Press "Enter" to skip to content

Bərdədə Anım Günü ilə əlaqədar tədbir keçirilib

Tədbir bayraq haqqında sənədli filmin nümayişi və “Odlar Yurdu” Niderland-Azərbaycan təşkilatının sədri Firəngiz Bağırovanın, gənc müğənnilər Sadıx Ağamalıyev və Nicatın konsert proqramı ilə başa çatıb.

Çikaqoda Bayrağ Günü münasibətilə tədbir keçirildi – Foto

Teleqraf.com -un məlumatına görə, bu tədbir Dövlət Bayrağı Günü ilə münasibətilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America – ACMA) təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyilə keçirilib.

Bu münasibətlə məşhur “The Daley Center”-də keçirilmiş tədbiri ACMA-nın prezidenti Mehriban Məmmədova giriş sözü ilə açaraq, ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 100 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyini deyib:

“Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması ilə mümkün oldu. Həmin dövlət qadınlara seçki hüququnu BirləşmişŞtatlardan daha əvvəl verdi. Və bu bayraq ilk dəfə həmin dövlətin bayrağı oldu. Bu bayraq 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində ilk dəfə milli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında muxtar respublikanın bayrağı kimi təsdiq edildi, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapdı”.

Tədbirdə Çikaqo şəhərinin merinin departament rəhbəri Cordan Miller Çikaqo meri Rahm Emanuelin təbrik məktubunu və Azərbaycan Dövlət Bayraq Günü haqqında bəyannaməni Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin müşaviri Vüqar Qurbanova təqdim edib. Daha sonra çıxışı zamanı, xanım Miller Azərbaycanı və yerli icmamızı Dövlət Bayrağı münasibətilə təbrik edib, azərbaycanlıların Çikaqodakı icmasının aktiv fəaliyyətini təqdir edib və hər zaman dəstək göstərməyə hazırlığını bildirib.

Bundan sonra tədbirdə ABŞ Senatoru Riçard Dörbin və Nümayəndələr Palatasının üzvü, konqresmen Bobi Raşın Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın Çikaqoda icması və ACMA cəmiyyətinə təbrikləri təqdim edilib.

Tədbirdə qonaq qismində, Türkiyə Cumhuriyetinin Çikaqodakı Baş Konsulu Umut Açar, Ukrayna Respublikasının Çikaqodakı Konsulu Andrii Danyliuk, Türkiyə Amerika Mədəniyyət Aliansının Çikaqo ofisinin prezidenti Orhan Ilgaz Ulger, Amerika Yəhudi Cəmiyyətindən Natalie Callone, Amerika – Ukrayna Konqress komitəsinin prezidenti İhor Diaczun, Özbək Amerika assosiyasının prezidenti Olim Şaripov, Qırğızıstan Cəmiyyətinin rəhbər nümayəndəsi Esanbek Kaçkeev və Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Tədbir zamanı Azərbaycan Respublikasının Amerika BirləşmişŞtatlarındakı Səfirliyinin müşaviri Vüqar Qurbanov çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə soydaşlarımızı təbrik edib, dövlət bayrağımızın hər bir azərbaycanlı üçün kimlik və birlik simvolu olduğunu qeyd edib. Müstəqlliyini qazandıqdan 100 il sonra ölkə rəhbərliyinin siyasəti sayəsində Azərbaycan artıq regionda sabitlik və inkişaf faktoru, regional nəqliyyat və tranzit mərkəzi, habelə tolerantlıq və multikulturalizm modeli olduğunu bildirib.

Tədbir zamanı Türkiyə Cumhuriyetinin Çikaqodakı Baş Konsulu Umut Açar çıxışında deyib ki, Türkiyə və Azərbaycanı “Bir Millət, İki Dövlət” kimi dostluq və qardaşlıq münasibətləri birləşdirir: “Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub. Türkiyə Azərbaycan dostluğu və qardaşlığıəbədidir, sarsılmazdır”.

Tədbir zamanı Çikaqodakı Türk, Ukrayna, Özbəki, Qırğız icmasının rəhbərləri çıxış edərək Azərbaycan xalqını vəÇikaqodakı icmamımız təbrik etdi və tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Daha sonra ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Himninin sədaları altında Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə qaldırılıb. İlk dəfə olaraq, ABŞ-da Çikaqo şəhərində Dövlət Bayrağımızın dalğalanması çox qürürverici və tarixi əlamətdar bir hadisədir.

Sonra Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America) İdarə heyətinin sədri Fərid Məmmədov qonaqlara təşəkkür sertifikatları təqdim edib.

Sonda Azərbaycan cəmiyyətinin nümayəndələri və rəsmi qonaqlar ilə Bayrağımızın önündə xatirəşəkli çəkdiriblər.

Bərdədə Anım Günü ilə əlaqədar tədbir keçirilib

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən anım tədbiri keçirilib.

Bərdə rayon Mədəniyyət Mərkəzinin qarşısından baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi hörmətlə anılıb.

Əllərində üçrəngli Azərbaycan Bayrağı və şəhidlərin şəkillərini tutmuş tədbir iştirakçıları tərəfindən dövlətimizə və ordumuza dəstək olaraq “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Müzəffər Ordumuz”, “Vətən sənə canım fəda!” şüarları səsləndirilib.

Tədbirdən sonra Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, Təhsil, Bərdə regional Asan Xidmət Mərkəzi, ictimaiyyət nümayəndələri, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və çoxsaylı mədəniyyət işçilərinin iştirakı ilə rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin məzarlarını önünə gül dəstələri düzülüb.

Sonda Bərdə Regional Asan Xidmət Mərkəzi və regional mədəniyyət idarəsinin kollektivi tərəfindən Bərdə terrorunda şəhid olan dinc sakinlərin əziz xatirəsinə yaradılmış “Xatirə lövhəsi” ziyarət olunub, qarşısına tər güllər düzülərək mülki şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Bayrağı Günü ilə əlaqədar Haaqada keçirilən tədbir Niderland və Belçikadakı soydaşlarımızı bir araya gətirib

Niderland Krallığında Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası və Azərbaycanın Niderlanddakı səfirliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Səfirliyin binasında keçirilən tədbirdə Niderlandda və Belçikada yaşayan soydaşlarımız, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və səfirlik nümayəndələri iştirak ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası Dövlət Bayrağı Günü münasibətilə bu ölkələrdə yaşayan soydaşlarımızı bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə soydaşlarımızla yanaşı, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və səfirliklərin nümayəndələri də iştirak ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva tədbiri açaraq bildirib ki, bayraq qürur mənbəyimiz, hər bir dövlətin rəmzidir. O deyib: “Qürurla daşıdığımız üçrəngli bayrağımızın tarixi 1918-ci il noyabrın 9-na təsadüf edir. Düz 101 il öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilib. Ancaq təəssüf ki, müstəqilliyimiz kimi, bayrağımızın da cəmi varlığı 2 il davam edib və 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib. Bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı əsasında bərpa edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev noyabrın 9-nun hər il Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında Sərəncam imzalayıb”.

Xaricdə yaşayan hər bir azərbaycanlının evində ən azı bir bayrağımızın olduğunu deyən M.Ağamirzəyeva bildirib ki, bu bayraqlar övladlarımızın milli ruhda tərbiyə edilməsi, Vətənini sevməsi, dövlət atributumuzun daşıdığı rənglərin öyrədilməsi ilə yanaşı, lazım gəldikdə doğma Azərbaycanın haqq səsinin yaşadıqları ölkələrdə duyulması üçün keçirilən mitinqlərdə, yürüşlərdə istifadə olunur. Hamımızın ən böyük arzusu bu gün Cocuq Mərcanlıda dalğalanan bayrağımızın Qarabağda ucalmasıdır. Buna inanırıq, çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir!”.

Sonra çıxış edən Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Selcan Verdiyeva deyib: “Bizim bayrağımızın çox önəmli bir prinsipi var. Görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin sözləri ilə desək, biz türk qanlı, İslam imanlı, Avropa mədəniyyətli bir xalqıq. Bayrağımızdakı rənglərin tərənnüm etdiyi prinsiplər 1918-ci ildə xüsusilə çox önəmli idi. Çünki o dövrdə qurulan gənc respublika müsəlman Şərqində, ümumiyyətlə, türk-İslam dünyasında ilk demokratik cümhuriyyət, dünyəvi dövlət idi. Üçrəngli bayrağımız da o dövrdə bənzəri olmayan, müasir ideyalara əsaslanan bir dövləti xarakterizə edirdi”.

S.Verdiyeva qeyd edib ki, həmin dövrdən 101 il keçməsinə və bu dövrün 70-dən çox hissəsini sovet imperiyasının əsarəti altında olmağımıza baxmayaraq, bayrağımızın tərənnüm etdiyi prinsiplər xalqımız tərəfindən unudulmayıb və yaşadılır. Xüsusilə xaricdəki həmvətənlərimiz hər məqamda türk qanını, İslam imanını və müasirliyimizi yaşadıqları ölkələrdə tərənnüm edirlər, bayrağımızın ideyalarına uyğun layiqli gənclər yetişdirirlər.

Müvəqqəti işlər vəkili çıxışını M.Ə.Rəsulzadənin məşhur sözləri ilə bitirib: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

Sonra Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov və digər təşkilat rəhbəri Sima Cəfərova çıxış ediblər.

Tədbir bayraq haqqında sənədli filmin nümayişi və “Odlar Yurdu” Niderland-Azərbaycan təşkilatının sədri Firəngiz Bağırovanın, gənc müğənnilər Sadıx Ağamalıyev və Nicatın konsert proqramı ilə başa çatıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

Comments are closed, but trackbacks and pingbacks are open.