Bank işi fənnindən testlər bankların fəaliyyəti hansı qanunla nizamlanır
2. Əmanətçilər öz əmanətlərinin saxlanması üçün bank seçməkdə sərbəstdirlər; bir və ya bir neçə bankda əmanət saxlaya bilərlər.
Bank fəaliyyəti
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-08-1992, Nəşr nömrəsi: 15, Maddə nömrəsi: 633)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında bank sisteminin hüquqi əsaslarını, bank fəaliyyətinin prinsiplərini və bankların təşkili qaydasını müəyyən edir.
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Bank anlayışı
1. Bank pul vəsaitini cəlb etmək və qaytarma, ödəniş, müddətlilik şərtləri ilə öz adından yerləşdirmək üçün yaradılmış idarədir.
Banklar pul əmanətlərini qəbul edir və yerləşdirir, kreditləri cəlb edir və verir, müştərilərin və korrespondent bankların tapşırığı ilə hesablaşmalar aparır və onlara kassa xidmətini həyata keçirir.
Banklar qanunvericiliyə zidd olmayan və öz nizamnamələrində nəzərdə tutulan başqa əməliyyatları da apara bilərlər.
2. Bank hüquqi şəxsdir.
3. Bank mülkiyyətin istənilən forması əsasında yaradılır.
4. Banklar özlərinin fəaliyyətini əlaqələndirmək, mənafelərini qorumaq və birgə proqramları həyata keçirmək üçün ittifaqlar, assosiasiyalar və başqa birliklər yarada bilər.
5. “Bank” terminindən və tərkibində bu termin olan başqa söz birləşmələrindən firma adında və ya reklam məqsədləri ilə yalnız bu Qanuna müvafiq surətdə bank əməliyyatları aparmaq hüququ olan idarələr istifadə edə bilər.
M a d d ə 2. Dövlətin məsuliyyəti ilə bankların məsuliyyəti arasında hədd qoyulması
Azərbaycan Respublikasında banklar dövlətin öhdəlikləri üçün, dövlət isə bankların öhdəlikləri üçün məsuliyyət daşımır, bu Qanunda, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar, habelə belə məsuliyyəti bankların və ya dövlətin özlərinin öz öhdələrinə götürdüyü hallar istisna təşkil edir.
M a d d ə 3. Bankların nizamnamələri
1. Banklar öz nizamnamələrinə müvafiq surətdə fəaliyyət göstərirlər.
2. Bankın nizamnaməsində bunlar olmalıdır:
a) bankın adı və yeri (poçt ünvanı);
b) bankın apardığı əməliyyatların siyahısı;
v) nizamnamə fondunun məbləği və bankın yaratdığı başqa fondların siyahısı;
q) təsisçilər haqqında məlumat;
ğ) bankın idarəetmə orqanları, onların strukturu, yaradılması qaydası və funksiyaları haqqında müddəalar.
Nizamnaməyə bankın fəaliyyətinin xüsusiyyətləri ilə bağlı olub qanunvericiliyə zidd gəlməyən başqa müddəalar da daxil edilə bilər.
3. Banklar nizamnamədə edilən bütün dəyişikliklər barəsində Milli Banka məlumat verməlidirlər.
M a d d ə 4. Bankların müstəqilliyi
Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən banklar icraçı və sərəncamverici dövlət hakimiyyəti və idarəetmə orqanlarından asılı deyildirlər.
Dövlət hakimiyyəti və idarəetmə orqanları işçilərinin bankların idarəetmə orqanlarında iştirak etməsi, o cümlədən əvəzçilik yolu ilə iştirak etməsi qadağandır.
M a d d ə 5. Bank əməliyyatları və əqdləri
1. Banklar öz nizamnamələrində və Milli Bankın lisenziyalarında müəyyən edilən hüdudlarda aşağıdakı bank əməliyyatlarını və əqdlərini həyata keçirə bilər:
a) əmanətləri (depozitləri) cəlb etmək və borcalanlarla razılığa əsasən kreditlər vermək;
b) müştərilərin və korrespondent bankların tapşırığı ilə hesablaşmalar aparmaq və onlara kassa xidməti göstərmək;
v) müştərilərin və korrespondent bankların, o cümlədən xarici müştərilərin və korrespondent bankların hesablarını açmaq və aparmaq;
q) investisiya qoyulan vəsait sahiblərinin və ya sərəncamçılarının tapşırığı ilə, habelə bankın öz vəsaiti hesabına kapital qoyuluşunu maliyyələşdirmək;
ğ) ödəniş sənədlərini və qiymətli kağızları (çekləri, akkreditivləri, vekselləri, səhmləri, istiqrazları və başqa sənədləri) buraxmaq, almaq, satmaq və saxlamaq, onlar ilə başqa əməliyyatlar aparmaq;
d) üçüncü şəxslərin əvəzində zəmanətlər, təminatlar və pul şəklində icra olunması nəzərdə tutulan başqa öhdəliklər yazıb vermək;
e) mal göndərilməsinin və xidmətlər göstərilməsinin tələb olunması hüquqlarını əldə etmək, belə tələblərin icrası riskini qəbul etmək və bu tələbləri inkasso etmək (forfeytinq), habelə malların hərəkətinə əlavə nəzarət etməklə bu əməliyyatları yerinə yetirmək (faktorinq);
ə) respublika və xarici hüquqi və fiziki şəxslərindən xarici valyutanı satın almaq və onlara satmaq;
j) Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda qiymətli metalları, daş-qaşı, habelə onlardan düzəldilmiş məmulatı alıb-satmaq;
z) qiymətli metalları əmanətlərə cəlb etmək və yerləşdirmək, beynəlxalq bank praktikasına müvafiq surətdə bu sərvətlərlə başqa əməliyyatlar aparmaq;
i) müştərilərin tapşırığı ilə vəsaiti cəlb etmək və yerləşdirmək, qiymətli kağızları idarə etmək (inanış əməliyyatları);
ı) Milli Bankın tapşırığı ilə dövlət büdcəsinin kassa icrası sahəsində əməliyyatlar aparmaq;
y) broker və məsləhət xidmətləri göstərmək, lizinq əməliyyatları aparmaq;
k) Milli Bankın öz səlahiyyəti daxilində verdiyi icazə ilə başqa əməliyyatları və əqdləri həyata keçirmək.
2. Bu maddədə nəzərdə tutulmuş bütün əməliyyatlar milli valyuta ilə, habelə Milli Bankın müvafiq lisenziyası olduqda xarici valyuta ilə aparıla bilər.
3. Bankların maddi sərvətlər istehsalı və ticarəti sahəsində, habelə valyuta və kredit risklərinin sığortasından başqa, hər növ sığorta sahəsində əməliyyatlar aparması qadağandır. .
BANKLARIN AÇILMASI VƏ XİTAMI QAYDASI
M a d d ə 6. Bankların təsisçiləri, səhmdarları (iştirakçıları)
1. Siyasi təşkilatlar və ixtisaslaşdırılmış ictimai fondlar istisna edilməklə, hüquqi şəxslər və vətəndaşlar bankların təsisçiləri, səhmdarları (iştirakçıları) ola bilərlər, Təsisçilərdən, səhmdarlardan (iştirakçılardan) hər hansı birinin (dövlət və bələdiyyələr istisna olmaqla) iştirak payı nizamnamə kapitalı məbləğinin 12 faizindən çox ola bilməz. Təsisçilərin sayı 9-dan az olmamalıdır.
2. Xarici banklar və xarici kapitalın iştirakı ilə banklar yaradılarkən xarici təsisçilərdən biri bank olmalıdır.
3. Azərbaycan Respublikasında yerləşən xarici Bankların və ya onların filiallarının müdir və ya müavinlərindən azı bir nəfəri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Maddə 7. Bankların fəaliyyətinə lisenziya verilməsi
1. Banklar bank əməliyyatları aparmaq üçün Milli Bankdan aldıqları lisenziyalar əsasında fəaliyyət göstərirlər.
2. Bank əməliyyatları aparmağa lisenziya almaq üçün bankların təsisçiləri Milli Banka bu sənədləri təqdim edirlər:
a) lisenziya verilməsi haqqında vəsatət;
b) təsis sənədləri (bankın təsis müqaviləsi, nizamnaməsi, bankın nizamnaməsinin qəbul olunması və rəhbər orqanlarının təyin edilməsi haqqında protokol);
v) lazım gələrsə təsisçilərin maliyyə vəziyyəti haqqında auditor təşkilatın rəyi;
q) bankın təsisçilər tərəfindən təklif olunan rəhbərlərinin (sədrinin və baş mühasibinin) peşə yararlığı haqqında məlumat.
3. Xarici kapitalın iştirak etdiyi bankın, xarici bankın və ya qeyri-rezident bankın filialının bank əməliyyatları aparmağa lisenziya alması üçün müəyyən edilən qaydada qanuniləşdirilmiş aşağıdakı sənədlər əlavə təqdim edilir:
a) xarici hüquqi şəxslər tərəfindən:
Azərbaycan Respublikasının ərazisində bankın yaradılmasında iştirak etməsi və ya filial açması haqqında xarici təsisçinin (iştirakçının) müvafiq orqanının qərarı;
nizamnamə və ya hüquqi şəxsin statusunu təsdiq edən başqa sənəd, onun son üç ilə aid dərc olunmuş balansları;
Azərbaycan RespublikasınıN ərazisində bank yaradılmasında iştirak etməsi və ya filial açması üçün xarici təsisçinin (iştirakçının) yerləşdiyi ölkənin nəzarət orqanının yazılı razılığı (həmin dövlətin qanunvericiliyində bu cür razılıq nəzərdə tutulursa);
b) xarici vətəndaşlar tərəfindən:
həmin şəxsin ödəniş qabiliyyəti haqqında birinci dərəcəli (beynəlxalq praktikaya görə) xarici bankın təsdiqnaməsi.
4. Milli Bank bərabər rəqabət şəraitini təmin etmək üçün xarici bankların və xarici kapitalın iştirak etdiyi bankların təsisçiləri qarşısında nizamnamə kapitalının minimum və maksimum məbləğlərinə dair əlavə tələblər qoya bilər.
M a d d ə 8. Vəsatətə baxılması müddəti
1. Bank əməliyyatları aparmağa lisenziyalar verilməsi və nizamnamələrin qeydə alınması haqqında vəsatətlərə Milli Bank bu Qanunda bunun üçün nəzərdə tutulan bütün sənədləri aldığı gündən ən geci 30 gün keçənədək baxır.
2. Bu müddət ərzində vəsatətə baxılmadığı halda bilavasitə günahkar şəxslər vəzifələrindən azad edilir.
3. Vəsatət müvafiq qərarın bank təsisçilərinə göndərildiyi gün baxılmış hesab edilir.
Maddə 9. Lisenziya verməkdən imtina edilməsinin əsasları
Milli Bank bank əməliyyatları aparılmasına lisenziya verməkdən və nizamnaməni qeydə almaqdan aşağıdakı əsasların hər hansı birinə görə imtina edə bilər:
a) təsis müqaviləsinin və nizamnamənin Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun gəlməməsi;
b) təsisçilərin bank əmanətçilərinin və kreditorlarının mənafeyi üçün qorxu törədən (auditor təşkilatın və ya səlahiyyətli başqa təşkilatın rəyinə görə) yarıtmaz maliyyə vəziyyəti.
M a d d ə 10. Bankların qeydə alınması
1. Bank əməliyyatları aparılmasına lisenziya verməklə bir vaxtda Milli Bank bankı qeydə alır və qeydiyyat nömrəsini ona bildirir.
2. Bank qeydə alındığı andan hüquqi şəxs statusu qazanır.
Qeydə alınmış bank özünün yarandığı barədə rəsmi mətbuat orqanında məlumat verir.
3. Milli Bankın qeydə aldığı banklar müvafiq ərazidə qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından kənarda filiallar və nümayəndəliklər açmaq hüququna malikdirlər.
4. Banklar Azərbaycan Respublikasının hüdudlarından kənarda öz filiallarını Milli Bankın icazəsi ilə, Agentliklərini və nümayəndəliklərini isə Milli Banka qabaqcadan xəbər verməklə aça bilərlər.
Maddə 11. Bank əməliyyatları aparmaq üçün lisenziyaların geri götürülməsinin əsasları
1. Milli Bank verdiyi lisenziyanı aşağıdakı hallarda geri götürə bilər:
a) lisenziya verilərkən əsas götürülmüş məlumatın yanlış olduğu aşkara çıxanda;
b) bankın fəaliyyətə başlaması ona lisenziya verildiyi gündən etibarən bir ildən çox gecikəndə və ya bankın fəaliyyətində bir il fasilə verildikdə;
v) bank Milli Bankın lisenziyasında nəzərdə tutulmamış əməliyyatları aparanda;
q) “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsində nəzərdə tutulan əsaslara görə;
ğ) inhisarçılıq əleyhinə qanunvericiliyin tələblərinin pozuntuları aşkar ediləndə.
2. Lisenziya götürülməzdən əvvəl bu maddədə göstərilmiş pozuntuların aradan qaldırılmasına yönəldilən xəbərdarlıq tədbirləri görülməlidir.
3. Lisenziyanın geri götürülməsi bankın ləğv edilməsinə dair qərar kimi təsir göstərir.
M a d d ə 12. Bankların fəaliyyətinin xitamı
1. Bankın fəaliyyətinə səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər haqqında qanunvericiliyə müvafiq surətdə, habelə bu Qanunda və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan hallarda xitam verilir.
2. Bank öz fəaliyyətinə xitam vermək üçün rəsmi mətbuat orqanında azı iki dəfə elan verməli, bütün əmanətləri sahiblərinə qaytarmalı, sahibləri çıxmayan əmanətləri isə Milli Banka köçürməlidir. Müflis elan olunmuş bank Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyənləşdirilmiş qaydada ləğv edilir.
Maddə 13. Şikayət edilməsi və mübahisələrin həll olunması qaydası
Banklar və ya onların təsisçiləri Milli Bankın lisenziya verilməsi və nəzarət funksiyalarının icrası qaydasında qəbul etdiyi qərarlardan aidiyyəti üzrə məhkəməyə və ya arbitraj məhkəməsinə şikayət edə bilərlər.
BANKLAR ARASINDA MÜNASİBƏTLƏR, BANKLARIN MÜŞTƏRİLƏRƏ XİDMƏT GÖSTƏRMƏSİ VƏ MÜŞTƏRİLƏRİN HÜQUQ VƏ MƏNAFELƏRİNİ QORUMASI
Maddə 14. Banklararası depozit, kredit əməliyyatları və başqa əməliyyatlar, kredit üzrə faiz dərəcələri, hesablaşma formaları
1. Banklar müqavilə əsasında depozitlər, kreditlər formasında bir-birinin vəsaitini cəlb edə bilər və yerləşdirə bilər, öz nizamnamələrində nəzərdə tutulan başqa qarşılıqlı əməliyyatları apara bilərlər.
2. Müştərilərə kredit buraxmaq və qəbul etdikləri öhdəlikləri yerinə yetirmək üçün vəsait çatışmadıqda banklar kredit almaq üçün Milli Banka müraciət edə bilərlər.
3. Banklarla müştərilər arasında münasibətlər müqavilə xarakteri daşıyır. Bankların ixtiyarı yoxdur ki, müştərilərin pul vəsaitindən istifadənin istiqamətlərini müəyyən etsin və nəzarətdə saxlasın, müştərilərin öz pul vəsaitindən özləri istədiyi kimi istifadə etmək hüquqlarını qanunvericilik aktlarında və ya müqavilələrdə nəzərdə tutulmayan başqa şəkildə məhdudlaşdırsın.
4. Müştərilər kredit-hesablaşma və kassa xidməti üçün bankları müstəqil seçirlər, bank əməliyyatlarının bütün növləri üzrə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər.
5. Hesabların açılması qaydası Milli Bankın normativ aktı ilə müəyyən edilir.
6. Banklar öz əməliyyatları üzrə faiz dərəcələrini və komisyon haqqının miqdarını özləri müəyyən edirlər.
7. Banklar aşağıdakı təminatlarla: əmlakı, o cümlədən əmlak hüquqlarını girov götürərək, bank praktikasında qəbul olunmuş başqa formalarda zəmanət və öhdəlik üçün təminat alaraq kreditlər verə bilərlər.
8. Banklar təminat almadan kredit verilməsi haqqında qərar qəbul edə bilərlər (blank krediti).
9. Banklar Milli Bankın müəyyən etdiyi, habelə dünya bank praktikasında qəbul olunmuş formalarda hesablaşmalar aparırlar.
M a d d ə 15. İnhisarçılıq əleyhinə qaydalar
1. Faiz dərəcələrinin və komisyon haqqının miqdarının müəyyən edilməsi məsələlərində bank əməliyyatları bazarını inhisara almağa, bank işində rəqabəti məhdudlaşdırmağa yönəldilən razılaşmalar əldə etmək üçün bankların öz ittifaqlarından, assosiasiyalarından və başqa birliklərindən istifadə etməsi qadağandır.
2. Bankın adı müəyyən edilərkən Azərbaycan Respublikasının rəmzlərindən və “Azərbaycan Respublikası” sözlərindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə istifadə olunur.
3. Bank sahəsində inhisarçılıq əleyhinə qaydalara əməl olunmasına Milli Bank və xüsusi səlahiyyət verilmiş dövlət orqanları nəzarət edirlər.
Maddə 16. Borcalanların ödəniş qabiliyyəti olmayan (müflis) elan edilməsi
1. Bankdan aldıqları borcları vaxtında qaytaracağı barədə öhdəliklərini yerinə yetirməyən borcalan hüquqi şəxslər mətbuatda müvafiq bildiriş verməklə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ödəniş qabiliyyəti olmayan (müflis) elan edilə bilər.
2. Bankdan aldıqları borcları qaytaracağı barədə öhdəliklərini yerinə yetirməyən borcalan fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə əmlak məsuliyyəti daşıyırlar.
Maddə 17. Ödəniş qabiliyyəti olmayan elan edilmiş borcalan hüquqi şəxslər barəsində tədbirlər
1. Ödəniş qabiliyyəti olmayan (müflis) elan edilmiş borcalan hüquqi şəxslər barəsində kreditor bank aşağıdakı tədbirləri təklif edə bilər:
a) borcun yenidən təşkili;
b) operativ idarəetmənin kreditor bankın iştirakı ilə təyin edilmiş müvəqqəti müdiriyyətə verilməsi;
v) borcalan idarənin yenidən təşkili;
q) borcalan idarənin Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə ləğv edilməsi, sonra isə bankda girov qoyulmuş əmlakının satılması. Bu zaman girovsaxlayan bank öz tələblərinin girov qoyulmuş əmlakın dəyərindən ödənilməsi üçün başqa kreditorlardan üstün hüquqa malikdir.
2. Kreditor bankın təklif etdiyi tədbirlər borcalanın hüquqi statusundan asılı olaraq onun yuxarı orqanı, təsisçiləri (iştirakçıları) tərəfindən, ləğvetmə hissəsində isə həmçinin məhkəmə orqanlarının qərarı ilə həyata keçirilir.
Maddə 18. Bank sirri
1. Banklar, o cümlədən Milli Bank öz müştərilərinin və korrespondentlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini saxlamağa təminat verirlər.
2. Bankın bütün qulluqçuları bankın, onun müştərilərinin və korrespondentlərinin əməliyyatlarının, hesablarının və əmanətlərinin sirrini qorumalıdırlar. Bu qayda bank qulluqçuları işdən azad olunduqları halda da qüvvədə qalır.
3. Hüquqi şəxslərin əməliyyatları və hesabları barəsində arayışlar təşkilatların özlərinə, yuxarı orqanlarına, icraatda olan işlər üzrə istintaq və məhkəmə orqanlarına, auditor təşkilatlara, habelə dövlət vergi müfəttişliklərinə verilə bilər.
4. Vətəndaşların hesabları və əmanətləri barəsində arayışlar müştərilərin özlərindən və nümayəndələrindən əlavə, bir də müştərilərin pul vəsaitinin və başqa sərvətlərinin üzərinə həbs qoyulduqda, əmlaka tələb yönəldikdə və ya müsadirə tətbiq edildikdə məhkəmələrin və istintaq orqanlarının icraatında olan işlərlə əlaqədar onlara verilir.
5. Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar hesab və ya əmanət sahibinin banka verdiyi vəsiyyətnamədə göstərdiyi şəxslərə, vəfat etmiş əmanətçilərin əmanətləri haqqında dövlət notariat kontorlarının icraatında olan vərəsəlik işləri ilə əlaqədar həmin kontorlara, habelə notarial funksiyalarını həyata keçirərkən xarici konsul idarələrinə verilir.
M a d d ə 19. Banklarda olan pul vəsaitinin və başqa sərvətlərin üzərinə həbs qoyulması və tələbin yönəldilməsi
1. Hüquqi şəxslərin, xarici və beynəlxalq təşkilatların, habelə vətəndaşların banklarda olan pul vəsaitinin və başqa sərvətlərinin üzərinə ancaq məhkəmələrin qərarı əsasında, qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qaydada həbs qoyula bilər və ya tələb yönəldilə bilər.
2. Vətəndaşların pul vəsaiti və başqa sərvətləri əmlakın müsadirə edilməsi haqqında qanuni qüvvəyə minmiş hökm və ya qanuna müvafiq surətdə çıxarılmış qərar əsasında müsadirə edilə bilər.
AZƏRBAYCAN RESPUBLİKASINDA ƏMANƏT İŞİ
M a d d ə 20. Əhalinin əmanət qoyuluşları
1. Azərbaycan Respublikasında əhalinin əmanət qoyuluşları bütün banklar tərəfindən qəbul edilə bilər.
2. Banklar əhalinin əmanətlərinin qəbulu sahəsində həyata keçirdikləri əməliyyatların şərtlərini özləri müəyyən edirlər.
Maddə 21. Əmanətlərin salamatlığını təmin etmək sahəsində bankların vəzifələri
1. Banklar vəsaitin salamatlığını və əmanətçilər qarşısında öhdəliklərin vaxtında icra olunmasını təmin etməlidirlər.
2. Banklar Milli Bankın müəyyən etdiyi qaydada və şərtlərlə banklararası fondlar yaradaraq əhalinin əmanətlərini sığorta etməlidirlər.
M a d d ə 22. Bankların əmanətçiləri
1. Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər bankların əmanətçiləri ola bilərlər.
2. Əmanətçilər öz əmanətlərinin saxlanması üçün bank seçməkdə sərbəstdirlər; bir və ya bir neçə bankda əmanət saxlaya bilərlər.
3. Banklar əmanətə pul qəbul edərkən əmanətçiyə əmanətin qəbulunu təsdiq edən sənəd verirlər.
4. Əmanətçilər öz əmanətləri barəsində sərəncam verə bilər, əmanətlər üzrə faizlər şəklində və ya bankların təklif etdikləri, digər formada gəlir əldə edə bilər, nağdsız hesablaşmalar apara bilərlər.
5. Əmanətçinin hüququ var banka sərəncam versin ki, vəfat edərsə əmanətini hər hansı bir şəxsə və ya dövlətə versin.
6. Barəsində sərəncam verilməmiş əmanəti banklar əmanətçinin vəfat etdiyi halda Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada varislərə verir. Əmanətlər üzrə qanuni varis tapılmadıqda 10 il ərzində ildə bir dəfədən az olmayaraq həmin əmanətlər hesabına rəsmi qəzetlərdə elanlar verilərək qanuni varis axtarılır. Qanuni varisi tapılmayan əmanətlər büdcə mədaxilinə keçirilir.
Maddə 23. Yetkinlik yaşına çatmayanların əmanətlər üzrə hüquqları
1. Öz adına əmanət qoymuş yetkinlik yaşına çatmayan bu əmanət barəsində özü sərəncam verir.
2. Yetkinlik yaşına çatmayanın adına hər hansı şəxs tərəfindən qoyulmuş əmanətlər barəsində aşağıdakılar sərəncam verirlər:
o, 15 yaşına çatanadək—valideynləri və ya başqa qanuni nümayəndələri;
o, 15 yaşına çatdıqdan sonra—özü, lakin valideynlərinin və, ya başqa qanuni nümayəndələrinin razılığı ilə.
BANKLARDA UÇOT VƏ HESABAT, ONLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT
M a d d ə 24. Banklarda uçot və hesabat
Banklarda mühasibat uçotunun qaydalarını, hesabatın xarakterini və həcmini Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir.
M a d d ə 25. Bankların hesabat dərc etməsi
Mənfəətin və zərərin illik balansında və hesabında göstərilmiş məlumatın düzgünlüyü auditor təşkilat tərəfindən təsdiqlənəndən sonra banklar Milli Bankın müəyyənləşdirdiyi formalarda və müddətlərdə mənfəətin və zərərin illik balansını və hesabını dərc etdirirlər.
M a d d ə 26. Milli Bankın nəzarəti
Milli Bank “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bankların fəaliyyətinə nəzarət edir.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.
Bakı şəhəri, 7 avqust 1992-ci il.
Bank işi fənnindən testlər bankların fəaliyyəti hansı qanunla nizamlanır?
A)) Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
B) Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən orqandır.
C) Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını ayrı-ayrılıqda həyata keçirən hüquqi şəxsdir.
D) Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını həyata keçirən hüquqi şəxsdir.
E) Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılmayan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını ayrı-ayrılıqda həyata keçirən hüquqi şəxsdir.
5. Banklar Haqqında Azərbaycan Respublika Qanununa əsasən, bank olmayan kredit təşkilati nədir?
A)) Bank olmayan kredit təşkilati öz vəsaiti və cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
B) Bank olmayan kredit təşkilati öz vəsaiti və cəlb edilmiş vəsait hesabına yalniz pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
C) Bank olmayan kredit təşkilati cəlb edilmiş vəsait hesabına yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
D) Bank olmayan kredit təşkilati öz vəsaiti və cəlb edilmiş vəsait hesabına pul və ya əmlak formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
E) Bank olmayan kredit təşkilati öz vəsaiti və cəlb edilmiş vəsait hesabına yalniz qiymətli kağız formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.
6. Banklar Haqqında Azərbaycan Respublika Qanununa əsasən, Bankın filialı nədir?
A)) Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
B) Bankın filialı – hüquqi şəxs olan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın bölməsidir.
C) Bankın filialı – hüquqi şəxs olan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
D) Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
E) Bankın filialı – hüquqi şəxs olan, bankın olduğu yerdə yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
7. Banklar Haqqında Azərbaycan Respublika Qanununa əsasən, Bankın şöbəsi nədir?
A)) Bankın şöbəsi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir
B) Bankın şöbəsi – hüquqi şəxs olmayan, bankın olduğu yerdə yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
C) Bankın şöbəsi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün özünün məsuliyyət daşıdığı, bankın respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
D) Bankın şöbəsi – hüquqi şəxs olan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
E) Bankın şöbəsi – hüquqi şəxs olan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan kredit təşkilatıdır.
8. Bank lisenziyası nədir?
A)) Bank lisenziyası –Banklar haqqında Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma- kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
B) Bank lisenziyası –Milli Bank haqqında Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
C) Bank lisenziyası – Banklar haqqında Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını ayrı-ayrı halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
D) Bank lisenziyası – Milli Bank Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə əməliyyatlarını ayrı-ayrı halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
E) Bank lisenziyası –Bank və Bank fəaliyyəti haqqında Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.
9. Bank krediti nədir?
A)) Bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
B) Bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqlar kredit anlayışına aid deyildir.
C) Bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, yalnız təminatla müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
D) Bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ olmadan ) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
E) Bank krediti – bağlanmış müqaviləyə uyğun olmayaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, yalnız təminatla müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
10. Depozit nədir?
A)) Depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
B) Depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməməklə müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
C) Depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba köçürülmüş pul vəsaitidir.
D) Depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmadan başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.
E) Depozit – müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilmədən və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba köçürülmüş pul vəsaitidir.
11. Banklar Haqqında Azərbaycan Respublika Qanununa əsasən, inzibatcı kimlər hesab olunur?
A)) İnzibatçı – bankın Müşahidə Şurasının, Audit Komitəsinin və Idarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri
B) İnzibatçı – bankın Müşahidə Şurasının, Audit Komitəsinin və Idarə Heyətinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri
C) İnzibatçı – bankın Müşahidə Şurasının və Idarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri
D) İnzibatçı – bankın Müşahidə Şurasının, Audit Komitəsinin və Idarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, departament rəisləri , bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri
E) İnzibatçı – bankın Müşahidə Şurasının və Idarə Heyətinin rəhbərlərii, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri
12. Banka aidiyyəti olan şəxslər kimlərdir?
A)) Banka aidiyyatı olan şəxslər – bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər ( əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
B) Bankda işləyən hər bir şəxs
C) Bankda hər hansı bir əməliyyat aparan şəxs
D) Bankın vəzifəli işciləri
E) Banka aidiyyatı olan şəxslər – struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər ( əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.
13. Banklar Haqqında Azərbaycan Respublika Qanununun Bank inzibatcısı olan filal rəhbərlərinə dair hansı tələbləri var?
A)) ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması, vətəndaş qüsursuzluğu
B) Ali təhsilli və 4 il bank stajı olması, vətəndaş qüsursuzluğu
C) ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 1 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 3 illik iş stajının olması, vətəndaş qüsursuzluğu
D) ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması,
E) ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 1 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, vətəndaş qüsursuzluğu
14. Banklara Bank lisenziyası verilməsində müstəsna hüquqa hansı dövlət orqanı malikdir?
B) İqtisadi İnkişad Nazirliyi
C) Maliyyə Nazirliyi
D) Banklar Assosiasiyası
E) Vergilər Nazirliyi
15. Banklar Haqqında Azərbaycan Respublikası Qanununa əsasən, Bankların idarəetmə strukturu necə müəyyən olunub?
A)) – Səhmdarların ümumi yığıncağı,
Azərbaycanın bank sistemi
Azərbaycan Respublikasının bank sisteminin fəaliyyəti “Banklar haqqında” qanunla tənzimlənir.
Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir – Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.
Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank – bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir.
Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Banklar haqqında” qanun, Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları haqqında” qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir.
Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir.
2010-cu ildə bankların aktivlərinin cəmi 13290,81 milyon manat təşkil etmişdir. Orta hesabla bir bankın aktivi 295,35 milyon manata bərabər olub.
Ölkənin bank sistemində təmərküzləşmə (konsentrasiya) səviyyəsi 60,7% təşkil edir. 5 bankın (Beynəlxalq Bank, Kapital bank, Bank Standart, Xalq bank və Paşabank) aktivlərinin cəmi bütün aktivlərin 60,7%-ni təşkil edir. Ölkə üzrə bankların nizamnamə kapitalının 39,2%-i, depozitlərin 61,9%-i, kredit portfelinin 58,2%-i adıçəkilən 5 bankın payına düşür.
Bank sistemində yeganə dövlət bankı olan Beynəlxalq Bankdır. Aktivlərin 41,6%-i Beynəlxalq Banka məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir.
Yerdə qalan 20 bankın bazar payı 5%-dən də azdır. Bu bankların aktivləri ümumilikdə 639 milyon manat, orta hesabla hər bankın aktivi isə təxminən 32 milyon manata bərabərdir. Ölkə üzrə kredit portfelinin 8,3%-i, depozitlərin 2,5%-i bu bankların payına düşür. Orta hesabla hər bir bankın kredit portfeli 38 milyon manat, depozit portfeli isə 6,9 milyon manatdır.
Rəsmi məlumata görə, aprelin 1-i 2011-ci il tarixinə ölkədə 44 bank fəaliyyət göstərir. Onların 1-i dövlət, 43-i özəldir. Özəl bankların 22-si xarici kapitallıdır.
Aktivlərin həcmi
Nizamnamə kapitalının həcmi
Comments are closed, but trackbacks and pingbacks are open.