Bağırsaqların təmizlənməsi. 5 üsul
– dilin üzərində ərp,
Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır
Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən kifayət qədər təmizləmək lazımdır. 70 il ərzində insan bağırsaqlarından 100 ton yemək və 40 min litr maye ötürülür.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunun nəticəsində bağırsaqda həyat fəaliyyətinin zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir. Bununla çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.
İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümkündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.
Kətan toxumundan hazırlanmış xüsusi undan 1-3 xörək qaşığı daxilə qəbul etmək yoğun və nazik bağırsaqların çoxillik nəcis daşlarından və qalıqlardan, eləcə də parazitlərdən 3 həftə müddətində tam təmizlənməsinə səbəb olur. Bu zaman bağırsaqların mikroflorasının tamlığı da qorunub saxlanılır.
Bu metodika çəkinin qısa müddətdə normallaşmasına və artıq yağların yanmasına şərait yaradır. Kətan toxumu unu zəhərli maddələrin, şlakların orqanizmdən çıxarılmasına və sorulmasına qadirdir, həm də qanda xolesterinin səviyyəsini aşağı salır. O, parazitlər əleyhinə geniş təsir gücünə malikdir, helmintlərin çoxlu formalarına, göbələklərə, viruslara öldürücü təsir etmək qabiliyyəti var. Kətan həm də lipid mübadiləsinin dövriyyəsinə müsbət effekt göstərir.
Yuxarı tənəffüs yolları toxumalarının iltihabi prosesləri, mədə-bağırsaq traktı, qastritlər, kolitlər, mədə və onikibarmaq bağırsaqların xora xəstəlikləri, sidik kanalı xəstəlikləri-pielit, sistit, lipid mübadiləsi pozğunluqları, bədən çəkisi xəstəlikləri.
Profilaktika məqsədi ilə hər gün istifadə etmək çox effektivdir.
Bir dəfə üçün 2-3 çay qaşığı antiparazitik xüsusiyyətləri olan qablarda hazırlanır və yemək üçün bir komponent kimi istifadə olunur.
1 xörək qaşığı un+100 q smetan və ya qatıq
2 xörək qaşığı un+100 q smetan və ya qatıq
3 xörək qaşığı un+150 q smetan və ya qatıq.
Əgər kətan toxumu unu tapmaq çətinlik törədirsə, sadəcə apteklərdən kətan toxumu almaq və onu qəhvəüyüdəndə üyütmək lazımdır.
Bu qarışığı səhər yeməyi ilə birlikdə qəbul etmək lazımdır. Bunun sayəsində yoğun və nazik bağırsaqlar qalıqlardan və nəcis daşlarından, eləcə də parazitlərdən tam təmizlənəcək, həmçinin bağırsaqların mikroflorasının tamlığı da qorunacaq. smetanı istənilən süd məhsulu ilə əvəz etmək olar. Müalicə dövründə orqanizmin su rejiminə ciddi riayət etmək lazımdır: hər gün 2 litr su içmək tələb olunur.
QEYD: Əks göstərişləri ilə bağlı dəqiq məlumatlar olmadığından və orqanizmlərin hər bir qarışıma müxtəlif reaksiyalar verə biləcəyini nəzərə alaraq, həkimlə məsləhətləşdikdən sonra yuxarıda qeyd olunanları etməyiniz məsləhətdir!
Milli.Az
Bağırsaqların təmizlənməsi. 5 üsul
Qəbul edilən qida əvvəl mədəyə, sonra nazik, daha sonra isə yoğun bağırsağa düşür.
İnsanın yoğun bağırsağında həzm olunmamış qida qalıqları, toksinlər, şlaklar və s. yığılır və sonra çölə çıxır. Normada bu belə olmalıdır. Lakin müasir insanlar azhərəkətli həyat sürür, düzgün qidalanmır və bunun nəticəsində bağırsaqların fəaliyyətində pozulmalar yaranır. Bağırsaqlar pis işləməyə başlayır, normal boşalmır və nəticədə burada çoxlu miqdarda şlaklar, toksinlər və digər ziyanlı maddələr toplanır. Vaxt keçdikcə bu maddələrin yığını bərkiyərək nəcis daşlarına çevrilir. İnsanın bağırsaqlarında 10 kq kimi nəcis daşları yığıla bilər.
Bağırsaqlarda toplanan ziyanlı maddələr bütün orqanizmi daim intoksikasiya edir (zəhərləyir). İntoksikasiya özünün bu kimi simptomlarla büruzə verir:
– qarında köp, qurultu, ağırlıq və ağrılar,
– üz dərisinin vəziyyətinin pişləşməsi (səpgilər, sizanaqlar, civzələr, ləkələr),
– “səbəbsiz” baş ağrıları,
– dilin üzərində ərp,
– tez-tez təkrarlanan qəbizlik,
– yorğunluq və halsızlıq,
– immunitetin zəiflənməsi (insan soyuqdəymə xəstəliklərinə tez-tez tutulur, dodaqların üzərində və ağızın selikli qişasında “herpes” (səpgilər) əmələ gəlir və s.).
Əgər siz özünüzdə yuxarıda sadalanan simptomları müşahidə etmisinizsə, çox güman ki, sizin bağırsaqlarınız ciddi “çirklənib” və təmizlənməlidir.
Bağırsaqların təmizlənməsi müxtəlif üsullara həyata keçirilə bilər. Bir çox klinikalarda hidrokolonoterapiya kimi prosedur təklif olunur. Bu prosedur zamanı bağırsaqlara xüsusi apparatın köməyi ilə su daxil edilir, bağırsaqlar əsaslı şəkildə yuyulur və orada olan nəcis daşları, toksinlər, şlaklar və s. çölə çıxır. Adətən bir neçə belə prosedur lazım olur. Təbii ki, bu prosedurdan əvvəl pasiyent mütləq həkimin müayinəsindən keçməlidir. Hidrokolonoterapiyanın müəyyən əks-göstərişləri var.
Ev şəraitində bağırsaqları bir neçə üsulla təmizləmək olar.
1. Buğda kəpəyi
Buğda kəpəyi çox təsirli təbii vasitədir. Buğda kəpəyi sellülozla zəngindir. Sellüloz bağırsaqlarda şişir və bağırsaqlara təzyiq edərək burada yığılmış olan ziyanlı maddələri çölə çıxardır. 1 ay ərzində gündə 3 dəfə acqarına 2 xörək qaşığı buğda kəpəyi qəbul edin və 1 stəkan su için.
2. Tərəvəzlər
Həftədə 1 dəfə olmaqla yalnız müxtəlif tərəvəz salatları ilə qidalanın. Belə salatlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, stimullaşdırır, qəbizliklə mübarizə aparır.
Salatlar üçün kələm (ağ kələm, gül kələmi, brussel kələmi), ağ turp, kök, çuğundur (hamısı çiy vəziyyətdə), müxtəlif göyərtilər, az miqdarda soğan, sarımsaq istifadə oluna bilər. Salatlara bitki yağı (zeytun, qarğıdalı, günəbaxan) əlavə etmək lazımdır. Belə salatları gün ərzində 4-5 dəfə yemək lazımdır (çörəksiz). Gün ərzində həmçinin 2 l təmiz su içmək lazımdır.
3. Aclıq
Bu ən təsirli vasitələrdən biridir. Həftədə 1 dəfə 24 saat ərzində ac qalmaq lazımdır. Gün ərzində yalnız 2 l təmiz su içmək olar. 24 saat keçdikdən sonra tərəvəz salatı yeyin və daha sonra adi qaydada qidalanın. Təbii ki, qidalanma sağlam və xeyirli olmalıdır.
4. Otlar
Bəzi müalicəvi otların köməyi ilə bağırsaqları yaxşı təmizləmək olar. Bunun üçün quru bankaya 4 xörək qaşığı qarğıdalı saçaqları, 3 xörək qaşığı sənna otu, 2 xörək qaşığı bağayarpağı, 1 xörək qaşığı çobanyastığı tökün və yaxşı qarışdırın. 1 həftə ərzində hər gün bu otlarda 1,5 xörək qaşığı götürün və termosda 1 stəkan qaynar su ilə dəmləyin. 1 saatdan sonra dəmləməni yaxşı süzün və axşam yatmazdan əvvəl qəbul edin (şəkər və s. əlavə etmək olmaz). Dəmləməni qəbul etdikən sonra heç nə yemək və içmək olmaz.
5. Xüsusi dərman preparatları
Bu preparatları yalnız həkim təyin edə bilər.
Ümumillikdə bağırsaqlarınızı təmizləmək qərarına gəlmisinizsə, mütləq əvvəl həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və patologiyalar zamanı bu prosedur səhhətinizə ziyan vura bilər.
Saglamolun.Az
Bağırsaqlarınızın xəstə olduğunu göstərən – 5 zahiri ƏLAMƏT
Hazırda insanların ən çox şikayət etdiyi orqan bağırsaqlardır. Bağırsaqlar bütün qarın boşluğunu tutan, uzunluğu metrlərlə olan iri bir orqandır. Bağırsaqlar ikinci beyindir, əgər orda vəziyyət yaxşı deyilsə, insan hətta depressiyaya düşə bilər.
Deyilənə görə, immunitetin mərkəzi də bağırsaqlarda yerləşir.
Medicina.az bağırsaqlarınızın normal olduğunu göstərən zahiri siqnalları təqdim edir.
Bağırsaqların sağlamlığı onların divarı, selikli qişasından da çox mikrolorası, daxili mühitindən asılıdır. İnsan bağırsaqlarında bakteriya mikrob dünyası var. Əgər burda balans pozularsa, bağırsaqlar bir o qədər narahat olacaq.
Əlamətlər:
1. Qarından səslər, uğultu – bunlar qida kütlələrinin bağırsaqda hərəkəti zamanı qazlar, maye və həzm şirələrinin təsirindən yaranır.
Qarından gecə-gündüz küy, uğultu, gurultu gəlməsi o deməkdir ki, insan və bağırsaqlar güclü stres, təşviş keçirir. Azan sinir düzgün işləmir. Bu zaman bağırsaqlarda proses lazım olduğundan sürətli gedir. Eləcə də bağırsaqda hansısa qidaların həzm olunmamasının siqnalıdır.
2. Nəcisin rəngi
Qara və çox tünd rəng nazik bağırsaq və mədədə qanaxma, qansızma əlaməti ola bilər. Çox ağ, krem rəngli nəcis və tünd qəhvəyiyə çalan sidik rəngi isə öd kisəsi və qaraciyər problemidir.
3. Tualetdə çətinlik
Bağırsaqların boşalması çətin, ağrılı baş verirsə, nəcis rahat çıxmırsa və tam boşalmırsa bu o deməkdir ki, bağırsaq mikroflorası zəifdir, insan az su içir, lifli qidalar yemir, bağırsaq tənbəldir. Eləcə də güclü stress zamanı da psixoloji səbəblərdən bağırsaqların siqnal ötürmə prosesi pozulur. Yenə də burda azan sinir günahkardır.
4. Spazm, ağrı,sancı
Qarında sancılar çox zaman sinir və əzələlərlə bağlı olur. Əgər ağrı kəskindirsə, güclənirsə, sakitləşmirsə, bu bağırsaq keçməməzliliyinə işarədir.
Döş qəfəsi, qarının üstündə kəskin, bıçaq kəsirmiş kimi ağrı yara, xora, nazik bağırsaq və mədənin yaraları, qanayan yaralardan xəbər verir.
Sağ qabırğaaltında kürəyə vuran ağrı isə öd kisəsi və daşla bağlıdır.
5. Köp, şişlinlik
Köpü yaradan səbəblər: qida, qazlı içki, şirniyyat, bəzi köp yaradan ərzaqlar və stresdir. Əgər köplə yanaşı ağrı da varsa bu daha ciddi bağırsaq problemidir. Yaxşı olar ki, kolonoskopiya edilsin.
Eləcə də səhərlər ağızda acılıq, nəcisdən pis qoxu, daimi ishal, ürəkbulanma, mədə qıcqırması da mədə-bağırsaq problemindən xəbər verir.
Bağırsaqları yoxlamaq üçün birinci bütün həzm orqanları USM olunur, daha sonra nəcis, qan və sidik analizi verilir. Mikrofloranın pozulması nəcis analizində bəlli olur. Qanama, ciddi keçməməzlik, ağrılar zamanı isə kolonoskopiya edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.