Press "Enter" to skip to content

Azərbaycan dili ali təhsil üçün

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçiriləcək.

Xankəndi

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçiriləcək.

DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada aparılacaq.

İmtahan bütün binalarda saat 11:00-da başlayır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayanlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Qeyd edək ki, hər iki imtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. İmtahanlar 45 dəqiqə müddətində aparılır. İmtahanların nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Toplanıla biləcək maksimal bal 30-dur.

Cari ilin (9 və 11-ci sinif) məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar. Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1285 (368+917) nəfərdən 784 (220+564) nəfəri oğlan, 501 (148+353) nəfəri qızdır. 1156 (325+831) nəfər orta ümumtəhsil müəssisələrinin builki məzunu, 129 (43+86) nəfər isə əvvəlki illərin məzunlarıdır.

Ümumilikdə, Bakıda 1274, Naxçıvanda 1 abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 98 nəzarətçi-müəllim ayrılıb.

İkinci ali təhsil almaq istəyənlər üçün ŞANS YARANDI

Publika.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

O bildirib ki, Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla ikinci ali təhsil və ixtisasdəyişmə proqramları üzrə tələbə qəbulu elan edib.

İkinci ali təhsil və ixtisasartırma üzrə ixtisaslar:

– “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”;
– “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”;
– “Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə)”;
– “İbtidai sinif müəllimliyi” (Azərbaycan və rus bölmələri);
– “Təhsildə sosial-psixoloji xidmət” (Azərbaycan və rus bölmələri);
– “Məktəbəqədər təlim və tərbiyə” (Azərbaycan və rus bölmələri);
– “Beynəlxalq münasibətlər”.

İkinci ali təhsil üzrə təhsil müddəti 3 il, ixtisasartırma üzrə təhsil müddəti 1 ildir.

Tələb olunan sənədlər:
1. Rektorun adına ərizə;
2. Ali təhsil haqqında diplomun surəti;
3. Qiymət vərəqinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;
5. 4 ədəd fotoşəkil (3×4);
6. İş yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin surəti;
8. Tərcümeyi-hal.

QEYD: (Diplom və diploma əlavə notarial qaydada təsdiq olunmalıdır).

– IV kurs tələbələri təhsil aldıqları universitetdən diploməvəzi müvəqqəti olaraq arayış təqdim edə bilərlər.

Похожие статьи

  • Azərbaycan dili dim

    Azərbaycan dili dim Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən,…

  • Azərbaycan dili tqdk

    TQDK rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək İmtahanda 2 min 259 (Bakıda 2246, Naxçıvanda 13 nəfər)…

  • Azərbaycan respublikasında təhsil sistemi

    Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri 3. Təhsilin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanması Təhsil…

  • Azərbaycan dili test

    3-cü sinif Azərbaycan Dili Yarpaq Test ��Səhifə sayı: 160 Onlayn test-sınaq portalı – Məntiq testləri, İnformatika testləri, İngilis dili testləri Saytda…

  • Azərbaycan dili kurikulum

    Kurikulum və Azərbaycan dili hazırlığı DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin vəsaitdə yer alan “Ön söz”ünü də təqdim edirik: Kurikulum üzrə…

Comments are closed, but trackbacks and pingbacks are open.