Press "Enter" to skip to content

Bulud texnologiyası

Bulud hesablamaları aşağıdakı üstünlükləri təmin edir:

Bulud texnologiyası

Bulud hesablama internet üzərindən təklif olunan məlumatların saxlanması, verilənlərin emalı və digər kompüter xidmətlərini təmin edən texnologiyadır. Bu texnologiya sayəsində istifadəçilər istənilən cihazla internetə qoşularaq istənilən yerdən məlumat əldə edə bilirlər.

Bulud hesablamaları şirkətlərə öz biznes proseslərini sadələşdirməyə və daha sürətli nəticələr əldə etməyə imkan verir. Ənənəvi üsullarda məlumatların saxlanması və işlənməsi üçün xüsusi avadanlıq tələb olunurdu və bu aparatın saxlanması, yenilənməsi və yenilənməsi vaxt və pul itkisinə səbəb ola bilər. Bulud hesablamaları bu problemləri aradan qaldırır və şirkətlərin iş proseslərini daha səmərəli və qənaətcil edir.

Bulud hesablamaları aşağıdakı üç əsas xidmət modeli üzərində qurulub:

Xidmət olaraq proqram təminatı (SaaS): Bu modeldə istifadəçilər proqram təminatından istifadə etmək üçün pul ödəyir və proqram təminatı internet üzərindən təklif olunur. Proqramı yükləmək və quraşdırmaq əvəzinə istifadəçilər ondan birbaşa veb brauzeri vasitəsilə istifadə edə bilərlər.

Platforma Xidmət olaraq (PaaS): Bu modeldə istifadəçilər proqramların hazırlanması üçün tələb olunan platformadan istifadə edirlər. Bu platformalar proqramların inkişafı üçün tələb olunan aparat və proqram vasitələrini ehtiva edir.

Xidmət olaraq İnfrastruktur (IaaS): Bu modeldə istifadəçilər virtual serverlər, saxlama, şəbəkə avadanlığı kimi infrastruktur xidmətləri üçün ödəniş edirlər. Bu xidmətlər istifadəçilərin xüsusi kompüter və ya server qurmasına ehtiyac olmadan internet üzərindən təmin edilir.

Bulud hesablamaları aşağıdakı üstünlükləri təmin edir:

Daha az xərc: Şirkətlər xüsusi avadanlıqların təmirinə və təmirinə pul xərcləmək məcburiyyətində deyillər. Bunun əvəzinə, miqyaslana bilən həll təklif edən bulud xidmətlərindən istifadə edərək, lazım olan resursları ödəmək mümkündür.

Daha geniş miqyaslılıq: Şirkətlər xüsusi avadanlıqların məhdud imkanlarından asılı olmadan öz iş proseslərini genişləndirə bilərlər.

Daha çox təhlükəsizlik: Bulud xidmətləri məlumat təhlükəsizliyinin yüksək səviyyədə qorunmasını təmin edə bilər.

Qiymət

Hər bir bulud platformasının öz qiymət strategiyası var. Lakin əgər siz böyük bir veb layihə yaradırsınızsa istənilən halda bulud platforması sizin üçün hostinqdən daha sərfəli olacaq. Çünki siz yalnız tələbat yarandıqda ödəniş edirsiniz. Ödəniş haqqı isə komunal xərclər kimi istifadə gücündən və müddətindən asılı olaraq dəyişir.

Yekun

Əgər ciddi bir böyük layihə yaradırsınızsa və ya bir şirkətin bütün infrastrukturunu onlayn mühitə keçirmək istəyirsinizsə, xüsusi server otağı yaradıb, oraya müvafiq cihazları satın alaraq gətirib, onları vaxtaşırı yeniləmək və otağın elektrik gücünə və temperaturuna nəzarət etmək lazım deyil. Bu gün siz sadəcə olaraq bulud platformasına keçib, sizə lazım olan parametrlərlə öz serverlərinizi yaradırsınız və bir xidmət kimi aylıq ödəniş edirsiniz. Üstəlik istənilən vaxt platformanın mağazasından lazımlı əlavə tərkib hissələrini əldə edib, bir neçə dəqiqə ərzində bir neçə klikə onu öz infrastrukturunuza bərkidə bilərsiniz. Artıq Azərbaycan dilli interfeysə malik bulud platfoması da mövcuddur: AZCLOUD Portal. AZCLOUD tərəfindən təqdim edilən özünəxidmət platforması vasitəsilə siz rahatlıqla və müstəqil şəkildə, çox sayda sənədləşmə və nağd pul köçürmələri olmadan öz IT infrastrukturunuzu yarada biləcəksiniz. Bulud infrastrukturu yaratmaq üçün daxil olun: https://azcloud.az/az Qeydiyyatdan keçən hər bir istifadəçiyə ilk ay 200 AZN balans hədiyyə olunur

  • Bulud
  • bulud texnologiyaları
  • bulud həlləri
  • bulud xidmətlər

Bulud texnologiyasına transformasiya

Bu gün günəşli, gözəl bir havada Silkon Vadisinin möhtəşəm enerjisindən ilhamlanaraq, növbəti məqaləmin nədən bəhs edəcəyini düşünərkən Bulud texnologiyaları haqqında yazmağa qərara gəldim. Bu gündən sahənin liderlərindən olan AWS xidmətləri haqqında silsilə məqalələr yazacam. Biz özümüz cloud technology ‘ larına nə qədər yaxınıq, rəqəmsal transformasiya edən zaman hansı biliklərə sahib olmalıyıq , bizi bu addım atmamağa vadar edən nədir? … kimi sullara cavab axatarmağa çalışacıq

Bulud bazarında kimlər var. Amazonun AWS -i dünyanın ən sürətli böyüyən bulud xidmətlərindən biridir. Google (Cloud Platform), Microsoft (Azure), IBM (SoftLayer, Bluemix) kimi rəqibləri olsa da, AWS bu sahənin böyük qardaşıdır. Bütün Cloud sistemlərində olduğu kimi, AWS’də bütün modulları fərdi olaraq işlətmək üçün tərtib etmişdir, ancaq bir araya gələndə yaxşı nəticə göstərdiyinə tamamilə əminəm. Onların hamısının ayrı modul olması sistemin genişlənməsini təmin edir. Umumiyyətlə son zamanların inkişafına diqqət etsək Microservice architecture yanaşması bütün sahələrdə özünü bir üzə verir.

İlk öncə Cloud Computing nədir?

Bulud texnologiyası istifadəçilərin yerləşdiyi mövqedən hər hansı bir proses, proqram, verilənlərin daxil edilməsi və ya servis infrastrukturu lazım olmadan alınacaq xidmətin təmin olunmasını əhatə edən informasiya xidmətidir. Beləliklə istifadəçilər istədikləri xidmətdən öz daxili resursları olmadan, heç bir infrastrukutur yaratmadan özlərinə məxsus mühiti qurub istifadə edə bilirlər. Cloud Computing bir neçə xidmət növü vardır ki, istifadəçilər istədikləri xidməti seçə bilirlər.

İnfrastruktur servis kimi (IaaS — Infrastructure as a Service)

İnfrastrukturun yaradılması prosesini həyata keçirir. İaaS səviyyəsi infrastrukturun (hesablama resursları və yaddaş sistemini) icarəyə götürməsi servisini həyata keçirməyə imkan verir. Bu resurslara zəmanətli hesablama və yaddaş resursları verən virtual serverlərdən başqa, verilənlərin yaddaş sisteminə yüksək sürətlə daxil olmaq imkanı yaradan əlaqə kanalları da daxildir. Qısaca desək, bu səviyyədə məsələlərin həlli üçün kompüter infrastrukturu yaradılır. Mövcud olan İaaS xidmətinə — Amazon S3 (Simple Storage Service), Amazon Elastic Computer Cloud (EC2), Amazon Network, IBM Blue Cloud və s. göstərmək olar.

Platforma xidmət kimi (PaaS- Platform as a Service)

PaaS servisi istifadəçilərə virtual serverlərdə (fiziki serverlərdən təşkil olunan) yerləşən əməliyyat sistemlərindən və xüsusi proqram əlavələrindən (Apache, MySQL və s.) istifadə edilməsinə imkan yaradan virtual platformadır. Bu xidmət növündə müştərinin bulud infrastrukturu üzrə satın alınmış funksional proqramları yerləşdirmək hüququ vardır. Burada da müştəri şəbəkə, server kimi bulud strukturunu idarə etmir və yoxlamır. O sadəcə, burada quraşdırdığı funksional proqrama nəzarət edir.

Proqram təminatı xidmət kimi (SaaS — Software-as-a-Service)

Bu səviyyədə istifadə olunan servis proqramlara misal olaraq, Google Apps, Google Docs, Microsoft ”Software Services” Office 365(e-mail, video konfrans), Salesforce.com (müştərilərin qarışılıqlı əlaqəsinin idarə sistemi-CRM, müəssisənin resurslarının idarə sistemi-ERP) və s. göstərmək olar. SaaS konsepsiyasına əsasən, istifadəçi bir məhsulu satın alaraq eyni zamanda onun üçün ödəniş etmir, onu kirayə götürür. Bundan başqa, o, məhz ona lazım olan funksiyalardan istifadə edir.

Şəkilə diqqət etsəniz rənglərə uyğun olaraq ximətləri fəqrləndirə biləcik.

Bulud Modelləri

Public Cloud (Ümumi Bulud): İnternet üzərindəki serverlər ilə qurulan bir bulud texnologiyasıdır. Kiçik və orta ölçülü şirkətlərdə istifadə etdiyimiz qədər ödəniş etdiyimiz bu modelə uyğun olaraq elektron poçtları nümunə göstərə bilərik.

Private Cloud (Xüsusi Bulud): Məlumatlarının gizliliyi çox vacib olan böyük şirkətlərin seçdiyi bir bulud texnologiyasıdır. Bütün məlumatlar qurucunun əlinin altındadı , təhlükəsizlik və gizliliyi yüksəkdir.

Hybrid Cloud (Qarışıq Bulud): Public və Private Cloud-un birləşməsindən meydana gələn bulud texnologiyasıdır. Şirkətlərin həcminə görə Public və Private hissələrinə düşən faizlər dəyişiklik göstərə bilir. Misal olaraq Banklar bu modeli daha çox istifadə edir.

Community Cloud (İctimai Bulud): Bir neçə şirkət ilə ortaq istifadə edilən xidmətlərin mövcud olduğu bulud texnologiyasıdır. İcma üzvləri, icazə olduğu halda tətbiq və məlumatları əldə edə bilirlər.

Qorxularımız

Bir buluda keçid etmək istədiyimiz zaman, ilkin olaraq xərcləri düşünürük və baha oluğu qənaətinə gəlirik. Çünki ödəyəcəyimiz hesab ABŞ dolları ilədir.

Məlumatlarımızın bir gecədə itəcəyindən,

İnternetin sürətindən və ya bir gün kəsilmə ehtimalından,

Yeni əmələ gələn Bulud təhlükəsizliyi terminlərindən,

Bu sahəni bilən əməkdaşların olmamasından,

Mövcud sistemiz işləyir deyib, yeniliyə transformasiya etməkdan.

Keçid üçün bu suallara cavablar axtarmlı olacıq.

  • Böyük bulud sahibləri inhisarçı olacaqmı?
  • Gələcək internet necə olacaq? və ya “hasarlı bir bağçaya” çevriləcəkmi
  • Ölkələr məlumatların saxlanması ilə bağlı mübahisələri hüquqi necə həll edəcəklər?
  • Hesablamaları necə aparmalıyıq?
  • Köhnə vəziyyəti hesablamadan yeni bulud modellərinə necə keçirik?

Cari vəziyyəti qiymətləndirilməsi və bulud hesablama

Heç bir strategiya planınız yoxdursa Buluda keçid etməyin…

Comments are closed, but trackbacks and pingbacks are open.