Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi
“Nazirin xanımı” tamaşasında o yaşlı idi, amma elə dik yeriyirdi ki, demək olmazdı ki, 80-dən çox yaşı var. Cibində hər zaman bir cihaz gəzdirirdi, deyirdim ki, Ağahüseyn müəllim, nədir o, saatdır? Deyirdi ki, xeyr, bu məsafələri ölçən cihazdır. Mən evdən bu cihazsız çıxmıram, addımlarımı sayıram görüm ki, bu gün nə qədər addım atmışam? O xəstələnib, dili tutulmasaydı hələ çox yaşayacaqdı, yaradacaqdı. Onun cənazəsi teatrın səhnəsindən götürüləndə gördüm ki, bir qoca kişi hönkür-hönkür ağlayaraq deyir ki, “mən yetim qaldım, bundan sonra nə edəcəyəm?”. Sən demə ağlayan şəxs onun oğlu idi, hardasa 70 yaşı olardı” deyə sənətkar bildirib.
Ağahüseyn Cavadov
İncəsənətin, teatr və kinonun həyat üçün nə qədər vacib olduğunu hər birimiz yaxşı bilirik. Həyat hadisələrinin təfsilatı sənət adamlarının yaradıcılığında cilalanır, təhlil edilir. Bu mənada səhnəni, ekranı həyat məktəbi, sənətkarları isə peşəkar pedaqoq adlandırırıq.
Realist üslubda bənzərsiz, yaddaqalan ekran obrazlarına xarakterik cizgilər verən görkəmli aktyor, Xalq artisti Ağahüseyn Cavadov (1894-1981) da məsləyində kamil sənət anlayışı yaradan sənətkarlarımızdandır. Aktyorun böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını xatırlayarkən ilk növbədə çöhrələrə təbəssüm qonur, komik, duzlu-məzəli rolları yada düşür. Bu isə A.Cavadovun peşəsinə olan hörmətinin və sevgisinin təzahürüdür ki, iştirak etdiyi filmlər bu gün də uğurlu ekran taleyini yaşamadadır.
Ömrünün böyük bir hissəsini sənətə həsr edən aktyor səhnəyə çıxanda bəlkə də gülüş ustası olacağını ağlına belə gətirməmişdi. Ancaq dövrünün tamaşaçısının gülüşə, ələlxüsus da qrotesk gülüşə ehtiyac duyduğunu dəqiq bilirdi. Buna görə də zəngin və məntiqli yaradıcılığı fonunda minlərlə insana mənalı gülüş bəxş edirdi. Elə bir gülüş ki, çöhrələrdə yaranan təbəssümlər, ucalan qəhqəhələr qeyri-normal xüsusiyyətləri qınayır, ictimai davranışları tənzimləyirdi.
A.Cavadovun teatr və kino fəaliyyətindəki komik obrazları mənalı gülüş zəminində şəxsiyyət tamlığına həsəd çəkdirən, yüksək mənəvi davranış qaydalarının zəruriliyini vurğulayan personajlardır.
Sənətə vurğunluq
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakıda anadan olub. Əvvəl mollaxanada oxuyub, 1919-cu ildə isə “Səadət” məktəbini bitirib. Gənclik illərindən sənətə maraq göstərib, müxtəlif tamaşalarda sözsüz və epizodik rollarda oynayıb. Onun peşəkar səhnə fəaliyyəti 1920-ci ildən başlayıb. Həmin ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi idarəsi tərəfindən təşkil edilən teatr bölməsinə daxil olan A.Cavadov 1921-ci ildə Bakı Türk Azad Tənqid -Təbliğ Teatrına dəvət olunub. 1925-ci ildə bu kollektiv “Türk İşçi Kəndli Teatrı”, 1927-ci ildən isə “Türk İşçi Teatrı” adlandırılıb. 1932-ci ildə Gəncəyə köçürülən teatr Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirib. A.Cavadov bu truppanın tərkibində maraqlı rollarda çıxış edib. 1938-ci ildə Musiqili Komediya Teatrına dəvət alan aktyor Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov və digər zəngin səhnə yaradıcılığı olan sənətkarlarla çiyin-çiyinə işləyib. 1942-ci ildən Akademik Dram Teatrının truppasına qatılıb. Ömrünün sonunadək bu teatrın səhnəsində rəngarəng, maraqlı obrazlar yaradıb.
Sənət yollarını zəngin mütaliəsi və çalışqanlığı ilə işıqlandıran aktyor hələ yaradıcılığının ilkin mərhələsindən komik rollarda çıxış edib. Obrazlara dolğun və yaddaqalımlı mizan verdiyindən kinorejissorların da diqqətindən yayınmayıb. Sənətkara 10-dan artıq filmdə irili-xırdalı rol həvalə olunub. Bu filmlər içərisində yaddaşlara yazdığı obrazlardan Rza (“Bəxtiyar”), Əbülfəz (“Görüş”), Piri oğlu (“Qızmar günəş altında”), falçı (“Bir qalanın sirri”), Əhməd (“Əhməd haradadır?”), baş vəzir (“Sehrli xalat”), Qaraşad (“Qərib cinlər diyarında”), İsmayıl baba (“Şərikli çörək”) və digərləri çoxlarımıza yaxşı tanışdır.
Teatrın səhnəsində dramatik və komik rollar ifa edən aktyor üçün kino obrazlarına xarakterik cizgilər tapmaq, tamaşaçıya sevdirmək o qədər də çətin olmadı. Çünki o, kamera qarşısında olduqca rahat və səmimi olur, rolların həyat mövqeyi və düşüncə tərzinə istinadən davranış qaydalarını dəqiq nizamlayırdı. Buna görə də vəziyyət və şəraitlə uzlaşan dolğun, real kino personajları ərsəyə gətirirdi. Məsələn, “Bəxtiyar” filmindəki Rza obrazı ilk görünüşdə sadə və avam təsiri bağışlasa da, aktyorun dəqiq ünvanlanmış bir neçə jesti onun hiyləgər və ətrafındakılara biganə xüsusiyyətini anons edir.
Rza pianinoda ifa edərkən notların yerini səhv salır və səhnədə çıxış edən artistləri nəzərə almadan, narahatlıq keçirmədən ifasını qaldığı yerdən davam etdirir. Digər bir kadrda isə səhnə paltarını geyinmək istəyən aktrisa ona xitabən “üzünüzü çevirin” desə də, Rzanın oğrun baxışları personajın xaraktersiz bir tipaj olduğunu isbatlayır. Bununla da Rzanın heç də saf və sadə prototip olmadığını, işindəki səriştəsizliyini və qohumu, klub müdiri Ağabalanın himayəsinə sığınan bacarıqsız, meşşan biri kimi görürük. Beləliklə də, mənfi xarakterli obrazların təfsirində cəmiyyətin tərəqqisini ləngidən personajlar gülüş və qınaq obyekti olaraq filmin leytmotivinə çevrilir.
Kiçik planda böyük məharət
Əsl sənətkar qüdrəti kiçik rolun mahiyyətini açmaq, obrazı hadisələrin aparıcı qüvvəsinə çevirməkdir. Bu mənada A.Cavadovun kino yaradıcılığı unudulmazdır. Aktyorun kiçik planlı, məzmunlu rollarından biri də “Görüş” kinokomediyasındakı Əbülfəz obrazıdır. Meşşan xarakterli tipajların prototipi olan Əbülfəz gününün çoxunu çayxanada keçirir, işinə məsuliyyətsiz yanaşır, özünü də haqlı sayır.
O, dostluqda da sadiq deyil və həyat məsələlərinin həllində olduqca acizdir. Kamili qabaqcıl pambıqçı kimi göstərmək üçün ona pambıq yığmaqda kömək edən Şıxəli və Əbülfəz ifşa olunduqlarında pambığı Kamil üçün yığdıqlarını etiraf edirlər, eyni zamanda Əbülfəz Şıxəlinin onu bu işə cəlb etdiyini asanlıqla söyləyir. Digər tərəfdən isə o, Kamilin əmək qabaqcılı olan Lala İzmayılovaya bəslədiyi sevgisini bildiyi halda, yenə də qıza olan (yersiz) hislərini bildirməyə çalışır. Qeyri-normal həyat anlayışına, yaşına, gülüşdoğuran davranışına görə ətrafdakıların tənqid hədəfinə çevrilən Əbülfəz cəmiyyət üçün yazıq simalı müftəxordur.
Aktyorun kino obrazları orijinallığına, koloritinə görə seçilir, baxılır, filmlərə uğur gətirirdi. Buna görə də korifey kinorejissorlarımızdan Ə.Atakişiyev, Ş.Mahmudbəyov, T.Tağızadə, L.Səfərov və başqaları onu böyük sevgi və inamla filmlərinə dəvət edirdilər. L.Səfərov aktyorun “Bəxtiyar” filmindəki uğurlu obrazından razı qaldığına görə onunla “Qızmar günəş altında” filmində işlədi. Həmin filmdəki Piri oğlu personajını yaxşı xatırlayırıq. Kiçik planlı bu obrazla Əbülfəz və Rzanın mənfi cəhətləri arasında müəyyən oxşarlıq olsa da, aktyor rolun xarakterik cizgilərini, hiyləgər xüsusiyyətlərini, davranış və düşüncə tərzini fərqli boyalarla daha qabarıq şəkildə təqdim edib.
Piri oğlu kolxoz sədri Niyaz Sərdarov qədər yeniliyə qarşıdır. O, çay təsərrüfatı ilə məşğul olan əmək qabaqcıllarının yarışmasına, qalib olmasına, su anbarının tikilməsinə, kənd adamlarının həyat şəraitinin yaxşılaşmasına heç bir köməklik göstərmir. İkiüzlü, yaltaq və yalançıdır. Sərdarovun himayədarı adlandıra biləcəyimiz bu personaj mənfi xarakterli olmasına baxmayaraq, haqlı mövqedəymiş kimi çıxışlar edir. Hətta Sərdarovun adından istifadə edərək insanlara göstərişlər də (tibb məntəqəsinin boşaldılması) verir. Piri oğlunun gülüşdoğuran xarakteri fonunda cəmiyyət üçün təhlükəli olan və xoşagəlməz hadisələrə səbəb ola biləcək cəhətlər nümayiş olunur. Bununla da aktyorun heyrətamiz yaradıcılığının təfsirində rolun mənfi cəhətlərini, cahil xüsusiyyətlərini qıcıqlanmadan, maraqla və gülərək seyr edirik, qınayırıq.
V.Belinskinin “Əsl bədii komediyanın əsasında dərin yumor durur” fikrindən çıxış edərək A.Cavadovun sənət peşəkarlığının sirrini gülüşə səbəb olan vacib nüansları önə çəkməsi, həyat faktı kimi çatdırması, mənfi xarakterli obrazların çirkin məqsədləri fonunda nümunəvi insanların varlığına şükür etdirməsində görürük. Filmdə kolxozçuların iclasında Piri oğlunun Sərdarova yaltaqlanan çıxışını dinləyirik. Çıxışı anlamayan kolxoz sədri Piri oğlunun sözlərinin yanlış olduğuna əsəbiləşir və ona susub oturmasını əmr edir. Piri oğlu isə ani olaraq Sərdarovun öz səs tonunda əmrə müntəzir olduğunu yaltaqcasına təsdiqləyir. Kiçik planda təqdim olunan obraz filmin məzmununu və rejissor ideyasını tamamlayır. Aktyor peşəkar təqdimatla inkişafa təkan verən personajların (həkim Zeynalovun, Eldarın, Nərminənin və s.) həyat mövqelərini öz mənfi rolu ilə önə çəkmiş olur.
“Komediyada həyat bizə ona görə olduğu kimi göstərilir ki, biz həyatın necə olmalı olduğunu aşkar görə bilək”, deyirlər. A.Cavadovun dəqiq xarakterizə etdiyi və subyektiv münasibət bildirdiyi komik rollarının təfsirində də insanlığın, nəcib xüsusiyyətlərin həyat üçün vacib olduğu vurğulanır. Məzmunlu və məntiqli sənət təqdimatına görə də ziyalı sənətkar mövqeyi sevilir, alqışlanır.
Peşəkarlığına və sənətə olan hörmətinə, sevgisinə görə 1938-ci ildə Xalq artisti fəxri adına layiq görülən A.Cavadovun az, amma yaddaqalan kino obrazları haqqında çox danışmaq mümkündür. Aktyorun digər filmlərdə yaratdığı dramatik rolları da koloritinə və peşəkarlığına görə bütövlükdə filmlərin ümumi ideyasını təbliğ və təmsil edir.
«Mədəniyyət» qəzeti
Şəhla ƏMİRLİ
kinoşünas
- Teqlər:
- kino
- , Azərbaycan kinosu
- , aktyor
- , Ağahüseyn Cavadov
Bığına görə töhmət aldı, həbsdən qorxub Gəncədən qaçdı, arvadından sonra evlənmədi
Ağahüseyn Xəlil oğlu Cavadov 1894-cü il aprelin 22-də Bakının Xırdalan qəsəbəsində doğulub. Anası Hürmət xanımın ən böyük arzusu oğlunu savadlı bir insan kimi görmək idi. Bunun üçün də o, oğlunu əvvəlcə mollaxanaya aparır. Daha sonra Ağahüseyn Cavadov Bakıda, “Səadət” məktəbinə daxil olur. 1919-cu ildə həmin məktəbi bitirsə də, maddi vəziyyəti ona təhsilini davam etdirməyə imkan vermir. Məcburiyyət qarşısında qalan Ağahüseyn ailəsinə kömək məqsədi ilə tacir yanında işləməyə başlayır.
İşləməklə bərabər imkan tapan kmi teatr səhnələrində göstərilən tamaşalara baxmağa gedən Ağahüseyn Cavadov sevdiyi aktyorların ifasına heyran qalır. Nə zamansa onlarla birgə səhnəyə çıxacağını arzu edir.
1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edir. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Ac həriflər”, Soltanməcid Qənizadənin “Xor-xor”, “Dursunəli və ballıbadı”, Mirmahmud Kazımovskinin “Molla Cəbi”, “Daşım-daşım” pyes və vodevillərinin tamaşalarında iştirak edir.
1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. Həmin teatrdakı fəaliyyəti yaradıcılığının ən maraqlı dövrü olur. Sonralar bu teatr Gəncə şəhərinə köçürülür. Aktyor burada “Bəxtsiz cavan”, “Pepo”, “Namus”, “Morqanın qohumu” adlı tamaşalarda çıxış edir.
1930-cu illərin sonlarında sovet hakimiyyətinin repressiya siyasəti çoxlarının həyatını məhv edir. Həbslər başlananda Ağahüseyn Cavadovun da başının üstünü təhlükə alır. O, həbs olunacağını hiss edib, bir müddət uzaqlaşmaq, yaddan çıxmaq üçün Gəncəni tərk edib, Bakıya köçür və bununla da repressiyadan canını xilas edə bilir.
1938-ci ildə yeni təşkil olunan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına Ağahüseyn Cavadov da dəvət olunur. Beş ildən sonra o, Akademik Milli Dram Teatrının truppasına qoşulur və ömrünün sonunadək bu teatrda işləyir. Burada o, “Nişanlı qız”, “Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Həyat”, “Yadigar”, “Əcəb işə düşdük”, “Müfəttiş”, “Canlı meyit”, “Şeyx Sənan”, “Mənim günahım” tamaşalarında maraqlı rollar yaradır.
Ədəbi əsərlərimizin bir çoxunun efirdə və mavi ekranda səslənməsində Ağahüseyn Cavadovun xidməti böyük oldu.
Filmlərdə yaddaqalan rollar yaradıb. “Bəxtiyar”da Rza, “Görüş”də Əbülfəz rolu tamaşaçılar tərəfindən çox sevilir.
Sonralar o, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Əhməd haradadır?”, “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Şərikli çörək”, “İstintaq davam edir”, “Mən ki gözəl deyildim”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə epizodik, amma yaddaqalan obrazlar yaradır.
Aktyor müsahibələrinin birində öz yaradıcılığı haqqında deyir: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov oldular. Onlar mənə rol üzərində işləməyi, bu sənətin ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətdilər”.
Ağahüseyn Cavadov 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.
Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır. Teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalat barədə yazır:
“Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlər. Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur. Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir. Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:
– Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.
Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir. Ağahüseyn Cavadov çaş-baş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır. Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”.
Ağahüseyn Cavadov ailəsində də çox sadə və mehriban insan olub. Nəvəsi Rasim Cavadov babasını belə xatırlayır:
“Babam özü varlı olmasa da, dövlətli bir ailənin qızıyla evlənmişdi. Onun həyat yoldaşı Surat xanımın atasının Bakının Sabunçu kəndində və indiki Mirzağa Əliyev küçəsində çoxlu mülkləri var imiş. Onların hamısı müsadirə edilməmişdi. Nənəmlə babamın yeddi övladı – üç qızı və dörd oğlu olub. Qızlarından biri gənc yaşında vəfat edib. Mən həmin bibimi görmədim. Amma ailəmizdə bu nakam gənc qızın itkisini nənəmin və babamın bitməyən dərdində, kədərində hiss edirdim. Altı uşağı isə nənəmlə babam evləndirmiş, hamısını ev-eşik sahibi etmişdilər. Surat nənəm əlli yeddi yaşında dünyadan köçdü. Babam ondan sonra uzun illər yaşadı. Evlənmədi”.
Ağahüseyn Cavadov sağlam adam olsa da, ömrünün son illərində şəkər xəstəliyinə mübtəla olur.
1981-ci ilin 20 iyununda Bakıda dünyasını dəyişir.
Milli.Az
Cavadov nuru ağahüseyn oğlu hisslrin inkişafı
“Mən məktəb illərindən, Akademik Milli Dram Teatrına qədəm qoyandan Ağahüseyn Cavadovun bir çox rollarını görmüşəm. Əsasən komediya janrında oynayırdı, bu janrın ustası idi. Teatrda bir çox tamaşalarda Mirzağa Əliyevlə dublyor olurdu. 1962-ci ildə teatra gələndə müxtəlif səpkili səhnə əsərlərində onunla tərəf müqabili olmuşam. Ona “əmioğlu” deyə müraciət edirdim. Ağahüseyn Cavadov “Toy” komediyasında Dəmirçi Musa rolunu oynayırdısa, Mirzə Hüseyn rolunda mən oynayırdım, “Köç” əsərində Əhməd rolunu oynayırdımsa, o kapitan rolunu yaradırdı. Ümumiyyətlə Ağahüseyn Cavadov insanpərvər, gənclərə xüsusi qiymət verən, öz tövsiyyələrini onlardan əsirgəməyən şəxsiyyət idi. Şəxsən mənimlə münasibəti çox gözəl idi. Tarixi vərəqləyəndə görürük ki, Ağahüseyn Cavadov nəinki Akademik Milli Dram Teatrında, Musiqili Teatrda da maraqlı surətlər yaradıb. Hətta O vaxt Opera və Balet teatrında da “Aşıq Qərib” tamaşasında yaddaqalan obraz oynayıb”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafiq Əzimov deyib. O daha sonra Ağahüseyn Cavadovla xatirələrini bölüşüb.
“Nazirin xanımı” tamaşasında o yaşlı idi, amma elə dik yeriyirdi ki, demək olmazdı ki, 80-dən çox yaşı var. Cibində hər zaman bir cihaz gəzdirirdi, deyirdim ki, Ağahüseyn müəllim, nədir o, saatdır? Deyirdi ki, xeyr, bu məsafələri ölçən cihazdır. Mən evdən bu cihazsız çıxmıram, addımlarımı sayıram görüm ki, bu gün nə qədər addım atmışam? O xəstələnib, dili tutulmasaydı hələ çox yaşayacaqdı, yaradacaqdı. Onun cənazəsi teatrın səhnəsindən götürüləndə gördüm ki, bir qoca kişi hönkür-hönkür ağlayaraq deyir ki, “mən yetim qaldım, bundan sonra nə edəcəyəm?”. Sən demə ağlayan şəxs onun oğlu idi, hardasa 70 yaşı olardı” deyə sənətkar bildirib.
Xalq artisti Rafiq Əzimov şahidi olduğu maraqlı bir hadisəni də bizimlə bölüşüb.
“Mehdi Hüseynin “Alov” tamaşasında onunla birlikdə katib rolunu oynayırdım. Tamaşanın rejissoru Mehdi Məmmədov idi. Fasilə zamanı Mustafa Mərdanov və digər aktyorlar çay içirdilər. Elə oldu ki, Mustafa Mərdanovun bığını çıxarıb, masanın üzərinə qoyuv. İkinci pərdə başlayır, lakin Mustafa Mərdanov bığını götürməyi unudur. Bunu Ağahüseyn Cavadov görsə də, bilsə də qəsdən həmkarına demir. Mustafa Mərdanov səhnəyə çıxanda görür ki, bığı yoxdur. Ağahüseyn Cavadov da onunla zarafat edib deyir ki, səhər Mehdi müəllim sənə bir şiddətli töhmət verəcək. O da etməyib tənbəllik, içəri girib, Ağahüseyn Cavadovun taxma bığını qopardıb, özünün bığ yerinə yapışdırır və tez-tələsik səhnəyə çıxır. Bığsız qalan Ağahüseyn müəllim səhnəyə çıxmır. Bütün bu hadisələrin şahidi mən olmuşam. Səhəri gün isə Ağahüseyn Cavadova şiddətli töhmətin verildiyini eşitdik” deyə sənətkar bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.