Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
NEWTIMES
İlk xristian dövlət əfsanəsindən işğal strategiyasına: Albanların qısa tarixi
Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ MÜNASİBƏTLƏR »»Münaqişələr »»
0 şərh Yazı aralığı+- A Font Ölçüsü+- Çap
46720
Yazı aralığı+- A Font Ölçüsü+- Çap
Yrd. Dos. Dr. Esme Özdaşlı Müəllifin digər yazıları
8.05.2013 10:00
Bakı, 8 may 2013 – Newtimes.az
Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə “Newtimes.az” portalının keçirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.
Yunan və latın dilində “dağlıq bölgə” mənasını verən Albaniya Strabon, Ptolomey və Pliniy kimi müəlliflərin də daxil olduğu Yunan və Roma mənbələrinə görə, Xəzər dənizi və Gürcüstan arasında olan və şimalda Qafqaz dağları ilə cənubda Araz çayı arasında yerləşən ərazini ifadə edir [i] . İndiki vaxtda demək olar ki, tamamən Azərbaycan torpaqları ilə üst-üstə düşən bu bölgə islam fəthlərindən sonra Arran (Erran) adı ilə tanınmağa başlanmış, bölgənin tamamilə türkləşməsi ilə alban adının istifadəsi böyük ölçüdə sona çatmışdır [ii] . B.e.ə. 3-cü əsr və bizim eranın 8-ci əsrləri arasında təxminən 1000 il hökmranlıq edən Albaniya dövləti 26 fərqli dildə danışan etnik qruplardan ibarətdir və bu qruplar arasında türklərin olduğu da məlumdur [iii] .
Albanların tarixinin araşdırılması, tarixin fərqli dövrlərindəki dövlət, cəmiyyət və mədəniyyət strukturlarının ortaya qoyulması Cənubi Qafqazın ümumi etno-mədəni görünüşü, buradakı xalqların tarixi və mədəni varlığı ilə şəxsiyyəti və bu bölgədə beynəlxalq mədəni qarşılıqlı sərhədlərini təyin etmək baxımından olduqca əhəmiyyətlidir [iv] . Çünki başda Qarabağ problemi olmaqla bölgədə yaşanan qarşıdurmaların alban tarixi araşdırılmadan düzgün təhlil edilməsi də mümkün deyil.
Tarixi Albaniya torpaqlarında yaşayan icmaların böyük bir hissəsinin Hz. Ömər dövründə edilən fəthlərlə birlikdə müsəlman olmasına baxmayaraq, Dağlıq Qarabağ kimi Azərbaycanın daha çox mərkəzi və şimal bölgələrindəki dağlıq ərazilərdə qeyri-müsəlmanlar yaşamağa davam etmişdir. Albanlar olaraq tanınan bu xristian əhali zamanla ermənilər tərəfindən qriqoryanlaşdırılmış, kilsələri erməni kilsələrinə çevrilmiş, əsərləri isə erməni dilinə tərcümə edilərək alban xalqına aid bütün varlıqlar məhv edilmişdir [v] . Ermənilərin özlərinə “ilk xristian xalq” etiketini yapışdıraraq Qərbdən imtiyaz almağa istiqamətli siyasəti əsasən özlərindən çox əvvəl xristianlığı qəbul edən albanların mirasına sahib çıxmaları nəticəsində mümkün olmuşdur. Rus mənbələrində Qarabağ qriqoryanları üçün “xristian türklər” ifadəsinin istifadə edilməsi bu mədəniyyət oğurluğunu gözlər önünə sərən əhəmiyyətli bir dəlildir [vi] .
Qarabağın da daxil olduğu əraziyə hakim olan albanları və alban sivilizasiyasını yox sayan ermənilər işğal etdikləri Dağlıq Qarabağın ermənilərin əcdadı olan qədim bir xristian şahlığının parçası olduğunu iddia edir və sübut kimi də bölgədəki kilsələri göstərirlər [vii] . Ancaq qeyd edilən kilsələrin Qafqazın yerli xalqlarından olan xristian albanlara aid olduğu sadə bir xronoloji hesabla asanlıqla ortaya çıxa bilir [viii] .
Ermənilər, makiavellist bir yanaşma ilə bir sıra siyasi hesablardan ötəri albanların mirasına sahiblənməyə çalışıblar. Xüsusilə erməni tarixçilərin; ermənilərin tarixin ilk xristian dövləti [ix] olduğunu vurğulaması xristian dünyasından dəstək ala bilmək üçün tətbiq olunan bir strategiyadır. Bu dəstəklə qonşu ölkələr diplomatik və siyasi təzyiq altında tutulmağa çalışılmış, beləcə ermənilər tərəfindən albanların məhv edilməsindən 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsinə və bir milyondan çox azərbaycanlının qaçqın vəziyyətinə düşməsinə qədər ermənilər tərəfindən edilən haqsız fəaliyyətlər qondarma şəhidlik əfsanəsinin və ilk xristian dövlət mifologiyasının dumanlı pərdəsi arxasında ört-basdır edilməyə çalışılmışdır [x] .
Ermənilərin indiki vaxtda qonşularına istiqamətli işğalçı siyasəti əsasən Ermənistan adının tarixi tərifi ilə də yaxından əlaqəlidir. “Ermənistan/Armenia” adının, sərhədləri naməlum olmaqla birlikdə Şərqi Anadolu və Cənub-Qərbi Qafqazı əhatə edən və daxili bütövlüyü olmayan bir coğrafiya adı olaraq tarixdə geniş şəkildə istifadə edildiyi bilinir [xi] . Özünə “hay” deyən, “Hayk/Haik” adlı bir atadan törədikləri əfsanəsini yaşadan və bu gün dünyanın erməni olaraq adlandırdığı millətin tarixdə coğrafi bir termin olaraq istifadə olunan Ermənistan/Armenia adı ilə heç bir əlaqəsi yoxdur. Bölgədə uzun illər hakimiyyət quran Assuriya, Midiya, Fars, Part yazıları ilə Ksenofonun Anabasisi və Strabonun Coğrafyasında “hay”dan və yüksək ölkə mənasını verən “Hayastan”dan bəhs edilməməkdədir [xii] .
Ermənistan adı ilə tanınan bölgənin yerli xalqlarından olmayan və bölgə ilə əlaqədar ən qədim mənbələrdə adı keçməyən hayk tayfası daha sonra bölgənin tarixi adını etnik bir kimlik olaraq mənimsəmiş, beləcə tarixi haqq iddialarını əsaslandırmağa çalışmışdır [xiii] . Bənzər şəkildə, zamanla “erməni” adını alacaq olan hayk tayfası qriqoryan inancına sahib hər bir cəmiyyəti ermənilik naminə sahiblənərək bu cəmiyyətlərin sahib olduğu siyasi, iqtisadi və mədəni dəyərləri də mənimsəmə strategiyası seçmişdir. Beləcə xristianlıq və ona bağlı olan qriqoryan etiketi erməni kimliyinin aparıcı elementi halına gəlmişdir. Bu mənada erməni tarixçi Pastırmacıyanın erməni kilsəsi üçün işlətdiyi “Erməni millətinin can verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı bədəndir” şəklindəki sözləri Ermənistanda dinin milliyyətin formalaşması prosesində rolunu daha dəqiq təcəssüm etdirir.
Ermənilərin izlədiyi bu mono-milliyyətçi siyasətlərin çağımızın siyasi, sosial və mədəni Zeitgeistı (zamanın ruhu) ilə tamamən zidd bir anaxronizm abidəsi olduğunun aşkar olmasına baxmayaraq bu həqiqətin xristian ictimaiyyətə kifayət qədər anlatılamamış olması dini fanatizm içində olan bəzi Qərb xristian seqmentlərin ermənilərə haqsız dəstək vermələrinə səbəb olmuşdur. Xristian dünyasından alınan bu dəstəyin də təsiri ilə min illik bir mədəniyyətin qurucuları olan albanlar tarixin tozlu rəflərinə qoyulmuşdur.
İndiki vaxtda İran istisna olmaqla bütün qonşularından tarixi həqiqətdən uzaq torpaq iddialarında olan Ermənistan, özündən çox daha əvvəl xristian olan alban cəmiyyətinin mirası sayəsində “ilk xristian dövlət” olduğunu iddia etməkdə, beləcə Azərbaycan torpaqlarının işğalından Türkiyə və Gürcüstana istiqamətli təcavüzkar siyasətə, Xocalı soyqırımından ASALA terror təşkilatının törətdiyi qırğınlara qədər həyata keçirdiyi bütün mənfi fəaliyyətləri ilk xristian dövlət mifinin kölgəsində ört-basdır etməyə çalışmaqdadır.
Yrd. Dos. Dr. Esme Özdaşlı,
Mehmet Akif Ersoy Universiteti, İqtisadi ve İdari Elmlər fakültəsi
[i] Audrey L. Altsadt, The Azerbaijani Turks: Power and Identity under Russian Rule, Hoover Institution Press, Standford, 1992, s. 3.
Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana
Bu elektron nəşr WWW.KİTABXANA.NET – Milli Virtual Kitabxananın “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal – e-kitab formatında hazırlamaq. ” Kulturoloji-innovativ Layihə çərçivəsində nəşrə hazırlanır və yayılır.
Elektron Kitab N 6
(YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 20 (2012))
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
Есаи Хасан-Джалаля
“Краткая история страны Албанской”
(1702 — 1722)
Rusca tarixi əsər.
“Alban ölkəsinin qısa tarixi”
Clalyan alban ölksinin qısa tarixi kitabı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan: qısa dövlətçilik tarixi
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.