Mövzu: Hüquq anlayışı
2021-ci ilə qədər Türkiyədə “müvəqqəti qoruma” altında olan suriyalıların sayı 3,7 milyon nəfərdir ki, bu da Türkiyədə 10 milyondan çox xarici vətəndaşdan ibarət ən böyük qrupdur. Bu, Türkiyəni dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə edir.
İnsanlar niyə qaçqın olurlar?
Qaçqın və ya sığınacaq axtaran şəxs; Dininə, milli mənsubiyyətinə, müəyyən sosial qrupa mənsubiyyətinə və ya siyasi əqidəsinə görə təqib olunan və ya təqib olunmaq qorxusu və narahatlığı olan, bu səbəbdən ölkəsini tərk edən/tərk etməyə məcbur olan və geri qayıtmaq istəməyən və ya geri qayıtmaq istəməyənlər qorxmaq, sığınacaq ölkəsi tərəfindən qaçqın kimi qəbul edilməyənlər .
Beynəlxalq hüquqda “qaçqın” anlayışı vətəndaşlıq olduqları ölkədən kənarda olan və “üzrlü səbəblərə görə təqib olunmaqdan qorxduqları üçün vətəndaşlıq ölkələrinə qayıda bilməyən və ya qayıtmaq istəməyən insanlara aiddir. irqi, dini, milliyyəti, müəyyən sosial qrupa mənsubiyyəti və ya siyasi əqidəsi”.
Qaçqın problemi nə deməkdir?
BMT tərəfindən müəyyən edildiyi kimi, qaçqın irqi, dininə görə təqib olunacağından əsaslı qorxusu olan şəxsdir. , milliyyət, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi fikir. Ona görə də ölkəsini tərk edib geri qayıtmayan və ya qorxusundan qayıtmaq istəməyən insandır”. Fərdi sığınacaq daha çox siyasi səbəblərə görə verilir. Bəzən xarici səfirliklər, hərbi gəmilər və təyyarələr qaçanları qoruyur. Evsiz insanlar da bəzən qaçqın olurlar.
Qaçqınlar niyə müdafiəyə ehtiyac duyurlar?
Qaçqınların məcburi qaçış və təcrübələrinə görə immiqrantlarla müqayisədə çox vaxt ev sahibi ölkəyə inteqrasiyasını dəstəkləmək üçün qarşılanmalı olan xüsusi ehtiyacları olur.
Qaçqın kimi necə qaçmaq olar?
Evlərini tərk edib Avropaya mühacirət edən insanların Türkiyə üzərindən Avropaya çatmağın iki yolu var. Bunlardan biri Ədirnədə sərhəd xəttini qeyri-qanuni keçmək, digəri isə Egey sahillərindən yola düşən qayıqlara minməkdir.
Kimlər qaçqın ola bilər?
Qaçqın; “irqi, dini, milli mənsubiyyəti, müəyyən sosial qrupa mənsubiyyəti və ya siyasi əqidəsinə görə təqib olunacağından əsaslı qorxusu olan və bu səbəbdən öz ölkəsini tərk edə bilməyən şəxs” kimi müəyyən edilir. ya da qorxusundan geri qayıtmaq istəmir”.
Maddə 7- Müdafiəyə ehtiyacı olan uşaqları araşdırmaq, tapmaq və onların vəziyyətini araşdırmaq İl Müdirlikləri və Sosial Xidmət Şöbələrinin vəzifəsidir.
Türkiyədəki qaçqınlar kimlərdir?
2021-ci ilə qədər Türkiyədə “müvəqqəti qoruma” altında olan suriyalıların sayı 3,7 milyon nəfərdir ki, bu da Türkiyədə 10 milyondan çox xarici vətəndaşdan ibarət ən böyük qrupdur. Bu, Türkiyəni dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə edir.
Türkiyədə necə qaçqın olmaq olar?
Sığınacaq üçün müraciət etmək. Əvvəla, əcnəbinin Türkiyəyə qanuni və ya qeyri-qanuni yolla daxil olmasından asılı olaraq onun müraciət edəcəyi polis bölməsi dəyişir.
Mövzu : Hüquq anlayışı
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif təriflər mövcuddur.
Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.
Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın tarixi həyatı müəyyən edir.
Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır.
Marksist-Leninçi hüquq nəzəriyyəsi hüququn sinfi mahiyyətini – onun qanun səviyyəsinə qaldırılmış hakim sinfin iradəsi olduğunu xüsusi qeyd edir.
Hüququn tərifinə, onun təbiətini sosial hadisə kimi başa düşən digər yanaşmalar da mövcuddur.
Aşağıdakı tərif hüquq ədəbiyyatında geniş yayılmışdır.
Hüquq – dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.
Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada işlədilir:
a) obyektiv hüquq və ya obyektiv mənada hüquq; Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;
b) subyektiv hüquq və ya subyektiv mənada hüquq. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» – bu konkret şəxsə məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).
Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki, subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq – qanun çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır.
Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.
Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur. Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə aşağıda göstərilənlərdə təzahür edir:
1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları) şəklində formalaşdırır. Qanun – dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament, hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.
1. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur. Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət, əxlaq və s.) fərqləndirir.
2. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.
Belə ki, dövlət aparatının fəaliyyəti qanunvericiliyin, hüququn möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin müəyyən edilməsindən gedir.
Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir, cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında qarşılıqlı əlaqənin əsasıdır.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.