Press "Enter" to skip to content

İƏLİK SƏHABƏ VƏ TABİUN İÇƏRİSİNDƏ

Müsəlmanlar içərisində şiələşmək prosesi gücləndikcə yeni şiə dövlətinin yaranması rüşeymi əmələ gəlirdi.

AZƏRBAYCAN ATABƏYLƏR DÖVLƏTİ

Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni səpkidə təhlil olunur.Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı mənbələ rindən də istifadə edilmişdir. VII əsr Ərəb dövləti və V III-IX əsrlər xilafət zamanından başl ayaraq Qərbi Asiyada ən gein şərazini birləşdirən bir dövlətin – Səlcuq imperiyasının yaranma, çiçəklənmə və parçalanması dövrü Yaxın və Orta Şərq ölkələrinin gələcək tarixi müqəddəratında böyük əhəmiyyət kəsb edir. Səlcuq sülaləsindən olan sərkərdələrin başçılığı altında oğuz və başqa türk tayfalarının işğalçılıq yürüşləri bu dövlət birliyinin başlanğıcını qoymuşdur. 1040-cı il may ayının 24-də, Sərxasla Mərv arasında, Dəndənəkəndə, Qəznəvi sultanı Məsudun orduları üzərindəki qələbə səlcuqilər üçün İran, sonrada İraqa yol açmış oldu. Deyləm sülaləsi Buveyhilər və Kakuveylərin hakimiyyəti altında olan əyalətlər bir-birinin dalmca yeni dövlətə tabe edildi. 1055-ci ildə Bağdadru tulandan sonra, təəssübkeş müsəlmanların dini rəhbəri – Abbasi xəlifəsi tərəfindən Səlcuq sərkərdəsi Toğrul bəyin hakimiyyəti təsdiq edildi . Səlcuq sülalə başçısı sultan rütbəsi alaraq, turulmuş və tabe edilmiş ölkələrin baş dünyəvi hakimi oldu.

Yükləməyə Keç [2,8 Mb] [ : 59] –>

ŞİƏLİK SƏHABƏ VƏ TABİUN İÇƏRİSİNDƏ

mənbələrdən həm əhli-sünnət, həm də əhli-şiə qaynağı olanlar vardır.

1) Şərhu-Nəhcil-Bəlağa

Bu əsərin müəllifi İbn-Əbil-Hədiddir. O,bu məşhur əsərində yazır: «Səhabələr içərisində şiə olanlar: Miqdad,

Əmmar, Əbu Zər, Salman, Cabir, Əbi bin Kəəb, Huzeyfə, Bureydə, Əbu Əyyub, Səhl bin Huneyf, Osman bin

Huneyf, ƏbulHeysəm bin ət-Teyhan, Xuzeymə bin Sabit, Əbu Tufeyl Anır bin Vasilə, Abbas bin Əbdülmüttəlib,

onun övladları, Bəni-Haşim.

Həmçinin müəllifə görə tabiilər içərisində şiə olanlar aşağıdakılardan ibarətdir:

Uveys Qərəni, Zeyd bin Səvhan, Sasaə və qardaşı Cundəb əl-Xeyr, Ubeydə əsSəlmani, şiəliyə meyliklə isə

Ömər bin Əbdüləziz və Muaviyətu-Əsğər.

2) əd-Dərəcatur-Rafiə

Bu əsərin müəllifi Seyyid Əlixan Şirazidir. O, bu məşhur əsərində yazır: «Bilki səhabələrdən çoxu Əliyə (ə)

müraciət edər və müharibələrdə onunla birlikdə olardılar. Bəni-Haşimdən şiə olanlar Əbu-Talib-bin-Müttəlib,

Cəfər, Əqil, Ümmi-Hani, Cəmanə, Həmzə bin Əbdül-Müttəlib, Abbas bin Əbdül-Müttəlib.

Digər şiələrdən Salman Farsi, Miqdad bin Əsvəd, Əbu Zər Əl-Qiffari, Əmmar bin Yasir, Huzeyfə bin

Yəman, Xuzeymə bin Sabit, Əbu Əyyub əl-Ənsari, Əbul Heysəm Malik bin Teyhan, Əbi bin Kəəb, Səd bin Ubadə,

Qeys bin Səəd, Udey bin Hatəm ət-Tai, Ubadə bin Sammit. »

3) Murcuz-Zəhəb

Bu əsərin müəllifı Məsudidir. O, əhli-sünnətin məşhur alimlərindən olub, bu məşhur əsərində yazır: «Siffeyn

döyüşündə Əli (ə) ilə birlikdə Bədr səhabilərindən 87 nəfər iştirak edirdi. Onlardan 17 nəfər Muhacirlərdən, 70

nəfər isə Ənsardan idi. O, səhabələr içərisində «təhtəş-şəcərə», «beyətur-rizvan» əhli də vardı. Bu döyüşdə 63 nəfər

səhabi Əlinin (ə) tərəfındə şəhid oldular.

«Cəməl müharibəsində isə Əli (ə) 700 nəfər atlı ilə iştirak edirdi. Onlardan 400 nəfəri Ənsar və Muhacirdən

idi. Bunlann da içərisində 70 nəfər Bədr əhli idi».

Həqiqətən bu sətirləri oxuyan hər kəsdə belə bir sual yaranır: Bu qədər səhabi və tabii içərisində şiə varsa, bu

məzhəbi qeyri-islami və ya bidətçiliklə günahlandırmaq olarmı?! Deməli səhabi və tabii içərisində şiəliyin mövcud

olması Peyğəmbərin (s) Əlinin (ə) haqq olması, ona köməklik göstərilməsi, onu tək buraxmamağı ümmətə tövsiyyə

etməsinə görə idi. Onlar Peyğəmbərdən (s) aldıqları bilgi və işarələr hesabına Əlinin (ə) ətrafına toplaşdılar.

Nəticədə Sədrul-İslam dövründə şiələr yavaş-yavaş coxalmağa başladı. Hətta bu dövrdə şiələrin sayı 1000 və ya

Həmçinin tarixdən məlumdur ki, xəlifə Osman bin Affan öldürüldükdən sonra İslamda fitnələr başlamış,

Cəməl, Siffeyn və Nəhrivan müharibələri baş vermişdir. Bu müharibələrdə isə səhabilərin çoxu Əlinin (ə) ətrafına

toplaşmış və onun tərəfində vuruşmuşlar.

Bundan sonra Əli (ə) İraqda sakin olduqdan sonra Kufə və Bəsrə əhlinin əksəriyyəti şiəliyi qəbul etmiş və

Həzrətin ətrafına toplaşmışlar. Daha sonralar şiəlik Məkkə, Mədinə, Taif, Yəmən, Misir və digər regionlarda

Hicrətin 60-cı ilində baş vermiş dəhşətli Kərbəla faciəsi şiəliyin güclənməsinə və hətta əməvilər xilafətində

bəzi şəxslərin şiəliyə meyl etməsinə səbəb olmuşdur. Bunun bariz nümunəsini Müaviyə bin Yəzidin simasında

görməkdəyik. Belə ki, o, ata-babasının xilafına olaraq xilafətdən əl çəkmiş, minbərə çıxaraq Allaha həmd edib,

Peyğəmbərə (s) salavat göndərmiş,sonra uzun xütbə oxuyaraq xilafətə yalnız Əli bin Əbi Talibin (ə) layiq olduğunu

Həmçinin Hirrə, Təvvabin və digər vaqiələr insanların əməvilərdən üz çevirib şiəliyə sarılmasına səbəb

olmuşdur. Buna dəlil tabiilər və təbətəbailər içərisində olan bəzi şəxsləri göstərmək olar. Belə ki, məşhur

əhli-sünnət alimi Zəhəbi «Mizanul Etidal» əsərində yazır: «Həqiqətən şiələşmək tabilər və təbə-tabiilər içərisində

Əməvilər dövlətinin sonları, abbasilər dövlətinin isə əvvəllərində siyasi sıxıntılıqdan xilas olmuş şiələr daha

da genişlənmiş, öz əqidələrini xalq içərisində geniş yaymışlar. Hətta onlar bu dönəmdə digər regionlara da sirayət

ŞİƏLİK XƏLİFƏLƏR İÇƏRİSİNDƏ

İslam ümməti içərisində şiəlik geniş vüsət tapdıqca ona sadə xalq kütləsi deyil, eyni zamanda xəlifələr

(Muhsin əl-Əmin, Əyanuş-şiə, I cild, səh-25)

(Bax: Əllamə Hairi Ələmi, DairəTul-Məarif, XVII cild, səh-227-228)

içərisində də ona meyl edənlər və bu məzhəbi dəstəkləyənlər olmuşdur. Şiəlik tarixində şiəliyin ən çox sıxışdırıldığı

dövr Bəni-Uməyyə dövrü olmasına baxmayaraq bu sülalə içərisində də şiəliyə meyl edənlər olmuşdur. Bu məqama

toxunan Əllamə Möhsin əl-Əmin yazır:

«Bəni-Uməyyədən şiəliyə meyl edənlərdən Müaviyə əl-Əsğər bin Yəzid və Ömər bin Əbdüləziz olmuşdur»

Həqiqətən də hər iki xəlifənin həyatına nəzər saldıqda onlarm Əli övladına (ə) yaxşıhqlar və ehsanlar etməsi

məlum olur. Buna görə də fıkrimizcə onlar tam şiə olmasalar da şiəliyə çox meyilli olmaları ilə məşhur olmuşlar.

Müsəlmanlar içərisində şiələşmək prosesi gücləndikcə yeni şiə dövlətinin yaranması rüşeymi əmələ gəlirdi.

Belə ki, Abbasilər dövləti zəiflədikcə şiəliyin sıxışdırılması zəifləyir və nəhayət miladi X əsrin ortalarında güclü şiə

dövləti Buveyhilər dövləti yarandı. İraq, Fars, Mosul, Hələb və digər ətraf regionları nəzarət altma alan Buveyhilər

şiə məzhəbinin formalaşmasına zəmin yaratdılar. Sonra Həmdanilər və Fatimilər Afrika, Məğrib, Misir, Şam, Hicaz

bölgələrində şiəliyin yayılmasına yardım göstərə bildilər. Bundan əlavə sonralar Səfəvilər dövlətinin meydana

gəlməsi də şiə məzhəbinin genişlənməsinə təsir göstərdi. Belə ki, Səfəvilər dövründə şiəlik bütün Xorasan

ərazisində, Məvarunnəhirdə, Əfqanıstanda, Bəlxdə, Buxarada, Səmərqənddə və Gürcüstamn bir hissəsində

Bu gün isə dünya müsəlmanlarının 100 mln. artığını şiələr təşkil edir.

DİGƏR İSLAM MƏZHƏBLİ ALİMLƏRİN NƏZƏRİNDƏ ŞİƏLİK

Bu gün islam məzhəbləri arasmda olan yaxınlıq və tolerantlıq daha da inkişaf etdirilməkdədir. Əlbəttə ki, bu

təqdirə layiq haldır və müsəlman ümmətinin qüvvətlənməsinin başlıca amilidir. Necə ki, Quran buyurur:

«Bir-birinizlə çəkişməyin ki, gücdən düşər zəifləyərsiniz»

. Lakin təəssüflə qeyd etmək lazımdır ki,

həqiqi islam məzhəblərindən biri olan şiəlik daim digər məzhəb alimləri tərəfindən töhmətləndirilmiş və olmazm

böhtanlarına məruz qalmışdır. Əgər digər məzhəb alimlərinin əsərlərini vərəqləsək orada şiəlik haqqında çoxlu

insafsız fıkir və fərziyyələrə rast gələcəyik. Bu fıkir və fərziyyələrin ən mühümü şiəliyin yaranması haqqında olan

fıkirlərdir. Hansı ki, biz yuxarıda bunların bir hissəsi ilə tanış olduq. Burada isə xalq içərisində dolaşan, əslində isə

məzhəb alimlərinin əsərlərindən qaynaqlanan bu cəfəng fıkir və ideyalara münasibət bildirmək istərdik. Belə ki, bu

cəfəngiyyat və yersiz töhmətlərdən biri guya Cəbrailin (ə) səhvən vəhyi Muhəmməd peyğəmbərə (s) çatdırmasıdır.

Yəni mələk vəhyi Əliyə (ə) gətirməli imiş, amma Əli (ə) ilə Muhəmmədi (s) səhv salıb (əuzu billah). Həmçinin

şiələrə öz əsərlərində vurduqlan töhmətlərdən biri də şiələrin məscidə getməmələri və namaz qılmamalarıdır. Çünki

Əli (ə) məsciddə öldürülüb və şiələrin namazını özü qılıb. Yenə də bəzi qərəzkar müəlliflər şiələri Əliyə (ə) Allah

deməkdə töhmətləndirirlər. Əlbəttə bundan başqa digər töhmət və iftiralar vardır ki, maraqlananlar həmin əsərlərə

müraciət edə bilərlər.

Şiələrin Peyğəmbərin (s) dövründən bəzi yazılmış əqidə və ibadi kitabları hamının gözü qabağındadır. Kim

yuxarıdakı iftiralardan birini şiələrin kitabında görüb? Belə olduğu halda Quran demişkən: «Sizə nə olub necə

hökm edirsiniz?»

Üzümüzü belə böhtan və iftiraçılara tutub deyirik: Kaş özünüzə əziyyət verib şiələrin əqidəvi

əsərlərini oxuyaydınız! Əgər siz bəzi ğulati əqidəli insanların fikir və əqidələrinə əsaslarsınızsa, bunu bilin ki, şiə

alimlərinin hamısı onların nəinki şiə məzhəblərindən, heç islam dinindən belə bilmirlər. Şiə alimləri belə əqidədə

olan şəxsləri islamdan xaric bilir, onları nəcis hesab edir və onlarla nigahı batil hesab edirlər. Bunu bütün şiə

müctəhidlərinin fətvalarında görmək olar.

Şiələrə qarşı sərtlik bəzən o yerə çatır ki, bəziləri şiə məzhəbində çox güvənilən, Əhli-beyt məzhəbli şəxslər,

məsum imamlardan (ə) hədis rəvayət edən şəxsləri belə tənqid atəşinə tuturlar və onlara olmazın böhtanlar atırlar.

Buna misal Şəhristaninin «əl-Miləl vən Nihəl» əsərində Hişam bin Həkəmə dediyi böhtanları göstərmək olar. Belə

ki, şiəlikdə çox güvənilən və İmam Sadiqin (ə) şagirdlərindən olan bu şəxsi Şəhristani adı keçən əsərində

müşəbbihə və mücəssimə olmaqda günahlandırılır.

Bütün bu deyilənlər azmış kimi müasir dövrdə nəşr olunan bəzi ədəbiyyatlarda anti-şiə təbliğatı gücləndirilir,

elm ocaqlarında və müxtəlif təbliğat kürsülərində şiəlik tənqid olunur və onun siyasi bir qurum kimi meydana

Bunlarla yanaşı digər üslublu ədəbiyyatlarda və məzhəb alimlərinin sözlərində fərəhləndirici məlumatlar da

vardır. Belə ki, məzhəblərin bir-birinə yaxınlaşdırılması, onların arasında tolerantlığın yaradılması uğurunda da az

işlər görülməmişdir. Bununbariz nümunəsini bəzi sünni və şiə alimlərinin verdikləri fətvalarda görməkdəyik. Belə

ki, vaxtı ilə əhli-sünnət dünyasının böyük alimi, Əl-Əzhər universitetinin şeyxi Şeyx Şəltut tarixi bir fətva verərək

şiə məzhəbini islam məzhəblərindən bilmiş və onun fıqhi məsələlərinə əməl etməyin caiz olduğunu bəyan etmişdir.

ŞİƏ ƏQİDƏSİNİN QISA XÜLASƏSİ

On iki imamçı şiələr şəhadət verirlər ki, Allahdan başqa Allah yoxdur, o təkdir heç bir şəriki yoxdur,

doğmayıb, doğulmayıb və ona bütün kamil sifətlər şamildir. O, bütün növ naqis sifətlərdən uzaq və pakdır. Onun

kimi heç bir şey və oxşarlıq yoxdur. Muhəmməd (s) onun qulu və elçisidir. O, Allahın sonuncu peyğəmbəridir. O,

Allah tərəfindən haqq olaraq göndərilmişdir, doğrudan doğrudur. Bu əqidəni şiələr təqlid üzündən deyil, dəlil və

Comments are closed, but trackbacks and pingbacks are open.