Press "Enter" to skip to content

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub – SİYAHI

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub – SİYAHI Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib.

Xankəndi

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

Tərcümə Mərkəzindən Azvision.az -a bildirilib ki, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Lüğətin tərtibçisi və “Ön söz”ünün müəllifi – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – filologiya üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov, filologiya üzrə elmlər doktoru, professor Vilayət Quliyev, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor Cahangir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru – Lətafət Səmədovadır.

Lüğət “Şərq-Qərb” nəşriyyatında çap edilib.

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub – SİYAHI

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub – SİYAHI Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib.

2 Mart , 2022 12:21

https://static.report.az/photo/31cbf699-4d26-39e5-8d15-3ad79bee2a2f.jpg

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycan dilinin Orfoqrafiya Lüğətinə bir sıra sözlərin daxil edilməsini təklif edib. “Report”un məlumatına görə, Mərkəzin təhlilləri göstərir ki, “Azərbaycan dilinin Orfoqrafiya lüğəti”ndə, həmçinin izahlı lüğətlərdə öz əksini tapmayan, lakin aktiv şəkildə işlənən xeyli miqdarda söz və terminlər var. Lüğətə salınması təklif olunan sözlər aşağıdakılardır: “birdəqiqəlik”, “yüksəksəviyyəli” və bu qəbildən olan “eyniquruluşlu”, “ikidövrəli”, “dünyamiqyaslı”, “yüzdəyüz”, “yansımaq”, “randevu”. Həmçinin, Mərkəz “soyqırımı” sözünün “soyqırım” kimi yazılmasını təklif edib. Qeyd olunub ki, orfoqrafiya normalarında ixtisarlarla bağlı qaydalara müəyyən əlavələrin edilməsinə ehtiyac duyulur. Buna görə də təklif edilib ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop əyri xətt (/) də əlavə olunsun. Bildirilib ki, bu işarədən Azərbaycan dilində, xüsusən də sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Məsələn: baş çavuş – b/çavuş; baş laborant- b/laborant; baş müəllim b/müəllim; kiçik çavuş – k/çavuş və s. Qeyd edək ki, Azərbaycan dilinin Orfoqrafiya Lüğəti bu il yenidən nəşr olunacaq. Lüğətin təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub.

Похожие статьи

  • Azərbaycan dilinin orfoqrafiya lüğəti 2013

    Azərbaycan dilinin orfoqrafiya lüğəti 2013 Direktor lüğətin yeni nəşrinin hazır olma vaxtının nəşriyyatdan asılı olduğunu da söyləyib. Azərbaycan dilinin…

  • Azərbaycan dilinin orfoqrafiya lüğəti

    Azərbaycan dilinin orfoqrafiya lüğəti $a Axundov, Ağamusa Ağası oğlu. $c Əməkdar elm xadimi, ədəbiyyatşünas, dilçi, türkoloq, filol. e. d-ru, prof.,…

  • Azərbaycan dilinin frazeologiya lüğəti

    Azərbaycanın yeni orfoqrafiya lüğətində bəzi sözlərin yazılış forması dəyişdirilib O, əvvəlki lüğətdə mürəkkəb söz kimi verilən bəzi birləşmələrin də…

  • Azərbaycan dilinin lüğət tərkibi

    Fonetik norma. Leksik norma m əs.: barmaqça (üzük), çalkeçir (məhəccər), köynəkcək (çılpaq), salaca (xərək), qulan (dayça), tirbənd (hasar), keçənəcək…

  • Azərbaycan dilinin izahlı lüğəti yüklə

    ILüğət – Azərbaycan dilinin izahlı lüğəti на компьютер Bluestacks считается самым популярным эмулятором для компьютеров под управлением Windows. Кроме…

Comments are closed, but trackbacks and pingbacks are open.