Bayraq haqqında fikirlr
4.Bayraq müstəqilliyin rəmzidir. Dalğalanmazsa, millət müstəqil sayılmaz.
Bayraq haqqında fikirlr
” A zerTaym.az” millət vəkili Əli Məsimlinin 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə yazdığı təbrik-statusu təqdim edir:
” B ir kərə yüksələn bayraq bir daha enməz!”
9 noyabr Dövlət Bayrağı günüdür.Bu müqədəs gün münasibətilə xalqımızı təbrik edirəm!
Milli mədəniyyətimizin,dini dəyərlərimizin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolu kimi də sivilizsuyaya meylliyimizi agah edən, üçrəngli bayrağımız həm də azadlıq və müstəqillik mücadiləmizin simvoludur. Bayrağımızın üç rəngi,üzərindəki aypara və səkkizguşəli ulduzu ilə həm tariximizi əks etdirir, həm dövlətimizin fundamental ideologiyasını müəyyənləşdirir, həm də gələcəyə yol göstərir.
“Bayraqları bayraq yapan üstündəki qandır!”
Dövlətimizinn vacib bir atributu olmaqla yanaşı,xalqımızın şərəfi, qürur mənbəyi olan üçrəngli Azərbaycan bayrağının bir daha yüksəlilməsi uğrunda şəhid olanlarımıza Tanrıdan rəhmət diləyir və ünlü şairimiz Bəxtiyar Vahabzadənın bir şeiri ilə deyirik ki:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Bir kərə yüksələn bayrağın bir daha enməzliyinə əmin olan babalarımızın inamından ruhlanaraq bu müqəddəs bayraq günündə bir daha xatırlatmaq yerinə düşər ki, bu bayrağın bir daha dalğalanmasında canından keçənlərin ruhu şad olsun deyə bizim üzərimizə düşən isə Əhməd Cavad ruhundan axıb gələn “üç rəngli bayrağınla məsud yaşa” kimi müqəddəs fikirləri qəlbimizdə daha da rövnəqləndirmək və öz ucalığı, əzəməti ilə Ginnesin “Rekordlar kitabı”na düşən Azərbaycan bayrağını Qarabağa sancmaqdır ki, düşmən ərazilərindən belə görünsün.
Sənsən Azadlıq eşqim,sənsən Hürr -deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı,
Azərbaycan bayrağı!
D övlət Bayrağı gününüz mübarək.
Bayraq haqqında fikirlr
Bayraq türklər üçün müqəddəsdir. Buna görə hər kəs bayrağı sevir, hörmət edir. Bayrağı ifadə etmək üçün ən gözəl cümlələri, fikirləri sizə təqdim edirik.
1.Başlar düşmədən yerə bayraq düşməz, vətən bölünməz.
2.Bayrağa sahib olmaq asan deyil. Bayraq, həyat sevincimizin tərifidir.
3.Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir.
4.Bayraq müstəqilliyin rəmzidir. Dalğalanmazsa, millət müstəqil sayılmaz.
5.Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaq.
Bayraq bizi birləşdirən əbədi bir sirrdir.
“Azan oxunmayacaqsa, bayraq enəcəksə, Quran gedəcəksə, ölmədən əvvəl gəlmə, oğul!” dedikləri şərəfli yerdir Çanaqqala. Çanaqqala keçilməzdir!
Dalğalandıqca bayrağım, azad olar, vətənim.
Bayraq bir millətin şərəfidir. Nə olursa olsun, yerlərə sərilməz!
Xoşbəxtliyimizin carçısı bayraqdır.
Bayraq bir millətin azadlıq əlamətidir. Düşmənin olsa belə, hörmət edilməlidir. Mustafa Kamal Atatürk
Bu bayraq heç kimi boş buraxmaz. Dosta sülh, düşmənə qorxu verər.
Bayrağını sevməyənlər və hörmət etməyənlər yolunu itirən bir gəmi kapitanı kimidir.
Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, uğrunda ölən varsa, vətəndir! Mithat Cemal Kuntay
Bayraq göy üzündə dalğalanarkən insanlığı könül süfrəsinə dəvət edər.
Bayraq İstiqlal Marşının və Türkiyənin əbədi rəmzidir.
Bu bayraq altında anadan olan bir türk qadınıyam. Mən burada yaşadım, burada da öləcəyəm. – Halide Edip Adıvar
Bayraq, bir bütövlüyü tamamlayan ilahi bir sevginin səmada dalğalanmasıdır.
Bir kərə yüksələn bayraq bir daha enməz! – Məmməd Əmin Rəsulzadə
Şəhid olsam, bu bayrağı üstümə örtün. Vətən bayrağın dalğalandığı yer deyilmi? – Ömər Seyfəddin
Narahatlıq və mübahisədən azad yaşamaq istəyirsinizsə, bayrağa hörmət etməlisiniz.
Bu bayraq zəfər çalmış bayraqdır, sən məğlub etmə, Allahım.
Ey mavi səmaların ağ və qırmızı bəzəkləri. Bacımın gəlinliyi, şəhidimin son örtüyü. İşıq-işıq, dalğa-dalğa bayrağım! Dastanını oxudum, dastanını yazacağam.
Dağlara istədiyiniz qədər xaç qoyun, hər dəfə göyə baxanda hilal görəcəksiniz. – Aliya İzetbeqoviç
Nə qədər ki, babalarım qoynunda yatır, sən mənimsən, ey gözəl torpaq. Millətin nə etdiyini bilmək istəsən, tarixə bax.
Biz dilindən vətən, millət və bayraq düşməyən türk gəncləriyik. Bu sözlərdən hansı sizi narahat edir?
Torpağa və millətə bağlılıq sevgisi bayraqlarla mövcuddur.
Bayraq haqqında fikirlr
1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.
O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan antiazərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli
Xalq Cümhuriyyətinin ilk bayrağı, 1918, 21 iyun
Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.
Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur.
Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır.
Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti
Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, 1918, 9 noyabr
Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır.
Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi.
Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.
Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.
Qeyd: Bayraqla bağlı daha geniş materiala saytımızın “E-Layihələr” linki vasitəsilə “Azərbaycan. Dövlət rəmzləri və atributları” resursunun “Azərbaycan Xalq Cümhuriyyət dövrü” bölməsində tanış olmaq olar.
Comments are closed, but trackbacks and pingbacks are open.