Press "Enter" to skip to content

Son Dakika Cinayet Haberleri

208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—

Cinayət Məcəlləsi

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 171. Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə

171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə—

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

171.2. Eyni əməllər:

171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;

171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə—

171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə — [226]

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi [227]

171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama –

səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

171-1.2. Eyni əməllər:

171-1.2.1. təkrar törədildikdə;

171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə;

171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə; [228]

171-1.2.5. təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə;

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1. Bu Məcəllənin 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası” dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür.

2. Bu Məcəllənin 171-1.2.3-cü maddəsində “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.

Maddə 172. Özgənin uşağını dəyişdirmə

Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 173. (Çıxarılıb) [229]

Maddə 174. Qanunsuz olaraq övladlığa götürmə

Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə— [230]

yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [231]

Maddə 175. Övladlığa götürmə sirrini yayma

Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [232]

Maddə 176. Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma [233]

176.1. Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz doxsan saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [234]

176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq boyun qaçırma—

beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [235]

Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə

176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə –

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə –

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [236]

İ QTİSADİ SAH Ə D Ə CİNAY Ə TL Ə R

MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Maddə 177. Oğurluq

177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —

yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [237]

177.2. Eyni əməllər:

177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

177.2.2. təkrar törədildikdə;

177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;

177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə; [238]

177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;

177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [239]

177.3. Eyni əməllər:

177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;

177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1. Bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə otuz manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır. [241]

2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan mәblәğ başa düşülür. [242]

3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3,217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur. [243]

4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb etməyə görə əvvəllər məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş bir və ya bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür.

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—

yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [244]

178.2. Eyni əməllər:

178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

178.2.2. təkrar törədildikdə;

178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [245]

178.3. Eyni əməllər:

178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;

178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 179. Mənimsəmə və ya israf etmə

179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [246]

179.2. Eyni əməllər:

179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

179.2.2. təkrar törədildikdə;

179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [247]

179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

179.3.2. külli miqdarda törədildikdə;

179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 180. Soyğunçuluq

180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

180.2. Eyni əməllər:

180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

180.2.2. təkrar törədildikdə;

180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;

180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə;

180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

180.3. Eyni əməllər:

180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;

180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 181. Quldurluq

181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

181.2. Eyni əməllər:

181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

181.2.2. təkrar törədildikdə;

181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə;

181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə;

181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə—

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

181.3. Eyni əməllər:

181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə;

181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.2. Eyni əməllər:

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

182.2.2. təkrar törədildikdə;

182.2.3. zor tətbiq etmə ilə törədildikdə;

182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə— [248]

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.3. Eyni əməllər:

182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;

182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 183. Xüsusi dəyəri olan əşyaları talama

183.1. Xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

183.2. Eyni əməllər:

183.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

183.2.2. təkrar törədildikdə;

183.2.3. bu Məcəllənin 183.1-ci maddəsində göstərilən əşyaların və ya sənədlərin məhv olmasına, korlanmasına və ya dağıdılmasına səbəb olduqda—

əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 184. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma

184.1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [249]

184.2. Eyni əməllər:

184.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

184.2.2. təkrar törədildikdə;

184.2.3. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [250]

184.3. Eyni əməllər:

184.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

184.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

184.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə, yaxud aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurmağa görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 185. Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə

185.1. Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

185.2. Eyni əməllər:

185.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

185.2.2. təkrar törədildikdə;

185.2.3. həyat üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə;

185.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

185.3. Bu Məcəllənin 185.1 və ya 185.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

185.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

185.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;

185.3.3. həyat üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 186. Əmlakı qəsdən məhv etmə və ya zədələmə

186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [251]

186.2. Eyni əməllər:

186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;

186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 187. Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə

187.1. Özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [252]

187.2. Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən baş verdikdə və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—

min manatdan iki min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [253]

187.3. Bu Məcəllənin 187.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd. Bu Məcəllənin 187.1—187.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Maddə 188. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma [254]

188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –

səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma –

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə –

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

188.4. Bu Məcəllənin 188.1-188.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

188.4.1. təkrar törədildikdə;

188.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 189. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma

189.1. Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə —

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [255]

189.2. Eyni hərəkətlər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. [256]

189-1. Təbii qazın, suyun, elektrikya istilik enerjisinin talanması [257]

189-1.1. Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaq la bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə – [258]

min manatdan üç min manatadək miq darda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya iki ilədək müd dətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. [259]

189-1.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə –

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [260]

189-1.3. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu Məcəllənin 189-1.1-189- 1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması – [261]

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [262]

189-1.4. Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-isti fadə etməklə tamah və ya sair şəxsi marağı üzündən bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almaması –

dörd min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [263]

Bu Məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

İQTİSADİ FƏALİYYƏT SAHƏSİNDƏ OLAN CİNAYƏTLƏR

Maddə 190. Qanuni sahibkarlıq fəaliyyətinə mane olma

190.1. Fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə—

beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [264]

190.2. Eyni əməllər qanuni qüvvəyə minmiş məhkəmə qərarını pozmaqla və ya külli miqdarda ziyan vurmaqla törədildikdə—

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. [265]

Qeyd: Bu Məcəllənin 190, 192, 192-1, 193, 194-198, 200-2, 202-205, 205-2, 210-212-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan mәblәğ başa düşülür. [266]

Maddə 191. Torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı

Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə tamah məqsədilə və ya sair şəxsi niyyətlə torpaqla əlaqədar bilə-bilə qanunsuz əqdləri qeydiyyata alma, Dövlət torpaq kadastrının uçot məlumatlarını təhrif etmə, habelə torpaq haqqının miqdarını qəsdən azaltma—

beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. [267]

Maddə 192. Qanunsuz sahibkarlıq

192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə— [268]

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [269]

192.2. Eyni əməllər:

192.2.1. külli miqdarda ziyan vurduqda; [270]

192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;

192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə—

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 192–1. Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi [271]

192-1.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

192-1.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

192-1.3. Bu Məcəllənin 192-1.1 və ya 192-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

192-1.3.1. təkrar törədildikdə;

192-1.3.2. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə;

192-1.3.3. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə –

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 193. Yalançı sahibkarlıq

193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə — [272]

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [273]

193.2. Eyni əməllər:

193.2.1. külli miqdarda ziyan vurduqda;

193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;

193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə — [274]

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya bir ildən müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [275]

Maddə 193-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma [276]

193-1.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, yəni:

193-1.1.1. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;

193-1.1.2. cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi

– iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [277]

193-1.2. Eyni əməllər:

193-1.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

193-1.2.2. təkrar törədildikdə;

193-1.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

193-1.3. Bu məcəllənin 193-1.1 və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
193-1.3.1. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
193-1.3.2. külli miqdarda törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 193-1.3.2-ci maddəsində “külli miqdar” dedikdə qırx beş min manatdan artıq olan məbləğ başa düşülür. [278]

Maddə 194. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə [279]

194.1 . Qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə xeyli miqdarda pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə –

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə edilməklərd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [280]

194.1-1. Eyni əməllər xeyli miqdarda törədildikdə – [281]

beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

194.2. Bu Məcəllənin 194.1 və ya 194.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: [282]

194.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

194.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

194.2.3. əvvəllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə;

194.2.4. külli miqdarda törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 195. Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə

195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [283]

195.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [284]

Maddə 195-1. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə

qaydalarını pozma [285]

195-1.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur) haqqında məlumatların, öz bank hesablarının vəziyyəti haqqında məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada vaxtında verilməməsi və ya təhrif olunmuş məlumatların verilməsi dövlətə xeyli miqdarda ziyan vurduqda –

cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [286]

195-1.2. Dövlət borcalmaları və ya dövlət zəmanəti verilmiş öhdəlik üzrə cəlb olunmuş vəsaitdən təyinatı üzrə istifadə edilməməsi dövlətə xeyli miqdarda ziyan vurduqda –

üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [287]

195-1.3. Bu Məcəllənin 195-1.1-ci və 195-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər dövlətə külli miqdarda ziyan vurduqda –

üç il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın dörd misli miqdarında cərimə və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [288]

Maddə 196. Kreditor borclarını ödəməkdən qəsdən yayınma

196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [289]

196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [290]

Maddə 197. Əmtəə nişanlarından qanunsuz istifadə etmə

197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurduqda—

min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [291]

197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [292]

Maddə 198. Bilə-bilə yalan reklam etmə

198.1. Əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda—

min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [293]

198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 199. İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma

199.1. İnhisarcasına yüksək və ya inhisarcasına aşağı qiymət təyin etməklə, habelə bazarı bölüşdürməklə, bazara daxil olma imkanını məhdudlaşdırmaqla, oradan iqtisadi fəaliyyətin digər subyektlərini kənarlaşdırmaqla, vahid qiymət təyin etməklə və ya saxlamaqla inhisarçılıq hərəkətlərini etmə—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. [294]

199.2. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

199.3. Bu Məcəllənin 199.1 və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi ilə törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 200. İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma

200.1. İstehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma —

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. [295]

200.2. Eyni əməllər:

200.2.1. təkrar törədildikdə;

200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə—

beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [296]

200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda —

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [297]

200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda —

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manatdan beş yüz manatadək, «külli miqdar» dedikdə beş yüz manatdan yuxarı olan məbləğ başa düşülür. [298]

Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi [299]

200-1.1. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [300]

200-1.2. Eyni əməllər:

200-1.2.1. təkrar törədildikdə;

200-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

200-1.2.3. külli miqdarda törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

200-1.3. Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

200-1.4. Bu Məcəllənin 200-1.3-cü maddəsində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə min manatdan iki min manatadək olan məbləğ, 200-1.2.3-cü maddəsində isə “külli miqdar” dedikdə iki min manatdan artıq olan məbləğ başa düşülür [301]

Maddə 200-2. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi [302]

200-2.1. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə –

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.2. Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə –

dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

200-2.3. Bu Məcəllənin 200-2.1-ci və 200-2.2-ci maddələrində göstərilən əməllər külli miqdarda törədildikdə –

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddə 201. Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə

201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun bağlanmasından imtinaya məcbur etmə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

201.2. Eyni əməllər:

201.2.1. təkrar törədildikdə;

201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 202. Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma

202.1. Kommersiya və ya bank sirlərini təşkil edən məlumatların toplanması həmin məlumatları yaymaq və ya onlardan qanunsuz istifadə etmək məqsədi ilə sənədləri oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [303]

202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan vurmaqla törədildikdə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [304]

Maddə 202-1. İ xrac nəzarətinə aid sənəd və məlumatlar ı yayma [305]

202-1.1. H ü quqi və fiziki ş əxslərdən al ı nm ış ixrac nəzarəti-nə aid sənəd və məlumatlar ı n və ya onların məzmununun a çı qlanmas ı və ya üçü nc ü ş əxslərə verilməsi —

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək m ü ddətə islah i ş ləri və ya eyni m ü ddətə azadl ığı n məhdudla ş d ı r ı lmas ı ilə cəzaland ı r ı l ı r. [306]

202-1.2 Eyni əməllər k ü lli miqdarda ziyan vurmaqla t ö rədildikdə —

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək m ü ddətə islah i ş ləri və ya eyni m ü ddətə azadl ı qdan məhrumetmə ilə cəzaland ı r ı l ı r. [307]

“Maddə 202-2. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [308]

202-2.2. Eyni əməllər:

202-2.2.1. təkrar törədildikdə;

202-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə –

üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [309]

Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində “insayder” dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. [310]

Maddə 203. Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma

203.1. Qiymətli kağızların emissiya prospektinə bilə-bilə etibarlı olmayan məlumatların daxil edilməsi, həmçinin bilə-bilə etibarlı olmayan məlumatları özündə əks etdirən emissiya prospektinin təsdiq edilməsi və ya bilə-bilə etibarlı olmayan emissiya nəticələrinin təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [311]

203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya

203-1.1. Qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış və qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə –

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

203-1.2. Eyni əməllər:

203-1.2.1. təkrar törədildikdə;

203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

203-1.2.3. kütləvi informasiya vasitələrindən və ya ümumi istifadədə olan informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə –

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla altı ildən oıi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [312]

Maddə 204. Saxta pul və ya qiymətli kağızlar hazırlama , əldə etmə və ya satma [313]

204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta , yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma [314] —

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

204.2. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama , əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə [315] —

əmlakı müsadirə olunmaqla yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

204.3.2. külli miqdarda törədildikdə—

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 205. Saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini hazırlama , əldə etmə və ya satma [316]

205.1. Qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma [317] —

beş yüz manatdan min manatadək miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [318]

205.2. Eyni əməllər:

205.2.1. təkrar törədildikdə;

205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

205.2.3. külli miqdarda törədildikdə—

əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 205-1. Saxta aksiz markalarının dövriyyəsi [319]

Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma –

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.

Maddə 205-2. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı [320]

205-2.1. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşdursa –

üç min manat miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılır.

205-2.2. Eyni əməllər:

205-2.2.1. təkrar törədildikdə;

205-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

205-2.2.3. külli miqdarda ziyan vurduqda –

yeddi min manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 206. Qaçaqmalçılıq

206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

206.3.1. təkrar törədildikdə;

206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;

206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

206.4. Bu Mәcәllәnin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləğ başa düşülür. [321]

2. Bu Məcəllənin 206.2-ci maddəsində “mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar” dedikdə, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür.

Maddə 207. Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi, arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama

Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmama—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 208. Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama

208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

208.2. Eyni əməllər:

208.2.1. külli miqdarda törədildikdə;

208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin iyirmi min manatdan, «külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür. [322]

Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma

209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—

min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [323]

209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

209.2.1. təkrar törədildikdə;

209.2.2. külli miqdarda törədildikdə—

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [324]

1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» dedikdə, dörd min manatdan yuxarı olan məbləğ başa düşülür. [325]

2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Maddə 210. Müflisləşmə zamanı qanunsuz hərəkətlər

210.1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması xeyli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [326]

210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda—

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [327]

Maddə 211. Qəsdən müflisləşmə

211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

211.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda—

iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 212. Saxta müflisləşmə

212.1. Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda—

iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [328]

212.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 213. Vergi ödəməkdən yayınma KM1

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [329]

213.2. Eyni əməllər:

213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

213.2.2. külli miqdarda törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

1. Bu maddədə “xeyli miqdar” dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. [330]

2. Bu Məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. [331]

Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə , belə məhsulların (malların) nağd qaydada alğı-satqısı [332]

213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə –

əmlakı müsadirə olunmaqla min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [333]

213-1.2. Eyni əməllər:

213-1.2.1. külli miqdarda törədildikdə;

213-1.2.2. təkrar törədildikdə;

213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə –

əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [334]

213-1.3. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma –

min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

213-1.4. Eyni əməllər külli miqdarda törədildikdə –

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [335]

Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində “xeyli miqdar” dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində “külli miqdar” dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür. [336]

Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma [337]

Qiymətli metallar və qiymətli daşlar hasil, istehsal etmiş subyektlər tərəfindən yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən, onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə –

min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [338]

Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. [339]

Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma

213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarını saxtalaşdırma-

min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [340]

213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə-

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Son Dakika Cinayet Haberleri

Son dakika Cinayet haberlerini buradan takip edebilirsiniz. En son cinayet haberleri anında burada.

  • 17:50 Eşik Platformu: “6284’e ve Medeni Haklara Göz Dikenlere, Kadın Cinayetlerini Görmezden Gelenlere, Kadınları Yok Sayanlara Oy Yok” Eşitlik İçin Kadın Platformu (EŞİK), 6284 sayılı Ailenin Korunması ve Kadına Karşı Şiddetin Önlenmesine Dair Kanun ile ilgili tartışmalara ilişkin, “6284’e ve medeni haklara göz dikenlere, anayasal eşitlik ve laiklik ilkesini yok sayanlara, kadınların ve çocukların nafakasına el uzatanlara, ayrımcılık yapanlara, istismarı affedenlere, kadın cinayetlerini görmezden gelenlere, kadınları yok sayanlara oy yok” açıklamasını yaptı.
  • 12:54 Kuzenini öldüren şahıs adliyeye girerken böyle bağırdı: Kim kimin namusuna göz koyuyorsa sonu budur İzmit’te kavga ettiği kuzeni Işık Filiz’i tabanca ile vurarak öldüren Metin Akar tutuklandı. Akar adliyeye sevk edildiği sırada “Kim kimin namusuna göz koyuyorsa sonu budur. Nokta” diye bağırdı.
  • 15:24 Eşini 15 yaşındaki kızının gözü önünde öldürüp, kendini vurmuş DENİZLİ’nin Pamukkale ilçesinde dün evde tartıştığı eşi Arzu Tutal’ı (48) tabancayla vurarak öldüren ardından da kendini başından vurarak intihar girişiminde bulunan Hıdır Tutal’ın (50) cinayeti 15 yaşındaki kızının önünde işlediği ortaya çıktı.
  • 15:11 Kuzen cinayeti şüphelisi adliyeye sevk edildi (2) TUTUKLANDIİzmit’te kuzeni Işık Filiz’i tabanca ile vurarak öldüren Metin Akar çıkarıldığı mahkeme tarafından tutuklanarak cezaevine gönderildi.
  • 14:13 6284 sayılı kanuna neden karşı çıkıyorlar? Fatih Erbakan’ın partisinden yazılı açıklama geldi Yeniden Refah Partisi Genel Başkan Yardımcısı Doğan Aydal katıldığı bir televizyon programında ittifak şartı olarak AK Parti’ye 6284 sayılı kanunun kaldırılması taleplerini ilettiklerini ve olumlu yanıt aldıklarını iddia etti, AK Parti kanadı ise görüşmelerde böyle bir konunun konuşulmadığını açıkladı. Yaşanan olay büyük bir tartışmanın fitilini ateşlerken, Yeniden Refah Partisi yazılı bir açıklama ile 6284 sayılı kanuna neden karşı çıktıklarını anlattı.
  • 14:07 İdama mahkum edilip 46 yıl sonra serbest kalan Japon boksör yeniden yargılanacak Japonya’da yüksek mahkeme, cinayet suçundan idam cezasına çarptırıldıktan sonra 46 yıl cezaevinde kalan ve daha sonra serbest bırakılan eski boksör İwao Hakamata’nın yeniden yargılanmasına karar verdi.
  • 12:54 Kuzen cinayeti şüphelisi adliyeye sevk edildi İZMİT’te kavga ettiği kuzeni Işık Filiz’i (58) tabanca ile vurarak öldüren Metin Akar adliyeye sevk edildi.
  • 12:40 Kuzen cinayetinin zanlısı tutuklandı Kocaeli’nin İzmit ilçesinde iki kuzen arasında yaşanan tartışmada taraflardan biri, silahla ateş ederek kuzeninin ölümüne sebep olmuştu.
  • 11:48 Kızının kına gecesinde öldürülmüştü, gürültü cinayetine ilişkin dava karara bağlandı Kızının kına gecesinde öldürülmüştü, gürültü cinayetine ilişkin dava karara bağlandı 1 sanık 20 yıl 11 ay hapis cezası, diğer bir sanık ise 15 yıl 3 ay hapis cezasına çarptırıldı Beyoğlu’nda husumetli oldukları kişiyi kızının kınasında çıkan kavgada öldürdüğü iddia edilen sanığın.
  • 11:15 Güvercin çalmak için girdiği evin sahibini öldüren sanığa ağırlaştırılmış müebbet ve 18 yıla kadar hapis istendi Güvercin çalmak için girdiği evin sahibini öldüren sanığa ağırlaştırılmış müebbet ve 18 yıla kadar hapis istendi Eskişehir’de güvercin çalmak için girdiği evin sahibini tabancayla vurarak öldürdüğü iddia edilen zanlı hakkında ‘nitelikli kasten öldürme’ suçundan ağırlaştırılmış müebbet ve 2.
  • 11:05 Güvercin çalmak için girdiği evin sahibini öldürdüğü iddia edilen sanığın ağırlaştırılmış müebbet ve 18 yıla kadar hapsi istendi Eskişehir’de güvercin çalmak için girdiği evin sahibini tabancayla vurarak öldürdüğü iddia edilen zanlı hakkında ‘nitelikli kasten öldürme’ suçundan ağırlaştırılmış müebbet ve 2 farklı suçtan 18 yıla kadar hapis cezası talep edildi.
  • 10:03 Eş cinayeti sanığı: Maskeli 4 kişi geldi, korkuyla bıçakladım BURSA’da, eşi Nazlı Meral’i (36) bıçaklayarak öldürdüğü iddiasıyla tutuklanan Nurullah Meral’in (36) yargılanmasına başlandı.
  • 10:07 Babası, annesini gözleri önünde katletti! Çocuğun feryatları yürekleri dağladı Denizli’de babasının annesine defalarca ateş ettiği anlara şahit olan kız çocuğu, cinayeti önlemeye çalışırken dehşeti yaşadı. Annesini öldüren babası tarafından zorla evden dışarıya çıkartılan çocuk, “Babam beni ittirdi. Annemin ağzına, sonra kafasına, her yerine sıktı. Çok kan geldi” diyerek vahşeti gözyaşlarıyla anlattı.
  • 10:08 Annesini öldüren babasına engel olamayan çocuğun feryadı yürekleri dağladı Annesini öldüren babasına engel olamayan çocuğun feryadı yürekleri dağladı Vahşete tanık olan çocuk: “Annemin ağzına sonra kafasına her yerine sıktı abi çok kan geldi” Denizli’de babasının annesine defalarca ateş ettiği anlara şahit olan kız çocuğu, cinayeti önlemeye çalışırken dehşeti yaşadı.
  • 10:03 EŞ CİNAYETİ SANIĞI: MASKELİ 4 KİŞİ GELDİ, KORKUYLA BIÇAKLADIM BURSA’da, eşi Nazlı Meral’i (36) bıçaklayarak öldürdüğü iddiasıyla tutuklanan Nurullah Meral’in (36) yargılanmasına başlandı.
  • 09:54 Taksicinin katili yakalandı “sağır dilsiz” çıktı Adana’da sulama kanalında kafasından vurularak öldürülmüş halde bulunan taksicinin katilini polis kroki çizip 220 kamerayı saniye saniye izleyerek buldu.
  • 09:45 Adana’da taksiciyi gasbedip öldüren zanlı tutuklandı Adana’da taksiciyi gasbedip öldürdükten sonra cesedini sulama kanalına atan şüpheli tutuklandı.
  • 09:54 Taksicinin katili yakalandı, “sağır ve dilsiz” çıktı Taksicinin katili yakalandı, “sağır ve dilsiz” çıktı Kafasından vurularak öldürülmüş halde bulunan taksicinin katilini polis kroki çizip 220 kamerayı saniye saniye izleyerek yakaladı Adana’da sulama kanalında kafasından vurularak öldürülmüş halde bulunan taksicinin katilini polis kroki çizip.
  • 09:46 Yargı 56. Bölüm 2. Fragman Ceylin gözü kara ve kurallar söz konusu olduğunda sınır tanımayan bir avukattır.
  • 09:45 Adana’da taksiciyi gasbedip öldüren zanlı tutuklandı Adana’da taksiciyi gasbedip öldürdükten sonra cesedini sulama kanalına atan şüpheli tutuklandı.
  • Dün Dün 22:37 Vatan Partisi lideri Doğu Perinçek’ten AK Parti ve MHP’ye uyarı: HÜDA PAR ile işbirliği cinayet ve gaflettir, çok büyük oy kayıpları olacak Vatan Partisi lideri Doğu Perinçek, seçimlerde Cumhurbaşkanı Erdoğan’ı destekleyeceğini açıklayan HÜDAPAR’la ilgili AK Parti ve MHP’ye uyarıda bulundu. Perinçek, “HÜDA PAR ile iş birliği bir cinayet ve gaflettir. HÜDA PAR’ın programına baktığımız zaman, Anayasa’dan Türk milletinin çıkarılmasını istiyor. Umarım AK Parti ve MHP bu gafletten vazgeçer. MHP böyle bir şeye nasıl evet diyor çok şaşırtıcı. Bu işbirliği nedeniyle çok büyük oy kayıpları olacak” dedi.
  • Dün Dün 17:01 Manisa’da cinayet: 5 gözaltı Manisa’nın Turgutlu ilçesinde arkadaşlar arasında çıkan tartışmanın büyümesi sonrası bir kişi bıçaklanarak öldürüldü.
  • Dün Dün 17:01 Manisa’da cinayet: 5 gözaltı Manisa’nın Turgutlu ilçesinde arkadaşlar arasında çıkan tartışmanın büyümesi sonrası bir kişi bıçaklanarak öldürüldü.
  • Dün Dün 15:21 İslam İşbirliği Teşkilatı: İsrail’in Nablus’ta 3 Filistinliyi “soğukkanlılıkla” öldürmesini kınıyoruz İslam İşbirliği Teşkilatı (İİT), İsrail güçlerinin, işgal altındaki Batı Şeria’nın kuzeyindeki Nablus kentinde 3 Filistinliyi “soğukkanlılıkla” öldürmesini kınadı.
  • Dün Dün 13:36 Erzurum’un düşman işgalinden kurtuluşunun 105. yıl dönümü Erzurum’un düşman işgalinden kurtuluşunun 105. yıl dönümü dolayısıyla tören düzenlendi.
  • Dün Dün 13:30 Gürültü cinayetinde baba ve oğluna müebbet hapis talebi Gürültü cinayetinde baba ve oğluna müebbet hapis talebi Komşusunun boğazını kesip eşini yaralayan genç ve azmettiricisi babası hakkında iddianame hazırlandı Zonguldak’ın Devrek ilçesinde apartmanda gürültü sebebiyle komşusu Hacer Alkan’ın boğazını keserek ölümüne sebep olan eşi Aydın Alkan’ı.
  • Dün Dün 12:46 İSTANBUL-PINAR GÜLTEKİN’İN BABASI: BİR NEBZE DE OLSA YÜREĞİMİZE SOĞUK SU SERPİLDİ MUĞLA Sıtkı Koçman Üniversitesi öğrencisi Pınar Gültekin’in öldürülmesiyle ilgili davada cuma günü karar çıktı.
  • Dün Dün 12:45 Lüks rezidansta dehşet! Gözü dönen adam, sevgilisini böyle öldürdü İstanbul’da lüks bir rezidansın girişinde kıskançlık nedeniyle sevgilisi tarafından önce darp edilen kadın, ardından bıçak darbelerinin hedefi oldu. Ağır yaralı halde hastaneye kaldırılan kadın, hayatını kaybetti. Yaşananlar güvenlik kamerasına yansıdı.
  • Dün Dün 12:46 İSTANBUL-PINAR GÜLTEKİN’İN BABASI: BİR NEBZE DE OLSA YÜREĞİMİZE SOĞUK SU SERPİLDİ MUĞLA Sıtkı Koçman Üniversitesi öğrencisi Pınar Gültekin’in öldürülmesiyle ilgili davada cuma günü karar çıktı.
  • Dün Dün 12:45 Lüks rezidansın girişinde kadın cinayeti: Kıskançlık krizi geçiren adam sevgilisine bıçakla böyle saldırdı Lüks rezidansın girişinde kadın cinayeti: Kıskançlık krizi geçiren adam sevgilisine bıçakla böyle saldırdı İstanbul’da lüks bir rezidansın girişinde kıskançlık nedeniyle sevgilisi tarafından önce darp edilen kadın, ardından bıçak darbelerinin hedefi oldu.
  • Dün Dün 11:25 İstek parçayı çalmadığı için katledilen Onur Şener’in, yaralı haldeki görüntüsü ortaya çıktı Ankara’nın Çankaya ilçesinde ‘istek parça’ çalıp, söylemeyi reddettiği için öldürülen müzisyen Onur Şener’in, yaralı haldeki görüntüleri ortaya çıktı. Delil olarak dava dosyasına giren görüntüde; kanlar içinde yerde yatan Onur Şener’e, kız arkadaşı Pelin T.’nin müdahale edip, suni teneffüs yapmaya çalıştığı görüldü.
  • Dün Dün 13:09 ‘İstek parça’ cinayetinde öldürülen müzisyenin yaralı haldeki görüntüsü dava dosyasında ANKARA’nın Çankaya ilçesinde ‘istek parça’ çalıp, söylemeyi reddettiği için öldürülen müzisyen Onur Şener’in (45), yaralı haldeki görüntüleri ortaya çıktı.
  • Dün Dün 10:40 Kocaeli’de kuzen cinayeti Kocaeli’de kuzen cinayeti Kocaeli’nin İzmit ilçesinde bir şahıs, iki gün önce tartıştığı kuzenini evinde silahla 6 el ateş ederek öldürdü.
  • Dün Dün 10:40 Kocaeli’de kuzen cinayeti Kocaeli’de kuzen cinayeti Kocaeli’nin İzmit ilçesinde bir şahıs, iki gün önce tartıştığı kuzenini evinde silahla 6 el ateş ederek öldürdü.
  • Dün Dün 10:23 KOMŞUSUNU BOĞAZINI KESEREK ÖLDÜREN SANIK VE BABASI AĞIRLAŞTIRILMIŞ MÜEBBETLE YARGILANACAK ZONGULDAK’IN Devrek ilçesinde apartman yönetimiyle yaşadıkları sorunlar nedeniyle yöneticinin eşi Hacer Alkan’ı (55) binanın girişinde boğazını keserek öldüren, çığlıkları duyarak aşağı inen eşi Aydın Alkan’ı da bıçakla yaralaması nedeniyle tutuklanan Mert Serkan Lülleci (25) ile babası.
  • Dün Dün 10:23 KOMŞUSUNU BOĞAZINI KESEREK ÖLDÜREN SANIK VE BABASI AĞIRLAŞTIRILMIŞ MÜEBBETLE YARGILANACAK ZONGULDAK’IN Devrek ilçesinde apartman yönetimiyle yaşadıkları sorunlar nedeniyle yöneticinin eşi Hacer Alkan’ı (55) binanın girişinde boğazını keserek öldüren, çığlıkları duyarak aşağı inen eşi Aydın Alkan’ı da bıçakla yaralaması nedeniyle tutuklanan Mert Serkan Lülleci (25) ile babası.
  • Dün Dün 09:49 Komşusunu boğazını keserek öldüren adam, ağırlaştırılmış müebbetle yargılanacak Zonguldak’ta apartman yönetimiyle yaşadıkları sorunlar nedeniyle yöneticinin eşi Hacer Alkan’ı binanın girişinde boğazını keserek öldüren, çığlıkları duyarak aşağı inen eşi Aydın Alkan’ı da bıçakla yaralaması nedeniyle tutuklanan Mert Serkan Lülleci ile babası İsmail Lülleci hakkında iddianame hazırlandı. Tutuklanan Mert Serkan Lülleci ve babası İsmail Lülleci ağırlaştırılmış müebbet hapisle yargılanacak.
  • Dün Dün 09:49 Komşusunu boğazını keserek öldüren sanık ve babası ağırlaştırılmış müebbetle yargılanacak ZONGULDAK’IN Devrek ilçesinde apartman yönetimiyle yaşadıkları sorunlar nedeniyle yöneticinin eşi Hacer Alkan’ı (55) binanın girişinde boğazını keserek öldüren, çığlıkları duyarak aşağı inen eşi Aydın Alkan’ı da bıçakla yaralaması nedeniyle tutuklanan Mert Serkan Lülleci (25) ile babası.
  • 11.03.2023 11 Mar 15:21 Hande Erçel ve Burak Deniz’in Yer Aldığı İki Yabancı Dizisiyle İlgili Flaş Gelişme Hande Erçel ve Burak Deniz’in başrolünü paylaşacağı İki Yabancı dizisinin ne zaman yayınlanacağı merak konusuydu. Diziyle ilgili flaş bir gelişme yaşandı. İşte haberin detayları.
  • 11.03.2023 11 Mar 15:43 Ayağındaki kelepçeler çıkarılınca mahkeme salonundan firar etti ABD’nin Oregon eyaletinde bir zanlı, mahkeme salonunda ayağındaki kelepçelerin çıkarılmasının ardından adliyeden koşarak kaçtı. Zanlı 2 saat sonra, girdiği binadaki bir dairede ihbar üzerine yakalanarak yeniden hapishaneye gönderildi.
  • 11.03.2023 11 Mar 16:05 Brezilya’da korkunç olay! Yüksek sesle telefonla konuşan kişiyi uyaran kadın, canından oldu Brezilya’da hafta sonu akşam vakitlerinde arkadaşlarıyla eğlenmek için bara giden bir çocuk annesi 37 yaşındaki kadın, bar çıkışı telefonda yüksek sesle konuşan kişiyi uyardı. Sarhoş olduğu ileri sürülen adam, kendisini uyaran kadını gözünü bile kırpmadan göğsünden bıçaklayarak öldürdü.
  • 11.03.2023 11 Mar 15:43 Mahkeme salonundan firar etti – Mahkeme salonundan firar etti ABD’nin Oregon eyaletinde bir zanlı, mahkeme salonunda ayağındaki kelepçelerin çıkarılmasının ardından adliyeden koşarak kaçtı.
  • 11.03.2023 11 Mar 13:18 Hamile Hazal’ı 97 bıçak darbesiyle öldürmüş BALIKESİR’in Bandırma ilçesinde birlikte yaşadığı 3 aylık hamile Hazal Alpyörük’ü (19) bıçaklayarak öldüren Kadir Meşe’nin (30) tutuklu yargılandığı davada, bir önceki duruşmada istenen otopsi raporu, mahkemeye ulaştı.
  • 11.03.2023 11 Mar 13:18 Hamile Hazal’ı 97 bıçak darbesiyle öldürmüş BALIKESİR’in Bandırma ilçesinde birlikte yaşadığı 3 aylık hamile Hazal Alpyörük’ü (19) bıçaklayarak öldüren Kadir Meşe’nin (30) tutuklu yargılandığı davada, bir önceki duruşmada istenen otopsi raporu, mahkemeye ulaştı.
  • 11.03.2023 11 Mar 12:08 Taksicinin başından vurulmuş cesedi bulundu; cinayet şüphesiyle 1 gözaltı ADANA’da taksici Servet Tarhan’ın (63), başından tabancayla vurulmuş cansız bedeni bulundu.
  • 11.03.2023 11 Mar 11:35 1000 TL alacağı için cinayet işledi, 15 yıl hapse çarptırıldı BURSA’da, 1000 liralık alacağı nedeniyle tartıştığı arkadaşı Murat Özkemer’i (32) tabancayla vurarak öldürdüğü suçlamasıyla yargılanan Onur Semiz’e (32) verilen müebbet hapis cezası, iyi hal indirimiyle 15 yıla indirildi.
  • 11.03.2023 11 Mar 12:08 Taksicinin başından vurulmuş cesedi bulundu; cinayet şüphesiyle 1 gözaltı ADANA’da taksici Servet Tarhan’ın (63), başından tabancayla vurulmuş cansız bedeni bulundu.
  • 11.03.2023 11 Mar 11:35 1000 TL alacağı için cinayet işledi, 15 yıl hapse çarptırıldı BURSA’da, 1000 liralık alacağı nedeniyle tartıştığı arkadaşı Murat Özkemer’i (32) tabancayla vurarak öldürdüğü suçlamasıyla yargılanan Onur Semiz’e (32) verilen müebbet hapis cezası, iyi hal indirimiyle 15 yıla indirildi.
  • 11.03.2023 11 Mar 10:30 Hamile eşini 97 kez bıçaklayan koca, mahkemede de kan dondurdu: Bıçağı önce cinsel organına sapladım Balıkesir’de 3 aylık hamile karısını 97 kez bıçaklayarak öldüren Kadir Meşe Alpyörük hakim karşısına çıktı. Olay anını anlatan şahıs, “Ekmek bıçağı ile önce cinsel organına sapladım. Daha sonra da çeşitli yerlerine bıçak darbeleri vurdum. Evden çıkıp bir süre sonra geldim, hırıltılar çıkarıyordu. Yeniden bıçaklamaya başladım.” dedi. Mahkeme Alpyörük’ün, akli dengesinin yerinde olup olmadığının belirlenmesi için hastaneye sevkine karar verdi.
  • 11.03.2023 11 Mar 10:30 Hamile eşini 97 kez bıçaklamış – Hamile eşini 97 kez bıçaklamış Balıkesir’in Bandırma ilçesinde 15 Şubat 2022 günü meydana gelen kadın cinayetinin ilk duruşması yapıldı.

Nöbetçi hemşireyi taciz ettiği öne sürülen doktorun ifadesi ortaya çıktı: Biz 3 aydır sevgiliyiz
Alanya Kestelspor Başkanı Levent Uğur: Futbol oynama gibi bir şansımız yok
Kerem Kınık’a eski Kızılay Başkanı da sert çıktı: Bu çok büyük bir ihanettir
AK Parti’nin HÜDA PAR’la görüşmesine İYİ Parti’den olay yorum: 6’lı masa, Cumhur İttifakı olmuştur
İstanbul’da bel fıtığı hastasından yanlış ameliyat iddiası: Artık yürüyemeyeceğimi söylüyorlar
Futbol tarihinde görülmemiş olay! Maç sırasında yıldırım düştü, 2 futbolcu hayatını kaybetti

AK Parti’den HÜDA PAR ziyareti! Görüşme sonrası taraflardan ilk açıklama: Seçimlere birlikte girme konusunda anlaştık

Almanya’da havalimanı personelleri greve gitti! Yüzlerce uçuş iptal

AFAD’ın deprem bölgesinde vinç kiraladığı iddialarına peş peşe yalanlama: Böyle bir şey olmuşsa burada istismar vardır

HSBC, iflas eden Silikon Vadisi Bankası’nın İngiltere kolunu 1 sterline satın aldı
Görevden alınmıştı! BBC, Gary Lineker ile yeniden anlaşmaya vardı

Müge Anlı’nın canlı yayınında korkutan anlar! Kayıp olayında baş şüpheli gösterilen adam, kanala bıçakla geldi

24 saat son dakika haber yayını

SonDakika.com Haber Portalı 5846 sayılı Fikir ve Sanat Eserleri Kanunu’na %100 uygun olarak yayınlanmaktadır. Ajanslardan alınan haberlerin yeniden yayımı ve herhangi bir ortamda basılması, ilgili ajansların bu yöndeki politikasına bağlı olarak önceden yazılı izin gerektirir. 13.03.2023 19:53:40. #1.11#

SON DAKİKA: Son dakika Cinayet haberleri, Cinayet son dakika haber, Cinayet son dakika, son dakika Cinayet

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firudin Səməndərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Mürvət Həsənovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşma departamentinin böyük mütəxəssisi Tamerlan Rüstəmovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-1-ci maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü ilə T.Tağıyeva Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona görə məhkum edilmişdir ki, o, O.Əsgərovanın əl çantasından “Bank of Baku” bankının “qızıl kart” bankomat kartını üzərində kod yazılmış kağız ilə birlikdə oğurlayaraq, kartda olan 300 manat pulu ödəmə terminalından çıxarmaqla ona maddi ziyan vurmuşdur.

Sumqayıt şəhər Məhkəməsinin hökmündən apellyasiya protesti verilərək, hökmün ləğv edilməsi və cinayət işinin yeni məhkəmə baxışına göndərilməsi xahiş olunmuşdur. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, T.Tağıyeva O.Əsgərovaya məxsus olan bankomat kartını və onun pin kodunu bankomata daxil edərək, bankomatın kompyuter sistemi vasitəsi ilə O.Əsgərovanın hesabında olan pulu çıxarıb gizli yolla talamışdır. Prokurorluğun qənaətinə görə, T.Tağıyevanın bu əməli Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsindəki “elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə törədilməsi” müddəasının hansı hallara şamil olunması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı olduğundan, həmin maddənin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I və II hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin I və II hissələri).

Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması Cinayət Məcəlləsinin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi).

Bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir.

Müraciətdə qaldırılan məsələnin araşdırılması üçün, ilk növbədə cinayətlərin tövsifi anlayışının təhlil edilməsi zəruridir.

Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.

Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir.

Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı).

Göstərilənlərə əsaslanaraq, Konstitusiya Məhkəməsinin Plenumu talama cinayətlərinin tərkibinin müəyyən edilməsini vacib hesab edir.

Mülkiyyət əleyhinə olan cinayətlər sırasında talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətləri çox vaxt əmlak cinayətləri adlandırılır. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanuna zidd olaraq götürməsində, özünün və ya başqalarının xeyrinə ələ keçirməsində ifadə olunur.

Bu baxımdan, talama cinayətlərinin predmetini istehlak dəyərinə malik olan istənilən maddi-əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul təşkil edə bilər. Talama cinayətləri fəal hərəkətlə törədilir.

Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və (və ya) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir.

Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti tamah məqsədinin olmasıdır.

Oğurluq talama cinayətlərinin bir növü kimi çıxış edir. Cinayət qanunvericiliyinə görə oğurluq özgənin əmlakının gizli olaraq talanmasıdır (Cinayət Məcəlləsinin 177.1-ci maddəsi).

Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin köhnə redaksiyasında oğurluğun tövsifedici əlaməti kimi yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi nəzərdə tutulmuşdu. İstintaq və məhkəmə təcrübəsində həmin maddənin tətbiqi ilə bağlı müəyyən çətinliklər yarandığından, Azərbaycan Respublikası Prokurorluğu sorğu ilə Konstitusiya Məhkəməsinə müraciət edərək həmin maddənin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 9 iyun 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, ictimai həyatın iqtisadi və sosial sahələrində baş verən dəyişikliklər cinayətkarlığın strukturunda və dinamikasında yeni tendensiyaları şərtləndirmişdir. Cinayətlərin yeni növlərinin, cinayətkar fəaliyyətin yeni forma və vasitələrinin meydana gəlməsi belə əməllərə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsini zəruri edir. Belə əməllərə son illərin təcrübəsində yer alan, yeni texnologiyalardan istifadə etməklə özgənin əmlakını saxlanc yerlərindən, yaxud neft və ya qaz boru kəmərlərindən talamanı və s. aid etmək olar. Məsələn, “neft və qaz boru kəmərləri” anlayışları oğurluq zamanı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan “saxlanc yeri”nin bütün əlamətlərini özündə ehtiva etsə də, talamanın bu formasına görə cinayət məsuliyyəti qanunvericilikdə öz əksini tapmamışdır. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyasının müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədə müvafiq hesab etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqe nəzərə alınaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 30 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə 177.2.3-1-ci maddə əlavə edilmişdir.

Həmin maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir:

– oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi;

– oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir.

Konstitusiya Məhkəməsinin Plenumu bankomata özgənin kart və identifikasiya nömrəsini daxil etməklə oradan pul vəsaitlərinin talanması əməlinin tövsifində qeyri-müəyyənliyin aradan qaldırılması üçün bankomat və bank kartının elektron məlumat daşıyıcıları olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir.

İlk növbədə, ödəniş kartlarının təyinatı müəyyənləşdirilməli və bunun əsasında həmin kartdan istifadə etməklə oğurluq cinayətinin törədilməsinin xüsusiyyətləri təhlil edilməlidir.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 10 iyul 2012-ci il tarixində qəbul edilmiş “Ödəniş kartlarının emissiyası və istifadəsi qaydaları”nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Həmin qaydaların 2.1.6-cı və 2.1.19-cu bəndlərinə görə kart hesabı kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabıdır. Ödəniş kartlarının hazırlanması zamanı kartda olan elektron daşıyıcıya (çipə) və (və ya) maqnit lentə kart istifadəçisi haqqında məlumatlar yüklənir.

Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir.

Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir.

Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları -informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir.

Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr Fərhad Abdullayev

Bakı şəhəri, 22 iyun 2015-ci il.

Comments are closed, but trackbacks and pingbacks are open.