Azərbaycan bayrağı: 70 illik ay-ulduz həsrəti, əbədi əsər
Ey Bacımın gəlinliyi, şəhidimin son örtüsü.
9 noyabr Dövlət Bayrağı günüdür
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib və dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Bayraq dirəyinin hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Azərbaycan bayrağı: 70 illik ay-ulduz həsrəti, əbədi əsər
Azərbaycan bayrağı! Əslində, o qədər geniş mövzudur ki, haradan başlayıb harada qurtaracağına, hansı məqamları yazıb hansı məqamları ixtisara salacağına qərar verməkdə çətinlik çəkirsən. Tarixə qısa nəzər salaq.
Tarixi Azərbaycan dövlətlərinin müxtəlif illərdə müxtəlif bayraqlarından bəhs etsək, mövzu daha da genişlənəcək. Odur ki, adında rəsmi olaraq “Azərbaycan” sözü olan dövlətin – 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağından başlayaq. Ümumiyyətlə, “Azərbaycan bayrağı” deyiləndə ilk ağıla gələn məhz Cümhuriyyət dövrü olur. Bu da təsadüfi deyil. Çünki fəxr və qürur mənbəyimiz olan üçrəngli Azərbaycan bayrağı məhz Cümhuriyyətin əbədi əsəridir.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub: 21 iyun 1918-ci il – 9 noyabr 1918-ci il. Ağ aypara və səkkizguşəli ulduzdan ibarət bu al bayraq 9 noyabr 1918-ci ildən müasir bayrağımızla əvəzlənib.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı milli bayraq haqqında qərarda deyilirdi ki, milli bayraq kimi göy, yaşıl və qırmızı rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, sovet hakimiyyəti quruldu və bu bayraqdan imtina edildi. Bu üçrəngli bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edildi və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.
“. Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı. ” (Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeirindən bir parça)
Sovet hakimiyyəti illərində, yəni 70 il ərzində düz 6 dəfə dəyişikliyə məruz qalan bayrağımız isə əsasən qırmızı fonda çəkicli-oraqlı oldu. Lakin sovet Azərbaycanının ilk bayrağını unutmamalıyıq. Qırmızı fonda sarı aypara və beşguşəli ulduzdan ibarət ilk sovet bayrağımız yalnız 1920-1921-ci illərdə istifadə olundu. 1921-ci ildən sonra – düz 70 il Azərbaycan bayrağı ay-ulduza həsrət qaldı.
Bu gün Bayraq bayramıdır. Ən təmtəraqla qeyd olunmağa layiq milli bayram elə bu bayramdır. Çünki bu üçrəngli bayrağımız milli birliyin, milli qeyrətin rəmzidir, dünyaya səpələnmiş milyonlarla azərbaycanlını birləşdirmək gücündədir.
Bu bayraq xalqımızın tarixi keçmişi, bu günü, gələcəyidir. Bu bayraq xalqın sevincli, kədərli, fərəhli günlərinin şahididir. Bu bayraq Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yaşadır.
Və əminik ki, ÜÇRƏNGLİ BAYRAĞIMIZ GEC-TEZ QARABAĞDA DALĞALANACAQ!
- Azərbaycan bayrağı
- Bəxtiyar Hacıyev
Bayraq günü ilə bağlı maraqlı VİDEOçarx – FOTO
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hazırladığı videoçarxda da bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımızın Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirdiyi qeyd olunur.
Bayrağımızın rənglərinə uyğun milli geyimlərdə olan gənclər mavi göylərin bəyaz və qızıl süsünə, müstəqilliyimizin rəmzi, milli qürurumuz, milli kimliyimizə həsr edilən şeirlər səsləndirib, dövlət atributumuzun uca zirvələrdə qürurla dalğalandığını fəxrlə qeyd ediblər.
Ey Bacımın gəlinliyi, şəhidimin son örtüsü.
İşıq-işıq, dalğa-dalğa bayrağım,
Sənin dastanını oxudum, sənin dastanını yazacağam – söyləyən gənclər videoçarxda milli atributlarımıza verilən yüksək dəyəri diqqətə çatdırmağa çalışıblar.
At belində üçrəngli bayrağımızı əlində dalğalandıran igid əsgərimizin vüqarı, əzəməti isə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun tezliklə işğal altında qalan yurd-yuvalarımızın azad ediləcəyinə, üçrəngli bayrağımızın həsrətlə əsl sahibini gözləyən torpaqlarımızda əzəmətlə dalğalanacağına əminliyi ifadə edib.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.