Press "Enter" to skip to content

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

Nəiminin üçüncü oğlunun adını yad etmirlər.

Azərbaycan filosofları

Əfəndiyev Asif Qasım oğlu (Asif Ata)
Filosof, ədəbiyyatşünas, tənqidçi olmuşdur. Asif Ata Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid şöbəsini bitirmişdir. O, ali məktəblərdə ( M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda) Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, dialektik və tarixi materializm fənlərindən mühazirə oxumuşdur. Asif Ata 1976-cı ildə «Etik və estetik mənəvi tərbiyə klubu» yaratmış, üç ildən sonra qadağan olunsa, repressiyaya uğrasa da, sonra respublika «Bilik» cəmiyyətində «Ocaq» adı ilə fəaliyyət göstərmişdir.

Asif Ata 1981-ci ildən (ruhani ocaq atası) ləqəbini qəbul etmişdir. Sovet dövləti tərəfındən verilən bütün diplomlardan imtina etmişdir (1990-cı ildən). «Dairələr», “İnsan yolu”, «Tarixə çatmaq» adlı fəlsəfi-bədii tənqidində insan və müasir həyat problemi qoyulmuşdur. Yetmişədək dərc edilməmiş fəlsəfi kitabın (kəlam, məqam, izhar, həqiqətlər) müəllifidir. Burada mütləqə inam, ruhaniyyat, mənalar, təzadlar və s. fəlsəfəsi şərhini tapır. “Müdriklik səlahiyyəti”, “İnam və şübhə”, “Mütləqə inam”, “Yol. Ata sözü”, “Siyasətdən üstün”, “Mütləqilik” və s. əsərlərin müəllifidir.

Əbülhəsən Bəhmənyar Azərbaycani
Şərq peripatetizminin görkəmli nümyəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi, böyük alim İbn Sinanın şagirdi olmuşdur. Bəhmənyar Azərbaycani əksər şərq peripatetiklərikimi öz əsərlərini ərəb dilində yazmışdır. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof,həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır.

Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən görkəmli şagirdi və davamçısıdır. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, var – qüvvəsini əsirgəmədən Aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır. Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilmişdir: “Təhsil”(məntiq, metafizika və təbiət haqqındadır), “Mübahisələr”, “İzahat” (“Ət – Təliqat”) və s.

Camal Vəli oğlu Mustafayev
Moskva Dövlət Universitetinə fəlsəfə fakültəsini bitirmişdir. İlk elmi araşdırmaları «Nizaminin fəlsəfi və etik görüşləri» mövzusunda olmuşdur. Daha sonra «Nizaminin ideyalar aləmi və müasirlik» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. C.Mustafayev orta əsrlər Azərbaycan fəlsəfi fikri sahəsində bir sıra sanballı əsərlər çap etdirmişdir. Xüsusən,onun Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncə tərzinə aid əsərləri geniş oxucu kütləsinə məlumdur. Moskva və başqa şəhərlərin nüfuzlu jurnallarında əsərləri çap olunmuşdur. Onun Müsəlman sosial utopiyasına aid tədqiqat işləri və s. əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Eynəlqüzat Abdulla Miyanəçi
Əslən Güney Azərbaycanın Miyanə şəhərindəndir. Miyanəcilər XI – XII əsrlərdə istedadlı şairlər, görkəmli alimlər yetirmiş böyük nəsildir. Eynəlqüzat Miyanəci 28–29 yaşlarında azadfikirlilik üstündə fəqihlər (hüquqşünaslar) tərəfindən təqiblərə məruz qalır. Ayrı–ayrı yerlərdə onu kafir elan edərək, ölümünə fitva vermişdilər. Eynəlqüzat Miyanəcinin iyirmi dörd yaşına qədər yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, hüquq, kəlam, habelə peripatetizm məsələləri əsas yer tutur. Filosofun bundan sonra qələmə aldığı “Həqiqətlərin məğzi”, “Müqəddimələr” və “Qəribin şikayəti” kitablarında sufizmin müxtəlif aspektləri işıqlandırılmış, ona bitkin fəlsəfi məzmun verilmişdir. Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteist dünyagörüşünə malik olmuşdur.

Eynəlqüzat Miyanəcinin fəlsəfəsində substansiya ilə aksidensiya bütünlükdə Allahla mövcudatı, vacib varlıqla mümkün varlığı təşkil edir. Onun fikrincə, şeylərin mövcud və qeyri–mövcud olması onların Allaha nisbətindən irəli gəlir. Eynəlqüzat Miyanəcinin əsərlərindən məlum olur ki, o, idrakın hissi və əqli mərhələlərinin şərhində Şərq peripatetiklərinin mövqeyinə yaxın olmuşdur. Bir–birinə əks olan “xeyir” və “şər” anlayışları, onların dialektik əlaqəsi Eynəlqüzat Miyanəci tərəfindən geniş araşdırılmışdır. Filosofa görə, xeyir və şər öz təbiətinə müvafiq şeyi əksliklə dərk edən varlığa, başqa sözlə, insana nisbətdə mövcuddur.

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev)
Azərbaycanın görkəmli — ictimai xadimi, jurnalisti, pedaqoqu və yazıçısıdır. 1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olmuşdur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil amışdır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlamışdır. 1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Əhməd bəy əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsi fikrini irəli sürən ilk ziyalılardan idi.O,1901-ci ildı çapdan çıxan ” İslam dünyasında qadın” adlı kitabında «azad qadınsız milli inkişaf ola bilməz» fikrini sübuta yetirmişdir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevrilmişdir (Azərbaycan Demokratik Cümhuriyyətində o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin ideyaları gerçəkləşmişdir). Əsas əsərləri “Üç mədəniyyət”, “Hindistan və İngiltərə”, “Sərbəst insanlar ölkəsində”, “Mən nəyəm”, “Türk Hüquq Tarixi” və s.

Əlibəy Hüseynzadə (Əli Hüseyn Turan)
Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuşdur. Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi.

Ə.Hüseynzadə ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır. XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. Ə. Hüseynzadənin çap etdirdiyi «Füyuzat» jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Ə.Hüseynzadə həmçinin, Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdır.O,bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Fəzlullah Nəimi
Mənşəcə Azərbaycan türklərindən olan məşhur alim, şair, filosofudur. Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və Azərbaycanın ən nəhəng sufilərindən biridir.Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olmuş və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılmışdır. Bu təlim türk xalqları içində daha artıq rəqbət doğurmuşdu. «Hürufi»- ərəb dilindəki «hərf» sözünün cəmi olan «hüruf» sözündəndir. Hürufilikdə Ərəb əlifbasının hərfləri, rəqəmləri və onların ədədi mənaları hürufilərdə xüsusi mistik anlayış kəsb edir və dünyanın dövri hərəkətlərinin simvolları kimi qəbul edilirdi. Onlar sözləri varlığın əsası kimi götürürlər. Sözlər «Quran»da və «Quran» vasitəsilə Allahdan gələn vəhylər kimi dünyanın materiyası olmuşdur. Allahın «Quran»dakı sözlər vasitəsilə insanda təcəlla etməsi haqdakı hürufi ideyası da buradan yaranmışdı.

Nəimi «Cavidannamə» (“Əbədiyyət kitabı”), yaxud «Cavidani-Kəbir» («Böyük əbədiyyət»), «Növmnamə», «Vəsiyyətnamə», «Məhəbbətnamə», “Ərşnamə”, “İskəndərnamə” və başqa əsərlərində hürufiliyin fəlsəfi əsaslarından geniş bəhs etmişdir.

Firidun Köçərli
Akademik Firidun Köçərli 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspirantı olmuşdur. Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı bu tədqiqatlar Moskvada nəşr olunan «SSRİ-də fəlsəfə tarixi» adlı kitaba daxil edilmişdir. Onun «Nəriman Nərimanovun həyatı, fəaliyyəti, dünyagörüşü» və «M.F.Axundovun dünyagörüşü» adlı əsərləri elm aləmində maraqla qarşılanmışdır. F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyətinin Azərbaycan bölməsinin sədri olmuşdur. O, Azərbaycan fəlsəfə elmini bütün dünyaya tanıtmaq üçün böyük işlər görmüşdür. Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində şərq fəlsəfi problemlərinə dair maraqlı məruzələrlə çıxışlar etmişdir.

Fuad Qasımzadə
Tanınmış Azərbaycan filosofu, akademikdir. F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur. O, «Füzulinin dünyagörüşü» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə «Qəm karvanı», yaxud «Zülmətdə nur» monoqrafiyası çap edilmişdir. Sonrakı illərdə onun Füzuli haqqında 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür. 1970-ci ildə Fuad Qasımzadənin “İdman, gözəllik və estetika” adlı əsəri çap edilmişdir.

Hüseynov Heydər Nəcəf oğlu
Görkəmli Azərbaycan sovet filosofu, ictimai xadim, elm təşkilatçısı olmuşdur. O, 1927-1931 illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Heydər Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə bərabər Azərbaycan dilində fəlsəfəyə aid “Dialektik materializm”, “Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazmışdı. Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verib. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoymuş, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından olmuşdur. O 100-dən çox elmi məqalə yazmışdır. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işi aparmışdır. Heydər Hüseynov 733 səhifəlik ” XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında” fundamental əsərin müəllifidir.

Məhəmməd Qarabaği
M.Qarabaği Azərbaycan filosofu və ilahiyyatçıdır. XV əsrin ikinci yarısında Qarabağda doğulmuşdurub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, “Hənəfi” adı ilə tanınıb. Qarabağinin fəlsəfəyə dair “Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat”ı və digər şərhləri 1963-cü ildən Qahirənin “Xədiviyyə” kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair “İmamların başlanğıcı” əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.

M. Qarabaği gah peripatetikləri, gah mütəkəllimləri tənqid etmiş, bəzən birinə, bəzən də haqq qazandırmış, nəticə etibarilə, barışdırıcı mövqü tutmuşdur. Qarabağinin ontoloji görüşləri varlığın vacib və mümkün qisimlərə bölünməsi, Vacib Varlığın isbatı kimi məsələlərin şərhində ortaya çıxır. “Filosofların təkzibi” əsərində Fərabi, İbn Sina, Bəhmənyar və s. peripatetiklərin, Ə.Qəzali, Fəxrəddin Razi, Əzüdəddin İci və digər filosofların ideyaları zəminində maraqlı fəlsəfi ümumiləşdirmələr aparmışdır. Qarabaği peripatetiklərlə mütəkəllimlər arasında fikir yaxınlığı yaratmağa çalışmışdır. O, Allahın fəaliyyətində hikmət, məsləhət, iradənin üstün olduğunu geniş şəkildə izah etmişdir. Peripatetik müddəaları sxolastların əqidəsinə uyğunlaşdırmağa çalışmışdır.

Məhəmməd ibn Həsən Nəsrəddin Tusi (Nəsrəddin Tusi)
Ensiklopedik alim — filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas olmuşdur. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırmışdır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edmişdir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlamışdır. Öz dövrünün bir çox alimləri kimi, Nəsrəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsrəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında “Şəklül-qita” («Bütöv çoxtərəfli haqda risalə), „Came’ül-hesab“ (»Lövhə və tozun köməyi ilə hesab toplusu”), «Dairənin ölçüsü», «Təhrir Öqlidis» («Evklid „Başlanğıc“ının təsviri») kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət «Zici-İlxani» (“İlxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçininAvropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid „Başlanğıc“ının təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə» də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında «Bağdadın tarixi», “İşığın əks olunması və sınması haqda risalə”, «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», «Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara: Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. Tusi Şərq dünyasında Marağa rəsədxanasının banisi kimi tanınmış və xüsusi rəğbət qazanmışdır.

Ramiz Ənvər oğlu Mehdiyev
Filosof, akademik, ictimai xadim və hal-hazırda Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəridir. 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun Fəlsəfə fakultəsinin aspiranturasına daxil olmuş, 1977-ci ildə MDU-nun elmi şurasının iclasında disertasiya müdafiə etmişdir. 1993-cü ildən fəlsəfə elmləri doktorudur. 2001-ci ildə Nyu-York EA-nın üzvü seçilmişdir R. Mehdiyev milli və sosial münasibətlərə, müasir Azərbaycan dövləti və cəmiyyətinin inkişafı və s. movzularla bağlı elmi məqalələrin müəllifidir. 2008-ci ildə çap olunmuş “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” adlı kitabı elmi ictimaiyyətdə böyük əks-səda doğurmuşdur.

Rəcəbəli Təbrizi
Rəcəbəli Təbrizinin əsərləri içərisində iki fəlsəfi traktat başlıca yer tutur: «Vacib varlığm isbatı» və «Həkimanə əsaslar». Həmin əsərlərdə öz-özlüyündə vacib varlığın tərkib hissələrə ayrılmaması, onun vahidliyi və atributlarının öz substansiyası ilə eyniyyət təşkil etməsi, varlıq sözünün daşıdığı mənalar araşdırılmışdır.

Şərq peripatetiklərinin emanasiya nəzəriyyəsini qəbul edən Rəcəbəli Təbriziyə görə, mümkün varlıq məxsusi nəticə olmaqla Vacib varlıqdan zəruri surətdə törənmişdir. O, Vacib varlığın isbatından sonra mümkün varlığm qisimlərinə, onun səciyyəvi cəhətlərinə diqqəti yönəldir. Mümkün varlıq Aristotel təliminə uyğun olaraq mahiyyət (substansiya) və aksidensiyaya bölünür. Rəcəbəli Təbrizi fəlsəfi kateqoriyaları substansional və aksidental qruplara bölmüş, materiya, forma və o ikisindən təşəkkül tapmış cismə diqqəti cəlb etmişdir.

Rəcəbəli Təbrizinin fəlsətəsi onun saysız-hesabsız şagirdləri torəfındən təbliğ ve inkişaf etdirilmişdir. Onun qiymətli orijinal əsərləri və istedadlı, müdrik şagirdlərinin yaratdıqları zəngin irs XVII əsrdə Şərq ölkələrində elmi-fəlsəfi fikrin inkişafına və yayılmasına böyük təsir göstərmişdir.

Səlahəddin Sədrəddin oğlu Xəlilov
Tanınmış Azərbaycan filosofudur. 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik, 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir. 1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuşdur. “ Cavid fəlsəfəsi”, “Elmdən texnikaya və mənəviyyata”, “ Fəlsəfədən siyasətə”, “Şərq və Qərb: ümumbəşəri ideala doğru”, “Sivilizasiyalararası dialoq” və s. əsərlərin müəllifidir.

Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi
Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. Onun ən məşhur əsəri “Nurların doğuşları”dır. Bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanmışdır. Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır. Siracəddin Urməvi şərq peripatetiklərinin mövqeyindən çıxış edərək, varlığın müxtəlif qismlərinin şərhini vermişdir. Varlığı onun ziddi olan yoxluq anlayışı ilə qarşılıqlı götürmüşdür. Filosof mövcudatda səbəbiyyətin obyektivliyini qəbul etmişdir. Ən çox tanınmış əsərləri sırasında “Hikmət incəlikləri”, “Haqqın bəyanı”, “Metodlar”, “Dialektikaya dair traktatlar”, “Təhsil” və s. əsərlərin adını çəkmək olar.

Şihabəddin Ömər Sührəvərdi
Görkəmli Azərbaycan hüquqşünas alimi, sufi nəzəriyyəçi, ictimai-siyasi xadimdir. Əbuhəfs Sührəvərdinin zəngin yaradıcılıq yolu keçmiş, əsərlərindən “Biliklərin töhfələri” (“Əvarif əl–maarif”) kitabının dəfələrlə Misirdə, 1966–cı ildə Beyrutda,“Duaların şərhinə dair bəndələrin xəzinəsi” (“Kənz əl–ibad fi şərh əl–aurad”) adlı əsəri 1908–ci ildə Kazanda, “Ürəkləri sevgiliyə qovuşmağa aparan cazibə” (“Cəzb əl-qülub ila müvasələt əl–məhbub”) əsəri isə 1910–cu ildə Hələbdə çap edilmişdir.Mütəfəkkirin kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrində əlyazması şəklində saxlanılır. Ş. Sührəvərdi ”İman nəsihətlərinin inşası və yunan qəbahətlərinin ifşası”, “Quranın təfsirinə dair bəyanın pis əməli”, “Sufi libası geyməyə dair traktat”, “Yollara dair” və s. əsərlərin müəllifidir.

Şihabəddin Əbuhəfs Sührəvərdinin sufi təlimi onun övladları və ardıcılları tərəfindən inkişaf etdirilmiş, bütün müsəlman Şərqi ölkələrində nüfuz qazanmışdır. Sührəvərdiyyə sufi təriqəti yalnız ərəb ölkələri, Kiçik Asiya, Azərbaycan, İran, Orta Asiyada deyil, habelə Hindistanda da geniş yayılmışdır. Əsrlərin ideya sınağından keçmiş bu təlim öz varlığını bir sıra ölkələrdə müasir dövrə qədər saxlamışdır.

Şihabəddin Əbülfütuh Yəhya Həbəş oğlu Sührəvərdi
Şərqin ən böyük filosoflarından biri, işraqilik (əl-işraq-nurlandırma) fəlsəfəsinin banisidir. Mənşəcə Azərbaycan türklərindəndir. Ş.Sührəvərdi mütləq biliyin mənbəyini maddi aləmdən kənarda axtarırdı. Onun fikrincə, “İşraq fəlsəfəsi” kitabını intuisiyanın köməyilə dərindən anlamaq mümkündür. İşraqilik fəlsəfəsinə görə, hissi və əqli idrak vasitəsilə maddi aləmin şeyləri və hadisələri haqqında müəyyən bilik əldə edilir, intuitiv idrak isə insana işıqlar aləminin sirlərini açır, mütləq həqiqəti aşkar edir.

Şihabəddin Sührəvərdi Azərbaycanın, ümumiyyətlə, Yaxın və Orta Şərqin mühüm şəhərlərini, Böyük Azərbaycan filosofu azadfikirlilik meyllərinə, yüksək fəlsəfi ideyalarına görə Şərq ölkələrində tanınmış, böyük şöhrət tapmışdır. O öz elmi — fəlsəfi düşüncələrini ən çox Kiçik Asiyada yaya bilmişdir.

Şihabəddin Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin, haşiyələrin əlyazma nüsxələri dünyanın bir sıra fondlarında və kitabxanalarında saxlanılır. Qeydə alınmış əlli iki əsərindən on üçü peripatetizm, on beşi sufizm, səkkizi işraqilik və on altısı müxtəlif mövzular üzrə qruplaşdırılıb.

Şihabəddin Yəhya Sührəvərdinin zəngin irsi XII əsrdən etibarən ərəb, fars, qismən də türk dillərində müsəlman Şərqi xalqlarının fəlsəfəsi tarixində özünə geniş yer tapmışdır. Onun əsərlərinin orta əsrlərdə köçürülmüş əlyazma nüsxələri hazırda dünyanın müxtəlif şəhərlərində, Dəməşq, Sankt Peterburq, Tehran, Bağdad, Qahirə, İsgəndəriyyə, İstanbul, Paris, London kitabxanalarında saxlanılır.

Zakir Cabbar oğlu Məmmədov
Z.C.Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir.

Zakir Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar apararaq, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində cap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır. O, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır. Z.C.Məmmədov sübuta yetirmişdir ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlər də olmuşdur. O, müəyyən etmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir.

Z.Məmmədov Eynəlqüzat Miyanəci (1099-1131), Şihabəddin Ömər Sührəvərdi (1145-1234), Şihabəddin Yəhya Sührəvərdi(1154-1191), Əfzələddin Xunəci (1193-1248), Siracəddin Urməvi (1198-1283) və başqa Azərbayçan filosoflarının əsərləri, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət «Təhsil» traktatı əsasında «Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir» monoqrafiyasını yazmışdır. «Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri» (azərbaycanca 1986, rusca 1993) kitabında görkəmli şəxsiyyətlərin əksəriyyəti — Əhməd Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Siracəddin Urməvi, Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani, Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili, Rəcəbəli Təbrizi və b. haqqında mənbələr əsasında tədqiqatlar ilk dəfə olaraq Zakir Məmmədov tərəfindən aparılmışdır.

Quluzadə Zümrüd Əliqulu qızı
Z.Quluzadə Azərbaycanın görkəmli filosoflarından biridir. Z.Quluzadənin namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə — hürufiliyə və Azərbaycanda onun görkəmli nümayəndələrinə həsr olunmuşdur. Onun “Hürufilik və onun Azərbaycandakı nümayəndələri” kitabı (1970) hürufiliyin tarixi və fəlsəfəsini təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər. Bundan başqa, Azərbaycan məkanında Qərb — Şərq problemi fəlsəfi aspektdə ilk dəfə Zümrüd Quluzadə tərəfindən “Закономерности развития восточной философии XIII – XVI вв. и проблема Запад – Восток” (1984) monoqrafiyasında tədqiq olunmuşdur.

Zümrüd Quluzadənin elmi fəaliyyətində onun təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan Şərq fəlsəfəsi problemləri adlı beynəlxalq elmi-nəzəri jurnalın (1996-cı ildən) xüsusi yeri vardır. Azərbaycan və rus dillərində ərəb, fars, türk, ingilis, alman və fransız dillərində geniş xülasələrlə dərc edilən həmin jurnal Azərbaycan mədəniyyət tarixində fəlsəfəyə dair ilk jurnaldır.Həmin jurnalın əhatə etdiyi problemlərə, adına görə müasir dünya mədəniyyətində analoqu demək olar ki,yoxdur.

  • Teqlər:
  • fəlsəfə
  • , filosof
  • , Azərbaycan filosofları

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

“Cavidannamə”. Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) – Nəiminin əsərləri Azərbaycan türkcəsinə hələ ki çevrilməyib. Bu kitabı türk saytlarının birindən götürülüb, tam versiya olduğunu demək çətindir, ədəbi-tarixi faktdır.

Fəzlullah Nəimi (Esterabadi)

Sufizm. Sufi poeziyası

Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) – Nəiminin əsərləri Azərbaycan türkcəsinə hələ ki çevrilməyib. Bu kitabı türk saytlarının birindən əldə etdik. Tam versiya olduğunu demək çətindir. Hər halda fakt kimi maraqlıdır.

Nəiminin əsərləri Azərbaycan türkcəsinə hələ ki çevrilməyib. Bu kitabı türk saytlarının birindən əldə etdik. Tam versiya olduğunu demək çətindir. Hər halda fakt kimi maraqlıdır.

Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) haqqında məlumatlar

Mənşəcə Azərbaycan türklərindən olan məşhur alim, şair, filosof.

Nəimi Şah Fəzlullah ibn əbu Məhəmməd Təbrizi (Fəzl) təsəvvüfi cərəyan olan hürufiliyin banisi və Azərbaycanın ən nəhəng sufilərindən biridir. Hürufilik Fəzl tərəfindən Azərbaycanda XIV əsrin sonlarında bərqərar olur və buradan Türkiyə, İran, İraq, Suriya və müsəlman Şərqinin digər ölkələrinə yayılır. Bu təlim türk xalqları içində daha artıq rəqbət doğurmuşdu. Şəmsəddin Məhəmməd ibn Əbd-ür-Rəhman Söhavinin (XV əsr) “IX əsrin parlaq şəxsiyyətləri” adlı kitabında oxuyuruq: ” Adı Əbd-ür-Rəhman olan Nizami Əbu-əl-Fəzl Astrabadi Əcəmi həddən artıq savadlı bir adam idi, nəzm və nəsr sahələrindən yaxşı baş çıxarırdı, Gilan, Səmərqənd və başqa şəhərlərdə ondan ötrü məxsusi qurulan məclislərdə iştirak edirdi. Hürufilər zahidlər kimi həyat keçirir, başlarına ağ keçə papaq qoyurdular. Geniş yayılmış və çoxlu tərəfdar tomlamış bu təriqət öz küfrü ilə cığatayların və başqa qeyri-ərəb xalqlarının əksər qismini zəhərləmişdi.”

“Hürufi”- ərəb dilindəki “hərf” sözünün cəmi olan “hüruf” sözündəndir. E. Əhmədovun yazdığı kimi, hürufilərə görə, “insan və dünya – dünya ağlı, dünya ruhu, analar anası, məkan və zamanın ardıcıl emanasiyalarının nəticəsidir. Dünya yaradan ilahi başlanğıc – Allah özünün bənzəri kimi yaratdığı insanın simasında daha tamlıqla təcəlla edir. Kainatın varlığı, bəşəriyyətin tarixi mərhələlərə bölünmüş dövri hərəkətlərdən ibarətdir. Hər bir mərhələdə yeddi dövr var. Və Adəmin dünyaya gəlişindən başlanan bu mərhələlər məhşər gününə qədər davam edəcəkdir.” Ərəb əlifbasının hərfləri, rəqəmləri və onların ədədi mənaları hürufilərdə xüsusi mistik anlayış kəsb edir və dünyanın dövri hərəkətlərinin simvolları kimi qəbul edilirdi. Onlar sözləri varlığın əsası kimi götürürlər. Sözlər “Quran”da və “Quran” vasitəsilə Allahdan gələn vəhylər kimi dünyanın materiyası olmuşdur. Allahın “Quran”dakı sözlər vasitəsilə insanda təcəlla etməsi haqdakı hürufi ideyası da buradan yaranmışdı.

Nəiminin həyatı haqqında məlumatlar çox azdır. Bu barədə olan səhih məlumatları da tədqiqatçılar onun özünün və həmfikirlərinin əsərlərindən götürmüşlər.

Şeyx Fəzlullah Nəimi 1339/40-cı ildə anadan olub. Yaxşı təhsil almasına baxmayaraq, uzun müddət həyatda öz yerini tapa bilməyib. Elə vaxt olub ki, o, öz dolanışığını papaq tikməklə qazanıb. Ancaq onun elmə həvəsi hər şeyə üstün gəlmiş və o bilik qazanmaqdan ötrü o dövrdə qəbul olunan ənənəyə görə, səyahətə çıxıb.

Məlumdur ki, 1369-cu ildə o, İsfahanda olmuş, sonra isə Məkkə, Nişapur, Xorasan, İraq, Azərbaycan və Orta Asiyanı gəzmişdir. Ardıcıllarının hürufi Quranı kimi müqəddəs saydıqları “Cavidannamə” (“Əbədiyyət kitabı”), yaxud “Cavidani-Kəbir” (“Böyük əbədiyyət”) adlı əsərini Fəzl Şirvanda həbsxanada qələmə almışdır.

Onun “Növmnamə” əsərində də zəngin biblioqrafik məlumatlar var. Burada Nəimi özünün Suriyadan Orta Asiyaya qədər bütün müsəlman dünyasına səfərləri, olduğu şəhərlər, tanış olduğu adamlar, haqda danışır. Burada Bakı, Nişapur, Toqçi, Cəzirə, Borucerd, Mazandaran, Xarəzm, Damqan, Sufiyan, Baqi Sufiyan kimi şəhərlərin adları çəkilir. Həmin əsərində Fəzl hər şeydən əvvəl özünün gördüyü yuxuları təsvir edir. Guya o, həmin yuxuları ömrünün son 30 ilində görür. Bu yuxuların məzmunu bir yandan Fəzlin müqəddəsliyini sübut etməyə, digər tərəfdən ardıcıllarının əməl etməli olduğu öncəgörmələrin təsvirinə həsr olunub. O peyğəmbəranə yuxularına istinad edərək öz ardıcıllarını üsyana səsləyir: “. mən gördüm ki, əlimdə par-par yanan bir qılınc tutmuşam və bir münəccim öz elminə uyğun olaraq, onun üzərində yazıb ki, bir neçə üsyan olacaq. Bu üsyan sözündən sonra bir neçə dəfə Astrabadlı Fəzl sözləri yazılmışdı və həmin qılınc mənim əlimdə idi.” Bu dəhşətli yuxu hətta Fəzl Teymurun əlində ölsə belə, hürufiləri üsyana səsləyir, Fəzlin əbədi diri olduğundan xəbər verirdi: Cəmadi-əl-ülya ayında çərşənbə gecəsi Borucerddə belə bir yuxu gördüm ki, bir axsaq adam bir nəfəri ardımca göndərib ki, məni edama aparsın. mən gördüm ki, o, aparıb məni öldürdü, ancaq onu da gördüm ki, mən sağam. Düzdür. Doğrudur.” O, həmçinin Fəzlin “oyanış” tarixçəsini, öz təlimini necə yaydığını da təsvir edir. Bir dərviş son nəfəsində Fəzli yanına çağırıb, artıq dünyanı onun təlimi barədə xəbərdar etmək vaxtının çatdığını söyləyir. Fəzl bundan sonra doqquz ardıcılını başına yığıb, indiyə qədər hamıdan gizli saxladığı təlimini onlara açıqlayır. Bunlardan dördü ona daha yaxın idi.

Məhəmməd Əli Tərbiyətin “Danişməndane – Azərbaycan” kitabında onların adları çəkilir:

Onun sirrina vaqif olan dostları

Məcid, Mahmud, Kamal Haşimi,

Əgər Bül-Həsənlə rastlaşsan, onu da dördüncü say

Zira o bu kitabı onlara vəsiyyət etdi.

Orta əsr müəlliflərinin əksəriyyəti belə bir fikir üzərində birləşirlər ki, Fəzl öz təlimini ilk dəfə Azərbaycanda, Təbrizdə 1386-cı ildə açıqlamışdır. Buna görə də hürufilər Azərbaycanı “Sərzəmin-e-rəstaxiz” (“Oyanış yeri”) adlandırırlar. Fəzlin ən sadiq tərəfdarlarından olan Əli ül-Əla özünün “Kürsünamə” əsərində hürufiliyin yaranmasında Azərbaycanın rolunu belə təsvir edir:

Sevimli Fəzlin vəhdət günəşi

İlk dəfə Azərbaycanda doğdu.

O müqəddəs ölkəmizdən biridir,

Elə buna görə də məna günəşi burdan doğdu.

Bu ölkə Allahın mərhəmətinə nail olub

O, peyğəmbər və müqəddəslər taxtıdır.

Bu vaxta qədər Nəimi sufiliyi öyrənirdi. O, məşhur sufi şeyxi Şiblinin ardıcılı idi. Nəiminin həyatında Bakının xüsusi rolu olub. Belə ki, o burada hürufi hərəkatının mərkəzini yaratmışdı. Əli-ül-Əlanın “Qiyamətnamə” əsərində göstərilir ki, Fəzl Bakıdan getdikdən sonra da bu mərkəz və onun ardıcılları fəaliyyətlərini dayandırmamışdılar:

Bakı tərəfdən səs gəlsə

Ayağa dur, əlini-əlinə vurub sevin.

Ora bizim sevimlimizin olduğu yerdir

Özü getsə də yeri orada qalır.

Fəzlin əsas əsərləri, o cümlədən “Cavidannamə” və yaxud “Cavidane-Kəbir”, “Vəsiyyətnamə” də Bakıda və Azərbaycanda qələmə alınıb. Bunlardan başqa onun “Məhəbbətnamə”, “Ərşnamə”, “İskəndərnamə” və başqa əsərləri də var. Özünün son əsəri olan “Vəsiyyətnamə”ni də Fəzl Azərbaycan torpağında, edam olunmazdan əvvəl yazıb.

Nəiminin müasirlərindən biri yazır: “Fəzlüllah ibn Məhəmməd Təbrizi tərkidünya təriqətlərindən birini yaratmışdır. Bu kafir öz yalançı təlimi ilə hürufilər adı altında bir təşkilat da qurmuşdu. O hətta Teymuru da öz küfrünə inandırmağa çalışmışdı, ancaq o buna razı olmamış və kafirin edamına fitva vermişdir. Fəzli Teymurun oğlu Miranşah edam etmişdir.”

Bu qanlı və faciəli hadisə 1401-ci ildə Naxçıvandakı Əlincə qalasında baş verdi. Bir çox tədqiqatçılar belə hesab edirlər ki, Teymur Fəzlin edam olunmasından ötrü bu qalanı bilərəkdən seçmişdir. Çünki bu qala Teymurilərə müqaviməti ilə ad çıxarmış və Teymurun əleyhinə daimi çıxışları ilə tanınmışdı. Nəimi elə burada da dəfn olunub. Onun məzarı və onun üzərindəki baş daşı bizim günlərə qədər gəlib çatmışdır.

HÜRUFİ FƏZLULLAH NƏİMİ

Bəhaəddin Həsən Əstərbadinin oğlu Fəzlullah Nəimi hicri ÜIII əsrin ariflərindən olub təsəvvüfdə (sufizm) hürufilik firqəsinin əsasını qoyaraq ona rəhbərlik et-mişdir. O, hicri 740-cı ildə Əstərabadda dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən atası vəfat etmiş və Nəimi atasının qazilik işini cavan ikən davam etdir-mişdir. Mötəbər şəxslərin söylədiyinə görə bir gün Əstərabad bazarında Qəvvalar-dan biri (xanəndə, musiqiçi) Mövlanadan beyt oxuyarkən Fəzlullah Nəiminin canına atəş vuraraq qərar və aramlığını əlindən almış və o, atasından qalmış sərvət və mülikiyyəti buraxıb mərifət vadisinə doğru üz tutaraq, yolun böyüklük və çətin-liyini can bahasına almışdır.

Bəhaəddin Həsən Əstərbadinin oğlu Fəzlullah Nəimi hicri ÜIII əsrin ariflərindən olub təsəvvüfdə (sufizm) hürufilik firqəsinin əsasını qoyaraq ona rəhbərlik et-mişdir. O, hicri 740-cı ildə Əstərabadda dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən atası vəfat etmiş və Nəimi atasının qazilik işini cavan ikən davam etdir-mişdir. Mötəbər şəxslərin söylədiyinə görə bir gün Əstərabad bazarında Qəvvalar-dan biri (xanəndə, musiqiçi) Mövlanadan beyt oxuyarkən Fəzlullah Nəiminin canına atəş vuraraq qərar və aramlığını əlindən almış və o, atasından qalmış sərvət və mülikiyyəti buraxıb mərifət vadisinə doğru üz tutaraq, yolun böyüklük və çətin-liyini can bahasına almışdır.

Beləliklə, seyir və sülukla başlayıb Məkkəyə gedərək Allah Evini ziyarət etdi. Sonra bir müddət Xarəzmdə yaşayaraq hicri 775-ci ildə yenidən Kəbə Evini ziyarə-tindən qayıdarkən Xorasana dönüb, oradan Təbrizə gələrək uzun müddət burada ya-şamaq qərarına gəldi və Təbrizli kimi tanındı. O, möminlik və zöhdi qəbul edərək ruzgarın başa börk qoymasından uzaqlaşdı. Heç vaxt bir kəsin yemək məzəsini dad-madığı səbəbindən Halalxor (halal yeyən) Fəzlullah kimi şöhrət tapıb tanındı (İbn Kərbəlayi/481).

Allah qarşısında pəhriz, nəfsi təmizləmə, təslim və təvəkkül onu zahid, abid və sufi etdi. Bu yaşayış tərzində elə ifrat və radikallıq həddinə vardı ki, İbn Ha-cər Əsqanı onu “Motəqəşşef” adıyla yad etdi. Bu ad o kəslərə verilir ki, gündə-lik bir tikə çörəkdən şükr edib parça-parça olmuş geyimlə ağır həyat tərzi keçi-rirlər (Sadiq Kiya, 1344-ci il/23)

O, İlahi həqiqətlər və İrfani rəmzlər agahlığıyla, elmi təhqiqatlar və digər məktəblərin araşdırılmasıyla müxtəlif zəminlərdə nəzər sahibi olmağı bacardı. Gözəl şeirlərilə “Nəimi” təxəllüsü əldə edib hərf, isim, hikmət və cəfr (gələcək hadisələrdən agahlıq tapmaq) elmlərini kamil öyrəndi. Həmin hərf elmiylə tanış-lıq hicri 788-ci ildə Şirvanda Fəzlullah Nəimi tərəfindən “Hürufiyyə” təriqəti-nin əsasının yaranmasına səbəb oldu və bundan sonra Fəzlullah “Hürufi” adıyla məşhurlaşdı (Edvarj Braun, c.3, səh 404).

Məlum deyil ki, niyə doktor Zəbihullah Səfa Nəimi sözünü Nəsihi qeyd etmişdir. O yazır: “Bu firqənin təsisçisi Fəzlullah Nəsihi Əstərabadi adlı bir şəxsdir ki, hicri ÜIII əsrin ikinci yarısında yaşamışdır” (Səfa, 1344, c.4)

Bu təriqətin əsası və zahiri həmin hərf və nöqtə elminin təbliği idi. Özünün ic-timai və siyasi həyatının şəraitini bu elmin əsrarəngiz cilvələriylə şərh edir-di. Bu təfəkkür tərzi İranın mədəni və ictimai həyatında böyük hadisə hesab edi-lirdi. Nəimi Quran ayələrini həm yeni mənalarla şərh və təfsir edib bunların əsasını hərflərin əsilliyində görür və bu nöqtəyə inanırdı ki, hər kəs asimani kitabların həqiqi mənasını və Peyğəmbərlərin rəmzi söylədiklərini dərk etmək is-təyirsə, məcburi olaraq həriflərin sirri və xüsusiyyətiylə tanış olmalıdır.

Nəimi özü də Quran ayələri və İslam Peyğəmbərinin dediklərində təzə və heyrəta-miz mənalar bəyan edirdi (Nəsrullah Fəlsəfi, 1339, c.3, səh.40)

ŞƏHADƏTƏ YETMƏ SƏBƏBİ

Nəimi müridləri və tərəfdarları vasitəsiylə xalq arasında çox geniş təbliğat apardığından ehtişami diqqət və ehtirama nail olmuşdur. Xalqın Nəimiylə həmqəlb olması Teymuri dövlətinin həyəcanlaşdırmışdı. Teymuri hökumətinin bədrəftarlığı-nı ortadan götürmək məqsədiylə aparılan azadixahlıq təlimləri hürufilik ayinin baş mövzusu idi. Din və şəriətin keşiyini çəkmək məqsədiylə Fəzlullah və kömək-çilərinin fəaliyyətinin qarşısını almaq qərarına gəldilər. Miranşahın (Teymurun oğlu) əmriylə Nəimini Şirvandan Təbrizə gətirib küfrdə təqsirləndirərək qətl hökmüylə hicri 796-cı ildə zilqədə ayının 6-da (hicri-qəməri ilin 11-ci ayı) ba-şını kəsib, cəsədini ata bağlayaraq Təbriz şəhərində gəzdirdilər ki, digərlərinə ibrət olsun. Hicri 806-cı ildə Teymurun göstərişi ilə Onun sümüklərini qəbirdən çıxardaraq yandırdılar (Dehxoda lüğətnaməsi/479).

Fəzlullah Nəimidən bir sıra əsərlər qalmışdır ki, onların hamısı əqidələrdən söhbət açıb rəy verir. Onlara qısa xülasə olaraq işarə edək:

– Cavidani-Kəbir: Qurani-Kərimdən bir təfsirdir ki, fars dilində Əstərabadinin şərhilə yazılmışdır. Bu təfsir Quran ayələrindən yeni izahlardır. Onun nəşri sa-də və avamların dərki üçündür (Dehxoda lüğəti, 1369/484)

– Ərşnamə: 1120 beytdən ibarət Rəməli müqəddəsi məhzuf bəhrində yazılmış bir məsnəvidir ki, onda irfani məsələlər və hürufi düşüncələri şərh edilir və bu beytlə başlayır:

Bayi Bismillahi Rəhmani Rəhim,

Adəmi-xakidir, ey divi-Rəcim,

Aləmin canı həmin torpaqdadı,

Çox böyükdür Həqq üçün insan adı.

– Novvomnamə: Fəzlullah Nəimi sərgüzəştlərini hicri 765-ci ildən həyatının sonu-na qədər şərh edir, görmüş olduğu saysız yuxular Əstərabadi diliylə həmin risa-lədə izah edilir (Dehxoda/486).

– Kitabi təvilat (şərh etmə): bu risalə ölümdən sonra və cismi tərk etdikdə ru-hun bəqalığının (həmişəlik) isbatıdır.

– Ənfas və afaq (dünya və insanlar): farsca bir mənzumədir.

– Cavidannamei-səğir: Əstərabadi şərhinə görə eşq və məhəbbətdə onun ən mühüm əsərlərindən hesab edilir və həyatının ən uzun mərhələsini şərh edir. Zahiri ba-xımdan 796-cı il Rəbiülaxər ayında şəhadətindən 6 ay əvvəl sona çatmışdır.

– Məhəbbətnamə: Nəimi bu risalədə eşq və məhəbbətin sadə şərhinə başlamış və təqribən Cavidannamənin mətləbləridir.

– Divani Əşar (şeirlər divanı): qəsidələr, qəzəllər və rübailərə şamildir ki, dəfələrlə Azərbaycanda Rüstəm Əliyev vasitəsiylə çap olunmuşdur. Əlbəttə, “Tə-şəyyo və təsəvvüf” kitabında gəlmişdir ki, hürufi Fəzlullah “Nəimi” təxəllüsü ilə şeir yazmamışdır və Fəzlullaha mənsub divan onun deyil (Kamil Mustafa əl -Şibi, 1359/169).

Fəzlullah 4 qız və 3 oğula sahib olmuşdur. Qızları Fatiməxatun, Bibixatun, Bibi Ümmül-Kitab və Bibi Fatihətəl- Kitabdır ki, bu qızlar Fəzlullahın 4 xəlifə və ya müridinin arvadı olmuşlar. Oğlanları: Səlamullahdır ki, Fəzlullah onun adını Novvomnamədə çəkmişdir. Əmir Nurullahdır ki, adı Ostovanamədə “Sorure şəhidan” (“Şəhidlərin fərəhi”) və “Əfzəl-əl-Şühəda” ünvanında yad edilmişdir. Bu onu ni-şan verir ki, ehtimal olaraq Əhmədilərin – Şahrox Teymuriyə həmləsi zamanı digər hürufilərlə bir yerdə öldürülmüşdür. O, Fəzlullah Nəiminin canişini olmuşdur (Kamil-Mustəfa əl-Şibi, 1359/174)

Nəiminin üçüncü oğlunun adını yad etmirlər.

Fəzlullahın qızları ərlərilə bahəm onun düşüncə və əqidəsini yaymaq üçün hədsiz səyy göstərmişlər. Fatimə əri Mücəddəddin Əstərabadilə Cahanşah Qaraqoyunlu döv-ründə beşyüzə yaxın hürufi dəstəsiylə Təbrizdə qiyam etdilər və hamısı Qaraqo-yunlu Əmirinin göstərişilə öldürüldülər.

ŞEİRLƏRİNDƏN BİR NÜMUNƏ

Hər şəb tutub üz göylərə ta sübh “yahu” söylərəm,

Gər sufi “la”dan dəm vurar “illa” deyib, “hu” söylərəm.

Divanə bir qumru mənəm, yüz şəhri viran etmişəm,

Şahlar başında əyləşib, “qu” söylərəm, “qu” söylərəm.

Qazi nə bilsin halımı, müfti nə bilsin rahımı,

Ta yoxluğun ardınca mən, hökmilə “yərğu” söylərəm.

Yox hacətim sultanlara, mən aləmin sultanıyam,

Nitqimlə şahlar yıxmışam, ləfzimdir ordu, söylərəm.

Ey karvan, ey karvan, karvanbasan saymın məni,

Bir pəhlivanəm, üzbəüz xəncər çəkib “hu” söylərəm.

Müəllif: Hacı Aydın Nəsiri

Litparad

Bəxtiyar Hidayət

Burda indi yağışlar mövsümüdü, birdənəm,
Bir sözə bəndəm,
-ağlayacam…
Cavidan

Xatırlayırsınızsa hər dəfə ağzını Azərbaycanla açıb ümummilli liderlə qapayan, barmaqlarının 80 faizində üzük olan və bununla da əlimizdə qalan torpaqların qorunmasının vacib olduğunu bildirən xalq artisti İlhamə belə bir cümlə işlətmişdi-Mənim heç kupalnikim də olmayıb. Guya pozğunluqmuş kupalniki olmaq.

Və ümumiyyətlə bu xarabada əxlaq yanız qadında axtarılır-sanki kişinin əxlaqa zada dəxli yoxdu.

Ilhaməkimilər də özlərini ən əxlaqlı adam kimi cəmiyyətə sırıyıllar.

Indi belə bir cəmiyyətdə birdən-birə bir əyalət qadını , üç uşaq anası “striptiz” şeiri yazsın. Onu İlhaməkimilər necə qarşılar? Onu ağsaqqal-qarasaqqal necə qarşılayar? Halbu ki o ağsaqqal-qarasaqqal da o xalq artisti də bu rejimin davam etməsi üçün hər cür siyasi əxlaqsızliqlara baş vurullar.

Həə o şeirin müəllifindən yazmaq istəyirəm. O Cavidan xanımdı. əvvəlcə gəlin görək hansı mühitdə yaşayır Cavidan? Onun yaşadığı mühitə qızın oxuması əxlaqsızliq sayılır. Hələ də məhərrəmlikdə sinə döyülür, şəbih çıxarılır. Insanlar yüz alimə yox bir falçıya daha çox inanır. Qadınların işi-gücü təsərrrüfat və seriallardır ki onlar da serial qəhrəmanları barədə falçılıq edirlər. Onların taleyi barədə proqnozlar verillər.
Cavidan elə onların faciələrini yazır. Və bu barədə yazılanlardan tamam fərqli yazılar. Çünki Cavidan uzaqdan uzağa yazmır-özü öz qəhrəmanlarının yanındadı. Həmçinin məsələyə tamam ayrı rakursdan baxır-o heç də qadın hüquqları deyə haray çəkmir-o göstərir ki hələ qadın hüquqlarından öncə qız hüquqlarından danışmaq lazımdı. Öz qohumları tərəfindən “oğurlanib” tezcə də arvad edilən məktəb yaşlı qızların taleyindən yazir o. 14 yaşda qarnı burnunda olan qızların taleyidi onu narahat edən. O haray-çəkir-hərəyə bir ağac əkək deyənlərə üz tutur-hərəyə bir balamızı xilas edək deyir.
Mən onun çay qırağına atılmış uşaq haqda yazısını oxuyandan sonra bir müddət özümə gələ bilmədim. Axı o uşaq səsini necə oldu ki hamı cin səsi zənn etdi də qorxusundan heç kim ora yaxın gedə bilmədi? Belə çıxır ki biz “Xirs quldurbasan” əyyamından da geridəyik-yenə orda ayını, meymunu cinn zənn edirdi camaat-indi uşaq səsini də cin səsi zənn edirik. Bundan böyük faciə varmı? Qarabağ faciəsindən daha böyük faciədi “Cin faciəsi”
Cavidanın böyüklüyü ondadır ki bu faciələrə gətirən səbəbləri açıqlayır- sən demə nağıllarımız, uşaq şeirlərimiz imiş əsas təqsirkar.
O andıraqalmış nağılarımızda qızın ər yaşı elə 14-15 dir. Bircə nağıl göstərə bilərsinizmi ki desinlər qız çatmışdı 18 yaşına. Indi də buyur-nağılarımıza qayıdırıq. Və 18 yaşınacan bu zavallılar iki dəfə ana olur və bir neçə dəfə də abort etdirir.
Və abort demiş-Cavidanın bu cümləsinə fikir verin- Azından 60 manat ola biləcək abortdan can qurtarmaq üçün bu qadınlar özləri özlərini təpiklədəcəklər ərlərinə artıq, təki borca düşüb evdəki qalan balalarını ac qoymasınlar.
Əzizim, bundan ağır necə yazmaq olar? Bu cümlənin çəkisi AYB ağırliqdadı. Orda bir nəfər varmı bu cəsarətdə , bu ürəkdə?
Özgə necə yazsın Cavidan-bu xarabada vaxtilə Məhəmmədhəsən əmi Kərbəlaya ismarıc göndərirdi-indi də adı bir boşanmadan ötrü avam qadınlar Ət ağaya ərizə yazır.
Bu xarabada varli şəxslər məhərrəmlikdə bütün ölülərini adını çəkdirir-sanki meyxanaçılar sms istəyirmişlər kimi.
Bəlkə özümün də əyalətdə yaşadığımdandır ki Cavidan mənə bu qədər yaxın gəlir, doğma gəlir. Türkçülükdən danışanda ağızlarına çullu dovşan sığmayanlardan nə qədər də üstündü türkün də talişin da , ləzginin də faciəsini cəsarətlə açıb göstərən bu taliş balası.
Bir dəfə facebbok-da Nuridə Atəşiyə sual verim ki bəs Almaniyada siyasi mühacir həyatı necədi-daim amazonluqdan dəm vuran bu xanım –mənim bu işlərdən anladığım yox-dedi və bir daha salamımı almadı. Almaniyada otura-otura Azərbaycan iqtidarından qorxdu. Özü də amazonluqdan dəm vurur.
Amma Cavidan- o indi alah bilir hansı təhlükələrlə öz-özədi. Amma vecinə də deyil-həqiqətləri işıqlandırır . Elə bizim qaramat mühitimiz də bu həqiqətin işığı ilə işıqlanacaq.
Bax “Striptiz” şeiri yazan xanımın əxaqına indi. Və bax millətə tərbiyə dərsi keçənlərin əxlaqına. Onsuz da seçkilər yaxınlaşır və sən görəcəksən o türkçülükdən bar-bar bar-barcasına bağıranların əxlaqını. Hakimiyyətin seçki şölənlərində göbək oynadacaqlar-arvadli-kişili.
Bir az do qəhrəmanımızın şeirlərindən danışaq.
“sevmək yerə vaxtsız su basqını gətirməkmi
-damla-damla”
Nə qədər gözəl bir deyim. Bu ağlamaq bizim poeziyamızdaki ağlaşma janrında deyil. Bu səmimi ağlamaqdı.
Və yaxud “mən səninçün etdiklərimə
-sən mənimçün etmədiklərinə görə utanacağıq yaman”
Həə, Cavidan amma sən bu qaramat mühit üçün etdiklərinə görə heç vaxt utanmayacaqsan-amma bu mühit sənə etdiyinə görə nə vaxrsa utanacaq.
“mən Azərbaycan yazarıyam
-20 faizimi yadlar ayaqlamada
-80 faizimi yad olmayanlar”
Görəsən bundan gözəl necə yazmaq olar? Bu gül-bülbül janrı deyil ee-bu sosial həyatın poeziyaya gətirilməsidi.
Cavidan, Sevinc, Sima, Nərmin, Günel, Jalə – bu kimi qadın yazarlara biz çox borcluyuq. Onlara qədər yalnız bir-iki şeirimiz vardı ki bilirdin bunu qadın yazıb. Bir növ qadın yazarlarımızı sevgi şeirləri də elə qadına sevgi üstə köklənmişdi ki bu da məncə lebiyankaliqdı. Və bu qadın yazarlar əslində nə qədər açıq-saçıq yazsalar da ədəbiyyatımızı lezbiyankaliqdan qurtarmış oldular.
Və Cavidan onların hamısından fərqlidi-həyatı ilə də yazısı ilə də . mən deyərdim dəyanəti ilə də. O cür mühitdə yaşayıb o cür yazmaq həqiqətən böyük dəyanətdi. Ümumiyyyətlə bizim nəsildə bəlkə də ən dəyanətli yazardı Cavidan.
Sonda onu da deyim ki bizim qəhrəmanımızın yazılarında sanki bir yağış havası var. Cavidan bu mühitə qarşı, bu rejimə qarşı, bu mentalitetə qarşı qəzəbində şimşək kimidir- bəlkə də ondandır ki yazılarında bir yağış havası var.

cavidanxalilova.wordpress.com

Comments are closed, but trackbacks and pingbacks are open.