Artur Konan Doyl Şerlok Holms: Baskervillərin İti PDF
Нет отзывов
Free Books
Pulsuz Kitablar
Mister Şerlok Holms adəti üzrə yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini ye yirdi. Mən buxarının qabağında dayanıb, dünən bizə gələn adamın yadından çıxardığı əl ağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu: Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:
– Hə, Uotson, bu əl ağacı haqqında nə fi kirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.
– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?
– Bu cür əl ağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki, əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.
Holms dedi:
– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!
Bunu deyib Holms əl ağacını məndən alıb, pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.
– Uotson, Sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-Kross xəstəxanasında işləyən həkim dostları tərəfindən veri lib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.
Şerlok Holms özündən razı halda divana söykəndi, qəlyandan bir-iki qüllab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.
– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.
– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra, vizit vərəqi əvəzinə, əl ağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.
Artur Konan Doyl “Şerlok Holms : Baskervillərin İti” PDF
Dünyada illər boyu dedektiv janrda mötəbər mövqe tutan Artur Konan Doylun “Baskervillərin iti” romanının süjet xəttini – varis Çarlz Baskervilin müəmmalı ölümü təşkil edir. Bu cinayət barədə, İngiltərənin Devonşir qraflığının Qrimpen kilsəsinin həkimi Ceyms Mortimer Şerlok Holmsa xəbər verir. Məşhur xəfiyyə Şerlok Holms və onun dostu, həm də köməkçisi, doktor Uotson bu qətl hadisəsini tədqiq edirlər. Hadisələr – 1889-cu ilin sentyabr-oktyabr aylarında baş verir…Məşhur ingilis yazıçısı Artur Konan Doylun “Baskervillərin iti” romanı ilk dəfə 1901-ci ilin avqust ayından 1902-ci ilin aprel ayına kimi “Standart Magazine” aylıq jurnalında çap olunmuşdur.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Artur Konan Doyl “Şerlok Holms : Baskervillərin İti” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
Azərbaycanca.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Baskervillərin iti
Hər şey varlı ingilis Çarlz Baskervillin müəmmalı ölümündən başlayır. Məsələdən xəbər tutan təcrübəli xəfiyyə Şerlok Holms dostu doktor Vatsonla birgə araşdırmalara başlayır və hadisələr ağlasığmaz istiqamətdə inkişaf edir…
Полная версия
Читать онлайн
Отзывы о книге Baskervillərin iti
Нет отзывов
Добавить отзыв
Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться
- Последние новинки библиотеки
- Совет недели
Библиотека
- Зарубежная фантастика
- Русская фантастика
- Cаморазвитие, личностный рост
- Зарубежная психология
- Попаданцы
- Боевая фантастика
- Героическое фэнтези
- Еще жанры
- Cовременные детективы
- Любовное фэнтези
- Личная эффективность
- Зарубежные детективы
- Cовременные любовные романы
- Боевое фэнтези
- Триллеры
- Cовременная русская литература
- Практическая психология
- Зарубежная деловая литература
- Космическая фантастика
- Современная зарубежная литература
- Н. Генералова «Духи волшебной долины»
- Я. Батчаева «Круг»
- Э. Смелик «Ключ от твоего сердца»
- Р. Нокс «Бессердечный профессор»
- А. Ким «Второй процент»
- Д. В. Прохор «Хороший день плохого человека»
- А. Тихомиров «Brain»
Обратная связь
- F.A.Q.
- Обратная связь
- Политика приватности данных
- Наша почта: [email protected]
Comments are closed, but trackbacks and pingbacks are open.