Press "Enter" to skip to content

Leyla Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində

Tədbir bədii hissə ilə davam etdirilib.

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

Gələn il Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur.

3 Sentyabr , 2018 15:24

https://static.report.az/photo/c2b9e225-d96f-4679-9f77-599757b1f73d.jpg

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan bu il Yaponiyanın Tsukuba şəhərində təşkil olunan 30-cu Beynəlxalq İnformatika Olimpiadasında (IOI) təmsil olunur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, gələn il isə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Azərbaycanda ilk dəfə təşkil ediləcək yarış ADA Universitetində keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirliklərinin və “Azercell” şirkətinin dəstəyi ilə komandamız Bakıda – Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Respublikada Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində uzunmüddətli hazırlıq və məşq prosesindən keçiblər. Bu il yarışlarda 85 ölkədən 340 nəfər şagird iştirak edir. Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi 4 şagird və 2 müəllimdən ibarət rəsmi nümayəndə heyəti təmsil edir. Şagirdlər müxtəlif yaş qrupları üzrə bölünərək yarışacaq. Beynəlxalq İnformatika Olimpiadası dünyanın ən yaxşı 5 elm olimpiadalarından hesab olunur. Azərbaycan 1994-cü ildən bu yarışların iştirakçısıdır. Məlumat üçün qeyd edək ki, bu günə qədər yarışda Azərbaycandan 55 məktəbli iştirak edib və 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.

Leyla Əliyeva Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edir. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə Təhsil naziri, “IOI 2019″un sədri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini qeyd edib. Nazir “IOI 2019″a kimi qət edilən uzun yoldan, görülən işlərdən danışıb. Bildirib ki, bu gün ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri insan kapitalının inkişafına nail olmaq, eyni zamanda, İKT və virtual tədrisin, kompüter şəbəkə biliklərinin rolunun artırılmasını təmin etməkdir.

Ölkəmizin beynəlxalq olimpiada uğurlarından söz açan Təhsıl naziri beynəlxalq olimpiadanın Azərbaycanda keçirilməsinin informatika sahəsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

ADA Universitetinin rektoru, səfir, “IOI 2019″un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li “IOI 2019” açılışı bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.

Olimpiadaanın rəsmi qlobal sponsoru “Acer”in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb.

Daha sonra “IOI 2019″un 88 ölkə və regiondan nümayəndə heyətləri təqdim edilib.

Açılış mərasimində 1989-cu ildən bəri keçirilən bütün Beynəlxalq İnformatika Olimpiadalarının loqolarının əks olunduğu, “IOI”ın rəsmi sponsoru “ACER”in fəaliyyətinə və Bakıya həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir. Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır.

Comments are closed, but trackbacks and pingbacks are open.