Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər
Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə dövlətlərin suverenliyi və ərazi bütovlüyü baxımından belə bir mühüm müddəa təsbit olunmuşdur ki, müvafiq beynəlxalq humanitar hüquq normalarının tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna heç bir xələl gətirmir.
Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan qarışıq silahlı münaqişələr – beynəlxalq münaqişələrin əlamətlərini kəsb edən, yəni digər dövlətin birbaşa hərbi müdaxilə etdiyi daxili silahlı münaqişələr – dövründə də tətbiq olunur.
Nikaraqua işində BMT-nin Beynəlxalq Məhkəməsi, Amerika Birləşmiş Ştatlarının Nikaraquadakı “kontras”lara yardımı məsələsini nəzərdən keçirərkən, nəinki müdaxilə edən dövlətin özünün humanitar hüquqa riayət etməli olduğunu qeyd etmişdi, həmçinin göstərmişdi ki, həmin dövlət Cenevrə Konvensiyaları üçün ümumi olan 1-ci maddənin tələblərindən çıxış edərək, yardım etdiyi qüvvələr tərəfindən də humanitar hüquqa riayət olunmasını təmin etməlidir.
Beynəlxalq humanitar hüquq normaları daxili gərginlik hallarına, daxili iğtişaşlara, sporadik zorakılıq aktlarına tətbiq olunmur. Bu cür hallara beynəlxalq insan hüquqları standartları şamil edilir.
Beynəlxalq humanitar hüquq
Beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
“Beynəlxalq humanitar hüquq” görkəmli alim Jan Pikte tərifindən beynəlxalq- hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründətətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adələtli və s.
Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, — onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, — müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan “Cenevrə hüququ” həyata keçirir. “Cenevrə hüququ” termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi “Haaqa hüququ” adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
Beynəlxalq humanitar hüquq, əsas etibarilə, müqaviləyə söykənir. Bu sahədə aşağıdakı sazişləri göstərmək olar:
- Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğv edilməsi haqqında Sankt Peterburq Bəyannaməsi (11 dekabr 1868);
- Asanlıqla dönə bilən və yastılanan güllələrin istifad olunmaması haqqında Haaqa Bəyannaməsi (29 iyul 1899);
- Quru müharibəsinin qanun və adətləri haqqında IX Haaqa Konvensiyası (Quru müharibəsinin qanun və adətləri haqqında)- 18 oktyabr 1907;
- Boğucu,zəhərli və ya digər belə qazların və bakterioloji vasitələrin müharibədə tətbiqinin qadağan olunması haqqında Cenevrə Protokolu (17 iyun 1925);
- Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (9 dekabr1948);
- Müharibə qurbanlarını müdafiəsinə dair Cenevrə Konvensiyalrı (12 avqust 1949);
- Quruda döyüşən silahlı qüvvələrdəki yaralı və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında Cenevrə Konvensiyası (I Konvensiya);
- Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin
vəziyyətinin yaxşılaşdırılması haqqında Cenevrə Konvensiyası (II Konvensiya); - Hərbi əsirlərlə rəftara dair Cenevrə Konvensiyası (III Konvensiya);
- Müharibə zamanı mülkü səxslərin müdafiəsinə dair Cenevrə Konvensiyası (IV Konvensiya);
- Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyası (14 may 1954);
- Bakterioloji (bioloji) və zəhərli (toksinli) silahların işlənib hazırlanmaı, istehsal edilməsi və ehtiyata toplanılmasının qadağan olunması və onların məhv olunması haqqında Konvensiya (10 aprel 1972);
- Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında Konvensiya (10 dekabr 1976);
- 12 avqust 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokollar;
- Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol (I Protokol) 8 iyun 1977;
- Qeyri-beynəlxalq xaraqterli silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokol (II Protokol) – 8 iyun 1977;
- Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında Konvensiya (10 oktyabr 1980).
Konvensiya 3p rotokol əlavə olunmuşdur: - Aşkar edilməyən qəlpələr haqqında Protokol (I Protokol).
- Minaların, mina-tələlərin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında Protokol (II Protokol).
- Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokol (IIIProtokol);
- Kimyəvi silahların işlənib hazırlanması, istehsal edilməsi, ehtiyata toplanılması vətətbiq edilməsinin qadağan olunması və onların məhv olunması haqqında Konvensiya (1993).
Sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları və onlara 1977-ci il Əlavə Protokollarıdır.
Beynəlxalq humanitar hüquqda adət normaları da əhəmiyyətli rol oynayır. Bu normaların əksər hissəsi ümumi beynəlxalq hüququn bir hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən jus cogens normaları kimi tanınmışdır. Bu cür normalar, hər hansı konvensiyanın iştirakçısı olub-olmadığından asılı olmayaraq, dünyanın hər bir dövləti üçün məcburidir.
Məsələn, Yuqoslaviya tribunalı Disko Tadiç işində (1995) qeyd etmişdir ki, daxili silahlı münaqişələr dövründə müharibə qurbanları ilə rəftara aid normalar mövcud beynəlxalq adət hüququnun bir hissəsi kimi hamılıqla tanınmışdır.
Bundan əlavə, bir mühüm məqamı qeyd etmək lazımdır ki, pozitiv hüquq
normalarının əhatə etmədiyi hallarda, “mülki əhali və vuruşan qüvvələr… insanlıq qanunlarının və ictimai şüurun tələblərinin… mühafizəsi altında qalırlar”. Bu prinsip, 1899-cu ildə onu irəli sürmüş alimin soyadına istinadən Martens klauzulası (qeyd-şərti) kimi məşhurdur və IV Haaqa Konvensiyasında və I Əlavə Protokolda öz əksini tapmışdır.
2. Beynəlxalq humanitar hüququn tətbiq sahəsi
Beynəlxalq humanitar hüquq yalnız silahlı münaqişə zamanı və istənilən silahlı münaqişə zamanı tətbiq olunur. Buna görə də silahlı münaqişəyə nəyin aid edildiyini bilmək olduqca zəruridir.
Beynəlxalq humanitar hüququn əsas tətbiq sahəsi beynəlxalq silahlı münaqişələrdir. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarının 1977-ci ildə qəbul olunmuş Əlavə Protokollarla bir yerdə cəmisi 20 müddəası əgər daxili silahlı münaqişələrə aiddirsə, 500-ə yaxın maddəsi isə beynəlxalq müharibələrə həsr olunmuşdur. Beynəlxalq silahlı münaqişə, — müharibənin elan olunub-olunmamasından, xarakterindən və tərəflərin müharibə vəziyyətini tanıyıb-tanımamasından asılı olmayaraq, — iki və ya daha artıq dövlət arasında baş verən silahlı hərbi münaqişə kimi başa düşülür.
Cenevrə Konvensiyaları üçün ümumi olan 2-ci maddədə deyilir: “Dinc dövrdə qüvvəyə minməli olan müddəalardan başqa, bu konvensiya iki və ya daha artıq Yüksək Razılığa gələn Tərəflər arasında meydana çıxan elan olunmuş müharibə və ya istənilən digər silahlı münaqişə zamanı, həmin Tərəflərdən biri müharibə vəziyyətini tanımadığı halda belə, — tətbiq olunur. Konvensiya habelə Yüksək Razılığa gələn Tərəfin ərazisinin bütövlükdə və ya qismən işğal olunduğu bütün hallarda, — bu işğal heç bir silahlı müqavimətə rast gəlmədikdə belə, — tətbiq olunur”.
Özünümüəyyənetmə hüququnu həyata keçirmək üçün müstəmləkə hökmranlığına və xarici işğala və irqçi rejimlərə qarşı xalqların apardıqları silahlı mübarizə də beynəlxalq silahlı münaqişə hesab edilir (Cenevrə Konvensiyalarına I Əlavə protokolun 1-ci maddəsinin 4-cü bəndi).
Bundan əlavə, beynəlxalq humanitar hüquq qeyri-beynəlxalq xarakterli (daxili) silahlı münaqişələrə şamil edilir. Bu, Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə göstərilmişdir. Cenevrə Konvensiyalarına II Əlavə Protokolun 1-ci maddəsinin 1-ci bəndində bu cür silahlı münaqişələrin səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir:
- bir dövlətin ərazisində baş verir;
- həmin dövlətin silahlı qüvvələri ilə müxtəlif silahlı qüvvələr və ya digər mütəşəkkil silahlanmış qruplar arasında olur;
- hökümət əleyhinə olan qüvvələr məsul komandanlıq altında olmaqla, dövlətin ərazisinin bir hissəsi üzərində elə nəzarət həyata keçirirlər ki, bu, onlara fasiləsiz və razılaşdırılmış hərbi əməliyyatlar aparmağa və müvafiq beynəlxalq humanitar hüquq normalarını tətbiq etməyə imkan verir.
Cenevrə Konvensiyaları üçün ümumi olan 3-cü maddədə dövlətlərin suverenliyi və ərazi bütovlüyü baxımından belə bir mühüm müddəa təsbit olunmuşdur ki, müvafiq beynəlxalq humanitar hüquq normalarının tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna heç bir xələl gətirmir.
Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan qarışıq silahlı münaqişələr – beynəlxalq münaqişələrin əlamətlərini kəsb edən, yəni digər dövlətin birbaşa hərbi müdaxilə etdiyi daxili silahlı münaqişələr – dövründə də tətbiq olunur.
Nikaraqua işində BMT-nin Beynəlxalq Məhkəməsi, Amerika Birləşmiş Ştatlarının Nikaraquadakı “kontras”lara yardımı məsələsini nəzərdən keçirərkən, nəinki müdaxilə edən dövlətin özünün humanitar hüquqa riayət etməli olduğunu qeyd etmişdi, həmçinin göstərmişdi ki, həmin dövlət Cenevrə Konvensiyaları üçün ümumi olan 1-ci maddənin tələblərindən çıxış edərək, yardım etdiyi qüvvələr tərəfindən də humanitar hüquqa riayət olunmasını təmin etməlidir.
Beynəlxalq humanitar hüquq normaları daxili gərginlik hallarına, daxili iğtişaşlara, sporadik zorakılıq aktlarına tətbiq olunmur. Bu cür hallara beynəlxalq insan hüquqları standartları şamil edilir.
3. Beynəlxalq humanitar hüququn prinsipləri
Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsiplərə söykənir. Bu prinsiplər aşağıdakılardır:
a) silahlı münaqişələrin humanistləşdirilməsi; bu, əslində beynəlxalq humanitar hüququn başlıca prinsipidir.
b) döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan
tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;
c) müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi;
ç) mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;
d) hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması;
e) düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyi;
ə) neytral dövlətlərin mənafelərinin qorunması.
4. Beynəlxalq humanitar hüququn əsas normaları
Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən yığcam formada belə ifadə etmək olar:
1. Sıradan çıxmış şəxslər, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali onların həyatına və fiziki toxunulmazlığına hörmət edilməsi hüququna malikdirlər. Bütün hallarda onlarla, heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir.
2. Təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən düşməni öldürmək və yaxud ona xəsarət yetirmək qadağandır.
3. Yaralılar və xəstələr yerdən götürülməli və onlara lazımi yardım göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat vasitələri də müdafiə altındadır. Qırmızı xaç və qırmızı aypara nişanına hörmət edilməlidir.
4. Əsir götürülmüş döyüş iştirakçıları (kombatantlar) və düşmən tərəfin əlində olan mülki şəxslər onların həyatına, ləyaqətinə, şəxsi hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququnamalikdirlər. Onlar istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar.
5. Hər kəsin əsas məhkəmə təminatlarına hüququ vardır. Heç kəs törətmədikləri hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi işgəncələrə, cismani cəzalara, qəddar və ya alçaldıcı rəftara məruz qalmamalıdır.
6. Münaqişənin tərəflərinin və onların silahlı qüvvələrinin döyüş aparılmasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir. Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahların və döyüş aparılması metodlarının tətbiqi qadağandır.
7. Münaqişənin tərəfləri mülki əhalini və mülki obyektləri qorumaq məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar. Nə bütövlükdə mülki əhali, nə də ayrı-ayrı mülki şəxslər hücuma məruz qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.
5. Müharibənin başlanmasının hüquqi nəticələri
Müharıbənin başlanmasə ilə, bir qayda olaraq, aşağıdakı hüquqi nəticələr ortaya çıxır:
- dövlətlər arasında diplomatik, konsulluq və digər münasibətlər kəsilir;
- səfirlik və konsulluq binalarının, onların əmlakı və arxivləri ilə bir yerdə mühafizəsi Himayəçi Dövlətə (vuruşan tərəflərin təyin edildiyi və onların mənafelərini qorumalı olan hər hansı dövlət belə adlanır) və ya onu əvəz edən hər hansı qərəzsiz təşkilata, adətən, Beynəlxalq Qırmızı Xaç Təşkilatına etibar edilir (buna humanitar hüquqda “substiut”deyilir);
- düşmən dövlətə məxsus olan mülikyyət (səfirlik və konsulluqların əmlakından başqa) müsadirə edilir;
- düşmən dövlətin vətəndaşlarına qarşı müxtəlif məhdudiyyətlərdən ibarət xüsusi rejim tətbiq edilir (o cümlədən, internləşdirmə və ya müəyyən bir zonada yaşamağa məcbur etmə);
- dinc dövr münasibətləri üçün nəzərdə tutulmuş müqavilələrin qüvvəsinə xitam verilir və ya müvəqqəti dayandırılır və beynəlxalq humanitar hüququn normaları tətbiq edilir.
6. Silahlı münaqişənin iştitakçıları
Beynəlxalq humanitar hüquq üçün ən mühüm məsələlərdən biri mülki şəxslərlə vuruşan şəxslər, yəni kombatantlar arasında fərqin dəqiq müəyyən edilməsidir. Humanitar hüquq normalarına görə, yalız kombatantlar döyüş əməliyyatlarında bilavəsitə iştirak etmək hüququna malikdirlər və onlara qarşı silah işlədilməsi mümkün sayılır.
Kombatanlara və ya kombatant statusuna malik olanlara aşağıdakılar aiddir:
- silahlı qüvvələrin tərkibinə daxil olan şəxslər (tibbi və ruhani heyətdən başqa);
- ordunun müşayiət edən, lakin silahlı qüvvələrin tərkibinə bilavəsitə daxi olmayan şəxslər; hərbi təyyarələrin ekipajına daxil edilmiş mülki şəxslər, hərbi müxbirlər, silahlı qüvvələrin məişət xidməti ilə məşğul olan və bununla bağlı müvafiq icazəsi və sənədi olan şəxsi heyət;
- yığma qoşun, partizan və müqavimət dəstələrinin üzvləri olan şəxslər, bu şərtlə ki, 1) onların başında, tabeliyində olanlara görə müsuliyyət daşıyan bir şəxs durur; 2) uzaqdan aydın seçilən müəyyən fərqləndirmə nişanları olur; 3) açıq surətdə silah gəzdirirlər; 4) öz hərəkətlərində müharibənin qanun və ədalətlərinə riayət edirlər.
Xüsusi qed edilməlidir ki, muzdlu əsgərlər kombatant və ya hərbi əsir statusuna malik deyillər və beynəlxalq hüquq normaları tərəfindən müdafiə olunmurlar. I Əlavə Protokolun 47-ci maddəsinə görə, müzdlu o şəxs sayılır ki,
- silhlı münaqişədə vuruşmaq məqsədilə xüsusi olaraq cəlb edilmişdir;
- hərbi əməliyyatlarda faktik olaraq bilavasitə iştirak edir;
- əsasən, şəxsiqazanc əldə etmək arzusu ilə hərbi əməliyyatlarda bilavasitə iştirak edir;
- nə münaqişədə olan tərəfin vətəndaşı, nə də münaqişədə olan tərəfin öz nəzarəti altında saxladığı ərazidə daim yaşayan şəxs deyildir;
- münaqişənin tərəfi olmayandövlət tərəfindən, onun silahlı qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək üçün göndərilməmişdir. Kombatantlar və mülki şəxslər arasında mövcud olan fərqli cəhətlər bunlardır:
I. Davranış:
1) mülki şəxs döyüş əməliyyatlarında iştirak etmir;
2) kombatant döyüş əməliyyatlarında iştirak edir.
- əlinə silah götürmək və onu düşmənə qarşı işlətmək hüququ yoxdur;
- beynəlxalq humanitar hüququn müddəaları çərçivəsində öldürmək hüququ var.
- təkcə əlinə silah götürdüyünə görə məsuliyyətə və cəzaya məruz qala bilər;
- hərbi əməliyyatlarda iştirak etməsinə və humanitar hüquqa uyğun silah tətbiq etməsinə görə təqibə məruz qala bilməz.
IV. Hücumlardan müdafiə:
- onu hücuma məruz qoymaq qadağandır;
- onu hücuma məruz qoymaq olar, o, hərbi hədəfdir.
V. Düşmən tərəfindən rəftar necə olmalıdır:
1) beynəlxalq humanitar hüquq ona hörmət etməyi və istənilən şəraitdə onunla humanist rəftar etməyi tələb edir;
2) əsr götürüldükdə, hərbi əsr statusuna malik olur.
7. Döyüş aparılmasının qadağan edilmiş metod və vasitələri
Beynəlxalq humanitar hüquq (“Haaqa hüququ”) döyüş aparılmasının aşağıdakı metod və vasitələrini qadağan edir:
qadağan olunmuş metodlar:
a) düşmən qoşunlarına mənsub olan şəxsləri xaincəsinə öldürmək və ya yaralamaq;
b) milli və beynəlxalq emblem,siqnal və bayraqların təyinatı üzrə istifadə edilməməsi;
c) işgəncələr,genosid, aparteid və girov götürmənin tətbiq edilməsi;
ç) parlamentyoru və onu müşayiət edən şəxsləri öldürmək;
d) şəhər və ya digər yerlərin talan edilməsi,yerli əhaliyə münasibətdə terrora əl atılması, əhali arasında aclıqdan istifadə edilməsi;
e) sanitar müəssisələrinin, qospital gəmilərinin və təyyarələrinin,sanitar işçilərinin hücuma məruz qalması,onların bombardman edilməsi və ya məhv edilməsi;
ə) düşmənin silahı yerə qoymuş və ya əsir kimi təslim olmuş şəxslərini öldürmək və ya yaralamaq;
f) düşmən tərəfə mənsub olan şəxsləri, onların öz ölkəsinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştiraka məcbur etmək;
g) sıradan çıxmış, eləcə də fəlakətə düçar olmuş uçuş aparatını tərk etmiş şəxslərə hucum etmək;
ğ) hərbi zərurət hallarından başqa, düşmən mülkiyyətinin tələf və ya zəbt edilməsi;
h) sahil balıqçılıq və ya yerli dənizçilik gəmilərinin, qospital gəmilərinin, elmi və ya dinin funksiyalar yerinə yetirən digər gəmilərin zəbt edilməsi;
x) müdafiəsiz şəhərlərin, limanların, kəndlərin və hərbi məqsədlər üçün istifadə olunmayanmənzillərin, tarixi abidələrin, qospitalların bombardıman edilməsi;
ı) heç kimi sağ qoymamaq haqqında əmr vermək və ya bununla hədələmək və yaxud bu yönümdə əməliyyatlar aparmaq;
i) mədəni mülkiyyətin, tarixi və digər abidələrin, ibadət edilən yerlərin məhv edilməsi və ya onlardan hərbi əməliyyatlarda uğur qazanmaq üçün istifadə edilməsi və s.
qadağan edilmiş vasitələr:
- insan bədənində asanlıqla dönən və ya yastılanan güllələr;
- yeganə təyinatı boğucu və ya zərərli qazlar yaymaqdan ibarət olan mərmilər;
- 400 qramdan az çəkisi olan, partlama xassəsinə malik olan və ya yanar tərkiblə təchiz edilmiş mərmilər;
- zəhərlər, zəhərlənmiş silahlar, boöucu, zəhərli və digər belə qazlar, bakterioloji və kimyəvi silah;
- genişmiqyaslı və ya uzunmüddətli və ya ciddi nəticələr törədən ətraf mühitə təsir vasitələri;
- bədəndə aşkar edilməyən qəlpələr, mina-tələlər, yandırıcı silahlar və adi silahların hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən digər növləri;
- nüvə silahı. Nüvə silahının tətbiqinin beynəlxalq humanitar hüquqa zidd olmasını BMT-nin Beynəlxalq Məhkəməsi Nüvə silahı ilə hədələməyin və ya onun tətbiqinin qanuniliyi haqqında iş üzrə 8 iyul 1996-cı il tarixdə verdiyi məsləhət xarakterli rəydə təsdiq edilmişdir.
8. Hərbi işğal rejimi
Hərbi işğal rejimi Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasında (IV Konvensiyada) nəzərdə tutulmuşdur. Bu rejimin əsas ünsürləri aşağıdakılardır:
- bir dövlətin silahlı qüvvələri digər dövlətin ərazisini müvəqqəti olaraq tutur və özündə saxlayır;
- işğal edən dövlət yeni müvəqqəti xaraqterli hüquq normaları müəyyən etmək yolu ilə həmin ərazidə hərbi nəzarət və mülki idarəçilik funksiyaları həyata keçirir;
- işğal olunmuş ərazidə ictimai qayda və əhalinin həyatı təmin edilməli, burada qüvvədə olan qanunlara hörmət edilməlidir;
- işğal olunmuş ərazidən mülki şəxslərin işğal edən dövlətin ərazisinə və ya hər hansı üçüncü dövlətin ərazisinə deportasiya olunması, habelə öz mülki əhalisinin bir hissəsinin işğal olumuş əraziyə köçürülməsi qadağandır;
- nəinki xüsusi, habelə dövlət mülkiyyətinin dağıdılmasına və məhv edilməsinə yol verilmir;
- işğal edən və işğal olunan dövlətlər arasında müharibə vəziyyəti davamedir;
- işğal olunmuş ərazi üzərində suverenlik işğalçıya keçmir və onun əvvəlki hüquq sistemini tam ləğv etmək hüququ yoxdur;
- işğal olunmuş ərazidə dövlətlərarası münasibətlər beynəlxalq humanitar hüququn normaları ilə nizama salınır;
- müharibə sona yetdikdən sonra işğalla bağlı münasibətlər müqavilə qaydasında ləğv edilməlidir.
9. Mədəni mülkiyyətin mühafizəsi
Müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri, əsas etibarilə, xüsusi beynəlxalq sazişlə – Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası ilə nizama salınır. Konvensiyanın 1-ci maddəsi mədəni mülkiyyətə bunları daxil edir:
a) hər bir xalqın mədəni irsi üçün böyük əhəmiyyətə malik olan daşınar və daşınmaz mülkiyyət, məsələn, həm dini, həm də dünyavi memarlıq, incəsənət abidələri, tarixi abidələr; arxeoloji sahələr; bütövlükdə tarixi və ya bədii maraq kəsb edən bina qrupları; incəsənət əsərləri; əlyazmalar, kitablar və bədii, tarixi və ya arxeoloji maraq kəsb edən digər obyektlər; habelə elmi məcmuələr və yaxud arxivlər və ya yuxarıda göstərilmiş əmlakın reproduksiyaları;
b) başlıca məqsədi yuxarıda sadalanmış daşınar mülkiyyəti qoruyub saxlamaq və nümayiş etdirmək olan binalar, məsələn, muzeylər, böyük kitabxanalar və arxiv binaları, habelə həmin mülkiyyəti silahlı münaqişə zamanı gizlətmək üçün istifadə olunan sığınacaqlar;
c) yuxarıda sadalanmış külli miqdarda mədəni mülkiyyəti əhatə edən mərkəzlər.
Mədəni mülkiyyəti qorumaq istiqamətində Konvensiya aşağıdakıları nəzərdə tutur:
1) göstərilən mədəni mülkiyyətdən, onları qoruyub saxlamaq üçün nəzərdə tutulmuş binalardan və bitişik sahələrdən bu mülkiyyətin dağıdılmasına və ya zədələnməsinə gətirib çıxara bilən məqsədlərlə istifadə olunması qadağandır;
2) mədəni mülkiyyətin hər hansı bir formada qeyri-qanuni mənimsənilmsi, habelə bu mülkiyyətə qarşı istənilən vandalizm aktları qadağandır və bu cür hərəkətlərin qarşısı alınmalıdır;
3) mədəni mülkiyyətin rekvizisiyası və ona qarşı yönəlmiş istənilən əvəzçıxma tədbirlərinin görülməsi qadağandır.
Ən əhəmiyyətli mədəni mülkiyyət xüsusi mühafizəyə götürülür və YUNESKO-nun Baş direktoru tərəfindən aparılan Beynəlxalq mədəni mülkiyyət reyestrinə daxil edilir. Reyestrin nüsxəsi BMT-nin Baş katibində və münaqişənin tərəfi olan hər bir dövlətdə saxlanılır. Beynəlxalq reyestrə daxil edilmış mülkiyyət hərbi immunitet qazanır.
Xüsusi mühafizəyə götürülmüş mədəni mülkiyyətin üzərində fərqləndirmə nişanı olmalıdır.
10. Müharibənin sona yetməsinin hüquqi nəticələri
Hər şeydən öncə qeyd edək ki, müharibənin sona yetmsi iki mərhələni əhatə edir:
1. Hərbi əməliyyatların bitməsi. Bu mərhələ aşağıdakı beynəlxalq-hüquqi formalarda rəsmiləşdirilir:
a) barışıq (müddətli və ya müddətsiz ola bilər);
b) təslim olma.
2. Müharibə vəziyyətinin bitməsi. Beynəlxalq-hüquqi formalari;
a) sülh müqaviləsi;
Məsələn, 1947-ci ildə bağlanmış sülh müqavilələri əsasında Almaniyanın keçmiş müttəfiqləri – Finlandiya, İtaliya, Macarıstan, Bolqarıstan və Rumıniya ilə müharibə vəziyyətinin bitməsi rəsmləşdirilmişdi.
b) birtərəfli bəyanat;
Məsələn, 1951-ci ildə İngiltərə, Fransa və ABŞ ayrı-ayrılıqda birtərəfli qaydada Almaniya ilə müharibə vəziyyətinin bitməsi haqqında bəyanat vermişdilər.
c) ikitərəfli bəyanat.
Məsələn, 19 oktyabr 1956-cı il tarixdə SSRİ və Yaponiya müharibə vəziyyətinin bitməsi və diplomatik və konsulluq münasibətlərinin bərpa olunması haqqında birgə Bəyanat imzalamışdılar.
Müharibənin sona yetməsi bu cür hüquqi nəticələr doğurur:
- diplomatik və konsulluq münasibətlərinin bərpası;
- ərazi məsələlərinin həlli;
- hərbi əsirlərin dəyişdirilməsi;
- dövləti (dövlətlərin) və ayrı-ayrı fərdlərin məsuliyyəti haqqında məsələlərin həlli
və s.
11. Beynəlxalq humanitar hüququn implementasiyası
Beynəlxalq humanitar hüququn implementasiyası beynəlxalq humanitar hüququn normalarına tam riayət olunmasını təmin etmək məqsədilə dövlətlər tərəfindən görülməli olan bütün tədbirləri əhatə edir. Bu tədbirlərdən bəziləri münaqişə zonasından kənarda və dinc dövrdə həyata keçirilməlidir.
Əsas tədbirlər aşağıdakılardır:
a) Cenevrə Konvensiyalarının və Əlavə Protokolların milli dilə tərcümələrini hazırlamaq;
b) Konvensiyaların və Protokolların mətinlərini mümkün qədər geniş – həm silahlı qüvvələrdə, həm də əhali arasında – yaymaq;
c) Konvensiyaların və Protokolların bütün pozuntuları ilə cinayət-hüquqi qaydada mübarizəni təşkil etmək, o cümlədən müharibə cinayətlərinə görə adekvat cəza nəzərdə tutan qanunvericilik qəbul etmək;
ç) Konvensiyalarla və Protokollarla qorunan şəxslərin və obyektlərin lazımi qaydada tanınmasını, yerləşdirilməsini və müdafiəsini təmin etmək;
d) qırmızı xaç, qırmızı aypara və digər nişan və emblemlərdən sui-istifadənin qarşısını almaq üçün tədbirlər görmək;
e) silahlı münaqişə zamanı əsas məhkəmə təminatlarının həyata keçirilməsinə imkan yaratmaq;
ə) beynəlxalq humanitar hüquq üzrə ixtisaslaşmış şəxslərin, o cümlədən silahlı qüvvələrin tərkibində hüquq məsləhətçilərinin təyin olunmasını və hazırlıq keçirməsini təmin etmək;
f) milli qırmızı xaç və qırmızı aypara cəmiyyətlərini və digər könüllü yardım cəmiyyətlərini, mülki müdafiə təşkilatlarını, milli məlumat bürolarını yaratmaq;
g) hərbi qüvvələri yerləşdirərkən, silahlı və hərbi taktikanı inkişaf etdirərkən beynəlxalq humanitar hüququn tələblərini nəzərə almaq;
ğ) zəruri hallarda qopital zonalarının, neytirallaşdırılmamış zonaların, təhlükəsizlik zonalarının və hərbsizləşdirilmiş zonaların yaradılmasını təmin etmək.
- Teqlər:
- beynəlxalq hüquq
- , insan hüquqları
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər Yanvarın 14-dən 16-dək Belçikanın Brüssel şəhərində Hərbi məlumatların mübadiləsi üzrə “VERİTY” seminarı keçiriləcək
13 Yanvar , 2015 10:28
https://static.report.az/photo/e20ad8a0-cea0-4a25-80d6-7a882eb83088.jpg
Bakı. 13 yanvar. REPORT.AZ/ Yanvarın 14-dən 16-dək Brüssel (Belçika) şəhərində Hərbi məlumatların mübadiləsi üzrə “VERİTY” seminarı keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat bildirilib. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Link kopyalandı
İlkin Pirəli
https://static.report.az/photo/94976e5b-b6a6-3db9-b128-e0ffd9d1ec8f_50.jpg
İngilis versiyası Azerbaijani Armed Forces representatives to attend international events
Rus versiyası Представители ВС Азербайджана примут участие в международных мероприятиях
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
“Beynəlxalq hüquq bizdən danışıqlar deyil, silahlı güc tətbiqi tələb edir” – MÜSAHİBƏ
– Səyyad müəllim, Ermənistan silahlı qüvvələri dünən Tovuza hücum edib. Bu, beynəlxalq hüquq baxımından hansı nəticələrə səbəb ola bilər və ya Azərbaycan bu məqamda irimiqyaslı əməliyyatlar həyata keçirmək üçün hansı hüquqi imkanlara malikdir?
– İyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuza edilən silahlı hücum Azərbaycana qarşı hərbi təcavüzün növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Bura mübahisəli ərazi deyil, bu məkan konfliktogen zona deyil. Sadəcə Azərbaycanın beynəlxalq hüquqla tanınan dövlət sərhəddidir. Bura tarixi Oğuz torpaqlarıdı. Yeri gəlmişkən, “Tovuz” toponimi elə “Oğuz” mənası daşıyır. Bu hücum Oğuz elinə, bizim əzəli torpaqlarımıza qarşı hücümdu. Və bu gün bu hucuma qarşı ən yaxşı cavab genişmiqyaslı hərbi əks-hücümun və eyni zamanda informasiya hücumunun tətbiqidi. Bu gün hətta beynəlxalq hüquq belə bizdən danışıqlar deyil, silahlı güc tətbiqi tələb edir. Bu silahlı təcavüzə qarşı fərdi özünümüdafiə hüququmuzdan istifadə etməli və ya əks-tədbirlər görməliyik. Yəni son addım gücə qarşı güc amilidi. Bu addımın atılmasının artıq məqamıdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev özünün çıxışlarında dəfələrlə hərbi yolun zəruri və qaçılmaz olduğunu açıq şəkildə bəyan edib.
Tovuza hərbi müdaxilə ərazi bütövlüyümüzə qarşı təhdiddir. Dövlət sərhədlərimizin pozulmasıdır. Birbaşa silahlı təcavüzdür. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü probleminin beynəlxalq hüquqi həlli metodları təkcə onun sülh yolu ilə həlli demək deyildir. Son yol həm də hərb yoludur, son sözü silahlar deyəcək.
Bu gün Tovuzda, dünən Dağlıq Qarabağda və onun ətraf rayonlarında, o biri gün İrəvanda, Zəngəzurda və Göyçədə baş verən təcavüzə görə kollektiv və fərdi özünümüdafiə, insan və vətəndaşların hüquq və azadlıqlarının pozulmasına görə hümanitar müdaxilə və əks tədbirlər, terror və təxribat aktlarının baş verməsinə görə antiterror əməliyyatlarının aparılmasına bu gün beynəlxalq hüquq qanuni əsaslarla tam imkan yaradır.
Azərbaycan dövlətinin geniş mənada özünümüdafiə hüququ BMT Nizamnaməsinə və qüvvədə olan mövcud konvensiyalara əsasən yaranır. Nizamnamənin 51-ci maddəsinə əsasən dövlətə qarşı silahlı hücum olduğu və TŞ-nın sülhün və təhlükəziliyin müdafiəsi naminə hər hansı zəruri tədbir həyata keçirmədiyi halda, fərdi və kollektiv özünümüdafiə hüququnu istisna etmir. Nizamnamə heç bir halda Azərbaycanın özünümüdafiə hüququna xələl gətirmir və bu istiqamətdə heç bir hüquqi maneə mövcud deyildir. Hətta, silahlı təcavüzə məruz qalan Azərbaycan özünümüdafiə hüququndan təkbaşına istifadə edə biləcəyi kimi, digər dövlətlərlə birgə və ya onların yardımından istifadə etmək imkanlarına da malikdir.
Fərdi özünümüdafiə həmçinin Azərbaycan üçün ya özünün məcburi köçkün vəziyyətində olan vətəndaşlarının müdafiəsi məqsədlilə humanitar müdaxilə formasında və ya ərazisində Ermənistan tərəfindən terror və digər beynəlxalq cinayətlərin törədilməsinə cavab tədbiri kimi həyata keçirilə bilər.
– Bəs bu faktlara görə yuxarıda qeyd etdiyiniz əks-tədbirlər və sanksiya tətbiqi məsələsi necə reallaşmalıdır?
– Təkcə son silahlı hücum və təxribat hadisələrinə deyil, bütövlükdə Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan əks tədbirlər və sanksiyalar tətbiq edə bilər. Beynəlxalq hüquqda əks tədbirlər yalnız hər hansı bir dövlətin hüquqazidd hərəkətlərinin nəticəsi olaraq tətbiq olunur. Yəni, Ermənistanın təcavüz hərəkətlərinə görə əks tədbirlər Azərbaycan tərəfindən ona qarşı yalnız özünümüdafiə məqsədilə tətbiq oluna bilər.
Sanksiyalara gəldikdə isə, müasir beynəlxalq hüquqa əsasən Ermənistana qarşı sanksiya tətbiqi yalnız BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq TŞ tərəfindən həyata keçirilə bilər. Belə ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması və bərpası məqsədilə BMT Nizamnaməsinə uyğun olaraq Ermənistanın təcavüz hərəkətlərinə görə beynəlxalq sanksiyaların iki növünün – 41-ci maddəyə müvafiq olaraq silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan sanksiyaların və 42-ci maddəyə uyğun olaraq hərbi sanksiyaların tətbiqi yolveriləndir. Hesab edirəm ki, Ermənistanın təcavüzkar hərəkətləri ilə bağlı BMT tərəfindən çıxarılan bütün qətnamələr (822, 853, 874 və 884 saylı qətnamələr) özü-özlüyündə sanksiya tətbiqi üçün hüquqi əsasdır. Tovuza edilən son hücüm isə sübut etdi ki, ermənilər təkcə Qarabağa yox, bütün türk torpaqlarına iddialıdır. Ona görə də onların bütün vasitələrlə susdurulmasının məqamıdır.
– Ermənilərin Tovuza hücumu ilə bağlı həm Türkiyədən siyasi dəstək gəldi, həm də xalqımız kifayət qədər milli həmrəylik nümayiş etdirir.
– Bəli, bu məsələdə kifayət qədər beynəlxalq və sosial dəstək var. Hərbi əzmkarlıq və milli iradə var. Türkiyə rəsmi bəyanat verdi, Təbriz və Kərkük dəstək aksiyası keçirir, gənclərimiz vuruşmaq üçün çox güclü əzmkarlıq nümayiş etdirir. Bu gün hər kəsi təkcə korona virusu ilə deyil, həm də erməni virusu ilə mübarizə əzmi sarıb.
Bilirsiz, belə bir deyim var: diplomatlar susanda toplar işə düşür. Diplomatlar susanda, şəhidlər öz sözünü deyir. Tarix boyu diplomatiyanın tükəndiyi məqamda hər zaman xalq danışıb, dövlətin digər resursları işə salınıb. Şəhidlərimiz var axı. Bu xalq qalib xaldı axı, axı bu millət hətta ən ağır mərəzə tutulanda belə milli qeyrət nümayiş etdirib ayağa qalxmağı, milli birlik nümayiş etdirməyi bacaran ulusdu.
Bu gün Azərbaycan xalqının sinəsi üstündə iki tonqal alovlanır: pandemiya və erməni virusu. İki tonqal yananda isə nə etmək lazım olduğunu hamımız gözəl bilirik məncə. Elin başında qəza var, təhlükə var, düşmən basqını gözlənilir, onda da igidlər yaraqlanıb, yasaqlanıb yığılardı. İndi də. Bu ölkədə pandemiyadan bəlli sayda insanlar vəfat edə bilər. Hətta mən deyərdim içində Vətən nisgili olan insanları epidemiyalar yox, mutasiya edən elə həmin nisgil daha çox öldürür. Amma bir şəhid qanı axanda, bütün xalq ölür, torpaq sızıldayır, ruhlar hayqırır.
Bu gün nəinki əks-hücümun, əks-tədbirlərin, əks-həmlələrin, hətta Zəngəzuru və İrəvanı qaytarmaq üçün irimiqyaslı hücümların, özü də bizim üçün beynəlxalq hüququn imkan verdiyi tam qanuni hücumların zamanıdır. Başlamalıyıq.
Seymur VERDİZADƏ
Comments are closed, but trackbacks and pingbacks are open.