C proqramlaşdırma dili
Software Developer cavab verdi – Kargo şirkətləri (6 gün əvvəl)
Proqramlaşdırma dilləri
Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompyuterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.
- Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
- Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
- Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.
Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçının başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompyuterdə translyatorlar və kompilyatorlar olur.
Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompyuterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın başa düşüləndir. Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək
- Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.),
- Yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.).
- Ada – Ada proqramlaşdırma dilinin yaranma tarixi 1974-1980-ci illərə təsadüf edir.
- Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompyuterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.
- Basic – Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.
- C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.
- C++ – 1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.
- C# – C#(C Sharp) – Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı dillərdən biridir.
- Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.
- JAL – Wouter Van Ooijen tərəfindən 16F84 ,16C84,16F877 , Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri proqramlaşdırmaq üçün yaradılmış dildir.
- Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır. Java С++ proqram dili əsasında əlavələrin işlənməsini sadələşdirir.
- LISP – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. 1958-ci ildə yaradılmışdır
- Lua – 1993-cü ildə yaradılmış açıq qaynaq kodlu dildir.
- Objective-C – yuxarı səviyyəli, Obyekt yönümlü proqramlaşdırma dilidir.
- Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
- Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
- PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
- Prolog – Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır.
- Python – 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Dilinin sintaksisi çox aydın və anlaşıqlıdır.
- Ruby – Yukihiro Matsumoto tərəfindən Perl, Smalltalk və Eiffel dillərindən yararlanaraq yaradılmışdır.
- Scheme – Funksional proqramlaşdırma dili olub. 1975-1980-cı illər ərzində MİT süni intellekt laboratoriyasında yaradılmışdır.
- Delphi – Pascal dilinin əsasında yaradılmış dildir.
- Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.
- SQL (Structured Qquery Language) – sorğuların strukturlaşdırılmış dili olub, güclü riyazi nəzəriyyəyə əsaslanır və yazılar qrupunu idarə etməklə VB-nın effektiv işlənməsini yerinə yetirir. Praktiki olaraqSQL dilindən başqa hər bir VBİS-də, özünün unikal dili mövcuddur. VBİS-nin unikal dilini digər sistemlərə tətbiq etmək mümkün deyil.
- Perl – 1987-ci ildə Lary Wall tərəfindən yaradılmış dinamik proqramlaşdırma dilidir.
- HTML – web-səhifələrin hazırlanmasında istifadə edilən populyar dildir.
- XML – Həm insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən asanca oxuna biləcək sənədlər yaratmağa yarayan dildir.
- PHP – (Hypertext Preprocessor) dinamik veb səhifələr yaratmaq üçün 1995-ci ildə yaradılıb.
- Java – 1995-ci ildə Sun Microsystems şirkəti tərəfindən yaradılmışdır.
C++ proqramlaşdırma dili
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
tonws cavab verdi – Modemi router etmək (1 gün əvvəl)
Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (3 gün əvvəl)
Bahadur74 cavab verdi – Telefon uygulama (3 gün əvvəl)
Bahadur74 cavab verdi – Internet paketi (4 gün əvvəl)
Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (4 gün əvvəl)
Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (4 gün əvvəl)
Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (4 gün əvvəl)
Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (4 gün əvvəl)
Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (4 gün əvvəl)
Bahadur74 cavab verdi – android üçün ağıllı musiqi pleyeri (4 gün əvvəl)
Bahadur74 cavab verdi – Cavan nardan necə çıxım (4 gün əvvəl)
Software Developer cavab verdi – Kargo şirkətləri (6 gün əvvəl)
C++ proqramlasdirma dili kanspekt
Bütün Günlər: 9.00 – 21.00
C++ PROQRAMLAŞDIRMA DİLİ
- Əsas səhifə
- Kurslar
- C++ PROQRAMLAŞDIRMA DİLİ
C++ PROQRAMLAŞDIRMA DİLİ
C++ is a workhorse. C++ is available for virtually every operating system and has influenced and informed many derivative languages, including C# and Java. In this course, trainer guides you through the nuts and bolts of this essential language. Trainer starts with the basics—syntax, operators, loops, and functions—and moves on to data structures, objects, and templates. Trainer explains inheritance and operator overloads, and dives into the powerful container classes in the Standard Template Library (STL). These exhaustive C++ course will provide a solid reference for both experienced programmers and those who are brand-new to the language.
- What is C++?
- Anatomy of a C++ program
- Writing statements and expressions
- Declaring variables
- Using loops
- Defining functions
- Getting the most out of the preprocessor
- Creating classes and objects
- Undertanding data types
- Overloading operators
- Understanding inheritance
- C++ template programming and the STL
- Handling exceptions
Comments are closed, but trackbacks and pingbacks are open.