Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Tarix bəzilərinin heyvan, ya da qarışqa sürüsü hesab etdiyi xalq kütlələrinə şüurlu və firavan yaşamağın, dövləti möhkəmləndirib cəmiyyəti inkişaf etdirməyin yollarını göstərən elmdir.

Ağ zanbaqlar ölkəsi

Qriqoriy Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabı Finlandiyadan, bu ölkənin çətin təbii şərait və vəziyyətdə necə böyük uğurlar qazandığından bəhs edir. Kitabı oxuduqca insan iradəsinin və mənəvi gücünün necə böyük qələbələr qazana bildiyinə sadəcə heyrət edəcəksiniz. Книга «Ağ zanbaqlar ölkəsi» автора Petrov Qriqoriy оценена посетителями КнигоГид, и её читательский рейтинг составил 0.00 из 10.Для бесплатного просмотра предоставляются: аннотация, публикация, отзывы, а также файлы для скачивания.

Qriqoriy Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabı Finlandiyadan, bu ölkənin çətin təbii şərait və vəziyyətdə necə böyük uğurlar qazandığından bəhs edir. Kitabı oxuduqca insan iradəsinin və mənəvi gücünün necə böyük qələbələr qazana bildiyinə sadəcə heyrət edəcəksiniz. Книга «Ağ zanbaqlar ölkəsi» автора Petrov Qriqoriy оценена посетителями КнигоГид, и её читательский рейтинг составил 0.00 из 10.
Для бесплатного просмотра предоставляются: аннотация, публикация, отзывы, а также файлы для скачивания.

Читать полностью

Дополнительный контент с этой книгой

Ağ zanbaqlar ölkəsi

“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qan­lı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirib. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanıb, təkrar-təkrar nəşr edilərək yayılıb.

Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilmə­sin­dən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Petrov Finlandiyanın timsalında geridə qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradır. Lakin Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.

1928-ci ildə türk dilinə çevrilən bu kitabla tanış olan Atatürk kitabı çox bəyənib, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs və­saiti kimi istifadəsi barədə əmr verib.

Qriqori Petrov “Ağ zanbaqlar ölkəsi”

“Ağ zanbaqlar ölkəsi”(rusca “Финляндия, страна белых лилий“) – görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Petrov tərəfindən qələmə alınan tarixi romandır. Oktyabr inqilabından sonra mühacirətə gedən Petrov bu kitabı Serbiyada çap etdirib. Kitab işıq üzü görən kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanıb, təkrar-təkrar nəşr edilib.

Əsərdə Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolundan bəhs edilir. Kitabda Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını ağır durumdan çıxarması yolunda apardığı mübarizəsi ətraflı şəkildə təsvir edilir.

Karandaşın izi ilə

Tarix bəzilərinin heyvan, ya da qarışqa sürüsü hesab etdiyi xalq kütlələrinə şüurlu və firavan yaşamağın, dövləti möhkəmləndirib cəmiyyəti inkişaf etdirməyin yollarını göstərən elmdir.

İdarəçilər pis və ya yaxşı, adil və ya zalım – necə olur-olsun, daima öz xalqının güzgüsüdür, onun bir parçasıdır. Onlar milli ruhun təzahürüdürlər. Xalq necədirsə, idarəçilər də elədir. Bu səbəbdən ta qədimdən: “Necəsinizsə, o cür də idarə olunursunuz. Xalq layiq olduğu kimi idarə edilir”, – demişlər.

İnsan həyatı fasiləsiz mədəni yaradıcılığın özüdür; insan həyatı sərt qüvvələrlə, özüylə, özündən kənardakılarla əbədi mübarizədən ibarətdir.

Yalnız əmək və əmək! Qaba əmək, öküz və at əməyi, kürəyinə döyülən yabı əməyi – və düşüncəli əmək, təhsilli əmək! On qat, yüz qat, min qat təhsillə gücləndirilmiş əmək! Hələ harasa buxovlanmış, bərkimiş, könülsüz, özbaşına və ya başqasının əliylə çəkilən əmək də var. Sıxıcı əmək. Gümrah, ruhlandırıcı əmək də var. Müstəqil, özfəaliyyət əməyi. Canlı, yaradıcı əmək. Qartal qanadlı əmək. Bax bütün sirr də bundadır – əməyin xarakterində.

Bir kənddə iki əlil vardı, ikisi də daxmada yaşayırdı. Biri müqəvva kimi tənha qalan ayaqsız qoca kişiydi, o biri isə on yaşlı nəvəsiylə yaşayan kor qarı. Və bu iki əlil qoca bir qəzetə şərikli abunə yazılmışdı. Deməli, nəvə hər gün qəzet dalınca poçta qaçır, nənəsini götürüb ayağı olmayan qocanın yanına aparır və qəzeti başdan-axıracan onlara oxuyurdu. Ona görə burada, hətta xalqın ən yaşlı, ən aşağı təbəqəsində də fikirlər dərin yuxuya dalmır, quru budaq kimi sınıb tökülmür. İnsanlar öz şikəstliyi ilə barışmır. Özünü heç kimin ümidinə buraxmaq istəmir və “Nə olacaqsa, olsun” demirlər.

Xalqımızı dəqiq, intizamlı və müntəzəm işləməyə alışdırın. İnsanlara növbə sırasına riayət etməyi, özlərinin və başqalarının haqlarına hörmətlə yanaşmağı öyrədin!

Din adamlarımız – pis və ya yaxşı – bizim bir parçamızdır. Onlar bu cəmiyyətin övladlarıdır. Buna görə də din adamlarını kəskin tənqid edənlərə sual verirəm: bizim neçə insaflı tacirimiz var? Dürüst aşpazlarımız, vicdanlı inşaatçılarımız, dülgərlərimiz, vəkillərimiz varmı? Kim öz işini nöqsansız yerinə yetirir? Vəkillər, deputatlar və jurnalistlərin bu ölkəyə bir faydası dəyir? Elə isə nə umursunuz? Əlbəttə, bu cür sürüdən yaxşı çoban çıxmaz. Kilsədə xalqa şərəflə rəhbərlik edən “çoban”ların yetişməməsinə niyə təəccüb edirsiniz? Sizin kilsəniz sizə oxşayır, sizin din adamlarınız da sizin içinizdən çıxıb. Onlar da, siz də eyni xəmirdən yoğrulmusunuz.

– Bilirsiniz, qanunsuzluğun ayaq açmasının əsas baiskarları kimlərdir? Məmurlar! Qanunların tətbiqinə görə məsuliyyət daşıyanlar!

Təəssüf ki, ən sivil xalqlar belə sülh və əmin-amanlıq içində yaşamaq üçün yüksək mədəniyyət səviyyəsinə çata bilməyiblər.

Vətən üçün yaşamaq, ölkənin inkişafı və yüksəlişi üçün çalışmaq da ölkə üçün ölmək qədər şərəflidir!

Əziz ana və atalar, uşaqların qəlbini insana sevgi hissi ilə bəzəyin, ağlına elm və ürfan işləyin. Buna laqeydliyin əxlaqsızlıq və cinayətdən bir fərqi yoxdur. Çünki uşaqların tərbiyəsi təkcə ailəyə aid bir məsələ deyildir. O, cəmiyyət və dövlət baxımından xüsusi önəm daşıyır. İstədiyiniz qədər mükəmməl və liberal qanunlar qəbul edin. Sosializm və ya kommunizmin yalançı gücünə inanın! Əgər sizin övladınız müstəqil həyata bəsit düşüncəli insanlar kimi atılsa, parlament və bütün qanunlar işləməsinə baxmayaraq, həyatınız sönük, çirkin və səfil olacaq. Bu gənclərin arasından çıxan məmurlar tənbəl, nazirlər siyasi akrobat, deputatlar xalqın hesabına tüfeylilik edən spekulyatorlar olacaq. Məktəblər də yeni nəslin zəka və qəlbini kütləşdirən qurutma makinaları kimi fəaliyyət göstərəcək. Mətbuat küçələrdə bədənini pula satmaqla dolanan əxlqsız qadınlara bənzəyəcək. Ac sürü kimi səfil yaşayan xalq kütlələri isə yuxarı təbəqəyə, varlılara kin və nifrət bəsləməyə başlayacaq. İntiqam hissləri köpürəcək, özlərinə yad olan hər şeyi dağıtmaq istəyəcəklər.

Zavallı xalq! Bədbəxt insanlar! Həm qarət edilirlər, həm də qarət edirlər. Tanrıya sevgidən böyük məbədlər inşa edirlər, sonra bir məbədin önündəki meydanda minlərlə insanı tonqalda diri-diri yandırırlar.

Baxımsız torpaqlarda ətirli güllər, şirin almalar, tərəvəzlər bitmir. Orada kol-koslar, tikanlar qalxır. Xalq kütlələri də eyni vəziyyətdədir. Kim necə tərbiyə verir? Onlarla necə rəftar edirlər? Yuxarı təbəqə üçün universitetdən əlavə, hər yerdə kitablar, rəsmlər, musiqi, teatr, konsertlər, qəzetlər, sənət sərgiləri, tanınmış yazarlar, yığıncaq və klublar var. Bəs xalq kütlələri üçün nə var? Ən yaxşı halda, iki-üç və ta beş illik ibtidai təhsil. Bu məktəblərdə adətən istedadsız yazarların sıxıcı kitabları oxudulur. Onların uşaqların duyğu və düşüncələrinə bir faydası olmur. Əksinə, çox vaxt kitab oxumağa marağı öldürür. İbtidai təhsildən sonra uşaqlar üçün nə edirlər? Yazarlar onlar üçün kitab yazmır. Ədəbiyyat, teatr, sərgi və konsertlər sadə xalqın övladlarına xidmət etmir.

Robinzon göstərir ki, insan övladı yer üzünün də, dünya həyatının da sultanıdır. Bunu bizə quru məsləhətləri ilə deyil, nümunəvi həyatı, əməyi ilə öyrədir. İnsanın zəkası, fitrəsi, iradəsi təbiətin amansız qüvvələrindən üstündür. Robinzon deyir ki: “Yorğun və xəstə beyinlərin uydurmalarını bir kənara atın, əməllərə, görülən işlərə baxın. Budur, mənim həyatım sizə nümunədir!”

Hər hansı bir kənd evinə girin: Üç uşaq quru torpaq üstündə skarlatina xəstəliyindən yatır. Ana isə doğuş sancıları içində qıvrılır. Ata sərxoş halda bir kənarda oturub. Ataya “Üç uşağın xəstə ola-ola utanmırsan içki içirsən?” – desən, “Sən də burada yaşa, görəcəksən. Təkcə sərxoş olmaz, içkinin küpünə girərsən. Bu qədər dərdi ayıq başla çəkmək olmur”, – cavabını alarsan.

Din gözəl və təmtəraqlı ayinlərlə mücərrəd kitablardakı qaydaların sintezindən ibarət deyildi. Dini ayinlər vücudu örtən geyim kimidir. Paltar hamı üçün vacibdir, ancaq o, bədən deyildir. Dini ayin və doqmalar da paltar kimidir, əsas ünsürlər sayılmır. İnsanda ilk öncə iman olmalıdır. Ayinlər və qaydalar ikinci planda gəlir. İnsanlarda iman duyğusunu oyadın. İnsanların bir-birilə ünsiyyət qurmasına zəmin hazırlayın. Elə edin ki, hava kimi, su kimi dinə ehtiyac duysunlar.

Ticarət kimi çətin işin öhdəsindən məharətlə gəlirlər. Milyonlar qazanırlar. Böyük fabrik və zavodları idarə edəndə heç kimdən məsləhət almırlar. Pul qazanmaq üçün parlaq qabiliyyətlərə yiyələnirlər. Siyasətçilər bütün ölkəni idarə edir və özündənrazı halda başqa partiyaların üstünə guruldayırlar: “Xalqın layisli idarəsini ancaq biz bacarırıq”. Sinif müəllimləri milyonlarla uşağa dərs deyirlər. Professorlar minlərlə tələbənin önündə məruzə oxuyurlar. Rahiblər moizə verirlər. Jurnalistlərin ölkənin idarəsi ilə bağlı hər gün nazir və çarlara ağır öyrədirlər. Hamısı ağıllı, savadlıdır, hamısı hər şeyi bilir. Ancaq onlara “Niyə xalqın vəziyyəti yaxşı deyil? Niyə ölkəmizi düzəltmək istəmirsiniz?” suallarını verəndə hamısı birdən dönüb olur təcrübəsiz.

Axşam düşəndə lampa: “Nə etməliyəm?” – deyə soruşmur, yanıb ətrafa işıq saçır. Makdonald oxucuların səslənir: Sizlər də canlı lampalar olun. Hardasınızsa, orada gözəl işlər görün, yanın və ətrafı işıqlandırıb. Soba yanacaqla dolu olanda: “Nə etməliyəm?” – sualını vermir. Evi və insanları isidir. Sizlər də canlı soba olun və ruhlara istilik aparın.

Mən səndəyəm, sən məndəsən, biz dünyayıq və dünya bizdədir. Hamımız eyniyik. Dünyaya, insanlara və heyvanlara pislik etməklə, əslində, öz-özünə pislik etmiş olursan.

Ona görə ki, insanlar qəhrəman deyil! Onlar zibilliyi sümürən bir dəstə peyinqurdudur. Onlar işıqdan qaçan köstəbəklərdir, çünki nurdan gözləri qamaşır. İnsanlar şirin yalanı sevir. Krallar, nazirlər və bütün rəhbərlər təriflə dolu yaltaqlı üçün sinov gedir! Özləri kobud, zorakı, yırtıcı, tənbəl müftəxorlardır, amma istəyirlər ki, onları müdrik, geniş ürəkli, xalqın atası adlandırsınlar. Milyonlarla insan həm ağlca, həm ruhca kütdür. Sadəcə yaltaqlanmaq üçün yaşayırlar. Zəhməti görməyə gözləri yoxdur! Özündənrazı, əxlaqsız, mənəviyyatca pozğundurlar, amma istəyirlər ki, onları həm ağıllı, həm təhsilli, həm nəfsinə qalib gəlmiş, həm də yaradıcı ideyalarla yaşayan insan kimi dəyərləndirsinlər.

Xalqlar ikiayaqlı heyvan sürüləridir. İşləyirlərsə, bunu qullar kimi şallaq altında edirlər: ya hökmdarlarının əmrinə, ya da zərurətə görə. Və bu ikiayaqlı heyvanlar çox kobud və qəddardır. Ömür boyu it kimi bir-biri ilə boğuşurlar. Bir qarış torpaq üstündə didişirlər. “İnanc”ları fərqli olduğu üçün boğuşurlar: bir sürünün Tanrı və Qanunları o biri sürününkündən seçilir deyə. Qövmləri, qan qohumluğu fərqli olduğuna görə bir-birini yeyirlər. Hətta hərfləri başqa cür yazdıqlarına görə də… Amma bu danışan öküz, qoyun və canavar sürüsü xoşlayır ki, onları Tanrı tərəfindən bəşəriyyətə göndərilmiş xilaskar kimi tanısınlar, – qaranlıq ruh acı-acı güldü. – Hər biri sürü əmindir ki, həmin seçilmiş, mədəni və mərhəmətli xalq məhz onların xalqıdır. Hamısı kobuddur. Hər kəsə – yad xalqalara qarşı kobuddurlar. Qəbilədaşlarıyla da eyni cür davranırlar. Öz ailəsinə – arvadına, ərinə, uşaqlarına qarşı da kobuddurlar. Özündən yuxarılara nəvaziş göstərir və onlara yaltaqlanır, özündən aşağılarla əclafcasına kobud davranırlar. Yalançı və şərəfsizdirlər. Yalanlarla nəfəs alırlar. Yalansız yaşamağı təsəvvürlərinə gətirə bilmirlər. Ticarət onların soyğunçuluğudur. Siyasət alış-verişləridir. Fikirlərini, sözlərini, işlərini satırlar. Vicdanlarını, vətənlərini, tanrılarını satırlar. Hamısı da təmtəraqlı libaslar geyinir. Hamısı da qəlbin nəcibliyindən, böyük ideyalardan, qəhrəmanlıqdan, insanların qardaşlığından, vətənə və bəşəriyyətə sevgidən danışır.

Minlərlə kütbeyin kitabqurdu əsrlərdir, bəşər tarixinin məna və mahiyyətini öyrənmək üçün baş sındırır, – şər ruh bildirdi, – amma həyatın mənası sadə və aşkardır. İnsan həyatı, xalqların həyatı, bütünlükdə bəşəriyyətin həyatı – fərqli səviyyəli maskaraddır. Burdakı kostyumlara baxırsan: hamısı ya müdrik-filosof, ya cəngavər-qəhrəman, ya kral, sultan, boqdıcan, ya kahin, ya ağıl, gözəllik və musiqi dəryası, ya da poeziya, həqiqət, dahiyanəlik və s… Bunlar hamısı kostyumdur, amma ilahə, hökmdar və müdriklik kostyumunun altında aşpaz, bazar adamı, özündənrazı kütbeyin və ya əclaf quldur ruhu yatır.

Ay mənim məsum xəyalpərəstim, bütün həyat yalnız bazarda şəbeh çıxarmaqdan ibarətdir. Orada hər şey saxtadır: güzgü əvəzinə parlaq dəmir lövhələr, mərmər yerinə rənglənmiş kağız, brilyant əvəzinə isə rəngarəng şüşələr… Və sən bura işıq gətirmək istəyirsən? Niyə? Eybəcər simalardan gözəl maskaları çıxarmaq üçün? İnsanları rahat burax: qoy axmaqlar müdrik olduqlarını düşünsünlər, kölələrsə özlərini dünyanın ağası saysınlar… Sən öz “nur məşəli”nlə – müdrik fikirlər və vicdan alovunla yalnız onların həyat sevincini korlayırsan. Artıq məşəl yandırmaq “fokus”undan əl çək! Bu məşəllərin yer üzündə heç kəsə lazım deyil. Ümumiyyətlə, onların heç nəyə faydası yoxdur.

– Özünüz yanın ki, başqalarını da yandıra biləsiniz! Yeni və gözəl həyat inşa edin! Şam kimi yanın, başqalarını da yandırın! Kənddə, dərnəkdə, kitabxanada, şəhərdə, parlamentdə, orduda, kilsədə, Təhsil Nazirliyində – harda olursunuz-olun, daima şam kimi yanın.

Tərcümə: İmanyar Quliyev, Səbuhi Şahmursoy

Comments are closed, but trackbacks and pingbacks are open.