Press "Enter" to skip to content

Cami cəm əsəri

The Qizilbash are Turkic-speaking Azerbaijani background, united in their belief in Twelver Shia Islam. Kizilbash are Azeri Turks tribes mainly from Anatolia and Azerbaijan. The main different of Qizilbash Oghuz tribes with other Turkic people is that they are Shia Turkic people. Therefore the name Qizilbash is usually applied to them only. Some of these tribes in Afghanistan were subdivided in clans included the: Bayāt Shahseven Ansarlu Shaaghasi Shāmlu Afshār

Didaktik əsərlər müəllifi

XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı bir sıra meyarlarına görə diqqəti cəlb edir. Belə ki, bir tərəfdən anadilli poeziya geniş vüsət almağa başlayırdısa, digər tərəfdən Nizami Gəncəvi məktəbindən gələn didaktik poeziya ənənələri yeni-yeni keyfiyyətlər qazanırdı. Zəngin yaradıcılığında klassik Şərq ədəbiyyatının ənənələrinə söykənən görkəmli mütəfəkkir şairlərimizdən biri də Marağalı Əvhədi olub.

Rüknəddin Əvhədi 1274-cü ildə Marağa şəhərində dünyaya göz açıb. Gəncliyi Marağa rəsədxanasının fəaliyyət göstərdiyi dövrə təsadüf edib. Buna görə də dini elmlərlə yanaşı, dünyəvi elmləri də mənimsəyib, həm də şair kimi tanınıb. Bilik və səadət arzusu ilə Şərq ölkələrini səyahətə çıxan Əvhədi bir çox məmləkətləri, şəhərləri dolaşır. Nəhayət, İsfahan şəhərində qərar tutur, iyirmi ildən çox bu şəhərdə yaşayır. 59 yaşında Marağa şəhərinə qayıdır. 1333-cü ildə ensiklopedik səciyyə daşıyan “Cami-Cəm” poemasını yazır. Bu əsər gələcək nəsillər üçün dərin məzmunlu böyük bir irs hesab edilir. Onun lirik şeirlər divanı “Dəhnamə” və “Cami-Cəm” poeması intibah dövrü Azərbaycan ədəbiyyatının dəyərli nümunələri hesab edilir.
“Cami-Cəm” klassik Şərq didaktik poemaları silsiləsinə daxil edilir. Ancaq bir çox xüsusiyyətləri ilə digərlərindən fərqlənir. Bu əsər Əvhədinin uzunillik həyat təcrübəsi və zəngin yaradıcılıq axtarışlarının məntiqi nəticəsidir. Bu əsəri yazana qədər çox əziyyətli, şərəfli bir həyat və yaradıcılıq yolu keçib. Müəllif sələflərindən öyrəndiklərini də burada etiraf edib:

Kuzəmdə bir damcı varsa da əgər,
Haman dənizlərdən bir paydır məgər.
Məni özlərinə bilərək məhrəm,
Məhrum etmədilər göstərib kərəm.

Şair bu əsərdə həm də bir alim kimi elmi məsələlərə baş vurur. Canlıların yaradılmasından maraqla söhbət açır. Əsərin əvvəlindən sonuna kimi elmi tərifləyir:

Bu uzaq göylərin sirlərini biz,
Dərk edə bilmərik yəqin elmsiz.
Yoxdur bilik kimi bir abi-həyat,
Ancaq bilik verər insana nicat.

O, bununla gələcək nəsillərə oxumaq və elm öyrənməyi tövsiyə edir. Elmsiz heç nə etməyin mümkün olmadığını diqqətə çatdırır. “Cami-Cəm” əsərini başqa poemalardan fərqləndirən bir cəhət də həyat hadisələrinin ayrı-ayrı başlıqlar altında verilməsidir: “Mey içməyin qaydaları”, “Ev tikməyin şərtləri”, “Övlad tərbiyəsi” və s.
Əvhədi qəsidə, rübai və tərcibəndlərdən ibarət divan, “Məntiqül-üşşaq” (“Aşiqlərin məntiqi”) poemasını yazsa da, ədəbiyyat tariximizdə daha çox “Cami-Cəm” əsəri ilə yadda qalıb. Bu əsərində sufi rəmzlərini və ifadələrini də məharətlə işlədib. Müəllif bildirir ki, məhəbbətlə, eşqlə Allahı dərk etmək və ona qovuşmaq mümkündür. Qəlbində Allah sevgisi olmayan kamillik zirvəsinə yetişə bilməz:

Aşiq olmayanlar kamil olmadı,
Kim eşqə düşdüsə, o, çiy qalmadı.

Əsərin adının “Cami-Cəm” adlandırılması da təsadüfi deyil. Rəvayətə görə, İran şahı Cəmşidin hər şeyi özündə əks etdirən camı olub. Şair əsərinə bu adı verməklə demək istəyir ki, Cəmşidin camında olduğu kimi bu məsnəvidə də istənilən məsələyə cavab tapmaq olar:

Adını “Cəmşidin camı” qoydum mən,
Varlığın əksini onda görərsən.

Əsər üç fəslə bölünür. Şair birinci fəsildə yer üzündəki bütün canlıların və təbiətin yaradılmasından, ikinci fəsildə cəmiyyətin idarə olunmasından və sufiliyin şərtlərindən, irfan məktəbinin rəmzlərindən bəhs edir. Üçüncü fəsildə isə axirət və əbədi səfər hazırlığından söhbət açılır.
Poema maraqlı hekayələrlə başa çatır. Bu baxımdan “Kəsranın hekayəsi” diqqət çəkir.
Günlərin bir günü Kəsra saraydan çıxır və əyalətlərin birinə səfər edir. Yolda abad və ətirli bir bağa rast gəlir. Soruşur: “Bu bağ haradan su içir ki, belə ətirli və al-əlvandır”. Bağban dərhal cavab verir:

Sənin ədalətin su vermiş ona,
Onun üçün görməyir heç kəs viranə.

Burada Əvhədi demək istəyir ki, şahın ədaləti abadlıq yaradırsa, zülmü də xarabalığa səbəb olur.
Marağalı Əvhədi irsi onun ölümündən sonrakı dövrlərdə Şərq ədəbi aləmində daha böyük marağa səbəb olub. Farsdilli poeziyanın görkəmli nümayəndəsi Hafiz Şirazi Əvhədini özünün təriqət ustadı hesab edib. Mütəfəkkir şair İmadəddin Nəsimi Əvhədini sevə-sevə oxuyub. Onun “Nədir” rədifli şeirinə cavab yazıb.
Şərqinin ensiklopedik biliyə malik şairlərindən olan Əvhədi 1338-ci ildə, 64 yaşında Marağada vəfat edib.

Mədəniyyət

XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.

İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir. Həsənoğlunun qəzəllərində müəyyən dərəcədə özünü göstərən sufi-mistik ideya və obrazlar bu istiqamətin artmağa doğru deyil, azalmağa doğru inkişaf etdiyindən xəbər verir. Əldə olan poetik örnəkləri şairin qüdrətli bir sənətkar olduğundan, zəngin yaradlıcılıq təcrübəsinə malik olduğundan xəbər verir və gələcəkdə onun poetik irsindən daha çox nümunələrin tapılacağına ümid doğurur.

XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemalarının adlarını çəkmək lazımdır. Hər iki əsərdə islam dininin yüksək humanist dəyərləri bədii təqdimat obyektinə çevrilir, müəlliflər oxucunu islam şəriətinin əsasını təşkil edən xeyirə, ədalətə, insansevərliyə, düzlüyə, insaf və etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirirlər.. Orta əsrlərin Avropa cəngavər romanlarından fərqli olaraq, burada əsas məqsəd hadisələrin cəlbediciliyini təmin etmək deyil, poemanın süjetində duran əxlaqi ideyanın oxucuya daha təsirli şəkildə çatdırılmasıdır.

Qurandakı “Yusuf” surəsi ilə bağlı olan “Qisseyi-Yusif” əsərində isə doğruluq və səmimilik kimi insani keyfiyyətlər təbliğ edilir, son nəticədə bunların insana gətirəcəyi xeyir əyani şəkildə açılıb göstərilir.

Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin “Dəhnamə” (“On məktub”) poeması, fars dilində “Divan”ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir. Nizami Gəncəvi kimi Hümam Təbrizinin də yaradıcılığının başlıca aparıcı istiqamətini türk milli mentalitetinin əsas əlaməti olan humanizm və insan gözəlliyinin tərənnümü təşkil edir.

Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.

XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar.

Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri — Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi. Marağalı Övhədinin “Cami-Cəm”, “Dəhnamə” poemaları Azərbaycan epik şeirinin layiqli örnəkləri sırasında dururdu. Bu əsərlərdəki bir çox fəlsəfi və humanitar problemlər indi də müxtəlif cəmiyyətlər üçün öz aktuallığını itirməmişdir. Ancaq Nizamidən sonra ictimai həyatda özünü göstərən və müəyyən obyektiv səbəblərlə bağlı olan durğunluq, ümidsizlik bir çox sənətkarların, o sıradan Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır. Çox mürəkkəb süjetə malik olan əsərdə yenə də Nizami səviyyəsində poetik bütövlüyün, aydınlıq və bitkinliyin olmadığını görürük. Şair özü də poemanın əvvəlində Nizami sənətinin ucalığını yüksək qiymətləndirir və onun əlçatmaz olduğunu etiraf edir.

Marağalı Övhədinin ən böyük əsəri “Cami-Cəm” daha çox ensiklopedik xarakter daşıyır və o dövrdə ədəbi dairələrdə geniş yayılmış bir çox humanist fikirlərin bədii təqdimini verirdi. Əfsanəvi hökmdar Cəmşidin dünyanın hər yerindən xəbər verən camı kimi, Marağalı Övhədinin poeması da insan və cəmiyyət həyatının, eləcə də təbiət hadisələrinin bir çox cəhətlərini güzgü kimi oxucunun qarşısında açır. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də Azərbaycan ədəbiyyatı daha çox dünyəvi istiqamətdə inikişaf edir, ədəbiyyat ictimai və siyasi həyatın canlı bir parçası kimi çıxış edirdi. Elə bunun nəticəsidir ki, XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin saray tarixçisi Astrabadinin bu hökmdarın həyat və fəaliyyətinə həsr etdiyi “Bəzm və rəzm” (“Məclis və döyüş”) adlı salnaməni oxuduqca bu böyük insanın öz humanist ideallarını keşməkeşli bir dövrdə gerçəkləşdirmək uğrunda apardığı gərgin və qanlı mübarizəni poetik yaradıcılıqla necə yola verdiyinə, indinin özündə belə bədii dəyərini və təravətini itirməyən gözəl bir “Divan” bağlamağa imkan tapdığına heyrətlənməyə bilmirsən. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur. Bu janr sonralar Nəsimi yaradıcılığına və onun vasitəsilə böyük özbək şairi Əlişir Nəvainin “Divan”ına keçir.

Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır. Monqol qarətləri zülmətindən keçən bir neçə on ildə xalq dəhşətlərdən başını təzə-təzə qaldırmaq istərkən orta əsrlər Şərqinin ən ziddiyyətli hökmdarlarından biri kimi tanınan Əmir Teymurun hücumları başlanır və bu, düşünən beyinlərdə zülmə və zorakılığa qarşı növbəti etiraz dalğasının şahə qalxmasına səbəb olur. Nəsimi yaradıcılığı məhz belə bir humanist etirazın, zülm və zorakılığa müxalifətin, insan haqları uğrunda mübarizənin məhsulu idi. Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü. Şairin ilahi səviyyəyə yüksəlmiş kamil insan ideyası da məhz öz insani haqlarını anlamış, ictimai eybəcərliklərdən və vəhşi instinktlərdən təmizlənmiş, özünü insan kimi dərk etmiş sadə adamları nəzərdə tuturdu. Nəsiminin təkcə yaradıcılığı deyil, əfsanə və rəvayət pərdəsinə bürünmüş həyatı da nəsillər üçün ibrət, mərdlik, cəsarət, öz ideyasından dönməmək, ölümün gözünə dik baxmaq örnəyinə çevrilmişdir. Şairin azadlıqsevər humanist əsərlərinə görə mürtəce ruhanilərin ona verdiyi dəhşətli cəza — diri-diri dərisinin soyulması bu böyük sənətkarı təkcə indiki deyil, həm də gələcək nəsillər üçün örnəyə çevirir.

Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər – Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.

1407-ci ildə Səfəvi hökmdarlarının paytaxtı İsfahan şəhərində anadan olmuş, XV əsrin 50-ci illərində Türkiyəyə mühacirət edərək Fateh Sultan Məhəmmədin sarayında 20 ilə yaxın yaşayıb yaratmış, lirik şeirlər divanı ilə yanaşı “Təvarixi-ali-Osman” (“Osman nəslinin tarixi”) adlı tarixi əsər, fal açmağa həsr olunmuş “Cami-süxənquy” (“Danışan piyalə”) və avtobioqrafik xarakterli “Həsbihalnamə” əsərlərinin müəllifi Hamidi də XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.

XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.

Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, böyük Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.

XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsində oynadığı böyük rolu inkar etmək olmaz.

XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi — Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı — böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.

Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də anadilli ədəbiyyatımızın inkişafında müstəsna rol oynayaraq, Füzuli zirvəsinə keçidi bilavasitə hazırlamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir. Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin şirin bir dillə qələmə aldığı “Dəhnamə” (“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.

Xətai həm də didaktik janrda qələmini sınamış və gənc nəslin təlim-tərbiyəsinə ünvanlanmış “Nəsihətnamə” poemasını qələmə almışdır. 14 yaşında hakimiyyətə gəlmiş və hakimiyyətinin 20 ili ərzində bütöv bir imperiya yaratmış Şah İsmayıl Xətainin həm də zəngin bədii irs qoyub getməsi ondan sonrakı nəsillərdə ancaq heyrət və qürur hissləri doğurur. Xətainin siyasi fəaliyyəti, həyatı və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünya şərqşünaslığında dərin maraq doğurmuşdur. Bu marağın təsiri altında indiyə qədər də Azərbaycan şairi və siyasi xadimi Şah İsmayılın həyat və yaradıcılığı müxtəlif şərqşünas nəsillərinin tədqiqat obyektinə çevrilmişdir..

Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığını çox vaxt Qərb mədəniyyətində Barokko ilə müqayisə edirlər; burada ən kiçik poetik detallar belə tam yerində olub, heç nə artıq, yad görünmür, hətta adi gözlə görünməyən poetik ünsürlər də bir-birinə​ uyğunlaşaraq, bir-birini tutaraq “monolit” bədii orqanizm yaradır. Fərdi sənətkarlıq ecazlarına görə Füzuli yaradıcılığını bəşər təfəkkürünün tarix boyu ərsəyə gətirdiyi ən böyük sənətkarların – Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmək mümkündür; poetik istedadın doğurduğu heyrətamiz gözəllik bütün bu sənətkarların ölməzliyini təmin edən şərtlərdəndir. Məhz buna görədir ki, klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.

Nizamidə müşahidə etdiyimiz qlobalizm Füzulidə özünü vahid islam mədəniyyətinin hər üç aparıcı-işlək dilində — ərəb, fars və türk dillərində ölməz əsərlər yaratması ilə göstərir. Şairin hər üç dildə “Divan”ları, ərəbcə “Mətləül-etiqad” adlı fəlsəfi traktatı vardır. Sayca fars “Divan”ı, sanbalca türk “Divan”ı daha üstündür. Ana dilində qələmə aldığı qəsidələri orta əsrlər ədəbiyyatlarında bu janrın parlaq inciləri səviyyəsindədir. Azərbaycan dilində yazılmış “Leyli və Məcnun” (1536) poeması isə bu janrda qələmə alınmış unikal örnəklərdən biridir. Doğrudur, Füzuliyə qədər böyük Nizami fars dilində, Nəvai, Zəmiri və Həqiri türk dilində bu mövzuda əsərlər qələmə almışdılar. Ancaq bu poemaların heç birində məhəbbətin Füzuli interpretasiyası nəzərə çarpmır, yəni Füzuli bunların hamısından fərqli bir əsər yaratmağa müvəffəq olmuşdur. Poemanın əvvəlində əsərin ilahi eşqə bir məcaz olduğunu göstərsə də, Füzuli əsər boyu canlı, real, bütün ziddiyyətləri ilə qəbul edilən insan obrazları yaratmışdır.

Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında və büllurlaşıb ən yüksək səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır. Nəsr dilinin inkişafında da böyük xidmətləri olan şair, ölməz “Şikayətnamə” əsəri ilə ədəbiyyatın bu sahəsinə özünün layiqli töhfəsini vermişdir. Şairin əzabkeş imamların müsibətinə həsr etdiyi həcmcə ən böyük “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) əsərinin də əsas mətni nəsrlə yazılmış, yeri gəldikcə Füzuli kontekstin ovqatına uyğun şeir parçalarından da istifadə etmişdir.

Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarıstan, Özbəkistan, Türkmənistan, hətta uzaq Uyğurustanda belə Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.

XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, “Koroğlu” süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.

XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.

Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vidadinin “Müsibətnamə” poemasında dövrün bir sıra tarixi hadisə və şəxsiyyətləri yüksək poetik-obrazlı səviyyədə təsvir olunmuşdur. Bu dövrdə poeziya sənəti xüsusi adamlara xidmət etməkdən “boyun qaçıraraq” bir növ hamının malına çevrilir, daha da populyarlaşır. Kütlələrin estetik dəyərlərə yaxınlaşması və qovuşması prosesi sürətlə irəliləyir. Xüsusən Vaqif yaradıcılığı bu baxımdan müstəsna rol oynamışdır. O, yaratdığı sadə, realist, dünyəvi gözəl obrazları ilə klassik romantik sənət tipindən realizmə doğru iri bir addım atmış və özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır.

Cami cəm əsəri

The Qizilbash are Turkic-speaking Azerbaijani background, united in their belief in Twelver Shia Islam. Kizilbash are Azeri Turks tribes mainly from Anatolia and Azerbaijan. The main different of Qizilbash Oghuz tribes with other Turkic people is that they are Shia Turkic people. Therefore the name Qizilbash is usually applied to them only. Some of these tribes in Afghanistan were subdivided in clans included the: Bayāt Shahseven Ansarlu Shaaghasi Shāmlu Afshār

Sayfalar

  • Ana Sayfa
  • qızılbash afsharlar
  • qızılbash ustaclular
  • qızılbash tekeluler
  • qızılbash rumlu
  • qızılbash zulkadırler
  • qızılbash qajarlar ( kaçarlar )
  • qızılbash şamlu
  • İmadəddin Nəsimi
  • fuzuli
  • qizilbash ədəbiyati
  • Qızılbash çepniler

22 Ekim 2011 Cumartesi

SƏFƏVİLƏR

Sefevi sülalesinin banisi Şeyx Sefiyyeddin İshaq el-Musevi-el-Erdebili (1252-1334) sayılır.O,Erdebil şeherinde yaşamışdır ve sufiliyin bir qolu olan Sefeviyyeni yaratmışdır.Bu teriqete sonralar onun oğulları başçılıq etmişler.
Şeyx Sefiyyeddin Musa (1334-1392)
Şeyx Xace Eli (1392-1427)
Şeyx İbrahim (Şeyxşah) (1427-1447)
Şeyx Cüneydin dövründe (1447-1460) bu teriqet siyasi şekil aldı.Qaraqoyunlu Cahanşah buna göre onu qovur.Şeyx Cüneyd Ağqoyunlu Uzun Hesenin yanına gedir,ve bacısı ile evlenerek qohumluq elaqesi yaradır.

Azerbaycanın böyük oğlu, şeyx, serkerde, dövlet xadimi, şair ve senetin görkemli hamisi olan şah İsmayıl Sefevinin heyatının hansı tarixi hadiseler fonunda keçdiyini bilmekden ötrü hekayetimizi XIV esrin evvellerinden başlamaq lazımdır. Bu dövrde İsmayılın ulu babası şeyx Sefi ed-Din.(1252-1334) ana yurdu Erdebilde Sefeviyye adlı sufi teriqetinin esasını qoymuş ve özünü yeddinci imam Musa Kazımın varisi e’lan etmişdi.
Teriqetin yarandığı dövrde onun üzvleri esasen, sünnilerden ibaret idi. Vaxt keçdikce bu teriqet sırf şie seciyyesi daşımağa başlayır, şah İsmayılın babası şeyx Müneydin vaxtından e’tibaren ise herbi emeliyyatlara qoşulur. Bundan sonra herbi uğurlarla birlikde teriqetin nüfuzu da artır. Sefevi döyüşçülerinin eqidesine göre, “öz müqeddes mürşidlerinin yolunda candan keçmek özünü bu yola hesr etmeyin en ibtidai derecesi” idi.
Şah İsmayılın atası şeyx heyder yuxuda ilahi emr aldıqdan sonra öz müridlerine çalmalarını on iki imamın remzi kimi on iki qırmızı sarıqdan çalmalarını meslehet görür. Ve ele bununla elaqedar olaraq, sefeviyye teriqetinin ardıcılları qızılbaşlar adlanmağa başlayır. Dar me’nada ise qızılbaşlar deyende teriqetin esasını teşkil eden türk-Azerbaycan tayfaları nezerde tutulurdu. Qızılbaşlar başlarını qırxdırır, bığ uzadır ve qırxıq başlarında kekil saxlayırdılar. Döyüşden qabaq onlar Azerbaycan dilinde dua edir ve deyirdiler: “Ey pirim, ey mürşidim, sene menim canım qurban!”
Şeyx Sefi ed-Dinin varisleri olan sefeviler şie şüarları altında hakimiyyete doğru inamla irelileyirler. Qızılbaşlardan qazi?mezheb uğrunda mücahid desteleri yaradılırdı ki, onlar da qonşuluqda yerleşen kafir torpaqlarına?ehalisi müselman olmayan ve sünniler yaşayan ölkelere hücumlar edirdiler. Sefevilerin Erdebildeki malikaneleri möhkemlenib inkişaf edir. Böyük şeyxin varisleri bütün Azerbaycanı birleşdirmek niyyetine düşürler. Lakin bu niyyetlerin gerçekleşmesi yolunda onlara qüdretli Azerbaycan dövletleri olan Qaraqoyunlu ve Ağqoyunlular manee töredirdi. Ağqoyunlu dövletinin banisi, müdrik siyasetçi ve böyük serkerde Uzun Hesen öz hakimiyyetini möhkemlendirmek namine Sefevilerle ittifaqa girmişdi. O, evvelce öz bacısı Xedice beyimi şeyx Cüneyde, sonra ise qızı, hem de Trapezund imperatorunun nevesi Martanı (Alemşahbeyimi) şeyx Heydere ere verir. Uzun Hesenin dövründe Ağqoyunlu dövleti özünün yükselişinin zirvesine çatır. Sefeviler müveqqeti olaraq Azerbaycanda hakimiyyeti ele keçirmek planlarını dayandıraraq, öz qazilerini şimala, sünnilerin yerleşdiyi erazilere gönderir.
Dağıstan ve Şirvan üzerine yürüşlerde şirvanşahlarla döyüşler zamanı İsmayılın babası şeyx Cüneyd ve atası şeyx Heyder helak olurlar. Son döyüşde Uzun Hesenin oğlu Sultan Yaqub Ağqoyunlu da sefevilerin möhkelenmesinden çekinereg, şirvanşah Ferrux Yasarın terefine keçir.
Şeyx Heyderin ölümünden sonra İsmayılın dayısı Ağqoyunlu Sultan Yaqub Erdebili tutaraq, bacısı Alemşahbeyimi, habele onun azyaşlı oğlanlarını? Sultan Elini, İbrahimi, İsmayılı esir alır. Bu zaman İsmayılın hele iki yaşı da (o, 1487-ci il 17 iyulda Erdebilde doğulmuşdu) tamam olmamışdı. Sultan Yaqubun 1490-cı ilde hakimiyyete gelen oğlu Baysunqur heç bir il keçmemiş öz emisi oğlu Ağqoyunlu Rüstem padşah terefinden devrilir. Şirvanşah Ferrux Yasarın qızına evlenmiş Baysunqur kömek üçün qaynatasına müraciet edir.
Rüstem padşah şeyx Heyderin oğlanlarını azad edir ve onlardan en böyüyü olal Sultan Eliden Baysunqura qarşı mübarizesinde kömek isteyir. O, Erdebili yeniden Sultan Eliye qaytarır. Sultan Eli burada Sefeviyye teriqetinin şeyxi vezifesini icra etmeye başlayır. O, özünün qacar, qaramanlı ve şamlı tayfalarından olan müridleri ile birlikde Baysunqurla mübarizede Rüstem padşahın emirleri terefinde vuruşur.

Orta esrler müellifinin yazdığı kimi, “Sultan Eli bu döyüşlerde merdlik ve hüner mö’cüzeleri gösterir. Onun bu cür’et ve merdliyinden qorxuya düşen Rüstem bey bütün fikrini-zikrini onu aradan götürmeye yöneldir, Ayda Sultan Qacar ve Hüseyn bey Aşxanini Sultan Eli ve qardaşlarını tutmaq üçün Erdebile gönderir. Sultan Eli onların qoşunları ile döyüşe girir ve ölüm badesini içmeli olur.” 1495-ci ilde Şemasi adlanan yerde baş veren döyüşde 4 min Ağqoyunlu döyüşçüsüne qarşı cemisi 700 qızılbaş vuruşmuşdu. Ölümünden az evvel Sultan Eli qardaşı İsmayılı teriqetin şeyxi vezifesinde özünün varisi e’lan edir. E”tibarlı qızılbaşların kömeyi sayesinde 7 yaşlı İsmayıl gizlene bilir. Onu evvelce ele Erdebilde gizledirler. Bir qeder sonra şeherde şeyx Heyderin oğlanlarını tapmaq üçün ciddi axtarışlar başlandıqda onu Reşte, oradan da Gilan hakimi Kerkiye Mirze Elinin sarayına aparırlar. İsmayıl teqriben 6 il burada qalaraq, tanınmış emir ve alimlerin rehberliyi altında özünün dini, dünyevi ve herbi te’limlerini davam etdirir.
İsmayılın 13 yaşı olanda o, artıq müsteqil şekilde siyasi ve dini fealiyyete başlayır. 1499-cu ilin avqustunda İsmayıl “padşahlıq ümidi ile” Gilanı terk edir. O, qışı öz desteleri ile birlikde Astarada keçirir. Yaz ağzı Çuxursedden (Yerevan etrafı) keçerek, Erzincana yollanır. Bütün yol boyu yerli sufiler onun destesine qoşulur ve Erzincanda baxış keçirilerken me’lum olur ki, artıq onun bayrağı altına 7 min süvari yığışıb. Qızılbaş serkerdelerinin müşaviresinde qerara alınır ki, cavan şeyxin ilk yürüşü Şirvan üzerine olmalıdır. 1500-cü ilin sonlarında İsmayıl Kürü keçerek, bütün Şirvanda heç bir müqavimet görmeden Şamaxıya girir. Şirvanşah Ferrux Yasar 20 minlik süvari ve 6 minlik piyada qoşunu ile Gülüstan qalası yaxınlığında Cebeni adlanan yer-de İsmayıla qarşı döyüşe girir. İsmayılın ordusunun başında ona yaxın olan qızılbaş tayfalarının en e’tibarlı ve iste’dadlı serkerdeleri dururdu. Bunların çoxusu İsmayıl uşaq iken onun Erdebilden çıxarılmasında iştirak etmiş ve ondan ömrünün axırına qeder ayrılmamışdılar. Onların iştirakı olmadan dövlet işlerinin heç birisi hell olunmurdu. Tarixi edebiyyatda onlar “dövletin sütunları” adlandırırılır. hemin “sütunlar” arasında Piri bey Qacar, Abdin bey Tavaçı Şamlı, Hüseyn bey Lele Şamlı, Mehemmed bey Ustaclı, Ehmed bey Sufioğlu Ustaclı, Bayram bey Qaramanlı, Qılıc bey Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bey Bayburtlu, İlyas bey Xunuslu, Soltanşah bey Efşar, Dane bey Efşar, Xelil bey Möhrdar Efşar, Hüseyn bey süfreçi Efşar, Piri bey pervaneçi Efşar, Lele Mehemmed Tekeli, Bekir bey Cakirli, Salman bey Xazin Zülqederli de vardı ki, onlar da Cebeni yaxınlığındakı döyüşde iştirak etmişdiler. Şirvanlılar sayca çoxluq teşkil etseler de meğlubiyyete uğrayırlar, Ferrux Yasarın özü ise helak olur. Şirvan qoşunundan qalanlar “Gülüstan” qalasında gizlenirler.

Bundan sonra şah İsmayıl ona böyük serkerde kimi şöhret getiren bir çox parlaq qelebeler qazanır, lakin Cebeni yaxınlığındakı qelebesi genc serkerdenin tercümeyi-halında onun hem siyasi, hem de dini baxımdan özünü tesdiq etmesi üçün en vacib ve en ehemiyyetli döyüşü kimi yazılmışdır. Hemin dövrün Azerbaycan miniatürlerinde mehz bu döyüşün tez-tez tesvir olunması da tesadüfi deyildir.
İsmayıl kiçik bir destesini Gülüstan qalasının mühasiresi üçün saxlayaraq, Bakıya yollanır ve buranı aldıqdan sonra yene geri, hemin destenin yanına qayıdır. Burada xeber tutur ki, Azerbaycan hökmdarı Elvend Mirze Ağqoyunlu onun üzerine hücuma hazırlaşır. İsmayıl “dövletin sütunları”nı meşverete yığaraq onlardan soruşur: “Siz ne isteyirsiniz, Azerbaycan taxt-tacını, yoxsa “Gülüstan” qalasını?” Onlar yekdillikle Azerbaycanı üstün tuturlar?Tebriz kafir sünnilerden alınmalıdır.
Şirvanşahların xezinesi de daxil olmaqla böyük bir qenimet qazanmış İsmayıl öz qoşunu ile Naxçıvan istiqametinde hereket edir. 1501-ci ilin ortalarında Elvend Mirze onları Şerur düzünde qarşılayır. Elvend Mirzenin 30 minlik ordusu ile döyüşe giren İsmayıl 7 minlik qoşunu ile onu darmadağın edir. Vahimeye düşüb qaçan döyüşçülerini saxlamaq ve reqibin arxadan zerbelerini def etmek meqsedile bir-birine zencirlenmiş develerden istifade etmek cehdi de Elvend Mirzeye kömek etmir.
İsmayıl bu döyüşde de öz yaşına göre qeyri-adi derecede serkerdelik qabiliyyeti ve şexsi igidlik nümunesi gösterir. O özü şexsen Ağqoyunlu qoşununun sayılan emirlerinden Karqiçay beyi qılınc döyüşünde meğlub edir. Diger meşhur serkerdeler de öldürülmüş ve başları özge düşmenlere görk olmaq üçün qızılbaş döyüşçülerinin tutduğu yüksekliklerde qoyulmuşdur. Elvend özü ise döyüş meydanından gücle qaçaraq, canını qurtarmışdır. Belelikle, İsmayıl xeyli qenimet qazanmışdır ve en esası ise Tebrize yol açıqdır. 1501-ci ilin payızında İsmayıl Tebrize girerek, özünü şah e’lan edir ve öz adından pul buraxmağa başlayır. Onun pullarının üzerinde şie remzleri hekk olunmuşdu: “La-ilahe-il-lellah, Mehemmed resul-illah. Eliyen veliyullah” (“Allahdan başqa allah yoxdur. Mehemmed onun resuludur, peyğemberidir. Eli ise Allahın dostudur.”) Şielik dövlet mezhebi seviyyesine qaldırılır, Azerbaycan dili ise Ağqoyunlu ve Qaraqoyunlu dövletlerindeki kimi, fars dili ile birlikde yeni qızılbaş dövletinin resmi dili e’lan olunur. Sefeviler zamanında Heratdan Bağdada qeder neheng bir erazide Azerbaycan dilinde danışılırdı.

Bir il sonra, 1503-cü ilde şah İsmayıl hem de Fars ve İraqi-Ecem hökmdarı olan Ağqoyunlu padşahı Muradla mübarizeye girişir. Onlar arasında döyüş 1503-cü ilin 21 iyununda Hemedan yaxınlığında baş verir. Evvelki iki döyüşünde olduğu kimi, şah İsmayıl yene de merkezde qerar tutur. Çinahlarda “dövletin sütunları” ve onların başçılıq etdikleri qoşunlar yerleşdirilir. Avanqardda Xülefa bey ve Mensur bey Qıpçaqi hereket edirler. Qarapiri bey Qacar ve onun 1500 süvarisi ehtiyatda saxlanılır. Murad padşahın avanqardında ise Qum hakimi İslamiş bey yerleşdirilir. Qoşunlar qarşılaşanda İslamiş bey şah İsmayılın avanqardını yararaq, onun ordusunun merkezine doğru irelileyir.. Ele bu zaman Qarapiri bey Qacar gizlendiyi yerden çıxaraq, ona hücum çekir. Şah İsmayılın özü de şexsen hücuma qoşulur. İslamiş beyin destesi tamamile dağıdılır, o özü ise esir düşür. Bu da bütövlükde döyüşün taleyini hell edir. Belelikle, Ağqoyunlu ordusu darmadağın olunur, dövletin özü ise tarixe qovuşur.
Şah İsmayıl tutduğu bölgede öz mövqelerini möhkemlendirmekle meşğuldur. Murad padşahı te’qib ede-ede o, ele hemin ilde Şiraz, İsfahan, Kaşan ve Qum şeherlerini tutur. 1508-ci ilde şah İsmayıl artıq Bağdad da daxil olmaqla İraqi-Erebi, Diyarbekiri, Ermenistanı, habele Ön Asiyanın bir sıra şeherlerini işğal etmişdi.
Çox qısa müddetde şah İsmayıl Şeybani xanın özbek dövletinden tutmuş Osmanlı imperiyasının serhedlerine qeder uzanan möhteşem bir dövlet yarada bilir. Şeybani xan İsmayıl üçün strateji ehemiyyet daşıyan İsfahanı tutarken ona gönderdiyi mektubda yazmışdı: “Men İran ve Azerbaycan serhedlerine gelerek, oranı tutandan sonra İraqi-Erebe ve Hicaza gedeceyem.” Şah İsmayıl bunun cavabında lengimeden öz qoşunlarını Xorasana yeridir. Düşmen Merv qapasında gizlenir. Lakin İsmayıl aldadıcı manevr ederek, Şeybani xanı qaladan bayıra çıxarır ve 1510-cu il dekabrın 2-de Mahmudi kendi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasında döyüş başlanır. Bütün gün erzinde davam eden ağır döyüş şah İsmayılın tam qelebesi ile başa çatır. Şeybani xan qaçmaq istedikde şah İsmayılın döyüşçüleri ve öz mühafizeçileri onu qetle yetirirler. Şeybani xanın başını şaha getirirler. Emre esasen, onun kellesini qızıl suyuna çekib, qedeh düzeldirler. Deyilene göre, sonralar şah İsmayıl bu qedehden şerab içirmiş. Bu döyüşden sonra o, Herat, Merv ve Belx şeherlerini tutur. Bütün Şabran. Xorasan vilayeti şaH İsmayılın hakimiyyeti altına keçir. Sefevi dövleti öz yükselişinin zirve nöqtesine çatır. Onun erazisinin sahesi 2 milyon 800 min kvadrat kilometre çatırdı. Şie mezhebli qızılbaş dövletinin bele möhteşemliyi sünni Türkiyeni güclü suretde narahat edir. Üstelik de şah İsmayıl Qerbi Anadoluda ve Osmanlı imperiyasının bura yaxın diger erazilerinde feal suretde şie tebliğatı aparırdı.
Türk sultanı I Selim 1512-ci ilde taxt-taca çıxan kimi şah İsmayılla müharibeye hazırlıq görmeye başlayır. O, öz tehlükesizliyini möhkemlendirmek meqsedile Türkiyede yaşayan 40 min şie mezhebli adamı e”dam etdirir. Bundan sonra ise Azerbaycan serhedlerine 200 minlik neheng bir ordu çıxarır. O, öz mühzribesini “müselman dininin düşmenleri olan sefevilere ölüm” şüarı ile aparırdı. Döyüş 1514-cü il avqustun 26-da Çaldıran adlanan yerde baş verir. Gah bir, gah da diger teref güc gelir. Bu döyüşde türkler sayca çox idiler. Bundan başqa onların daha bir üstünlüyü de 300-e qeder topun olması idi. Bütün bunlar döyüşün gedişine te”sir göstermeye bilmezdi. Şah İsmayıl şexsi igidlik ve cesurluq nümuneleri gösterib, özünün qeyri-adi gücü ve döyüş bacarığı ile meşhur olan Eli bey Melküq oğlunu meğlub edir. Şah İsmayıl qılıncla ona ele bir zerbe endirir ki, debilqesi ve başı iki yere paralanır. İsmayılın qılıncı Eli beyin sinesine qeder işleyir. Döyüşün qızqın çağında İsmayıl azsaylı destesi ile düşmenin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdreyib yıxılır. Osmanlılar ona teref cumanda zahiren şah İsmayıla çox benzeyen Soltaneli Mirze Efşar: “Şah menem”, ?deye qışqırmaqla onların diqqetini yayındırır. Hemin vaxt erzinde İsmayıl atına qalxaraq döyüşe davam edir. Üç gün davam eleyen kergin döyüş türklerin qelebesi ile neticelenir. Yaralı Şah İsmayılı te?qib eden I Sultan Selim yol boyu Xoy, Merend ve Tebriz şeherlerini tutur. Buna baxmayaraq, o, Tebrizde çox qala bilmeyib, altıca günden sonra şah İsmayılın tacı, elbiseleri ve bezek eşyaları da içinde olmaqla xeyli qenimet götürerek, şeheri terk edir.
Sultan Selim qenimetle birlikde özü ile İstambula sonradan Türkiyenin incesenet ve senetkarlıqının inkişafında müstesna rol oynamış bir çox incesenet xadimlerini ve senetkarları da aparır. Dünyanın en zengin muzeylerinden sayılan İstambul Topqapı sarayında, Esker muzeyinde Azerbaycan tetbiqi senetinin Çaldıran döyüşünden sonra buraya getirilmiş en nadir nümuneleri nümayiş etdirilmekdedir. Bu cür eksponatları siz ne Tebrizde, ne Bakıda, ne de Tehranda tapa bilmezsiniz. Selimin eline keçmiş esirler arasında şah İsmayılın döyüş paltarı geymiş arvadları Behruze xanım ve Taclı xanım da vardı. Tarixçilerin bildirdiyine göre, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz erleri ile birlikde vuruşan xeyli qadın meyidi tapılmışdı. Azerbaycan qadınlarının vetenpərvərlik ve igidliyinden heyran olmuş Sultan Selim onların döyüşçüye xas ehtiramla basdırılması üçün emr vermişdi. 1515-ci ilde Osmanlı Türkiyesi ile sülh bağlanır. Şerte göre, Qerbi Anadolu hemişelik Türkiyeye verilir. Lakin sülh bağlanmasına baxmayaraq, bundan sonra da yüz iller boyunca Sefeviler qeyri-adi qehremanlıqlar hesabına osmanlı hücumlarını qarşısını almalı olur. Bütün Yaxın Şerqde faktiki olaraq yalnız azerbaycanlılar özlerinin osmanlılara beraber döyüşkenliyi hesabına onların müdaxilesine sine gererek, öz müsteqilliklerini qoruyub saxlaya bilmişler.

Çaldıran döyüşünden sonra Şirvan ve Gürcüstan üzerine yürüşler istisna edilmekle şah İsmayıl iri herbi emeliyyatlar keçirmir. Onun bütün se’yleri yaratdığı möhteşem dövleti qoruyub möhkemletmeye yönelir. 1524-cü ilde şah İsmayıl vefat edir. Onu Erdebilde Sefevilere mexsus Darül-İrşad qebristanlığında defn edirler.
Şah İsmayılın Rüstem Mirze (genc yaşlarında vefat edib), şah Tehmasib, Sam Mirze, Alxas Mirze ve Behmen Mirze adında beş oğlu ve Xanım, Perixan xanım, Mehinbanu, Firengiz xanım ve Şahzeyneb xanım adında beş qızı olub.
Şah İsmayıl çox nadir dühaya malik bir şexsiyyet olub. Çoxları bilmirler ki, o, Sefevi dövletinin hökmdarı, sufi teriqeti olan Sefeviyyenin şeyxi, Xetai texellüsü ile ana dilinde gözel şe’rler yazmış böyük şair olmaqla yanaşı hem de idman oyunları, cıdır yarışları, ovla meşğul olmuş, ressamlıq ve xettatlığın sirlerine beledliyi ile seçilmiş, yaxşı berbed çalmış ve gözel sesle oxumuşdur. Dövrün en görkemli alimleri, astronom ve astroloqları, tarixçileri, şairleri, ressamları, xettatları, musiqiçi ve musiqişünasları onun sarayına toplaşmışdılar. Ağqoyunlu Uzun Hesenin Tebrizde yaratdığı meşhur kitabxananın nezdinde o, yeni tipli bir kitabxana yaradır. Buradan tekce Azerbaycanın deyil, hem de bütün yaxın ölkelerin alimleri istifade edirler. Bundan başqa hemin kitabxana sanki Bedii Senetler Akademiyası rolunu oynayır. Neheng ölkenin her terefinden en iste’dadlı xettat, ressam ve ustalar buraya toplanır. Onlar üçün burada xüsusi e’malatxanalar yaradılır. Bu e’malatxanalarda kağız, karton, mürekkeb, reng ve diger levazimatlar da istehsal olunur. Ele buradaca xettatlar terefinden kitabların üzü köçürülür, miniatürçü ressamlar (müsevvirler) tere-finden onlara tertibat verilir, şekiller çekilir, neqqaşlar ve müzehhibler (qızıl suyu ile işleyen ustalar) terefinden naxışlar vurulur, kartondan (sehhaflar) ve deriden (mücellidler) cild çekenler ise onları indiki anlamda kitab halına salırdılar. İste’dadlı gencler, hemçinin hökmdarın aile üzvleri ve saray eyanları bu kitabxanada xettatlıq ve ressamlıq senetine yiyelenirdiler.
Kitabxananın rehberlerinden biri Şerqin böyük miniatürçü ressamı Kemaleddin Behzad idi. Şah İsmayıl ve onun oğlu şah Tehmasibin vaxtında hemin kitabxanada Mahmud Nişapuri, Ağa Mirek, Sultan Mehemmed, Mir Eli Xettat, Sadıq bey Efşar, Mir Seyid Eli Müsevvir ve bunlar kimi onlarla başqa görkemli senetkarlar çalışmışdılar. Bütün dünyada meşhur olan Azerbaycan miniatür ressamlıq mektebi de burada formalaşmışdı. Öz leyaqetine göre buna benzer ikinci bir kitabxana da şah İsmayıl terefinden Erdebilde, şeyx Sefi ed-Dinin xatire kompleksinde yaradılmışdı. Hemin kitabxana buraya gelen zevvarların nezir qisminde bexşiş etdikleri hediyyelerle zenginleşir, habele buradakı e’malatxanalarda hazırlanan kitabların satılması hesabına inkişaf edirdi. Hemin kitabxana 1828-ci ilde rus-İran müharibesi neticesinde talan olunub aparılana qeder olduqca nadir kitab ve elyazmalarla meşhurlaşmışdı.
Ağqoyunlu hökmdarları zamanında Tebriz sarayında yaranmış en’eneleri (Uzun Hesenin sarayında yüze qeder musiqiçi ve musiqişünas vardı) davam etdiren şah İsmayıl musiqi senetine böyük fikir verir, musiqiçi, müğenni ve musiqişünaslara her cür himayedarlıq edirdi.
Heqiqi, Şahi, Süruri, Tüfeyli kimi meşhur şairler şah İsmayılın sarayında qulluq edirdiler. Onların hamısı şah İsmayılın yaratdığı edebi meclisin üzvleri idiler. Şah İsmayıl belke de en birinci tebliğatçı şairlerdendir. Şah İsmayılın dini ve siyasi görüşlerini ifade eleyen mexsusi şe’rleri gezergi aşıq ve dervişler terefinden elden-ele yayılırdı. Bu me’nada şah İsmayılın şexsiyyetine üç terefden yanaşmaq olar: Şeyx İsmayılın görüşlerinin te’siri altında şair Xetai derin ideya ve ritmik musiqiye malik gözel şe’rler yazır ve şah İsmayıl bu eserlerden öz siyasi meqsedleri üçün istifade edirdi. Xetai eyni zamanda hem de gözel bir lirik şair idi. Onun ana dilimizin bütün inceliklerini ustalıqla eks etdiren “Dehname” poeması Azerbaycan poeziyası tarixinde mühüm yer tutur. Hemin poemanın tebietin bahar oyanışına hesr olunmuş ölmez misraları Azerbaycan şe’rinin bütün müntexebatlarında öz evezolunmaz yerini tutmuşdur:

Qış getdi, yene bahar geldi,
Gül bitdivü lalezar geldi.
Quşlar qamusu feğane düşdü,
Eşq olu yene bu cane düşdü
Yer geydi qebayi-xizrpuşan,
Cümle dile geldi lebxamuşan.
Servin yene tutdu damenin su,
Serv üste oxudu faxte ku-ku.
Qönce deheni çemende xendan,
Gülmekden enar açıldı dendan.
Bülbül oxudu sifati-hicran
Deryada dür oldu ebri-neysan.
Durna uçuban hevaye düşdü,
Laçın oluban övaye düşdü
Alma ağacı dibinde saye,
Te’n eyler idi buluda, aye.
Yaşın yere tökdü ebri-neysan,
Bülbüller oxudu sed hezaran.

Venesiyadan olan bir tacir yol qeydlerinde özünün şah İsmayılla Tebrizdeki görüşlerini bele xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözel ve merd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün emirlerden güclüdür. Oxatma meşqleri zamanı adeten musiqi çaldırır. Reqsi çox sevir ve reqqaseler oynarken ayaqlarını yere döyerek, İsmayıla hesr olunan mahnılar da oxuyurlar. O, her gün emirlerle oxatma yarışları keçirmek üçün meydana çıxır ve hemişe de günün qaliblerine mükafatlar verir. Bu yarışlar vaxtı onun şerefine çalıb-oxuyur, reqs edirler. Bu sufi öz tebeeleri, xüsusile de eskerler terefinden allah kimi sevilir ve perestiş olunur. Onun eskerlerinden bir çoxu döyüşe yalın elle-debilqe ve zirehsiz girirler, onlar emindirler ki, İsmayıl onları döyüşden salamat çıxaracaq.”
Xalq arasında indiye qeder dilden-dile gezen efsanede de şah İsmayılın qeyri-adi fiziki qüvvesinden danışılır. Efsanede deyilir ki, şah İsmayılın öz qılıncı ile düşmen toplarının lülesini yarması xeberi türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarıc gönderib xahiş edir ki, qılıncını ona göndersin. Tezlikle onun bu xahişine emel olunur. Lakin Sultan hemin qılıncla topun lülesini yarıb keçe bilmir ve İsmayılı günahlandırır ki, guya o, heqiqi qılıncı göndermeyibmiş. Şah İsmayıl mecburiyyet qarşısında yazdığı mektubda meselenin ne yerde olduğunu anladığına işare edir ve yazır ki, qılınc hemen qılıncdır, vuran el ise hemenki olmayıb.
Hakimiyyetinin son illerinde şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq ve qohumluq münasibetleri yaranır. Evvelce Şah İsmayıl qızı Perixan xanımı Şeyxşahın oğlu Sultan Xelile ere verir, sonra ise özü Şirvanşahın qızlarından biri ile evlenir. Şah İsmayılın toyu 1523-cü il noyabrın 5-de Tebriz yaxınlığında olur.
Şah İsmayıl ömrünün sonuna qeder balıq tutmaqla ve ovla eylenib. Güclü vehşilerle elbeyaxa döyüşmek ona xüsusi lezzet verirmiş. Deyilene göre, o, hele 12 yaşında iken etraf yerlerde yaşayan adamları teşvişe salan neheng bir ayını boğmuş, 19 yaşında ire Bağdad yaxınlığında pelengi öldürmüşdü. O, hemçinin böyük ovları da çox xoşlayıb ve yeqin ele buna göre tez-tez öz kitabxanasının e’malatxanalarında yaradılan miniatürlerde ov sehnesi tesvir edilir. Onun sonuncu bele böyük ovu Şekiye seferi zamanı Balaken erazisinde çıxdığı ov idi. Şah İsmayıl orada xestelenmiş ve Tebrize artıq ölüm ayağında getirilmişdi.
Şah İsmayılın şexsiyyeti esrler uzunu xalq arasında hemişe populyar olub. Onun haqqında dastanlar ve revayet qoşulmuş, bir çox muğam ve tesnifler onun adı ile adlandırılmış, gösterdiyi igidlikler nağıllarda, romanlarda, dram eserlerinde ve operalarda vesf olunmuşdur.
Xetai şe’rlerinin elyazmaları bir çox dünya muzeylerinde ve kitabxanalarında saxlanılır. Bunlar arasında en qedimi olan “Divan” I Şah Tehmasibin sarayında şairin ölümünden cemisi 11 il sonra meşhur xettat Şah Mahmud Nişapuri terefinden köçürülmüşdür ve hazırda Daşkendde saxlanılır.

Dem-be-dem yol gözlerem, ol sevgi yârım gelmedi,
Qalmışam qış möhnetinde, növbahârım gelmedi.
Her zaman yolunu beklerim, ancak o sevgili yârim gelmedi. Kışın sıkıntılı mevsiminde kaldım, bir türlü ilkbaharım gelmedi.

Xeyli müddetdir ki, men tâ ayru düşdüm yârden,
Görmek üçün hedden ötdü, intizârım, gelmedi.
Ben epey zamandır yârdan ayrı düşmüşüm. Görmek için beklediğim süre geçti, beklediğim sevgili gelmedi.

Tâ ki, gördüm uyxuda men ol perîşan zülfünü,
Yerine andan beri sebr ü qerârım gelmedi.
Ne zaman ki, onun perişan, dağınık saçlarını rüyada gördüm, o andan beri sabır ve kararım yerine gelmedi.

İxtiyârım getdi elden, cân u dilden el yudum,
Ol menim cân u könülden ixtiyârım gelmedi.
Kendi karar gücüm elimden gitti. O benim kendi isteğimle karar verme gücümü verdiğim sevgili gelmedi.

Xestedir miskin Xetâî bir misâl-i endelib,
Hüsn bağında cemâl-ı gül’üzârım gelmedi.
Miskin Hataî, bir bülbül gibi hastadır. Çünkü güzellik bahçesine gül yanaklı güzel sevgilim gelmedi.
Qazel-2

Munca cövr etdin mene, nâmehribanlıqdan ne sûd?
Öldürenden sonra ey can, mehribanlıqdan ne sûd?
Bana bunca işkence ettin, bu merhametsizlikten ne fayda gördün? Ey Sevgili! beni Öldürdükten sonra gösterdiğin sevgi neye yarar?

Gelirin ile telx keçdi çünki ömrüm dünyade,
Yaşım yüzden isteyiben şâdimanhqdan ne sûd?
Dünyada ömrüm senin kahrından acı ile geçti. Yaşım yüzü geçtikten sonra istediğim mutluluk neye yarar?

Bilmezem neçün durur düşmenliğin bu növ ilen,
Lütfini göstermeyib hem bu yamanlıqdan bu sûd?
Bu çeşit düşmanlığın nedendir, bilmem. İyilik göstermiyorsun, bu kötülükten ne fayda gördün?

Çünki rehinin yoxdurur men pîr-i eşqin halına,
Bu vatan bağında ey servim, cavanhqdan ne sûd?
Madem ki, ben aşk ihtiyarının hâline acıman yok-tur. Ey servi boylum! Bu vatan bahçesinde gençlik neye yarar?

Ey Xetâî, dilberin çün kim cefâ eyler sene,
Bîvefâ âlemde böyle zindeganlıqdan ne sûd?
Ey Hatâî! Madem ki, sevgilin sana cefa eder. Vefasız dünyada böyle dirilik (hayat) neye yarar?
Qazel-3

Dilberâ, mehrin ezelden sidqile canımda var,
Andan özge kimse yoxdur, hem bilür Perverdigâr.
Ey sevgili! Senin sevgin ezelden beri temiz bir şekilde ruhumdadır. Ondan başka (gönlümde) kimse olmadığını Tanrı da bilir.

Bu fena dârinde ehl-i zövq ilen qıl sefa,
Mülk ü mâl ü teht ü câh olmaz cahanda payidar.
Bu yokluk ülkesinde zevk ehliyle sefa sür. Çünkü dünyada mal, mülk, taht ve itibar sonsuz değildir.

Sâye-yi qeddinde gerçi yer yüzü buldu şeref,
Sâyibân-i rüf etinden nöh felek dutmuş qerar.
Boyunun gölgesinde yeryüzü şereflenmiştir. Dokuz felek, senin yüceliğinin gölgeliğinde dur-maktadır.

Gelmemişdir sen tâki âlemde ey sultan,i hüsn,
Sâhib-i fezl ü kemâl ü izzet-i bâiftixar.
Ey güzellik sultanı! Bu âleme senin gibi erdem ve olgunluk sahibi, yüce ve şanlı birisi gelmemiştir.

Nezm-i eş’ârm Xetâî, her biri dürdânedir,
Söylegil tâ şahların gûyinde olsun gûşivar.
Ey Hatâî! Şiirlerinin her biri inci taneleri gibidir. Şahların kulağına küpe olana kadar söylemeye devam et.
Qazel-4

Könül, şâd ol ki, canan geldi derler,
Bu mürde cismine cân geldi derler.
Ey gönül! Mutlu ol, çünkü sevgilinin geldiğini söylüyorlar. Bu yüzden “bu ölü vücuda can geldi” diyorlar.

Şikâyet eyleme sen hicr elinden,
Senin derdine derman geldi derler.
Sen ayrılık derdinden şikâyette bulunma, çünkü “senin derdine derman geldi” diyorlar.

Bu zulmet cövrini çox çekdi bülbül,
Bahar irdi, gülüstan geldi derler.
Bülbül, bu karanlığın sıkıntısını çok çekti. Ancak “bahar mevsimi geldi, gül bahçesi açıldı” diyorlar.

Qarmca bağladı bel xidmetine,
Esen yeller Süleyman geldi derler.
Karınca, hizmetine bel bağladı. Esen yeller, “Süleyman geldi” diyor.

Xetâî, cân feda duştun yolunda,
Bu gün dust sana mehman geldi, derler.
Ey Hatâî! Sevgilinin yoluna canım feda olsun. “Bu gün sevgili sana misafir geldi” diyorlar.
Qazel-5

Bütperest oldu könül, bütxâneler küncündedir,
Men bilürmen bu dil-i şeydâ neler küncündedir.
Gönül putperest oldu, puthanelerin köşesindedir. Ben bu deli gönlün nelerin köşesinde olduğunu bilirim.

Genc-i eşq için vücûdim şehrini qıldım herab,
Nîşe kim gencin yeri viraneler küncündedir.
Aşk hazinesi için vücut şehrini harabe hâline getirdim. Çünkü hazinenin yeri viraneler, harabeler köşesidir.

Yûsif-i Ke’nani salmışdır zenexdan çâhine,
Zülfüne bağlı nece dîvâneler küncündedir.
Yusuf-i Ken’an’ı gerdanının kuyusuna atmıştır. Onun zülüflerine bağlı pek çok divâne âşık, o kuyunun bir köşesindedir.

Dürlü mezmim hesretinden, firqetinden, ey senem,
Behr-i çeşmum me’dedi dendâneler küncündedir.
Ey sevgili! Senin hasretinden, ayrılığından çeşitli şiirler yazdım. Gözyaşı denizimin madeni ağızdaki diş tanelerinin köşesindedir.

Zâhid aydır, ey Xetâî, rext-i destârın hanı?
Qoymuşam meyçin girov, meyxâneler küncündedir.
Zahid, “Ey Hatâî, senin sarığın hani?” der. İçki karşılığı rehin bıraktım, meyhanenin köşesindedir.
Qazel-6

Bizim ol dilrüba cânânemizdir,
Meğer ol cân değil cânâ nemizdir?
O gönül çalan, bizim sevgilimizdir. Ey can! Eğer o can değilse nedir?

Yanarmen şem-i rûyun hesretinden,
Demezsen ol bizim pervânemizdir?
Yüzünün mumunun hasretinden yanarım. Sanki o bizim pervânemizdir, demezsin.

Feraqinden ne fikri vardır, ey dust,
Vüsâlın her gece mehmânemizdir.
Yüzünün mumunun hasretinden yanarım. Sanki o bizim pervânemizdir, demezsin.

Gözün sermestdir boyun sürahi,
Sözün noql ü leb-i peymânemizdir.
Gözün sarhoştur, boyun sürahi gibidir. Sözün meze, dudağın ise kadeh gibidir.

Gülende dişlerin ağzında ey cân,
Sedef içindeki dürdânemizdir.
Ey can! Sen gülünce ağzındaki dişlerin sedef içindeki inci tanesi gibidir.

Ser-i zülfün içinde dâne hâlin,
Könül quşuna dam ü dânemizdir.
Saçlarının içindeki ben tanesi, gönül kuşuna tuzaktaki buğday tanesi gibidir.

Dedim -Kimdir Xetâî bendenizde,
Dedi: Bir âşiq-i dîvânemizdir.
“Hatâî kulunuz kimdir?” dedim. “Bir divane âşığımızdır” dedi.

Hece Vezni İle Şiirler

Erenlerin erkânına, yoluna,
Tâ ezelden talib oldum, erenler.
Cân ile gönülden durdum, düşündüm,
Bu gün mürşüdümü buldum, erenler.
Ey erenler, ben erenlerin yoluna ta ezelden istekli oldum. Can ile gönülden durup düşündüm ve bugün mürşidimi buldum.

Cân ile gönülden gezdim aradım,
Heqq’in dîdârmı görmek muradım,
Didar ile mehebbetdir telebim,
Ya bu gün, ya yarın öldüm erenler.
Can ile gönülden gezdim ye aradım. Amacım Hakk’ın yüzünü görmektir. İsteğim Hakk’ın yüzüyle muhabbettir. Ey erenler, çünkü ben ya bugün, ya da yarın öleceğim.

Keçmişem serimdem, qorxmam ölümden,
Münkir bilmez övliyanm halinden,
Yezid oğlu bir xarici elinden
Çox demdir didardan qaldım, erenler.
Ben başımdan vazgeçmişim, ölümden korkmam. İnkarcı kişi, evliyanın halinden anlamaz. Hz. Ali’ye karşı ayaklanan Yezid oğlu bir ha-ricinin yüzünden çok zamandır Hakk’ın yüzünden uzak kaldım.

Sen Heqq’i yabanda arama, saqın,
Uyduysan qelbine, Heq sana yaxın,
Âdeme xor baxma, kendini saqın,
Cümlesin ademde buldum, erenler.
Sen Hakk’ı sakın ola ki dışarıda arama. Kalbine uyarsan Hak sana yakındır. İnsanoğluna hor bakmaktan kendini sakın. Çünkü ben her şeyi insanoğlunda buldum.

Şah Xetâyîyem, erz edeyim hâlimi,
Xerc edeyim elde olan vârimi,
Süre süre şaha gedem yüzimi,
Mürvet qebûl eyle, geldim, erenler.
Şah Hatâî’yim, hâlimi sizlere anlatayım. Bütün servetimi Hak yolunda harcayayım. Yüzüm süre süre Şah’a gideyim. Ey erenler, size geldim, cömertlikle beni kabul edin. (Şah, burada Hz.Ali anlamındadır.)
Şiir-2

Gövherin keçmeyen yerde,
Satma qardaş, kerem eyle.
Le’l daşını çay daşma
Çatma qardaş, kerem eyle.
Kıymeti bilinmeyen yerde inci satma, cömertlik yap kardeş. Kırmızı renkli lâl taşını, adi dere taşma karıştırma, soyluluk et.

Gördün bir yerde âşinâ,
Her ne dersen öz başına,
Yol daşını, yol quşuna
Atma qardaş, kerem eyle.
Ey kardeşim, bir yerde bir tanıdık görünce onu bırakma. Ne söylersen kendine söylersin. Yolda bulduğun taşı o yolun üzerindeki kuşa atma, soyluluk et.

Gördünse bir yerde reqib,
Neylersen yüzüne baxıb,
Münkiri qatara çekib
Gatma qardaş, kerem eyle.
Ey kardeşim, bir yerde bir düşman görürsen onun yüzüne bakıp ne yapacaksın? İnkarcıyı da grubuna katıp gitme, soyluluk et.

Xetayim çağırır, ere,
Dünyâ bele gelmiş zira
Arif oxun ebes yere,
Atma, qardaş, kerem eyle.
Hatâî, yiğitlere seslenir. Çünkü dünya böyle yaratılmış, irfan sahipleri, okunuzu boş yere at mayın, cömertlik edin.
Dörtlükler

Xetâîyem, xettaram,
Heq sirrine settaram,
Hekimlerin dermanı,
Tebiblere ettaram.
Hatâî’yim, hatırlatıcıyım. Hakk’ın sırlarını örterim. Doktorların dermanı ve ilaç yapıcısı benim.

Xetâîyem, bir halam,
Elif üstünde dalam.
Sufiyem teriqetde,
Heqiqetde abdalam.
Hatâî’yim, bir hâl olmuşum. Elif harfinin üstündeki dal harfine dönmüşüm. Tarikatta sofu isem de gerçekte bir abdalım.

Xetâîyem, ver cevablen,
Qırmızı gül gülablen,
Senden can esirgemem,
Zira kim, bir hesablen.
Hatâî’yim, bana bir cevap ver. Kırmızı gül, gülsuyuyla anılır. Senden canımı esirgemem, ancak bunun da bir hesabı olmalı.

Xetâî Mehdî oldu.
İmamlar cehdi oldu,
Getir, getdi qem-qüsse,
Şadilirq vaxtı oldu.
Hatâî, Mehdi* oldu. On iki imamın yolunda çalışan bir kişi oldu. Şimdi gam ve üzüntüsü gitti. Mutluluk vakti geldi.
(*Mehdi: Doğru yolu tutmuş olan veya Şiilik inancına göre on ikinci imam olup kıyamette geleceğine inanılan zattır. Burada her iki anlamda da kullanılmıştır).

Xetâî işin düşer,
Gelib gedişin düşer,
Dişleme çiy löqmeni,
Yerine dişin düşer.
Ey Hatâî, kimseyi hor görme, işin düşer ve gelip gidersin. Çiğ lokmayı çiğneme, çünkü dişin kırılabilir

Orta əsrlər ədəbiyyatı
XIII əsrdən etibarən, obyektiv tarixi gerçəkliyin təsiri altında Azərbaycan torpaqlarında əsasən ərəb və fars dillərində yaradılan Azərbaycan ədəbiyyatında doğma dildə yazan şair və sənətkarların sayının get-gedə artdığını görürük. Bu zamandan Azərbaycan ədəbiyyatının qədim dövrü bitir və orta əsrlər dövrü başlayır.
İzzəddin Həsənoğlu və Şeyx Səfiəddin Ərdəbili kimi lirik şairlər qonşu xalqlarda olduğu kimi, sufi-mistik ideyaları içinə alan lirik və epik parçalardan daha çox, canlı həyatla bağlı olan dünyəvi poeziya nümunələri yaratmağa üstünlük verirlər. Həsənoğlunun türkcə üç, farsca bir qəzəli, Şeyx Səfinin kiçik bir divanı bu dövrün anadilli ədəbiyyatı haqqında dolğun təsəvvür yaradır, gələcək böyük poeziyanın bünövrəsinin möhkəm təməl üzərində qoyulduğundan xəbər verir. Həsənoğlunun qəzəllərində müəyyən dərəcədə özünü göstərən sufi-mistik ideya və obrazlar bu istiqamətin artmağa doğru deyil, azalmağa doğru inkişaf etdiyindən xəbər verir. Əldə olan poetik örnəkləri şairin qüdrətli bir sənətkar olduğundan, zəngin yaradlıcılıq təcrübəsinə malik olduğundan xəbər verir və gələcəkdə onun poetik irsindən daha çox nümunələrin tapılacağına ümid doğurur.
XIII yüzilliyin epik poeziya örnəkləri arasında anonim “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemalarının adlarını çəkmək lazımdır. Hər iki əsərdə islam dininin yüksək humanist dəyərləri bədii təqdimat obyektinə çevrilir, müəlliflər oxucunu islam şəriətinin əsasını təşkil edən xeyirə, ədalətə, insansevərliyə, düzlüyə, insaf və etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirirlər.. Orta əsrlərin Avropa cəngavər romanlarından fərqli olaraq, burada əsas məqsəd hadisələrin cəlbediciliyini təmin etmək deyil, poemanın süjetində duran əxlaqi ideyanın oxucuya daha təsirli şəkildə çatdırılmasıdır.
Qurandakı “Yusuf” surəsi ilə bağlı olan “Qisseyi-Yusif” əsərində isə doğruluq və səmimilik kimi insani keyfiyyətlər təbliğ edilir, son nəticədə bunların insana gətirəcəyi xeyir əyani şəkildə açılıb göstərilir.
Bütün XIII əsri, XIV əsrin isə ilk onilliklərini yaşayıb uzun bir yaradıcılıq yolu keçmiş Güney Azərbaycan şairi Hümam Təbrizi (1201-1314) də bu dövrün görkəmli ictimai-siyasi xadimi və istedadlı şairlərindən biri olmuşdur. Hümam Təbrizinin “Dəhnamə” (“On məktub”) poeması, fars dilində “Divan”ı məlumdur. O öz yaradıcılığında sələfi Nizami Gəncəvi sənətindən xeyli bəhrələnmiş, onu xoş sözlərlə yad etmişdir. Nizami Gəncəvi kimi Hümam Təbrizinin də yaradıcılığının başlıca aparıcı istiqamətini türk milli mentalitetinin əsas əlaməti olan humanizm və insan gözəlliyinin tərənnümü təşkil edir.
Azərbaycan ədəbiyyatında daha çox sufizm cərəyanının görkəmli nümayəndəsi kimi tanınmış Şeyx Mahmud Şəbüstərinin (1287-1320) nəsr və nəzmlə yazdığı bir çox əsərləri arasında “Gülşəni-raz” poeması diqqəti daha çox cəlb edir. Fəlsəfi suallar və cavablar şəklində yazılmış bu əsərdə dövrün mütərəqqi dünyagörüşlü ziyalılarını və qabaqcıl elm xadimlərini düşündürən bir çox elmi-ictimai problemlər qoyulmuş və mütəfəkkir şairin bilik dairəsində onlara cavab vermək cəhdi edilmişdir.
XIV yüzildə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairləri də Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa” mövzusunda ana dilində əsərlər yaratmışlar. Elə həmin yüzilin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poeması da anadilli epik şeirin gözəl örnəklərindən sayılmalıdır. Bütün bu əsərlər epik poeziyamızın sonrakı inkişafında müəyyən rol oynamışlar.
Bu dövr ədəbiyyatının ümumi inkişaf yoluna nəzər saldıqda XIII-XVI əsrləri vahid ədəbi proses kimi alıb öyrənmək lazım gəlir. Bu zaman kəsiyində anadilli ədəbiyyat sayca və sanbalca get-gedə güclənir və farsdilli poeziyanı üstələyirdisə də, fars dilində yazıb-yaratmaq ənənəsi hələ ədəbi şəxsiyyətlərin müəyyən bir qismini əhatə edirdi. Fars dilində yazıb-yaratmış görkəmli Azərbaycan şair və mütəfəkkirləri – Nəsirəddin Tusi (1201-1274), Marağalı Övhədi (1274-1338), Arif Ərdəbili (1311-) daha çox Nizami ənənələrinə söykənərək onların çapında əsərlər yaratmağa çalışırdılar. “Əxlaqi-Nasiri” kimi fundametal əxlaqi-didaktik əsərin müəllifi Nəsirəddin Tusinin elmi-fəlsəfi irsi ilə yanaşı, ədəbi-bədii əsərləri də var idi. Marağalı Övhədinin “Cami-Cəm”, “Dəhnamə” poemaları Azərbaycan epik şeirinin layiqli örnəkləri sırasında dururdu. Bu əsərlərdəki bir çox fəlsəfi və humanitar problemlər indi də müxtəlif cəmiyyətlər üçün öz aktuallığını itirməmişdir. Ancaq Nizamidən sonra ictimai həyatda özünü göstərən və müəyyən obyektiv səbəblərlə bağlı olan durğunluq, ümidsizlik bir çox sənətkarların, o sıradan
Əssar Təbrizinin (1325-1390) fars dilində qələmə aldığı “Mehr və Müştəri” poemasında Nizaminin “Xosrov və Şirin” və “Leyli və Məcnun” poemalarında dahiyanə təsvir və tərənnümünü tapmış saf ülvi məhəbbət hisslərinə iki gəncin böyük və təmənnasız dostluğu prizmasından nəzər salınır. Çox mürəkkəb süjetə malik olan əsərdə yenə də Nizami səviyyəsində poetik bütövlüyün, aydınlıq və bitkinliyin olmadığını görürük. Şair özü də poemanın əvvəlində Nizami sənətinin ucalığını yüksək qiymətləndirir və onun əlçatmaz olduğunu etiraf edir.
Marağalı Övhədinin ən böyük əsəri “Cami-Cəm” daha çox ensiklopedik xarakter daşıyır və o dövrdə ədəbi dairələrdə geniş yayılmış bir çox humanist fikirlərin bədii təqdimini verirdi. Əfsanəvi hökmdar Cəmşidin dünyanın hər yerindən xəbər verən camı kimi, Marağalı Övhədinin poeması da insan və cəmiyyət həyatının, eləcə də təbiət hadisələrinin bir çox cəhətlərini güzgü kimi oxucunun qarşısında açır. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də Azərbaycan ədəbiyyatı daha çox dünyəvi istiqamətdə inikişaf edir, ədəbiyyat ictimai və siyasi həyatın canlı bir parçası kimi çıxış edirdi. Elə bunun nəticəsidir ki, XIV əsrin şair və hökmdarı Qazi Bürhanəddinin yaradıcılığını (1314-1398) ingilis şərqşünası Eduard Braun türk ədəbiyyatlarında dünyəvi poeziyanın ilk örnəyi elan edərək yüksək qiymətləndirmişdir. Qazi Bürhanəddinin saray tarixçisi Astrabadinin bu hökmdarın həyat və fəaliyyətinə həsr etdiyi “Bəzm və rəzm” (“Məclis və döyüş”) adlı salnaməni oxuduqca bu böyük insanın öz humanist ideallarını keşməkeşli bir dövrdə gerçəkləşdirmək uğrunda apardığı gərgin və qanlı mübarizəni poetik yaradıcılıqla necə yola verdiyinə, indinin özündə belə bədii dəyərini və təravətini itirməyən gözəl bir “Divan” bağlamağa imkan tapdığına heyrətlənməyə bilmirsən. Qazi Bürhanəddinin “Divan”ında Həsənoğlu və Şeyx Səfi yaradıcılığında formalaşmağa başlayan Azərbaycan bədii dili yüksək səviyyəyə çatır, bir çox yeni, təravətli poetik obrazlar və ifadələr sabitləşir, gələcək sənətkar nəsillərinin istifadəsinə verilir. Qazi Bürhanəddinin yaradıcılığında ilk dəfə sırf türk poetik janrlarından olan tuyuqlardan istifadə olunur. Bu janr sonralar Nəsimi yaradıcılığına və onun vasitəsilə böyük özbək şairi Əlişir Nəvainin “Divan”ına keçir.
Bu dövrdə ədəbiyyatda və ictimai-siyasi fikirdə formalaşmış humanizm prinsipləri xüsusən Seyid İmadəddin Nəsimi (1369-1417) yaradıcılığında öz zirvəsinə çatır. Bu böyük şairin əsərləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında dünyəviliyə və humanizmə, demokratizmə doğru iri bir addım kimi nəzərə çarpır. İmadəddin Nəsimi – böyük sələfi Nizami Gəncəvidən sonra ədəbiyyatımızda humanizm, insansevərlik ideyalarının alovlu təbliğatçılarından, carçılarından biri kimi tanınmışdır. Monqol qarətləri zülmətindən keçən bir neçə on ildə xalq dəhşətlərdən başını təzə-təzə qaldırmaq istərkən orta əsrlər Şərqinin ən ziddiyyətli hökmdarlarından biri kimi tanınan Əmir Teymurun hücumları başlanır və bu, düşünən beyinlərdə zülmə və zorakılığa qarşı növbəti etiraz dalğasının şahə qalxmasına səbəb olur. Nəsimi yaradıcılığı məhz belə bir humanist etirazın, zülm və zorakılığa müxalifətin, insan haqları uğrunda mübarizənin məhsulu idi. Şairin istifadə etdiyi hürufizm ideyaları yalnız zahiri bir qabıq rolunu oynadığından, bu gün həmin qabıqdan çıxarılmış Nəsimi əsərləri öz dərin humanist məzmunu, insana olan hörmət və məhəbbət hisslərinin zənginliyi ilə çağdaş oxucunu heyran edir. Öz əsərlərini xüsusi şifrlənmiş bir dillə yazan başqa hürufilərdən, ilk növbədə isə mürşüdü Fəzlullah Nəimidən fərqli olaraq, Nəsimi zülm və zorakılığa qarşı öz etirazını açıq ana dilində yazaraq sadə insanlara çatdırmaq, onlarda qeyri-insani hərəkətlərə qarşı nifrət oyatmaq, etriaz dalğasını gücləndirmək məqsədi güdürdü. Şairin ilahi səviyyəyə yüksəlmiş kamil insan ideyası da məhz öz insani haqlarını anlamış, ictimai eybəcərliklərdən və vəhşi instinktlərdən təmizlənmiş, özünü insan kimi dərk etmiş sadə adamları nəzərdə tuturdu. Nəsiminin təkcə yaradıcılığı deyil, əfsanə və rəvayət pərdəsinə bürünmüş həyatı da nəsillər üçün ibrət, mərdlik, cəsarət, öz ideyasından dönməmək, ölümün gözünə dik baxmaq örnəyinə çevrilmişdir. Şairin azadlıqsevər humanist əsərlərinə görə mürtəce ruhanilərin ona verdiyi dəhşətli cəza – diri-diri dərisinin soyulması bu böyük sənətkarı təkcə indiki deyil, həm də gələcək nəsillər üçün örnəyə çevirir.
Azərbaycan ədəbiyyatında XV yüzillik istər xronoloji, istərsə də sənətkarlıq cəhətdən Qazi-Nəsimi zirvələri ilə Xətai-Füzuli zirvələri arasında keçid mərhələsidir. Bu dövrdə ölkə ərazisində müstəqil Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması ədəbi həyatda da müəyyən canlanmaya, anadilli şeirin istər mövzu, istərsə də obraz baxımından inkişafına səbəb olur. Xəlili, Hamidi, Kişvəri, Həqiqi, Süruri kimi əsasən ana dilində, Şah Qasim Ənvar, Bədr Şirvani kimi daha çox fars dilində yazıb-yaradan sənətkarlar bu yüzilliyin ədəbi mənzərəsini müəyyən edirdilər. Bu şairlər arasında Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin (hakimiyyət illəri 1436-1467) adını xüsusi qeyd etmək lazımdır. Sələfi Qazi Bürhanəddin kimi o da qanlı döyüşlər arasında fürsət tapıb özü ilə gəzdirdyi qələm-davatı qılınc-qalxanla əvəz etmiş, gözəl bir divan bağlamağa nail olmuşdur. Qazi Bürhanəddin kimi onun da taleyi faciəli olmuş, öz soydaşları olan türklər – Ağqoyunlu türk dövlətinin nümayəndələri tərəfindən amansız döyüşlərdə qətlə yetirilmişdir.
1407-ci ildə Səfəvi hökmdarlarının paytaxtı İsfahan şəhərində anadan olmuş, XV əsrin 50-ci illərində Türkiyəyə mühacirət edərək Fateh Sultan Məhəmmədin sarayında 20 ilə yaxın yaşayıb yaratmış, lirik şeirlər divanı ilə yanaşı “Təvarixi-ali-Osman” (“Osman nəslinin tarixi”) adlı tarixi əsər, fal açmağa həsr olunmuş “Cami-süxənquy” (“Danışan piyalə”) və avtobioqrafik xarakterli “Həsbihalnamə” əsərlərinin müəllifi Hamidi də XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir.
XV yüzillik Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri Nemətullah Kişvəridir. Kişvəri əsasən Nəvai təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.
Həbibi, Şahi, Süruri kimi bu dövr şairlərinin yaradıcılığı Xətai və Füzuli poeziyasının formalaşmasında münbit zəmin rolunu oynamışdır. Təkcə onu göstərmək kifayətdir ki, böyük Füzulinin özü Həbibi şeirindən təsirlənmiş və onun bədii təsvir vasitələri baxımından gözəl bir qəzəlinə təxmis yazmışdır.
XV əsr Azərbaycan ədəbiyyatında bu zamana qədər başqa türk xalqlarının ədəbi dili ilə bir çox cəhətdən müştərək olan Azərbaycan ədəbi dili öz fərqləndirici xüsusiyyətlərini əldə edir və XVI əsrdən etibarən müstəqil bir ədəbiyyat kimi öz ənənələrini davam etdirməyə başlayır. Xüsusən XVI əsr Bağdad ədəbi mühiti milli poeziyanın inkişafına göstərdiyi böyük təsirlə fərqlənir. XVI əsr təzkirəçisi Əhdi Bağdadinin “Gülşəni-şüəra” (“Şairlər gülşəni”), Şah Abbasın kitabdarı Sadiq bəy Sadiqinin “Məcməül-xəvas” (“Seçilmişlər məclisi”) təzkirələrində o dövrün Bağdad ədəbi mühitində yetişmiş bir sıra şairlərin adları çəkilir ki, bunların da Füzuli dühasının yetişməsndə oynadığı böyük rolu inkar etmək olmaz.
XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında Renessans ideyalarının Nizamidən sonrakı zirvəsi – Qərb şərqşünaslığında “qəlb şairi” kimi məşhur olan Məhəmməd Füzulidir. Lakin Füzuli sənəti boş yerdə yaranmamış, onun formalaşmasına və bütün gözəlliyi ilə gözlər qarşısında canlanmasına bütöv bir zaman kəsiyi ərzində görkəmli sənətkarlarımız yardım etmişlər. Bunların arasında Füzulinin böyük müasiri və müəyyən dərəcədə mesenatı – böyük Azərbaycan dövlət xadimi və şairi Şah İsmayıl Xətainin (1487-1524) xüsusi yeri vardır.
Şah İsmayıl Xətai Azərbaycanın ictimai-siyasi tarixində müstəsna rol oynamış bir sülalənin banisidir. Xətai şair-hökmdar kimi öz sələfləri Qazi Bürhanəddin və Mirzə Cahanşah Həqiqinin poetik ənənələrini davam və inkişaf etdirmiş, cəmi otuz altı illik qısa ömrü ərzində nəinki yeni bir möhtəşəm Azərbaycan dövlətini qurub genişləndirmiş, həm də anadilli ədəbiyyatımızın inkişafında müstəsna rol oynayaraq, Füzuli zirvəsinə keçidi bilavasitə hazırlamışdır. Xətainin böyük ədəbi irsi həm lirik növün müxtəlif janrlarında, həm də məsnəvi-poema janrında yazılmış əsərləri əhatə etməkdədir. Poeziyada elmiliyə və çoxqatlı poetik fiqurlar işlətməyə böyük əhəmiyyət verən Füzulidən fərqli olaraq, Xətai daha çox sadə xalq dilində əsərlər yazmağa üstünlük vermiş, hətta xalq şeiri üslubunda qoşma, gəraylı, varsağı, bayatı kimi, klassik poeziya üçün ikinci dərəcəli sayılan poetik örnəklər də yaratmışdır. Şairin şirin bir dillə qələmə aldığı “Dəhnamə” (“On məktub”) poeması bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Poemada Aşiqin Məşuqəyə göndərdiyi on məktub epik-lirik təhkiyə vasitəsilə təsvir edilir. Mətnin içərisində verilmiş qəzəllər isə qəhrəmanların ovqatını çox incəliklə açıqlamağa xidmət göstərir.
Xətai həm də didaktik janrda qələmini sınamış və gənc nəslin təlim-tərbiyəsinə ünvanlanmış “Nəsihətnamə” poemasını qələmə almışdır. 14 yaşında hakimiyyətə gəlmiş və hakimiyyətinin 20 ili ərzində bütöv bir imperiya yaratmış Şah İsmayıl Xətainin həm də zəngin bədii irs qoyub getməsi ondan sonrakı nəsillərdə ancaq heyrət və qürur hissləri doğurur. Xətainin siyasi fəaliyyəti, həyatı və yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünya şərqşünaslığında dərin maraq doğurmuşdur. Bu marağın təsiri altında indiyə qədər də Azərbaycan şairi və siyasi xadimi Şah İsmayılın həyat və yaradıcılığı müxtəlif şərqşünas nəsillərinin tədqiqat obyektinə çevrilmişdir..
Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığını çox vaxt Qərb mədəniyyətində Barokko ilə müqayisə edirlər; burada ən kiçik poetik detallar belə tam yerində olub, heç nə artıq, yad görünmür, hətta adi gözlə görünməyən poetik ünsürlər də bir-birinə uyğunlaşaraq, bir-birini tutaraq “monolit” bədii orqanizm yaradır. Fərdi sənətkarlıq ecazlarına görə Füzuli yaradıcılığını bəşər təfəkkürünün tarix boyu ərsəyə gətirdiyi ən böyük sənətkarların – Dante, Şekspir, Puşkin kimi söz ustalarının sənəti ilə müqayisə etmək mümkündür; poetik istedadın doğurduğu heyrətamiz gözəllik bütün bu sənətkarların ölməzliyini təmin edən şərtlərdəndir. Məhz buna görədir ki, klassik Azərbaycan ədəbiyyatı öz əbədiyaşarılığını hər bir tarixi kəsimdə, hər bir mədəni-ictimai nəsil üçün yeni rakursda təzahür etməsi ilə gerçəkləşdirir. Bu baxımdan hər bir keçid dövrünün formalaşdırdığı nəslin öz Nizamisi, öz Füzulisi, öz Vaqifi olur və bunlar keçmiş nəsillərin gördüyü Nizamidən, Füzulidən, Vaqifdən fərqlənir; yeni ədəbi-estetik, ictimai-ideoloji funksiyaların daşıyıcılarına çevrilir.
Nizamidə müşahidə etdiyimiz qlobalizm Füzulidə özünü – vahid islam mədəniyyətinin hər üç aparıcı-işlək dilində – ərəb, fars və türk dillərində ölməz əsərlər yaratması ilə göstərir. Şairin hər üç dildə “Divan”ları, ərəbcə “Mətləül-etiqad” adlı fəlsəfi traktatı vardır. Sayca fars “Divan”ı, sanbalca türk “Divan”ı daha üstündür. Ana dilində qələmə aldığı qəsidələri orta əsrlər ədəbiyyatlarında bu janrın parlaq inciləri səviyyəsindədir. Azərbaycan dilində yazılmış “Leyli və Məcnun” (1536) poeması isə bu janrda qələmə alınmış unikal örnəklərdən biridir. Doğrudur, Füzuliyə qədər böyük Nizami fars dilində, Nəvai, Zəmiri və Həqiri türk dilində bu mövzuda əsərlər qələmə almışdılar. Ancaq bu poemaların heç birində məhəbbətin Füzuli interpretasiyası nəzərə çarpmır, yəni Füzuli bunların hamısından fərqli bir əsər yaratmağa müvəffəq olmuşdur. Poemanın əvvəlində əsərin ilahi eşqə bir məcaz olduğunu göstərsə də, Füzuli əsər boyu canlı, real, bütün ziddiyyətləri ilə qəbul edilən insan obrazları yaratmışdır.
Füzuli Azərbaycan ədəbi dilinin sonrakı inkişafında və büllurlaşıb ən yüksək səviyyədə şeir dilinə çevrilməsində müstəsna rol oynamışdır. Nəsr dilinin inkişafında da böyük xidmətləri olan şair, ölməz “Şikayətnamə” əsəri ilə ədəbiyyatın bu sahəsinə özünün layiqli töhfəsini vermişdir. Şairin əzabkeş imamların müsibətinə həsr etdiyi həcmcə ən böyük “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) əsərinin də əsas mətni nəsrlə yazılmış, yeri gəldikcə Füzuli kontekstin ovqatına uyğun şeir parçalarından da istifadə etmişdir.
Füzuli təkcə Azərbaycanda deyil, türk dilinin, xüsusən oğuz türkcəsinin anlaşıldığı böyük bir coğrafi-etnik məkanda indiyə qədər də sevilə-sevilə oxunan sənətkarlardan biridir. İraq, Türkiyə, Tatarstan, Özbəkistan, Türkmənistan, hətta uzaq Uyğurstanda belə Füzulinin əsərləri indiyə qədər populyar olaraq qalmaqdadır.
XVI-XVII yüzilliklər Azərbaycan ədəbiyyatında həm də orta əsr məhəbbət və qəhrəmanlıq dastanlarının formalaşması dövrü kimi tanınır. Füzulinin yazılı poeziyada əldə etdiyi uğuru az qala eyni səviyyədə şifahi xalq yaradıcılığının Qurbani, Aşıq Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında görürük. “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” kimi mükəmməl məhəbbət dastanları, “Kitabi-Dədəm Qorqud”un layiqli varisi olan “Koroğlu” qəhrəmanlıq eposu bu dövrdə formalaşır və xalq sənətkarlarının repertuarına daxil olur. Hələ Şah İsmayıl Xətayi yaradıcılığından bizə məlum olan xalq şeiri şəkillərindən qoşma, gəraylı, varsağı, bayatı daha da təkmilləşir. Orta əsrlər Azərbaycan dastanlarının təsir dairəsini təsəvvür etmək üçün təkcə onu göstərmək kifayətdir ki, “Koroğlu” süjeti türkmən, özbək, tacik, erməni, gürcü folkloruna da böyük təsir göstərmiş və analoji dastanların yaranmasına səbəb olmuşdur.
XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığının əsasən aşıq nümayəndələrinin əsərlərinin təsiri altında canlı həyata, xalq dilinə daha da yaxınlaşır, Azərbaycan poeziyasında realizmə keçid dövrünün təməli qoyulmuş olur. Bu dövrdə poeziyada Füzuli ənənələri hələ kifayət qədər güclü olsa da, artıq bu cazibədən çıxmaq cəhdlərini Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani kimi sənətkarların yaradıcılığında görürük. XVIII əsrdə Şirvan ədəbi mühitinin yetirdiyi şairləridən Şakir, Nişat və Məhcurun əsərlərində daha çox dövrün konkret ağrılı problemlərindən bəhs olunduğunu, sadə xalqın ağır güzəranından narahatçılığın bədii ifadəsini görürük.
Molla Vəli Vidadi (1707-1808), xüsusən Molla Pənah Vaqif (1717-1797) kimi sənətkarlar sadə, canlı dildə yazdıqları əsərlərlə poeziyanı xalqa daha da yaxınlaşdırmışlar. Vidadinin “Müsibətnamə” poemasında dövrün bir sıra tarixi hadisə və şəxsiyyətləri yüksək poetik-obrazlı səviyyədə təsvir olunmuşdur. Bu dövrdə poeziya sənəti xüsusi adamlara xidmət etməkdən “boyun qaçıraraq” bir növ hamının malına çevrilir, daha da populyarlaşır. Kütlələrin estetik dəyərlərə yaxınlaşması və qovuşması prosesi sürətlə irəliləyir. Xüsusən Vaqif yaradıcılığı bu baxımdan müstəsna rol oynamışdır. O, yaratdığı sadə, realist, dünyəvi gözəl obrazları ilə klassik romantik sənət tipindən realizmə doğru iri bir addım atmış və özündən sonrakı ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Vaqif həm də öz dövrünün görkəmli siyasi xadimi olmuş, Qarabağ xanlığının xarici siyasətini uzun müddət müəyyənləşdirmişdir. XVIII əsr – Azərbaycan ədəbiyyatında orta əsrlərin son, yeni dövrün isə başlanğıc mərhələsi kimi keçid xarakteri daşıyır

Comments are closed, but trackbacks and pingbacks are open.