Aşıq hmd şeirlri
Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
AŞIQ SƏNƏTİ
XVI əsrdə klassik aşıq şeirinin əsas şəkilləri böyük təkamül yolu keçərək geniş intişar tapmışdır. Bu yüzillikdə yaşayan aşıq Qurbaninin gəraylı, qoşma və təcnisləri forma və məzmun etibarilə yüksək bədii səviyyəyə çatmışdır.
XV-XVI əsrlərdə uzun təkamül prosesi nəticəsində oğuznamələrə xas olan reçitativ şeir tərzi aşıq sənətində heca vəzni ilə əvəz olundu. Lakin sillabik şeirin növü olan heca (“barmaq hesabı”) vəzninin ən qədim nümunələrinə xalq bayatılarında, orxon-yenisey abidələrində (VI-VIII əsrlər), Mahmud Qaşqarinin “Divani-Lüğəti-türk” (XI əsr), Yusif Balasaqunlunun “Qutatqu biliq” (XI əsr), “Dastani-Əhməd Hərami” (XIII əsr), Molla Qasımın (XVI əsr) gəraylı və qoşmalarında rast gəlmək mümkündür.
İlk əvvəl bayatı, gəraylı və qoşma şeir formaları ilə təmsil olunan heca vəzni zaman keçdikcə istedadlı aşıqların səyi nəticəsində məzmun və forma etibarilə rəngarəng şeir şəkilləri ilə zənginləşir, aşıq şeirinin bütün şəkilləri təmsil olnan aşıq Alı, Şəmkirli aşıq Hüseyn, aşıq Ələsgər, Molla Cümə və digər ustad aşıqların kamil əsərləri (XIX əsr) yaranır. Bu dövrdə aşıq yaradıcılığı yazılı ədəbiyyata da təsir göstərərək, Vaqif ədəbi məktəbinin təşəkkülündə önəmli rol oynayır.
Sadə ölçülərdən mürəkkəblərə doğru çoxəsrlik təkamül yolu keçmiş aşıq yaradıcılığı özündə xalq şeirinin qanunauyğunluqları ilə klassik ədəbiyyatın ənənələrini üzvi şəkildə birləşdirmişdir.
Aşıq şeir nümunələri quruluş və ölçülərinə görə sadə, mürəkkəb və düzəltmə şəkillərə bölünürlər. Sadə şəkillərə bayatı, gəraylı, qoşma, divani, müxəmməs və d. şeir formaları aiddir. Mürəkkəb şeir şəkilləri (qoşma-bayatı, ayaqlı təcnis, qoşma-müstəzad) iki və ya üç sadə şəklin çarpazlaşmasından yaranmışdır. Aşıq şeirinin düzəltmə şəkilləri (əlif-lam, əvvəl-axır, dodaqdəyməz, dildönməz, nəfəsdərmə və s.) isə əsasən fonetik, leksik vasitələrin tətbiqi nəticəsində meydana gəlmişdir.
Sadə şeir şəkillərinin bəziləri həm də aşıq şeirinin ilkin nümunələridir. Ehtimal olunur ki, sadə şeir formalarının bəziləri (gəraylı, qoşma) ilk əvvəl bir bəndli, sonra inkişaf yolu keçərək üç və daha artıq bənddən ibarət olmuşdur. Müəllifin adını özündə əks etdirən aşıq şeirinin sonuncu bəndi möhürbənd adlanır.
Cinaslı qafiyələr üzərində qurulmuş təcnisin ən gözəl nümunələri Azərbaycan ədəbiyyatının incilər sırasına daxildir. Azərbaycan dilinin zəngin bədii-linqvistik imkanlarını özündə əks etdirmiş təcnis şeir formasının dodaqdəyməz təcnis, ayaqlı təcnis, cığalı təcnis, əvvəl-axır təcnis və s. leksik və fonetik növləri yaranmışdır. “Əsil təcnisləri-bədii siqləti, məna və mündəricəsi, estetik emosional təsiri, fəlsəfi yükü, məntiqi axarı qabarıq nəzərə çarpan sənət incilərini ancaq fitri istedada malik olan kamil sənətkarlar yarada bilər–Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər kimi söz sərrafları”.
Sadə şeir formalarına aid olan divani və müxəmməs aşıq şeirinə klassik poeziyadan keçmişdir. Aşıq sənəti tarixindən məlum olduğu kimi, divani şeir formasının təşəkkülündə aşıqlar tərəfindən tez-tez oxunan Xətai qəzəllərinin son dərəcə önəmli rolu olmuşdur. Tarixi qaynaqlara əsasən qeyd etmək olar ki, XVI əsrdən etibarən əksər aşıq məclisləri məhz “Baş divani” havası ilə başlamışdır. Sinkretik səciyyəli aşıq sənətində şeir formaları üzvi şəkildə sazın quruluşu, ənənəvi havaların sintaksisi ilə bağlıdır. Belə ki, ifa zamanı on beş hecalı divaninin hər misrası iki hissəyə bölünərək birinci misra səkkiz, ikinci misra isə yeddi hecalı olur. Yeri gəlmişkən qeyd edək ki, müxəmməs şeir forması da sazın müşayiəti ilə ifa olunarkən onun da hər misrası iki yerə bölünərək bir beyt əmələ gətirir. Bu zaman onun “Müxəmməs” havasının metr-ritmik xüsusiyyətlərinə uyğun olaraq birinci misrası yeddi, ikinci misrası isə səkkiz hecalı olur.
Aşıq yaradıcılığında sözlə musiqinin üzvi şəkildə vəhdətinin parlaq nümunəsi həm də müəyyən şeir şəkillərini öz adlarında əks etdirmiş ənənəvi havalar ola bilər: “Bayatı”, “Gəraylı”, “Divani”, “Dübeyt”, “Təcnis”, “Müxəmməs” və s.
Aşıq yaradıcılığının uzunmüddətli tarixi təkamülü nəticəsində hər bir əsas şeir şəklinin quruluşuna uyğun olaraq müəyyən havalar toplusu biçimlənmişdir. Məsələn, aşağıdakı aşıq havalarının poetik əsasını gəraylı şeir forması təşkil etmişdir: “Gəraylı”, “Sallama gəraylı”, “Şahsevəni”, “Baş sarıtel”, “Orta sarıtel”, “Baş dübeyt”, “Koroğlu müxəmməsi”, “Paşa köçdü”, “Laçını”, “Gödəkdonu”, “Heydəri”, “Ayaq Cəlili”, “Cəngi Koroğlu” və s.
Səciyyəvidir ki, bəzi ustad aşıqlar müəyyən şeir forması ilə oxunan aşıq havalarının başlıqlarına da həmin poetik formanın adını əlavə edirdilər. Məsələn, məşhur ustad aşıq Əsəd Rzayevin (1875-1950) repertuarında gəraylı şeir forması ilə oxunan ənənəvi aşıq havalarının adları aşağıdakı kimi təmsil olunmuşdur: “Şahsevəni gəraylısı”, “Dübeyt gəraylısı” və s.
Yeri gəlmişkən qeyd edək ki, aşıq havalarının adlarında onların yaranma məkanı, musiqi dilinin özəllikləri, poetik əsasları, yaradıcıları və s. haqqında dəyərli məlumatlar hifz olunmuşdur. Məsələn, “Əfşarı”, “Gəraylı”, “Bayatı” kimi havalarda etnik qrupların adları, “Hüseyni”, “Bəhməni”, “Cəlili” havalarında—yaradıcı aşıqların isimləri, “Koroğlu”, “Kərəmi” havalarında—dastan qəhrəmanlarının, “Dərbəndi”, “Naxçıvani”, “Dərələyəz gəraylısı”, “Göyçə gülü” havalarının adlarında isə toponimlər öz əksini tapmışdır.
Qeyd edək ki, aşıq havalarının adlarında bu sənətin ümdə cəhətlərindən biri, yəni variantlıq prinsipi parlaq şəkildə təzahür etmişdir. Yalnız “Dübeyt” havasının çoxsaylı ərazi, fərdi variantlarının adları (“Borçalı dübeyti”, “Zülfüqar dübeyti”, “Şahsevən dübeyti”, “Mirzə dübeyti”, “Azaflı dübeyti” və s.) dediklərimizə parlaq nümunə ola bilər.
Aşıq hmd şeirlri
Möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz açmış görkəmli el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın çiçək ətrini, büllur bulaqlarımızın saflığını, hikkəli çaylarımızın təmizliyini, bir sözlə, bəndinə-bərəsinə qarış-qarış bələd olduğu kövrək torpaqlarımızın əvəzsiz şirinliyini yaşarımisralara çevirməklə, özündən sonrakı nəslə ədəbi irs qoyub gedib.
Aşıq Şəmşirin ilk ustadı atası Aşıq Qurban və Aşıq Ələsgər olub. Göyçə aşıq mühitinin bir qolu olan Kəlbəcər aşıq sənətkarlığının inkişafı məhz Dədə Şəmşirin adı ilə bağlıdır.
Xalq şairi Səməd Vurğun Kəlbəcər dağlarında bu istedadlı el sənətkarı ilə tanışlığını sənət aləmində nadir tapıntı hesab etmişdi.
İllər keçdikcə Aşıq Şəmşir sazından qopan havalar və havacatlara qoşulan qoşqular məmləkətimizi oba-oba, oymaq-oymaq dolaşaraq, xalq arasında dərin rəğbət, böyük məhəbbət qazanıb.
Yaxın tariximizin quruculuğu olan 70-ci illər tərəqqisini öz gözləri ilə görüb, ilhama gələn ustad sənətkarın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr etdiyi şeirlər, bugün – üstündən illər keçdikdən sonra, maraqlı və təzə-tər göründüyü kimi, zamanla da həmahəng səslənir:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin..
Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, bütövlüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin tərənnüm şeirlərini oxuduqca ustadın səmimi və təbii deyimlərinə valeh olursan. Həmişə elin dərdi ilə ağlayıb, sevinci ilə gülən böyük ozanın qarlı zirvələrdən qanadlanan ilham qartalı doğma Azərbaycanımızda gedən vüsətli inkişafı və HeydərƏliyev həqiqətlərini, təbiiki, görməli idi:
Çiçəklənib Azərbaycan,
Bu illərdə, bu illərdə.
Al bəzənib cümlə-cahan,
Bu illərdə, bu illərdə.
Ustad sənətkar bu şeirləri yazdığı illərdə Azərbaycan Sovetlər Birliyinin “vahid ailə” üzvlərindən biri idi. Təbii ilhama, fitri istedada malik bir el sənətkarı kimi Aşıq Şəmşir Odlar Yurdu Azərbaycanın tərəqqi və yüksəlişinə saz tutub, söz qoşurdu:
Azərbaycanımızın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Dədə Şəmşirin Heydər Əliyevə həsr etdiyi şeirlərdən parçalar:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.
Sədarət daşını bu yerdən atıb,
Nurla məhəbbəti bir-birə qatıb.
Ötüb beş milyonu,altıya çatıb,
Oğlu-qızı—öz övladı Heydərin.
Edir naxələfin ömrünü təbah,
Gülür xalqın üzü, daha çəkmir ah.
Qaranlıq gecəni eyləyib sabah,
Şəmşir, bizə var imdadı Heydərin.
Azərbaycanımın igid oğluna,
Qızıl ulduz qoşa-qoşa yaraşır.
Alqış kamalına,alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Qəhrəmanlar beşiyidir bu diyar,
Hələ belə olmayıbdı bəxtiyar
Su içib səhralar hər yan verir bar
Bürünübdür al qumaşa, yaraşır.
İlanlı səhralar verir ağ üzüm,
Mədənlər axıdır ləl düzüm –düzüm.
Qarabağ xörəyim, Naxçıvan duzum,
Nemət olub başdan-başa yaraşır.
Şəmşirəm,bu ada oldum minnətdar,
Vətəni hünərlə edir gülüzar.
Azərbaycanımızın 60 yaşı var,
Oğlu çatsın qoy 100 yaşa,yaraşır.
TORPAĞIN DADI
Ömrün uzun olsun,igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı.
Şəmşir, sevin, gülşən olub mənzərən,
Ad qazanır pambıq yığan, çaydərən.
Meyar var-əyrini, düzü göstərən,
Hərkəsin qiyməti qabağındadı.
Aşıq şeiri
Aşıq şeirinin şəkilləri
Aşıq şeirinin növləri çox olsa da, onlatın içərisində gəraylı, qoşma və təcnis daha geniş yayılmışdır.
Gəraylı
Gəraylı səkkiz hecalı, üç, beş, yeddi, bəzən də daha artıq bənddən ibarət olub adi və ya çarpaz qafiyələrə əsaslanan şeir şəklidir. Qafiyə quruluşu belədir: I bənddə abcb, sonrakı bəndlərdə çççb, dddb bə c. Gəraylı dünyanın gözəlliklərini, sevinc, iztirab və kədərini əks etdirir. Gəraylının ilk nümunəsinə XIII-XIV əsrlərdə yaşamış Molla Qasımın yaradıcılığında təsadüf olunub:
Müsabirdən güzar etdim,
Əcayib mərdüman gördüm.
Qaranlıq torpaq altında
Yatır cismlə, can gördüm.
Qoşma
Qoşma on bir hecalı, üç, beş, yeddi, on bir, bəzən də daha çox bənddən ibarət olur. Qafiyə quruluşu abcb, çççb, dddb. şəklindədir. Sonuncu bənddə müəllifin adı verilir ki (digər aşıq şeirlərində də belədir), buna möhürbənd deyilir. M.Kaşğariyə görə, qoşma (“quşqu”, “qoşqu”) X-XI əsrlərdən xalq arasında çox geniş yayılmışdır. Qoşmada insanın hiss və duyğuları, təbiət gözəllikləri yüksək bədii ifadəsini tapır.
Qoşmanın bir neçə növü məlumdur:
1. Ustadnamə
Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti mənasında başa düşülməlidir və ictimai-fəlsəfi və didaktik fikirlər əsasında formalaşır:
. Adam var, çox işlər eylər irada,
Adam var yetə bilməz murada,
Adam var ki, çörək tapmaz dünyada,
Adam var, yağ yeyər, balı bəyənməz. (Molla Qasım)
2. Vücudnamə
Vücudnamələrdə insanın doğuluşundan ömrünün sonuna qədərki həyatının əsas əlamətləri öz əksini tapır:
. Bir yaşımda məni hamı eşitdi,
İki yaşda cismim, özüm bərkidim,
Üç yaşında ətim, sümüyüm bitdi,
Dörd yaşımda qalxıb ayağa gəldim. (Xaltanlı Tağı)
3. Gözəlləmə
Gözəlləmə gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalara deyilir:
. Qabaq ayna-çəkilibdi varağa,
Dodaq qaymaq, gül yapışıb yanağa.
Dolanır gözləri canlar almağa,
Şölə salır xanlıq fanarı kimi. (Aşıq Ələsgər)
4. Qıfılbənd
Qıfılbənd sual-cavab və ya tapmaca məzmunlu qoşmalara deyilir. Bəzən bağlama da adlanan qıfılbəndlərdən aşıqlar adətən deyişmə zamanı istifadə edirlər:
Molla Qasım:
Ləzgi Əhməd, heç vəsfindən doymazlar,
O nədir ki, götürərlər, qoymazlar.
Kimlərdir ki, məzarı yox, yumazlar,
Bu nə qonhaqondur, bu nə köçhaköç?
Ləzgi Əhməd:
Molla Qasım, heç vəsfindən doymazlar,
O, ölüdür, götürərlər, qoymazlar.
Zərdüştlərdir, ölülərin yumazlar,
Dünya qonhaqondur, ölüm köçhaköç.
Təcnis
Təcnis XIII-XIV əsrlərdən aşıq şeiri şəkilləri içərisində özünü göstərir. Molla Qasımın, Yunis İmrənin yaradıcılığında bu şəkil özünü müstəqil və yetkin şəkildə göstərmişdir. Təcnis əksər cəhətlərdən qoşma ilə eyniyyət təşkil edir, amma qoşmadan fərqli olaraq, qafiyələri cinas sözlər (yəni şəkilcə eyni, mənaca müxtəlif sözlər) əsasında qurulur. Təcnisin bir neçə növü var:
1. Dodaqdəyməz təcnis
Təcnisin bu tipi dodaqlanmayan b-p-m samitlərin iştirakı olmadan yaranır. Çətin olduğu üçün tək-tək aşıqlar həmin şəkildən istifadə etmişlər. Ən yaxşı nümunələrini Aşıq Ələsgər yaratmışdır:
. Səyyad dəryalarda alar çəng ələ,
Həsrət çəkər: çiskin gələ, çən gələ,
Əzrayıl sinəni çəkər çəngələ,
Qəssab qəşş eləyər, ay ağa, ağa. (Aşıq Ələsgər)
2. Ayaqlı təcnis
Ayaqlı təcnis hər bəndin axırında 5-6 hecalı əlavə bir misranın da işləndiyi təcnisə deyilir:
. Aşıq gərəbu meydanda bir qala,
Eşq odunu bir ətəklə, bir qala!
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsan dur yerində kəs,
Danışma əbəs. (Aşıq Ələsgər)
3. Cığalı təcnis
Cığalı təcnis hər bəndin iki misrasından sonra araya cığa (bayatı) əlavə etməklə yaranır:
. Ay bimürvət həsrətini çəkməkdən,
İllər ilə xəstə düşdüm başa-baş.
Mən aşığam başa-baş,
Oxu dərsin başa-baş.
Eşqin səməndərəm,
Oda yandım başa-baş.
Can deyənə can deginən mərdana
Baş qoyanınqoy yolunda başa-baş. (Aşıq Ələsgər)
Azərbaycan aşıq poeziyası
Aşıq yaradıcılığı tarixən ozançılığın varisi olub, şifahi şəkildə yaranıb yayılan söz sənətidir. Aşıq poeziyasını xalq yaradıcılığının tərkib hissəsi olduğunu göstərən bir neçə dəlil var:
1. Aşıq poeziyası şifahi şəkildə yaranır, canlı danışıq dilinə əsaslanır.
2. Aşıq şeiri xalq şeir şəkillərinə, onun poetik ölçülərinə əsasən yaranıb.
3. Aşıq folklor yaradıcılığı sistemində fərdi funksiyasını yerinə yetirir.
Amma şifahi xalq yaradıcılığının digər sahələrindən fərqli olaraq, aşıq ədəbiyyatı nümunələrinin, xüsusən də aşıq şeirinin müəllifi, əsasən, bəlli olur.
Müxtəlif dövrlərdə aşıqlar “ata”, “dədə”, “ozan”, “yanşaq”, “varsaq” kimi adlar daşımışlar. Sinkretik (qovuşuq) sənət olmaq etibarilə aşıq sənəti musiqi, şeir və rəqs kimi müxtəlif yaradıcılıq növlərini birləşdirir. Aşıqlar iki əsas qrupa bölünür: ustad (yaradıcı) aşıqlar və ifaçı aşıqlar. Ustad aşıqlar aşıq poeziyasında və dastan yaradıcılığında müəllif qismində iştirak edirlərsə, ifaçı aşıqlar ustadların əsərlərini yüksək səviyyədə ifa etməklə məşğul olurlar. Dirili Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şəmşir, Hüseyn Bozalqanlı, Aşıq Hüseyn Cavan, Mikayıl Azaflı, Aşıq Pənah və s. ustad aşıqlardır. Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Ədalət və s. ifaçı aşıqlardır.
Azərbaycan aşıq poeziyası özündə bir neçə aşıq məktəbini və aşıq mühitini birləşdirir:
1. Anadolu məktəbi (Qayğusuz Abdal, Pir Sultan Abdal, Aşıq Dərdli, Aşıq Seyrani, Camal Xoca, Yunus İmrə və s.)
2. Şirvan məktəbi (Molla Qasım, Dədə Kərəm, Dədə Yedgar, Məlikballı Qurban, Güllübəyim, Molla Cümə, Aşıq Bəylər, Aşıq Şakir və s.). Şirvan məktəbinə Zaqatala aşıq mühiti də aid edilir.
3. Göyçə məktəbi (Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Bəşir, Növrəst İman, Aşıq Talıb, Aşıq Ələsgər və s.).
Göyçə məktəbinin mühitləri:
a) Borçalı mühiti
b) Dərələyəz, İrəvan, Cıldır mühitləri
c) Qarabağ mühiti
Comments are closed, but trackbacks and pingbacks are open.