Press "Enter" to skip to content

Buxari və Muslim hədis kitabları səhihdirmi

İmam Buxari həzrətləri çox comərd olub, hər kəsə yaxşılıq edərdi. Kasıblara çox sədəqə verər, tələbələrinin ehtiyaclarını şəxsən qarşılayardı. Bayram günləri xaric bütün ili orucla keçirərdi. Haramlardan və şübhəlilərdən daim qaçar, qeybətdən çox qorxardı. “İstəyirəm ki, Rəbbimə qovuşduğum zaman heç qeybət etməmiş olum və belə bir şey üçün kimsə məni axtarmasın” buyurardı. Gecənin ilk saatlarında bir az yatar, sonra qalxar elm və ibadətlə məşğul alardı. Quranı-Kərimi üç gündə bir dəfə xətm edərdi.

İmam Buxari

Qurani-kərimdən sonra ən qiymətli kitab olan Səhihi-Buxari adıyla məşhur hədis kitabını yazan böyük hədis alimidir. Adı Muhamməd ibn İsmayıl olub künyəsi Əbu Abdullahdır. Hədis elmində yüksək dərəcədə olub, 300.000- dən artıq hədisi-şərifi sənətləriylə birlikdə əzbərə bilən bir alim olduğu üçün “İmam”, Buxaralı olduğu üçün “Buxari” deyilmiş, İmam Buxari adıyla məşhur olmuşdur. 810-cu ildə (Hicri-194) Buxarada doğuldu. 870-ci ildə (Hicri 256) Səmərqəndin Hartenk qəsəbəsində vəfat etdi.

Kiçik yaşda atasını itirən Buxari, ilk təhsilinə doğum yeri olan Buxarada başladı. Duası məqbul salehə bir xanım olan anası, onun və qardaşının yetişməsi üçün çalışırdı. On yaşından etibarən hədis alimlərinin dərslərinə davam etdi. On beş yaşına girmədən 70.000 hədisi-şərifi əzbərlədi.

Hədis elmində qısa müddətdə o dərəcə irəlilədi ki, xocaları ilə qarşılıqlı elmi mübahisələrdə olmağa başladı. Belə ki, xocası Daxili, bəzi hədis rəvayətlərindəki əksikliklərini onun köməyi ilə tamamlamışdır. On altı yaşında ikən Abdullah ibn Mübarək və Vəli ibn Cərrahın kitablarını əzbərlədi. Fiqh elmində, müctəhidlərin bildirdiklərini öyrəndi. Sonra anası və qardaşı ilə birlikdə həccə getdi. Həcc fərzini yerinə yetirdikdən sonra anası və qardaşı Buxaraya qayıtdılar. İmam Buxari isə Məkkədə qalıb hədisi-şərif yığmağa başladı. On səkkiz yaşında ikən Səhabə və Tabiin fitvalarını yığdı. Abdullah ibn Zübəyr əl Hamididən Şafi fiqhini öyrəndi. Bu vaxtda Mədinəi-münəvvərəyə gedib Rəsulullah Əfəndimizin qəbiri-şərifini ziyarət edib gecələri qəbiri-şərifi başında Tarix-ul-Kəbir kitabını yazdı. Məkkə və Mədinədən başqa Bağdad, Bəsrə, Kufə, Misir, Nişapur, Bəlh, Mərv, Askalan, Dəməşq, Hums, Rəy və Kaysəriyyə kimi elm mərkəzlərini gəzib hədis alimləriylə görüşüb mindən çox alimdən hədis və digər elmləri öyrənib nəql etdi.

Qüvvətli zəkaya və yaddaşa sahib olan İmam Buxari, eşitdiyi hədisi-şərifi dərhal əzbərləyirdi. Onunla birlikdə hədisi-şərif dinləyənlər yazdığı halda, o, yazma ehtiyacını duymurdu. Muhamməd ibn Səlam əl Bikındi, İbrahim ibn əl- Əşas, Əbu Asın əş-Şeybani, Abdurrəhman ibn Muhamməd ibn Hammad, Xalid ibn Mahləd, Əbu Nəsr- il- Fəradisi, Abdan ibn Osman əl- Mərvəzi, Əli ibn əl- Mədini, Əhməh ibn Hanbəl, Yəhya ibn Main, İshaq ibn Rahəveyh, Süleyman ibn Hərb, Abdullah ibn Zübəyr əl- Həmidi kimi xocaların yanında yetişdi.

İmam Buxari həzrətləri elm təhsilini bitirdikdən sonra, Misirdən Mavəraünnəhrə qədər tanınmış elm mərkəzlərində hədis və müxtəlif elmlər tədris etdi. Dərslərində minlərlə tələbə olardı. Özündən 70.000-dən çox tələbə hədis dinləmişdir. Bunlar arasında, Tirmizi, Nəsai, Əbu Züra və Əbu Bəkr ibn Huzeymə, İbni Əbu Davud, Muhamməd ibn Nəsr-ul-Mervəzi, Müslim ibn Haccac , İbni Əbiddünya kimi böyük və tanınmış hədis alimləri də vardır.

Minlərlə tələbə yetişdirdikdən sonra Nişapura, oradan da Buxaraya qayıtdı. Bir müddət Buxarada qalıb, hədis və elm öyrətməklə məşğul oldu. Bir rəvayətə görə Buxara valisi uşaqları üçün xüsusi dərs verilməsini, buraya kimsənin girib dərsi dinləməməsini istədi. Buxari cavab olaraq, “Mən bəzi kimsələri hədis dinləməkdən uzaqlaşdırıb, bir neçə adama hədis öyrətmərəm” buyurdu. Bu vəziyyət vali ilə arasının açılmasına səbəb oldu. Buxaradan ayrıldı. Allahü təalaya, şikayət yolu ilə valinin verdiyi çətinliyi ərz etdi. Duası qəbul olub aradan bir ay keçmədən vali vəzifədən alındı, zindana atıldı. Bu vaxtda Səmərqəndlilər onu dəvət etdilər. Gedərkən yolda, Səmərqəndlilər bir qisim insanların istəyib, bir qisim insanların istəmədiyi xəbərini alınca, Hərtənk kəndində qaldı. İşin iç üzünü öyrənmək istəmişdi. İnsanların bu halından ürəyi sıxıldı və canı sıxıldı. Təhəccüd namazından sonra əllərini açıb; “Ya Rəbbi! Yer üzü bu genişlikdə mənə dar oldu. Məni tərəfinə al!” deyə dua etdi. O ay, orada xəstələndi və 870-ci ilinin Ramazan bayramı gecəsi Səmərqənddən 72 km. uzaqlıqda olan Hərtənkdə vəfat etdi. Qəbri oradadır.

İmam Buxari həzrətləri çox comərd olub, hər kəsə yaxşılıq edərdi. Kasıblara çox sədəqə verər, tələbələrinin ehtiyaclarını şəxsən qarşılayardı. Bayram günləri xaric bütün ili orucla keçirərdi. Haramlardan və şübhəlilərdən daim qaçar, qeybətdən çox qorxardı. “İstəyirəm ki, Rəbbimə qovuşduğum zaman heç qeybət etməmiş olum və belə bir şey üçün kimsə məni axtarmasın” buyurardı. Gecənin ilk saatlarında bir az yatar, sonra qalxar elm və ibadətlə məşğul alardı. Quranı-Kərimi üç gündə bir dəfə xətm edərdi.

Hədis elminin və hədis alimlərinin öndəri olan İmam Buxari həzrətləri, yüz minlərlə hədisi-şərifi əzbərmişdi. Hədisi-şərifləri mətnləri və sənədləriylə əzbərdən bilirdi. Hədisi-şəriflərin ravilərini (rəvayət edən) çox araşdırar, dinin əmrlərinə uyğun gəlməyən, ədəblərinə riayət etməyən, əxlaqında bir qüsur olanların rəvayət etdiyi hədisi-şərifləri almazdı. Hədisi-şərifin mətnini əzbərlədiyi kimi, o hədisi-şərifi rəvayət edən kimsələrin, künyələrini, doğum və ölüm tarixlərini, əxlaq və yaşayışlarını, kimdən rəvayətdə olduqlarını, o ravidən başqa kimlərin hədisi-şərif aldığını öyrənər və əzbərləyərdi. Bir kimsə hədis rəvayətində və ravilərin sənədində səhvə düşsə, dərhal İmam Buxari həzrətlərini tapıb soruşar və doğrusunu öyrənərdi. Getdiyi hər yerdə, ətrafı hədisi-şərifi almaq və öyrənmək istəyənlərlə dolub daşardı. İmam Buxari həzrətlərinin hədis elmindəki ləqəbi “H” hərfidir. Eyni zamanda təfsir və kəlam elmlərində də ustad olan İmam Buxari həzrətlərinin təfsirə dair bildirdiyi rəvayətlər təfsir alimlərinin əsərlərini bəzəməkdədir. Kəlam elminə dair əsərlər də yazmışdır.

Əsərləri

Ən böyük və ən məşhur əsəridir. Səhih Buxari adıyla bilinir. İslam alimləri söz birliyi ilə, “Quranı-Kərimdən sonra ən səhih kitab Səhih Buxaridir” buyurmuşdur. İmam Buxari bu kitabı Məscidi Haramda yazdı. Hər hədisi-şərifi kitabına yazmadan əvvəl istiharə (xeyirli olması üçün dua etmək) etmişdir. Qüsl edib, Kəbədə məqamın girişində iki rükət namaz qılıb qoyduğu möhkəm üsullara görə səhih olduğu qəti olaraq müəyyən olan hədisi-şərifləri yazmışdır. Bu kitabı müsvəddədən təmizə çəkmə işini də Mədinəi-münəvvərədə Peyğəmbər əfəndimizin qəbri-şərifi ilə minbəri arasında olan Ravdai-Mutahhərada etdi. Bu əsəri necə yazdığını özü belə anlatmışdır: “Cami-us-Səhih kitabında hər hədisi-şərifi qoymadan əvvəl qüsl alıb, iki rükət namaz qılıb, istiharə etdim. Ondan sonra hədisi-şərifi kitaba qoydum. Bunları etmədən heç bir hədisi kitaba yazmadım. Bu kitabı on altı ildə tamamladım.”

Kitabi Sittə adı verilən altı səhih hədis kitabının ən başda gələni olan Səhih Buxarinin, Əli əl-Yünuni tərəfindən əl yazmasıyla çoxaldılan mətni mötəbər olmuşdur. Bu nüsxənin əsli Qahirədə Aqboğa Mədrəsəsi Kitabxanasındadır. Səhih Buxarinin bir çox şərhləri və nəşrləri də edilmişdir. 1894-cü ildə Sultan İkinci Abdulhəmid Xan tərəfindən Misirdə edilən ikinci cild nəşri çox gözəl cildlənmiş, qızıl möhür və naxış ilə bəzənmişdir. Bu dərc Bulaqda Əmirriyyə Mətbəəsində edildi. Zeynuddin Əhməd Zəbidi, sağlam rəvayətləri birləşdirərək Buxari Şərif Təcrid Sarih adıyla qısaldılmışdır.

  • Tarix-ul Kəbir
  • Tarix-ul Əsvad
  • Tarix-us Saqir (Bu üç əsər hədis ravilərinin həyatlarını və hədis elmindəki yerlərini ehtiva etməkdədir.)
  • Kitab-u Duafa-is Saqir (Zəif ravilərin hallarından bəhs edər)
  • Ət-Tarix fi mərifət Ruvat-ül-Hədis
  • Ət-Təvarih-ul-Ənsab
  • Kitab-ül-küna
  • Əl-Ədəb-ül-Müfrəd ( Əxlaqla əlaqədar hədisə-şərifləri yığan əsərdir)
  • Rəf-ul Yedəyn fissalati
  • Kitab-ül Qiraəti Half-əl-İmam
  • Xalq-ul-Əfal-il- İbadi ver-Rəddü aləl-Cəhmiyyə
  • Əl-Əqidə yaxud Ət-Tövhid (Kəlam elmi ilə əlaqədardır)
  • Əl-Cami-ul-Kəbir
  • Ət-Təfsir-ül-Kəbir
  • Kitab-ül-Məbsut
  • Əsma-üs-Səhabə

Buxari və Muslim hədis kitabları səhihdirmi?

Uca Allah Quranda əsas şəriət hökmlərini müxtəsər şəkildə bildirmiş, onların izahını və təfsilatını isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə öyrətmişdir. Buna “Sünnə” deyilir. Sünnə hədislərdə qeyd edilmişdir. Məsələn, namazın qılınma şəkli, hansı namazın neçə rükət olması, necə həcc etmək, zəkatı necə vermək, ailə, ticarət və s. məsələlərdəki şəriət hökmləri Quranda yoxdur, bunları hədislərdən öyrənirik. Ona görə də, Sünnə də Quran kimi peyğəmbərə (sallallahu aleyhi və səlləm) Allah tərəfindən endirilmişdir. Uca Allah buyurur: “Sənə də Zikri (Sünnəni) nazil etdik ki, insanlara, onlara nazil olanı (Quranı) izah edəsən və bəlkə onlar fikirləşələr”. (ən-Nəhl, 44).
“Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı (Quranı) və Hikməti (Sünnəni) öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər”. (əl-Cumuə, 2).
Uca Allah bildirir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Quran ayələrinə verdiyi izahat özbaşına yox, vəhy nəticəsində olmuşdur: “O, kefi istəyəni danışmır. Bu, ancaq (Allahdan) nazil olan bir vəhydir”. (ən-Nəcm, 4).

Uca Allah hədislərə tabe olmağı əmr etmişdir

Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” (Ali İmran, 31).
“Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir”. (əl-Həşr, 7).
“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!” (əl-Əhzəb, 36).
Bu və çoxsaylı digər Quran ayələrində Uca Allah ibadətlərimizi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etmək, gündəlik həyatımızda, ailədə, işdə çıxan məsələlərdə Ondan nümunə götürməyi əmr etmişdir. Hədislərə tabe olmasaq, Quranda olmayan məsələlərdə necə davranmağı bilmək (məsələn, hansı namazı neçə rükət qılmaq) mümkün deyil.

Hədislərin doğruluğuna necə inanaq?

Uca Allah buyurur: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq”. (əl-Hicr, 9). Uca Allah Quranı və onun təfsilatını bildirən hədisləri qoruyacağına vəd vermişdir. Həqiqətən də, 1400 ildən çox keçməsinə baxmayaraq, düşmənlər nə qədər cəhd etsələr də, Quranı və səhih hədisləri dəyişdirmək və ya yox etmək mümkün olmamışdır. Bəziləri ayədəki “Zikr” sözünün yalnız Quran olduğunu düşünürlər. Amma yalnız Quran qorunsa idi, ayələrin təfsilatı olmadan insanlar Peyğəmbərə (salləllahu aleyhi və səlləm) necə tabe olmağı bilməzdilər, bu isə dinin itməsinə gətirərdi.
Həmçinin məlumdur ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ölümündən bir müddət sonrayadək Quran kitab halında olmamış, əzbər şəkildə öyrənilmiş və yayılmışdır. Quranı əzbərdən bir-birinə ötürən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələri (radıyəllahu anhum) eyni qaydada hədisləri də ötürmüşlər. Səhabələrin (Allah onlardan razı olsun) isə Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) adından yalan danışması mümkün deyil. Uca Allah buyurur: “Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”. (ət-Tovbə, 100). Hədislərin bir hissəsi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə səhabələr tərəfindən yazılmışdır. Digər səhih hədislər əl-Buxari, Muslim, Əbu Dəvud, ət-Tirmizi, İbn Məcəh (Allah onlara rəhmət etsin) və digər alimlər tərəfindən toplanaraq kitab halına salınmışdır. Bu alimlər hədisləri toplayarkən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) başlayaraq həmin alimə qədər hədisi bir-birinə ötürmüş insanların adlarını qeyd etmiş, onların bioqrafiyalarını araşdırmışlar. Bu insanlar arasında yaddaşı zəif olan, yalan danışan, əxlaqsız, bidətçi (dində yenilik edən) və s. olduqda hədis səhih hesab edilməyərək kitaba daxil edilməmişdir.

Hədisləri kim inkar edir?

Hədisləri inkar edənlərin məqsədi insanları Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolundan uzaqlaşdırmaq və Qurana istədikləri kimi izahat verərək, öz istədiklərinə yönəltməkdir, dini parçalamaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Həqiqətən mənə Quran və onun misli (hədislər) verilmişdir. Yaxın zamanlarda qarnı tox kimsə mütəkkəyə (əsaya) dirsəklənib (hədisləri inkar edərək), belə deyəcəkdir: Siz, yalnız bu Quranla kifayətlənin. Yalnız orada deyilən halalı halal, haramı isə, haram kimi qəbul edin”. (Əhməd və Əbu Dəvud).
Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.