Bahadır və Sona
M a ş o. Bir az tez ol, indi gәlәrlәr, saat 12-dir.
Nəriman Nərimanov. Bahadır və Sona
S o l t a n, A l e k s e y– Bahadırın yoldaşları, student libasında.
Z i n o l i n– Bahadırın nökәri, tatar paltarında.
B e ş d ә l i (paltarları — beşinci mәclisә bax.)
N ә z a r ә t ç i– dәlixananın böyüyü, ağ xalatlı, başında ağ yaylıq.
Vaqe olur Mәngilisdә Yusifin evindә. Sәhnәnin bir tәrәfindә yaxşı bәzәnmiş zal, iki qapılı, qapının biri bağçaya açılır. Pillәkәn bağçaya tәrәf, bağçada stol vә stullar.
Zalda Maşo vә Sona.
M a ş o. Bir az tez ol, indi gәlәrlәr, saat 12-dir.
S o n a (güzgü qabağında başını düzәldir). Bu saat, anacığım! Bu saat!
M a ş o. Bu qulluqçuya deyәrsәn xörәyi dә tez hazır etsin.
S o n a. Yaxşı, anacığım, yaxşı! (Bu vaxt zәng vurulur.) Gәldilәr!
M a ş o. Gәldilәr! (Maşo vә Sona tez yan otaqdan çıxırlar.)
Yusif vә Bahadır.
Y u s i f. Buyurunuz, әylәşiniz! Siz bizim evә xoş gәlibsiniz!
B a h a d ı r. Tәşәkkür edirәm!
Y u s i f. Tәәccüb deyilmi? Sizinlә görüşmәmişdәn bir neçә gün müqәddәm mağazaya qeyri studentlәr dә mal almağa gәlirdilәr. Nә üçün sizә etdiyim tәklifi onlara etmәdim, bilmirәm. Sizi görәndә isә deyәsәn biri dedi sizdәn soruşum.
B a h a d ı r. Bәli, çox tәәçcüblüdür! Mәn dә tamam bir hәftәdir mahud almaq istәyirdim, fәqәt bu gün-sabaha qoyurdum. Nә üçün mәn dünәn mahud almağa getdim, bilmirәm.
Sona, Bahadır, Maşo, Yusif.
Y u s i f (ayağa durub Maşonun qabağına gedir). Bu mәnim yoldaşım. (Sonaya tәrәf.) Bu da mәnim qızım. (Bahadırı göstәrib.) Bu da haman studentdir ki, dünәn sizә nәql etdim. Yәni Sonanın müәllimi.
B a h a d ı r (durub hamısına әl verir). Artıq dәrәcәdә şadlıqla bu vәzifәni qәbul edirәm. (Sonaya diqqәtlә baxıb kәnara.) Әcәba! Bu, meşәdә gördüyüm qız deyilmi?
M a ş o. Tәşәkkür edirik.
S o n a. Tәşәkkür edirәm. (Diqqәtlә Bahadıra baxıb.) Әcәba! Bu, meşәdә gördüyüm student deyilmi?
Y u s i f. İndi siz söhbәtә mәşğul olun. Mәn bu saat gәlirәm.
(Bağçaya gedib stol hazır etdirir vә Daniel stolu hazırlayır.)
M a ş o. Hәqiqәt, sizinlә dost olmağımıza nәhayәtdә şadıq!
S o n a. Bәli, anamın sözlәrinә mәn dә şәrikәm!
B a h a d ı r. Doğrusu, bu saatı ömrümdә gözәl saatlardan biri hesab edirәm.
M a ş o (gülә-gülә). Mәngilis xoşunuza gәlirmi?
B a h a d ı r. Bәli, gözәldir. Şam ağacından meşә daha gözәl görsәnir.
Y u si f. Buyurun, bağçaya gedәk. (Hamı durur, pillkәnlә bağçaya enir. Stol başında Yusif, bir başında Maşo, bir tәrәfdә Bahadır, onunla üzbәüz Sona.) Naharımızı burada edәk. Bilirsiniz, yaylağın bir yaxşılığı da budur ki, şәhәrdәki kimi dürlü-dürlü qanunları gözlәmirsәn. Mәsәlәn, burada bir kölgәlikdә oturub xörәk yemәk olar. (Bahadıra.) Hәrgah istidirsә, tucurkanızı çıxarın.
B a h a d ı r. Xeyr, xeyr!
Y u s i f. Buyurunuz, yemәklә mәşğul olunuz. (Hamı yeyir.)
B a h a d ı r. Bağışlayınız, Sona xanım, sizdәn bir şey soruşum?
S on a (gülümsünüb). Buyurunuz!
B a h a d ı r. Nә üçün siz farsca oxumaq fikrinә düşübsünüz?
Y u s i f (gülümsünüb). Qızım! Olarmı bu suala mәn cavab verәm?
S o n a (gülümsünüb). Bilirәm nә deyәcәksәn, de.
Y u s i f (yeyә-yeyә). Doğrusu, hәr adamın bir naxoşluğu olar. Biri görürsünüz papiros çәkir, biri içki sevir.
S o n a. Atacığım! Bunlara insan adәt edir, nәinki sevir.
Y u s i f . Yaxşı, qızım, mәn sәhv etdim, adәt edir. Mәsәlәn, biri tansı sevir, o birisi musiqini. (Sonaya.) Belәmi, qızım?
S o n a (gülümsünüb). Bu yarar, mәtlәbi belә başlasan, axırda düz gәlәr.
Y u s i f (Bahadıra göz vurur). Yaxşı, qızım! Sәn deyәn olsun. Biri musiqi sevir, biri tans, Sona da, mәsәlәn, dil bilmәk sevir, yәni dillәrә aşiqdir. (Sonaya.) İndi yaxşı dedimmi, qızım?
H a m ı (gülürlәr). Ah! Ah!
M a ş o. Hәqiqәt, Sonanın uşaqlıqdan dillәrә mәhәbbәti var. Tiflisdә, bizim qonşuluqda müsәlman çox olurdu. Yeddi yaşında türk dilini tәmiz bilirdi. Bir çәtin söz eşidәndә bir neçә dәfә onu tәkrar edәrdi ki, o sözü unutmasın. İndi dә yadımdan çıxmaz, bir gün unutmasın deyә sәhәrdәn-axşamadәk deyirdi: “Tap tapmaca, gül yapmaca, mәmәli xatın, dişlәri yox”.
H a m ı (gülürlәr). Ah! Ah!
B a h a d ı r (Sonaya). Xanım әfәndi! Bu tapmacanı unutmuyubsuz ki?
S o n a (gülümsünüb). Xeyr! Bundan savayı çox tapmacalar bilirdim. Çoxunu, әlbәttә unutmuşam; fәqәt bunu çox sevdiyimdәn unutmamışam. Hәqiqәt, çox gözәl şeydir: tap tapmaca, gül yapmaca, mәmәli xatın, dişlәri yox!
H a m ı (gülürlәr). Ah! Ah!
Y u s i f (Bahadıra). Bundan çox şeylәr eşidәcәksiniz. Türkcә yaxşı şerlәr bilir. O necәdir, qızım? (Sonaya tәrәf.) Yarәb.
S o n a, (gülümsünüb).
“Yarәb, hәmişә lütfünü et rәhnüma mәnә.
Göstәrmә ol tәriqi ki, getmәz sәnә, mәnә”.
B a h a d ı r. Yaşayınız, afәrin, xanım әfәndi! Nә tәmiz, nә gözәl lәhcә ilә bu şeri buyurdunuz.
Y u s i f. Afәrin, qızım!
S o n a (baş әyir). Tәşәkkür edirәm. Bu mәnim sevgili duamdır. Tәklikdә qәm mәnә üz verәrsә bunu oxuyuram. Ürәyim sakit olur. Bilirsinizmi, mәn ixlasla inananlardanam. Әvvәl sәbәbә belә şerlәri sevirәm, hәr dildә olmuş olsa da.
B a h a d ı r. Necә inananlardansınız? Düşünmürәm xanım әfәndi?
S o n a. Mәncә, inam mәsәlәsindә adamlar beş qism olur.
Y u s i f. Siz söhbәt edin. (Çıxır.)
M a ş o. Mәn dә bu saat gәlirәm. (Çıxır.)
S o n a. Bәli, mәncә, inam mәsәlәsindә insanlar beş qism olur.
B a h a d ı r. Buyurun.
S o n a. Bir qism avam kor-korana, hәr nә deyәrsәn, inanar, yәni qulluq etdiyi mәbudu öz әqli ilә tanımayıb qeyrilәrin sözlәrilә tanıyır. Bu qism adamları haraya aparsanız gedәrlәr, nәyә müqәddәs deyәrsәn inanarlar, heç bir şeyә gәrәk olmayan şeylәrә sәcdә edәrlәr, quru daşları öpәr ki, –bununla belә uşaq kimi ürәklәri saf, dәyanәtli, nәhayәt dәrәcәdә sadiq vә mehriban olub, dürüst olanı tanımaz. Yәni, onun varlığını bütün vücudla hiss etmәz.
İkinci qism adamlar öz әmәllәrindә bir şeyә inanmayıb, fәqәt әvvәlinci qism adamlara hәmişә yol göstәrәn olarlar. Ürәklәri saf avamlara hәmişә deyәrlәr: inan, özlәri inanmazlar, filan şeyә sәcdә et, özlәri etmәzlәr. Zahirdә hәr bir әmәli yerinә yetirәrlәr, fәqәt batindә nәinki bәrәksinә hәrәkәt edәrlәr, hәtta biçarә avamlara gülәrlәr. Bu qism adamlar hәmişә allahdan, onun ehkamından dәm vurarlar, fәqәt özlәri öz dediklәrinә inanmazlar. Çünki hәqiqi mәhәbbәti-rәbbaini bunlarda olmaz vә ola da bilmәz. Çünki hәqiqi mәhәbbәt hәr bir şeydәn tәmiz, müqәddәs bir hissdir. Bunlar isә hәmin mәhәbbәti hәr saatda, hәr dәqiqәdә bazarda alma satan kimi satarlar, çünki bunu özlәrinә sәnәt ediblәr. Miz qayıran usta mizә gündә bir rәng verib satan kimi, bu qism adamlar allahın ehkamını da dürlü-dürlü mәna verib, avama satarlar. Allahın varlığını bunlardan soranda yüz min dәlillәr ilә tәsdiq edirlәr. Fәqәt gizlindә vicdanlarını daima satarlar.
Üçüncü qism adamlar avara bir qismdir. Bunlar nә avamdırlar, nә dә alim. Bunlar bünövrәsiz yalançı pәhlәvanlara bәnzәrlәr. Onun-bunun ağzından yarımçıq mәlumatları alıb, öyrәnib, din mәsәlәsinә hәmişә girişәrlәr. Özlәrini ariflәr cәrgәsindә tutub zahirdә bir şeyә inanmazlar, batindә isә hәr bir müşkül işlәrindә tez allahı kömәyә çağırarlar. Fәqәt allah nә olduğunu da düşünmәzlәr. Dördüncü qism: müәyyәn bir әqidә sahiblәridirlәr. Bunlar tam ömürlәrini elm yolunda sәrf edib, elmdәn başqa bir şeyә pәnah aparmazlar vә inanmazlar. Qeyrilәri ancaq dәhşәtli bir vaqiәdә allahı kömәyә çağırırlarsa, bunlar belә bir halәtdә dә elmdәn başqa heç kimә sәcdә etmәzlәr. O ki, qaldı beşinci qism (gülümsünüb), bu qism adamlar mәnim kimi olar. (Başını aşağı salıb.) Bu qism adamlar bir allahdan başqa heç bir şeyә inanmazlar. Fәqәt allaha olan mәhәbbәt qorxu sәbәbinә olmayıb, yәni demәk istәyirәm hәm dәhşәtli bir vaqiәdә vә hәm dә böyük bir sәadәtdә bulunduğum halda mәn allahımı unutmuram, onu var qüvvәtimlә sevirәm, onu hәr zamanda, hәr mәkanda görürәm, hiss edirәm, düşünürәm. Gecә ulduzlu, gündüz tәmiz, buludsuz göyә baxıram da allahımı düşünürәm. Bu gözәl gülün әtri, nazik zәrif yarpaqları, o bülbülün nәğmәsi, bu qırmızı gözәl almalar, almalarda olan toxumlar, toxumlardan әmәlә gәlәn budaqlı, gölgәli ağaclar, bu ağacları becәrәn insanlar, insanlara tabe olan dәhşәtli heyvanlar . bunların hamısında, bütün hәyatımızda hәr saat, hәr dәqiqәdә allahı görürәm, hiss edirәm, düşünürәm. Ah, inanmaq nә böyük sәadәtdir! Yarәb, hәmişә lütfünü et, rәhnüma mәnә. Göstәrmә ol tәriqi ki, getmәz sәnә, mәnә! Bu sözlәri hәmişә tәkrar edәndә sanki bir böyük dağ üstümdәn götürülür. Bu mәnim sevgili duamdır, bunu zikr etdikcә, guya ürәyim tәmizlәnir, ümidim artır. İstiqbalım böyük bir sәadәtdә görünür. Ah, nә gözәl bir alәmdir! Tam hәyat mәhәbbәtdәn ibarәt bir şey görünür. İnanınız. İnanmaq böyük sәadәtdir.
Y u s i f (pillәkәndәn düşә-düşә). Bunlar şirin söhbәtdәdirlәr. (Sonaya.) Qızım! Bahadır bәy bu üç ay leksiyalardan xilas olub rahat olmaq istәyir, sәn başlayıbsan leksiya oxumağa. Ah, ah! (Bağçada gәzinir.)
B a h a d ı r. Xeyr, xeyr, çox yaxşıdır!
S on a (Bahadıra). Әfv edin, sizә başağrısı oldu, deyilmi?
B a h a d ı r (gülümsünüb). Yox, xanım әfәndi, sözlәrinizә artıq dәrәcәdә qulaq asıram. Sizin sözlәriniz mәni bir qeyri alәmә dәvәt edir. Doğrusu, mәn özümü dördüncü qismdәn hesab edirdim. Yәni elmdәn başqa heç bir şeyә inanmazdım. Fәqәt indi (fikirli) siz mәni bir qeyri alәmә dәvәt edirsiniz. Hәqiqәt, görünür mәn dә böyük bir sәadәtdә olacağam. İnanacağam, allahımı sevәcәyәm, hiss edәcәyәm, düşünәcәyәm. (Bir az fikirdәn sonra.) Mәn sizi dünәn meşәdә gördüm, siz arxanız üstә uzanıb kitab oxuyurdunuz . vә hәrdәnbir әtrafınıza baxırdınız.
S o n a. Mәn dә sizi gәrәk ki, gördüm, siz mәni görüb nә fikir etdiniz?
B a h a d ı r. Sizinlә tanış olmağı mәn dәrhal fikrimdәn keçirtdim.
S o n a (yerә baxıb). Mәn dә. (Tez yerindәn durub Yusifә tәrәf gedir, qucaqlayır.) Atacığım, bilirsәnmi bir qәribә iş olubdur! Dünәn biz bir-birimizi meşәdә görmüşük. Hәr ikimizin xәyalından bir-birimizlә tanış olmaq keçibdir. İndi
bu işә heyran qalmalı deyilmi?
Y u s i f (gülümsünüb). Bundan mәlum olur ki, siz ikiniz dә saf ürәkli cavansınız. Siz tәmiz ürәklә bir-birinizi görmәk istәyibsiniz. Allah da sizi görüşdürübdü. Mәn yәqin etmişәm, daha doğrusu, inanmışam; tәmiz ürәklә nә istәsәn allah axırda onu verәr. İndi mәn çox şadam ki, Bahadır bәy sәnә dәrs verәcәkdir. (Sonanın başını seyqәl edir. Bahadıra.)Bahadır bәy! Әsil mәqsud budur ki, Sona türk, fars dillәrini doğrudur, sevir: fәqәt sevmәkdәn savayı bu dillәri bilmәk Sona üçün xeyirsiz dә deyil. Sona bir çox ermәni qәzetәlәrindә yazır, ermәni әdәbiyyatında mәşhur olubdur. İndi İrana dair bir şey yazmaq fikrindәdir, ona görә farsca bilmәsi mәslәhәtdir. Mәn sizdәn tәvәqqe edirәm sabahdan köçüb bizә gәlәsiniz. Bu üç ay yayı bizimlә bir yerdә olasınız. Hәm sizin üçün vә hәm dә Sona üçün yaxşıdır.
B a h a d ı r. Artıq dәrәcәdә özümü xoşbәxt bilirәm.
Y u s i f. İndi qızım, Bahadır bәyә otaq göstәr, sabahdan köçüb gәlәr. Allah xeyir versin. (Bahadır, Sona zala gedirlәr, Yusif bağçadan çıxır.)
B a h a d ı r (tәk oturub әlindә qәzet oxuyur. Bup az fikirdәn sonra.) Avqust ayı da gәlib çatdı. Günlәrim, dәqiqәlәrim ciddi surәtdә yeriş edir. Mümkün olsaydı, dәqiqәlәrimi gün, günlәrimi ay edәrdim. Sona kimi tәmiz, pakizә bir vücuddan ayrılmaq dәhşәtli bir vaqiәyә hazırlaşmaq kimi nәzәrә gәlir.
Sona vә Bahadır.
S o n a (әlindә kitab, gülә-gülә gәlir). Siz dünәn millәt sözünü bәyan edib dediniz, “millәt bir dindә bulunan camaat”. Fәqәt bu gün oxuyarkәn “qövm” sözü rast gәldi vә haman mәnada işlәnir, deyilmi?
B a h a d ı r (yerindәn durur, gülümsünüb, fikirli). Doğrudur, gah vaxt bir mәnada işlәnir. Fәqәt yaxşı olar ki, işlәnmәsin. Mәsәlәn: xristian millәti dedikdә bir çox qövmün bir dinә qulluq etmәyini göstәrir: ruslar, fransızlar, almanlar, xristian millәtidirlәr, türklәr, әrәblәr, farslar bir dinә qulluq etmәklәrinә sәbәb islam millәti adlanırlar.Fәqәt bunların hәr birisinin özlәrinә mәxsus adәtlәri, dillәri vardır. Demәk ki, bir çox qövmlәrin birlәşmәyinә din sәbәb olarsa da, hәr bir qövmә mәxsus dil vә adәt onları bir-birindәn ayırır. Din qövmlәri bir nöqtәdә birlәşdirәrisә qövmiyyәt bunları yüz nöqtәdә bir-birindәn ayırar. Din bir çox qövmә ümumi bir tәrәqqi yolu göstәrәr isә hәr qövmә mәxsus tәrbiyә, adәt, dil haman qövmün qeyri bir yol ilә tәrәqqiyә yeriş etmәyinә sәbәb olar. (Fikir). Xristian dinindә olan qövmlәr ciddi bir sürәtlә yol tutub gedirlәr. Bir qövm elmdә artıq dәrәcәdә tәrәqqi edirsә dә o birisi onun dalınca çaparaq gedir. Fәqәt. Ah. (Başını tutur.)
S o n a (Bahadıra diqqәtlә baxır). Bahadır bәy! Nә üçün ah çәkdiniz? A! Nә üçün әhvalınız dәyişdi.
B a h a d ı r. Heç, xanım әfәndi!
S o n a. Xeyp, sizin ahınızdan mәn özgә bir şey anladım. Tәvәqqe edirәm mәndәn heç bir şeyi gizlәtmәyәsiniz.
B a h a d ı r. Hәqiqәt, xanım әfәndi, sizә dair bir söz demәdim!
S o n a. Bahadır bәy! Hәrgah indi çәkdiyiniz ahın mәnasını söylәmәsәniz, ürәyimdә bu bir böyük dәrd olar. Bilirsiniz, qızın ürәyi oğlanınkı kimi deyil.
B a h a d ı r. Xanım әfәndi! Mәn xristian dinindә olan qövmlәri nәzәrimdәn keçirdikdә dedim: bu qövmlәr tәrәqqi yolunda çaparaq bir-birini qovurlar. Bu vaxt istәdim islam dinindә olan qövmlәrdәn dә sizә misal gәtirәm. Fәqәt onlar pәrişan bir halda nәzәrimә gәldi. Budur, xanım әfәndi, mәnim ahımın sәbәbi!
S o n a (әtrafa baxıb bir az fikirdәn sonra Bahadırın әlindәn tutub). Fikrinizi aşkar etmәk üçün tәşәkkürlәr edirәm. Ümidvaram ki, bundan sonra bu barәdә fikirlәrinizi mәndәn gizlәtmәyәsiniz.
B a h a d ı r. Xeyp, xanım әfәndi! Gizlәtmәrәm ,fәqәt söylәmәyә dә sözüm yoxdur. Nә söylәyim dә? İslam dinindә olan qövmlәrin hankı birini meydana gәtirib dә dedim: budur, tәrәqqi yoluna üz qoyub gedirlәr. Nә isә, islam millәti ümumәn bir bәlaya mübtәladır.
S o n a. Hәqiqәt, çәtin mәsәlәdir. Müsәlman millәtinin vә ya müsәlman dövlәtlәrinin hәr yerdә tәnәzzüldә yaşamaqlarına sәbәb nә ola, әcәba?! Mәsәlәn, mәn bir neçә filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir. Ruhanilәr bu yolda böyük rollar oynayırlar, deyilmi?
B a h a d ı r (gülümsünub). Bәli, xanım әfәndi! Zahirdә hәqiqәt belә görünür. Fәqәt bu mәsәlәyә bir az ehtiyatlı girişmәk lazım gәlir. Hamı millәtlәrdә ruhanilәr bir neçә sәbәblәrә görә dünya elmlәrinә düşmәn olublar, yәni tәrәqqi yolunu mümkün olan qәdәr camaatın üzünә bağlı qoyublar. Lakin bu mәsәlәdә xristian alәmi ilә müsәlman alәmindә bir tәfavüt görünür. Xristian alәmindә ruhanilәr elmlәrә düşmәn olublarsa da padşahlar vә dövlәtlәr ruhanilәrlә müdam müharibәdә bulunublar. Ruhanilәr әski qanunlara yapışarkәn camaatı qaranlıqda saxlamaq istәyib. Padşahlar, daha doğrusu,dövlәtlәr isә zәmanәnin tәqazasına görә tәzә qanunlar meydana gәtirmәklә millәtin tәrәqqisinә çalışmağa labüd olublar. Xristian alәmi müdam belә bir müharibәdә olarkәn özünü ruhanilәrin zәncirlәrindәn yavaş-yavaş xilas edibdir: müsәlman alәminә diqqәt edәrsinizsә, bu müharibәni görmәzsiniz. Padşah hәm xәlifә olubdur, hәm dә dövlәtin yol göstәrәni. Padşah, ya xәlifә, ya zәmanәnin әn böyük ruhanisi tәrәqqi yolunu yer üzünә qәsdәn vә ya sәhvәn bağlayıbdır. Daha açıq söylәyim: insanın mәişәtinә, dünyasına dair mәxsusi qanunlar ibadәtә dair qanunlarla bir gücdә saxlanıbdır. Xristian alәmi haman müharibәnin zoruna bu qanunları bilmәrrә ayırıbdır. Yәni xristian ağlı müdam tәrәqqi yolunda işlәrkәn müsәlman ağlı әski qanunlarla kifayәt edib paslanm?sd?r. Demәk ki, islam barәsindә bәdgüman olanlar “lujiq” alәmindә öz sәhvlәrini düşünmәyirlәr. İslam hәqiqәt, tәrәqqiyә, yәni elmә düşmәn olsa idi, әrәblәr islamı qәbul edәndәn sonra bir zaman tәrәqqi yolunda olmazdılar. Әcәba, nә üçün әxlaqları büsbütün pozulmuş әrәblәrә dini-islam gәldi? Әlbәttә, әxlaqı pozğun qövmün әxlaqını düzәltmәk üçün, yәni ona tәrәqqi yolunu göstәrmәk üçün. Açıq söylәyim: bir camaat, ya qövm üçün müәyyәn bir din ortalığa gәlirsә, haman camaat, ya qövm sәbәb olar, deyilmi?
B a h a d ı r. Belә olan surәtdә demәk olurmu: filan din, filan camaatın, ya qövmün tәmizliyi üçün gәlibdir?
Buna bәrәks gәrәk deyilә: hәr din camaatın tәrәqqisi üçün gәlir, din gәtirәn camaatın xeyrini nәzәrdә tutur. Dini qәbul edib onun intişarına çalışanlar nazik bir nöqtәni anlamaq istәmirlәr. Xristian dinini intişar edәnlәr bir Lüterin çıxmağına sәbәb olan kimi islam alәmi dә öz Lüterini gözlәyir. Bu “Lüter” gәlib dә deyәcәk: insan daima tәrәqqi yolunda yaşayarkәn, onun mәişәti vә ağlı müәyyәn, hәmişәlik bir qanuna kifayәt edә bilmәz. Haman bu mәtlәbi islamı gәtirәn aşkardeyibdir: hәr bir işi ağla hәvalә et, ağıl nә buyurarsa, ona әmәl et. Fәqәt bu iki mәnsәb –padşahlıq-xәlifәlik, bir vücuddan olmaq, yәni fikir olunan müharibәnin olmamağı bu gözәl vә tamam düyünlәri açan sözlәrin gizlin qalmasına sәbәb olubdur.
S o n a. Bәli . düşünürәm. Günah din gәtirәndә deyil, bәlkә dini intişar edәnlәrdәdir.
Sona, Bahadır, Daniel.
D a n i e l. Bahadır bәy! Yoldaşınız Aleksey sizi görmәk istәyir.
B a h a d ı r (ayağa durur). De gәlsin.
S o n a. Yavaş, qoy mәn gedim sonra.
B a h a d ı r. Nә üçün, xanım әfәndi! Siz tanışsınız ki.
S o n a. Yox, yenә necә olsa yaxşı deyil, bәlkә gizli sözü var.
B a h a d ı r. Yaxşı, xanım әfәndi!
S on a (Danielә). De gәlsin. (Özü çıxır).
D a n i e l. Baş üstә. (Gedir).
A l e k s e y (Bahadıra әl verib). Nә üçün bu neçә gündür görünmürsәn?
B a h a d ı r (yer göstәrir). Aleksey! Bir az kefsiz idim.
A l e k s e y. İndi, doğrusu, Mәngilisin dә lәzzәti gedir. Yağış tez-tez yağmağa görә heç yerә getmәk olmayır. Dünәn sәhәrdәn axşamadәk yağmura görә evdә oturmuşam. Yaxşı ki, sәndәn qәzetәlәr aparmışdım. Hamısını oxudum, vaxtımı keçirdim.
Amma “Tәrcüman” qәzetәsindә bir mәqalәyә diqqәt etdim.
B a h a d ı r. Nә xüsusda?
A l e k s e y. Dil xüsusunda yazılmış mәqalә.
B a h a d ı r. Doğru deyirsәn, diqqәt olunmalı mәqalәdir.
A l e k s e y. Nә әcәb, türklәr bu vaxtadәk bu mәsәlәyә diqqәt etmәyiblәr?
B a h a d ı r. Türklәr dә, biz dә dil mәsәlәsindә hәlә bir nöqtәyә gәlә bilmәmişik. Hankı dil әdәbi dil olmağını bu vaxtadәk hәll edib qurtarmamışıq. Bu barәdә iki bir-birinә bәrәks tәsәvvür görünmәkdәdir. Yazanlarımızın әksәriyyәti deyir: әdәbi dil әrәb, fars sözlәrinin çox olmasına bağlıdır. Bir çox azı da deyir: әdәbi dil orta qism adamın dilidir.
A l e k s e y. Sәn nә fikirdәsәn?
B a h ad ı r. Mәn. Mәn deyirәm: әdәbi dil camaat dilidir. Yәni, camaat hankı dildә danışırsa, o dildә dә yazmaq gәrәkdir. Mәncә, әdib camaata tabedir, nәinki camaat әdibә.
Bahadır, Aleksey, Yusif.
Y u s i f (balkondan). Rüsxәtmi? Sizә mane olmuram?
B a h a d ı r (yerindәn durur). Xeyr, xeyr! Buyurunuz.
Y u s i f (Alekseyle görüşüb). İki student ki, bir yerdә oldu, hәmişә mühüm söhbәt olunar, deyilmi? Ah! Ah!
B a h a d ı r (gülә-gülә). Xeyr! Çox vaxt boş danışıq da olur. Fәqәt indiki söhbәtimiz doğrudan da mühüm söhbәtdir.
Y u s i f. Mәn dedim! Ah, ah! Xeyr, mәn sәhv etmirәm.
A l e k s e y. Bәli, yaxşı bilibsiniz! (Gülür.)
Y u s i f. Bilirsinizmi, mәn özüm az oxumuşam. Atamın tәk oğlu olduğuma görә atam ölәndәn sonra oxumaq mümkün olmadı. Ancaq gimnaziyanı qurtarmışam. Әlbәttә, indi çox heyfsilәnirәm. Bununla belә, mәlumatım artsın deyә, çox oxumuş
adamların söhbәtlәrini sevirәm.
B a h a d ı r. Maşo xanım vә Sona xanım kimi elmli xanımlarla siz hәmişә söhbәtdәsiniz. Bunun özü bir xoşbәxtlikdir!
Y u s i f (gülә-gülә). Bu neçә ilin әrzindә onlardan öyrәndiyimi öyrәnmişәm. İndi sizdәn dә öyrәnmәk istәyirәm.
B a h a d ı r, A l e k s e y. (gülürlәr). Ah! Ah!
Y u s i f. Gülәrsiniz!
B a h a d ı r. İndi öyrәnmәk istәyirsiniz, buyurunuz. Siz gәlmәmişdәn biz dil xüsusunda söhbәt edirdik. Yәni, hankı dilә әdәbi dil demәk olar, mәsәlәsini müzakirә edirdik. Mәsәlәn, qeyri millәtlәr dillәrini, yazılarını asan etmәk istәrkәn,
müsәlmanlar dillәrini vә yazılarını daha da çәtinә salırlar.
Y u s i f. A. Bu artıq dәrәcәdә әhәmiyyәtli mәsәlәdir. Axı deyirәm iki student bir yerdә olanda әhәmiyyәtli söhbәt olunar. İndi siz bir az sәbr ediniz. (Durub qulluqçunu sәslәyir.) Daniel! Daniel! Bura çay gәtir. Xanımlara da de gәlsinlәr. (Gәlib oturur). İndi mәn sizә qәribә әhvalat nәql edәcәyәm. Biz Tiflisdә olarkәn bizimlә qonşu bir müsәlman mağazası var idi. Bunun sahibi hәmişә müsәlman qәzetәsi alıb oxuyandan sonra oxuduğunu mәnә nәql edirdi: “Qonşu, filai şәhәrdә filankәsi öldürüblәr, filankәsin evini yarıblar, nә bilim, filan yerdә filan adam işlәyәrkәn quyuya düşub boğulubdur”. Hәmişә dә belә xәbәrlәr deyәrdi. Bir gün yenә belә bir xәbәr nәql edәndәn sonra mәn dedim: qonşu! Bәyәm sizin qәzetәlәrdә ancaq adam öldürmәkdәn, ya oğurluqdan yazırlar? Qonşum tәәccüb ilә mәnә baxıb dedi: “Qeyri şey yazırlarsa da, mәn bilmәyirәm. Ancaq bu әhvalatları oxuyuram”. Mәn dedim: xeyr, ola bilmәz ki, qәzetәlәrdә ancaq belә xәbәrlәr olsun. Bizimqәzetәlәrdә siyasi, milli, elmi mәsәlәlәrә dair hәmişә yazırlar. Mәnim sözlәrimin cavabında dedi: “Bizim qәzetәlәrdә dә yazırlar. Fәqәt mәn oxusam da düşünmürәm. Ona binaәn ancaq “Xәbәrlәri” oxuyuram”. Ah! Ah! (Gülürlәr.)
B a h a d ı r. Dürüst deyir!
Әylәşәnlәr, Maşo, Sona.
Y u s i f. Budur, xanımlar da gәldilәr.
M a ş o (Aleksey ilә әl verib). Xoş gәlibsiniz.
S o n a (Alekseyә). Çoxdandır görünmürsünüz.
A l e k s e y. Bәli, hava müqәssirdir.
Daniel çay gәtirib stol düzәldir. Stәkan vә samovar qoyulmuşdur.
S on a (çay qoyur). Atam çox gülürdü, sәsini eşidirdim. Görәsәn sizә nә nәql edirmiş?
Y u s i f. Mәn gәlib söhbәt üstә çıxdım vә bildim dә nәyә dair söhbәt edirlәr. Hәrgah sәn dә bildin?
M a ş o (gülümsәyib Bahadıra baxır). Bilirsiniz, Yusif hәmişә deyir: iki bir sәnәtdә adam bir yerdә rast gәlsә öz sәnәtlәrinә dair söhbәt edirlәr. Mәsәlәn, deyir: iki müәllim bir-biri ilә ya dәrsdәn söhbәt edirlәr, ya kitablardan; iki ovçu ovdan söhbәt edirlәr, sövdәgarlar alış-verişdәn, iki arvad rast gәldilәrsә, modadan, paltardan danışırlar.
H a m ı (gülürlәr). Ah! Ah!
A l e k s e y. Çox vaxt doğrudan da belә olur.
S o n a. Mәn, hәzәrat, bu sözlәrә şәrik deyilәm. Arvadlar barәsindә deyilәn sözlәr sәhvdir. Arvadların modadan başqa әcәba, söhbәtlәri yoxmu?
Y u s i f (gülә-gülә). Qızım, hirslәnmә, mәn hamı arvadları demirәm. Әksәr övqat söhbәt modadan olmağını söylәyirәm.
S o n a. Xeyr, atacığım, mәn hirslәnmirәm. Fәqәt bir-iki arvadın modadan söhbәt etmәyini hamı arvadlara isnad vermәk sәhvdir, zәnn edirәm. Bir neçә kişinin әksәr övqat qumardan dәm vurmaqları ümumi kişilәrә lәkә salırmı? Yox, әlbәttә.
B a h a d ı r. Afәrin, xanım әfәndi! Afәrin!
Y u s i f (gülә-gülә). Yaxşı-yaxşı, arvadlar nәinki modadan, hәtta buna oxşayan şeylәr barәsindә dә söhbәt etmirlәr. Ah! Ah.
H a m ı (gülürlәr). Ah! Ah!
A l e k s e y (durub getmәk istәyir). Sağ olun!
Y u s i f. Oturun! Daha çay için.
A l e k s e y. Tәşәkkür edirәm, vaxt daralıbdır. Gәrәkdir indi gedәm bir neçә kağızlarım var, yazmaq lazımdır. Sabah poçt gedir. Bilirsinizmi, getmәk vaxtıdır. Gәrәkdir hazırlaşmaq.
Y u s i f. Haraya?
A l e k s e y. Peterburqa, әlbәttә.
Y u s i f. Doğru buyurursunuz. Avqust ayıdır.
M a ş o. Bәli. (Gülә-gülә.) Studentlәrin bayramı da qurtarır.
A l e k s e y (gülә-gülә). Bәli, bu üç ay yorunuqdan sonra yenә işlәmәk! (Hamıya әl verib çıxır.)
M a ş o (Sonaya). Qızım, Danielә de buraları yığışdırsın, mәn dә gedirәm. (Yusif vә Maşo çıxırlar.)
S o n a. Yaxşı, anacığım. (Gedirlәr).
B a h a d ı r (Sonanın dalınca baxır). Bәli, avqust ayı! Hәmişә avqust ayında günlәrimi sanardım. Üç ay yorunuqdan sonra ciddi surәtdә elmlәrә yapışmaq fikrindә olurdum. (Fikirdә). İndi nә oldu mәnә? Mәn Mәngilisdәn ayrılmaq istәmirәm, mәn tәlәsmirәm. Hәtta getmәk fikrindә olanda urәyim sıxılır, döyünür. (Başını tutub.) Ah, Sona! Sona!
S o n a (yavaş-yavaş gәlir Bahadırın yanında oturub әtrafına baxır). Nә gözәl vaxt vә nә gözәl mәnzәrә, deyilmi?
B a h a d ı r (әtrafına baxıb). Bәli, nәhayәtdә gözәl! (Sonra Sonaya diqqәtlә baxıb.).
“Morğe-sәyyadi-toәm oftadeәm bәr dame-to,
Ya bekoş, ya dane deh, ya әz qәfәs azad kon”.
[ Tәrcümәsi: Sәnin ovladığın quşam, toruna düşmüşәm,
Ya öldür, ya dәn ver, ya qәfәsdәn xilas et.]
Son a (başını aşağı salıb). Bahadır! Bülbülün gül üçün oxuduğu yanıqlı nәğmәlәri eşidirsinizmi? Odur, gülә baxınız, qönçәsini açıb da guya deyir: “Eşqin oduna yanma, bülbülüm”.
B a h a d ı r (Sonaya diqqәtlә baxıb). Ah, rәhmli gül!
S o n a (Bahadırın әlindәn tutub yuxarı baxa-baxa). Bahadır, o nә sirrdir ki, insanlar bir-birindәn tәfriqә düşüblәr.
B a h a d ı r (bir az fikirdәn sonra). Xanım әfәndi! Bir vaxt olar bu barәdә dә söhbәt edәrik. (Sonanın әlindәn tutub fikrә gedir.)
S o n a (Bahadırın üzünә baxır). Söylәyin, bu saat fikrinizdәn nә keçdi?
B a h a d ı r. Hazır başımdakı fikirlәrdәn dәhşәtlisi, mәni әn narahat edәn fikir sizinlә ayrılmaq mәsәlәsidir. Bilmirәm buna mәn davam gәtirә bilәcәyәmmi?
S o n a. Bәlkә davam gәtirә bilmәdiniz, onda?
B a h a d ı r. Ah, xanım әfәndi! İnsan gәlәcәyini bilsә idi ağlı çaşardı. Fәqәt mәn hәlә divanә olmaq istәmirәm.Mәn istәyirәm yaşayam vә sevәm. Sizinlә ayrılığım nә qәdәr dәhşәtli nәzәrә gәlirsә, bir o qәdәr ümid yolu mәnim üçün görünür. Ah, bu ümid yolu! Ümidsiz yaşamaq qeyri-mümkündür.
S o n a. İndi siz beş gündәn sonra getmәlisiniz, deyilmi?
B a h a d ı r. Bәli!
S o n a. Nә ümidlә gedirsiniz?
B a h a d ı p. Ümidim daha bir dә sizinlә görüşmәk!
S o n a (yerә baxıb). Görüşüb, daha bir dә ayrılmaq.
(İkisi dә xeyli vaxt bir-birinin әllәrini tutub fikirdә qalarkәn.)
Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.
S o n a (pәncәrәnin qabağında oturub kitab oxuyur, hәrdәnbir gözlәrini kitabdan götürüb fikrә gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlәrinә bağlıdır. Kişilәrә ümid bağlayırlar isә öz mәqsәdlәrinә çatmazlar. Mәn dә bu fikirdәyәm. Görәsәn Bahadırın bu mәsәlәdә fikri nәdir? Burada olsaydı, soruşardım. Bu barәdә bir saat mübahisәmiz olardı. Mәn çox vaxt ürәkdә onun sözlәrini qәbul edirdim. Fәqәt mübahisәmiz uzansın deyibәn qәsdәn dediyini qәbul etmәzdim. Mәsәlәn, Bahadır burada olsaydı, mәn deyәrdim: xeyr, kişilәr arvadları insan bilirlәr isә özlәri gәrәkdir onlara azadlıq verәlәr. (Gülә-gülә.) Mәnim sözlәrimi qәbul etmәyib, hәm dә tarix kitablarını, fәlsәfә inşalarını tökmüşdü, mәnә dәlil gәtirmişdi: “Xeyr, xanım! Arvadlar özlәri hürriyyәt qazanmasalar, kimsә onlara hürriyyәt vermәz. Tәbii, hürriyyәt heç vaxt verilmәyibdir, alınıbdır” deyirdi. (Fikirdә). Ah, nә gözәl günlәr! Nә gözәl saatlar! İnsanın ağlı mübahisә meydanında, әcәba, nә gözәl işlәyir! İndi tәk, günlәrim bu kitablar arasında gedir. (Fikirdә.)
M a ş o. Qızım! Dur hazırlaş, Lizagilә gedәk. Axşam atan da ora gәlәcәkdir.
S o n a (durub anasını öpür). Yox, anacığım, siz atamla gediniz, mәnim bir az kefim yoxdur, evdә oturmaq istәyirәm.
M a ş o. Qızım, nә üçün sәn axır vaxt heç yerә getmәk istәmirsәn? Tutalım qonaq getmirsәn, heç olmasa çıx bir az tәmiz havada gәz. (Sonanı öpür.) Yox, qızım, yaramır, evdә çox oturmaqdan baş ağrısı taparsan.
S o n a. Yaxşı, anacığım, gәzәrәm, fәqәt bu gün evdә oturmaq istәyirәm.
M a ş o. Yaxşı, qızım! Qalırsan qal evdә, mәn gedirәm. Ancaq yatmaq istәsәn qapıları bağlat.
S o n a. Arxayın ol, anacığım, bağladaram. (Anasının yanına gedib öpür. Maşo çıxır.)
S o n a (tәk). Doğrusu, Bahadır gedәndәn sonra heç bir adamla görüşüb söylәşmәk dә istәmirәm. Liza mәnim qәdim yoldaşım. Onu sevirdim, onunla hәmәvaxt danışardım. İndi onunla da görüşmәk istәmirәm. (Fikirdә.) Nә üçün? Nә üçün mәn Bahadırdan sonra büsbütün dәyişirildim. (Fikirdә.) Mәn hiss, edirәm. Mәn әziz bir vücudun, ruhumu tәmizlәyәn, ağlımı qüvvәtlәndirәn bir insanın ayrılığını, yoxluğunu hiss edirәm. Nә üçün biz ayrıldıq? Nә üçün biz görüşdük, bir-birimizә mәhәbbәt bağladıq vә nә üçün ayrıldıq? Olduğumuz sәadәtdә hәmişәlik yaşamaq üçün nә lazımdı. (Fikirdә.) Yox, elә fikirlәr başımda gәrәkdir olmasın. İnsan insanı ruhani mәhәbbәtlә sevә bilmәzmi? (Fikirdә.) Yox, yox! Mәnә heç bir şey lazım deyil. Mәnә fәqәt Bahadırın ağlı, ruhi mәhәbbәti gәrәkdir. Belә isә o Peterburqda, mәn burada olmağımız da yarar. (Fikirdә.) Ağlını, ruhunu, mәhәbbәtini kağız vasitәsi ilә dә hiss edә bilirәm. (Fikirdә.) Fәqәt bunu düşünmürәm: nә üçün onun burada olmamağı mәnibüsbütün dәyişdiribdir. (Fikirdә.) Burada bir sirr var, mәn düşünmәyirәm. Mәn әlimi onun әlinә verәndә bir elektrik onun bәdәnindәn mәnim bәdәnimә işlәmәyini hiss edirdim. (Fikirdә.) Fәqәt. (Kitaba baxır, sonra saata baxıb durur. Qapı tәrәfә gedir, qulluqçuya.) Daniel! Daniel!
D a n i e l (qapı dalından). Bәli.
S o n a. Qapıları bağla, mәn yatacağam.
D a n i e l. Baş üstә!
S o n a (kitabını götürüb yerindә uzanır). Bunu da oxuyum, qurtarım, sonra soyunaram. (Oxuyur). Әcәba! Bu doğrudurmu? Burada yazır, bir çox qız var ki, әrә getmәklә özlәrini pula satırlar. (Gülümsәyib.) Doğrusu, bu kitabda arvadlara çox sataşırlar. Bir gün mәn Bahadırdan soruşdum: nә üçün arvadlar barәsindә bu qәdәr böhtan yazırlar vә nә üçün bunlara dair qanunlar çox pünhanda saxlanır? Buna cavab verdi: “Ondan ötәri ki, qәlәm düşmәn әlindә olubdur. Hәrgah peyğәmbәrlik başdan arvadlara gәlsәydi, arvadlara dair qanunlar hamısı büsbütün bәrәks olardı. (Medalyonu açıb baxır.) Ah, Bahadır! Burada olsaydın, daha bir sualıma cavab verәrdin. (Fikirdә.) Ah, rәbbim! Ah, mәnim mәhәbbәtim! (Kitabı әlindәn buraxıb medalyona bir dә baxıb öpür vә yuxuya gedir. )
M a ş o (yavaş-yavaş gәlir vә söylәnir). Bu gecә kart arxasında sәhәri açdıq. (Sonaya tәrәf.) Bu da paltarlı yatıbdır, nә üçün dә şirin yuxudan durğuzum, indi sәhәr açılır, özü durar. (Yaxın gәlib Sonanı öpür, medalyonu açıq görüb şam yandırır, medalyona diqqәtlә baxır, sonra iki әllәri ilә başını tutub otaqdan çıxır.)
S o n a (sәhәr açılır, yavaş-yavaş oyanır). Mәn bütün gecәni paltarlı yatmışam. (Medalyonu görüb.) Ah, bu yaxşı olmadı. Anam yәqin ki, adәti üzrә otağıma gәlibdir. Medalyonu, әlbәttә, açıq görübdür. (Bir az fikirdәn sonra.) Mәn, әlbәttә, istәmәzdim anam medalyondakı şәkli görsün. İndi hәrgah görübdürsә, daha yaxşı! Söz açılar, dәrdimi açıq-açığına söylәrәm. (Geyinir.)
Maşo, Sona vә Daniel.
M a ş o (yerә baxır). Qızım, durubsan? (Gedir Sonanı istәr-istәmәz öpür.)
S o n a (tәәccüblә anasına baxıb). Bәli, anacığım, durmuşam! (Diqqәtlә baxıb.) Nә üçün yerә baxırsan? Anacığım, sәnin ürәyindә bir söz olmağını düşünürәm, nә istәyirsәn soruş, deyәrәm.
M a ş o (Sonanın boynundan qucaqlayıb). Sevgili qızım! Sәn bilirsәn ki, mәn vә atan sәni nәhayәt dәrәcәdә sevirik. Sәn ali oxumuş bir qız, çox şeylәri ola bilsin ki, bizdәn yaxşı bilirsәn. Biz sәnin uğrunda can vermәyә hazır olduğumuz halda, sәnin ürәyindәki dәrdi, başındakı fikirlәri bilmәk istәyirik. İxtiyarın var, deyә dә bilәrsәn, demәyә dә.
S o n a (bir az halından çıxıb). Anacığım! Açıq söylә, mәn hamı suallarına cavab verәrәm. (Bir az fikirdәn sonra.) Yoxsa, gecә medalyonun içindәki әksi gördün, hә?
M a ş o. Doğrudur, qızım! Gördüm. (Yerә baxıb.) Bu әhvalat mәni bir az tәşvişә salıbdır.
S o n a (sәslә ağlayıb Maşonun boynundan qucaqlayır). Nә edim, sevirәm. Mәn Bahadırı sevirәm. Anacığım, bu yolda mәnim elmim, qanacağım kömәk etmәyir, mәhәbbәtin müqabilindә ağlım çaşır. Ah, sevgili anacığım! Bir yol göstәr.
Mәn bu vaxtadәk mәhәbbәtimi pünhanda saxlayırdım, fәqәt indi söz açıldı. Mәn şadam. Ürәyimdәki sözlәri demәyә yol açıldı. Bahadır isә bu vaxtadәk mәhәbbәtim nә dәrәcәdә olmağını bilmәyir. Burada ikәn hissiyyatımı ondan gizlәdirdim. İndi bu ayrılıq mәhәbbәtimi birә on artırıbdır. Ah, sevgili anacığım, bağışla mәni! Nә edim? (Bu sözlә ağlayıb Maşonun qucağına yıxılır.) Ah. Ah.
M a ş o. Sevgili qızım, ağlama! Mәn sәni düşünürәm. Mәn özüm dә mәhәbbәtin oduna yanmışam. Fәqәt mәnim atana olan mәhәbbәtimin çarәsi tapıldı. Mәn atana getdim. Sizin mәhәbbәtinizin çarәsini görmürәm, qızım. Sәn ağıllı,
kamallı, millәtini, dinini sevәn bir qız. Bahadır isә millәtini nәhayәt dәrәcәdә sevәn bir oğlan. Nә tövr etmәli? Mәn özüm dә çaşıram.
S o n a (gözlәrini silә-silә). Bәs necә olsun? Ah, sevgili anacığım. Bu mәsәlәdә analığı unudub da mәnimlә yoldaş ol, mәnә yol göstәr, mәni başımdakı qara fikirlәrdәn xilas et.
M a ş o (pәncәrәyә baxıb). Odur, atan da gәlir. (Gedir.)
S o n a. Ah, rәbbim! (Әllәri ilә üzünü tutub balış üstә uzanır.)
D a n i e l (dişarıdan). Xanım, sizә kağız var.
S o n a (tәlәsik durur, qapıya tәrәf gedir, kağızı alır). Ah, kağız! (Diqqәtlә baxıb gülür.) Bahadırdandır! (Oxuyur vә hәrdәnbir fikrә gedir, sonra oxuyur, gәzinir vә yenә dә diqqәtlә oxuyur.)
M a ş o. Qızım, kağız kimdәndir? Yoxsa Bahadırdandır?
S o n a (ayağa durub gözlәri kağızda). Bu saat, anacığım. (Kağızı qurtarıb.) Bәli, anacığım, Bahadırdan gәlibdir. İndi bir az rahat oldum, anacığım. Sәn dә, atam da bu kağızı oxuyun. Mәni bu vaxtadәk rahatsız edәn suallara mәn bu kağızda cavabtapıram. Bәlkә siz dә tapasınız. Mәn sizdәn heç bir şey gizlәtmәk istәmirәm. Çünki sizi çox sevirәm. Sizin ruhunuza әziyyәt vermәk istәmirәm, fәqәt nә edim? Sevirәm. Mәn Bahadırı sevirәm. Bu kağız mәnim tamam şübhәlәrimi dağıtdı. Gizlin nöqtәlәri aşkar etdi. Açılmayan düyünlәri açdı. Bundan әvvәl ikimizin arasında görükәn uçurum dәrәlәr indi mәnim üçün görünmәyir. Mәn insan, o insan, bizi ölümdәn savayı hansı bir qüvvә ayıra bilәr.
M a ş o. Qızım! Nә söylәyirsәn? Düşünmәyirәm.
S o n a. Ah, anacığım! Oxuyun, mәslәhәt edin. Mәn sizin razılığınızla iş görmәk istәyirәm. Mәn sizi çox sevirәm, siz dә mәni. Siz hazır ağlınıza tabesiniz, mәn isә ürәyimә. Ağlım ürәyimlә bir çox zaman müharibәdә olarkәn ürәyim ağlıma
güc gәtirirdi. Hazır bu işdә ağlım iş görmür. (Fikir.) İndi sәn otur kağızı diqqәtlә oxu, mәn bir az çıxım bağçada dolanım. (Çıxır.)
M a ş o (kağızı diqqәtlә oxuyur). Ah, binәva cavanlar! İkisi dә mәhәbbәt atәşinә yanırlar. (Ağlayır.)
Y u s i f (tәәccüblә Maşoya baxır). Maşo, nә üçün ağlayırsan?
M a ş o (gözlәrini silә-silә durur). Daha yatmaq vaxtı deyil. Mәn sәnә dediyim әhvalatı diqqәtsiz qoymaq olmaz. Gәrәkdir bir әncam çәkmәk, yoxsa qız özünü hәlak edәr. (Kağızı Yusifә verir).
Y u s i f (kağızı diqqәtlә oxuyub başını bulayır. Sonra fikrә gedir). Mәn hәrçi fikir edirәm, bir şey çıxmır. Sәn mәnә medalyon barәsindә söylәdikdә, mәn elә bir mәna vermәdim. Fәqәt görünür iş-işdәn keçibdir. Nә edim. Әlbәttә, qızın özü
ilә gәrәkdir söhbәt etmәk. (Bir az fikirdәn sonra.) Bir şey dә fikrimә gәlir: biz özümüz Bahadırı çox sevirik. Nә eybi var. Bahadır ağıllı vә kamallı bir oğlandır. Onun üçün hansı bir mәzhәbdә olmağın tәfavütü gәrәkdir olmasın. Onun belә bir әqidәdә olmağı öz kağızından mәlum edir. Ona görә xristianlığı qәbul edәrsә, biz artıq dәrәcәdә mәmnuniyyәtlә onu qәbul edәrik. (Maşoya.) Sәn Sonanı çağır buraya.
M a ş o (çıxır). Yaxşı.
Y u s i f. Doğrudan da böyük bir bәlaya düçar olmuşuq. Hәrçi fikir edirәm, bir yol tapa bilmirәm. Nә etmәli? (Fikirdә.)
Yusif, Sona, Maşo.
S o n a (başı aşağı). Atacığım, mәni çağırıbsanmı?
Y u s i f. Bәli, qızım! Otur. Әhvalatdan xәbәrdaram. Qızım, әbәs yerә özünü fikirlәrә salma, bu asan bir işdir. Mәnim yәqinimdir ki, Bahadır xristianlığı qәbul edәr, o vaxt hamı işlәrimiz dә düzәlәr, deyilmi, qızım?
S o n a. Ah, sevgili atacığım! Mәn tәvәqqe edirәm belә mәsәlәni heç araya gәtirmәmәk. Mәn heç vaxt belә sözlәri demәrәm vә razı da olmaram Bahadıra deyilsin. Nә üçün Bahadır xristian olsun? Yainki nә üçün mәn müsәlman olum? Bizi xristianlıqmı vә müsәlmanlıqmı bir-birimizә yaxın etdi, yainki özgә bir şey?
Y u s i f. Yox, qızım, elә deyil! Hәr halda biz bir millәtin hissәsi hesab olunuruq. Bu millәtә dair müәyyәn bir yol, ya bir adәt var. Biz haman adәtlәrә bәrәks hәrәkәt edәriksә, bizә ayrı bir nәzәr ilә baxarlar. Bizi camaatımız özündәn hesab etmәz. Sәn millәtini sevirsәn, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millәt sәni özündәn kәnar etsin?
S o n a. Әcәba, Bahadırın millәtdәn kәnar olmağına necә razılıq vermәk?
Y u s i f. Qızım! Sәni canım kimi sevirәm. Yәqin bil ki, mәn sizin mәhәbbәtinizә mane deyilәm vә ixtiyarım da yoxdur. Fәqәt bir şeyi demәk istәyirәm. Qızım! Bahadırın vә sәnin fәlsәfәnizdәn camaatın, millәtin xәbәri yoxdur. Tәklikdә fәlsәfәniz gözәl olmuş olsa, camaat fәlsәfәnizә nifrәtlә baxacaqdır. Camaatın fәlsәfәsi müәyyәn qanunlar vә ata-babalarımızın adәtlәridir, qızım!
S o n a. Atacığım! Sözlәriniz haqdır. Camaat, millәt ümumiyyәtlә bizim fәlsәfәyә nifrәtlә baxacaqdır. Bunu yaxşı düşünürәm. (Fikirdә.) Bәs nә etmәli? Mәn çaşıram. Millәtimdәn uzaq düşmәk istәmirәm. Mәn ömrümü millәt yolunda sәrf etmәyә hazıram. Onu sevirәm. (Fikirdә.) Bahadırı da sevirәm. Bahadır burada ikәn belә şeylәr fikrimdәn keçmәyirdi. Bәlkә bu ayrılıq sәmәrәsidir. Bәlkә bir yerdә olsaq, yainki birlikdә mәslәhәt etsәk, qeyri bir nöqtәyә gәlmәli olarıq. Bilmirәm. Başım işlәmir. Fikrim dağınıqdır. Әhvalım pәrişandır. (Fikirdә). Bahadırın sözlәri vә әqidәsi haqdır. Camaata, millәtә dair söylәdiyiniz sözlәri dә diqqәtsiz qoymaq olmaz. Özgә bir yol, qeyri bir çarә yoxmu, sevgili atacığım?
Y u s i f (bir az fikirdәn sonra). Qızım! Mәnim başıma bir fikir gәldi. Sәninlә bәrabәr Peterburqa gedәk, Bahadırla bir yerdә söhbәt edәk. Bәlkә birlikdә bir çarә tapdıq!
S o n a (birdәn ayağa durub atasını qucaqlayır). Ah, sevgili atacığım! Nә gözәl fikirdir! Mәn razıyam! (Sonra anasının qucağına yıxılıb.) Sәn dә anacığım, atamın fikrinә şәriksәn, deyilmi? Hә?
M a ş o. Razıyam qızım, razıyam! Bu fikir mәnim başımda var idi. Mәn Bahadırın nәcibliyinә, kamalına ümid bağlayıb yәqin edirәm, birlikdә çarә tapılar.
Y u s i f (durur). Yaxşı, hazırlaşaq! İki gündәn sonra gedirik.
S o n a (gah atasını, gah anasını öpür). Peterburqa! Peterburqa!
Peterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar. Stol üstündә kitablar. Bahadır oturub yazır vә hәrdәnbir fikrә gedir.
S u l t a n (qapı döyülür). Gәlmәk olarmı?
B a h a d ı r (durub qapıya tәrәf). Buyurunuz. (Sultanı görüb gülümsünür.) Ah, Sultan, sәnsәn?
S u l t a n. Mәn mane olmadım ki?
B a h a d ı r. Yox! Yox!
S u l t a n (stolun üstündә yazılmış kağızı görüb). Nә yazırsan?
B a h a d ı r. Tiflisdә mәnә söylәdiyin әhvalatlara dair bir neçә mәqalә yazıram. İkisini yazmışam, bu da üçüncüsüdür, qurtarıram.
S u l t a n. Bunu oxumaq olarmı?
B a h a dır. Olar!
S u l t a n (götürüb oxuyur), Gözәl mәqalәdir! Mәn dә bir mәqalә başlamışam.
B a h a d ı r. Nә barәdә?
S u l t a n. “Müsәlman qadınlarına yol veriniz!” sәrlövhәli bir mәqalәdir.
B a h a d ı r. Yәqin ki, açıq gәzmәklәrinә dair? Hә?
S u l t a n. Әlbәttә! Mәncә, indidәn gәrәkdir bu mәsәlәnin üstünә düşmәk.
B a h a d ı r. Doğrudur, müsәlman alәmindә arvadların indiki halları bütün millәtin nadan vә tәrbiyәsiz qalmağına sәbәb olur.
S u l t a n. Mәncә, qadınlar hal-hazırdakı zәncirdәn, yәni çarşabdan xilas olmasalar, millәt ciddi surәtdә tәrәqqi yoluna yeriş edә bilmәyәcәkdir.
B a h a d ı r. Doğru deyirsәn, fәqәt nә yolla çarşabı birdәn-birә tullamaq?
S u l t a n. Әlbәttә, avam üçün şәri yol tapmaq gәrәkdir.
B a h a d ı r. Mәncә, qeyri bir yolla hәrәkәt etmәk lazımdır. (Fikir.) Mәn bir neçә gün bundan müqәddәm bir mәclisdә idim. Bu mәsәlә hәmin mәclisdә әtraflıca müzakirәyә qoyuldu. Bәhs edәnlәr Misirdә elmlәrini tamam etmiş iki alim idi. Bunlardan biri deyirdi: şәriәtlә arvadların üzlәri açıq ola bilәr. O biri isә: arvadların üzlәri mütlәq örtülü olsun gәrәkdir — deyirdi. Qәribә budur ki, ikisi dә sözlәrini sübut etmәk üçün ayәlәr vә hәdislәr oxuyurdular. Mәnim fikrimcә, şәriәt dairәsindә bu söhbәtlәr yüz il dә olunarsa, bu yolda milyonlarca qәlәmlәr sınsa da, iki bir-birinә bәrәks fikir öz qüvvәsindә qalacaqdır. Qanımıza, beynimizә, sümüklәrimizә işlәmiş bir neçә qanunlar kimi bu mәsәlәyә dair qanunları da şәriәtdәn kәnar müzakirәyә qoymaq lazımdır. Yәni, demәk istәyirәm bu mәsәlәyә elmi nәzәrlә gәrәk baxılsın. Belә olursa, tәbii yolla hәrәkәt olunar, tәbii yolla hәrәkәt olunarsa, işin aqibәti dә dәhşәtli görünmәz.
S u l t a n. Doğru deyirsәn, fәqәt hal-hazırda millәtin elm yolunda tәrәqqisinә, ruhunun tәrbiyәsinә mane olan arvadlarımızın indiki hallarıdır, zәnn edirәm. Sәn dediyin yolla gedilәrsә, çox zaman gәrәkdir.
B a h a d ı r. Şәksiz, bu mәsәlәyә dair ayәlәr, hәdislәr bir mәnada düşünülsә idi, şәri yolla tez mәqsәdә çatmaq olardı. Amma çifayda. (Ayağa durur.) Bilirsәnmi, Sultan! Bir nazik mәtlәbi düşünmәk gәrәkdir. Arvadlarımızın zәncirdәn xilas olmaqları özlәrinә bağlıdır. Arvadlar kişilәrә ümid bağlayıblarsa, işlәri fәnadır, zәncirdәn xilas olmayacaqlar. O vaxt ki, arvadlar öz hüquqlarını düşündülәr heç bir şәriәt, heç bir qüvvәt onların azad olmaqlarına mane ola bilmәz. Tәbii, canlı şeylәri maddi vә mәnәvi cәhәtcә bir-birinә tabe edәn zor vә ehtiyac olubdur. Bu iki sәbәb aradan götürülәrsә, arvadlar mәqsәdlәrinә nail olarlar.
S u l t a n. Hәr halda, mәqalәmi gәrәkdir bir yerdә oxuyaq.
B a h a d ı r. Çox gözәl!
Z i n o l i n. Ağa, sizә kağız var.
B a h a d ı r (tez gedir kağızı alır.) Bura ver görüm. (Açıb oxumaq istәyir.)
S u l t a n. Sәn kağızını oxu, mәn dә gedirәm.
B a h a d ı r. Nә üçün, otur. Sonra gedәrsәn.
S u l t a n. Çox işim var. Axşam bәlkә görüşdük. Salamat qal!
B a h a d ı r (әl verib qapıyadәk ötürür). Sağ ol! (Kağızı diqqәtlә oxuyur vә sonra hirslә atır.) Mәn güman etdim kağız Sonadandır. (Oturur, fikir edir.) Nә üçün bu vaxtadәk kağızımın cavabını yazmayır? Bәlkә mәndәn inciyibdir. (Fikir.) Yox, ola bilmәz. Mәn elә bir şey yazmamışam, nә üçün mәndәn incisin? Mәn öz hissimi ondan gizlәtmәdim, yazdım. (Fikir.) Bәlkә ağlım mәhәbbәtdәn çaşıb naqabil bir söz yazmışam. (Fikir. . Yox! Sonaya naqabil söz yazmağa әlim gәlmәz. (Fikir.) Hәr halda, kağızın üzü mәndә. (Hücrәni gәzir.) Oxuyum görüm. (Kağızı diqqәtlә oxuyur.) “Әzizim Sona xanım! Başımdakı min-min fikirlәrin hansından başlamaq? Bu günәdәk gördüyüm adamlardanmı? Ya gәzdiyim yerlәrdәnmi? Vә ya xeyr, ancaq öz hissiyyatımı söylәyim. Qәribә bir halәtdir! Mәn sizinlә bir yerdә, bir otaqda gün keçirәrkәn başımda olan min-min fikirlәrimi, bütün vücudumu iztiraba salan hisslәrimi әcәba, nә üçün söylәyә bilmirdim? Yox, xanım әfәndi! Sәhv etdim: söylәyirdim, fәqәt dilsiz, hәr bir hәrәkәtimlә sizә olan mәhәbbәtimi sizә bildirirdim. Әlinizi әlimә alıb fikir edirdim. Qolumdakı minlәrcә hiss damarları mәnim mәhәbbәtimi sizә xәbәr verirdilәr, deyilmi? Mәn sizin әlinizi tutanda bu halәtdә olurdum, yәni sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mәnә hәzin-hәzin söylәyirdi. Әliniz әlimdә ikәn tam fikirlәrinizi, hisslәrinizi oxuyurdum. Siz dә mәnim kimi, deyilmi? Biz bir-birimizin әlini gah sıxardıq, gah datumar edirdik. Hәr birinin ayrı bir mәnası olmağını sözsüz düşünürdük. Ah, nә gözәl halәt! Nә gözәl hissiyyat! Dilә ehtiyacımız yox idi. Qәlәmә dә hәmçinin. İndi isә dilә vә qәlәmә böyük ehtiyacımız olmağını hiss edirәm. Başımdakı min-min fikirlәri nәyin vasitәsi ilә sizә bildirmәk?! Әliniz әlimdә olsa idi, bir sıxmaqla hamı fikirlәrimi, hissiyyatımı bildirәrdim. Gözlәriniz gözlәrimә baxsa idi, hazır yazdığım sözlәri oxuyardınız. İndi isә heç biri müyәssәr deyil. Hazır bu kağızdan, mürәkkәbdәn, qәlәmdәn başqa bir әlacım yoxdur. Bunlar da gözlәrimin, әllәrimin әvәzini vermәyәcәkdir. O bir ayrı alәm, bu bir qeyri alәm! Nә isә, ayrılığa tab gәtirә bilmәdiyimi hiss edirәm. Bir dәqiqә sizi fәramuş edә bilmәyirәm. Hәr gün, hәr saat sizinlә söhbәq edirәm. Bir iş edirәmsә, dәrhal sizi gözümün qabağında gerürәm. Görüb dә, guya söylәyirәm, bu iş sizcә, nә tövr gәrәkdir ola? Hәr bir felim, qövlüm, hissiyyatım sizә bağlıdır. Mәn tam vücudumla sizә tәәllüq tapmağımı düşünürәm. Bununla belә “Nә sirrdir insanlar bir-birindәn tәfriqә düşüblәr. ” sözlәrinizin mәnә dәhşәtli bir kölgә olmağını da hiss edirәm. Bu kölgәdәn mәn qorxuram. Harada olsam, nә
söylәsәm bu sözlәr fikrimә gәlirsә, әhvalımı büsbütün dәyişir, başımdan od parlayır. Ürәyim iztirabda döyünәrkәn istәyirәm tam vücudumla bu kölgәni özümdәn rәdd edәm. İstәyirәm açıq-açığına bağıram: bәsdir! Mәni rahat qoy. Mәn bağırmaq istәrkәn hәmәn dәhşәtli kölgә daha artıq qüvvәtlә mәnә yaxınlaşır. Mәni hәr tәrәfdәn qara bulud alan kimi bürüyür, nәfәsimi tәnglәşdirir, ildırım çaxan kimi: çaxır. “Nә sirrdir insanlar bir-birindәn tәfriqә düşüblәr?” sözlәri bir arşın boyunda qara taxtanın üstündә tәbaşirlә yazılmış nәzәrimә gәlir. Mәn hirslә hәmin yazıları taxtanın üzündәn silirәm. Mәn sildikcә, daha böyük, daha aşkar xәtlә yazılmış görünür. Mәn taxtanı var qüvvәtimlә yox etmәyә çalışıram, sındırıram. “Nә sirrdir, insanlar bir-birindәn tәfriqә düşüblәr” sözlәri havada yazılmış görünür. Nә üçün bu sözlәri siz meydana gәtirdiniz? Nә üçün bu sözlәri әllәrimiz biri-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halәtdә bu sözlәri desә idiniz, ola bilsin ki, belә tәsiri olmaya idi. Fәqәt indi . indi sözlәr deyilibdir. Bu sözlәr mәndәn, mәn bu sözlәrdәn ayrıla bilmirәm. Nә üçün bu sözlәri deyәndә әlimi sıxdınız vә gözlәrinizi yumdunuz. Sözlәriniz hәrәkәtlәrә müvafiq olub mәnә guya dediniz mәn tam vücudumla sevirәm. Mәn tam vücudumla sizinlә olmaq istәyirәm. Fәqәt bizi bir şey bir-birimizdәn tәfriqә salır. Müsәlman-xristianlıq bizim aramızda uçurum bir dәrә ixtira edir. Sözlәrinizә belә mәna vermәkdә sәhvim yoxdur, zәnn edirәm vә sәhv dә olmaz. Çünki hәmin dәqiqә mәn dә bu fikirdә idim. Mәn istәyirdim deyim: fәqәt siz mәndәn cürәtli olub mәni qabaqladınız, qabaqlayıb da mәni daha artıq mәhәbbәtә mübtәla etdiniz. Mәnim bütün vücudum: bәdәnim, ağlım, ruhum hamısı sizә tәәllüq tapır, hәyatım hәyatınıza bağlıdır. Xanım әfәndim! Mәn ancaq camalınıza aşiq olsaydım, mәnim üçün şübhә yeri qalardı. Yox! Camalınızı sevirәm dә, ruhunuzu, ağlınızı daha artıq dәrәcәdә sevirәm. Mәn özümü sizin bir hissәniz bilirәm. Әcәba! Necә ola bilәr ki, bizi “uçurum dәrәlәr” ayıra? Әcәba, bu “uçurum dәrәlәri” biz insanlar düzәldibsә, onları mәhv etmәk bizim ixtiyarımızda deyilmi? Nә üçün mәn müsәlman siz xristian, qeyrisi yәhudi, ya bütpәrәst adlansınlar? Nә üçün bu insanlar sonradan düzülmüş dürlü-dürlü qanunlara sitayiş etsinlәr? Tәbiimi? Yox! Tәbii qanun hamı insanlar üçün bir gәrәkdir ola, hamı insanlar bir nöqtәyә gәrәkdir yürüş etsinlәr. Bu nöqtә isә hürriyyәt, mәhәbbәt alәmidir. Mәn sizi sevirәm, siz dә mәni. “Yox, sevmәk olmaz” qanunu var isә mәn tam vücudumla bu qanunu mәhv etmәyә çalışıram. Müsәlman, xristian, yәhudi, bütpәrәst nә olacağını anlamıram vә istәmirәm dә anlamaq! Ah, sevgili Sona xanım! Mәn millәtimi sevirәm, çünki anamı sevirәm. Mәn hamı dinlәri vә din gәtirәnlәri sevirәm, çünki hamısının әsil mәqsәdlәri insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlәr vaxtında insanları zәmanәyә müvafiq yaxşı yola dәvәt ediblәr. Yәni, ümum bir nöqtәyә yeriş
etmәk üçün hazırlayıblar. Peyğәmbәrlәr gәliblәr, fәqәt demәyiblәr: “Biz islam vә xristianlıq düzәltmәk üçün gәlmişik. Hamı: “Biz insanları düz yola dәvәt edirik” deyiblәr. İndi xanım әfәndi, mәqsәd bir, әcәba! Nә üçün insanlar bir-birindәn
tәfriqә düşüblәr? Sәbәb? Sәbәb ağlımızın naqisliyi. Biz әsil mәtlәbi әldәn buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha sәcdә edirik. Fәqәt әsil mәtlәbi düşünәnlәr birlәşirlәr, danışırlar vә mәhәbbәt nә olmağını düşünürlәr. İndi biz dә bu dәrәcәyә çatmışıqsa, mәhәbbәtimiz tәlәb edәn qanunlara sitayiş etmәliyik, deyilmi?” (Bu kağızı oxuyub fikrә gedir.) Bu kağızda elә bir şey yoxdur ki, Sona ondan rәncidә ola. (Fikir.) Bәlkә Sona sözlәrimә şәrik deyil. Bәlkә uçurum dәrәlәr meydana gәlәcәkdir! (Fikir.) Ah, nә üçün mәn belә atәşli kağız yazdım? Sona millәtini nәhayәtdә sevәn bir cavan. Sona ata vә anasına artıq dәrәcәdә mәhәbbәt bağlamış bir qız. Bu uçurum dәrәlәri keçә bilәcәkmi? Keçәrsә, atasına-anasına әziyyәt olmazmı? Bunlar mәni öz övladları kimi sevirdilәr. Mәnә hәr dürlüyaxşışıqlar ediblәr, mәni tәmiz, saf ürәkli әmin adam bilib qızlarını mәnә tapşırmışlar.
İndi öz hissiyyatımı, mәhәbbәtimi açıq-açığına Sonaya yazmaq, Sonanı qeyri bir fikirlәrә. (Fikir.) Mәnim bir kәsim yox, atam-anam qәbirdә, mәnim halıma yanan, mәnim dәrdimә qalan yox. Mәnә nә olursa-olsun. Heç kimә әziyyәt olmayacaqdır. Sona isә ata-anasının әziz pәrvәriş edilmiş qızı. Sona belә yaxşı, gözәl külfәtin işığı. Sonanın qәmi, ümum külfәtin qәmi. Sonanın bәdbәxtliyi, ata-anasının bәdbәxtliyi. (Fikir.) Yәqin ki, Sona mәhәbbәtini pünhan saxlaya bilmәyәcәkdir. Mәhәbbәti aşkar olursa, ata vә anası nә edә bilәcәklәr? (Fikrә gedib sonra deyir.) Ah, nә üçün mәn belә bir atәşli kağız yazdım? Nә üçün belә bir ali tәbiәtli valideynlәrin ruhlarına әziyyәt vermәli oldum? Nә üçün? (Oturub başğşı әllәri ilә tutur vә sonra yavaş-yavaş әllәrini tapançaya uzadır. Bir az fikirdәn sonra tapançanı әlindәn buraxıbiki әllәri ilә üzünü tutub ağlaya-ağlaya kravata yıxılır.) Ah! Ah! Bu nә halәtdir? Ah, Sona! Ah, mәnim mәhәbbәtim!
Qapı döyülür, Bahadır qapıya tәrәf baxır. Sona, Yusif, Bahadır.
B a h a d ı r. Girin! (Qapıda Yusiflә Sonanı görüb özünü itirir, sonra Yusifi qucaqlayıb öpür.)
S o n a (gülümsünüb). Bizi gözlәmәyirdiniz, deyilmi?
B a h a d ı r (Sonanın әllәrindәn öpüb). Xeyr, xanım әfәndi, heç fikrimә dә gәlmәzdi! Әylәşin. (Sona pәncәrәnin qabağında oturur, Yusif Bahadırla bir yerdә.)
B a h a d ı r (qapıya gedib). Zinolin!
Z i n o l i n (qapıdan). Bәli, ağa!
B a h a d ı r. Bizә çay hazırla.
Z i n o l i n. Yaxşı.
S o n a. Çay hazır olanadәk mәn gәlәrәm, özümә әlcәk alacağam. (Gedir.)
B a h a d ı r (durub qapıyadәk ötürür). Bu yaxında taparsınız. (Gәlib oturur.) Әcәba, Maşo xanım sizinlә nә üçün gәlmәdi?
Y u s i f (başını aşağı salıb fikirdә). Bahadır bәy! Bizim gәlmәyimizә sәbәb mühüm bir mәsәlә olubdur.
B a h a d ı p. Әcәba! Nә üz veribdir?
Y u s i f (fikirdә). Sizin Sonaya vә Sonanın sizә olan mәhәbbәti mәni vә Maşonu böyük tәşvişә salıbdır. Siz özünüz bilirsiniz dünyanın işığına Sonanın gözlәri ilә baxırıq. Biz Sonanın uğrunda can vermәyә hazırıq. İndi bu tәmiz, saf ürәkli qız sizә aşiq olub, gecә-gündüz aramı yoxdur. İndi ikimiz dә gәlmişik, bәlkә üçlükdә bu işә bir sәrәncam verәk. Sonanın millәtinә olan mәhәbbәti sizә mәlum: bizim vә yainki sizin millәtin belә mәsәlәlәrdә xüsusi bir әqidәdә olmaqları da sizdәn gizlin deyil. Özünüz, әlbәttә, düşünürsünüz. Sizin kağızınızı mәn oxudum: fikirlәriniz düz, әqidәniz tәmiz, müqәddәs bir әqidә, fәqәt. (Fikir.) Camaat . millәt.
B a h a d ı r (fikirdә). Bәli. Bәli. Düz buyurursunuz. Mәn. Mәn. Sәhv etmişәm. Mәnim mәhәbbәtim sizә әziyyәt veribdir. Bağışlayınız. Әfv ediniz! Mәn. Mәn. (Söz danışa bilmәyib ağlayır.) Ah!
(Yusif başını aşağı salıb ağlayır.)
Sona, qeyrilәri vә Zinolin.
S o n a (onların hallarına tәәccüb qalaraq sözsüz pәncәrәnin qabağında oturur.) Ah!
(Zinolin stәkan gәtirib çay tökür.)
B a h a d ı r (durub tәdarük edir). Buyurun, çay için! (Sona vә Yusif mizә yaxın oturub çay içirlәr.)
B a h a d ı r. Sizdәn tәvәqqe edirәm, bu gün naharı da bir yerdә edәk. İnşaallah, sözlәşib mәslәhәt edәrik. Ümid edirәm hamı düyünlәr açılsın.
Y u s i f. Sizә zәhmәt vermәk istәmirәm, yaxşı olardı siz dә bizimlә bir yerdә restoranda nahar edәk.
S o n a. Yox, atacığım, bura yaxşıdır, mәn restoranın xörәyini sevmirәm.
B a h a d ı r. Әlbәttә, bura yaxşıdır, bizә gәlәrsiniz. Necә olsa ev xörәyi tәmiz olar.
Y u s i f. Yaxşı, sözüm yoxdur, gәlәrik! İndi qızım, gedәk.
B a h a d ı r. Haraya belә tez?
Y u s i f. Bir dost adam var, görüşmәk lazımdır. Sonra daha işimiz yoxdur, tez gәlәrik. (Sona vә Yusif çıxırlar.)
B a h a d ı r (onları qapıyadәk ötürür, qapıda durub Sonanın dalınca xeyli baxır. Sonra otaqda tez-tez gәzinmәyә başlayır. Fikirdә ikәn gah dayanır, gah gәzinir, sonra tez oturub kağız yazır; yazıb qurtarandan sonra oxuyur). Tәvәqqe edirәm mәnim ölmәyimdә heç kimi müqәssir etmәyәsiniz, mәn özüm öz әlimlә özümü öldürdüm. “Ah, insanları bir-birindәn ayıran “uçurum dәrәlәr!” Mәn sizi mәhv etmәk istәrkәn siz mәni mәhv etdiniz. Fәqәt әmin olunuz, siz axırda mәhv olunacaqsınız.
Ah! (O, tapançanı gicgahına atır.) Ah! (Yıxılır.)
Z i n o l i n (tez gәlib Bahadırı yıxılmış görür). Ağa! Ağa! (Özünü itirir.)
Yusif vә Sona gәlirlәr.
Y u s i f. Nә oldu? (Özünü itirib papağı әlindәn düşür.)
S o n a (qәşş edib Bahadırın üstünә yıxılır). Ah!
Dәlilәr evi. Sәhnәnin bir tәrәfindә ev, qabağında bağça, bağça әtrafında hasar. Dәlilәrin paltarları: başlarında ağ dәsmal, üstlәrindә uzun ağ xәlәt, don, ayaqlarında ağ corab.
Ә v v ә l i n c i d ә l i. (Sәhnәdәn dәli deyil, fәqәt anadanolma ağıldan kәm bir vücud sәhnәnin sol tәrәfindә oturub gözlәrini bir nöqtәyә dirәyir, әlindәki kağızları çeynәyir).
İ k i n c i d ә l i. (Sәhnәnin sağ tәrәfindәn iki addım qabağa gedir, iki addım dala. Bir yerdә gәzir).
Ü ç ü n c ü d ә l i. (Sәhnәnin ortasında gәzinir, әllәri ilә hәrәkәtlәr edir vә hәrdәnbir coşa gәlir, hirslәnir, danışır, fәqәt danışdığı sözlәrdәn bir şey anlaşılmayır).
D ö r d ü n c ü d ә l i. (Yavaş-yavaş gәzinir, tez-tez әtrafına baxıb qorxur, guya bunu vururlar, başını tutub ağlayır).
B e ş i n c i d ә l i. (Yerdә oturub fikrә gedir, sonra dәmbәdәm üzünә xaç edir, sәcdәyә gedir).
A l t ı n c ı d ә l i. (Sona başının yaylığı boynunda, saçları tökülmüş gәzir vә hәrdәnbir mәzlum әllәrini yuxarı qaldırır.) Allah bir. Qanun bir. Mәqsәd bir. Yol bir. (İki dәfә.) “Bir allahı buraxıb min allaha sәcdә etdik. Müsәlman, xristian, yәhudi vә bütpәrәst nә olmağını anlamıram vә istәmirәm dә anlamaq”. “Ah, sevgili Sona xanım! Mәnim bütün vücudum, bәdәnim, ağlım, ruhum hamısı sizә tәәllüq tapır, hәyatım hәyatınıza bağlıdır. Mәn özümü sizin bir hissәniz bilirәm, әcәba! Necә ola bilәr ki, bizi uçurum dәrәlәr ayıra? Әcәba, bu uçurum dәrәlәri biz insanlar düzәldib dә onları mәhv etmәk bizim ixtiyarımızda deyilmi? (Halı dәyişilir.)
Odur, qara taxtanın üstә yazılıbdır. (Gedir, әtәyi ilә guya taxtanın üstündәki yazını silir.) Odur, yenә yazıldı. (Yenә silir. Guya taxtanı qırır, başını tutub guya baxmaq istәmir. Havada yazılmış görür). Odur, indi havada yazılır! (İstәyir havada yazılan sözlәri silsin, lakin hәr tәrәfә dönürsә, gözünә yazı görünür, yazını tutub baxmaq istәyir.) Hanı bәs mәhәbbәt,hürriyyәt sözlәri? Hanı mәnim mәhәbbәtim?!
Әvvәlkilәr. Yusif, Maşo vә dәlixananın nazirәsi. Maşo qara yaslı paltarda, әlindә ağ dәsmal gözlәrini silә-silә, Yusif onun qolundan tutub, nazirә qabaqda Sonanı göstәrir.
S o n a (bunları görüb bәrkdәn). O nә sirrdir, insanlar bir-birindәn tәfriqә düşüblәr?!
M a ş o (qәşş edib yıxılır). Ah, qızım, Sona!
(Sona qәhqәhә çәkib bәrkdәn gülür.)
Bahadır və Sona
ӘHLİ-MӘCLİS
B a h a d ı r– cavan oğlan, student libasında.
Y u s i f– Avropa libasında, 50 yaşında.
M a ş o– onun arvadı, 40 yaşında.
S o n a– cavan qız, Yusifin qızı.
D a n i e l– Yusifin nökәri, 17 yaşında.
S o l t a n, A l e k s e y– Bahadırın yoldaşları, student libasında.
Z i n o l i n– Bahadırın nökәri, tatar paltarında.
B e ş d ә l i (paltarları — beşinci mәclisә bax.)
N ә z a r ә t ç i– dәlixananın böyüyü, ağ xalatlı, başında ağ yaylıq.
Mündəricat [ redaktə ]
- Birinci məclis
- İkinci məclis
- Üçüncü məclis
- Dördüncü məclis
- Beşinci məclis
Naviqasiya menyusu
- Bu səhifə sonuncu dəfə 19 avqust 2016 07:13 tarixində redaktə edilib.
- Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
- Gizlilik siyasəti
- Vikimənbə haqqında
- Məsuliyyətdən imtina
- Mobil görüntü
- Tərtibatçılar
- Statistikalar
- Kuki məlumatı
Бахадир фон Сона
Bahadır və Сона ( русский Бахадур и Сона , немецкий Бахадыр и Сона ) это название короткого романа с азербайджанским писателем Nəriman Nərimanov , которая была написана в двух частях между 1896 и 1898. Он повествует о трагической любви азербайджанского Бахадыра и армянской Соны и считается одним из первых романов на азербайджанском языке .
- 1 рассказ
- 2 отзыва
- 3 адаптации
- 4 Похожие темы в литературе
- 5 литературы
- 6 веб-ссылок
- 7 индивидуальных доказательств
история
Автор: Нориман Нериманов (1913).
На момент написания романа Нориман Нурманов, который впоследствии стал первым премьер-министром Азербайджанской Советской Социалистической Республики , все еще работал учителем в Баку . 12 февраля 1896 года, он обратился в Комитет Кавказской Цензуры ( русский Кавказский цензурный комитет разрешения) опубликовать свой роман на азербайджанском языке . В мае того же года в Баку была опубликована первая часть романа; вторая часть была издана в Баку в 1899 году.
В том же мае 1896 года книга была опубликована в армянском переводе в Тбилиси в литературном и общественно-политическом журнале Մուրճ (армянский означает молот ). В предисловии армянский писатель и интеллектуал Вртанес Папазян написал :
«Արիմանովը հրապարակախոս է, գրող, մեծ ձգտումներով և էներգիայով լեցուն մարդ, երդվել է իրեն նվիրել ր ազգի զարգաան.»
«Нəриманов – публицист, писатель, человек больших амбиций и энергии, который поклялся посвятить себя развитию и образованию своего народа».
– Вртанес Папазян
Роман издавался также на русском и турецком языках и неоднократно переиздавался. Это один из классиков азербайджанской литературы . Нəриманов является одним из азербайджанских авторов, чьи произведения были объявлены государственной собственностью постановлением Кабинета министров Азербайджанской Республики от 7 мая 2019 года .
В 2018 году небольшое страсбургское издательство Kapaz , целью которого является популяризация азербайджанской литературы во Франции, опубликовало французскую версию романа в современном стиле. Перевод с азербайджанского на французский сделал Эльвин Аббасбейли, аккредитованный переводчик при президенте Франции и французском правительстве.
Отзывы
Азербайджанский литературовед Мəммед Ариф писал, что в этом романе Нəриманов впервые в азербайджанской прозе раскрыл националистические предрассудки как причину трагедии молодых людей (азербайджанский Бахадыр и армянская Сона), которые влюбились, но умерли «без них». преодолевать искусственно созданные пропасти, разделяющие их ».
В статье о Нурмане Нурманове в Большой советской энциклопедии говорится, что автор показал в этом романе, как «искусственно разжигаемые этнические конфликты нарушили естественную дружбу между армянским и азербайджанским народами».
В конце 2017 года в журнале «Social Sciences Studies Journal» была опубликована статья профессора Университета Анкары Эрдогана Уйгура под турецким названием « Нериман Нериманов’ун Бахадир ве Сона Эсеринде Тюрк-Эрмени Кюлтюр Шатишмаси» на тему «Турецко-армянский культурный конфликт. »В романе« Бахадир фон Сона » .
Адаптации
4 октября 1914 года Нариманов закончил работу над пьесой по одноименному роману « Бахадыр фон Сона» . 7 декабря 1915 года он обратился в Кавказский цензурный комитет с просьбой разрешить поставить спектакль; это было предоставлено 31 декабря 1915 года.
В 1961 году азербайджанский композитор Сюлейман Ələsgərov состоит в оперу Bahadır və Сона , который основан на романе. Вместе с либреттистом Афрасиябом Бодулбейли он переработал роман в соответствии с требованиями оперных спецификаций; написаны новые сцены и добавлены стихи Чышлы Гурбанова .
Похожие темы в литературе
- Керем иле Асли ( азербайджанский Əsli və Kərəm ) – трагическая история любви Керема и Асли из турецко-азербайджанской народной поэзии XVI века.
- Красное покрывало (русский; нем. The Red Veil ) – рассказ русского писателя Александра Александровича Бестещева о любви азербайджанской женщины к русскому офицеру.
- 1905-ая ildə (азербайджанский, немецкий: В 1905 ) – пьеса драматурга Азербайджана Cəfər Джаббарлы о любовной истории азербайджанского Baxşı и армянской Сона во время армяно-азербайджанской войны на Кавказе
- Романтическая история (русский; немецкий: Романтическая история ) – рассказ русского писателя Степана Зоряна о любви азербайджанского Али и армянки Катарины.
- Али и Нино (немецкий; азербайджанский Əli və Nino ) – роман Курбана Саида о любви между мусульманином Али и воспитанной христианами грузинкой Нино
литература
- П. А. Азизбекова, Д. П. Гулиев: Нариманов Н. Н. Избранные произведения . Азернешр, Баку 1988, с. 376 с .
- Rsulzad, M. Ə .: Bahadır və Sona.В: rasulzade.org. 1913, по состоянию на 30 ноября 2020 г. (азербайджанский).
веб ссылки
Commons : Бахадур и Сона – Коллекция изображений
- Ноты и тексты к опере Сулеймана Шлёсгёрова Бахадыр фон Сона (азербайджанский, русский)
Индивидуальные доказательства
- ↑ аб Мамед Ариф. Избранное в двух томах . Азербайджанское государственное издательство, Баку, 1972, с. 285 с .
- ↑ Одри Л. Альтштадт: Политика культуры в Советском Азербайджане, 1920–40 . Рутледж, Лондон, Нью-Йорк, 2016, ISBN 978-1-138-63900-3 , стр. 23 (английский).
- ↑ Нариман Нариманов. Материалы любительских торжеств, посвященных 100-летию со дня рождения . Азернешр, Баку 1974, с. 47-74 с .
- ↑«Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları» nın və «Əsərləri dövlət varidatı elan edilən mülliflərin və dövlət varidatı elan edınıqinsn edql»cabmin.gov.az, 11 мая 2019 г., по состоянию на 30 ноября 2020 г. (азербайджанский).
- ↑ Vüsalə İsmətqızı: Fransada Nəriman Nərimanovun «Bahadır və Sona» kitabının təqdimatı olacaq.В: report.az. Проверено 30 ноября, 2020 (азербайджанский).
- ↑ Акил Асадов: Эльвин Аббасбəили.В: azerbaycan.li. Проверено 30 ноября, 2020 (азербайджанский).
- ↑ Нариманов . В кн . : Большая Советская Энциклопедия . Лента 51 , 1958, стр. 207 с .
- ↑ Эрдоган Уйгур: Нериман Нериманов’ун Бахадир ве Сона Эсеринде Тюрк-Эрмени Кюлтур Чатышмаси . В: Журнал социальных исследований . Лента 3 , вып. 12 , 30 декабря 2017 г., стр. 2261–2268 (турецкий, английский, онлайн [PDF]).
- ↑ История музыки народов СССР . Музыка, М., 1974, с. 95 с .
- ↑ Ina Panic: Кем был Курбан Саид?В: welt.de . 27 октября 2000, доступ к 30 ноября 2020 .
-
Эта страница последний раз была отредактирована 5 апреля 2021 в 07:28.
Текст доступен по лицензии «Creative Commons Attribution / Share Alike» ; Информацию об авторах и статусе лицензии интегрированных медиафайлов (таких как изображения или видео) обычно можно вызвать, щелкнув по ним. На содержание могут распространяться дополнительные условия. Используя этот сайт, вы соглашаетесь с условиями использования и политикой конфиденциальности .
Wikipedia® – зарегистрированная торговая марка Wikimedia Foundation Inc.
- Конфиденциальность
- Через Википедию
- отпечаток
- Мобильный вид
- разработчик
- статистика
- Мнение о файлах cookie
- This page is based on the copyrighted Wikipedia article “Bahad%C4%B1r_v%C9%99_Sona” (Authors); it is used under the Creative Commons Attribution-ShareAlike 3.0 Unported License. You may redistribute it, verbatim or modified, providing that you comply with the terms of the CC-BY-SA.
- Cookie-policy
- To contact us: mail to admin@qaz.wiki
- Change privacy settings
Comments are closed, but trackbacks and pingbacks are open.