlarını oyrənmiş və onlardan kənd təsərrufatında istifadə yollarını

araşdırmışlar. Respublika ərazisində aqroiqlim rayonlaşdırılması aparılmışdır; muxtəlif kənd təsərrufatı bitkilərinin

– pambıq, uzum, tutun, zeytun və s. inkişafı ucun iqlim ehtiyatlarından istifadə imkanları oyrənilmişdir.

Olkəmizin subtropik iqlim zonasında bir ildə 2-3 dəfə məhsul goturməyin aqroiqlim xususiyyətləri muəyyən edilmiş,

Azərbaycan Respublikasının aqroiqlim rayonları atlası tərtib olunmuşdur. Ə.C.Əyyubovun 1960-70-ci illərdə

aqroiqlimşunaslıq sahəsində nəşr etdirdiyi fundamental tədqiqatlar kecmiş SSRİ-nin mukafatları ilə təltif olunmuşdur.

Onun «Azərbaycan SSR-nin aqroiqlim rayonlaşdırılması» xəritəsi 1976-cı ildə olkə xalq təsərrufat sərgisinin burunc

medalına, 1976-cı ildə cap olunmuş «Azərbaycan iqliminin bonitetləşdirilməsi» monoqrafiyasına gorə SSRİ Coğrafiya

Cəmiyyətinin F.P.Litke adına Qızıl medalına layiq gorulmuşdur.

Respublika aqroiqlimşunaslıq məktəbinin nəticələrindən biri də 1994-cu ildə capdan cıxmış «Azərbaycan

Respublikasının aqroiqlim atlası»dır. Bu atlas 125 rəngli xəritədən, coxlu əlavə yardımcı materiallardan ibarətdir.

Atlasın elmi əhəmiyyəti onun yetkin proqram əsasında yazılması bir cox xəritələrin orijinallığı, elmi-metodiki

aparatının mukəmməlliyi, iqlim ehtiyatları haqqında geniş və obyektiv informasiya verməsindədir. Bu atlasın əməli

əhəmiyyəti isə aqroiqlim ehtiyatlarının duzgun qiymətləndirilməsi, respublikanın istənilən rayonunda aqroiqlim

unsurlərinin paylanması, iqlimin məhsuldarlığı haqqında kənd təsərrufatında calışan işcilərə dəqiq sorğu məlumatı

verməsidir. Coğrafiya elmləri doktoru Ə.C.Əyyubovun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanan bu atlas 1994-

cu ildə Zakir Tağıyev mukafatına layiq gorulmuşdur. Yenə də bu muəllifin iştirakı ilə Azərbaycan Respublikasının

iqlim-kurort sərvətləri hərtərəfli oyrənilməyə başlanmışdır.

Professor Ə.A.Mədətzadənin rəhbərliyi ilə olkəmizdə uzun muddət sinoptik meteorologiyaya dair tədqiqatlar

aparılmışdır. Azərbaycan coğraflarının respublika, Şimali Qafqaz, Xəzər dənizi ucun qısa və uzun muddətli hava

proqnozlarının verilməsində əməyi boyukdur. Azərbaycandakı sinoptik proseslərin tipləri, sinoptik iqlim rayonları

muəyyənləşdirilmişdir. Meteoroloqlar ekstremal iqlim hadisələri torədən atmosfer proseslərini və onların proqnozlarını

oyrənmişlər. Olkə kurortlarının mikroiqlimləri tədqiq edilmiş və onların mualicə-sağlamlıq işlərinə təsiri araşdırılmışdır.

Respublika sənaye mərkəzlərinin iqlim şəraitinin və hava hovzələrinin cirklənmə dərəcələrinin oyrənilməsinə xeyli fikir

BDU-nun coğrafiya fakultəsində Azərbaycan ərazisində meteoroloji kəmiyyətlərin muxtəlif təminatlarının

təyini, aqroiqlim, bioiqlim və konkret ərazilərin (Naxcıvan MR, Qarabağ regionlarının) kompleks iqlim

xarakteristikası, atmosferin muhafizəsi və iqlim dəyişmələrinə dair sanballı tədqiqatlar yerinə yetirilmişdir

(V.A.Nadirov, B.H.Məmmədov, B.Ə.Məmmədov, Ə.S. Məmmədov).

Əməkdar elm xadimi, professor S.H.Rustəmovun rəhbərliyi ilə Azərbaycanda geniş hidroloji tədqiqat işləri

aparılmışdır. Ən muasir metodlarla cay və gollərin coğrafi xususiyyətləri oyrənilmişdir. Cayların su rejimi, balansı, su

ehtiyatları, axımı, enerji ehtiyatları, gollərin xususiyyətləri, onların təsnifatı, su anbarları, cay və gol sahillərinin

dinamikası və s. məsələlər dərindən tədqiq edilmiş və hidroloji xəritələr tərtib olunmuşdur. Hazırda institutun hidrologiya

şobəsinə S.H.Rustəmovun tələbəsi R.N.Qaşqay rəhbərlik edir.

Azərbaycanda axım proseslərinin oyrənilməsi uzrə son illər intensiv tədqiqatlar aparılmış, yeni təhlil metodlarından,

o cumlədən riyazi statistikadan istifadə edilməyə başlanmışdır. M.Ə.Məmmədov statistik sıranın hər birinin təminatını

hesablamaq ucun movcud dusturlarda səmərəli duzəlişlər etməklə dağ caylarının maksimal su sərfinin hesablanmasını

aparmışdır. (M.Ə.Məmmədov «Dağ caylarının maksimal su sərfinin hesablanması» L.1989, rus dilində).

Qurunun hidrologiyasına dair aparılan yeni aktual tədqiqatlar sırasına F.Ə.İmanovun «Qafqaz caylarının minimal su

sərfi». (Bakı, 2000), M.Ə.Məmmədov, F.Ə.Məmmədov, N.Ş.Huseynovun «Quraqlığın meteoroloji əsasları və hidroloji

proseslər» (Bakı, BDU, 2000) M.Ə.Məmmədov, F.Ə.İmanov, R.N.Məmmədov «Hidrometriya» (dərslik, Bakı, 2000) və b.

daxildir. Bu sahədə aparılan tədqiqatların istehsalla daha sıx əlaqələndirilməsi işləri (M.Ə.Məmmədov, H.Y.Fətullayev

«İnsanın təsərrufat fəaliyyətinin su sərfinə təsiri», Bakı, 1992) son illər xeyli genişləndirilmişdir.

Aparılan tədqiqatlar aşağıdakı problemlərin: su anbarları və hidroelektrik stansiyalarının su sərfi və səviyyə

rejiminə olan tələbatının muəyyən edilməsi, tikilən iri su anbarlarının ətraf muhitə təsiri və su anbarları kadastrının

tərtibi və s. həllində geniş istifadə olunur.

Azərbaycanda hidrologiya elminin əsas istiqamətlərindən biri olan dağ caylarında baş verən sel hadisələri,

ekoloji axım, məcra prosesləri və s. tədqiq edilməkdədir. Dağ caylarından ən narahatları olan Kişcay, Kumrukcay və

Baş Qafqazın digər belə rejimli cayları uzərində sel hadisələrinin oyrənilməsi işləri aparılmışdır. Bu tədqiqatlar

nəticəsində sellərin formalaşma xususiyyətləri, təsərrufat baxımından ərazilərin sel təhlukəsizliyinin

qiymətləndirilməsi və sel-təhlukəli cay hovzələrinin təsnifləşdirilməsi və rayonlaşdırılması, sellərlə mubarizə

tədbirləri işlənib hazırlanmışdır.

6.2.5 Xəzər dənizinin oyrənilməsi

Xəzər dənizi Azərbaycan Respublikası tarixi-coğrafiyasına, təbiətinə və muasir iqtisadi həyatına onəmli təsir

gostərir. Ona gorə də bu unikal dəniz-golun oyrənilməsi respublika xəzərşunaslarının daim diqqət mərkəzində

Xəzərin planlı və ardıcıl oyrənilməsinin əsasını professor Q.K.Gul qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə

aid geniş tədqiqat işləri aparılmış və coxsaylı elmi əsərlər yazılmışdır.

1972-ci ildə Xəzərin acıq hissəsində tərpənməz ozul uzərində dunyada birinci olaraq dəniz observatoriyası

yaradıldı. Bu observatoriyanın təşkilində, umumiyyətlə Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında

T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur.

Muxtəlif adlar və tabeciliklər altında fəaliyyət gostərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA Coğrafiya

İnstitutuna verilən «Xəzər dənizi problemləri mərkəzi» dənizin hərtərəfli oyrənilməsinin əsl qərargahı rolunu oynamağa

başladı. Bu mərkəzdə: Xəzərin rejimi, axımları, temperaturu və duzluluğun şaquli və ufuqi istiqamətdə paylanması, səth və

daxili dalğaları atmosferlə dənizin qarşılıqlı təması, bioloji aləmi, dənizdəki təsərrufat fəaliyyətinin hidrometeoroloji və

ekoloji şəraiti və s. muntəzəm olaraq oyrənilirdi.

Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun uzərində hava şəraitini yaradan atmosfer prosesləri,

kuləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən oyrənilmişdir.

Olkə xəzərşunasları dəniz səviyyəsinin tərəddudləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından iştirak

edirlər. Belə tədqiqatlar nəticəsində muəyyən olunmuşdur ki, Xəzərin səviyyə tərəddudləri 80-90 faiz

hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır.

Xəzərin axınlarının daxili strukturunu, onda baş verən pulsasiyaların olculməsi işlərini ilk dəfə

R.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr

Xəzərin dibinin relyefi, Abşeron yarımadasının, cənubi Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və

dinamikası ətraflı oyrənilmiş və rayonlaşdırılması aparılmışdır. Umumiyyətlə, Xəzər dənizinin sahillərinin

formalaşmasında təbii amillərin rolu təhlil edilmiş və morfometriyası oyrənilmişdir. (N.Ş. Şirinov, A.İ.Xəlilov,

N.M.Mehdiyev, X.Ə.Əliyev, R.X.Priyev). N.Ş.Şirinovun, X.Ə.Vəliyevin, Q.Q. Əliyevin, «Xəzərin, onun sahillərinin

təbiəti və ekologiyası» (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş verən dəyişikliklər,

dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir.

Xəzər dənizinin ekoloji vəziyyətinin oyrənilməsi istiqamətində son illər aparılan tədqiqatların, hazırlanan

layihələrin sayı xeyli artmışdır. Dənizin neft məhsulları, fenol və digərləri ilə cirklənməsinin paylanması təsnifatı

verilmiş, Azərbaycanın sahil zonasına axıdılan cirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb

təhlil edilmişdir (N.M.Ağalarova).

Xəzərin oyrənilməsində aerokosmik metodların tətbiqi xeyli genişləndirilib və dəqiq hesablamaların sayı

6.3 İqtisadi və sosial coğrafiya

Azərbaycan EA Coğrafiya İnstitutunun təşkili (1945) coğrafiya elminin butun sahələri kimi iqtisadi

coğrafiyanın da inkişafına guclu təkan verdi.

Tədricən bu elmin ayrı-ayrı sahələrinə – məhsuldar quvvələrin, əhalinin, şəhərlərin inkişafı və yerləşdirilməsinə, təbii

ehtiyatların istifadəsinə, iqtisadi-coğrafi rayonların səciyyəsinə və s. aid muntəzəm elmi-tədqiqat işləri aparılmağa

başlandı. İlk gundən bu işlərin təşkilində və aparılmasında professor H.B.Əliyevin mustəsna xidmətləri olmuşdur. Ali

məktəblərdə iqtisadi coğrafiya kafedralarının acılması, tədris kurslarının təşkili və sistemli elmi tədqiqat işlərinin

aparılması onun adı ilə bağlıdır. Azərbaycanda iqtisadi və sosial coğrafiya elminin aşağıdakı istiqamətləri uzrə elmi-

tədqiqat işləri həyata kecirilmişdir.

Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlarının əhatəli oyrənilməsi və ilk dəfə onun balla qiymətləndirilməsi işləri

Ə.M.Hacızadənin «Azərbaycan SSR sənayesinin inkişafının təbii ehtiyat potensialı» (Bakı, 1983, rus dilində)

monoqrafiyasında verilmişdir. Təbii ehtiyatların iqtisadi-coğrafi qiymətləndirilməsi, istehsalın inkişafı və

yerləşdirilməsinin təbii zəmini, ayrı-ayrı təbii ehtiyat novləri ilə Azərbaycanın təmin olunması və ekoloji muhitin

qorunması və s. məsələlər N.A.Nəbiyevin «İqtisadiyyat, cəmiyyət və ekoloji muhit» (Bakı, 2000) adlı iri həcmli

monoqrafiyasında ətraflı şəkildə oyrənilmişdir.

B.T.Nəzirovanın muştərək muəllifliyi ilə yazılan «Boyuk Qafqazın təbii ehtiyat potensialı» (Bakı, 1992, rus dilində)

əsərində bu iri regionun təbii ehtiyatları umumi, ayrı-ayrı novləri ilə xususi halda dərin təhlil edilmişdir. Azərbaycanın

ayrı-ayrı regionlarının təbii ehtiyatlarının iqtisadi-coğrafi baxımından oyrənilməsi istiqamətində də muhum işlər

gorulmuşdur. Naxcıvan MR (Z.S.Məmmədov, 1999), Gəncə-Qazax, Şəki-Zaqatala və digər regionların təbii ehtiyatlarının

iqtisadi-coğrafi səciyyəsi verilmişdir.

Təbii fəlakətlər və onların iqtisadi coğrafi qiymətləndirilməsinə dair Azərbaycanda yazılmış ilk əsər

N.B.Babaxanovun «Azərbaycanda təbii fəlakət və ona qarşı mubarizə tədbirləri» (Bakı, 1985, rus dilin) olmuşdur. Burada

təbii fəlakət hadisələrinin əsas anlayışları şərh olunur, təsərrufat sahələrinə və əhaliyə vurduğu ziyanların hesablama

metodu gostərilir, təbii fəlakətlərin yayılması coğrafiyası, rayonlaşdırılması və ona qarşı mubarizə tədbirləri təhlil olunur.

Gunun cox aktual olan bu movzusu oz davamını Boyuk Qafqazın təbii fəlakətlərinin iqtisadi-coğrafiya

qiymətlənidirilməsində (N.A.Paşayev) tapmışdır

Azərbaycan Respublikasının təsərrufat sahələrinin iqtisadi coğrafi oyrənilməsi daim diqqət mərkəzində

olmuşdur. Belə ki, butun mulkiyyət novlərini oz əlində cəmləşdirən sosialist iqtisadi sistemi buna maraqlı idi.

Bununla əlaqədar olaraq respublikanın təsərrufat sahələrinin-sənaye, kənd təsərrufat və nəqliyyatın coğrafiyasına

dair coxlu əsərlər yazmışdır.

Ə.M.Hacızadənin «Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemləri» (Bakı, 1975, rus dilində) adlı

iri həcmli əsəri elmimizin xəzinəsinə sanballı tədqiqat numunəsi kimi daxil edilmişdir. Burada Azərbaycan

sənayesinin inkişafının təbii-iqtisadi zəmini, formalaşması mərhələləri, enerji-istehsal silsilələri, muxtəlif sənaye-

ərazi qovşaqları və kompleksləri yaratması və s. kimi coğrafi problemləri geniş təhlil olunmuşdur.

Məhsuldar quvvələrin yerləşdirilməsi aspektində akademik A.A.Nadirov tam bir məktəb yaratmış və bu

problemə aid geniş elmi tədqiqat işləri aparmış, monoqrafiyalar və elmi məqalələr yazmışdır. Bunların ən başlıcaları

«Azərbaycanda sənayenin yerləşdirilməsinin iqtisadi problemləri» (1976), «Naxcıvan MR» (1959, iqtisadi coğrafi

ocerk), «Naxcıvan iqtisadiyyatı XX əsrdə» (2000) və başqalarıdır.

B.T.Nəzirova tərəfindən yazılmış «Azərbaycanın kənd təsərrufatının coğrafiyası» (Bakı, 1975, rus dilində) kimi

sanballı tədqiqat işində kənd təsərrufatı coğrafiyası daha da inkişaf etdirilmiş, kənd təsərrufatı rayonları ayrılmış,

torpaq kadastrı verilmişdir. Respublikanın ayrı-ayrı regionlarının kənd təsərrufatı coğrafiyasının muxtəlif

problemləri uzrə elmi tədqiqat işləri aparılmışdır (S.Qaramollayev, A.Mirzəyev, A.Qurbanov, A.Q.Abdullayev və

Azərbaycan nəqliyyatı və iqtisadi əlaqələrinin coğrafiyasına və son illər yaradılmaqda olan Avropa-Qafqaz-

Asiya (TRASEKA) nəqliyyat dəhlizinə dair bir sıra elmi tədqiqat işləri həyata kecirilmiş, (məqalələr yazılmış və

dissertasiyalar mudafiə olunmuşdur (B.E. Əbdurrəhmanov, C.Məmmədov, Z.S.Məmmədov, T.Gərayzadə və b.).

Rayon istiqaməti iqtisadi coğrafiyanın həmişə mərkəzi tədqiqat obyekti olmuşdur. Belə ki, dovlətin təsərrufat

quruculuğunda, məhsuldar quvvələrin səmərəli ərazi təşkilində və olkə coğrafiyasının əhatəli oyrənilməsində iqtisadi-

coğrafi rayonlar boyuk əhəmiyyət kəsb edirlər. Ona gorə də Azərbaycan Respublikasının iqtisadi rayon və zonaları uzrə

muntəzəm tədqiqat işləri aparılmışdır. Bu sahədə son illər maraqlı tədqiqatlar aparılır, sxemlər və layihələr irəli surulur

(A.A.Nadirov, Ə.X.Nuriyev, T.G.Həsənov).

R.X.Şaulov ozunun dissertasiya işini («Azərbaycan SSR-nin iqtisadi rayonlaşdırılması problemləri», Bakı, 1987, rus

dilində) bilavasitə rayonlaşdırmaya həsr etmiş və təsərrufat sahələrinin strukturunu, ərazidə yerləşdirilməsini, daxili və

xarici istehsal əlaqələrinin sıxlığının nəzərə alaraq aşağıdakı iqtisadi rayonlara ayırmışdır: Abşeron, Xəzərsahili, Şəki, Kur,

Gəncə, Qarabağ, Naxcıvan MR. Təklif olunan bu şəbəkədə Azərbaycanın təzadlı təbii şəraitinin təsərrufat sahələrinin

ixtisaslaşmasına və strukturuna guclu təsir etməsi zəif nəzərə alınmışdır və ona gorə də bu şəbəkə tətbiq edilmədi.

Regional tədqiqatların ilkini A.A.Nadirov ozunun «Naxcıvan Muxtar Respublikasının iqtisadi-coğrafi səciyyəsi» (1957)

əsərində qoymuşdur. Onun ardınca Muğan duzunun (E.Q.Mehrəliyev), Şirvan iqtisadi rayonunun (O.V.Vahabov) iqtisadi coğrafi

tədqiqatları aparılmışdır. Regional tədqiqatlar arasında M.A.Abramovun «Abşeron sənaye qovşağı» (Bakı, 1971, rus və

azərbaycan dillərində) əsəri xususi qeyd olunmalıdır. Bu əsərdə Abşeron sənaye kompleksinin tarixi, təbii-iqtisadi amilləri,

movcud sənaye-istehsal strukturu, onun nəqliyyat iqtisadi əlaqələri və s. təhlil olunur. Sonrakı illərdə Gəncə sənaye qovşağı

(R.H.Məmmədov), Əli-Bayramlı – Salyan təsərrufat kompleksi (H.B.Ağayev), Mil-Qarabağ iqtisadi zonası (U.T.Həsənova) yeni

yaradılan inzibatı rayonların məhsuldar quvvəsinin kompleks inkişafının coğrafi məsələləri (İ.İ.Əhmədova) və s. dair kompleks

tədqiqat işləri aparılmışdır.

Umumiyyətlə, Bakı və Abşeron regionunun iqtisadi və sosial coğrafiyası bir necə nəsil tərəfindən geniş

oyrənilmişdir və indi də davam etdirilir (Ə.M.Hacızadə, R.İ.Umudova, Z.Abdullayeva, V.Ə.Əfəndiyev və b.).

Xəzərin iqtisadi-coğrafi cəhətdən oyrənilməsi olkə alimlərinin daim diqqət mərkəzində olmuşdur. Onun təbii

ehtiyatlarına, nəqliyyat əhəmiyyətinə, muasir dovrdə Azərbaycanın həyatında oynadığı geosiyasi və iqtisadi roluna

və s. həsr olunan coxlu elmi əsərlər və dissertasiyalar yazılmışdır, xəritələr cəkilmişdir. (Q.G.Gul, İ.H.Məmmədov,

E.Q.Mehrəliyev, C.R.Abbasov, L.İ. Nəsibzadə, C.N.İsmayılov və b.).

Beynəlxalq şirkətlərin Xəzərin neft ehtiyatlarından istifadəyə cəlb edilməsi, neft kəmərlərinin marşrutlarının

secilməsi son illər olkədə kompleks coğrafi tədqiqatlara tələbatı xeyli artırmışdır. Bakı-Novorossiysk, Bakı-Supsa,

Bakı-Ceyhan neft kəməri marşrutlarının kompleks fiziki və iqtisadi coğrafi oyrənilməsi işləri aparılır.

Xarici olkələrin xususilə İran və Turkiyənin iqtisadi və siyasi coğrafiyası uzrə H.B.Əliyevin rəhbərliyi altında

hələ lap əvvəllərdən elmi-tədqiqat işləri aparılmağa başlanılmışdır. Bu istiqamətdə aparılan muhum işlərdən

«Turkiyənin regional siyasəti» (A.İ.İbrahimov), Turkiyənin toxuculuq sənayesinin coğrafiyası» (O.Ə.Əliyev), «İran

kənd təsərrufatının suvarma sistemi» (H.B.Soltanova) və bir sıra tədris vasitələrini gostərmək olar.

Похожие статьи

  • Azrbaycanın fiziki cografiyasi

    Fiziki və iqtisadi coğrafiyanm sahələri Fiziki coğrafiya və insan coğrafiyası coğrafiyanın bir-birinə təsir edən qollarıdır, çünki fizika tərəfindən…

  • Azərbaycanin fiziki cografoyasi

    Azerbaycanin Fiziki Cografi Rayonlari – Wikipedia Qobustanın relyefi tipik arid-denudasion dağətəyi silsilələrdən ibarətdir. Mütləq yüksəkliklər -26-27…

  • Azərbaycan respublikasının iqlim ehtiyatları əyyubov ə.s

    Azərbaycan respublikasının iqlim ehtiyatları əyyubov ə.s aparılmışdır. Ən muasir metodlarla cay və gollərin coğrafi xususiyyətləri oyrənilmişdir….

  • Azərbaycan respublikası fiziki coğrafiyası lər

    Azərbaycan respublikası fiziki coğrafiyası lər You are using an outdated browser. Please upgrade your browser to improve your experience and security….

  • Azərbaycanın coğrafiya tarixi

    Azərbaycanın hərb tarixi pervin dedi ki: Azərbaycan coğrafiya tarixi Azərbaycan haqqında ilk yazılı coğrafi məlumatlara qədim yunan və Roma səyyahları və…

Comments are closed, but trackbacks and pingbacks are open.