Baninin ”Qafqaz günləri”
Cəmiyyətin aktiv üzvlərini siyasi, iqtisadi və sosial məsələlər haqda bilgiləndirir; Azərbaycan cəmiyyətinə aktual məsələlər haqda açıq müzakirələr üçün platforma yaradır.
Qafqaz günləri
Bu kitab həmçinin kitabxanalarında mövcuddur. Eyni anda bir neçə kitabxanada qeydiyyatdan keçin və kitabları daha sürətli əldə edin.
- Həcm: 270 səh. 1 illustrasiya
- Janar:b ioqrafiya və memuarlar
- Etiket:а зербайджанская литератураRedaktə etmək
399 AZN qarşılığında bu va daha 2 kitab
Abunə olmaqla siz hər ay kataloqdan AZN-ə qədər bir kitab və şəxsi seçimdən iki kitab götürə bilərsiniz. Ətraflı
Abunəlik üçün ödəniş etməklə, təklifdə göstərilən ödəniş şərtlərini və onun avtomatik yenilənməsini qəbul edirəm
Ödəmək Ləğv etmək
Kitabın təsviri
Fransada yaşayıb-yaratmış Ümmülbanu (Banin) iki məşhur neft milyonçusunun – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir. Kitabın 54-60-cı səhifələrinin tərcüməçisi Çimnaz Vəliyevadır.
Baninin ”Qafqaz günləri”
Tarixdə iki dəfə neftin hesabına xalqımızın əlinə pul gəlibdir. Hər iki dəfə öz hərəkətləri ilə pula hazır olmadıqlarını göstəriblər. Davranışları ilə “pulu xərcləmək qazanmaqdan daha çətindir” sözünün doğruluğunu sübut ediblər. Gəlin görək Banin “Qafqaz günləri” adlı xatirələr kitabında nələr yazır. Yeri gəlmişkən Baninin “Qafqaz günləri” adlı xatirələr kitabı yaxınlarda “Xan” nəşriyyatında yenidən nəşr olunub. Əvvəlki nəşrlərdə xatirələrin bəzi səmimi yerləri münasib hesab olunmadığına görə ixtisar edilmişdi. Yeni nəşrdə isə əvvəllər ixtisar edilmiş yerlər bərpa olunubdur. Bu xatirələr 20-ci əsrin əvvəllərində Bakıda, ümumən ölkədə baş vermiş hadisələr haqqında məlumat verən azsaylı mənbələrdən biridir. Iki məşhur neft milyonçusu Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olan Banin yazır: “Nənəmin üç qızı, yəni mənim bibilərim canlı, qaraşın, üz-gözü tüklü qadınlar idi, özü də yenicə qədəm qoyduqları mədəni həyatla lovğalanırdılar. Elə buna görə də rus-azərbaycan sözlərini bir-birinə qarışdırıb danışır, popiros tüstülədir, Bakının ən bahalı moda evlərində paltar tikdirirdilər. Daş-qaşa elə vurulmuşdular ki, boyun-boğazlarını bəzəməklə yanaşı, saçlarına da bahalı sancaqlar düzürdülər. Bibilərimin üçü də hikkəli arvadlar idi. Bütün günü çənə döyür, yorulmaq, bezikmək bilmədən poker oynayırdılar. Onlar qışqırmadan danışa bilmirdilər, ən sakit söhbətləri də kənardan qulaq asanlara savaşmaq təsiri bağışlayırdı. Qeybət qırmağa adət eləmişdilər, heç kimi, hətta öz ata-analarını da bəyənmirdilər. Bacılardan biri çölə çıxan kimi, digər ikisi həmin dəqiqə onun, uşaqlarının, ərinin qeybətini qırırdı. Amma yenə də öz bacardıqları kimi bir-birini sevir, bir-birindən ayrı düşə bilmir, ailə savaşından sonra küsüşəndə darıxırdılar. Aralarına söz-söhbət ataları öləndən sonra düşmüşdü, vərəsəlik bölgüsü üstündə qalmışdılar. Ərləri onları məcbur edirdi ki, atamdan vərəsə paylarını istəsinlər. Atamsa həm ailə, həm də firma başçısı idi və vərəsəni bölsə, öz rəhbər funksiyasını itirə bilərdi. Bacılardan biri ona yaxınlaşıb yazıq-yazıq öz payını istəyəndə atam mülayim səslə soruşurdu: – Axı, pul sənin nəyinə lazımdı? – Ərim istəyir. – Ərin avaranın biridir. Ər isə arvadının əliboş qayıtdığını görəndə qışqırırdı: – Qardaşın oğrudur. Ya vərəsə payını al, ya da səni boşayıram. Beləcə, bacılar qardaş hiyləsi ilə ər qəzəbi arasında qalırdılar. .. Babamın ikinci arvadı – rus qadını da vərəsə almaq üçün məhkəmə işi qaldırmış, işlər daha da korlanmışdı. Vəziyyət o qədər pisləşmişdi ki, heç kəs baş çıxarıb bir nəticəyə gələ bilmirdi. Varislər söyüşür, didişirdilər. Heç biri güzəştə getmək istəmir, bir-birinin paxıllığını çəkirdilər, şübhədən boğulurdular. Beləliklə, illər məhkəmələrdə keçdi, nəhayət, inqilab baş verdi və onların bütün mübahisələrini həll etdi. Bibilərimin ən kiçiyi əri və üç uşağı ilə bizim qonşuluqda, hündür hasar arasındakı mülkdə yaşayırdı. Həyətlərimiz arasında bir qapı da vardı. Bu adi qapı olmaqla yanaşı, həm də iki ailə arasındakı vəziyyəti bildirən barometr idi. Münasibətlər yaxşı olanda qapı açılır, korlananda isə örtülüb arxadan bağlanırdı…” Banin xatirələrində bir xeyli müxtəlif cür mətləblərə toxunur. Bibisi uşaqlarının davranışları haqqında yazır. O uşaqlar ki, hər cür tərbiyəsizlik edirlər. Uzağa tüpürmək yarışı keçirirlər. Qızların isə fikri-zikri ərə getməkdir. Oxuyaq: “…Çox sərbəst böyümüş bu uşaqlar (bibisi oğlanları ) yalan danışır, kələkbazlıqdan, xəbərçilikdən çəkinmir, yeri gələndə oğurluq da edirdilər. Onlar göz qabağında qalmış pulları çırpışdırıb, ciblərinə basır və deyirdilər: – Bizim hamımız bir ailənin övladlarıyıq, kimin nəyi varsa hamınındır… Bəzi sənətkarlar qələmlə, yaxud rənglə divar şəkilləri çəkdiyi kimi Əsədlə Əli də həmişə çox ləngidikləri ayaqyolunun əhənglənmiş divarlarına bulaşıq barmaqlarıyla naxışlar salmağı xoşlayırdılar. Bu ağ divarlarda onların yaradıcılığı çoxşaxəli idi. Bəzən gül şəkilləri çəkirdilər, bəzən də eybəcər rəsmlər. Aftafası həmişə hazır həmin ayaqyolunda adamın burnuna əhəng və rütubət iyi vururdu. Rütubətə yığışan saysız -hesabsız qırxayaqlar , bibimoğlanlarının müxtəlif rəsmlər çəkdiyi ağ divarlar buraya xüsusi bir görkəm verirdi. Oranın iyi hələ də burnumdadı və indi də qırxayaq görəndə həmin yer yadıma düşür.” Bu qarmaqarışıqlığın, bu həngamələrin içində bircə nəfər mədəniyyət daşıyıcısı idi. O adam da alman qadını, dayə Annadır. Lakin bu mədəni qadın bütün bu həngamələrin, neftin hesabına varlanmış, hərəkətləri hər cürə əndazələri aşmış adamların qarşısında çox gücsüz görünür. Baninin xatirələrində çox bədii təsvirlərə, dəqiq müşahidələrə rast gəlirik. Məsələn Banin, böyük bibisin ərini belə təsvir edir: “Bu nəhəng gövdəli, mülayim xasiyyətli dayı mənim xatirəmdə əlini qulağına tutub, yaxşı eşitməyə çalışan bir adam kimi qalıb”. Bunlarla yanaşı, Banin hadisələrə öz münasibəti və daxili dünyası haqqında da yazır. Onun xatirələrini oxuduqda adamda belə bir fikir yaranır. Banin doğrudan da, sözün həqiqi mənasında qeyri-adi bir qadındır. Onun qəribəlikləri həqiqi qəribəliklərdir. Tale necə oldu, bu qadına qeyri adi, keşməkeşli bir həyat bəxş etdi sualına cavabı bu qəribəliklərdə axtarmaq lazımdı. Varlı qohumları haqqında yazan Banin kasıb qohumlarını da unutmur. Onların da davranışları haqqında məlumat verir: “Kasıb qohum arvadların xoşuma gəlməyən cəhəti təkcə selikli öpüşlər deyildi, bizə maraq üzündən hər cür həyasızlığa yol verirdilər. Yuxuda olduğumuz vaxt yataq otaqlarımıza girir, şkaf və siyirmələri açıb, şey- şüylərimizə baxır, paltarlarımızı əllərində oynadıb parçanın qiymətini öyrənmək istəyir, əllərini sinəmizə sürtüb döşlərimizin çıxıb-çıxmadığını yoxlayırdılar. Onlar öz varlı qohumları haqqında hər şeyi öyrənməyə çalışır, hər cür suallar verirdilər. Soruşurdular ki, yetkinlik vaxtına çatmışıqmı, çatmışıqsa nə vaxtdan? Atamız hansımızı daha çox istəyir? Hərəmizin neçə donumuz var, bizə dayəlik edən xristian arvadlar nə qədər əməkhaqqı alırlar. Bu qadınlar qapılarımızı pusur, pəncərəmizdən içəri tamaşa edir, pianoya, mexaniki oyuncaq və geyimlərimizə uşaq kimi qibtə ilə baxsalar da, bütün bunların pis nəticə verə biləcəyindən çəkinir və öz güzaranlarını bizimkindən daha arxayın sayırdılar. Bəzən, həqiqətən də zəhləmizi tökür, biz qapımızı çırpıb onları otaqdan qovurduq, Amma onlar incimir, bir az sonra yenə öz bildiklərini edirdilər.” Banin bibisinin əri Süleyman haqqında bunları yazır: “ Onun qəribə hıçqırması vardı. Ömrümdə elə hıçqıran adam görməmişəm. Hıçqırması tutanda ara vermir və bəzən elə hıçqırırdı ki, adam diksinirdi. Onun bu adəti biz uşaqları əyləndirsə də, dayələrimizi hiddətə gətirirdi. Süleyman əmi bir-iki dəfə gördüyü və rəğbət bəslədiyi adamların yanında arxayınlıqla hıçqırırdı. Nəhayət, belə- belə, onun hıçqırıqlarına adət edirdilər. Bizim dayələrsə bu adəti lənətləyir, tərbiyəmizə pis təsir göstərə biləcəyini söyləyirdilər… Bir dəfə o, Berlinin polis işçilərinə gün ərzində dəfələrlə cərimə verməli olub. Almaniya paytaxtının küçələrində tüpürmək qadağan olunduğundan o, küçəyə tüpürmək həvəsinə düşüb, ürəyi istəyən qədər tüpürüb və cərimə paylayıb. O, Parisdə operanın foyesində bizim el mahnılarını oxuyur, mehmanxananın balkonundan küçəyə işəyir, təntənəli “Maksim”restoranında ucadan, sinə dolusu hıçqırırmış. O, tez-tez xaricə səfər edir, hər dəfə qayıdanda gətirdiyi hədiyyələrlə yanaşı, məşhur mehmanxanalardan oğurladığı əşyaları da nümayiş etdirir. Maraq naminə oğurladığı boşqab, külqabı və başqa xırda əşyaları bizə paylayır, bizsə belə əşyaları ən gözəl oyuncaqlardan da əziz tuturduq…” Bəli, neftin hesabına qəflətən varlanmış bir nəsildə vəziyyət bu cür idi. İnqilab baş verdi və haqlı olaraq bu adamların, bunlara oxşar digər adamların da mənzillərini, mülklərini , var-dövlətlərini tutub əllərindən aldılar. Halbuki ürəklərində bir az ədalət duyğusu olsaydı, bu adamların tarixdə yaxşı adı qala bilərdi. Pullarını itirib didərgin düşdülər, tarixdə də yaxşı bir iz qoya bilmədilər. Düz-əməlli yeyə bilməyənin payını həmişə başqaları yeyir. Onlar isə vəziyyətin tezliklə düzələcəyinə, bolşeviklərin gedəcəyinə, əvvəlki günlərin qayıdacağına, təzədən var-dövlət sahibi olacaqlarına ümid edirdilər. Onların ruhi halını Mirzə Cəlil “Bəlkə də qaytardılar” adlı yazısında çox qəşəng təsvir edibdir. Əgər siz o vaxtlar ümumilikdə ölkədə vəziyyətin necə olduğunu daha dolğun təsəvvür etmək istəyirsinzsə, Həmidə xanım Cavanşirin, Məmməd Səid Ordubadinin, Yusif Vəzir Çəmənzəminlinin də xatirələrini oxusanız, çox yaxşı olar. Mənzərə tamamlanar. Bu xatirələri oxuduqda: “Görəsən, ruslar gəlməsəydi, vəziyyət necə olacaqdı?” sualına cavab tapmaqda çətinlik çəkirsən. Bu suala birmənalı cavab vermək olmur. Ümumi mənzərə isə heç də ürəkaçan deyildi. Cəhalət, savadsızlıq, özbaşınalıq, mədəniyyətsizlik, harınlıq… Bəy zülm edir, din xadimləri bacardıqları qədər aldadır, varlılar kasıbları basıb əzir, balaca-balaca qızlar qoca kişilərə ərə verilir, mədəniyyətə hamilik edən yox dərəcəsində, adamlar ən adi xəstəliklərdən qarışqa kimi qırılır, bir qrup bədbəxt və yazıq maarifçilər isə əllərində heç bir güc olmadan bu dəhşətli vəziyyəti dəyişmək istəyirlər. Düzdü, neft milyonçularından bir-iki adamın adı xeyriyyəçi, mesenat kimi hallanır. Lakin bütün bunların hamısı miflərdir. Onların xeyriyyəçilik və mədəniyyət adına xərclədikləri pullar başqa xərclərinin yanında sadəcə qəpik-quruş idi. 90-ci illərdə adamlar milli kimlik axtardığı vaxtlarda, bu miflər çox geniş yayıldı. Bu yalanlar, bu əfsanələr hər kəsə sərf edirdi. Onların əməllərini şişirtdikcə şişirdirdilər. Sonralar da bu yalanların üstünü açan olmadı. Söhbəti bilənlər də ya qorxduqlarından, ya da özləri bu yalanlardan həzz aldıqlarından həqiqətin ortaya qoyulmasından könüllü imtina etdilər.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.
Panoya kopyala Kopyala
Ana səhifə ▸ Mənim Fikrimcə ▸ Baninin ”Qafqaz günləri”
Xəbərlər
- Mehman Sadıqov vəfat edib 12 Mart 2023
- İranın hərbi təyyarəsi Azərbaycanla sərhəddə: Bakı nota verdi 11 Mart 2023
- Ərdoğan prezident seçkisinin vaxtını rəsmən təsdiqlədi 10 Mart 2023
Dəstək verin
Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir! İşimizin davamlı olması üçün sizin də köməyinizə ehtiyacımız var. Meydan TV-yə aylıq və ya birdəfəlik yardımlarla dəstək olun.
Oxşar məqalələr
Mənasız və gülünc mübahisə
Dəyişdirilən qədər – Botsvana
Zəlzələ dərsləri
- YouTube
- info@meydan.tv
- Telegram
- (Bifrost-T tərəfindən dəstəklənir)
Missiyamız
Cəmiyyətin aktiv üzvlərini siyasi, iqtisadi və sosial məsələlər haqda bilgiləndirir; Azərbaycan cəmiyyətinə aktual məsələlər haqda açıq müzakirələr üçün platforma yaradır.
Dəstək verin
Meydan TV Azərbaycanın media məkanındakı alternativ səsidir! İşimizin davamlı olması üçün sizin də köməyinizə ehtiyacımız var. Meydan TV-yə aylıq və ya birdəfəlik yardımlarla dəstək olun.
Книга: Qafqaz günləri – Banin (Ümmülbanu)
Fransada yaşayıb-yaratmış Ümmülbanu (Banin) iki məşhur neft milyonçusunun – Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi olub. Fransız dilində qələmə alınmış “Qafqaz günləri” avtobioqrafik romanında Banin uşaqlıq illərindən başlayaraq Parisə getdiyi günə qədər həyatında baş verənləri qələmə alıb. Roman son dərəcə səmimi bir dildə yazılıb və heyrət doğuran etiraflarla doludur. Kitabda Baninin ailəsi ilə bağlı xatirələri ilə yanaşı, dövrün mədəni-siyasi hadisələri ilə də tanış oluruq. 1917-ci il inqilabı, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması, erməni-müsəlman qırğını, Qızıl Ordunun ölkəyə daxil olması ilə müstəqilliyimizə son qoyulması, varlıların mallarının müsadirə edilməsi, Azərbaycanda sosializmin inkişafı və yayılması kimi məsələlər bir şahidin dilindən nəql edilir. Kitabın 54-60-cı səhifələrinin tərcüməçisi Çimnaz Vəliyevadır.
Скачать книгу в форматах: fb2  rtf  epub  txt  pdf  pdf (мобильная версия)  fb3  
Читать книгу “Qafqaz günləri”
(фрагмент)
Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.
Оплатили, но не знаете что делать дальше?
Comments are closed, but trackbacks and pingbacks are open.