Azərbaycan Respublikasının Cinayət Məcəlləsi/Birinci bölmə
Dəyişikliklərlə bağlı Qanunun keçid müddəalarına əsasən, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları isə müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir. Dəyişiklik və əlavələrlə bağlı digər müddəalar 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minir.
Cinayət prosesual məcəlləsi
Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər və əlavələr nədən xəbər verir? – Vəkil Tağı Qənbərovun şərhi
Tağı QƏNBƏROV
Vəkillər Kollegiyasının üzvü, vəkil
Qanunvericiliyə kompleks dəyişiklikləri və əlavələri zəruri edən məsələlərlə bağlı Cinayət Məcəlləsinə 300-ə qədər mühüm dəyişikliklər və əlavələr qəbul edilib. Cinayət Məcəlləsinə bir sıra yeni müddəalar artırılıb, bəziləri ümumiyyətlə çıxarılıb və əksər maddələrə isə köklü dəyişikliklər olunub.
Cinayət Məcəlləsinə edilən dəyişikliklərə qətimkan tədbirlərinin seçilməsi və cəzaların icrası zamanı elektron nəzarət vasitələrinin tətbiq olunması, alternativ cəza tətbiqinin genişləndirilməsi, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzetmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadetmə və şərti məhkumluq institutlarının daha geniş və intensiv tətbiq edilməsi məsələləri aiddir.
Dəyişikliklərlə bağlı Qanunun keçid müddəalarına əsasən, azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları həmin cəzanın icrası və elektron nəzarət vasitələrinin tətbiq edilməsi qaydalarının müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində ediləcək dəyişikliklərlə eyni gündə, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməyə dair müddəaları isə müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir. Dəyişiklik və əlavələrlə bağlı digər müddəalar 1 dekabr 2017-ci il tarixdən qüvvəyə minir.
Hazırda cəmiyyət üçün çox aktual olan və hər kəsin bilməsi vacib bir neçə məsələ ilə bağlı dəyişiklik var ki, onların izahatına ehtiyac duyulur.
Məsələn, son günlər bizə ünvanlanan suallardan biri y ol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədilməsinə görə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlərlə bağlıdır. Daha doğrusu, soruşulur ki, yeni qanun nələri dəyişəcək?
Şübhəsiz ki, Cinayət Məcəlləsinə edilmiş ən əhəmiyyətli və vacib dəyişikliklərdən biri hazırda qüvvədə olan Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədilməsinə görə ən çox tətbiq edilməkdə olan azadlıqdan məhrumetmə cəzası ilə bağlıdır. Çünki CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir.
Lakin dəyişiklikləri özündə ehtiva edən sonuncu sözügedən qanunla CM-nin 263.1-ci maddəsi yeni redaksiyada verilərək, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Digər hallarda isə azadlığın məhdudlaşdırılması cəza növü həmin maddənin sanksiyasına əlavə edilib.
Belə ki, 20 oktyabr 2017-ci il tarixli, 2017-ci ilin dekabr ayının birindən qüvvəyə minəcək qanunla Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə:
263.1-ci maddənin sanksiyasında “islah işləri” sözlərindən sonra “və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması” sözləri əlavə edilib;
263.1-1-ci maddənin sanksiyasında “məhrum edilməklə” sözlərindən sonra “bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya” sözləri əlavə edilib.
“Qeyd” hissəsi üzrə:
mətni 1-ci bənd hesab edilib və həmin bənddə “maddədə” sözü “Məcəllənin 263.1-ci maddəsində” sözləri ilə əvəz edilib;
– aşağıdakı məzmunda 2-ci bənd əlavə edilib:
“2. CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.”;
Bəs, cinayət hesab olunmayan əməllərə görə yeni Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslərə bu qanun şamil ediləcəkmi? Bunun icra proseduru hansı qaydada həyata keçirilir?
Sözügedən Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.
Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkib qurtarmamış şəxslərin məhkum edildiyi cinayətə görə bu Qanunla daha yüngül sanksiya tətbiq edilməsi nəzərdə tutulmuşdursa, həmin şəxslərin cəza müddətləri bu Qanuna əsasən tətbiq edilməli olan sanksiyanın yuxarı həddindən çox olduğu halda cəza müddətləri həmin həddə qədər azaldılır.
Bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən və ya cəzasını çəkmiş, lakin məhkumluğu olan şəxslərin vəziyyəti bu Qanunla yaxşılaşdırılırsa, həmin məsələlərə, habelə bu Qanunun nəzərdə tutulmuş məsələlərə hökm çıxarmış məhkəmə və ya məhkumun cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı və ya məhkumun ərizəsi əsasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş hökm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır.
Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinə əsasən: Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs aşağıdakı məsələlərə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir:
– cəzanın çəkilməsinin təxirə salınması haqqında;
– xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında;
– cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında;
– cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında;
– cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında;
– amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;
– müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında;
– məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında;
– Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər məsələlər haqqında.
Məhkumun yuxarıda göstərilən ərizələrinə CPM-in 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsinə əsasən:
Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 (on) gündən gec olmayaraq məhkəmə iclasında baxılır.
Bəs, cinayətin ictimai təhlükəliliyi, əməlin cinayət hesab olunmaması necə müəyyən olunur?
Fyodor Mixayloviç Dostoyevskinin belə bir məşhur kəlamı var: “Cinayətlərin həqiqi ölçüsünü onun cəmiyyətə yetirdiyi ziyan müəyyən edir”.
Ona görə də cəmiyyətdə hüquq düşüncəsi nə qədər yüksək olsa, hüquqi maarifləndirmə nə qədər sürətlə təbliğ olunsa və bu düşüncə, bilgilər insanların beyninə hopsa, cəmiyyətə, dövlətə və şəxslərə vurulan ziyan da o qədər az olacaq!
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi/Birinci bölmə
Birinci fəsil. Azərbaycan Respublikasının cinayət qanununun vəzifələri və prinsipləri [ redaktə ]
Maddə 1. Azərbaycan Respublikasının cinayət qanunu [ redaktə ]
1.1. Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir.
1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.
1.3. Cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri [ redaktə ]
2.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.
2.2. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.
Maddə 3. Cinayət məsuliyyətinin əsasları [ redaktə ]
Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Maddə 4. Cinayət Məcəlləsinin və cinayət məsuliyyətinin prinsipləri [ redaktə ]
Bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.
Maddə 5. Qanunçuluq prinsipi [ redaktə ]
5.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
5.2. Cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.
Maddə 6. Qanun qarşısında bərabərlik prinsipi [ redaktə ]
Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
Maddə 7. Təqsirə görə məsuliyyət prinsipi [ redaktə ]
7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
7.2. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 8 . Ədalət prinsipi [ redaktə ]
8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 9. Humanizm prinsipi [ redaktə ]
9.1. Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
İkinci fəsil. Cinayət qanununun qüvvəsi [ redaktə ]
Maddə 10. Cinayət qanununun zamana görə qüvvəsi [ redaktə ]
10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.
10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.
10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.
Maddə 11. Cinayət qanununun Azərbaycan Respublikası ərazisində törədilən cinayətlərə görə qüvvəsi [ redaktə ]
11.1. Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.2. Azərbaycan Respublikasının ərazi sularında, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, Azərbaycan Respublikasının üzərindəki hava məkanında və iqtisadi zonasında törədilən cinayət Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır.
11.3. Azərbaycan Respublikasının hava və ya dəniz limanında qeydiyyatda olan, Azərbaycan Respublikasının bayrağı və ya tanınma nişanı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda açıq sularda və ya hava fəzasında hərəkət edən su və ya hava gəmisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.4. Azərbaycan Respublikasının hərbi donanmasına və ya hərbi hava qüvvələrinə məxsus olan gəmidə cinayət törətmiş şəxs, həmin gəminin olduğu yerdən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir.
11.5. Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici dövlətlərin diplomatik nümayəndələrinin və toxunulmazlıq hüququna malik olan digər şəxslərin cinayət məsuliyyəti haqqında məsələ beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Maddə 12. Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi [ redaktə ]
12.1. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
12.3. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
12.4. Sülhməramlı hərbi birləşmələrin tərkibinə daxil olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsub hərbi hissələrin hərbi qulluqçuları Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri cinayətə görə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmamışsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
12.5. Bu Məcəllənin 12.1—12.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Maddə 13. Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) [ redaktə ]
13.1. Xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətə verilə bilməz. Həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bu Məcəllənin 12-ci maddəsinə müvafiq qaydada həll edilir.
13.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş və Azərbaycan Respublikasında olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün «Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətə verilə bilərlər.
13.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda cinayət törətmiş şəxslər xarici dövlətə verilmirsə və həmin əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəlləyə əsasən cinayət sayılırsa, onlar Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilirlər.
13.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə cinayət törətmiş şəxslərin verilməsinə dair digər müddəalar müəyyən olunduqda, beynəlxalq müqavilələr tətbiq edilir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi
Əsrlərdir ki, mədəniyyətimizin bir parçası olan İslam təfəkkürü ilə yaşayan xalqımızın uzun illər dindən uzaq düşməsi, müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizə qayıdışı, dini-elmi mövzuları bir daha aktual etmişdir. Bu cür aktual mövzulardan biri də, insan öldükdən sonra onun digərləri üzərində olan hüququ-cəsədinin toxunulmazlığıdır. İslam hüququnda belə bir cümlə yer alır “Müsəlmanların məzarının açılması (uşaq, ruhi xəstə olsa belə), istisna olunmuş hallardan (cəsəd çürüyüb aradan getmişsə və ya hər hansı bir şəri-hüquqi əhəmiyyətdən ötrü) başqa qadağandır.”
Məzarın açılması hüquqi termin olaraq “ekshumasiya” adlanır. “Ekshumasiya” sözü latın dilindən Azərbaycan dilinə hərfi mənada “torpaqdan çıxarılma” (exhumatio: ex – çıxarılma, humus – torpaq) anlamına gəlir. Ümumi mənada isə meyitin dəfn olunan yerdən çıxarılmasına “ekshumasiya” deyilir.
Ekshumasiya işinin şəri-hüquqi və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi (CPM) ilə tənzimlənən tərəfləri vardır. Bu məqalədə biz həm İslam dininin həm də qanunvericikdə nəzərdə tutulan qaydalar əsasında “ekshumasiya” işini araşdırmağa çalışacağıq.
Müsəlman hüququ olan şəriət VII əsrdə Ərəbistan yarmadasında yaranmışdır. Bu dinin meydana gəlməsi Məhəmməd peyğəmbərin (Allahın ona və övladlarına salamı olsun) adı ilə bağlıdır. Bütün hallarda İslam hüququ tərəfindən çıxış edən şəriət məhkəmələri insan haqlarının qayğısına qalmış və çıxartdıqları hökmlərdə ədalət prinsipi mövqeyindən çıxış etmişlər.
Bu gün Azərbaycan Respublikasının Ədliyyə sistemi İslami qanunlarla idarə olunmasa da, daim xalqın adət və ənənəsinə, əsrlər boyu etiqad etdiyi əqidəsinə hörmətlə yanaşılır. Şeyxulislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi Qafqaz Müsəlmanlar İdarəsini hüquqi tərəf kimi təmsil edən Qazılar Şurası şəriətlə bağlı məsələlər barədə öz fətvalarını verdikdə, Azərbaycan dövləti rəsmi sürətdə bu fətvaların icrasını hüquqi əsas kimi qəbul edir.
Comments are closed, but trackbacks and pingbacks are open.