Cm-nin 192.2-ci maddəsi hökm
Konstitusiya Məhkəməsi Plenumunun
“Qanunun qulağından dartmaq çətinləşib”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın müraciətinə baxılıb. Jurnalist CM-nin 192-ci (qanunsuz sahibkarlıq) maddəsilə ona verilmiş cəzanın dekriminallaşdırılmasını istəyir.
Çünki Cinayət Məcəlləsinə edilən və iyunun 1-dən qüvvəyə minən dəyişikliklə 192-ci maddənin dispozisiyası konkretləşdirilib.
Əvvəl həmin maddədə “dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmə”dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi orqanında qeydə alınmaqdan gedir.
X.Ismayıla CM-nin 192-ci maddəsilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici Işlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada fəaliyyət göstərib.
Əgər qanuna edilmiş dəyişiklik vətəndaşın vəziyyətini yüngülləşdirirsə, bu halda, qanunun geriyə qüvvəsi var və tətbiq olunmalıdır.
X.Ismayılın bu barədə müraciətinə Bakı Ağır Cinayətlər Məhkəməsində bu və digər ittihamlarla onun barəsində hökm çıxarmış, Ramella Allahverdiyevanın sədrliyilə, Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası baxıb.
Məhkəməyə yazılı müraciətinin sonunda jurnalist “Ən xoş arzularla” ifadəsini əlavə edib. Ramella Allahverdiyeva dünənki məhkəmə iclasının əvvəlində bu məqama diqqət yetirib: “Yenə də xoş arzularla?”
Hakimin sualına jurnalist belə cavab verib: “Ramella xanım, bizim arzularımız həmişə xoşdur. Təəssüf ki, sizin niyyətləriniz xoş deyil”.
X.Ismayıl müraciətini məhkəmədə bir daha əsaslandırıb:
“Mənə qarşı həm bu, həm də digər ittihamlar onsuz da qanunsuz idi. Sizin imkanınız vardı ki, bu qanunsuz ittihamları təsdiqləməyib, barəmdə bəraət hökmü çıxarasınız. Amma eləmədiniz. Başa düşürəm ki, o vaxt sifariş elə idi. Sonradan dəyişdi və Ali Məhkəmə bunu elədi. 192-ci maddəyə gəlincə, o vaxt qanunun qulağından dartıb, oradakı boşluqdan mənə qarşı istifadə eləmişdiniz. Indi qanunun qulağından dartmaq çətinləşib. Çünki dəyişiklikdən sonra konkretləşdirilib. Xahiş edirəm, qanunun geriyə qüvvəsini tətbiq edəsiniz”.
Ötən il X.Ismayılın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə edən Ramazan Hadıyev Füzuli rayonuna prokuror təyin olunub. Dünənki məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror işlə kifayət qədər tanış olmadığını əsas gətirərək, araşdırma aparmaq üçün vaxt istəyib. Bu səbəbdən də məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, X.Ismayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bu il mayın 25-də Ali Məhkəmədə mənimsəmə və vəzifədən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verilib. Yerdə qalan 192-ci maddə üzrə 3 il, 213-cü maddə üzrə 2 il cəza verilib və CM-nin 66-cı maddəsi tətbiq edilməklə, qəti olaraq, 3 il 6 ay cəza təyin olunub. Bu cəza da şərti hesab olunub və jurnalist həbsdən buraxılıb (azadliq.org)
Cm-nin 192.2-ci maddəsi hökm
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
20 fevral 2023-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli, R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakimlər R.Qvaladzenin və H.Əfəndiyevanın məruzələrini, ərizəçilərin şikayətlərini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mülahizələrini , Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ :
Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə A.Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2 və 312.2-ci maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 44.2.1-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir.
Hökmə əsasən A.Zeynalova məxsus olan, lakin başqa şəxslərin adına rəsmiləşdirilmiş əmlak, o cümlədən,
– Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi 1 ünvanında yerləşən binanın ikinci mərtəbəsindəki 27 kv.m qeyri-yaşayış sahəsi;
– Quba rayonu Qam-Qam kəndində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi;
– Quba rayonu Küpçal kəndində yerləşən 0.72 ha torpaq sahəsi (o cümlədən ərizəçinin mülkiyyətində qalmış 0.08 ha hissəsi);
– Quba rayonu, Püstəqasım kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xüsusi müsadirə edilərək zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə yönəldilmişdir.
Hökm ilə A.Zeynalov təşkilati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi “Sevil Construction” MMC, “Sevil Massivi” MMC və “Sevil Massivi” MTK-nın təsisçisi olmaqla, MTK-nın digər təsisçiləri E.İsmayılov, Z.Çələbiyev və qeyriləri ilə cinayət əlaqəsinə girərək külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə saxtakarlığı, vergiləri ödəməkdən yayınma və s. cinayətləri törətdiyinə görə məhkum olunmuşdur.
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmiş, A.Zeynalova Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cəza təyin edilməmiş, həmin Məcəllənin 73-2.1-ci maddəsinə müvafiq olaraq o, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və qəti olaraq ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət Kollegiyası) 22 may 2019-cu il tarixli qərarı ilə A.Zeynalov və digərləri barədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmiş, A.Zeynalova cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 213.2.2-ci maddəsi ilə o, cinayət məsuliyyətindən azad edilmiş, qəti olaraq ona 7 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
Ali Məhkəmənin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
A.Zeynalov 13 fevral 2022-ci ildə vəfat etmiş, onun hüquqi varisi İ.Zeynalov və N.Kələntərova, S.Zeynalova və İ.Əliyeva Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Cinayət Kollegiyasının qeyd olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.
Konstitusiya şikayətləri onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallara görə, A.Zeynalov və digərləri cinayət əməllərini 2011-ci ilin iyun ayından 2014-cü ilin əvvəlinə kimi olan dövrdə törətmiş, birinci instansiya məhkəməsi isə A.Zeynalovun Konstitusiyanın 13, 29 və 60-cı maddələrinin I hissələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarını pozaraq cinayət əməllərinin törədilməsindən əvvəl əldə edilmiş əmlakı müsadirə etmiş, öz növbəsində kassasiya instansiyası məhkəməsi göstərilən əmlaka münasibətdə xüsusi müsadirənin tətbiqinin əsassız və qanunsuz olmasına dair kassasiya şikayətinin dəlillərini nəzərə almayaraq, apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
İş üzrə digər məhkum E.İsmayılov, maraqlı şəxslər R.İsmayılova və H.İsmayılova konstitusiya şikayətlərində qeyd etmişlər ki, Bakı şəhəri Nəsimi rayonu M.Qaşqay küçəsi 748 ünvanında yerləşən 31 saylı mənzil, Bakı şəhəri Nərimanov rayonu N.Nərimanov küçəsi 11 ünvanında yerləşən 26 saylı mənzil, Bakı şəhəri Nərimanov rayonu M.Qaşqay küçəsi 97 ünvanında yerləşən 45 saylı mənzil cinayət əməlləri törədilməsindən əvvəl əldə edilmiş, lakin qanunsuz və əsassız olaraq müsadirə edildiyindən onların Konstitusiyada və qanunlarda təsbit olunmuş mülkiyyət hüquqları pozulmuşdur.
Digər cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmünə əsasən E.Şirinovanın və S.Quliyevin Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə bir sıra əmlak, o cümlədən H.Hüseynovun adına olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi,Usta Baba Pirməmməd küçəsi 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi müsadirə edilmişdir.
Həmin hökmdən narazı qalan maraqlarına toxunan şəxs R.Axundov apellyasiya şikayəti verərək yuxarıda adı çəkilən qeyri-yaşayış sahəsinə dair müsadirənin götürülməsini xahiş etmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxs R.Axundov və digərləri tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır.
R.Axundov Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi H.Hüseynov tərəfindən ona 22 yanvar 2010-cu il tarixində satılmışdır. Alğı-satqı müqaviləsi göstərilən tarixdə notarial qaydada rəsmiləşdirilsə də, R.Axundov mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 2019-cu il tarixində müraciət etmiş və ona məlum olmuşdur ki, həmin əmlakın üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qərarı ilə həbs qoyulmuşdur.
R.Axundov şikayətində qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyularkən həmin əmlak ümumiyyətlə mövcud olmamışdır. Qeyd edilən əmlakın mülkiyyətçisi R.Axundov 2010-cu ildə əmlakı tam qanuni əsaslarla əldə etdikdən sonra onu sökmüş, bu barədə Dövlət Reyestri Xidmətinə müraciət etmiş və yerində öz vəsaiti hesabına yeni tikili inşa etmişdir. Bu halın mövcudluğu sözügedən sahənin əvvəlki texniki pasportunda qeyd edilən və hazırda mövcud olan konstruktiv elementlərin fərqli olması ilə sübut edilir.
Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, E.Şirinovanın kürəkəni H.Hüseynovun daşınmaz əmlakın dövlət reyestrində adına olan həmin qeyri-yaşayış sahəsi birincinin cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına alınmış əmlakdır və rəsmiyyətdə öz adına olmasa da, faktiki olaraq ona məxsusdur.
Lakin cinayət işinin materiallarına əsasən E.Şirinovaya verilmiş ittihamlar üzrə ilk cinayət əməlinin 2011-ci ilin dekabr ayında baş verməsi, mübahisəli qeyri-yaşayış sahəsinin isə H.Hüseynovun adına daşınmaz əmlakın dövlət reyestrində 24 aprel 2007-ci il tarixində qeydə alınması məhkəmə tərəfindən nəzərə alınmamışdır.
R.Axundovun qənaətinə görə, məhkəmələr qərarlarında 2011-ci ildə törədilən cinayət əməli nəticəsində 2007-ci ildə əmlak əldə edilməsinin qeyri-mümkünlüyünə, eyni zamanda əmlakın alğı-satqı müqaviləsi əsasında 2010-cu ildə özgəninkiləşdirilməsinə hüquqi qiymət verməmişlər.
Konstitusiya Məhkəməsinin Plenumu İ.Zeynalov və digərlərinin və R.Axundovun şikayətlərinin predmetinin mahiyyətcə eyni məsələlər təşkil etdiyini nəzərə alaraq “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi” nin 17-ci maddəsinə əsasən işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ərizəçilər N.Kələntərova və İ.Əliyevanın barəsində Ali Məhkəmənin Cinayət Kollegiyasının 2 iyul 2021-ci il tarixli qüvvədə olan qərarının mövcud olması, S.Zeynalovanın birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verməməsi, H.Qafarovanın isə müsadirə olunan əmlakının cinayət hadisəsindən sonra əldə edilməsi səbəbindən onların şikayətlərinə konstitusiya məhkəmə icraatı qaydasında baxılması üçün hüquqi əsaslar mövcud deyildir. Bu barədə Konstitusiya Məhkəməsinin Palatası müvafiq Qərardadlar qəbul etmişdir.
Şikayətlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin II hissəsi).
Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir.
Konstitusiya Məhkəməsinin Plenumu çoxsaylı qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır (“Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 5 yanvar tarixli, 392 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 267 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2004-cü il 25 oktyabr tarixli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli Qərarlar və s.).
Cinayət-hüquqi tədbir olaraq xüsusi müsadirə Cinayət Məcəlləsinin 99-1-ci maddəsində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir.
Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.
Xüsusi müsadirə ilə bağlı ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şərh edilməsinə dair” 2022-ci il 24 fevral tarixli Qərarında verilmişdir.
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu müsadirə ilə bağlı Cinayət- Prosessual Məcəlləsinin 142.1, 249.1, 249.2, 249.3.3, 493.3.6-cı maddələrinin tələblərini ətraflı təhlil edərək, həmçinin müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən cinayət işi çərçivəsində qəbul edilən digər prosessual qərarlar kimi, əmlak üzərinə həbs qoyulması barədə qərar da yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin II hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə ziddir.
Adı çəkilən Qərarda xüsusilə vurğulanmışdır ki, cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz.
Xüsusi müsadirə ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, cinayət prosesində cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi cəmiyyətin ümumi mənafeyinə cavab verməklə cinayət fəaliyyətinə qarşı mübarizənin zəruri və səmərəli vasitəsidir (Raymondo İtaliyaya qarşı iş üzrə 1994-cü il 22 fevral tarixli Qərar, § 30). Bu kontekstdə müsadirə həmçinin “Cinayətdən əldə edilən gəlirlərin yuyulması (leqallaşdırılması), axtarışı və müsadirəsi haqqında” Avropa Şurasının Konvensiyasının məqsədlərinə uyğundur və bu Konvensiya iştirakçı dövlətlərdən ağır cinayətlərlə əlaqədar istifadə edilən alətlərin və cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsinin tətbiqini tələb edir. Beləliklə, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında qərar ümumi maraqlara xidmət edir, cinayət fəaliyyəti ilə məşğul olmaq niyyətli şəxsləri bundan çəkindirir, cinayətkar fəaliyyət vasitəsilə zənginləşmənin qarşısının alınmasına təminat verir (Denisova və Moiseyeva Rusiyaya qarşı iş üzrə 2010-cu il 1 aprel tarixli § 58, Phillips Birləşmiş Krallığa qarşı iş üzrə 2001-ci il 5 iyul tarixli § 52 Qərarlar).
Bununla belə, Məhkəmə müsadirənin tətbiq edilməsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğunu qiymətləndirərkən güdülən qanuni məqsədlə mülkiyyət hüququ arasında ədalətli tarazlığın əldə edilib-edilmədiyini və kifayət qədər prosessual təminatların olub-olmadığını nəzərdən keçirir (Rummi Estoniyaya qarşı iş üzrə 2015-ci il 15 yanvar tarixli Qərar).
Phillips Birləşmiş Krallığa qarşı iş üzrə 2001-ci il 5 iyul tarixli, Silickiene Litvaya qarşı iş üzrə 2012-ci il 10 aprel tarixli, Geerings Niderlanda qarşı iş üzrə 2007-ci il 1 mart tarixli Qərarlarda Avropa Məhkəməsi qeyd etmişdir ki, müsadirə olunan əmlak və aktivlərin məhz cinayət yolu ilə əldə olunması cinayət işi üzrə sübut olunmalıdır.
Həmçinin qeyd edilməlidir ki, konstitusiya işi üzrə əksər mütəxəssis mülahizələrində göstərilmişdir ki, cinayət törədilməsindən əvvəl əldə edilmiş əmlakın xüsusi müsadirə edilməsi yolverilməzdir.
Konstitusiyanın 63-cü maddəsinin V hissəsinə görə, məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir.
Məhkəmə hökmü Konstitusiyanın, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (Cinayət-Prosessual Məcəlləsinin 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir.
Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, birinci instansiya məhkəməsi A.Zeynalovun, E.İsmayılovun və E.Şirinovanın mübahisəli əmlakın cinayət əməllərinin törədilməsindən əvvəl əldə edilməsi barədə dəlillərinin hərtərəfli, tam və obyektiv araşdırılmasına dair qanunvericiliyin tələblərinə əməl etməmiş, cinayət işləri üzrə hansı yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsasən göstərilən əmlakın cinayət yolu ilə əldə olunmasını, buna görə də həmin əmlakın müsadirə edilməli olmasını hökmdə əsaslandırmamışdır.
Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
A.Zeynalov, E.İsmayılov və onların müdafiəçilərinin, habelə R.Axundovun apellyasiya şikayətləri üzrə işə baxarkən apellyasiya instansiyası məhkəmələri qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl etmək, məhkum və onların müdafiəçilərinin, maraqlı şəxslərin, habelə maraqlarına toxunan şəxs R.Axundovun xüsusi müsadirə ilə bağlı irəli sürdükləri dəlilləri qanunla nəzərdə tutulmuş qaydada yoxlamaq əvəzinə, birinci instansiya məhkəmələrinin hökmlərini A.Zeynalov, E.İsmayılov və E.Şirinova tərəfindən cinayət əməllərinin törədilməsindən əvvəl əldə edilmiş əmlakla bağlı hissədə tutarlı dəlil gətirmədən qüvvədə saxlamışlar.
Cinayət-prosessual qanunvericiliyinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır (Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi). Cinayət-prosessual qanunvericiliyi məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsinin əsaslarını da müəyyənləşdirmişdir (Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi).
Lakin kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin mövcud cinayət işləri üzrə qərarlarında maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlamamış, bununla da Cinayət-Prosessual Məcəlləsinin 416 və 419-cu maddələrinin tələblərinə cavab verməyən qərarlar qəbul etmişdir.
Beləliklə, A.Zeynalov, E.İsmayılov və E.Şirinovanın təqsirləndirilmələrinə dair cinayət işləri üzrə məhkəmələr tərəfindən cinayət-prosessual hüquq normalarının tələblərinə əməl edilməməsi nəticəsində onlar tərəfindən cinayət əməllərinin törədilməsindən əvvəl əldə edilmiş əmlak məhkəmə qərarlarında qanunla nəzərdə tutulmuş qaydada əsaslandırılmadan müsadirə edilmiş, nəticədə A.Zeynalov, E.İsmayılov, R.İsmayılova və H.İsmayılovanın, həmçinin R.Axundovun mülkiyyət hüququnun qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına, təqsirsizlik prezumpsiyasına dair Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin II hissəsinin, 60-cı maddəsinin I hissəsinin, 63-cü maddəsinin V hissəsinin tələbləri pozulmuşdur.
Göstərilənlərə əsasən, A.Zeynalov və E.İsmayılovun Cinayət Məcəlləsinin 178.3.2, 192.2.2, 308.2 və 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı A.Zeynalov və E.İsmayılovun göstərilən cinayət əməllərinin törədilməsindən əvvəl əldə etdikləri və mülkiyyətlərində olan əmlakın xüsusi müsadirəsinə dair,
E.Şirinovanın Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı R.Axundovun göstərilən cinayət əməllərinin törədilməsindən əvvəl 22 yanvar 2010-cu il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlakın xüsusi müsadirəsinə dair
hissələrində Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin II hissəsinin, 60-cı maddəsinin I hissəsinin, 63-cü maddəsinin V hissəsinin, Cinayət-Prosessual Məcəlləsinin 416 və 419-cu maddələrinin tələblərinə uyğun olmayan hesab edilməli və hər iki işə həmin hissələrdə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. A.Zeynalov və E.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 192.2.2, 308.2 və 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli qərarı A.Zeynalov və E.İsmayılovun göstərilən cinayət əməllərinin törədilməsindən əvvəl əldə etdikləri və mülkiyyətlərində olan əmlakın xüsusi müsadirəsinə dair,
E.Şirinovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2, 32.5, 313, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı R.Axundovun göstərilən cinayət əməllərinin törədilməsindən əvvəl 22 yanvar 2010-cu il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlakın xüsusi müsadirəsinə dair hissələrində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin II hissəsinin, 60-cı maddəsinin I hissəsinin, 63-cü maddəsinin V hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416 və 419-cu maddələrinin tələblərinə uyğun olmayan hesab edilsin və hər iki işə həmin hissələrdə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev
Cm-nin 192.2-ci maddəsi hökm
Vergilər Nazirliyi sabiq deputat Hüseyn Abdullayev və Milli Şuranın və Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla bağlı açılmış cinayət işlərinə dair yeni məlumat yayıb.
Nazirliyin AzNews.az-ın sorğusuna əsasən verdiyi məlumata görə, H.Abdullayevə və Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işlərinin istintaqında heç bir yenilik yoxdur. Məlumatda bildirilir ki, hər iki cinayət işi ilə bağlı istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam edir. İstintaqın nəticələri ilə bağlı məlumat isə istintaq başa çatdıqdan sonra veriləcək. Qeyd edək ki, Vergilər Nazirliyinin yaydığı məlumata görə, Hüseyn Abdullayev “Araz Inc” MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, 966 min manat gəlir əldə edib. Məlumatda bildirilirdi ki, H.Abdullayev CM-nin 192.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini və külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqla CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə həmin maddələrlə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, lakin istintaqın çağırışlarına gəlmədiyi, istintaqdan gizləndiyi və respublika hüdudlarından kənarda olduğu üçün beynəlxalq axtarışa verilib. Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı açılmış cinayət işi ilə bağlı Nazirliyin yaydığı məlumatda isə belə deyilirdi:
“İbtidai istintaq zamanı toplanmış materiallara əsasən müəyyən edilib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 330000 manat pul vəsaitindən 267130 manatı nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verilib. İstintaqın gedişində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırılarkən müəyyən olunub ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22000,00 manat məbləğində pul vəsaiti talanıb.
Toplanmış materiallarla fakt təsdiq edildiyindən Kinematoqrafçılar İttifaqının rəhbərliyi tərəfindən festivalın keçirilməsi üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndə təyin olunmuş Əfəndiyevaya Lalə Kamil qızına Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub. Hazırda cinayət işi üzrə araşdırma davam etdirilir”.
Qaynar.info
Oxşar xəbərlər
Dünyanın ən çox estetik əməliyyat edilən ölkəsi (FOTOLAR)
Fransanın Azərbaycandakı Səfirliyində viza ilə bağlı yeni qayda
Narkobaronun evindən görün nələr çıxdı (FOTOLAR)
Qoçaq Əsgərova ağır itki üz verdi
PKK-nın Laçındakı, Kəlbəcərdəki düşərgələri və. professor Nadirov?
Cavid Qurbanov Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Eldar Əzizov reklam şirkətlərini çökdürür – BŞİH-dən qanunsuz addım
Cəbhədən acı xəbər: şəhidimiz var
İctimai Televiziyada “Alça ağacı altındakı məzar” sənədli filmi yayımlanıb – VİDEO
“Qarabağ”ın çətin rəqibi var: Konfrans Liqasının pley-off mərhələsi
Azərbaycanın “Avroviziya” mahnısı təqdim olundu (VİDEO)
Bloqlar
Redaktordan
Azərbaycanda turizm sektorunda niyə bu qədər bahalıqdır? – Ekspert
Çin İran və Səudiyyə Ərəbistanını barışdırır: Azərbaycan üçün yeni təhlükə yaranacaqmı?
“İrəvan ikitərəfli sənəd çərçivəsində də ölkəmizin ərazi bütövlüyünü tanısa. ” – Sabiq nazir
Buraxılış imtahanları ciddi narazılığa səbəb oldu – Vəziyyətdən çıxış yolu nədir? (ŞƏRH)
Tərəfdaşlar
© 2012-2023 qaynarinfo.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Created by
Pozitiv dünyadan çıx
Pozitiv dünyadan çıxmaq istədiyinizdən əminsiniz?
Xəbərdarlıq
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Comments are closed, but trackbacks and pingbacks are open.