Press "Enter" to skip to content

Türkiyədə Bəxtiyar Vahabzadə haqqında kitab nəşr ediləcək

“ Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur”. Mehdi Hüseyn.

Bəxtiyar vahabzadənin kitabi

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan istiqlal poeziyası: Bəxtiyar Vahabzadənin yaradıcılığı fonunda

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Türkiyədə Bəxtiyar Vahabzadə haqqında kitab nəşr ediləcək

Türkiyədə Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs edən kitab çap ediləcək. Bu barədə APA-nın Türkiyə müxbirinə kitabı çap edəcək olan İstanbul Metropol bələdiyyəsinin Baş mədəniyyət idarəsindən məlumat verilib.

1000 səhifəlik kitab çapa azərbaycanlı alim Esmira Fuad Şükürova tərəfindən hazırlanıb.

Kitaba alimin Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə tədqiqatdan əlavə “Gülüstan”, “Atılmışlar”, “Şəhidlər” poemaları və şeirləri daxil edilib.

Baş mədəniyyət idarəsindən deyilib ki, kitab bu ilin çap planındadır.

Kitaba Bəxtiyar Vahabzadənin yaxın dostu, müasir Türk poeziyasının tanınmış nümayəndəsi Yavuz Bülənt Bakilər ön söz yazıb. Kitabın sentyabr ayında işıq üzü görməsi planlaşdırılır. Kitabın çapından sonra Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi gözlənilir.

Qeyd edək ki, İstanbul metropol bələdiyyəsinin Baş mədəniyyət idarəsi 2014-cü ilin aprelində Esmira Fuad Şükürovanın məşhur Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyar barədə monoqrafiyasını çap edib.

Onu da əlavə edək ki, Bəxtiyar Vahabzadə sovet dövründə Türkiyədə kitabı çap edilmiş ilk azərbaycanlı şair olmaqla birlikdə Türk oxucularının ən çox tanıdığı azərbaycanlı söz sənətkarıdır.

Kayzen

Bəxtiyar Vahabzadə idealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan görkəmli şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas-alim, publisist və ictimai xadimdir. O, ecazlı lirik «Mən”i, orijinal fərdi üslubu ilə həmişə zəmanəsi, torpağı, dövləti və milləti, Şərqi və Qərbi, bir sözlə, dünyanın — Zaman və İnsan münasibətlərinin sirli aləmi ilə əlaqəli olub.

Bəxtiyar Vahabzadə

  • Ədəbiyyat
  • 1 may 2017, 22:38

Məşhur Azərbaycan şairi Bəxiyar Vahabzadə (1925-2009) dramaturq, ədəbiyyatşünas olmuşdur. O, hələ kiçik yaşlarından ədəbi yaradıcılığa meyl göstərmiş, müxtəlif məzmunlu şeirlər yazmışdır. «Mənim dostlarım» adlı ilk kitabı 1949-cu ildə nəşr olunmuşdur.
Məhəbbət, insanpərvərlik, vətənpərvərlik, qəhrəmanlıq hisslərinin tərənnümü lirikasının əsas mövzularıdır. Vətənpərvər şair həmişə ölkəsini müstəqil görmək istəmiş, bu yolda canından belə keçməyə hazır olmuşdur. Sovet İmperiyası zamanı yazdığı «Gülüstan » poemasına görə bir çox təqiblərlə üzləşmişdir. Buna baxmayaraq, əqidəsindən dönməmiş, yaradıcılığının əsas mövzusu milli azadlıq mübarizəsi olmuşdur.
Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni etmiş, 20 Yanvar faciəsini və Sovet-Qorbaçov rejimini kəskin tənqid etmuş, “Şəhidlər” poemasını yazmışdır.
Şair, nəhayət, uzun müddət həsrətində olduğu azadlıq və müstəqilliyi görə bildi və 20 ilə qədər müstəqil Azərbaycanda yaşayıb-yaratdı.
Davamı →

Nədən oldu

  • Musiqi
  • 7 yanvar 2017, 11:59

Əllərini üzüb məndən,
Yarım birbaş gedən oldu.
Can deyib, can eşidərdik,
Bu ayrılıq nədən oldu?

Qızılgüləm dəstəyəm mən,
Bülbüləm qəfəsdəyəm mən
Gəzirəm mən, qəmli-qəmli,
Görən deyir, xəstəyəm mən
Davamı →

Neyləməli – Bəxtiyar Vahabzadə

  • Bloq: pascal
  • 3 iyun 2016, 12:01

Quş oxudu, fərəhləndik,
Daş oxusa, neyləməli?
Hörümçəklər tor toxudu,
Kol toxusa, neyləməli?

Dedim, dünya bir tamaşa,
Hər arzumuz gəldi başa.
Dediklərim başdan-başa
Boş yuxusa, neyləməli?
Davamı →

Ana hədiyyəsi – Bəxtiyar Vahabzadə

  • Poeziya
  • 2 mart 2014, 16:54

Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
— Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.

Bəxtiyar Vahabzadə – Nə sən gülsən, nə mən bülbül

  • Bloq: gulwan
  • 26 may 2013, 13:02

Bir qız qarlı qış günündə
Dibçəkdə bir gül bitirdi.
Qış fəslində gülə baxıb
Ürəyinə yaz gətirdi.

Bu gül, əsl qızılgüldü –
Ləçəkləri varaq-varaq.
Tikanı bol, rəngi qızıl,
Ətri yoxdu onun ancaq.
Davamı →

Bəxtiyar Vahabzadə lirikası

  • Poeziya
  • 7 okyabr 2013, 17:43

Vətən onun şeirlərində doğulduğu şəhər anlamında deyil, Bütöv Azərbaycanı əhatə edən sözdür
Azərbaycan ədəbiyyatının XX əsrdə yetişdirdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Şair yaradıcılığı boyu həmişə şeirlərində Vətənini, onun zəhmət adamlarını, təbiətini, insanların daxili aləmini tərənnüm edib. Onun şeirlərində türkçülük, Azərbaycançılıq, xalqına sədaqət, yurduna bağlılıq qeyd olunmalı xüsusiyyətlərdir.
Bəxtiyar Vahabzadənin lirikasını üç hissəyə ayırmaq olar: fəlsəfi lirika, məhəbbət lirikası və təbiət lirikası. Fəlsəfi lirika onun poeziyasının əsasını təşkil edir. Bu şeirlərdə şair öz fəlsəfi düşüncəsini oxucularla bölüşür. Onun təbiət lirikası isə nisbətən azdır. Şairin sevgi şeirləri fəlsəfi lirika ilə təbiət şeirləri arasında həm fəlsəfi məzmunu, həm də mənəvi duyğuları ilə ifadə olunan poetik lirikadır.
Davamı →

Yaşamaq eşqi | B. Vahabzadə

  • Poeziya
  • 7 sentyabr 2011, 21:41

Hər gün artır saçımda
Təzə qırov, təzə dən.
Yaşamaq istəyirəm
Gəncliyimi təzədən.
Həyat necə gözəldir,
Həyat necə şirindir,
Ardı →

Yaşamaq istəyirəm | Bəxtiyar Vahabzadə

  • Poeziya
  • 5 aprel 2011, 17:37

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm!
Davamı →

Bəxtiyar Vahabzadə – 2

  • Bloq: MASON
  • 6 mart 2011, 16:25

Görkəmli şəxsiyyətlərin Bəxtiyar Vahabzadə haqqında olan yüksək fikirləri

. Bəxtiyar Vahabzadə… fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır.

“ Bəxtiyar Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur”. Mehdi Hüseyn.

“Vahabzadənin poeziyası müasir Azərbaycan ədəbiyyatının maraqlı hadisələrindəndir”. Rəsul Rza.

Vahabzadə şeirimizin Fizuli, Vaqif, Sabir, S.Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi estetik ləzzət duyursan. Mirzə İbrahimov.
Ardı →

Comments are closed, but trackbacks and pingbacks are open.