Press "Enter" to skip to content

Kamran Bayramov: “İran Cənubi Qafqazın sülh, sabitlik və təhlükəsizliyinə real təhlükə yaradır”

Çavuşoğlu Türkiyənin bu gün Suriya, Liviya, Cənubi Qafqaz, Balkan yarımadası, Yaxın Şərq və Qara dəniz kimi bölgələrdə təhlükəsizliyin təmin olunmasında önəmli bir geosiyasi oyunçuya çevrildiyini və bunun Avropa üçün ciddi əhəmiyyətə malik olduğunu bildirib:

Düz bağırsaq xəstəlikləri

Babasil (hemorroy) – düz bağırsaq xəstəlikləri arasında ən çox rast gəlinən formadır. Hemorroy düz bağırsaq venalarının genişlənməsi nəticəsində düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Onun 2 forması mövcuddur: daxili və xarici. Daxili düyünlər arxa dəlikdən xaricə çıxa və qanaxma verə bilər. Xarici düyünlər isə qanamır, lakin bir çox hallarda tromblaşır. Belə vəziyyətlərdə ağrı və anal nahiyədə qaşınma müşahidə olunur.

Anal çat

Rastgəlmə tezliyinə görə düz bağırsaq xəstəlikləri arasında babasildən sonra 2-ci yerdə dayanır. Düz bağırsaq çatı – anal dəlik divarının 1-2 sm uzunluğunda olan defektidir. İlk öncə kəskin fazada olur, müalicə aparılmadıqda xronikləşir. Kəskin çat zamanı defekasiyadan (nəcis ifrazından) əvvəl ağrı meydana çıxır. Xroniki çatlarda isə ağrı defekasiyadan sonra baş verir. Ağrı hissi bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Xroniki çat zamanı adətən nəcis ifrazından sonra 1 neçə damcı al qan müşahidə edilir. Ağrı bəzən o qədər şiddətli olur ki, xəstə bilərəkdən defekasiya aktını gecikdirir. Nəticədə qəbizlik yaranır. Bu da öz növbəsində çatın daha da ağırlaşmasına səbəb olur. O üzdən xəstəlik xroniki mərhələyə keçmədən həkimə müraciət etmək lazımdır.

Proktit

Proktit – düz bağırsağın selikli qişasının iltihabıdır. Əksər xəstələr qarnın aşağı hissəsində, arxa dəlikdə ağrılardan şikayət edir. Belə şəxslərdə ishal halları yarana, nəcisdə selik, bəzən qan aşkarlana bilər.

Paraproktit

Paraproktit – mikroorqanizmlərin təsirindən düz bağırsağın ətrafındakı dərialtı toxumanın iltihabıdır. Onun kəskin və xroniki formaları vardır. Kəskin paraproktit qəflətən başlayır. Xəstədə şiddətli ağrılar, temperatur yüksəlməsi müşahidə edilir. Bu formada təcili olaraq cərrahi müdaxilə aparılmalıdır. Xroniki formada fistul formalaşır. Belə xəstələr müalicəni gecikdirməlidir.

Düz bağırsağın polipləri və şişləri

Təəssüflər olsun ki, polip və şiş kimi təhlükəli düz bağırsaq xəstəlikləri xarakterik şikayətlərə malik olmur. Bu törəmələr yalnız iri ölçülərə çatdıqdan sonra düz bağırsaqdan qanaxma, qəbizlik və ağrı meydana çıxır. Əgər xəstə öz sağlamlığının qayğısına qalıb vaxtında həkimə müraciət edərsə, proqnoz qənaətbəxş olur.

Düz bağırsaq sallanması

Sallanma düz bağırsağın anal dəlikdən xaricə çıxması ilə özünü büruzə verir. Xəstəliyin inkişafı 3 mərhələyə bölünür:
I mərhələ – defekasiya zamanı yalnız selikli qişa sallanır. Nəcis ifrazından sonra isə əvvəlki vəziyyətinə qayıdır;

II mərhələ – bağırsaq yalnız defekasiya aktında deyil, fiziki gərginlik zamanı da xaricə çıxır. Öz-özünə yerinə qayıtmadığından xəstə onu barmağı ilə içəri itələməyə məcbur qalır;

III mərhələ – bağırsaq hətta yüngül fiziki hərəkət zamanı sallanır. Yerinə salındıqdan sonra yenidən xaricə çıxır.

Düz bağırsaq xəstəlikləri aşağıdakı əlamətlərə malikdir:

  • Arxa dəlik və aralıq nahiyəsində ağrılar

– Heç bir şiş olmadan müşahidə edilən düz bağırsaq ağrıları anal çat , proktit, proktalgiyaya xasdır.

– Müayinə əsnasında barmaqla palpasiya zamanı yaranan ağrılar babasil xəstəliyi, paraproktit, düz bağırsağın polipləri və şişləri üçün xarakterikdir.

  • Arxa dəlikdən selik və irin ifrazı, aralıqdakı fistuldan gələn axıntılar paraproktit, Kron xəstəliyi, xoralı kolit, proktit zamanı aşkarlanır.
  • Qanlı ifrazat, defekasiyanın (nəcis ifrazının) 48 saatdan çox gecikməsi hemorroy, anal çat, yoğun bağırsağın qıcıqlanma sindromu, düz bağırsağın polip və şişlərində qeydə alınır.
  • İshal zamanı nəcisdə çoxlu miqdarda selik, bəzən irin, hətta qan ola bilər. Bu hal düz bağırsaq xəstəlikləri sırasından olan proktit, xoralı kolit, yoğun bağırsaq qıcıqlanması zamanı müəyyən edilir.
  • Tenezm – yalançı defekasiya çağırışları. Bu zaman nəcis ifrazının baş verməməsi və ya çox az miqdarda olması, selik, bəzən qan ifrazı proktit, xoralı kolit, düz bağırsaq şişlləri üçün səciyyəvi hal hesab edilir.
  • Nəcisi və qazı saxlaya bilməmə düz bağırsaq sallanmasında baş verir.

Düz bağırsaqda ağrılar (proktalgiya)

Əksər düz bağırsaq xəstəlikləri zamanı ağrı hissiyatı müşahidə edilir. Ağrılar çox vaxt defekasiya zamanı, bəzi hallarda isə də nəcis ifrazından sonra əmələ gəlir. Proktalgiya hər hansı xəstəlik olmadan psixoloji səbəblərdən düz bağırsaqda qısa müddətli spazmlar şəklində də yarana bilər.

Proktalgiyaya daha çox orta yaşlı kişilərdə rast gəlinir. Ağrılar əsasən gecə saatlarında müşahidə edilir. Orta hesabla 3-30 dəqiqə davam edir. Bu da yuxunun pozulmasına səbəb olur. Xəstələrdə qanaxma, selikli qişanın eroziyası müşahidə edilə bilər. Proktalgiyanın səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün mütləq proktoloq müayinəsindən keçmək lazımdır.

Qəbizlik

Qəbizlik defekasiya aktının 48 saatdan çox gecikməsidir. Onun yaranma səbəbləri aşağıdakılardır:

  • qeyri-düzgün qidalanma: rasionda lifli qidaların çatışmazlığı, kifayət qədər maye qəbul olunmaması;
  • psixoloji səbəblər: stress, gərginlik, yuxusuzluq;
  • hipodinamiya (az hərəkətli və ya oturaq həyat tərzi);
  • yoğun bağırsaq xəstəlikləri: divertikulyoz, meqakolon, dolixosiqma, babasil, anal çat;
  • nəcisin hərəkətinə mane olan mexaniki amillər: yoğun bağırsaq şişləri ;
  • bəzi dərman vasitələrinin təsiri: antidepressantlar, atropin, kodein, yuxu dərmanları, bəzi sidik qovucular;
  • endokrin xəstəliklər: miksedema, hiperparatireoz, şəkərli diabet, feoxromositoma, hipofiz pozğunluqları.

Anal qaşınma

Anal nahiyədə qaşınma xəstəlik kimi birincili və hər hansı digər düz bağırsaq xəstəlikləri fonunda ikincili ola bilir.

İkincili qaşınmanın səbəbləri:

  • Düz bağırsaq xəstəlikləri – babasil, anal çat, itiuclu kondiloma, düz bağısaq şişi, xroniki proktosiqmoidit;
  • Ginekoloji xəstəliklər – uşaqlıq yolu pH-nın pozulması, vulvovaginit;
  • Cinsi əlaqə ilə yoluxan xəstəliklər xlamidioz, trixomoniaz, qeyri-spesifik uretrit;
  • Dəri xəstəlikləri psoriaz, kontakt dermatit;
  • Daxili orqanların xəstəlikləri şəkərli diabet, xroniki qaraciyər xəstəliyi;
  • Göbələk infeksiyası;
  • Antibiotiklərin əlavə təsiri kimi – tetrasiklin, eritromisin, penisillin qəbulundan sonra;
  • Bəzi qida növlərinə allergik reaksiya – acılı ədviyyatlar, pomidor, sitrus meyvələri, şokolad;
  • Psixogen səbəblər – gərginlik, depressiya.

Sadalanan əlamətlərdən hər hansısa biri Sizdə varsa, həkim-proktoloqa müraciət etməyiniz məsləhətdir.

Kamran Bayramov: “İran Cənubi Qafqazın sülh, sabitlik və təhlükəsizliyinə real təhlükə yaradır”

Kamran Bayramov: “İran Cənubi Qafqazın sülh, sabitlik və təhlükəsizliyinə real təhlükə yaradır” “Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktı ilə bağlı İran hüquq-mühafizə orqanlarının hədsiz səhlənkarlığı, fəaliyyətsizliyi və İran hakimiyyətinin guya onun məişət xarakterli olmasına dair cəhdlər göstərməsi heç bir məntiqə sığmır”.

6 Fevral , 2023 15:36

https://static.report.az/photo/0f7e6daa-f056-30e3-8f1e-0622409047ee.jpg

“Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktı ilə bağlı İran hüquq-mühafizə orqanlarının hədsiz səhlənkarlığı, fəaliyyətsizliyi və İran hakimiyyətinin guya onun məişət xarakterli olmasına dair cəhdlər göstərməsi heç bir məntiqə sığmır”. Bunu “Report”a açıqlamasında millət vəkili Kamran Bayramov deyib. “İranın siyasi rejimi uzun müddət ərzində və bu günə kimi mehriban qonşu və dost dövlət maskası altında gizlənərək, Azərbaycana qarşı təxribatlar törədir. O, ölkəmizin daxili işlərinə qarışmağa, sabitliyi və asayişi pozmağa çalışır: təxribat, casus qrupları göndərir və bunu təşviq edir, ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəni qızışdırır”, – o qeyd edib. Onun sözlərinə görə, molla rejiminin təxminən 30 il ərzində ölkəmizin ərazilərini işğal altında saxlamış, təbii sərvətlərini talamış, həmçinin tarixi, dini və mədəniyyət abidələrini dağıtmış Ermənistana iqtisadi və hərbi dəstək verdiyini unutmaq olmaz: “İranın cinayətkar rejimi beynəlxalq iqtisadi sanksiyalardan, silah və narkotik qaçaqmalçılığından yan keçmək üçün o zaman işğal altında olan nəzarətsiz ərazilərdən istifadə edərək, artıq tarixə qovuşmuş münaqişədən öz mənfəəti üçün istifadə etmişdi”. Millət vəkili xatırladıb ki, 44 günlük müharibə, Azərbaycanın tarixi qələbəsi, işğal olunmuş ərazilərin azad edilməsi İranın regiondakı mənafelərinə ağır zərbə vurub, onun qanunsuz şəkildə gəlirlər əldə etməsinə son qoyub və İranın artıq heç bir rol oynamadığı geosiyasi vəziyyəti tamamilə dəyişib: “Təsadüfi deyil ki, müharibə başa çatdıqdan sonra İran buna cavab olaraq Azərbaycanla sərhəddə silsilə irimiqyaslı hərbi təlimlər keçirib, bir neçə dəfə Araz çayı üzərindən körpü qurulmasını təsvir edib, dəfələrlə onun rəsmi nümayəndələri hökumət KİV-ləri vasitəsilə Azərbaycana qarşı hədələyici bəyanatlar və ultimatumlar səsləndirib”. K.Bayramov vurğulayıb ki, rəsmi Tehranın Bakıya qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti, onun acı və perspektivsiz geosiyasi reallıqları qəbul etmək istəməməsi, şübhəsiz ki, Azərbaycan səfirliyinə qarşı terror aktının törədilməsi üçün münbit zəmin yaratmışdı. Millət vəkilinin fikrincə, Azərbaycan səfirliyində törədilən terror aktı məişət zəminində baş vermiş cinayətdən çox uzaqdır və bu, görünür, tamamilə yeni, təhlükəli müstəviyə keçən anti-Azərbaycan siyasətinin davamıdır: “Bu cinayət bir daha təsdiq edib ki, İran regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışa və Azərbaycanın dinamik inkişafını, iqtisadi uğurlarını, artan nüfuzunu və əhəmiyyətini qəbul edə bilmir. Nəticədə düşünülmüş cinayətkar təxribatları ilə Cənubi Qafqazın sülh, sabitlik və təhlükəsizliyinə real təhlükə yaradır”.

“Cənubi Qafqazın təhlükəsizliyi. ” – Çavuşoğludan Avropa ölkələrinə

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşündə deyib.

“Türkiyə Avropadır və Avropa taleyimizin bir hissəsidir. Bunun əksi Avropaya da aiddir”, – nazir vurğulayıb.

Çavuşoğlu Türkiyənin bu gün Suriya, Liviya, Cənubi Qafqaz, Balkan yarımadası, Yaxın Şərq və Qara dəniz kimi bölgələrdə təhlükəsizliyin təmin olunmasında önəmli bir geosiyasi oyunçuya çevrildiyini və bunun Avropa üçün ciddi əhəmiyyətə malik olduğunu bildirib:

“Türkiyə miqrasiya, energetika, ticarət, tranzit, nəqliyyat, rabitə, təhlükəsizlik, terrorizmlə mübarizə, NATO və müdafiə məsələlərində də həyati əhəmiyyətə malik bir oyunçudur. Bütün bu məsələlər Avropanın təhlükəsizliyi və rifahı üçün də həyati əhəmiyyət kəsb edir. Birlikdə hərəkət etsək, bütün sahələrdə müsbət dəyişiklik əldə edə bilərik. Türkiyə bu əməkdaşlıqda qərarlıdır”.

Çavuşoğlu Türkiyənin Avropa Birliyinə üzvlükdə maraqlı olduğunu söyləyib: “Üzvlük prosesinə sadiqik”.

Comments are closed, but trackbacks and pingbacks are open.